İBRAHİM ӘFӘNDİ NİCATİ
Nuxa
şәhәrindә nәşvü nüma tapıb
tәlim vә tәrbiyә almış şuәradan
birisi dә mәrhum İbrahim әfәndi ibn Mustafa
әfәndi olubdur ki, Mirzә Fәtәli Axundovun
vә Kәrim ağa Fatehin müasiri imiş. Sәhih
mәlumata görә, İbrahim әfәndi hәnuz tifl
ikәn valideyni ilә mәәn Qazax mahalından
mühacirәtәn Nuxa şәhәrinә gәlib
orada sükunәt edәrmiş. Onun abavü әcdadı
ruhani olublar.
Belә rәvayәt olunur ki, İbrahim
әfәndi iyirmi beş sinninә çatınca
zәrgәrlik edәrmiş vә o vaxta kimi bisavad
imiş. Bir dәfә ona kağız yazdırmaq lazım
olubdur vә bu işdәn [ötrü] әhli-savad bir
şәxsin himmәtinә rücu edibdir. Mәzkur
şәxs namәni yazdıqdan sonra ona bir növ
töhmәt izhar edibdir ki, sәnә eyib deyilmi
özün ülәma nәsli ola-ola qeyrisinә hali-dilini
kәşf qılıb mәktub yazdırırsan?
İbrahim әfәndi bu etirazdan xeyli mütәәssir
vә pәrişanhal olub, iyirmi beş yaşında
ikәn başlayıbdır oxuyub yazmağı vә bu
yolda gecә vә gündüz xürdü xabı
özünә haram edib, elmü mәrifәt
tәhsilinә mәşğul olubdur vә axırda alim
vә fazil bir şәxs olub müdәrrislik
edәrmiş. Tәbi-şeriyyәsi olaraq bir xeyli
әsәrlәr vücuda gәtirmişdir. Vәli
onlardan çoxusu dağılıb tәrk olubdur.
Әşarü kәlamının әksәri
münacat, nәti-rәsul vә qәsaid qismi
әsәrlәrdir. Onlardan bir-iki[si] nümunә olaraq
burada yazılır.
Rәsuli-bәrhәqqimiz
Mәhәmmәdәl-Mustafa hәzrәtlәrinin
şәni-alilәrindә deyibdir:
Sәn ol şahi-risalәtsәn ki, oldun
әvvәlül-әşya,
Әdayi-xidmәtindә daim olmuş asiman
bәrpa.
Qüdumi-zati-pakiçün
deşәnmiş әrzi-gunagun,
Qurulmuş üstünә bu nöh
rәvaqi-xeymeyi-xәzra.
Olur «lövlak»dәn mәfhum ki, bais
olduğundan sәn,
Neçә min kainatı hәqt
әdәmdәn eylәdi peyda.
Tәcәllayi-naharasa olan ruyindә gisuni
Görәn ixlas ilә әzbәr
edәr «vәlleyl iza yәğşa»,
Ziyayi-sineyi-safın bәyanidә
«әlәm nәşrәh»
Mükәmmәl gözlәrinin
mәdhini sazağ edәr inşa.
Nә әsәd leyldir ol leyl ki, etdin asiman seyrin,
Bu seyrindәn edәr әbna
«sübhanәl-lәzi әsra»
Büraqi-bәrq rәftar ilә yetdin
«qabi-qövseynә»,
Bil, ondan keçmәyin izhar edәr
mәzmuni-«ovәdna».
Bulub feyzin, olub aşiq, qalıb heyranü
sәrgәrdan,
Dolanır başına daim onun çün
günbәdi-mina.
Hümayun bәxti-fәrruxfal sәn tәk
puri-dilcuyi
Nә hәrgiz görmәmiş Adәm,
nә әsla doğmamış Hәvva.
Görülmüş möcüzatın
çox edәndә xәsmini ilzam,
Biri Qurani-baqidir ki, oldur ayәti-kübra.
Nә hәddi var edә mәdhin, Nicati,
naqisu asi --
Ki, nәti-zatına nazil olub «Yasin» [ilә]
«Taha».