AĞAİSMAYIL ZӘBİH

 

 

 

 

Ağaismayıl Zәbih Gәncәnin adlı şairlәrindәn birisi hesab olunur. Ağaismayıl «Zәbih» tәxәllüsünü götürmәkliyә sәbәb Hәzrәt İsmayıl ilә bir isimdә (adaş) olmağıdır. Çün Hәzrәt İsmayıl hәqq-taalanın әmri ilә Mina dağına atası İbrahim Xәlilullah tәrәfindәn zibh olunmaq üçün aparılmışdı, o münasibәtlә Ağaismayıl dәxi özü üçün «Zәbih» tәxәllüsünü intixab etmişdir.

 

Zәbih mühacirәtәn xeyli müddәt Tәbrizdә iqamәt edib, orada ticarәt әmrinә mәşğul olarmış vә bir vaxtı orada tacirbaşılıq mәnsәbinә dәxi yetişibdir. Dünyagörmüş vә işaşıran bir vücud imiş. Bәzi rәvayәtә görә, sonradan yenә Gәncәyә müraciәt edib vә burada hicrәtin 1285-ci ili tәxminәn 70 yaşında vәfat edibdir. Amma sәhihi budur ki, mәrhum Ağaismayıl vәtәninә müraciәt etmәyib, Tәbriz şәhәrindә vәfat edibdir.

 

Zәbih xoşxülq vә pürsavad bir vücud imiş. Fars şairlәrinin әsәrlәrindәn ittilan-kamili var imiş. Türk vә fars dillәrindә müxtәlif şer vә qәzәllәri vardır. Bundan әlavә Zәbih ziyadә xoşnәvis imiş. Farsca divanı vardır, heyfa ki, әlә keçmәdi. Mәktәbdar Mirzә Sadıq «Fani» tәxәllüslә Zәbihin arasında irsal-mәrsul vә tәatiyi-әfkar vüqua gәlirmiş. Өz nәvәsi Xәlili tәlim vә tәrbiyә üçün ilk dәfә mәktәbә göndәrdiyi vaxt Mirzә Sadığa yazdığı «Tövsiyәnamә»dәn bir-iki beyti әhibbalarının xatirindә qalıbdır ki, burada zikr olunur:

 

Ey ke, mәrdom yad girәd әz to tәlime-әdәb,

Vey ze әsrare-mәani, vaqef әz aslo nәsәb.

Gәr bovәd әz fәzlo elmәt bәr Xәlile-mәn nәsib,

Nar bәr vey nur gәrdәd çon toi әrbabe-rәb.

 

Vә yenә Mirzә Sadıq Faniyә cavabәn yazdığı farsül-ibarә bir kәlamından ancaq üç beyt әlә düşdü ki, onda qocalıqdan şikayәt olunur:

 

Barilaha, kәs mәbada dәr cәhan başәd әlil,

Hәr ke, şod piro әlil, an gәh şәvәd xaro zәlil.

Ab çon besyar manәd dәr qәdәh, gәrdәd kәsif,

Mәrd çon besyan xәsbәd lacәrәm gәrdәd kәsil.

Noktegirira mәkon dәr şere-mәn dәr qafiye,

Әz qәvafiye-to inca nist coz lәfze-әmil.

 

Vә yenә Mirzә Sadıq «Fani» tәxәllüs onun mәdhindә yazdığı bir kağıza cavabәn bu beytlәri yazmışdır:

 

Xaleqol-әşar mixani mәra dәr selke-nәzm,

Şaere-xoştәbra hәstәm mәnәş әbde-zәlil.

Ruzo şәb duri hәmicuyәm әz in darol-әdәm,

Reştei bәr gәrdәnәm әfkәnde Musavo Xәlil[1].

 

[1]- Musa vә Xәlil -- hәr ikisi şairin nәvәlәridir.

 

Ağa[ismayıl] Zәbihin hәr qisim şerü kәlamları çox isә dә, heyfa ki, әlә düşәnlәri az oldu. Onlardan bir neçәsi burada tәb olunur.

