NİKOLAY
VASİLYEVİÇ QOQOL
(Yüzillik yubileyinә mәxsus)
Rus әdiblәrinin әn
mәşhurlarından birisi Qoqoldur.
Rusların milli әdәbiyyatının
binasını qoyan Puşkin
vә Qoqol olubdur. Bu iki müqtәdir әdibin
qәlәmi sayәsindә rusların әdәbiyyatı
tәbii halına vә tәbii rәnginә
düşüb, firәnglәrin, ingilislәrin vә
nemeslәrin әdәbiyyatı tәsirindәn xilas
olmağa başlayıbdır.
Qoqol vә Puşkin milli
әdәbiyyatlarını mәişәtlәrinin
ayinәyi-hәqiqәtnüması edib,
özlәrindәn sonra gәlәn üdәba vә
şüәraya salamat bir mәslәk, müstәqim bir
yol açıblar. Qoqol hәqiqәtnәvis
әdiblәrin (realistlәrin) babası vә
pişrәvi mәnzilәsindәdir.
Qoqol vә Puşkin vә bunlardan sonra
Nekrasov, Turgenev, Dostoyevski, Qonçarov, L.Tolstoy, Çexov
vә hal-hazırda Maksim Qorki vә L.Andreyev
әllәrindә mәşәl rusların
mәişәtinә daxil olub, onun hәr sәmtinә
vә küncünә işıq salıb, millәtin
yaralarını, ruhani vә cismani küdurәtlәrini,
qәm vә şadlıqlarını görüb vә
gördüklәrinin surәtini vә şәklini mahir
nәqqaş kimi eyni ilә çәkib, bütün alәmә
göstәrib deyirlәr: "Baxın, görün! Budur
bizim millәt; bu sayaqdır onun diriliyi vә
dolanacağı; budur onun halı, fikirlәri, hissiyyatı vә
xәyalatı!"
Nikolay Vasilyeviç tәvәllüd edibdir
Malorusiyanın Poltava quberniyasında, Soroçi adlanan
qәsәbәdә, miladın 1809-cu ilindә, mart
ayının 19-cu günündә. Qoqolun atası
Malorusiyanın xırda mülkәdarlarından [olub] xoş
xasiyyәt, eyş-işrәt sevәn bamәzә bir
şәxs imiş ki, vaxtının çoxunu
kefdә-damağda keçirirmiş. Anası isә
sadәdil bir arvad imiş ki, hәr sözә
inanarmış, çox vaxt ibadәtә mәşğul
olarmış vә bәzi vaxtları da sәbәbsiz
qәm-qüssә vә xiffәt edәrmiş. Qoqolun
tәbiәt vә mәzacında valideyinin bu müxtәlif
әxlaq vә әtvarı müşahidә
olunarmış. Belә ki, Qoqol gah şad vә
xürrәm olub, cümlәni şirin vә
bamәzә söhbәtlәri ilә valeh
edәrmiş, gah da adamlardan qaçıb, bir
guşәdә intәhasız qәm vә
әlәmә mübtәla vә xәyalat
alәminә müstәğrәq olarmış.
Qoqol on üç sinnә kimi atasının
mülkündә asudә vә rahat zindәganlıq
edib, kәnd әhlinin dolanacağı ilә aşina
olmuşdur. Burada Qoqol malorusların eyş-işrәtlәrini,
çalıb-oynamaqlarını, gözәl
nәğmәlәrini, ayin vә adәtlәrini,
әxlaq vә adablarını bilafasilә
müşahidә edib, sonralardan gördüklәrinin
tamamisini artıq mәharәtlә yazıb,
özünün hәqiqәtnәvis bir әdibi-kamil
olduğunu aşkar etmişdir.
