CӘFӘRQULU XAN "NӘVA" TӘXӘLLÜS

 

 

 

Mәrhum Cәfәrqulu xan İbrahim xanın böyük fәrzәndi Mәhәmmәdhәsәn ağanın oğludur. Mәhәmmәdhәsәn ağa isә ziyadә nәcib, fәrasәtli vә lәyaqәtli bir şәxs imiş. İbrahim xan onun xatirini әziz tutarmış vә özünә onu vәliәhd tәyin edibmiş. Vәli İbrahim xan hәnuz sağ ikәn oğlu Mәhәmmәdhәsәn ağa dari-üqbayә rehlәt buyurdu vә İbrahim xan general Tesvidayevin vasitәsilә Rus imperatoruna yazıb, kiçik oğlu Mehdiqulu xanı ondan sonra varis tәsdiq etmәk fәrmanını xahişmәnd olmuşdu vә tarixi-islamiyyәnin 1221-ci sәnәsindә--ki, tarixi-mәsihiyyәnin 1806-cı sәnәsinә mütabiqdir,--Mehdiqulu xan imperator fәrmanı ilә külli-Qarabağ xanlığına İbrahim xandan sonra hakim tәyin olundu.

Mәlum olsun ki, Cәfәrqulu xan babası İbrahim xanın hali-hәyatından aşikarәn varislik iddiası etmirdisә dә, amma qәlbindә bu arzu vә başında Qarabağa hakim olmaq fikri var idi. Zәmani ki, imperatorun fövqdә zikr olunan fәrmanı yetişdi, Cәfәrqulu xan mәyus vә mükәddәr oldu vә o vaxtdan sonra onunla әmisi Mehdiqulu xanın arasında hәmişәlik bir küdurәt vә әdavәt vüqua gәldi vә Cәfәrqulu xan çox hiylә vә dәsisәlәr vә pürfәsad tәdbirlәr işlәtdisә dә, nәticәbәxş olmadı vә bәlkә özü müttәhim olub "gözdustağı" halında Petroqrada aparıldı vә orada bir müddәt qalandan sonra generallıq çini alıb Qarabağa müraciәt elәdi.

 

Cәfәrqulu xan babası İbrahim xan kimi dilir, rәşid, qәviheykәl vә pürhünәr bir zat imiş. Әhli-zövqü şövq olduğu üçün vaxtını işrәtdә keçirәrmiş, tar-tәnburu, çәng-çәğanı, mütrib vә müğәnnini dost tutarmış. Qapısında İran padşahları kimi pәhlivan vә nәr gülәşdirmәk, qoç döyüşdürmәk, kәndirbaz oynatmaq, hoqqabaz saxlamaq adәti vә xoşa gәlәn işlәrdәn hesab olunarmış. Vәli o sifәtlәri ki, "Riyazül-aşiqin" sahibi möhtәrәm Mәhәmmәd ağa Müctәhidzadә xani-mәrhumun haqqında yazıblar, dürüst deyil. Belә ki, Müctәhidzadә cәnabları yazır: "Bu mәnbәi-cudü sәxa vә mәdәni-feyzü әta ki, xani-nәvali vә süfreyi-ehsani ğәdü işa vә sübhü mәsa mәcmәi-füqәra vә mövqeyi-mәsakin vә züәfadır, tәlli-xakistәri mәtbәxi-cudindәn atılan xakistәr vә әncümü әxtәr onun ad qazanan olan qüduri-rasyatının zirindәn çıxan şәrarә vә әxkәrdir. Nami-nami vә ismi-giramisi cәnnәtmәkan vә xüldaşiyan Cәfәrqulu xani-mәrhum ki, Mәhәmmәdhәsәn ağa Cavanşirin şiblidir" i.a.

 

Bu müqәddimә xilafi-haqqü savab vә bir növ bimәzmun ibarәlәrdir ki, bunları yazmaqdan müәllifin әsl muradı nә olduğunu anlaya bilmәdik. Bu qәdәr tәrif vә tövsifә nә hacәt?! Bu qәdәr mübaliğә vә ifrat nә lazım?! Bu boş ibarәlәr ancaq kәlamı etibardan salır. Hәr şәxsi öz sifәti ilә yazmaq, bildirmәk yaxşı deyilmi?!