 

Müxәmmәsi-Zәbih:

 

Bilmirәm bais nәdir, qәlbim dә seyran istәmәz,

Könlümü tutmuş qübari-qәm, gülüstan istәmәz,

Seyri-gülgәştü sәfayi-bağü bostan istәmәz,

Bәrbәtü rudü sürudi-lәhni-xoşxan istәmәz,

Mәrğzari-lalәvü nәsrinü reyhan istәmәz.

 

Bәzi әşxası görürsәn qәddi manәndi-әlәm,

Zәnn edirsәn bu vәfa rahındadır sabitqәdәm,

Yaxşıraqdır belә әşxasın vücudundan әdәm,

Hiylәvü mәkr ilә daim dildә sövgәndü qәsәm,

Hәr qәsәm ki, yad edәr, guya ki, üsyan istәmәz.

 

Neçә kәslәr var, müsәlmandır deyirlәr adına,

Şeytәnәt fikrindәn özgә şey düşmәz yadına,

Çox kәsin baisdir onlar fitnәvü әfsadına,

Görgәc iblis onları söylәr tamam övladına:

Getmәyin bu şәhrә kim, bu şәhr şeytan istәmәz.

 

Bәzi kәs inkar edәr qanuni-şәri ruzü şәb,

Bu şәriәtdan qılar qanuni-rusi müntәxәb,

Etmәdi inkar hәqqi-Mustafa cüz Bulәhәb,

Getmәzәm şәrә -- sölәrdi ol himari-biәdәb,

Bizlәrә şәr nә lazım kim, bu, divan istәmәz.

 

Qalmayıb bir zәrrә bu deyri-fәnadә rәğbәtim,

Az-çox var idi bu xәlq içrә şanü şövkәtim,

Getdi әldәn, günbәgün artar mәlalü möhnәtim,

İşrәtü nazü nәimә qalmayıbdır ülfәtim,

Şövkәtü şanü cәlalü hökm divan istәmәz.

 

Bu fәlәk gör kim, nә rüsvayi-cahan etmiş mәni,

Acizü piri-әlilü natәvan etmiş mәni,

Yoxsa bilmәm çәrxi-gәrdun imtahan etmiş mәni,

Bivәfa kәslәr ilә çün hәminan etmiş mәni,

Sәrfәraz etmәk mәni bu çәrxi-dәvran istәmәz.

 

Görmәdim bu ruzigar әhlindә bir sidqü sәfa,

Gördüm onları tamamәn bidәyanәt, bivәfa,

Bir yalan sözdür adın qoymuş rәfiqü aşina,

Yox Әli, ali-Әlidәn qeyri özgә rәhnüma,

Өzgә bir ümmid ya bir özgә canan istәmәz.

 

Etmә, ya rәb, hәşrimi mәhşәr günü әğyar ilәn,

İmtahan etmә Zәbihi-binәvanı nar ilәn,

Hәşrimi qıl әrseyi-mәhşәrdә hәştü çar ilәn,

Ol şәfii-ruzi-mәhşәr heydәri-kәrrar ilәn,

Gәr ola yüz min mürid, mürşidü sәlman, istәmәz.

 

İstәdim kuyi-vәfadә Qeys ya Fәrhad olam,

Qoymadı bu çәrxi-gәrdun bir zaman dilşad olam,

Qeyrәti-xәsmi-әduyә gaveyi-hәddad olam,

İstәmәzdim bivәfalıq rәsminә mötad olam,

Әylәşәn kәs zövrәqә, әlbәttә, tufan istәmәz.

 

Ağaismayıl Zәbih bu müxәmmәsindә Molla Pәnah Vaqif kimi öz әsәrindә yaşayan adamların rәzil әxlaqından vә çirkin övsafından söz açıb onların bivәfa vә biar, biqeyrәt, mühil vә yalançı olmaqlarını, haqqı inkar edib, dini-mübini-Mustafadan uzaq düşmәklәrini, rus zakonunu şәriәt qanununa tәrcih etmәklәriini, dostluğun әvvәlinci şәrti mәqamında olan sidqü dәyanәtdәn bibәhrә olmaqlarını gözәl vә mövzun şerlәr vasitәsilә bir-bir zikr qılır, әhli-zәmanәdәn üz çöndәrir vә Әliyyül-Mürtәzaya vә onun evladına pәnah aparıb hәşr günündә onlardan kömәk dilәyir.

