ӘBÜLÜLA GӘNCӘVİ
Şüәrayi-mütәqәddimin
Әbülülanı "Ustadi-şüәra"
lәqәbi ilә yad etmişlәr; o
cәhәtә ki, hәkim Xaqani vә Fәlәki onun
şagirdlәri olub, fünuni-şer vә
bәlağәtdә ondan tәlim almışlar.
"Atәşkәdeyi-Azәri"dә
Әbülülanın Gәncә әhli olmağı
zikr olunubdur. Hicrәtin altıncı әsrinin
axırlarında şirvanşahların
әyyami-sәltәnәtindә
"Mәliküş-şüәra" adlanırmış.
Şirvan şahı vә onun fәrzәndi
Cәlalәddin Mәnuçehr Әbülülaya
lütf vә inayәt edib, xatirini әziz tutarlarmış
vә bunlar hәr ikisi fәzlü kәmal
әhlinә, xüsusәn, şüәra vә
üdәba sinfinә artıq dәrәcәdә
iltifat vә ehtiram göstәrmәklәri
sәbәbinә onların seytü sәdası hәr
yerә yayılmışdı vә adları xeyir ilә
zikr olunurdu. Necә ki, bu barәdә
Әbülülanın, Şeyx Nizaminin, Xaqaninin vә
Fәlәkinin divan vә әşarında mәzkur
paşahların maarifpәrvәr olmaqları tәrif
vә tövsif olunmuşdur.
Belә rәvayәt olunur ki,
şahi-Şirvan vә onun oğlu Cәlalәddin
Mәnuçehr Bәhram Çubinin
nәslindәndirlәr ki, Әrdәşir
Babәkanın övladından mәnsubdurlar.
Әbülüla Xaqaniyә tәlim vә tәrbiyә
verәndәn sonra öz qızını ona nikah ilә
verdi. Vәli ustadının qızına Fәlәki
dәxi müştәri imiş vә bu işdәn
mәyus vә mükәddar oldu. Onun xatirini dә
әlә gәtirmәk üçün
Әbülüla min dirhәm qızıl ona bәzl
elәdi. Ustadi-şüәra hicrәtin 560-cı
sәnәlәrindә sağ imiş. Altıncı
әsrin axırlarında Gәncәdә vәfat
etmişdir.
Rәvayәt olunur, vәqta ki, Xaqani
şahın hüzurunda hörmәt vә
şöhrәt kәsb edib sahibi-nüfuz oldu, öz
ustadı vә qaynatası Әbülülaya başladı
kibrü qürur izhar etmәyә vә hәtta onun
şәninә layiq olmayan hәcvlәr inşa
elәdi. Haqqı batil edәn şagirdin belә
rәftarından ustadı mükәddәr oldu vә bir
neçә qitә hәcvlәr o da Xaqaninin haqqında
yazdı:
Xaqaniya, әgәrçe soxәn nik daniya.
Yek noqte quyәmәt beşno rayqaniya:
Hәcve-kәsi mәkon ke, ze to mәh bovәd besen,
Şayәd ke, u pedәr bevәdo to nәdaniya. [1]
[1]
Tərcüməsi:
Ey Xaqani,
sözü yaxşı başa düşdüyündәn
Gәl, sәnә incә bir söz deyim, müftәcәsinә eşit:
O kәs ki, yaşda sәndәn böyükdür, onu hәçv elәmә,
Ola bilәr ki, o sәnin atan olsun vә sәn bilmәyәsәn.
HECA
Mәn an dәm ke, әz madәr dәhr zadәm,
Befәzlo honәr dәr cahәn ostadәm.
Mәra şәst salәst kәz xake-İran,
Bovәd şanәdәh ta be Şirvan fetadәm.
Ço
pire-zәifәm sәnaquye xosrov,
Nәquyәm ke, Keyxosrovo Keyqobadәm.
To ey Әfzәlәddin, әgәr rasta porsi,
Becane-әzizәt ke әz to naşadәm.
To xod qorrәtol-eyno fәrzәnde-mai,
Mәnәt hәm pedәr xande hәm ostadәm.
Ço rәğbәt nәmudi beşagerdiye-mәn,
Beto tohfe әz vәslevo sim dadәm.
Kәmәrәra betәlime-şәfqәt bebәstәm,
Zәbane-to bәr şaeri bәrqoşadәm.
Ço
şaer şodi bәr dәmәt pişe-xaqan,
Be Xaqaniyәt hәm lәqәb bәrnәhadәm.
To hәr dәm bemәn mәn çe cuşi ço atәş,
Nә to abo atәş nә mәn xako badәm. [2]
[2]
Tərcüməsi:
Dünyanın
anası mәni
doğan andan
Öz fәzlim vә hünәrimlә dünyada ustadam.
İndi
altmış yaşım var, İran torpağından
Şirvana
gәlәndә isә on altı yaşım vardı.
Demirәm ki, Keyxosrov vә ya Keyqubadam,
Hökmdarı
tәriflәyәn qoça bir kişiyәm.
Ey Әfzәlәddin, әgәr düzünü soruşsan,
Sәnin әziz canın üçün sәndәn narazıyam.
Sәn bizim
gözümüzün işıqısan,
övladımızsan,
Sәn mәni hәm ata, hәm dә ustad çağırmısan.
Elә ki, mәnim şagirdim olmağa meyl
göstәrdin,
Sәnә qızıl vә gümüş hәdiyyә elәdim.
Sәnin tәlimindә şәfqәt kәmәri bağladım,
Sәnin dilini şairliyә açdım.
Elә ki, şair oldun, sәni xaqanın yanına
apardım,
Sәnә "Xaqani" lәqәbini qoydum.
Sәn ki, tez-tez mәnim üstümә od kimi coşursan,
Nә sәn su vә odsan, nә dә mәn torpaq vә külәyәm.
Әgәrçi Hacı Lütfәli bәy ibn Xaqan Azәri "Atәşkәdә"sindә Әbülülaya
"Gәncәvi" deyib, onu Gәncә әhalisindәn hesab elәyir, vәli şairin öz kәlamından anlaşılan
budur ki, onun әsli
iranlıdır. On altı il olur ki, Şirvanzәminә varid olub, burada sükunәt ixtiyar edib, namü
şöhrәt
kәsb
etmişdir. Mәlum
olsun ki, o vaxtları Zaqafqaziyanın tәrәfi-şәrqisindә olan vilayәtlәrin әksәri Şirvan şahlarına tabe
olmağa görә, şair Gәncәni dәxi Şirvan ismi ilә zikr edibdir. Әbülülanın әslәn iranlı olmağına bu şeri dәlalәt edir:
Mara şәst salәst kәz xake-İran
Bovәd şanzdәh ta be Şirvan fetadәm.