 

Xani-mәzkuru görüb-eşidәnlәrin rәvayәtinә görә, onun süfreyi-ehsanı mәcmәi-füqәra vә mövqeyi-mәsakinü züәfa olmayıb, bәlkә lotu-potu yığıncağı, oyunbaz, quşbaz vә şәbәdәsazi-mәhәlli olubdur. Onun "mәnbәi-cudü sәxa vә mәdәni-feyzü әta" olduğuna dәxi şübhә çoxdur. Necә ki, onun şәnindә mәrhum Qasım bәy Zakir Mirzә Fәtәli Axundova yazmışdı, onun vücudu yuxarıda yazılan sifәtlәrdәn ari vә bәri imiş. Budur Zakirin yazdığı şerlәr:

 

Çoxların qılıbsan çörәyә möhtac,

Axtarır, tapılmaz dәrdinә әlac;

Fironu Hamanü Zöhhakü Hәccac

Ola bilmәz ola sitәmkar sәndәn.

 

Bidәtin yandırıb qövmü әshabi,

Müşküldü gәtirәk bu zülmә tabi,

Düşüb Cәbrәilli, Maralyan, Babi,

Horadiz, Qoyucaq dәrbәdәr sәndәn.

 

Zülmü sitәminlә alәm dolubdur,

Әhli-beytin rәngi-ruyi solubdur,

Neçә rövşәn xanimanlar olubdur

Şәbi-yelda kimi tirәtәr sәndәn.... i.a.

Çox ehtimal var ki, Zakir dәxi xani-mәrhumu tәzmim etmәkdә mübaliğә etmiş olsun vә bir növ qәrәzi-şәxsi ucundan hәddi-etidaldan çıxsın, amma bilmәrrә bu sözlәrin doğru tәrәfini dә inkar etmәk olmaz, bir halda ki, әvvәl vaxtlarda Zakir Cәfәrqulu xana yavuq imiş vә onun әxlaqü әtvarına dürüst bәlәd imiş.

 

Cәfәrqulu xan hәştad ildәn artıq yaşayıbdır vә hicrәtin min iki yüz hәştadıncı illәrindә vәfat edibdir. Tәbi-şeriyyәsi dәxi var imiş. Fars vә türk lisanında bir neçә әsәrlәri vardır.

Tamahkar vә halvaxor bir mollanın barәsindә bu şerlәri yazmışdır:

 

Ey oştore-kәcgәrdәna danәm çe xahi kәrdәna,

Gәrdәnderazi mikoni әz bәhre-hәlvaxordәna.

 

Çon sobh xizi, quş kon çon morde bini cuş kon,

Xurcinra bәr duş kon әz bәhre-hәlvaxordәna.

 

Bәr xane-rәbbol-nasra әz sәr mәbәr vәsvasra,

Por kon çәnaqo tasra әz bәhre-hәlvaxordәna. [1]

 

[1] Tərcüməsi:

Ey boynuәyri dәvә, bilirәm nә etmәk istәyirsәn,

Halva yemәk üçün boynunu uzadırsan.

Sәhәr duranda qulaq as, elә ki, ölü gördün, coş,

Halva yemәk üçün xurcunu çiyninә al.

Allah adamlarının süfrәsi arxasında şeytanı fikrinә gәtirmә,

Halva yemәk xatirinә qab-qaçağını doldur.

 

Bәzilәri bu şerlәri Cәfәrqulu xana isnad verirlәrsә dә, biz yәqinәn tәsdiq edә bilmәrik. Xanın Aşıq Pәri ilә dәxi bir neçә mükalimәlәri vә mәktubati-mәnzumәlәri vardır vә lakin onların çәndәn әhәmiyyәti yoxdur ki, burada yazılsın.

Kәlamından mәşhuru Şuşa qazisi Mirzә Әbülqasımın haqqında yazdığı qәsidәdir ki, eynilә burada dәrc olunur:

 

Matәmi böylә tutarmış mәgәr adәm, qazi,

Edә lәnәt ona bәs sahibi-matәm, qazi.

 

Sәn necә zamin olurdun, kişi, dava olmaz,

Bu sözü rus yanında dediniz hәm, qazi.

 

Siz mәgәr halını öz әhlinizin bilmәzsiz,

Zәrrәcә bәd әmәlindәn elәmәz qәm, qazi.

 

Özgә davada olan kәslәr alır simu zәri,

Qırdırır şişәlini müftü müsәllәm qazi.

