QÖVSİ
Azәrbaycan şüәrasından
"Qövsi" tәxәllüs zәrif vә
xoştәb bir şairin yazma divani-әşar vә
qәzәliyyatı әlimizә düşmüşdü.
Bu divandan hәkim Qövsi kim vә hansı yerin adamı
olduğu anlaşılmadı, vәli şiveyi-lisanından
vә üslubi-kәlamından bizim Zaqafqaziya
torpağının rayihәsi gәlir, hiss olunur. Belә
ki, әgәr bәzi qәzәllәrinin
axırıncı fәrdindә Qövsi
әvәzinә Qüdsi vә ya Zakir vә ya Seyid
yazılsaydı, onlar Qüdsinin, ya Zakirin vә ya Seyidin
kәlamı olduğuna kimsә şübhә
etmәzdi.
Bununla belә nә Şәki vә
Şirvanda vә nә Bakı vә Sәlyanda vә
nә Gәncә vә Qarabağda vә nә
Mavәrayi-Qafqazın sair mütәmәddin
mәrkәzlәrindә "Qövsi"
tәxәllüslü şairin ism vә nişanәsi
guşumuza erişmәyibdir. Onun barәsindә
salxürdә әdiblәrimizә rücu etdiksә
dә, heç kәsdәn cәvabi-kafi almadıq.
Şәmsәddin Sami bәyin
"Qamusül-әlam"ına rücu etdik. Onda dәxi
"Qövsi" tәxәllüslü türk
şairindәn bir әsәr bulmadıq. Onda iki nәfәr
"Qövsi" tәxәllüsü ilә zikr
olunmuş şәxsә rast gәldik: onlardan birisi
mәşahiri-xәttatindәn bağdadlı Qövsidir
ki, 999-cu tarixindә vәfat etmişdir, digәri isә
İran şüәrasından olub, yazdıqları tamam
farsi dilindә olduğu göstәrilmişdir:
Cai ke toi nist kәsira anca,
Әz mәn ke tәvanәd ke resanәd
xәbәr anca? [1]
[1] Tərcüməsi:
Sәnin olduğun yerdә heç kәs
yoxdur.
Mәndәn ora kim xәbәr apara
bilәr?
Qövsinin üslubi-kәlamı Rum
şairlәrinin üslubi-kәlamına bir azacıq
bәnzәyir isә dә, ona Rum şari dәxi
demәk olmaz. Yenә tәxminәn demәk olur ki,
Qövsi Azәrbaycanın İran dövlәtinә
mütәәlliq mәhәllәrindә,
xüsusәn, Tәbrizdә vә ya ona qәrib
şәhәrlәrin birisindә vücuda
gәlmişdir. Amma övqatını bizim vilayәtdә
keçirmişdir.
Buna dәlil olaraq bir qәzәlinin
axırıncı beytindә Tәbriz şәhәrini
Kәbәyә tәşbih qılıb vә ona iqtida
etmәsini özünә borc bilmәsidir. Haman
qәzәl bu sayaq başlanır:
Sәbr eylә, aqibәt mey olur qan
dediklәri,
Sübhi-vüsal olur, şәbi-hicran
dediklәri.
Әrşi-bәrin qubarın onun tutiya
qılır,
Hәrçәnd müşti-xakdır insan
dediklәri.
Lәlindә cami-badә kimi cәmdir
sәnin
Abi-hәyatü atәşi-suzan
dediklәri.
Qövsi gәrәkdi Kәbә deyib iqtida
qıla--
Tәbriz qüllәsinә Sifahan
dediklәri.
Vә yenә özgә bir
qәzәlindә şair Tәbriz şәhәrini
hәsrәtlә yad edib deyir:
Gәr yandıra öz varını
pәrvanә, rәvadır,
Kimdir ki, qaranlıq gecә cananә
yetişmәz?!
