AĞABAĞIR
Yusif Qarabağinin mәcmuәsindә
Ağabağır ismindә bir şairin
әsәrlәrindәn nümunә olaraq bir
müәşşәr-tәrcibәnd dәrc
olunmuşdur. Bu kәlamda bahar fәslinin
әlamәtlәrini şair tәdriclә zikr edib,
güldәn, bülbüldәn vә yasәmәn,
sünbüldәn söz açıb, axırda
tәәssüflә fәryad edib deyir ki, heyif deyilmi ki,
belә gözәl çağda baş qala torpaqda:
Bir belә mövsümdә, bahar
çağdә
Heyf deyil baş qala torpaqdә?
Yәni insanın ömrü
qәflәtdә vә zillәtdә keçir.
Şair Adәm övladına xitabәn deyir;
Keçir günüm eyş [ilә]
işrәtdә sәn,
Zövqü sәfa eylә bu
vәhdәtdә sәn!
Nә qәdr ki, bu
ömri-dövlәtdәsәn,
Çәrxә vәfa bağlama,
әlbәttә, sәn!
Seyran elә baği-nәzakәtdә
sәn,
Barvәr ol nәxli-şәrafәtdә
sәn!
Tәlx etmә övqatını
möhnәtdә sәn,
Eylә mәqam övci-sәadәtdә
sәn!
Uyma, könül, bu xabi-qәflәtdә
sәn,
Aç gözünü bir nәzәr
afaqdә!
Bundan sonra şair ulduzlardan, sabit
sәyyarәlәrdәn--Mәrrix vә
Ütariddәn, Müştәri vә
Zöhrәdәn söz açıb vә bunun
dalısınca bürclәri bir-bir zikr elәyib,
әrşdәn, şәmsdәn, qövsi-qüzehdәn
vә tiri-şәhabın lәmәsindәn
söylәyib, hәr mәxluqda
qüdrәti-xaliqin әlamәtlәrini vә
nişanәlәrini göstәrir. Şairin
kәlamında mәrifәt әsәri vә
zövq-şövq hisslәri müşahidә olunursa da,
kәlamın özündә lәtafәt vә
çәndan rәvanlıq vә mövzunluq
görünmür.
Ağabağırın dәxi әslü
nәsәbi vә mәhәllü mәkanı
mәlum deyil.