AĞAHÜSEYN "ARİF"
TӘXӘLLÜS
Mәhәmmәd ağa
Müctәhidzadә[nin] "Riyazül-aşiqin"
ünvanı ilә tәrtib etdiyi
"Tәzkirәtüş-şüәra"sında
verdiyi mәlumata görә, Arif Molla Pәnah
dövrünün şüәrasındandır.
Nişatın vә Ağamәsih
Şirvaninin müasiri imiş. Әsli vә nәsәbi
İrana mütәәlliqdir. Tәvәllüd edib
Tәbrizdә, sonraları Qafqaziya torpağına hicrәt
edib vә Şuşa şәhәrini
mәhәlli-iqamәt etmişdir. Çox arif,
danişmәnd vә bәzi elmlәrә dara bir
şәxs imiş. Tәbii şeriyyәsi dәxi var
imiş.
Hicrәti-rәsulun 1220-ci
sәnәsindә ömrünün şüşәsi
Şuşa şәhәrindә daşa toxunub
sınmışdır.
Aşağıda yazılan
qәzәllәr onun әsәrlәrindәndir:
Sәba, qәmxarım ol, qәmxarıma
dәrdi-dil izhar et,
Xәbәrdar olmayan qәmxarımı
qәmdәn xәbәrdar et!
Yetişcәk sayәvәş
toprağә düş, qәmxarıma söylә,
Qәmi-hicrindә hali-zarımı
izhari-qәmxar et--
Ki, ey peymanşikәn, mehrü vәfası
olmayan dilbәr,
Tәrafül eylәmә, bir lәhzә
әzmi-kuyi-dildar et!
Әlindәn öp, ona şәrh eylә
әhvali-pәrişanı,
Әyağına düşüb öz
başın üçün yarә izhar et--
Ki, gәlmiş aşiqi-biçarә
yanından sәba, söylәr--
Ki, ey qәmxar, xabi-nazdәn cananı bidar et.
Әcәl vermәz aman, can nәqdini almaq
dilәr sәndәn,
Bu fәrdi naleyi-fәryad ilә hәr
lәhzә tәkrar et--
Ki, hәsrәt getdi Arif, görmәdi
yarın bu dünyada,
Rәqibi, bar ilaha, mәn kimi mәhrumi-didar
et!
* *
* * *
Mümkün olmaz yarı görmәk bir zaman
әğyarsız,
Gülşәnin dövründә kim
görmüş gül olsun xarsız?!
Dövri dönmüş dövri-dövran
bulmadı kamımca seyr,
Çәrxi-kәcrәftarı bir dәm
görmәdim azarsız.
Qәdrü qiymәtlәr tapıb
kuyindә yarın qeyrlәr,
Leyk mәn qaldım qәmi-hicran ara
qәmxarsız.
Qәm mәni pamal qıldı, ey
müsәlmanan, haray,
Olmasın kafir dә, ya rәb, mәn kimi
qәmxarsız.
Qәbrimin daşına yaz, ey әhli-dil, bu
misrәi:
Verdi Arif canını min hәsrәt ilә
yarsız.
* *
* * *
Günәş nuru deyil pәrtöv
salıb kövnü mәkan üzrә,
Yüzün nurudur ol, ey mәh,
düşüb әks asiman üzrә.
Rәvan ol canibi-bostanә, ey
sәrvi-rәvan, ta gör,
Üzün toprağә qoymuş sәrvi-sәrkeş
busitan üzrә.
Saraldı nәrgisi-mәstin qәmindәn
natәvan nәrgis,
Üzün gül gördü,
xiclәtdәn qızardı gülsitan üzrә.
Götürgәc pәrdә yüzdәn
şurişü qovğa bülәnd oldu,
Qiyam etdi qiyamından qiyamәtlәr cahan
üzrә.
Qәdәm bas başına, ta payimal et, sәrfәraz olsun,
Qoyub
baş xәstә Arif pasiban tәk asitan üzrә.
Bu qәzәllәrdәn Arifin zәrif vә xoştәb bir şair olduğu
anlaşılır. Heyfa ki, tәqazayi-zaman elә
imiş ki, Arif kimi şairlәrimiz dilbәrin
vәsfindәn, rәqibin sitәmindәn, fәraqın
әlәmindәn çәrxi-kәcrәftarın
cövrü zülmündәn başqa bir şey vücuda
gәtirmәyә qadir deyilmişlәr. Vә necә
ki, o vaxtın şairi Nabi әfәndi deyibdir:
Çıxamaz daireyi-dilbәrdәn,
Qәddü xәddü lәbü
çeşmi-tәrdәn.
Gәh baharә dolaşur, gәh
çәmәnә.
İlişür sәrvü gülü
yasәmәnә.
Rәhi-narәftәdә cövlan
edәmәz,
Sapa vadilәri seyran edәmәz.
Arifin yuxarıda yazılan
qәzәllәrindәn sәva yenә bir çox
әsәrlәri alicәnab müfti әfәndi
Qaibzadәnin "Mәcmuә"sindә mәsturdur.