 

Zahirәn qәlәlinin qәtlә gedәrdi nisfi,

Olmasaydı aralıqda yenә Rüstәm, qazi.

 

Daima vәz elәyir xalqa ki, ehsan elәyin,

Özü heç dışqarı vermәz ola gәr nәm qazi.

 

Daş daş üstә belә Şişәdә durmaz hәrgiz,

Bәzi işlәrdә әgәr olmasa әlәm qazi.

 

Adını molla qoyan xalqa demәz rast yolu?

Onların dәrdi edibdir qәdimi xәm, qazi.

 

Unudurlar hamısı tarı, peyәmbәr әmrin,

Gәr aralıqda ola söhbәti-dirhәm, qazi.

 

Bir para vaxt danışmaq bizә lazımdır, leyk

Bir para vaxtda yekdir ola әbkәm qazi.

 

Demişәm mәn sәnә heç vәqt inanma xalqa,

Bәzi övqat eşit pәndimi kәm-kәm, qazi.

 

Bundan artıq nә yazım dәrdi-dili, mövlana,

Deyәrәm baqi sözümü sәni görsәm, qazi.

Cәfәrqulu xanın qaziyә xitabәn yazdığı bu kәlamına sәbәb mahi-mәhәrrәmdә qalalıların arasında dәstәbaşı olmaqlıq vә yainki cüzi bir şeyin üstündә vüqua gәlәn dava vә çırpışma olubdur ki, neçә adamlar nahaq yerә qәtlә yetişibdir. Yәqin ki, qaziyi-şәhr divan әmәlәcatına söz verib zamin olubdur ki, dava vә şava düşmәz, vәli öz әhlinin öhdәsiidәn gәlә bilmәyib, rәfi-mücadilә vә mübahisәdә aciz qalıbdır vә yainki kәsrәti-tәmәdәn tәrәfgirlik edib, mücadilәyә bir növ özü sәbәb olubdur. Necә ki, xanın kәlamı buna şәhadәt verir:

 

Sәn necә zamin olurdun, kişi, dava olmaz,

Bu sözü rus yanında dediniz hәm, qazi.

 

Siz mәgәr halını öz әhlinizin bilmәzsiz,

Zәrrәcә bәd әmәlindәn elәmәz qәm, qazi.

 

Özgә davada olan kәslәr alır simu zәri,

Qırdırır şişәlini müftü müsәllәm qazi.

Cәfәrqulu xanın bu kәlamı müasiri olan Qasım bәy Zakirә--ki, Qarabağın әn müqtәdir şairi hesab olunur vә onun haqqında atidә zikr olunacaqdır,--tәsir elәyir vә övsafi-qazini ol mәrhum dәxi dә mükәmmәl vәchdә vә istehza sәbkindә nәzmә çәkir.

 

Kәlami-Zakir:

 

Elәyibdir [nә] günәh hiç nә bilmәm qazi,

Xәlq arasında olubdur belә mülzәm qazi.

 

Yaradıbdır onu ol xaliqi-әşya bieyb,

Dari-dünyada bu surәt tapılır kәm qazi.

 

Qazi hәr yerdә olur bimәzәvü bәdhәrәkat,

Şükrlillah ki, bu hәm bamәzәdir, hәm qazi.

 

Qәlәmi tiği-düsәrdir, özü mәrdi-rәhi-din,

Daima Şeyxi ilә cәngә müsәmmәm qazi.

 

Sәri-әdadә fırıldar çomağı bәrqasa,

Necә ki, mәrәkәdә şeşpәri-Rüstәm qazi.

 

Nari-qәhri әridir mum kimi fuladi,

Küreyi-nәfsi-dәrunә verә gәr dәm qazi.

 

Kimdi yanında onun Әliqulu, Әbdurrәhim,

Kuhi-Әlbürsü yıxar çün toxunan dәm qazi.

 

Dәhrdә Şişә olur sәngi-cәfadәn eymәn,

Ola bir şәhrdә bu tәrzlә möhkәm qazi.

 

Mәdәni-cudü kәrәm, caygәhi-әmnü әman,

Әdldә Nuşirәvan, bәzldә Hatәm qazi.

 

Füqәra dövri-sәrayindә bәsani-halә,

Nәqdi-ehsani Qarabağә çü şәbnәm qazi.

