KAZIM AĞA "SALİK"
TӘXӘLLÜS
Molla Pәnah Vaqifdәn sonra mәrhum
Kazım ağa Salik nәinki vahid Qazax mahalında,
bәlkә tamami Zaqafqaziyada zühur edәn
şüәranın müqtәdirlәrindәn birisi
hesab olunur. Bu anacan millәtimiz içindә onun
şöhrәt vә hörmәt kәsb etmәdiyinә
ümdә sәbәb asarının mürәttәb
bir qayda üzrә tәb vә nәşr
olmadığıdır. Bu kәmetinalıq vә
qәdirbilmәmәzlik tәk bir Saliki-mәrhumun
haqqında olmayıb, çox şüәra vә
üdәbamızın halına şamildir.
Çox mәrifәt vә kamal
sahiblәrinin ismü әsәrlәrindәn bir әlamәt
qalmayıbdır. Kazım ağa Salik tәvәllüd
edibdir Şıxlı qәryәsindә 1195 (1781)-ci
tarixdә. Tәlim vә tәrbiyәsi öz
vәtәnindә olubdur. Vәli onun әsil vә
nәsәbi Şәmkirdәndir ki, ona indi Şamxor
deyilir.
Anası Dilbaz nücәbalarındandır.
Salikin babalarına Şıxzadә deyirlәrmiş ki,
sabiqdә Qazaxlı qәryәsindә sakin
olurlarmış. Sonraları Kazım ağanın
babalarından birisi Kür çayının yaxasında Şıxlı
qәryәsini bina etdiribdir vә şair,--necә ki,
fövqdә zikr olundu,--haman qәryәdә vücuda
gәlibdir.
Bu halda şıxlinskilәrin bir parası
Qazaxlıda vә bәzilәri Şıxlı
kәndindә sakindirlәr. Öz әsil vә
nәsәbi barәsindә şair Tuba adında bir
sevgilisinin mәdhindә yazdığı şerdә
deyibdir:
Zәhi Tuba ki, xurşidә xәcalәt
göstәrir hәr gah,
Niqabın salsa ruyindәn, başından
hәm sәrәndazi.
Nә mәtlәb istәr idim hasil olurdu o
dilbәrdәn,
Xudavәnda, kәm etmә el
içindәn ol mühümsazi.
Adım Kazım, vәli "Salik"
lәqәb, şerdә mәşhurәm--
Ki, övtanım kәnari-Kür,
şikargahım Qarayazi.
Binayi-bixi-nәxli-әslimiz Şәmkirdir
әmma,
Vәli tifli-vücudumdur mәkidә
şiri-Dilbazi.
Şeyxzadә deyәrlәr
bizlәrә, gәlmiş Qazaxlıdan,
Şıxlı qәryәmizdir, hәm
biziz ol qәryә ezazi.
Vәli min iki yüz qırx dördә
gәldi tarixi-hicri--
Ki, üç yüzdәn keçibdir
nәslimiz, oldur çoxu azi.
Sәnә, Salik, nә xidmәt hasil oldusa
o dilbәrdәn,
Yәqinimdir ki, hәrgiz etmәdin
tәxirü iğmazi.
Kazım ağa ziyadә qabil, fәhmi iti
vә zehni güşadә bir vücud imiş ki, hәr
şeyin әsil vә mahiyyәtini bilmәk onun cibilli
xasiyyәtindәn imiş. Şairin öz vaxtına
görә yaxşı elmi var imiş. Türk dilini bildiyi
kimi, fars dilini dә mükәmmәl bilirmiş vә o
dildә abdar şer vә qәzәllәri mövcuddur.
Türk dilindә yazdığı
әsәrlәrin cümlәsi nәzm ilәdir.
Şeri vә qәzәllәri mövzundur. Salik
dünyada altmış bir sәnә ömr edibdir.
Tarixi-vәfatı qәbir daşı üstündә
yazılıbdır; 1258 (1842)-ci sәnәdә
dari-bәqaya rehlәt edibdir.
Rus şairlәrindәn Puşkinin vә
Lermontovun müasiri imiş. Qarabağ şairi Mirzәcan
bәy Mәdәdov ilә irsal-mәrsulu var imiş. Bir
şerindә onu tәrif edib deyir:
Sәnsәn cahanda fikri-bikr ilә
misli-Mәryәm,
Nola çıxarsa şerin İsa tәk
asimana.
Әhibbalarından knyaz Palandova--ki, o vaxtı
Qazax mahalının hakimi imiş,--yazdığı bir
kәlamında şüәrayi-Azәrbaycandan
bәzilәrini belә tәrif vә tövsif
qılmışdır:
Sәnә daim işim xeyir-duadır,
Әgәrçi saxlayan xәlqi xudadır.
Dәmadәm bülbüli-tәbim
sәdası
Sәhәrgahan sәnә mәdhü
sәnadır.
Oxu şerimi, ey mәxdumzadә,
Bilirsәn ancaq ixlasım sanadır.
Xudavәnda, Palandovun sәxasın
Füzun et kim, mәnim dәstim onadır.
Әdalәt, hәm hidayәt ver ona,
çün--
Ki, mәlcәi-mәsakinü
gәdadır.
Qamu alәm bulub ondan mәramın,
Nә tәnha şәfqәti ancaq
manadır.
Kәmalü rifәti-Şirvan mәlum,
Maarif mәdәni xaki-Qubadır.
Neçә әhli-bәlağәt var
onda,
Biri Ağabәyü Mirzә Babadır.
Biri "Qüdsi" lәqәb Abbasqulu
bәy,
Diyari-nәzmü şerә padişadır.
Qazax içrә olub şairlәr, әmma
Әsami onların biintәhadır.
Biri Vaqif ki, mәşhuri-xәlayiq,
Gözәl mәdhindә
mәlumi-şümadır.
Biri xәstә Vidadi, tәbi mövzun--
Ki, bәhri-nәzmü şeri
cabәcadır.
İlahi, ol iki mәğmum pirin
Günahi dәrdinә sәndәn
dәvadır.