On üç yaşına
yetişәndә Qoqol tәlim üçün Nejin
gimnaziyasına qoyulur. Burada Qoqol meyl vә
rәğbәtini әdәbiyyata salıb, tәlim
işlәrinә çәndan şövq vә
hәvәs göstәrmir; 1828-ci ildә bir növ
gimnaziyanı qurtarıb qulluq etmәk şövqünә
düşür vә bu qәsdlә Peterburq şәhәrinә
azim olur. Amma burada onun işlәri arzusunca getmir vә bir
müddәt artıq üsrәt ilә dolanıb, ancaq iki
ildәn sonra departamentlәrin birisindә özü
üçün alçaq bir çinovniklik xidmәti
tapır.
Peterburqda Qoqol mәşhur Jukovski ilә
tanış olur vә onun vasitә vә kömәyi
ilә kәnardan özünә bir şüğl
tapıb, maaş sarıdan işini bir az yüngüllәşdirir.
1831-ci ildә Qoqol Puşkin ilә tanış olur vә bu
tanışlıqdan artıq istifadә edir. Puşkinin ona
tәsiri çox olur. Onun әvvәlinci
әsәrlәrinә diqqәt yetirib tәhsin edir
vә gәlәcәkdә Qoqolun böyük vә
müqtәdir bir әdib olmağını bildirib, bununla
onun tәbinә tab vә qәlәminә
qüvvәt verir. Puşkin ilә yaxın olduqdan sonra Qoqola
guya tәzә bir hәyat verilir: onun tәbi,
istiqamәti-qәlbi nuraniyyәt vә fikri cәladat
kәsb edir. Bu vaxta kimi onun üçün qaranlıqda olan
çox sirrlәr, pәrdәdә olan çox
mәnalar açılıb aydınlığa
çıxır.
Qoqolun iki böyük vә
mötәbәr әsәrinin mәal vә
mәzmununu ona Puşkin nәql edib, hәr iki
әsәrin nә sәpkü-sayaqda yazılmasını
şәrh vә bәyan etmişdir. Bu
әsәrlәrdәn birisi onun "Revizor"
ismindә yazılmış komediyasıdır. Bu
komediyanı, eşitdiyimizә görә, cәnab
Nәrimanbәy Nәrimanov türkә
tәrcümә edibdir vә lakin onun yaxşı-yaman
tәrcümә olunmağı barәsindә bir söz
deyә bilmirik, çünki onu görmәmişik.
İkincisi "Çiçikovun sәrgüzәşti",
yaxud "Fövt olmuş nәfslәr" ünvanında
yazılmış bir әsәrdir ki, misl vә
bәrabәri yoxdur. Hәr iki әsәri sonralardan
Puşkin mütaliә etdikdә Qoqolu bağrına
basıb kamali-mәmnuniyyәtlә ona demişdir:
"Sәn yazan kimi bunları mәn bacarıb yaza
bilmәzdim. Hәr halda sәn mәndәn mahirsәn!"
Heyfa ki, "Ölmüş nәfslәr"in ikinci cildi
qurtarmamış, Qoqol İtaliyada ikәn Puşkin dueldә
qәtlә yetişir. Bu xәbәrdәn Qoqol
ziyadә qәmnak olub, dostlarından birisinә yazır:
"Mәnim hәyatım, mәnim şadlığım
vә tamam zövq vә şövqüm Puşkinlә
bahәm fövt olub getdi".
Filhәqiqә, Puşkindәn sonra Qoqol
әhәmiyyәtli vә layiqi-tәhsin bir әsәr
meydana gәtirә bilmәdi. Ömrünün axır
vaxtlarını Qoqol fikir vә әndişәdә
keçirib, qeyri-tәbii bir hala vә ağır
malxulyayә giriftar olmuşdu. Vәfatına bir az
qalmış "Fövt olmuş nәfslәr"in ikinci
hissәsini yandırıb tәlәf etmişdir.
Vәfatı ittifaq düşüb fevralın 21-dә
1852-ci sәnәdә.
