MİRZӘ MӘHӘMMӘD QAİB OĞLU "FӘDAİ" TӘXӘLLÜS

  

 

 

 

Kazım ağa Salikin müasirlәrindәn birisi dә mәrhum Mirzә Mәhәmmәd Qaibzadә "Fәdai" tәxәllüsdür ki, әslәn Salahlı qәryәsindәn olub, indiki Qaibovların babalarından birisidir. Onun ilә Kazım ağanın mabeynindә ülfәt vә mәvәddәt olduğu biri-birinә yazdıqları әşardan görünür.

  

Fәdai sinndә Kazım ağadan böyük imiş. Necә ki, onun Kazım ağaya yazdığı bir kağızından mәlum olur:

 

Nәdәndir, ey bәyim, әşarıma sizdәn cavab olmaz,

Bu gündәn böylә daxi şeriniz gәlsә, hesab olmaz.

 

Sәdayi-qafiyә ya bir qәzәl yox suyi-dilbәrdәn,

Necә sәbr eylәsin dil, bundan artıq kim, әzab olmaz.

 

Keçib ol novcәvanlıq, kimsә yad etmәz mәni hәrgiz,

Qocalıq damәnim tutmuş, dәxi zövqi-şәbab olmaz.

 

Gәrәk yad eylәsin sәyyadi-tazә köhnә sәyyadı,

Tәsәvvür etmәsin torlan kim, üstündә üqab olmaz.

 

Rәqibi-kәcrәvi gör yar ilә işrәt qılır hәr dәm,

O yerdә şәbpәrә pәrvaz edәr kim, afitab olmaz.

 

Tikilmiş bir hәdәfdir lövhi-sinәm tiri-müjganә,

Xәdәngi-qәmzәdәn üşşaqlәrdә ictinab olmaz.

 

Fәdai gәlsә yarın kuyinә, didarı mәn etmin,

Neçün kim, aşiqü mәşuq arasında hicab olmaz.

 

Salikin Mirzә Mәhәmmәd Qaib oğluna yazdığı bir qәzәl:

 

Olma, ey Mirzә Mәhәmmәd, zәmmi-şerimdәn mәlul,

Әhli-dil әhli-dilin azarını eylәr qәbul.

 

Nalәvü fәryaddır arayişi-bәzmi-cünun,

Şövkәtidir şairin hәm söylәmәk tulü füzul.

 

Gәrçi istәrsәn ki, Misri-şerә sultan olasan,

Eylә bir yari-әziza canını, әlbәttә, qul.

 

Aşiqi-sadiqlik istәrsәn әgәr, ey әhli-hal,

Adına Mәcnun desinlәr Qeys tәk divanә ol.

 

Ey mәcazi eşq ilәn kәsbi-hәqiqәt eylәyәn,

Çәk qәdәm ki, mәnzili-mәqsudinә getmәz bu yol.

 

Ey ki, bәhri-eşqә düşmәk istәr isәn, qıl hәzәr,

Eşq dәryasın görüb Mәcnun demiş: biәrzü tul.

 

Salika, ol yar yari-qәmküsarın olmasa,

Vәrteyi-vәhşәtdә qaldın, başına bir çarә bul.