Biri "Şair" lәqәb mәzlum
şair,
Xәdimi-padişahi-Kәrbәladır.
Biri Arif, kona cövr etdi dövran--
Ki, qürbәtdә şәhidü
mübtәladır.
Xudavәnda, qulundur Әbdürәhman,
Tarәhhüm qıl biri çün
Mustafadır.
Mәhali-Borçalıdan şair olmaz,
Çıxan bir Şәmsәdinlidәn
Cәladır.
Bunun tәk Qәlәlidәn gәldi
Rizvan,
Kәlamü nüsxәsi
behcәtnümadır.
Biri Sadiq, biri Kazım, xülasә;
Oların ismi ismi-evliyadır.
İki dostun arasında әdavәt
Büruz etmәk nә
rәsmi-aşinadır?
Әbubәkrü Ömәr, Osman came,
Dәxi püştü pәnahım
Mürtәzadır.
Qәzәl söylә ki, olsun yadigarın,
Qәzәl şәrh et ki, bu dünya
fәnadır.
Gәl әl çәk, Salika, hәrcayi
sözdәn,
Deyәrlәr ki, sәnә bәy
bihәyadır.
Sәnә layiq deyil bihudә sözlәr,
Sәnin tәbin ki, bundan masәvadır.
Kazım ağanın bu kәlamı onun
gözәl kәlamlarından birisi olub, mәzmunca
dәxi bunun bir çox sair әsәrlәrinә
tәrcihi vardır. Şair öz әsrinin üdәba
vә şüәrasını kәmali-ehtiram ilә yad
edib, hәr birisini özünәmәxsus sifәtlә
zikr qılır, mәrhum Abbasqulu ağa Bakıxanovu
diyari-nәzmü şerә padşah bilir:
Biri "Qüdsi" lәqәb Abbasqulu
bәy,
Diyari-nәzmü şerә padişadır.
Kәlamın axırında, sәbәb
nә olubsa, Kazım ağa tövsәni-tәbinin
başından cilovu çıxarıb, bir neçә
namünasib sözlәr söylәyibdir ki, onların
mәcmuәmizә sığınacağı yoxdur.
Şair özü dә filfövr peşman olub deyir:
Gәl әl çәk, Salika, hәrcayi
sözdәn,
Deyәrlәr ki, sәnә bәy
bihәyadır.
Sәnә layiq deyil bihudә sözlәr,
Sәnin tәbii ki, bundan masәvadır.
Knyaz Palandov, Salikin yazmağına görә,
bir mürüvvәtli vә adil divanbәyi imiş ki, onun
aqilanә tәdbir vә binagüzarlığı ilә
xeyli bәd vә bihesab işlәr qәt olunub, camaat
әmnü asayiş üzrә dolanarmış. Necә
ki, şair onun haqqında deyibdir:
Beborid paye-dozdi dәr
vadiye-şәrarәt,
Xun miçekәnd dәmadәm әz
xәncәre-әdalәt. [1]
[1] Tərcüməsi:
Şәrarәt vadisindә oğruların
ayağını kәsdi,
Әdalәt qılınçından daim
qan damar.
Salikin başqa bir kәlamından belә
anlaşılır ki, o vaxtlarda oğurluq, yol
kәsmәklik vә çapovul hәddәn
aşıbmış. Qazax mahalında doğruluq vә düzlük
bilmәrrә yox imiş vә oğruların
әdәdi o qәdәr çox imiş ki,
ölünün kәfәnini soyarlarmış. Necә
ki, şairin sözü buna dәlalәt edir:
Ze besyare-dozde-kәce-rahzәn
Ke, bordәnd nagәh ze morde kәfәn.
[2]
[2] Tərcüməsi:
Nәhs, yolkәsәn oğruların
çoxluğundan
Bәzәn ölünün kәfәni
dә oğurlanırdı.
Bu şuluqluq vaxtları Qasım bәy Zakir
Qarabağinin oğrulardan şikayәt etdiyi zamana
tәsadüf edir. Belә ki, Zakir dә oğrulardan
şikayәt edib deyir:
Qarabağda nә day qaldı, nә dana,
Bu gün, sabah hәrә qaçar bir
yana.... i. a.
Salikin hәr qisim kәlamları vardır.
Cümlәsi tәbii hissiyyatdan doğub zühura
gәlәn kәlamlardır. Onlardan öz vәtәnimizin,
millәtimizin vә lisanımızın gözәl
vә canbәslәyәn rayihәsi hiss olunur.
Salikin mürәbbeat növündә
yazılmış şerlәri lәtafәt vә
sadәlikdә Vaqifin vә Vidadinin
qafiyәlәrindәn әskik deyil. Gözәl
vәsfindә olan qafiyәlәrindәn bir
neçәsi burada nümunә üçün
yazılır:
Ey şahin cilvәlim, şunqar
şivәlim,
Durna tәk tellәrin
cığalanıbdır.
Xәstә könlüm onu
görәndәn bәri
Çıxıb asimana, havalanıbdır.
Ey lәblәri nabat, dәhanı
püstә,
Çәkәr hәsrәtini bu
dili-xәstә,
Xal deyil görünәn ağ sinәn
üstә,
Bir Quran hәrfidir, qaralanıbdır.
Demә ki, sevdiyim sәni nihandır,
Sәnә aşiqliyim xәlqә
әyandır,
Deyibsәn: busәmin qiymәti candır,
Almaq üçün bir az bahalanıbdır.
Çox da mәndәn kәnar
gәzmә, ay pәri,
Sәnsәn könlüm zövqi, dilim
әzbәri,
Guşeyi-kuyini bulandan bәri,
Dәrdi-bidәrmanım
dәvalanıbdır.
Mәclislәr zivәri gördüyün
Salik,
Xaqani, Әnvәri gördüyün Salik,
Şairlәr sәrvәri
gördüyün Salik--
Gәl gör sәnsiz necә
gәdalanıbdır.
Tuba vәsfindә:
Ey Tuba, baxışın yıxdı alәmi,
Xumar gözün yenә qiyamәt eylәr,
Kәbeyi-kuyini görәn kimsәnә
Haşa ki, qiblәyә ziyarәt eylәr.