 

Qәlәt etdim, bu sözün yoxdu vüqui hәrgiz,

Qorxuram cәmdәyimә tüf deyә alәm, qazi.

 

Şişәnin simü zәrin doldurasan xanәsinә,

Şişәvәş dışraya vermәz yenә bir nәm qazi.

 

Qazi oldur ki, qala әhli-vilayәt qәminә,

Nә ki, alәm hәmә qәmgin ola, xürrәm qazi.

 

Onda mәn gördüyümü görmüşәm, indәn beylә--

Etmәzәm taәt ona gәr ola qiblәm qazi.

 

Haradan gәldi bular, eylәdilәr xәlqi xәrab,

Biri der müctәhidәm, biri müsәllәm qazi.

 

Atlanıb biri çapar Tәklәyә day, danә üçün,

Biri dә şamü sәhәr talibi-dirhәm qazi.

 

Yay gedәr Fingiyә zövq etmәyә, qış Qaynağә,

Bir demәz hiç gәlir mahi-mәhәrram qazi.

 

Qazi lazımdı deyә mәhkәmәdә şәri-nәbi,

Nә ki kәşt edә cahanı, minib әdhәm qazi.

 

Tәbrizin ağı ucuz, miri-vilayәt qafil,

Hәr әlif-bey deyәni qıldı müәmmәm qazi.

 

Dәxi divani-rәiyyәt belә getsә, qalmaz,

Bu Qarabağı edar cümlә mükәrrәm qazi.

 

Xişü әqvamına mu qәdri tәrәhhüm qılmaz,

Dәmbәdәm xalqa oxur sileyi-әrhәm qazi.

 

Sabiqәn böylә deyildi, olub indi birәhm,

Hәzrәti-xanә olandan bәri mәhrәm qazi.

 

Çox adam var idi nәzm ilә әda eylәmәli,

Xahişi-xanә görә düşdü müqәddәm qazi.

 

Çünki divanәyә yoxdur qәlәm ümmidim var

Әfv edәr cürmümü, gör üzünә söysәm qazi.

 

Dastani-Әmiraslanı bu gündәn böylә--

Başlaram, fikrim әgәr olsa fәrahәm, qazi!

 

Hәr iki kәlamdan mәlum olunur ki, ruhanilәrimizin qusur vә nöqsanı hәr bir әsrü zamanda әhli-mәrifәtlәrimizin nifrәt vә tәnqidlәrinә bais olub, onları tәzmim vә tәsyib qılıblar. Xüsusәn mәsnәdi-qәzavәtdә әylәşәn alicәnabların hirsü tamahı, dünyagir vә biәmәl olmaqları cümlәdәn artıq üdәbavü şüәra zümrәsinә tәsir edibdir. Necә ki, Cәfәrqulu xan buyurur:

 

Daima vәz elәyir xalqa ki, ehsan elәyin,

Özü heç dışqarı vermәz ola gәr nәm qazi.

 

Zakirin bu mәtlәbә dair yazdığı şer bundan da gözәl vә pürmәzmundur:

 

Şişәnin simü zәrin doldurasan xanәsinә,

Şişәvәş dışraya vermәz yenә bir nәm qazi.

Bu kәlamda cinas vardır. Әvvәlki misrada "Şişә" Şuşa qalasından ibarәtdir ki, sabiqdә Qarabağ xanlarının paytaxtı hesab olunurdu. İkinci misrada yazılan "şişә" mәhz şişәnin özündәn--sürahidәn ibarәtdir ki, onun içinә hәr nә töksәn yenә dışqarıya nәm vermәz.

Cәnab qazi dәxi nә qәdәr öz xanәsinә Şişә xalqının simü zәrini vә sair әmvalını doldurur isә, yenә dә doydum demәyib, xaricә vә әtrafında olan füqәravü mәsakinә zәrrәcә rәhm elәmir vә bir möhtacın ehtiyac vә zәrurәtini rәva qılmır. Necә ki, bu barәdә mәrhum Qasım bәy başqa bir kәlamında buyurmuş:

 

Molla nә molla, әsiri-şikәmi-әndәr piç,

Qazi nә qazi ki, sir olmaz içә ümmani.

Bәli! Dәryalar kamına çәkib sir olmayan vә heç bir şeydәn gözlәri doymayan ruhanilәrdәn millәti soymaqdan qeyri daha bir tәmәnnavü çeşmdaştlıq ola bilmәz!...