 

Zәbihin bu kәlamında olan bir bәnd «Molla Nәsrәddin» curnalında sabiqdә çap olunmuş «Cәhәnnәm mәktubu»nu yada salır ki, şeytan zәmanә adamlarından şikayәt edib deyir: «Nahaq yerә mәni müttәhim edib hәr mәqamü mәkanda mәnә lәnәt oxuyursunuz. Neçә vaxt idi ki, mәn Firәngistana getmişdim vә mәnim vücudum burada olmadığı halda Adәm atanın övladı o qәdәr fәsad vә şәrarәt törәtdi ki, o qәdәr görülmәmiş işlәr tutdu ki, onlar mәnim heç xәyalımdan da keçmәzdi». Sonradan şeytan Adәm atanın övladı tutduğu fәsad әmәllәri bir-bir zikr edib deyir: «Өzünüz insaf edib söylәyin, bu işlәr mәnim әmәlimdir, yoxsa sizin öz işlәrinizdir?»

 

Zәbih dәxi öz şәhәrinin әhlindәn şikayәt edib deyir: Adlarını müsәlman qoyan neçә kәslәr vardır ki, şeytәnәtdәn başqa bir fikir vә peşәlәri yoxdur. Onların xәyalı vә tamam sәylәri ancaq adamların arasında fitnәvü fәsad salmaqdır. Belә adamları iblis

gördükdә öz balalarına deyir: Balalarım, daha siz bu şәhәrә getmәyin, buranın әhli şeytan istәmәz. Bunlar özü hәr qisim fәsad vә şәrarәt törәtmәkdә bibәdәl vә mahirdirlәr....» Necә ki, Zәbih deyir:

 

Neçә kәslәr var, müsәlmandır deyirlәr adına,

Şeytәnәt fikrindәn özgә şey düşmәz yadına,

Çox kәsin baisdir onlar fitnәvü әfsadına,

Görgәc iblis onları söylәr tamam övladına:

Getmәyin bu şәhrә kim, bu şәhr şeytan istәmәz.

 

Bizim elmü mәrifәtdәn bibәhrә olan әhlin şeytandan artıq fitnәkar, şәrir vә fasid olmağını binәzir şairimiz Abbas ağa Qaibov «Nazir» tәxәllüs tәzә yazdığı «Molla vә şeytan» ünvanlı hekayәsindә gözәl vәch ilә bәyan edibdir. Bu hekayәnin barәsindә öz mәqamında danışılacaqdır.

 

Cәnab Zәbihin yuxarıda yazılan müxәmmәsindәn onun müqtәdir vә xoştәb azәrbaycanlı bir şair olduğu görünür. Onun aşağıda dәrc olunan kәlamı bu qövlümüzün doğruluğuna şәhadәt verә bilәr. Kәlami-Zәbih:

 

Mәnim bu pir olan könlüm cahanda bir cavan istәr,

İçib mәst olmağa hәr dәm şәrabi-әrğәvan istәr.

 

Gәhi eylәr tәkәllüm iddiasın bәzmi-ürfanda,

Gәhi rәzm etmәyә Rüstәmsifәt tirü kaman istәr.

 

Gәhi xaki-mәzәllәtdә tutar Mәnsur tәk aram,

Gәhi Keyxosrovü Cәmşid tәk tәxti-Kәyan istәr.

 

Gәhi azürdәvü dәrviş İbrahimi-Әdhәm tәk,

Gәhi cahü cәlali-Әrdәşiri-Babәkan istәr.

 

Mәqami-hәqqi tapmaqda olur gah Nasiri-Xosrov,

Gәhi ol Xosrovi-Pәrviz tәk mülki-cahan istәr.

 

Gәhi azәrpәrәstü gah qibti, gәh müsәlmani,

Gәhi bәrzәx, gәhi duzәx, gәhi hurü cinan istәr.