Qırqı başlı, topğun, tәrlan
cilvәli,
Görmәmişәm sәn tәk
nazü qәmzәli,
Sәrasәr yaxası qızıl
düymәli,
Baxdıqca üzünә fәxarәt
eylәr.
Zahid baxsa zülfi-pәrişanına,
Tәrk edәr mәscidi, gәlәr
yanına,
Sidqi-dildәn canın qatar canına,
Huriyü qılmana mәlamәt eylәr.
Hәr kimsә ki, sәnә baxarsa
gendәn,
Bil ki, öyrәnibdir o halı
mәndәn,
Özgә tәvәqqeyim yox әsla
sәndәn,
Xәstә Salik sәnә zarafәt
eylәr.
Bu qafiyәlәrdә şair gözәl
istiarat vә tәşbihat ilә--ki, mәhz türk
lisanına mәxsusdur,--öz sevgilisi Tubayi-dilfәribi
mәdh edib, axiri-kәlamda ona güstaxlıq ilә deyir
ki, sözlәrimdәn incimә. Özgә
tәvәqqe vә iltimasım yoxdur, ancaq xәstә
Salik sәninlә zarafat elәyir.
Tubanı bu qisim istiarat ilә şair vәsf
qılır: "topğun, tәrlan cilvәli",
"durna telli", "qırğı başlı",
"nazü qәmzәli", "yaxası qızıl
düymәli". Söz yoxdur ki, bu sifәtlәr ilә
müttәsif olan dilbәr "baxdıqca özünә
fәxarәt eylәr".
Pәrizad mәdhindә demişdir:
Ey pәrizad, nәdir yenә qaşların
Әyilib ucları, yayә
dönübdür?
Ay qabağın şölә verir gün
kimi,
Yanaqların bәdr ayә
dönübdür.
Kәmәr kimi sarmaşaydım belinә,
Hәna kimi üz sürtәydim
әlinә,
Mәgәr nabat tökülübdür
dilinә,
Dodaqların tәr halvayә
dönübdür?!
Sallananda sanasan ki, xan gәlir,
Ayinә әndamlı alişan gәlir,
Danışanda mürdә cismә can
gәlir,
Mәgәr nitqin Mәsihayә
dönübdür?!
Göydә ayı hәr dәm nöqsana
saldın,
Sәrgәrdanlıq
çәrxi-dövrana saldın,
Yusif kimi mәni zindana saldın,
Mәh camalın Züleyxayә
dönübdür.
Sәnsәn axır şuxü şәngi
Salikin,
Sәnsiz qırılıbdır hәngi
Salikin,
O gördüyün gülgәz rәngi
Salikin
Saralıban kәhrәbayә
dönübdür.
Çığatay dilindә
yazdığı kәlamları çoxdur. Onlardan
nümunә olaraq bir qәzәli atidә zikr olunur:
Quyaş yüzlü nigarın
tәlәtiğә mübtәlaydurmin,
Dәxi bir mahi-novğaşlu qәmindәn
incәlaydurmin.
Dü püstanı iki limudurur әmma
әlim yetmas,
Dutub şol nәxli-әndamin tibindәn
silkalaydurmin.
Bәlayi-firqәtindә köb
cәfavü xәstәlik buldum,
Dәvayi-vәslini bulğac bir az şimdi
qolaydurmin.
Sana gәr yaşü tәblә
dersәm, ey Salik, yeridür kim,
Bürünәnsin niçün derdin ana
aşiq olaydurmin.
Aşağıda yazılan
müxәmmәs dәxi Salikin mövzun
kәlamlarından birisidir:
Mәlahәt gülşәnindә bir
güli-hәmrayә hәsbәndәm,
Fәsahәt kişvәrindә
bülbüli-şeydanә hәsbәndәm,
Lәtafәt mәdәnindә
gövhәri-yektayә hәsbәndәm,
Sәbahәt alәmindә bir
mәlәksimayә hәsbәndәm,
Budur, xislәtdә bir
şuxi-qәdi-rәnayә hәsbәndәm.
Alıbdır әqlimi mәndәn, edib
Mәcnunü divanә,
Salıbdır tazәdәn rәxnә bu
gün hәm dinü imanә.
Tәrәhhüm eylәmәz zalim
mәni-büsәbrü samanә,
Lәbi-lәlin hәvasindәn
dönübdür bağrımız qanә,
Әcәb
şuxi-qәmәrtәlәt, cahanarayә
hәsbәndәm.
Tәrәhhüm et, mәni qılma cahan
mülkündә avarә,
Mәni Mәcnun edәn sәnsәn, kim
etsin dәrdimә çarә?
Lәbi-nuşin dәvasindәn
tәlәttüf eylә bimarә,
Xәdәngi-tiri-müjganın edibdir
sinәmi parә,
Büluri-safü simin-gәrdәni-minayә
hәsbәndәm.
Qaşın qövsi-qüzehdir, ya hilali-eydi
әzhadır,
Dü zülfün türreyi-Leyla vә ya
zülfi-çәlipadır?
Üzün gündür vә ya atәş
vә ya nuri-tәcәlladır?
Lәbin yaquti-biqiymәt vә ya
lәli-Mәsihadır?
Mәn an çeşmani-mәftun,
nәrgisi-şәhlayә hәsbәndәm.
Olubdur mürği-dil mәhbus daim zülf
damında,
Edәr lәlin tәmәnnasın
hәmişә şövqi-canında,
Әgәr küstaxlıq etsәm zarafatlıq
mәqamında,
Hәrәc yoxdur mәrizә, hәq
buyurmuş öz kәlamında,
Mәrizi-eşqәm әvvәldәn,
ruxi-zibayә hәsbәndәm.
Sәrasәr cüstücu etsәn
әgәr şövq ilә dünyani,
Tapılmaz mәn kimi aşiq sәnә, ey
Yusifi-sani,
Mәnә bihudә cövr etmә ki,
tәrk etmәm bu sövdani,
Olur ya mәtlәbim hasil vә ya
ömrüm olur fani,
Riza ver ya ki, cәng eylә ki, mәn
davayә hәsbәndәm.
