ӘSGӘR
ŞİRVANİ
Әsgәr Şirvanidәn bir
qәzәl burada tәb olunur:
Qәlili-dәhrdә, ey dil, bu ömri
bivәfa gördüm,
Mәn ol dünyapәrәsti handa
gördüm, bivәfa gördüm.
Xәyanәtlәr bәsa gördüm
hәqiqi aşinalәrdәn,
Tәfәhhüs eylәyib
biganәlәrdәn aşina gördüm.
Bahari-ömr
keçdi, olmadı kami-dilim hasil,
Güli pәcmürdә gördüm, әndәlibi binәva gördüm.
Mәhәk daşına vurdum, çoxları
mәn imtәhan etdim,
Üzündә sikkә gördüm,
qәlp gördüm, bәdnüma gördüm.
Kimә kim, dәrdimi izhar qıldım,
istәdim dәrman,
Өzümdәn biştәr dәrdә
onu mәn mübtәla gördüm.
Әgәr xişti tәlavü
nöqrә olsa günbәdi-gәrdun,
Mәn anı xaksari-tirә üzrә
ziri-pa gördüm,
Cahan mülkündә, cana, ömrә
çox da etibarım yox,
Bәqa fikrindә, ey Әsgәr, bu
dәhri hәm fәna gördüm,
Fәlәyin dövründәn vә
zәmanәnin gәrdişi-pürsitәmindәn
vә dost-aşnaların
bivәfalığından
şikvәvü nalә elәmәk bizim
keçmiş şüәra arasında ümumi bir
rәsmü qayda olduğu üçün Әsgәr
Şirvani dәxi bu xüsusda
bir әsәr qoymuşdur. Bunun «Gördüm» qafiyәsi
ilә yazdığı qәzәl Qazax şairi
mәrhum Mustafa ağa Qiyasbәyov «Nasir»
tәxәllüs nәzm qıldığı
kәlamı yada salır. Ancaq Әsgәr Şirvaninin bu
qәzәlindә әvvәlinci beytin әvvәlki
misrasında «dәhr» kәlmәsi «ömr»
kәlmәsinin yerindә vә «emr» lәfzi «dәhr»
sözünün yerindә istemal olunsaydı, şerin
mәnası daha da düzgün çıxardı.
Çünki «dәhr» kәlmәsi «zaman», «әhd»
vә «әbәd» mәnasında istemal olduqda ona
«qәlil» sözünü qoşmaq vә «qәlil»
sifәti ilә «dәhr»i mütәssәf qılmaq
dürüst gәlmәz. Өmri-bәşәr
isә dәhrә nisbәt, filhәqiqә, qәlil
vә qısa bir haldır ki, insan özünün qısaca
ömründә gәrәkdir haqqı vә insafı
әldәn qoymasın, dinini dinara satıb axirәt
kәsbinin narına çalışmasın.
Bәs, әgәr bizim dediyimiz kimi
«dәhr» vә «ömr» kәlmәlәri
müqәddәm vә müәxxәr olunsa, onda haman
misra bu qәrar üzrә gәrәkdir tәrkib olunsun:
Qәlili-ömrdә, ey dil, bu dәhri bivәfa gördüm i. a.