Qoqolun müxtәlif әsәrlәri
çoxdur. Tamamisi ilә qәzetә sütunlarında
oxucuları aşina etmәk qeyri-mümkündür. Onlardan
artıq әhәmiyyәtlisi vә bizim
mәişәtimizә az-çox yaxın olanı
"Revizor" adında yazılmış komediyasıdır
ki, müxtәsәrәn onun mәalını nәql
etmәyә iktifa edirik.
Bu komediyada Qoqol xırdaca bir
şәhәrin çinovniklәri ilә bizi
tanış edib, hәr birisinin öz tәbii halı
ilә gözümüzün önündәn keçirir.
Bu çinovniklәrin sәrxeyli vә rәisi hesab olunan
qalabәyi qorodniçi Anton Antonoviçdir. Bu şәxs
elm vә kamalı ilә fәxr edә bilmәsә
dә, xudadadi-әql vә tәdbiri ilә hamını
aldada bilir. Özü öz hünәrini yaxşı bilib
deyir: "Heç bir kәlәkbaz vә maşennik
mәnim hiylә vә tәzvirimdәn xilas ola
bilmәz. Onların cümlәsini soxulcan edib, qarmağa
keçirib balıq tutaram!" Anton Antonoviç öz
әqidәsindә sabitqәdәmdir. O öz
günahını kamalınca düşünür, amma
bununla özünә tәsәlli verir ki, dünyada bir
adam tapılmaz ki, onun günahı olmasın. Allah özü
dünyanı belә yaradıbdır; heç kәs
günahdan pak deyil. Anton Antonoviç yaman
rüşvәtxordur. Şәhәrin tüccarı
vә alış-veriş adamları qaydanı gәrәk
pozmasınlar. Qalabәyinin arvadına vә qızına
tәzә çıxan parçalardan donluq göndәrsinlәr,
xanımın vә ya özünün ad qoyulan
günlәri tәbrik edib, lәyaqәtli
hәdiyyәlәr gәtirsinlәr.
Bunlardan әlavә, Anton Antonoviç
sövdәgәrlәrlә әlbir olub, podrat
işlәrinә qarışır. Kilsә tәmiri
üçün xәzinәdәn buraxılan pulu yeyib,
lazım olan mәqamlara onun yanıb fövt olmasını
xәbәr verir.
Xülasә, hardan ki, bir şey qoparmaq
mümkündür, müzayiqә etmir. Doğrudur, onun bu
gunә xilafi-zakon işlәrindәn xәzinәyә
vә camaata zәrәr yetişir, amma özünә
xeyir hasil olur: camaatda sәbr vә xәzinәdә pul
çoxdur.
Qalabәyidәn sonra Qoqol sair
çinovniklәri meydana çıxarır. Bunlar dәxi
bir-birindәn bәdtәr, rәzil vә fürumayә
adamlardır. Bunlardan kimisi qalabәyi kimi
rüşvәtxor, kimisi tәnbәl, bәzisi axmaq
vә sәfeh, tamamisi әxlaqsız, qorxaq, gülünc,
gülmәli bәdbәxt kimsәlәrdir. Bu çinovniklәrdәn
heç birisi öz işinә mәşğul deyil: sudya
Lyapkin-Tyapkin sud işlәrini bilmәrrә unudub, ancaq
öz әql vә kamalından dәm vurur. Onun heç bir
şeyә etiqadı yoxdur. Kilsәyә getmir, şam
yandırmır, allaha inanmır, bu iradlar ona tutulanda o,
kәmali-iftixarla cavab verir: "Bu mәrtәbәyә
öz әqlimlә çatmışam".
Mәrizxananın naziri Zemlyanika öz
oğurluğu vә fitnә-fәsadı ilә
şәhәrdә şöhrәt kәsb edibdir.
Mәrizxanada naxoşlar çibin kimi qırılır.