Qәlәm divanәyә yoxdur,
mәnәm Mәcnuni-bipәrva,
Edib әşkim mәni alәmdә
hәm bibakü hәm rüsva,
Alıbdır dinü imanı, edibdir
ömrümü yәğma,
Bu yolda Salikәm, billah, vurubdur başıma
sövda,
Nә bakım var bu alәmdә ki, mәn
üqbayә hәsbәndәm.
Salik qardaşı Mustafa ağa Arifә onun
Rusiyada olduğu zamanı yazmışdır:
Agәh et, ey bad, mәndәn ol
vәfalı hәmdәmi,
Söylә, gәl gör әşkdәn
ruyimdә bәhri-әzәmi,
Çarә qıl kim, qәrqi-ab etmiş
mәni çeşmi nәmi,
Vaxtdır, ey Nuhi-dövran, gәl ki,
gәlmişdir dәmi,
Yoxsa bu tufanә sәnsiz çarәsaz
olmaz gәmi.
Hanı Rüstәm Zal, yәni
pişvayi-pәhlivan?
Hanı ol divi-sәfidә vurduğu
gürzi-giran?
Hanı ol Әfrasiyab, İsfәndiyar
qәhrәman?
Cümlәsin qüllabına
çәkmiş fәzayi-asiman,
Lәng qılmış sәnglax
çәrx Rәxşi-Rüstәmi.
Alәmi tәsxirә salmış
fitnәvü ali-fәlәk,
Alәmә mәlumdur kim, böylәdir
hali-fәlәk,
Aqilü nadan olubdur cümlә
pamali-fәlәk,
Sәrvqәdlәr qәddini
әymişdir ol zal fәlәk,
Gör necә zal fәlәk
tәsxirә salmış alәmi?!
Düşmәnidir bu zamanda hәr kişi
öz canının,
Fәrqi yoxdur bir-birindәn aqilü
nadanının,
Vay, yüz min vay әlindәn әdlsiz
dövranının,
Dәrd üçün heç bir
tәbibin sudu yox dәrmanının,
Bu zәmanә zәxminin yox bir müvafiq
mәrhәmi.
Demә bu zәxmin, tәbiba, bunda yoxdur
çarәsi,
Mәrhәmi-vәslәt dilәr bu
tiği-hicran yarәsi,
Qәrqi-xun eylәr cahanı çeşmimin
fәvvarәsi,
Olmuşam dәşti-fәnadә Arifin avarәsi,
Gәl ki, pamal eylәmişdir Saliki hicran
qәmi.
1246 (1830)-cı sәnәdә İran
mәmlәkәtinә vәba naxoşluğu
düşmәk babında yazdığı
müxәmmәsdәn belә mәlum olur ki, haman ildә
vәbadan külli adamlar tәlәf olubmuş vә
tәbiblәrin cümlәsi bu bәlanın
әlaci-dәfindә aciz vә mәyus qalıb
onların müalicәsi vә üsuli-tәdavisi dәxi
dә mәrәzi şiddәtlәndirirmiş.
Salik bu dәhşәtli mәrәzin
vüquunu ol әsr vә mәkanın әhalisinin haqq
yolundan çıxıb küfr vә zәlalәtә
düşmәyindәn vә bu cәhәtә
qәzәbi-ilahiyә giriftar olmağından görüb
demişdir:
Min iki yüz çehlü şeşdә
düşdü İranә vәba,
Eylәdi viranә hәr bir şәhri
bahökmi-qәza,
Etdilәr cümlә әtibbalәr
әlacında dәva,
Bulmadı bimarı bu dәrdin
dәvalәrdәn şәfa,
Sәn özün saxla bizi böylә
bәladәn, ya xuda!
Bu zәmanә bәylәri çün
zülmә mail oldular,
Hәm qәnilәr qapısında
mәni-sail oldular,
Oldular әşrarә bais, xeyrә hail
oldular,
Yıxdılar iman evin, hәm әqli zail
oldular,
Aldılar verdiklәri әşyalar
üstündәn vәba.
İçdilәr andü qәsәm
hәr lәhzәdә mәhz düruğ,
Verdilәr hәr bәzmdә
şәmi-düruğә min füruq,
Satdılar qatıq yerinә dik
içindә abi-duğ,
Etdilәr gәrdәnkeşanlıq
misli-Övc ibni Әnuq,
Padşahlıq iddia etdi dәxi hәr bir
gәda.
Nәfsi-әmmara ülәma qәlbini
etmiş xәrab,
Mәdrәsә içrә
müdәrris eylәmiş tәrki-kitab,
Az qalıbdır parsalar eylәyә
meyli-şәrab,
Şahidü şeyxin duası hәrgiz olmaz
müstәcab,
Müxtәsәr bu ki, düşüb
yümni-icabәtdәn dua.
Bitәharәt gәzdilәr, hәm
tutmayıb sövmü sәlat,
Tariki-qurbanü fitrә oldular, hәccü
zәkat,
İçdilәr daim şәrabi,
sandılar abi-hәyat,
Bilmәmiş kim, tәlx eylәr
kamını zәhri-mәmat,
Hifz qıl möminlәri ol tәlxdәn,
ya rәbbәna!
Yar-yoldaş bir-birinә
kәşfi-әsrar oldular,
Hәr nә kim, әvvәl dedilәr
sonra inkar oldular,
İxtiyar sahiblәri hәm mәrdümazar
oldular,
Xabi-qәflәtdәn sanasan şimdi bidar
oldular,
Yıxdılar rәiyyәt evin almaq ilә
irtişa.
Salik dәxi öz müasirlәri kimi bir
qәzәlindә gәrdişi-zәmanәdәn
şikayәt edib deyir:
Fәryad ki, dövranın әyyamı
xәrab olmuş,
Әfsus ki, әyyamın әncamı
әzab olmuş.
Sultani-cahan cümlә miskin
gәdalanmış,
Dәryayi-firavanә gәl bax ki, sәrab
olmuş.