Necә ki, yuxarıda zikr olundu, sabiqdә Zakirin xatiri Cәfәrqulu xanın yanında әziz imiş vә aralarında zәrafәt var imiş. Bir dәfә Zakir xanın hüzuruna gedir vә nә tövr olursa, onun başmaqları xanın sarayında oğurlanır. Şair mәyusanә evinә qayıdıb bu hәcvlәri xidmәtkarlar böyüyü Bәylәr bәyә yazır:

 

Bәylәr, nә layiqdi xan qulluğuna

Bir kәs atlı gedә, piyadә gәlә?

İldә bir yol düşür mәnim güzarım,

Vay onun halına ziyadә gәlә.

 

Böyüyün dәrindә lazımdı dәrban,

Axşama dәk ola bәndeyi-fәrman,

Tәmәnnasız gәlәn olur peşiman,

Gәlә gör bir adәm murada gәlә!

Oğruluğa әcәb olubsuz mötad,

Hәmrahi-birahın dad әlindәn, dad!

Gedәndә şad gedәr, gәlәndә naşad,

Hәr kimsә ki, sizii bәrbada gәlә.

 

Gәlmәyәn adama deyirsiz: gәlin!

Müşküldür qayıtmaq ayağı yalın,

Mәn yenә qıvrağam Adıgözәlin

Gәrәk dalısınca әrdadә gәlә.

 

Mәsәli-mәşhurdur: "Quş dәnә gedәr",

Sizdә bir nәf yox sәvayi-zәrәr,

Gәlmәz o qapıya heç kimsә mәgәr

Horadiz, Qoyucaq fәryadә gәlә.

 

Bundan sonra girәn xanın evinә

Gәrәk başmaqların soxa cibinә,

Ya keçirә saf otağın dibinә,

Nә isә, mühәyya, amadә gәlә.

 

Lazımdır tәrәddüd xeyirdә, şәrdә,

Әdalәt üzümә çәkibsiz pәrdә,

Bir tәziyә olsa, xudanәkәrdә,

Gümanım yoxdur [ki], molla da gәlә.

 

Bir adam tәyin et asitanaya,

Yaxşını-yamanı gerçәk tanıya,

Nә eşiyә, nә dә qәhvәxanaya

Qoyma hәr yetәn ... gәlә.

 

Onun cavabında Cәfәrqulu xan Zakirә yazmışdır:

 

Qasım bәy, adәtdir, xan qulluğuna

Bir kәs atlı gәlsә, piyada gedәr,

Mәn deyilәm, alәmdә var, eldә var,

Belә cüzi işlәr arada gedәr.

 

Burada bir başmaq olub zәrәrin,

Qәlәm alıb yazdın zәmmin bu dәrin,

Zalım, yoxdur mәgәr sәnin xәbәrin,

O dәrdәn kim, alәm fәsada gedәr?

 

İndi belә görmә Adıgözәli,

Sәndәn qıvraq idi onun әzәli.

Hәr zaman ki, durub yola düzәli,

Yenә bәdov atdan ziyada gedәr.

 

Gәdә, saf azıbdır әmәlin sәnin,

Mәdәnisәn tәqәllübün, fitnәnin.

Sәn neçün bilmәzsәn, bağlı gәlәnin

Ayağı açılıb piyada gedәr?!

 

Oğlan, lap çıxıbsan sәn әndazәdәn,

Neylәr, hәlә gedәcәksәn yazәdәn,

Köhnә oğurlandı, tikәr tazәdәn,

Bir adam yollaram ustadә, gedәr.

Necә ki, sabiqdә bu barәdә mәlumat verildi, Mehdiqulu xan ilә Cәfәrqulu xanın mabeynindә büğzü әdavәt var imiş.

Cәfәrqulu xanın Mirzә Fәtәli Axundov ilә dәxi ülfәt vә aşinalığı var imiş vә aralarında zәrifanә irsalü mәrsulları olubdur. Bunlardan bir namә ki, Axundov xani-müşarileyhә yazıb, Adolf Berjenin Leypsiq mәcmuәsinә daxil olubdur. Haman namә belә başlanır.

 

Hacıqulu sәndәn, ey taci-sәrim,

Ziyadә-ziyadә xürrәm olubdur.

Söz veribdir sizә Kruzenştern,

Poçotniklik işi möhkәm olubdur.