Onların müalicә vә mühafizәsi
üçün buraxılan pulun tamamisini Zemlyanika yeyib,
heç birisinin qeydinә qalmır. Poçt naçalniki
Şpekin sadәdil bir adamdır ki, poçta salınan
kağızları açıb oxumaqdan ziyadә hәzz
aparır. Şәhәr şkolasının müdiri
Xlopov çox qorxaq vә hәr şeydәn ehtiyat
edәn bir şәxsdir. Hәkim Xristian İvanoviç
rus dilini bilmәyәn qәribә bir vücuddur.
Mәrizlәrә hәmişә ucuz dәrman verir,
çünki, necә ki, Zemlyanika deyir: "Avam adam
naxoşluqdan sağalsa, dәrmansız da sağalacaqdır,
ölsә, dәrman versәn dә ölәcәkdir".
Dobçinski vә Bobçinski--bunlar
çinovnik deyilsәlәr dә, hәmişә
onların dairәsindә gәzib, harada aş olsa, orada
başdırlar. Hәr yerdә nә xәbәr olsa,
әvvәl bunlar eşidәcәklәr vә birinin
üstünә beşini qoyub, ötәnә,
keçәnә nәql edәcәklәr.
Bu kampaniyanın hamısı uzaq vә
adsız bir şәhәrdә olur ki, haqqında Qoqol
deyir: "Әgәr üç il bu
şәhәrdәn at çapasan yenә dә heç
bir mәmlәkәtә çata bilmәzsәn".
Bunlar burada rahat, kefi kök dolanıb, vaxtlarını yeyib
içmәkdә, kart oynamaqda, boş vә bimәzmun
söhbәtdә keçirirlәr. Arvadları vә
qızları dәxi özlәri kimi günlәrini
bәzәk-düzәkdә, roman oxumaqda, qayibanә
aşiq olmaqda, qeybәt qırmaqda, aralıq vurmaqda,
dalaşıb-barışmaqda zay edirlәr.
Çinovniklәrin bu gunә rahәt
vә qeydsiz dolanacağı qәflәtәn iztirab
vә tәşvişә çevrilir. Belә bir
xәbәr çıxır ki, Peterburqdan mәxfi
çinovnik tәyin olunub, bütün quberniyanın
işlәrini tәftiş etmәyә; xüsusәn,
bunlar olduğu şәhәrin. Bu xәbәr
hamının ürәyinә qorxu salır. Çünki
heç biri günahdan pak deyil,
hamının üstü pәrdәli eyblәri
vә paxırları var.
Cümlәdәn ziyadә qorxu
qalabәyinin canına çökür. Artıq
әl-ayağa düşüb, başlayır
şәhәrin işlәrini qayda vә nizama
salmağa.
Qorxunun şiddәtindәn vә
vahimәnin tәsirindәn әvvәlcә
Bobçinski vә Dobçinski vә onların dalınca
şәhәrin tamam çinovniklәri Peterburqdan
gәlmiş cavan Xlestakovu ki, xırdaca bir çinovnik
imiş, revizor hesab edirlәr. Xlestakov isә yolda pulunu
uduzub, burada ciblәri boş qastinsada әylәşib
qalıbdır. Qastinsaçı ona yemәk dә
vermәyir vә biçarәnin aclıqdan qarnı
quruldayır. Qoqol Xlestakovun tipini, yәni onun nә qisim adam
olduğunu artıq mәharәtlә tәhrir
etmişdir.
Xlestakov özünü öyәn, fikirsiz,
yalan danışan, acığı tez tutub tez dә soyuyan,
israf xәrc edәn, dәqiqәdә sözünü
dәyişdirәn, başda söylәdiyi ilә ortada
vә ayaqda söylәdiyi düz gәlmәyәn
vә biri-birinә zidd olan, arsız vә qeydsiz vә
imsalı hәr yerdә görünәn bir cavan idi ki,
hәr kәs olsaydı, әvvәl dәfәdә
onun boş vә yüngül bir vücud olduğunu dәrk
edә bilәrdi.