Pilan şütürlәnmiş,
üştürlәr olub әstәr,
Şiran şәğalәnmiş, şahin
qürab olmuş.
Saqilәr ,olub pamal, mütrüblәr olub
xamuş,
Xuni-dili-meyxaran bәzm içrә
şәrab olmuş.
Müftilәr olub mәğbun, qazilәr
olub bihökm,
Bilcümlә müdәrrislәr
tariki-kitab olmuş.
Mәrdani-nixukaran olmuş hәmә
bәdiqbal,
Әhli-kәrami-kamil mәhrumi-sәvab
olmuş.
Alimlәr olub cahil, cahillәr olub alim,
Salik dәxi cahillәr cәmindә hesab
olmuş.
Zeyldә "Fikr qıl"
sәrlövhәsilә mәrqum qәzәl
Saliki-mәrhumun dәrin mәzmunlu
әşarındandır:
FİKR QIL
Ey xudanı fikr edәn, gәl kuhsarın fikr
qıl,
Gunә-gunә tәr şükufә,
lalәzarın fikr qıl!
Asimanә qıl tamaşә, mehrü
mәh seyrinә bax.
Munca kuhun Bisütuni-bәrqәrarın fikr qıl!
Gah qırağında qәrar et, mövc
edәn dәryanı gör,
Gah dәrya içrә әylәş,
hәmkәnarın fikr qıl!
Әbrü badü bәrfü baranın
qamusun qıl xәyal,
Bu kәmalı qıl tәfәkkür,
fәsli-çarın fikr qıl!
Gah dәrdü qәm verir könlә,
gәhi zövqü sürur,
Gündә yüz gunә dolanan ruzigarın
fikr qıl!
Dövlәtü mal ilә nadan dәstini
qılmış fәraq,
Tәngdәst etmiş cahanda huşyarın,
fikr qıl!
Demә kim, quşlar hәvadә pәr
ilә pәrvaz edәr,
Yerdә xoş rәftar edәn bipay
marın fikr qıl!
Kimsә baş açmaz xudanın etdiyi
әfaldәn,
Sirrinә yetmәz fәrasәt,
ruyi-karın fikr qıl!
Hәqq özün ayinәvәş
rövşәn qılıbdır alәmә,
Leyk anı bilmәyә qәlbin qubarın
fikr qıl!
Fikr qılma kim, görüm dünyada ol
ayinәni,
Hiç kәs görmәz bu gün,
bәs, ruzi-yarın fikr qıl!
Öylә pünhandır ki, pünhanlıqda
olmuşdur әyan,
Etmә pünhanın tәxәyyül,
aşikarın fikr qıl.
Müxtәsәr, elmi-lәdünni
hikmәtin bilmәz bәşәr,
Әmrinә eylә itaәt, zicrü
narın fikr qıl!
Pәnc ruzin, Salika, pәncahә yetmiş,
eylә şükr,
Etibar etmә cahana, etibarın fikr qıl!
Bәli, әgәrçi bizim bu
tәrәqqi әsrindә çox şeylәrin vә
әlamәtlәrin ülumi-mütәnәvveә
sayәsindә künhü mahiyyәti açılıb
bilinmәkdәdir vә gün-gündәn
növbәnöv ixtiraat vә kәşfiyyat
olunmaqdadır vә lakin dünyada çox sirrlәr vә
hikmәtlәr vardır ki, әqli-bәşәr onları
dәrk etmәkdә aciz vә qasirdir.
Kazım ağa Salikin istәkli vә
hәqiqi dostu Salahlı qәryәsindәn
Sәdәfoğlu Süleyman koxa imiş ki, o da
xoşxülq, әhli-zövqü sәfa bir vücud imiş.
Şair xoş günlәrini, eyş-işrәtini vә
zövq-sәfasını onunla sürәrmiş. Bu
xüsusda Salikin yazdığı kәlamlar
şayani-diqqәtdir ki, zeyldә tamamәn dәrc olunur:
Gәl, ey Sәdәfoğlu Süleyman koxa,
Bu köhnә gülşәnin
güllәrin dәrәk,
Olaq müştәrәk.
Aralıqda mәnim-sәnin olmasın,
Heç kәs bizi ayrı bilmәmәk
gәrәk,
İlla bel, kürәk.
İlla bel, kürәk ki, ayrı olmayaq,
Bir dә oruc tutub, namaz qılmayaq,
Ac vә susuz saralıban solmayaq,
Badeyi-gülgundan içәk bir
çәrәk,
Öylә kef sürәk.
Öylә kef sürәk ki, zail olmayaq,
Tubadәn qeyriyә mail olmayaq,
Qazinin sözünә qail olmayaq,
Saqiyi-sadәyә xidmәt göstәrәk,
Nә istәr verәk.
Nә ki, istәr verәk ol sadәruya,
Bәlkә bizlәn gәlә bir
göftüguya,
Biz dә bir az düşәk bu hayhuya,
Biqafildәn nagәh qapıdan girәk,
Nә söylәr görәk.
Nә ki, söylәr görәk
Tubayi-sәrxoş,
Hәr dәm onun ilә olaq
hәmağuş,
Müdam mәclisindә olaq badәnuş,
Tökün, töküşdürün, bol
olsun xörәk,
Soğan, duz, çörәk.
Soğan, duz, çörәklә
içәk şәrabı,
Qazi xәbәr alsa verәk cavabı,
Yaxşı olur yemәk toyuq kababı,
Әgәr onda toyuq tapsaq bir mәrәk,
Tamam öldürәk.
Tәmamәn öldürәk toyuğu,
qazı,
Tәrk elәyәk hәm orucu, namazı,
Salik, işә salaq samturu, sazı,
Yıxılmış dünyaya nә vuraq
dirәk?
Çalaq dünbәrәk.
Yenә mәzkur Süleyman koxaya
eyş-işrәt vә zövq-sәfa
sürmәyә tәrğib vә tәşviq
babında yazmışdır:
Gәl, ey Sәdәfoğlu Süleyman koxa,
Meyxanә qapısın edәk
güşadә,
İçәk ziyadә.