 

Gәhi süflitәlәb qәri-zәmindә gavü mahi tәk,

Gәhi ülvitәlәb seyri-sәfayi-asiman istәr.

 

Gәhi Bәhluli-divanә, gәhi Mollayi-Nәsrәddin,

Gәhi Buzәrcmehrü şövkәti-Nuşirәvan istәr.

 

Gәhi Sәdiyü Hafiz, gәh Füzuli, gah Xaqani,

Gәhi Bağdad, gәh Şiraz, gahi İsfәhan istәr.

 

Gәhi Mollayi-Rumi, gәh Nizami, gah Firdovsi,

Gәhi Rumi, gәhi İran, gәhi Hindustan istәr.

 

Gәhi dәrsi-sәbәqdә әcz edәr şagirdi-mәktәb tәk,

Gәhi inşasına şagirdi-Mirzә Mehdi xan istәr.

 

Mәnә tәn etmә, ey zahid, sәnin zöhdün riyaidir.

Әgәr zikr eylәyәm vәsfin sәnin, bir dastan istәr.

 

Bәsa zahidlәri gördüm sәnin tәk sәy edәr, amma

Rәhi-tәhqiqi tapmaqda ona çox imtahan istәr.

 

Xәrabәt әhlinin eşqini bilmәz zahidü müfti,

Ona eşqin yolun göstәrmәyә piri-muğan istәr.

 

Deyil vaqif rümuzi-eşqә şeyxi-şәhrlә vaiz,

Olar gahi әlәf çeynәr, gәhi arpa-saman istәr.

 

Vücudi-vәhdәti bilmәz nifasü heyz mollasi,

Ona burhani-qate pәnbәdә bir qәtrә qan istәr.

 

Tәriqәtdәn sual etsәk nәcasәt fәslini söylәr,

Hәqiqәt kәlmәsindәn lal olur, guya zәban istәr.

 

Tәriqi-hәqqi tanmaq, istәmәz maziyü müstәqbәl,

Nә nәhvü sәrf, mәntiq, nә bәyan ilә mәan istәr.

 

Mәcaz әhli hәqiqәt rahini tapmaqda bimürşid,

Skәndәrvar olur aciz, dәlili-karvan istәr.

 

Zәbiha, ruzi-mәhşәrdә nәdir üsyanına fikrin,

Nәzәr lütf ilә gәr qılsa әmiri-möminan istәr.

 

Bu şәrhin qilü qalından qübari-qәm tutub könlüm,

Uçub könlüm quşu hәr lәhzә Azәrbaycan istәr.

 

Mәrhum Zәbihin bu kәlamı mövzun vә pürmәzmun kәlamlardan birisidir. Burada şair müasiri Nәbati kimi, Şәms Tәbrizi әleyhirrәhmәyә tәqlid vә tәbәiyyәt izhar edәrәk könlünün müxtәlif hallarını vә onda vaxtbәvaxt vüqua gәlәn arzu vә tәmәnnaları şәrh qılır.

 

Zәbih gәhi xaki-mәzәllәtdә Mәnsur tәk aramyab olur vә gahi Keyxosrov vә Cәmşid tәk tәxtü taci-Kәyan tәlәb edir; gahi dәrvişsifәt azadәlik xahiş elәyir vә gahi Әrdәşir Babәkan kimi cahü calal şövqünә düşür; gәh azәri, gәh qibti vә gәh müsәlman olmaq fikrinә düşür; gәhi yerin altında zәm olunan qızıl öküzdәn vә zorba balıqdan söz açıb seyri-sәfayi-asiman tәlәb edir; gәh bәrzәxi vә kahi dә behişti-bәrindә hur, cinan tәmәnnalarına düşür vә habelә şairin meylü könlü min cürә müxtәlif halәtlәrә düşüb cәnnәt vә cәhәnnәm misallı bir-birinә zidd, bәrәks şeylәr vә tәmәnnalar arzu elәyir. Bu qisim rәngarәng halәtlәr ancaq hәqiqi şair misilli qeyri-adi vә ziyadә әsaslı vücudların tәbiәt va mәzaclarında müşahidә oluna bilәr.

