NӘSİMİ  ŞİRVANİ

 

 

 

 

Bu şairin kәlamlarından ancaq bir qәzәlin yazılmasına iktifa etdik:

 

Dünü gün müntәzir oldum ki, bu pәrgar nәdir,

Gәrdişi-çәrxi-fәlәk, günbәdi-dәvvar nәdir?

 

Fәlәkin әsli nәdәndir, mәlәkin әsli nәdәn

Adәmin surәtinә bunca tәlәbkar nәdir?

 

Bisütun çәrxi-müәllәq nәdәn oldu tәrtib,

Fәlәk altında qәmәr, kövkәbi-sәyyar nәdir?

 

Mәkәsin tәbinә bax, bal nәdәn, zәhr nәdәn,

Yenә bu mәsәlәdә nur nәdir, nar nәdir?

 

Tәrki-dünya qılasan böylә Nәsimi olasan,

Ola bir gün deyәsәn xirqәvü dәstar nәdir?