Amma nә eylәmәk, qorxu yaman şeydir,
qorxudan bunların hamısının gözlәrinә
pәrdә çәkilir vә özlәrini
itirirlәr. Qalabәyi kimi pürfәn, mühil vә
hәrraf adam tora düşür, Xlestakovun boş vә
ağılsız olduğunu anlamayıb, onu mәxfi
tәyin olunmuş revizor sanır vә belәliklә,
çaşıb, әql vә tәdbirini itirir.
Qalabәyi Xlestakovu mehmanxanadan artıq ehtiram
vә tәntәnә ilә öz evinә gәtirir.
Burada nahardan sonra şәrabın tәsirindәn
ağzına gәlәn hәdyanı söylәyir. Guya
o, Peterburqda әvvәlinci adamdır, o olduğu balda vә
qonaqlıqlarda ancaq vәzirlәr vә generallar olur. Bu
ziyafәtlәrdә süfrәyә elә qarpız
gәlir ki, qiymәti yeddi yüz manatdır. Sup qazanlarda
düz bir [başa] Parijdәn paraxodlarda gәlir, qazanın
ağzını açanda әtri hamını valeh edir.
Onun preferans yoldaşları Firәngistan, Almaniya vә
İngiltәrә sәfirlәri vә bir dә
ümuri-xaricә vәziridir. Hәr sәhәr
hәlә o yuxudan durmamış onun qapısında qraflar
vә knyazlar arı kimi vızıldaşırlar. Bir kәrә ona departamentin direktorluğunu tәklif etdilәr, amma o qәbul elәmirdi. Bu barәdә ona hәr tәrәfdәn elçi vә minnәtçi saldılar, kuryerlәr dalbadal gәlib gedirdi, belә ki, tәk kuryerlәrin hesabı otuz beş minә çatmışdı. Mәşhur Puşkin onun
yaxın dostudur vә onun özü dәxi adlı vә hörmәtli
әdiblәrdәn birisi hesab olunur.
Çinovniklәrdәn heç biri bu sözlәrin hәdyan vә başdan ayağa yalan olduğunu
anlamayıb, bu hәdyәnatı
eşitdikcә dәxi dә artıq qorxuşurlar vә canlarına titrәtmә düşür, әl-ayaqları әsә-әsә ona pul verirlәr. Xlestakov qızışıb
deyir: "Mәnim hökmlәrim dәfәtәn cari
olur!" Doğrudan da, bir tәrәfdәn
qalabәyidәn pul borc alır, digәr tәrәfdәn
sövdәgәrlәrin şikayәtinә qulaq
asıb hiddәtlә deyir: "Mәn onu qulluqdan
qovaram!" Bir tәrәfdәn qalabәyinin arvadına
aşiq olur, digәr tәrәfdәn qızına
elçi düşür vә axırda özündәn
ağıllı vә tәdbirli olan nökәri Osipin
mәslәhәtinә qulaq asıb oradan gedir.
Qalabәyi vә sair çinovniklәr
çox sevinib şad olurlar ki, revizoru razı elәyib yola
saldılar. Hamıdan artıq qalabәyi sevinir ki, qızını
revizora namizәd etmәklә belә böyük vә
möhtәrәm Peterburq çinovniki ilә bir qohumluq
әlaqәsini bağladı. Şәhәr әhli onun
evinә cәm olub, hәrә bir növ onu tәbrik
edirlәr vә gәlәcәkdә onun uca
mәrtәbәyә yetişәcәyini
şadlıq ilә xәbәr verirlәr. Bu hindә poçt
naçalniki Şpekin daxil olub, mәclis әhlinin kefini
pozur. Bu cәnab Xlestakovun yoldaşına yazdığı
kağızı xәlvәt açıb oxuyub vә ondan
bilib ki, Xlestakov әsla revizor deyil vә kağızında
onların sәfahәtinә gülür.