 

Zәbih öz hali-dilini vә müxtәlif tәmәnnalarını zikr etdikdәn sonra zahidi-zahirpәrәstin vәsfi-halına şüru edib deyir: Ey zahid, mәnә tәn etmә, sәnin zöhdün hәqiqi deyil, riyaidir. Siz zahidlәr rümuzi-eşqә vaqif deyilsiniz, xәrabәt әhlinin eşqini zahirpәrәst müfti vә vaiz bilә bilmәz. Bu yolu göstәrmәk üçün piri-muran lazımdır. Әgәr sizdәn tәriqәt mәsәlәsindәn sual olunsa, nәcasәt fәslini söylәrsiniz vә hәqiqәt kәlmәsinin mәnasını dәrk etmәklә әcz göstәrib, lal olub qalarsınız. Zira bu kәlmәni şәrhü bәyan etmәyә başqa fәsahәt vә tәlaqәti-lisan gәrәkdir. O da ki, siz firqәdә yoxdur.   

 

Bu kәlamın axırkı beytindә şair Azәrbaycan vilayәtini tәmәnna edib, sakin olduğu şәhәrin qilü qalından şikayәt edir:

 

Bu şәhrin qilü qalından qübari-qәm tutub könlüm,

Uçub könlüm quşu hәr lәhzә Azәrbaycan istәr.

 

  Burada Zәbih şikayәt elәdiyi şәhәr yәqin ki, Gәncә şәhәridir. Aşağıda yazılan müxәmmәsi-müstәzadında әgәrçi şair bir növ Gәncәni başdan tәrif vә tövsif qılır, vәli onun әhalisinin eybü qüsuruna dәxi pәrdә çәkmir, onları da nazik işarәlәr ilә göstәrir vә bundan masәva әsil Azәrbaycan ki, Zәbihin könül quşu uçub onun tәrәfinә meyl edir, qәdim әsrdәn İran dövlәtinә tabe vәsi bir vilayәtdir ki, onun mәrkәzi Tәbriz şәhәridir. Hәr halda şair uzun müddәt sakin olduğu şәhәr әhlindәn rәncidә vә dilgir olub, başqa bir mәhәlә köçmәyi arzu edir. Bu mәhәl vәtәni-mәlufu Gәncәdirmi, yoxsa Tәbrizdirmi, allah bilir.

 

Gәncә şәhәrindә sükunәt edәn ruhanilәrin vә müxtәlif әsnafların vә peşәkarların vәsfi-şәnindә istehza vә kinayә tәriqi ilә inşad etdiyi müxәmmәsi-müstәzaddır:

 

Könlüm hәvәs eylәr ki, qılım bir neçә әşar,

                        Әşari-dürәrbar.

Lal olmaya nitqim, edә tuti kimi göftar,

                        Ya bülbüli-gülzar.

Bu rәsmdir әşarә olub talib besyar,

                        Çün onda fәrәh var.

Xәlqin görürәm әksәrini mәn kimi bikar,

                        Yüz dәrdә giriftar.

Өvsafını bu şәhrin edәm mәn sәnә izhar,

                        Ey arifü huşyar!                       

 

Әvvәl sölәrәm mәscidi, çün rövzeyi-cәnnәt,

                        Çox var bu şәbahәt.

Olmaz bu cahanda belә mәbәdgәhi-millәt,

                        Mehrabi-ibadәt.

Yox eyb ilә bir nәqsi onun hәqq-hәqiqәt,

                        Banisinә rәhmәt.

Memari onun tәrhini çәkmiş nә qiyamәt,

                        Çox rәnc ilә zәhmәt.

Gәlmәz bu cahan içrә dәxi bir belә memar,

                        Bu elmә sәzavar.

 

Mollalarının hәr biri әllamәdir әlhәq,

                        Elm onlara müştәq.

Qazisi qәzavәtdә Şüreyh idi müvәssәq,

                        Fitvaları bәrhәq.

Qanuni-şәriәt tapıb onlar ilә rövnәq,

                        Sәn söylә ki, sәddәq.