Sәrmәst olub sәrxoş gәzәk
sübhü şam,
Dursun yanımızda saqiyi-sadә,
Әlindә badә.
Әlindә badә kim, dursun
hәmişә,
Tövbә nәdir bizdә? Sәng
ilә şişә,
Gәl, çox da düşmәyәk
fikrü tәşvişә,
Dәrdü qәmi gәtirmәyәk
heç yadә
Bu puç dünyadә.
Bu puç dünyanın ki, çoxdu
möhnәti,
Unutmayaq hәrgiz sazü söhbәti,
Sәnin ölmüşünә, bunun
lәzzәti--
Әgәr yüz il getsәn olmaz
üqbadә,
Ey Sәdәfzadә!
Ey Sәdәfzadә, sәnsәn
cәvahir,
Qәdir-qiymәtindir alәmdә zahir,
İkimiz dә olaq bu işdә mahir,
Söylәnsin adımız eldә,
obadә,
Yetәk
muradә.
Yetәk murada biz, tapaq Tubunu,
Tapmarıq cәnnәtdә ondan xubunu,
Bu dünyanın ha belә mәhbubunu,
O dünyada biz tapmayaq mәbada,
Qalaq cәfada.
Qalaq cәfadavü olaq peşiman,
Qaçaq düşә bizdәn huriyü
qılman
Nә biz kafir olaq, nә dә
müsәlman,
Mәlul-müşkül qalaq, miskin
fәnadә,
Kim yetә dadә.
Kim yetә dadә, pәs hәqdәn
sәvayi,
Ya rәb, özün saxla mәn binәvayi,
Salikәm, söylәrәm
hәrzә-hәrcayi,
Kimsә bilmәz nәdir mәndә
iradә,
Edә ifadә.
Salikin bu müstәzad kәlamları
hәqiqi hissiyyat ilә tәbi-sәlimdәn
tәvәllüd etmiş nadir vә bimisl
әsәrlәrdir ki, bu cür kәlamlar bir kәsin qәlәmindәn
hәnuz vücuda gәlmәyibdir. Hәr iki kәlamda
şair dusti-sәmimisi Süleyman koxaya xitab edib, onu kef
çәkmәyә vә eyş-işrәt
sürmәyә dәvәt elәyir.
Necә ki, yuxarıda zikr olundu, Süleyman koxa
öz әsrinin qanacaqlı, xoşxasiyyәt vә
mәclisara adamlarından sayılırmış. Ziyadә
çörәkli-duzlu, yeyib-içәn vә kef
sürәn bir vücud olduğundan Salik ilә onun
xasiyyәtlәri müvafiq gәlir imiş vә
aralarında hәqiqi bir ülfәt vә
mәvәddәt var imiş. Әksәr övqat
günlәrini bir yerdә--zövqü sәfadә
keçirәrlәrmiş.
Әvvәlinci kәlamda şair dostu
Süleyman koxanı köhnә gülşәnin
güllәrini dәrmәyә, yәni Süleyman
peyğәmbәrdәn qalan qoca dünyaya bel
bağlamayıb, eyş-işrәt sürmәyә
tәklif edib deyir: Biz gәrәkdir elә yaxın olaq ki,
aralıqda mәnim-sәnin olmaya. Ancaq bizi bel vә
kürәk ayırmağa müqtәdir ola ki, onlar ilә
qәbir qazılır. Quru zöhdü taat ilә özümüzü
taqәtdәn salmayaq vә oruc tutuban ac vә susuz
saralıb solmayaq. Badeyi-gülgundan nuş edib kefimizi kök
saxlayaq. Amma bir o qәdәr içmәyәk ki, bihuş
vә mәsti-layәqәl olaq vә Tubayi-xubrunu unudub
tәrki-әdәblik göstәrәk. Belә
mәst olmaq bizә yaramaz!
Biz gәrәkdir ancaq qazinin bimәzmun
sözlәrinә qulaq asmayıb, saqiyi-sadәruya
xidmәt göstәrәk vә Tubayi-sәrxoş
ilә hәmağuş olub mәclisindә
damağımızı saz edәk,
töküb-töküşdürәk, hәr nә var
xörәyi bol edәk vә o xörәk dә
ibarәt olsun soğandan vә duz-çörәkdәn
vә toyuq kababından. Bu nәhv mәclisi-eyş saz edib
vә oruc-namazı tәrk qılıb, onların
әvәzinә samturu vә sazı işә salaq
vә yıxılmış dünyaya dirәk vurub
dünbәrәk çalaq.
İkinci kәlamda bu mәzmunda Salik yenә
hәmpiyalәsi Süleyman koxaya üz tutub meyxana
qapısın güşad etmәyә onu tәklif
elәyir. Şikәsti-әhdü peyman babında deyir ki,
"tövbә nәdir bizdә? Sәng ilә
şişә". Yәni onu sındırmaq çox
asandır. Bunun üçün çox da xövf vә
tәşvişә düşmәk yaramaz. Bu puç
dünyada ki, onun dәrdü möhnәti hәddәn
aşıbdır, övqati-әzizәmizi saz vә
söhbәtdә keçirәk. Zira ki, nә
qәdәr zöhdü ibadәtә mәşğul
olsaq da, bunun lәzzәtini üqbada bulmayacağıq.
Bәs, belә olan surәtdә Tubayi-xoşәdanı
axtarıb tapaq, çünki cәnnәtdә ondan xubunu
bulmaq müyәssәr olmayacaqdır. Beş günlük
ömrü qәnimәt bilib, fürsәti fövt
etmәyәk vә elә bir kef elәyәk ki,
adımız eldә-obada hәmişә söylәnsin.