Tәbriz açar könlümü, Qövsi,
gәr açılsa,
Hәrçәnd ki, firdovs Sifahanә
yetişmәz.
Yәqin ki, Sifahan Tәbrizdә
mәhәllә adıdır vә şair haman
mәhәllәdәndir. Çox ehtimal var ki, Qövsi bu
şerlәri qürbәtdә olduğu әsnada
yazmışdır.
Divanında yazılmış bir
tәrcibәnddәn belә mәlum olur ki, Qövsi
Uğurlu xan Ziyad oğlunun әsrindә onun
tәhti-himayәsindә mürәffәhhal güzәran
edirmiş. Bununla belә vәtәni-mәlufunu
unutmayıb, hәr dәm onu yad edәrmiş. Uğurlu xan
isә Gәncә xanlarından Şahverdi xanın
qardaşı vә mәşhur Cavad xanın әmisi
olduğu rәvayәt olunur ki, hicrәtin 1180-1190-cı
illәrindә xanlıq edәrmiş. Belә olan
surәtdә Qövsi Molla Pәnah Vaqifin müasiri olub
onunla bir yerdә bizim türk--Azәrbaycan şairlәrinin
babası mәnzәlәsindәdir.
Mәzkur tәrcibәnd ki, Qövsinin
tәbinin ziyadә sәlis vә mövzun olmağına
şәhadәt verir, burada dәrc olunur.
Kәlami-Qövsi:
Gәtir, saqi, qәdәh kim,
novbahari-eyşü işrәtdir.
Bu gündәn böylә
cuşi-eşqü tüğyani-mәhәbbәtdir.
Bu gün kim, cami-güldәn
banki-nuşa-nuş urar bülbül,
Meyi-gülrәngdәn hәr kim ki, qafil,
mәsti-qәflәtdir.
Verir badi-bahar әmvatә әhya
sübhdәm, sәn hәm
Oyaq ol, fürsәti fövt etmә kim,
fürsәt qәnimәtdir,
Nola gәr cami-minadәn
düşәrsә alәmә qovğa
Ki, bu xurşidi-mәhşәr ol qiyam
etmiş qiyamәtdir.
Gәtir sәhba ki, baqidir sәlahü
tövbәnin çağı,
Bu beş gün kim, qәlәm yoxdur
bizә, әyyami-möhlәtdir.
Uğurlu xan Ziyad oğlu Müsahib
ruzigarında--
Ki, xaki-rәhgüzarı
sürmeyi-çeşmi-bәsirәtdir.
Bihәmdillah ki, dudi-ahımız әbri-bahar
oldu,
Qaradan çıxdı dağü bağü
sәhra, lalәzar oldu.
Gәtir, saqi, şәrabı ver
mәnә әmvatә әhya tәk,
Lәbi-canәxşini mәndәn
diriğb etmә Mәsiha tәk.
Nә xoş güllәr
düşübdür çeşmimә gülzardәn
sәnsiz,
Әcayib dağlar var lalәdәn
sinәmdә sәhra tәk.
Mәni mәzur tut, gәr olmuşam
mәst, istәrәm sәndәn
Vәfa kim, adı var, yoxdur özü
alәmdә әnqa tәk.
Nola gәr rәşkdәn bülbül
töküb göz yaşı, qan ağlar--
Ki, mәhv olmuş gülә
şәbnәm, bieynih çeşmi-bina tәr.
Mәnim tәk nola gәr mәstanә
söylәr bülbülü qumri--
Ki, gül cami-meyi-gülgun kimidir sәrvi-mina
tәk.
Uğurlu xan Ziyad oğlu Müsahib
ruzigarında--
Ki, daniş gövhәrilә var malamal
dәrya tәk.
Bihәmdillah ki, dudi-ahımız әbri-bahar
oldu,
Qaradan çıxdı dağ barü
sәhra, lalәzar oldu.