Sübh olduğu tәk әsrә kimi dәrs de mütlәq,

                        Tәhsildir әlhәq.

İlkindidәn axşama kimi bәhsi-sәmavar,

                        Bir elmdi düşvar.

 

Düşdü güzәrim hücreyi-axunda çü yeksәr,

                        Gördüm neçә kәslәr.

Dövründә oturmuş hәmә әşxasi-müvәqqәrö[1],

                        Xoşqamәtü mәnzәr.

Tәşbih elәdim hәr biri [bir] Buzәrü Qәnbәr,

                        Salmanә bәrabәr.

Guya dirilib tazәdәn Әmmar ilә Yasәr,

                        Әshabi-peyğәmbәr.

Ricәt olub aya ki, gәlib heydәri-kәrrar,

                        Bu Cabiri-Әnsar.

 

[1]- Müvәqqәr -- möhtәrәm, tәzim vә tәkrim olunmuş olan.

 

Vәsf eylәrәm әsnafları cümlә bu minval,

                        Mәcmui xoşәhval.

Azdır buları mәdh edә bir kimsә mәhü sal

                        Yüz şairi-nәqqal.

Tacirlәrini eyb edәnin nitqi olur lal,

                        Mәrdud olu filhal.

Bu şәhrdә kiçik yüz iyirmi iki baqqal,

                        Bir danәdi qәssal.

Sahiblәrinә söylәsә hәr kimsә ribaxar,

                        Müşrik olu murdar.

 

Vәh, vәh, nә müәttәr görünür firqeyi-dәbbağ,

                        Çün buyi-sәrimsar.

Rövğәn küpünә daxil olub cümleyi-sәbbağ[2],

                        Guya ki, yeyib yağ.

Sәllaxü[3] kirişçi ikisi oldular ortaq,

                        Sәrmayә bağırsaq.

Ruxsarını әllafların gör nә olub ağ,

                        Çün pәşmi-Qarabağ.

 

[2]- Sәbbağ -- boyaqçı.

 

[3]- Sallax -- qoyun vә qaramal başı kәsib soyan adam.

 

 

Tәbbaxlәri gör nә edәr tәbxi-mülәzzәz,

                        Çoxlar onu bilmәz.

Pitipәz ilәn paçәpәz, ustadi-hәlimpәz,

                        Dükkanları mәbrәz,

Kababçı әgәrçi buların payinә gәlmәz,

                        Bunları bәyәnmәz.

Halvaçıların mayәsidir quyruğü bәkmәz,

                        Hәr kim yeyә bilmәz.

Biçarә sabunçu qalıb avarәvü bikar,

                        Өz halına ağlar.

 

Bu sәfhәni gör kim, nә Gülüstani-İrәmdir,

                        Mәxluqu sәnәmdir.

Әfsus ki, bu şәhrin әhibbaları kәmdir,

                        Guya ki, әdәmdir.

Bәzi, görüpür, tatü cühud ilә әcәmdir,

                        Sәrriştәsi kәmdir.

Dәrd olsa әgәr bircә bu dünyada, nә qәmdir?

                        Nә cövrü әlәmdir?

Ya rәb, elәmә dәhrdә bir kimsәni bimar,

                        Ya qadirü qәffar!

 

Zakir ilә Vaiz o taydan gәli hәr dәm,

                        Zakirliyә möhkәm.

Arşın yarım ağ ilә olub cümlә müәmmәm,

                        Ol ömrlәri kәm.

Sirab edә bilmәz buları cud ilә Hatәm,

                        Dinar ilә dirhәm.

Eyvah, yaxın oldu yenә mahi-mәhәrrәm,

                        Tutmaqlığa matәm.

Mәmlüvv edәcәk mәnbәri kirpilә ilanlar,

                        Bu mәrsiyәxanlar.

 

Filcümlә İranın sölәyim vәsfini mәnqul,

                        Ta olmaya çox tul.

İranda mәgәr qәhtdi bir adәmi-mәqul,

                        Hәm layiqü mәqbul?