Üçüncü kәlam vә
müstәzadında--ki, atidә dәrc olunub,--şair
meyi-gülgundan xәrab vә pәrişan olub vә
dünya lәhvü lәәbindәn usanıb dusti-cani
olan Sәdәfzadәni başqa bir tәriqә
dәvәt vә hidayәt elәyib deyir: Ey
Sәdәfzadә, bu dәhri-duna etibar yoxdur, onda nә
badә qalır vә nә badәxar, cümlәsi fövt
vә hәlak olub gedәsidir: "kullu şeyin halikun
illә vәchәhu". İndi vaxtdır vә
lazımdır bu qәflәtdәn ayılmaq;
xaliqi-biçuna vә xudayi-rәhnumuna
sәmimi-qәlblә xidmәt vә itaәt
elәmәk. Tuba kimi bir sәrvqamәti
gördükdә lazımdır ondan üz
çevirmәk, badeyi-gülfamdan vә әrәq kimi
haramzadәdәn vә saqiyi-sadәrudan әl
götürmәk; daha yaramaz bu dәhri-pürәfsuna
aldanmaq vә dünyayi-dәni vә şumә aludә
olmaq.
İndi lazımdır eyşü
işrәti tәrk vә saz-samturu şikәst
qılıb, әşki-pürxun ilә alәmi qәrq
elәmәk, ta ki, bizlәr kimi cürm dәryasına
qәrq olanlara xudavәndi-rәhimü
bәxşәndә lütfü mәrhәmәt
elәsin vә sahili-nicatә yetirsin. Şairin öz
kәlamına rücu edәk:
Gәl, ey Sәdәfoğlu Süleyman koxa,
Meyl etmәyәk daxi meyi-gülguna,
Gәnci-Qaruna.
Әl götürәk dünya
lәhv-lәәbindәn,
Çün etibar yoxdur
çәrxi-gәrdunә,
Bu dәhri-dunә.
Bu dәhri-duna çün yoxdur etibar,
Nә bir badә qalır, nә bir
badәxar,
Bu xabi-qәflәtdәn biz olaq bidar,
Qulluq edәk bir xaliqi-biçunә,
O rәhnümunә.
O rәhnümunә biz qılaq itaәt,
Kәm olmayaq qulluğundan bir saәt,
Görәndә Tuba tәk bir
sәrvqamәt,
Heç baxmayaq o qamәti-mövzunә,
Olsa nә gunә.
Olsa nә gunә biz keçәk
badәdәn,
Dәxi әrәq kimi o haramzadәdәn,
Әl götürәk ol
saqiyi-sadәdәn,
Aldanmayaq bu dәhri-pürәfsunә,
Bu bisükunә.
Bu bisükunә biz sakin olmayaq,
Çox da dünya üçün fikrә
qalmayaq,
Qan ağlayaq, sazü samtur çalmayaq,
Qәrq edәk alәmi
әşki-pürxunә,
Abi-Ceyhunә.
Abi-Ceyhunә mәn qәrqәm, ilahi,
Sәnsәn qәriblәrin
püştü pәnahi,
Şikәstә Salikin çoxdur günahi,
Bir lütf eylә sәn ol cürmi
füzunә
Hali zәbunә.
Dostu Yәhya bәyә hәrcayi
sözlәrdәn әl çәkib axirәt
üçün tәdarük mühәyya etmәk
babında yazmışdır:
Yәhya, gәl әt götür
hәrcayi sözdәn,
Afitabi-ömrün bulmasın zәval,
Kәsb et bir kәmal.
Öylә sanma böylә keçәr
dövranın,
Әgәr bәdr ayısan, eylә bir
xәyal,
Olursan hilal.
Olursan hilal, qәddin xәmlәnir,
Yaşadıqca didәlәrin
nәmlәnir,
Әqlü fәhmin günü-gündәn
kәmlәnir,
Gün dolanır, keçәr hәftә,
mahü sal,
Ağarar saqqal.
Ağarar saqqalın, hәm sözün
ötmәz,
Uşaqlar sözünü hesaba qatmaz,
Öyüd-nәsihәtlәr beyninә
batmaz,
Düşәr evin içrә hәr
dәm qilü qal,
Olursan aval.
Olursan aval oğul-uşağa,
Dığırlarlar sәni üstdәn
aşağa,
Adlanıban ta dönәrsәn
mәşşağa,
Soyarlar pustunu әyalü әtfal,
Manәndi-çaqqal.
Manәndi-çaqqal ki, oldun kollarda,
Baxa-baxa gözün qalır yollarda,
Günün keçәr biyabanda,
çöllәrdә,
Qalırsan pәrişan, pәjmürdә
әhval,
Misali-abdal.
Misali-abdal ki, oldun bir sail,
Söylәdikcә sözün
söylәrsәn zail,
Ondan sonra canın alır Әzrail,
Münkәr-Nәkir eylәr islamın sual,
Dilin olur lal.
Dilin olur lal heyvandan betәr,
Fәryadına oğul, nә bir qız
yetәr,
Xәstә Salik onda bülbül tәk
ötәr,
Olur cәnnәt quşu, açar
pәrü bal,
Uçar bizәval.
Mәlum olur ki, bu Yәhya bәy mәrhum
Molla Vәli Vidadinin fәrzәndi Mәhәmmәd
ağanın oğludur ki, әhli-elm vә sahibi-tәb
olduğu ilә belә, bir az zarafatçı vә
hәrzәgu imiş. Kazım ağa Salik ilә
aralarında zarafat olmağa görә, fövqdә zikr
olunan mürәbbeyi-müstәzadı hәzl tәriqi
ilә onun şәnindә nәzm
qılmışdır. Yәhya bәyin әşarından
әlә düşәni olmadı. Vәfat edibdir
hicrәtin 1257-ci tarixindә. Salik onun maddeyi-tarixini bu
tövr rişteyi-nәzmә çәkmişdir:
Bu mәzarın sahibi Yәhya
bәyi-rövşәnzәmir,
Şairi-kani-süxәn, hüsni-kәlami
binәzir.
Ol Vidadi xәstәnin fәrzәndiiin
fәrzәndidir,
Vaqif ol kim, Vaqifin hәm bintinin peyvәndidir.
Çünki getdi bu cahandan, buldu
rәsmi-mәğfirәt,
Oldu tarixi-vәfatı, Salika, "nov
axәrәt".