Gәtir, saqi, qәdәh kim, arizu
bağrım kәbab etmiş,
Meyi-gülrәng tәk qeyri, mәni
hәsrәt xәrab etmiş.
Mәnim göz yaşımı zinhar ğur
et, sәrgiran baxma--
Ki, suzi-dil onun hәr qәtrәsin bir
lәli-nab etmiş.
Mәnim hәr misrәi-ahım vurar divan
ilә pәhlu--
Ki, divani-qiyamından mәni eşq intixab
etmiş.
O günlәr kim, keçibdir
tövbәvü zöhdü vәrә birlә,
Fәğan ki, xameyi-tәqdir
ömrümdәn hesab etmiş.
Bahar әyyamı olma
naleyi-mәstanәdәn qafil--
Ki, rәhmәt nalәsin mәstin
duayi-müstәcab etmiş.
Uğurlu xan Ziyad oğlu Musahib
ruzigarında--
Ki, hәr bir zәrrәni
şәfqәt gözilә afitab etmiş.
Bihәmdillah ki, dudi-ahımız әbri-bahar
oldu,
Qaradan çıxdı dağü bağü
sәhra, lalәzar oldu.
Qövsinin bu kәlamından belә
anlaşılır ki, mәrhum Uğurlu xan ürәfa
vә şüәra silkinә hörmәt vә
riayәt göstәrmәklә özü dәxi
әhli-hal vә sahibi-kәmal bir şәxs imiş.
Necә ki, şair deyir:
Uğurlu xan Ziyad oğlu Müsahib
rüzigarında--
Ki, daniş gövhәrilә var malamal
dәrya tәk.
Şairin dәxi zәrif, әhli-hal vә
sahibi-mәna bir vücud olduğu öz kәlamından
anlaşılır. Necә ki, bir qәzәlindә
demişdir:
Nüktә tutmaq bülbülә, Qövsi,
nә lazımdır sәnә,
Hәr kimin mәnidә miqdarı
sözündәn bәllidir.
Qövsinin sözündә olan
lәtafәt vә mühәssәnatı hәr bir
әrbabi-zövq anlaya bilir. Şair bu babda demişdir:
Gәrçi Qövsi xuni-dildәn öz
sözün rәngin edәr,
Söz bilәn aşiq bilir göftar onun
göftarıdır.
Qövsinin hәqiqәtdә şirin
göftarı, zәrif vә dilpәsәnd
әşarı ilә oxucularımızı tanış
etmәk üçün bir neçә
nümunәlәr göstәrilir.
Qәzәli-Qövsi:
Hәrçәnd gül lәtif olar,
ruxsarın özgәdir,
Nәrgis nә olsa,
çeşmi-füsunkarın özgәdir.
Mәn qönçәyә yaman
demәrәm, nüktә tutmaram,
Söz bundadı kim,
lәli-göhәrbarın özgәdir.
Tubadә var rәunztü әndam
sәrvdә,
Amma xürami-nәxli-bәlabarın
özgәdir.
Yox vaizin sözünә sözüm kim kim,
behişt var,
Kuyin bir özgә cәnnәtü
didarın özgәdir.
Qövsi, әgәrçi var
cәfapişә dustlar,
Amma sәnin hәrifi-sitәmkarın
özgәdir.
* *
* * *
Heç şәm ilә ram olmaz
pәrvanәlәriz bizlәr,
Zәncirә baş endirmәz
divanәlәriz bizlәr.
Dünya ilә surәtdә var
ülfәtimiz, amma
Mәnidә bu alәmdәn
biganәlәriz bizlәr.
Seylabi-hәvadisdәn neylәr biza
gәrdun kim,
Tuyrani-keşakeşdәn viranәlәriz
bizlәr.