Bir gövdәnin adını qoyub nayibi-konsul,

                        Qılmış bunu mәrsul.

Tәzkirә bahası deyibәn nahәq alır pul,

                        Bu zalimi-mәxzul.

Birdir buna dәrviş ilә әfsungәrü tüccar,

                        Dәllakü cәmadar.

  

Zәbihin bu müstәzadı artıq mәharәtlә yazılıbdır. Bu kәlamda sәbat, ciddiyyәt vә tәmkinlik ilә istehza vә kinayә, ağlamaq ilә gülmәk, şadlıq ilә qәm biri-birinә qarışıbdır. Burada bilmәk olmur ki, şair doğrudanmı Gәncәnin ruhanilәrini vә sair sәnәt әhllәrini tәrif vә mәdh elәyir, yoxsa onların üstünә gülür, rişxәnd elәyir. Doğrudanmı Gәncә mollaları әllamәdirlәr vә Gәncә qazilәri ümuri-qәzavәtdә müvәssәqdirlәr? Doğrudanmı qanuni-şәriәt onların mübarәk vücudları sayәsindә rövnәq tapıbdır vә sübhdәn әsrә kimi onlar әziz vaxtlarını dәrsü bәhsdә, tәlimü tәәllümdә keçirirlәr, yoxsa şair zәrifanә onların üstünә gülüb kinayә edir?

 

Şairin sözünә inanmaq olardı, әgәr samavar mәsәlәsi araya gәlmәsәydi. Hacıların vәsfinә dәxi hamı inanardı, әgәr «ribaxarlıq» sözü açılmasaydı. Әgәr şair möhtәrәm hacıların ribaxar olmağını inkar edib deyir ki, onlara bir kәs ribaxar deyә bilmәz, desәlәr «müşrik olur murdar», vәli bu sözlәrin kinayәtәriqi ilә söylәnmәsinә şübhә yoxdur. Çünki Gәncә tacirlәri faiz vә riba almasaydılar, onların bu sifәti hәrgiz burada zikr olunmazdı.

 

Firqeyi-dabbağdan sarmısağın vә bağırsağın «buyimüәttәri» gәlmәk sözlәrindәn şairin rişxәnd etmәsi zahir olur.

 

Sonra şair tәbbaxları, bitibişirәnlәri vә paçapәzlәri, hәlimaşı bişirәnlәri, kababçı, halvaçı vә sabunçuları öz sәnәtlәrinә müxtәs sifәtlәr ilә tәrif edib «pitipәz ilә paçapәz, ustadi-hәlimpәzin» dükanlarını mәbrәzә tәşbih edir. Bundan sonra әtibba sinfinә keçir vә onların kәmyablığından şikayәt edir, tapılanları da ya tat olur vә ya cuhud ki, tәbabәt elmindә әsla sәrriştәlәri olmur. Ancaq dәrd üstünә dәrd artırırlar. Ol cәhәtdәn şair deyir:

 

Ya rәb, elәmә dәhrdә bir kimsәni bimar,

                        Ya qadirü qәffar!

 

Xәtmi-kәlamda şair mәhәrrәm ayında İrandan gәlәn әqrәbsәnәt vә marsirәt vaiz vә mәrsiyәxanları zikr edib, onların tamahkarlığından vә biçarә fәhlәlәri, dәrvişlәri, әfsungәrlәri, dәllәk vә camәdarları soyub çapovulçuluq edәn nabәkar konsul nayiblәrinin zülmü cövründәn dadü fәryad edir. Bundan mәlum olunur ki, İranın viran olmağı vә onda әlan müşahidә olunan binizamlıq vә әdalәtsizlik xeyli zaman bundan müqәddәm başlanıbdır. Mәrhum Zәbihin bu şeri müstәzadı «Molla Nәsrәddin» curnalına әn münasib vә onun mәslәkinә yaraşan mәnzumәlәrdәn birisidir.

 

Zәbih öz әsrinin Mirzә Әlәkbәr Sabiri olub. Әfsus ki, onun da qәdri bilinmәyibdir vә әşarına rәvac verәn olmayıbdır.