QAFAR HACI MӘHӘMMӘD ZAYİD OĞLU "RAĞİB"

 

 

 

 

Bu cәnab hәmçinin "Beytüs-Sәfa"nın xoşbatin, xoşxülq, müәddәb, bakәmal, sәlimü samit üzvlәrindәn birisi olub, hәmәsrlәri arasında gözәl nam vә hörmәt kәsb etmişdir.

 

Rağib tәvәllüd edibdir Şamaxıda 1234-dә mәhәrrәmül-hәram ayının 2-sindә, vәfat edibdir haman tarixin 1309-cu sәnәsindә rәbiül-axirin 27-ci yövmündә. Tәlimü tәrbiyәsi Şamaxıda olubdur. Tәbi-şeriyyәsi zәrif imişsә dә, çәndan sәri deyilmiş. Özündәn sonra qalan әşarü qәzәliyyatı Şamaxının axırıncı zәlzәlәsindә tәlәf olmuşdur.

 

Qәzәli-Rağib:

 

Mәnim ruhumdu bir dilbәr, vәli cismimә ram olmaz,

Әcәb kim, ruhsuz cism ilә ömrüm hәm tamam olmaz.

 

Yıxar könlüm evin bir mәhliqa, qafildir ondan kim,

Mәnim könlüm yıxan dünya evindә şadkam olmaz.

 

Görüb ruxsarı üzrә zülfünü bildim qәlәtdir bu--   

Ki, duzәx әhlinә derlәrsә gәr cәnnәt mәqam olmaz.

 

Edәr sultani-hüsnün çox siyasәt, qorxum oldur kim,

Belә sultani-zalim hiç mülk içrә müdam olmaz.

 

Әgәr  kuyin  bilә müfti  behişti-әdndir, billah,

Verir fitva ki, onda badeyi-gülgun hәram olmaz.

 

Könül mülkün müsәxxәr eylәyib sultani-eşq, amma

Bu mülk içrә dәxi mundan sora hәrgiz nizam olmaz.

 

Mәlamәt eylәyәn, Rağib, mәni şәrm eylәmәz, bilmәz

Tәriqi-eşqdә bu rәsmdir kim, nәngü nam olmaz.