Hәrgiz sәsimiz çıxmaz, heç
kәs dilimiz bilmәz,
Hәrçәnd ki, dillәrdә
әfsanalәriz bizlәr,
Yox taәtimiz, amma fariq deyilik, Qövsi,
Ol mah büti-Çindir,
bütxanәlәriz bizlәr,
Qövsinin bu qәzәlindәn onun
movlәvilәr silkindәn vә hәqiqәt
әhlindәn olduğu zahir olur. Necә ki, şair deyir:
Surәtdә bu dünya ilә ülfәtimiz var isә
dә, mәnidә bu alәmdәn biganәlәriz.
Başqa bir mәnәviyyat alәmlәrinin mәxluquyuz.
Ona binaәn seylabi-hәvadisdәn bizim bakımız yoxdur,
zira birdәfәlik tufan keşakeşindәn biz mәxrub
vә viran olmuşuz. Bu alәmi-zahirdә bizim sәs
vә sәdamız dillәrdә әfsanә olubsa da,
özümüzdәn bir sәs çıxmaz vә bir
alamәt vә nişan görünmәz. Zahirdә taat
vә ibadәtimiz gözә gәlirsә dә,
batindә cümlәmiz taәt әhliyiz vә ol
mahi-büti-Çin, yәni xudavәndi-alәmin bizim
mәbud bәhrәqqimizdir.
Özgә bir qәzәlindә Qövsi
yenә bu mәnadan danışıb, alәmi
vәhdәt meyini çeşid edәnlәr
üçün bir meyxanaya tәşbih qılıb deyir:
Badeyi-vәhdәt içәn alәmi
meyxanә bilir,
Fәlәyin gәrdişini
gәrdişi-peymanә bilir.
Tifli-әşkim qәrәzin aqil olan
fәhm etmәz,
Bu uşaqlar dilini aşiqi-divanә bilir.
Doludur bәs ki, nifaq ilә cahan, sahibi-dil,
Aşina surәtini mәniyi-biganә bilir.
Xәttü xal seyrinә, zinhar, könül
bağlama kim.
Damdır ol ki, onu әhli-hәvәs
danә bilir.
Aşağıda yazılan qәzәl
hәmçinin Qövsinin әhli-hәqq vә sahibi-dil
vә mәnipәrәst olmağına
şәhadәt edir. Şair dünyanın malü
mәnalına vә cahü calalına könül
bağlamır. Zahiri hüsnü cәmal vә
xәttü xal ilә onun işi yoxdur. Aradığı
sahibi-dil vә hüsni-mәnadır:
Aşiqәm mәn, dövlәtü
malü mәnalı neylәrәm,
Bәrkü bәrdәn yummuşam göz,
şaxu balı neylәrәm?!
Yek gәlir bir qönçeyi-mәstur
yüz güldәn mәnә,
Yar sahibdil gәrәk, sahibcәmalı
neylәrәm?!
Handa olsam buyi-gül tәk
rövzeyi-kuyindәyәm,
Namәvu peyğam üçün
badi-şimalı neylәrәm?!
İstәrәm vәslin ki, yarın,
aşina olmaz mәnә,
Gәr xәyalın ram ola,
bәzmi-vüsalı neylәrәm?!
Sәn nәfәs çağ eylә, ey
ney, gәr usandın nalәdәn,
Mәn hәvayi-kuyi-eşqәm, etidalı
neylәrәm?!
Gәr verirsәn, dövlәti-didari-canan
ver, fәlәk,
Yoxsa mәn mehmani-fәqrәm, mülkü
malı neylәrәm?!
Tarü pudi alәmin әfsanәvü
niyrәng imiş,
Mәn bu batil xabü bihasil xәyalı
neylәrәm?!
Lәzzәti-didardәn, Qövsi,
mәnә heyrәt yetәr,
Әldә ta ayinә var, abi-zülalı
neylәrәm?!
Necә ki, zikr olundu, Qövsi dünyanın
malına vә cah-cәlalına qәdrü qiymәt
qoymayıb, әsl sәadәt vә insaniyyәti
istiqamәt vә sәdaqәtdә görür.