Mәclis әhli әvvәlcә
Şpekinin sözlәrinә inanmayır vә qalabәyi
qeyzlә onu tәhdid edib deyir ki, sәn nә
cürәt edib belә bir böyük adamın haqqında
bu gunә iftiraları söylәyirsәn, o mәnim yeznәmdir. Bu gunә zarafatlar sәnә
nәf gәtirmәz. Bu sözlәrin müqabilindә
Şpekin Xlestakovun kağızını başlayır oxumağa vә әhli-mәclis
bir-bir özlәrinin övsafi-zәmimәlәrini
oxuduqda qızarıb bozarırlar. Amma bununla belә
şübhәdәn dәxi çıxırlar.
Qalabәyi Xlestakov kimi axmaq vә yelbeyinin birisinә aldanmağına tab
gәtirә bilmәyib, acığından az qalır dәli
olsun. Bu halda qapı açılıb jandarma daxil olur vә
hәqiqi revizorun Peterburqdan gәldiyini vә onları
öz hüzuruna bilatәxir tәlәb etdiyini
xәbәr verir. Bu dәhşәtli
xәbәrdәn әhli-mәclis mat vә mәbhut
qalır.... Burada pәrdә
salınır.
Qoqolun bu komediyası әvәzsiz bir әsәrdir
ki, hәmişә hәyat üzrә baqi qalacaqdır.
Onun Qorodniçisi, sudyası, poçtmeystri,
Dobçinski-Bobçinskisi, xüsusәn Xlestakovu necә
ki, Rusiya dövlәti vardır, onlar da sağ vә salamat
qalacaqlar.
Әlli sәnә bundan әvvәl Qoqol
yazdığı komediyanın eynini bu halda bizim Qafqazın
çox yerlәrindә müşahidә etmәk olur.
Onun әdibanә vәsf qıldığı
rüşvәtxor, tamahkar, tәnbәl, bacarıqsız,
öz vәzifәsini anlamayan, camaata zülm edәn vә
hәmәvaxt öz nәfslәrini güdәn
çinovniklәr ilә bizim uyezdlәr vә mahallar
doludur. Bizim çinovniklәrdәn bәzisi atbaz,
bәzisi itbaz, kimisi ovçu, kimisi rüşvәtçi,
kimisi fәsadçıdır, amma hәqiqi qulluqçu
olanları azdır.
Qoqolun tәbiәt vә xasiyyәtindә
hәr bir şeyin künhünә göz yetirmәk,
mahiyyәtinә baxmaq vә hәr bir şeyin
gülünc tәrәfini vә istehzaya layiq sәmtini
görüb-göstәrmәk vardır. Rus
әdiblәrindәn heç biri Qoqol kimi adamların
üstә elә zәrifanә gülmür vә
oxucuları güldürmür.
Qoqolun gülmәyi
qәribә bir gülmәkdir. Bizim
mәişәtimizdә gülünc, gülmәli
vә rişxәndә sәbәb olası
ayin-adәtlәr, müxtәlif işlәr vә
әmәllәr, danışıqlar vә
söhbәtlәr çoxdur. Amma bunların
hamısının üzünә adamların falşivi
rәftar vә әlaqәlәrindәn toxunmuş bir
pәrdә çәkilibdir ki, hәr adama onun alt
tәrәfini görmәk qüdrәt vә
qabiliyyәti verilmәyibdir. Qoqol isә pәrdәnin
altını açıq görür vә onu
zәrifanә qalxızıb, altında olan әcayibat
vә qәraibata baxıb, naziganә gülür vә
bizә göstәrib, bizi dә güldürür.
