MEHRİBANLI BABA BӘY

  

 

 

 

Mehribanlı Baba bәy İbn Canının müasiri olub, cümleyi-ürәfadan vә xoştәb şüәradan birisi sayılırmış. Hәr iki şair Zakirin hәqiqi dostlarından olub, bir növ ona fünuni-şerdә ustadlıq etmişlәr. Vәli onların meylü rәğbәti hәcvguluğa olduğu halda, Zakirin hәcvü hәzl tәriqi ilә söz söylәmәyә artıq rәğbәti yox imiş. Әgәrçi Zakirin dә bir çox hәcvә bәnzәr kәlamı vardır, amma onların әksәri әdibanә yazılmış kәlamlardır ki, öz mövqeindә onlardan bәhs olunacaqdır. İbn Canının vә Baba bәyin vә başqalarının әdәbiyyatın hәcv növünә göstәrdiyi meylü hәvәs, әlbәttә, bir illәt vә sәbәbdәn xali deyil.

  

Çox ehtimal var ki, o zamanın şairlәri qәzetә vә jurnalın әdәmindәn naşi öz müasirlәrinin әxlaqını hәcv demәk ilә islah edәrlәrmiş. Hәr halda çox tәәssüflәr olsun ki, Baba bәy vә İbn Canı kimi müqtәdir şairlәr dünyadan bixәbәr vә Avropa ülumundan bisәmәr olub gözәl tәblәrini hәcvguluğa vә latayil söylәmәyә sәrf ediblәr. Baba bәyin vәfatı Zakirә ziyadә tәsir edib onu pәrişanhal etmişdir vә Zakir ustadının maddeyi-tarixini aşağıda dәrc olunan cigәrsuz şerlәrlә izhar qılmışdır:

 

Diriğa, getdi bir-bir dәrdbilәnlәr, fәrd mәn qaldım,

Cahanda xatiri qәmgin, dili pürdәrd mәn qaldım.

 

Әnisü mehribanım Mehriban da vasili-rәhmәt-- 

Olub, dari-fәnada zarü sәhragәrd mәn qaldım.

 

Mәtai-can xirid etdi rәfiqan gәrm ikәn bazar,

Pozuldu rövnәq, ancaq qaldı ahi-sәrdü mәn qaldım.

 

Xәyalat әhli xaki-kimya tәk napәdid oldu,

Tutub rahi-әdәm iksirtәban, gәrd mәn qaldım.

 

Görüb dәhrin vәfasın çәkdilәr әl eyşi-alәmdәn,

Bu viran mülkdә, sәd heyf, tәnpәrvәrd mәn qaldım.

 

Hәqiqәt mәnzilinә yetdilәr mәrdi-rәhi-alәm,

Mәnә bu ar yetmәzmi, hәmin namәrd mәn qaldım.

 

Edәr seyri-gülüstani-bәqa ağgünlülәr hәr yan,

Qara gün içrә gülbәrgi-xәzan tәk zәrd mәn qaldım.

 

Vәzirü şah rux tutdu piyada xaneyi-fәrzә,

Sәmәndü fil lәng oldu, dağıldı nәrd, mәn qaldım.

 

Müsibәt salının tarixi amma oldu "tarixim",

Köçüb ustad, Zakir, bihünәr şagird mәn qaldım.

 

Bu tәәssüfamiz şerlәrdә Zakir mәrhum Baba bәyi ürәfa zümrәsinә daxil qılıb, onun xәyalat әhlindәn olmasını vә iksirtәblәr kimi rahi-әdәm ixtiyar etmәsini bәyan edib kәmali-tәәssüflә bu viran mülkdә özünün tәnpәrvәr olmasını izhar qılır.

 

Ağgünlülәr dәhrin vәfasızlığını görüb, eyşi-dünyadan әl çәkib hәqiqәt mәnzilinә vasil olduqları vә bәqa gülüstanında hәr yanı seyr etdiklәri halda, şair qara gün içrә gülbәrgi-xәzan tәk sarala-sarala qalmışdır.

 

Zakir Baba bәyi mürşid vә ustadi-kamil mәqamında qoyub özünü bihünәr şagirdlәrdәn hesab edir. Heyfa ki, Baba bәyin kәlamından hәcvdәn sәva bir başqa növ әlә düşmәdi ki, onu nümunә göstәrәk.

 

Nәmirli Әmiraslan bәyin şәnindә--ki, fasiq vә mәrdümazar bir şәxs imiş,--yazdığı hәcvi bu sayaq başlayır:

 

Ağlayın qan, Cavanşir Әmiraslan gәlir,

Mәrdü mәrdanә olub azimi-meydan gәlir,

Taxıban şişә sizi etmәyә büryan gәlir,

Mәdәni-lafü gәzaf hәrzәvü hәdyan gәlir,

Mәlәkül-mövt kimi almaq üçün can gәlir i.a.