Haqqı tanıyıb insaniyyәt
dәrәcәsinә vә mәnәviyyat
alәminә vasil olmaq üçün, Qövsinin
әqidәsincә, başqa bir dәlil vә rәhbәr
lazım deyil, beqeyrәz "sidqi-niyyәt".
Fәxr etmә malü cahә ki,
iqlimi-fәqrdә
Dövlәt şikәstәbalü huma
hiçkarәdir.
Ta Xızri-rahın olmaya öz
sidqi-niyyәtin,
Qövsi, bu yolda rahnüma
hiçkarәdir....
Mәrd ilә namәrd vә
fürumayә ilә alitәb vә dünyayi-dunun
qәddar vә gәcrәftarlığı babında
demişdir:
Nola gәr fәrq ola namәrdlәrdәn
mәrd dünyadә,
Әgәrçi bәllidir hәr
mәrdü hәr namәrd dünyadә.
Edәrdim nikü bәd fәrqin,
bilәrdim yaxşılar qәdrin,
Fәğan kim, açmadım göz bir
nәfәs namәrd dünyadә.
İçәrlәr xәlqi-alәm
sağәri-zәrrin ilә sәhba,
Mәnә qalmışmı
әşki-sürxü rәngi-zәrd dünyadә?!
Betәrdir tiğdәn biabrulәr
surәtin görmәk--
Ki, olsun tömeyi-şәmşir hәr
namәrd dünyada.
Cahanda buyi-dәrdü dağ heç bir
kimsәdәn gәlmәz,
Onunçün gün görәrlәr
mәrdümi-bidәrd dünyadә.
Olar kim, ol tәbibin hikmәtindәn qafil
olmuşlar,
Nә bilsinlәr ki, eyni-afiyәtdir dәrd
dünyadә.
Neçә mәn bilmәyim, Qövsi, bu
viran olmuşun qәdrin--
Ki, öz könlümdәn ayrı
bulmadım hәmdәrd dünyadә.
Zәmanәnin
әdәmi-sәbatından vә daima tәğyir
vә tәbdil etmәsindәn vә
әhli-zәmanәnin bir haldan qeyri bir hala
dәyişirilmәsindәn, fәqirin qәni vә
qәninin fәqir vә bәsirәt әhlinin
mәyus vә xunincigәr olmasından bәhs edib deyir:
Әsasi-tövbeyi-mey üstüvar
böylә qalırmı?
Bizә müdam südayi-xumar böylә
qalırmı?
Gәlir bir özgә zәmanә,
dönәr fәlәk, dolanar gün,
Rәqibә bu şәrәfi-etibar
böylә qalırmı?
Şәrab nirxinә, ey bağban ki,
sirkә satırsan,
Çәmәn hәmişә baharü
bahar böylә qalırmı?
Dönә-dönә içirirsә
bәsirәt әhlinә qanlar,
Sipәhrә hәm bu qәrarü
mәdar böylә qalırmı?
Keçәr tәğafül edib yar naz
ilә sәnә, Qövsi,
Keçәr bu bir neçә gün,
ruzigar böylә qalırmı?
Hәqiqәtdә gözәl
sözlәr vә hәkimanә suallardır: Ey malü
dövlәtә faxir libas vә hüsni-surәtә
fәxr edәn qafillәr, bu qәdәr mәğrur
olmayın. Bu dövlәt vә bu hüsni-cәmal
әbәdi vә daimi deyil; beş günlükdür;
gәlib keçәsidir vә ey әhli-hal vә
bәsirәt, sizә zәmanә
dönә-dönә qan içirirsә, ondan siz
mәyus vә pәrişan olmayın. Sipәhrә
hәm bu qәrarü mәdar belә qalmaz vә sizin
dә axırınız xeyrә mübәddәl olar.