 

Bu mәktubu eyni ilә Mirzә Fәtәli Axundovun tәrcümeyi-halı babında dәrc etmәyi münasib gördük.

Fars dilindә yazılmış әsәrlәrdәn bir mәktub Mirzә Haqverdi "Sәfa" tәxәllüsә vә mahi-mәhәrrәmin yetişmәsi münasibәti ilә inşad etdiyi tәrcibәnddәn bir bәnd "Riyazül-aşiqin"dәn iqtibasәn burada dәrc olunur.

 

Cәvabi-Mirzә Haqverdi Sәfa:

 

Suye-yarane-vәfa bişe sәlami darәm,

Qәllü dәllә әcәb torfe kәlami darәm,

 

Rox nemipuşәm әz in әrz konәm fәrzol-eyn

Çon ke, dәr pişe-şoma şohrәte-tami darәm.

 

Gәrçe matimo piyade ze çenin gәrdeşe-çәrx,

Әsb dozd bordevo dәr dәst locami darәm.

 

Nist dәr Şişeye-ma fәrq hәlali ze hәram,

Gәr qәbulәş bekoni, Rәxşe-xorami darәm.

 

Ğәrәze-mәn hәme şuxisto nә sedq, sәfa,

Bәr mәtәrsid ke, әz kәlmeye-la midarәm.

 

Ey Nәva, gәr nәkoni razi bedan qazira,

Ba to ta ruze-cәza bәhse-modami darәm. [2]

 

[2] Tərcüməsi:

Vәfalı dostlara çoxlu salamım var,

Şәninә söylәnmiş әcәb gözәl sözüm var.

Bu әrzimdәn çәkinmәrәm, göz yuması deyilәm,

Çunki sizin yanınızda tam şöhrәtim var.

Hәrçәnd ki, fәlәyin bu cür dövr etmәsindәn mat vә piyadayıq,

Atı oğru apardı, cilovu әlimdә qaldı.

Bizim Şuşada halalla haram arasında fәrq yoxdur,

Әgәr qәbul elәsәn, yorğa bir Rәxşim var.

Mәnim mәqsәdimin hamısı zarafatdır, sidq ürәkdәn deyil,

"Yox" sözümdәn qorxmayın.

Ey Nәva, bil, әgәr qazini razı salmasan,

Qiyamәt gününә kimi sәninlә daim mübahisәm var.

 

* * * * *

 

Mahe-mәhәrrәm amәdo por şod delәm ze ah,

Dude-delәm gereft roxe-çәrxo mehro mah.

 

Çon әbre-noubәhar fәlәkra әhate kәrd,

Çәndan ke, dәr fәlәk bemәlәk minәdarәd rah.

 

Cәbrәil әz tәrәddode-әflak baz mand,

Qofta beheyrәti ke, xodara, tora pәnah.

 

Aya çe şod ke, çake-gәriban nәmud sobh,

Puşide şәb lebase-әzara be bәr siyah.

 

Amәd neda ze hatefe-ğeybi ke, ya әmin,

Bengәr bedәşte Kәrbәla, suye-qәtlgah.

 

Emruz ruze-qәtle-Hoseyne-ibn Mortәzast,

Emruz ruze-matәme-mәcmue-әnbiyast. [3]

 

[3] Tərcüməsi:

Mәhәrrәm ayı gәldi, ürәyim ahla doldu,

Ürәyimin tüstüsü göylәri, ayın vә günәşin üzünü örtdü;

Bahar buludu kimi fәlәyi әhatә elәdi,

Belә ki, mәlәk fәlәkdә keçmәyә yol tapmadı.

Çәbrayıl fәlәklәrә gedib-gәlmәkdәn qaldı,

O, heyrәt içindә dedi ki, "allah, sәnә pәnah!"

Mәgәr nә oldu ki, sübh yaxasın açdı,

Gecә qara yas paltarını geydi?

Qeybdәn sәs gәldi ki, "ya Әmin,

Kәrbәla sәhrasında qәtlgaha bir bax,

Bu gün Hüseyn ibn Mürtәzanın qәtl günüdür,

Bu gün bütün peyğәmbәrlәrin matәm günüdür.

 

Mәrhum xanın yuxarıda dәrc olunan nümuneyi-asarından,--xah türki olsun vә xah farsi,--onun xoştәb bir şair olduğu görünür.