ӘBÜLFӘT XAN "TUTİ" TӘXӘLLÜS

  

 

 

 

Әbülfәt xan Qarabağ valisi İbrahim xanın oğlanlarından rәşid, fәsih vә әhli-kәmal bir zat imiş. Tәbi-şeriyyәsi dәxi var imiş. Necә ki, Molla Pәnah Vaqifin tәrcümeyi-halı babında zikr olunmuşdu, İbrahim xan mәrhum general Zubov Gürcüstan valisi İrakli xanın istimdadına gәlib Şamaxı hәvalisindә ordusu ilә әylәndiyi vaxt oğlu Әbülfәt xanı onun hüzuruna sülh vә izhari-itaәt üçün göndәrmişdi. Amma sonradan elә ki, Ağa Mәhәmmәd şah Şuşa şәhәrindә qәtlә yetişdi vә İranda ümuri-sәltәnәt Fәtәli şahın әlinә keçdi, İbrahim xanın meyli bir növ şahi-mәzkurun tәrәfinә әlaqә bağladı. Ağa Mәhәmmәd şahın nәşini, Fәtәli şahın tәlәb etmәsinә görә, ezaz vә ehtiram ilә Tehrana rәvanә elәyib, bir para xoşayәndә peyğamlar dәxi ilqa etdi.

 

Fәtәli şah İbrahim xanın bu gunә rәftarından ziyadә xoşhal oldu vә ona xәlәt vә şәmşir göndәrib bir çox vәdәlәr verdi vә hәr iki tәrәfә xatircәmlik hasil olmaq üçün qәrabәt vә qohumluq tәmәnnasını izhar qıldı. İbrahim xan öz kәrimәsi Ağabәyim ağanı şaha әqdinikah edib, onunla belә oğlu Әbülfәt xanı da--ki, o vaxtı ağa idi,--şahın hüzuruna yolladı. Şah Ağabәyim ağanın kәmalını vә hüsni-camalını görüb, onu cәmi әhli-hәrәm üçün böyük vә banuyi-hәrәm tәyin elәdi.

  

Bilmәk gәrәkdir ki, Ağabәyim ağanın da gözәl tәbi var imiş vә bir çox әşari-lәtifә vә әdәbiyyati-zәrifә inşad qılmışdır. Vәli onlardan әlә düşәni olmadı.

  

Fәtәli şah Әbülfәt ağaya da xanlıq verib özünә peyrәvi elәdi vә hәm "Әmirül-ümәra" lәqәbilә mülәqqәb qılıb öz mәclisi-xassına daxil vә sahibi-izzәt vә hörmәt elәdi.

  

Әbülfәt xan şahın hüzurunda vә İran şüәra vә üdәbası dairәsindә daha da artıq kәsbi-kәmal edib, fünuni-şerdә mahir oldu. Әbülfәt xanın xatirini şahzadә Abbas Mirzә nayibüs-sәltәnә dәxi çox әziz tutarmış vә özü ilә çox sәfәrlәrә onu da apararmış.

 

Vәfat edibdir İranda, hicrәtin 1255-ci321 tarixindә. Atidә dәrc olunan bir türk vә bir fars qәzәllәri ol mәrhumun kәlamlarındandır.

 

Qәzәli-türki:

 

O gün kim, hәsrәt ilә ol büti-zibadәn ayrıldım,

Qalıb bir surәti-bihiss kimi, mәnadәn ayrıldım.

 

Çәkib әl xәlqdәn Mәcnunsifәt sәhrayә üz qoydum,

Kәsilmiş sәbrü tabım, vәslәti-Leyladәn ayrıldım.

 

Mәnә şimşadü sәrvi, bağban, әrz etmә kim, hәrgiz

Yoxumdur meyli-gülşәn, qamәti tubadәn ayrıldım.

 

Nolur şamü sәhәr ney tәk sızıldar sineyi-zarım,

Mәrizi-bәstәri-hicrәm, dәmi-İsadәn ayrıldım.

 

Fәraqın şiddәtindәn lal olur bu Tutiyi-tәbim,

Mәzaqim tәlxdir kim, lәli-şәkkәrxadәn ayrıldım.

 

Qәzәli-farsi:

 

Şәbi bexab ke, әkse-cәmale-ruyi-to didәm,

Ze kaenat tәәlloq be hәr ke bud boridәm.

 

Qәsәm beruye-to kәrdәm ke coz to yar nәcuyәm,

Behuriyane-behişti әgәr dәhәnd nәvidәm.

 

Hәnuz әz meye-vәslәt payilei nәkeşide

Ze dәstә saqiye-hecran çe zәhrha ke çeşidәm.

 

Omide-zendegiyәm bud abe-tiğe-to xordәm,

Hәvaye-vәslә-toәm bud ferqәte-to qozidәm.

 

Rәqib әz mәnәş azordeәst mәn ze rәqibәş,

Dәriğ ku bemoradәş resido mәn nәresidәm.

 

Becorme-anke mәra del beğeyre-dust nәbәstәm,

Koşәnd biqonәhira nәdidәm, nәşenidәm.

 

Bәsi ze vәsfe-lәbәt qofteәnd leyk kәsira

Dәr in romuz ço Tuti hәrife-hәrf nәdidәm.[1]

 

[1] Tərcüməsi:

Sәnin çamalının әksini yuxuda gördüyüm geçәdәn

Dunyada hәr kimә ki, bağlı idim, ondan әlaqәni kәsdim.

Sәnin üzünә and içdim ki, әgәr behişt hurilәrinin sorağını--

Versәlәr dә, sәndәn başqa yar axtarmayım.

Hәlә sәnin vüsal şәrabından piyalə başıma çәkmәmiş

Hiçran saqisinin әlindәn nә zәhәrlәr daddım!...

Yaşamaq ümidindә idim, amma sәnin qılıncının suyunu içdim,

Vüsalının arzusunda idim, amma ayrılığını seçdim.

Rәqib onu mәndәn inçitmişdir, mәn dә onu rәqibdәn,

Әfsus ki, o, muradına çatdı, mәn isә çatmadım.

Mәn dostdan başqasına urәk bağlamadığım tәqsirilә

Bir günahsızı öldürsünlәr heç yerdә görmәdim vә eşitmәdim....

Sәnin dodağını çox vәsf elәmişlәr, amma bir kәsi

Bu rәmzlәrdә Tuti kimi söz hәrifi görmәdim.