Vә, ey Qövsi, әgәr yari-cәfakar
tәğafül edib, sәnin yanından keçib
sәnә iltifat vә etina etmәzsә, sәn dә
ondan mükәddәr olma. Bu bir neçә gün
gәlib keçәr, nә sәndәn bir
әsәr vә nә sәnә nazü işvә
satan yardan bir әlamәt qalar.
Әşarın qәzәliyyat
növündәn maәda Qövsinin xeyli dilpәsәnd
vә mövzun bahariyyatı, saqinamәsi, tәrkibbәnd
vә tәrcibәndlәri vә qәsidәlәri
vardır ki, cümlәsinin buraya küncayişi yoxdur.
Vәli onlardan nümunә üçün bir
neçә bәndlәr göstәrilir.
Tәrkibbәnddәn bir bәnd:
Qurbanın olum, Qövsi, mәhcur sәnindir,
Şirin söz ilә xalqa salan şur
sәnindir.
Aşiq ki, zәif olsa, onu yazıya salma,
Hәrçәnd Süleyman olasan, mur
sәnindir.
Mәst olsamü dursam, dolanıb başına
ölsәm,
Tәqsirimә qalma, meyi-pürzur
sәnindir.
Gәr öldürәr olsan, әgәr
әhya verәr olsan,
Öz istәdiyin eylә ki, dәstur
sönindir.
Yandırsan әgәr cismimi, yandır,
nә sözüm var,
Didar sәnin, şölә sәnin,
Tür sәnindir.
Yadınla gözüm mәrdümüdür
qәtreyi-әşkim,
Gәr var çırağımda mәnim
nur, sәnindir.
Ey gәnci-rәvan,
guşeyi-bituşәdәn ötmә,
Gәl-gәl ki, bu gәncinәvü
gәncur sәnindir.
Hәrçәnd ki, hәr
guşәdә, hәr bağdә, ey gül,
Bülbül mәnimü
qençeyi-mәstur sәnindir.
Mәn eylәmәnәm
әrzi-tәmәnna, sözüm anla,
Dindirmә mәni, dilsizәm, amma
sözüm anla!
Qövsinin tәrcibәndindәn bir
bәnd:
Üşşaqә vaizin
nәfәsindәn nә faidә?!
Mәnzildә karvan
çәrәsindәn nә faidә?!
İkki cahanda vaizә çün mey haram
imiş,
Cәnnәt hәvasinin
hәvәsindәn nә faidә?!
Naseh müdam tövbәyә tәrğib
edәr mәni,
Ya rәb, ona bu mültәmәsindәn
nә faidә?!
Bikardır bәdәn dili-pürşur
olmasa,
Çün әndәlib yox,
qәfәsindәn nә faidә?!
Zülfün nә lazım eylәyә
zәncir könlümü,
Ol seyd bәslәmәn
mәrәsindәn nә faidә?!
Ey hәmsәfәr, mәnim kimi bir
tifli-mәşrәbә
Bidәrd tәbli-köç
sәsindәn nә faidә?!
Aşağıda yazılan
müsәddәs-tәrcibәnd--ki,
Füzuliyi-Bağdadinin kәlamına nәzirә
sәbkindә inşad olunubdur,--Qövsinin gözәl
vә mövzun kәlamlarından birisidir:
Gәlin, ey әhli-vәrә, aşiqü
xummar olalım!
Hamı bir müğbәçә yanında
giriftar olalım!
Ney kimi nalә çәkib, çәng
kimi zar olalım!
Necә bir böylә gözәl
fәsldә huşyar olalım!
İçәlim bir neçә gün
badәvü sәrşar oladım!
Bizә yar olmasa saqi, biz ona yar olalım!
Camlәr zәhr ilә mәmlüv
şәbi-hicran içdik,
Eylәdik tövbә әgәr göz
görә, pünhan içdik.