Salikin bu sözlәrindәn belә
mәlum olur ki, mәrhum Yәhya bәy
rövşәnzәmir vә xoştәb bir şair
imiş vә özü dә iki böyük şairin
nәvәsi olduğu üçün babaları Vidadi
vә Vaqifdәn tәbi-şeriyyәni irsәn
almışdır.
Yәhya bәyin vәfatından bir il sonra
Salik dostunun müfariqәtinә vә xüsusәn,
istәkli qızı Xeyransa xanımın
vәfatına--ki, ziyadә arifә vә aqilә bir
nazәnin imiş,--tab gәtirmәyib, özü dә bu
dari-dünyanı tәrk qılıb dari-üqbayә
rehlәt buyurmuşdur. Xeyransa xanımın
maddeyi-tәrxinin Salik belә inşad etmişdir:
Bu türbәt türbәti-bir
nazәnindir,
Bihәmdillәh yeri xüldi-bәrindir.
Deyil tәnha sarayi-mәrqәd
içrә,
Әnisi dәmbәdәm
ruhül-әmindir.
Bu, gәnci-hüsn idi, Salik, yәqin bil,
Onunçün mәskәni
ziri-zәmindir….
Vәfatı tarixi Xeyrәnnisanın--
Ki, bir "cim" bir "nun", çar
"şin"dir.
Ömrünün axır çağında
dünyayi-dunun bivәfalığından söz
açıb öz-özünә xitabәn bu
şerlәri inşad qılmışdır:
Cahan, Salik, bizә çünki
fәnadır,
Duadır xeyrimiz, ancaq fәnadır.
Nә simü zәr qalıb baqi, nә
әmlak,
Tәfaxür etmәsin hәr kim
ğinadır.
Başın qovğasıdır
taci-mükәllәl,
Әcәl baxmaz, mürәssәdir,
minadır.
Binayi-axirәt tut, ey bәradәr,
Tomamı bunların çün bibinadır.
Ağarmış saqqalım gәr sürx
görsәn,
Dü çeşmim qanıdır, sanma
hәnadır.
Bu vaxtlarda şairin sevgili hәmdәmi Tuba
dәxi qocalıb әfsürdә vә pәrişan
olur. Onların hәr ikisinin zövqü sәfası
dәrdü әlәmә mübәddәl olur
vә şair Tubayi-şirinhәrәkatın dilindәn
aşağıda yazılan şerlәri inşad elәyir:
Mәn Tubuyam, dövran mәnә zülm
etmiş,
İşvәm әksilibdir, nazım gedibdir.
Dәxi mәndәn kimsә şadlıq
ummasın,
Gördüyün söhbәtim, sazım
gedibdir.
Әlimdә dairә dövran eylәrdim,
Çoxların özümә heyran
eylәrdim,
Hәr dәm gәştә
çıxıb seyran eylәrdim,
Qışım qayıdıbdır, yazım
gedibdir.
Gündәn-günә artar nә ahü
zarım,
Gülmәz üzüm, heç
açılmaz güzarım,
Necә әyilmәsin meyli-şikarım,
Әlimdәn topğunum, bazım gedibdir.
Baş götürüb burdan qaça
bilmәnәm,
Etdiyim iqrardan keçә bilmәnәm,
Dәrd budur ki, dәrdim aça
bilmәnәm,
Yar ilә bir gizli razım gedibdir.
Saliki dünyadan kәm etmә, tarı,
Söylәnsin mәclisdә şirin
göftarı,
Bir zaman tapılmaz nәzmü
әşarı,
Deyәrlәr, dünyadan Kazım gedibdir.
Bu şerlәr insanın qәlbini hüzn
ilә lәbalәb edir. Bir vaxtı Sәdәfzadә
ilә eyş-işrәt sürәn vә dünya
qeydini çәkmәyәn, yıxılmış
dünyaya dirәk vuran Salik özü
yıxılıbdır vә xak ilә yeksan olubdur.
Mәclisdә şirin göftarı söylәnmәz
vә nәzmü әşarı tapılmaz....
Kazım ağanın burada zikr olunan
kәlamlarından başqa yenә dә gözәl
әsәrlәri çoxdur. Onlar bir qayda üzrә
tәrtib olunsa, böyük bir cild divan әmәlә
gәlәr. Mәrhum Kazım ağa öz әsrinin
müqtәdir şairi olduğunu bilib,
tәbi-gövhәrbarını belә tәrif
elәyir:
Çini-әşar içrә ancaq
tәk mәnәm xaqani-tәb
Nüktәdә sübhanvәş,
hәm tәbdә Hәssantәb.
Buyi-şerimdәn mәşami-әhli-dil
pürәtr olub,
Gülşәni-nәzm içrә guya
ki, mәnәm reyhani-tәb
Qorxma, Salik,
tәneyi-әğyari-biinsafdәn,
Zәxmdar etmiş qamusin sәndәki
peykani-tәb.
Yenә kәlamı barәsindә
demişdir:
Kәlami-behcәtәngizin mәcalisdә
qanan kәslәr
Deyәrlәr
Saliki-gövhәrfişanә: elmi dәryadır.
Vә yenә fars dilindә
yazdığı bir qәzәlin axırında
demişdir:
Ço ğәvvas şәvәd
Saleke-nәzmsәnc,
Bәr arәd qohәrha ze
bәhre-ğәzәl. [3]
[3]
Tərcüməsi:
Şer
qoşan Salik qәvvas
olarsa,
Qәzәl dәnizindәn
gövhәrlәr çıxarar.
Mәrhum Salikin haqqında verdiyimiz bu
qәdәr mәlumat vә bәyanata iktifa elәdik.
Bundan ziyadә nümunәlәr
göstәrmәyә mәcmuәmizdә yer
olmadı. Şairin rütbә vә mәqamını
göstәrmәyә bunlar da kifayәt edәr.
Kazım ağanın oğlu Yusif ağa
dәxi şair imiş. Bәzi rәvayәtә
görә, bir neçә abdar kәlamları vardır,
amma, mәәttәәssüf, onlardan әlә
düşәni olmadı.