Qoqol zatәn psixoloq yarandığı
üçün adamların
boşluğunu, sәfahәt vә hәmaqәtini,
büxl vә hәsәdini, zülm vә
şәrarәtini görür vә bunu da görür
ki, onlar nә növ zahiri әda vә
hәrәkatları ilә istәyirlәr qeyrilәri
aldatsınlar vә özlәrini ağıllı,
tәdbirli, sәxavәtli, insaflı vә
mürüvvәtli göstәrsinlәr. Adamların bu
ikiüzlülüyü, bu saxtakarlığı, bu
hiylәsazlığı Qoqola gülünc gәlir, o gülür
vә bizim gözümüzü dә hәqiqәt hala
açıb, bizi dә güldürür. Amma Qoqol acı
vә ürәk yandırıcı gülüş
ilә gülür. Zahirdә güldüyü adamların
halına batindә ağlayır vә bu barәdә o
yazır: "Alәmin gözünә görsәnәn
gülmәyimin altından nәzәrә gәlmәyәn
göz yaşım axır....".
Necә ki, "Revizor"da, habelә dә
"Fövt olmuş nüfus"da Qoqol mәişәtin
qaranlıq tәrәfini, zülmәt vә
cәhalәtlә dolmuş hissәsini yazıb
göstәrir. Puşkinin tәbi durbinә, amma Qoqolun
tәbi zәrrәbinә tәşbih olunubdur. Puşkin
durbin kimi mәişәtin uzaq yerlәrini vә
gözәl mәnzәrәlәrini işıqlı
vә qәşәng bir halda göstәrirkәn, Qoqol
zәrrәbin kimi yaxında olan vә gözün
önündә, şişәnin altında
tәrpәnәn nifrәtәngiz hәşәrat
vә mikrobları böyüdüb göstәrir. Qoqol
belә rәvayәt edir ki, "Ölmüş
nüfus"un әvvәlinci bablarını Puşkinә
oxuyanda o, fikrә getdi. Onun bu halına tәәccüb
etdim, çünki o hәmişә mәnim
yazdıqlarıma qulaq asanda gülürdü. Amma indi mәn
oxuduqca o bikeflәndi vә axırda bilmәrrә
rәngi tutuldu, mütәğәyyiri-hal oldu. Mәn
oxumağı qurtardım. O, ürәkdәn bir ah
çәkib dedi: "Pәrvәrdigara! Bizim Rusiya nә
pürğәm vә pürmәlal
mәmlәkәtdir!".
Bizim әdiblәrimizdәn mәrhum
Mirzә Fәtәli Axundov asari-qәlәmiyyәsi
ilә Qoqola çox bәnzәyir. Mirzә
Fәtәli dәxi öz komediyalarında xәyalat
gücü ilә vә savad zoruyla bir şey yaratmayıb,
hәr nә yazıbsa, dolanacağımızın
eynindәn vә mәişәtimizin
övzai-әhvalından götürübdür. Mәrhum
Mirzә dәxi zahirdә yazdıqlarının üstә
gülürsә dә, batindә ağlayır vә
hәqiqәtәn bir az dәrin fikir etsәk
görәrik ki, onun Molla İbrahimxәlili, Hacı
Qarası, Hatәmxan ağası, Tarıverdisi, Ağa
Mәrdanı vә qeyrilәri yazıq vә
bәdbәxt adamlardır ki, onların halına
gülmәkdәn isә ağlamaq lazımdır.
[Ruslar]
büsat açıb cәşn vә
bayram edir. Bu böyük milli bayram ilә biz dәxi rus әdiblәrini vә rus millәtini tәbrik edib onların qәdrşünas olmaqlarına tәhsin oxuyuruq.
Aya, Mirzә Fәtәli Axundovun yüz illik yubileyi dә bizim yadımıza
düşәcәkdirmi vә bizdә dәxi millәt hissi vә milliyyәt damarı ayılacaqdırmı, biz
dә öz әdiblәrimizin şan vә şәrәfini, qәdr vә qiymәtini dәrk edәәyikmi?!
1909.