Hәr nә kim verdi bizә saqiyi-dövran,
içdik,
Bu fәna dәhrdә bәsdir bu
qәdәr qan içdik!
İçәlim bir neçә gün
badәvü sәrşar olalım!
Bizә yar olmasa saqi, biz ona yar olalım!
Necә bir şamü sәhәr xabü
xәyal ilәn ötә,
Necә bir әxtәri-mәsud zәval
ilәn ötә,
Yüz nişat ilә gәlib ömr,
mәlal ilәn ötә,
Heyfdir böylә bahar ayı bu hal ilәn
ötә,
İçәlim bir neçә gün
badәvü sәrşar olalım!
Bizә yar olmasa saqi, biz ona yar olalım!
Xublar vardı çәmәn seyrinә
zinhar, gәlin!
Cәm olun qönçә kimi, gül kimi
bir dәm açılın!
Eşidin bülbülün ahәngini,
qәdrini bilin,
Dustlar, mövsümi-gül getmәdәn
әldәn yığılın--
İçәlim bir neçә gün
badәvü sәrşar olalım!
Bizә yar olmasa saqi, biz ona yar olalım!
Yarә can eylәrik isar, budur niyyәtimiz,
Tutarıq damәnini yar ola gәr
dövlәtimiz.
Biz onun bәndәsiyik, sәcdәsidir
taәtimiz,
Ömr әgәr möhlәtimiz versә,
fәlәk fürsәtimiz,
İçәlim bir neçә gün
badәvü sәrşar olalım!
Bizә yar olmasa saqi, biz ona yar
olalım!
Fariq olmun
fәlәki-mübrimin ibramından,
Hiç kim sәy ilә qurtulmaz onun
damından,
Dustlar, dövri-zaman
gәrdişi-әyyamından
Etmәmişkәn bizi bihuş әcәl
camından,
İçәlim bir neçә gün
badәvü sәrşar olalım!
Bizә yar olmasa saqi, biz onna yar olalım!
Nola gәr çәrx ilә yekru
qılıram mәn, Qövsi!
Dust gәr yar ola, neylәr mәnә
düşmәn, Qövsi!
Büt ilә xәlvәt edәn yerdә
brәhman, Qövsi,
Gәl ki, bir guşәdә saqiyyü
mәnü sәn, Qövsi,
İçәlim bir neçә gün
badәvü sәrşar olalım!
Bizә yar olmasa saqi, biz ona yar olalım!
Atidә dәrc olunan münacat ilә--ki,
Qövsinin әn xoşmәzmun vә sәfabәxş
kәlamlarından birisidir vә mәnәn Füzulinin
kәlamına bәnzәyir,--xәtmi-kәlam
edәlim. Onun әşari-lәtifәlәrindәn
ittixaz olunan nümunәlәrә iktifa olunur.
Münacati-Qövsi:
İlahi, könlümü qurtar bu alәm
macәrasından,
Mәni döndәr onun biganәsindәn,
aşinasından!
İlahi, könlüm et rövşәn,
mәni göstәr mәnә ,ya rәb,
Onun ayineyi-dәryadili-alәmnümasından!
İlahi, könlümü öz eşqin
ilә et lәbalәb kim,
Usandım qәdrbilmәzlәr qәmü
dәrdü bәlasından!
İlahi, rövşәn eylә
çeşmimi öz xaki-rahından--
Ki, yekdir zülfü xәttin
sürmәsindәn, tutiyasından!
Havalandır mәni әrbabi-dil
övci-mәqamında,
Bu duni-fitrәtin qurtar
sәri-kuyi-hәvasından!
Mükәddәr eylәdi ayinәmi
qәflәt tozu, ya rәb,
Xәbәrdar et mәni öz
Kәbeyi-kuyin sәfasından!
İlahi, bir mәqam et
Qövsiyi-biçarәyә rüzi--
Ki, yek gәlsin ona dәrdin sәnin qeyrin
dәvasından.