ŞEYX ӘBUMӘHӘMMӘD İLYAS İBN YUSİF İBN MÜӘYYӘD NİZAMİ

 

 

 

 

Şeyx Nizami böyük şairlәrdәn birisi olub. Onun kimi fәsih, rәvantәb vә şirinzәban şair dünya üzünә az gәlibdir. Heç bir şair o lәtafәt vә zәriflikdә söz demәyibdir. Onun cümlәyә mәşhur olan "Xәmsә"si ki, ona "Pәnc gәnc" dәxi deyilir, bimisil vә binәzir әsәrlәrdir  ki, hәqiqәtdә xәzinә malıdır. Bәzi   rәvayәtә görә, Nizami Qum şәhәrindә tәvәllüd edib nәşvü nüma tapdıqdan sonra Gәncәyә gәlibdir vә burada ömrünün axırına kimi qalıbdır. Amma sәhihi budur ki,   onun ata-babası Qumdan Gәncәyә gәlәn zaman Nizami hәnuz dünya sәraçәsinә ayaq basmamışdı vә ol gövhәri-pakın tәvәllüdü Gәncәdә hicrәtin 520-ci sәnәsindә vaqe olmuşdur.

  

"Atәşkәdeyi-Azәri"dә vә Ş.Sami bәyin "Qәmusül-әlam"ında Şeyx Nizaminin şәhri-Gәncәdә anadan olması sәrahәtәn yazılmışdır. Әdibi-şәhir Müsyö Şerr "Tarixi-әdәbiyyati-ümumi" әsәrindә Şeyx Nizaminin Gәncәdә tәvәllüd etmәsini tәsdiq edir. Bu cәhәtә şair "Nizami Gәncәvi" deyilmәklә mәrufdur. Belә olan surәtdә çox ehtimal var ki, Nizaminin anası Gәncәli qızı olmuş ola. Necә ki, bu halda İran tәbәәsindәn çoxları Qafqaziyaya gәlib, burada evlәnib, әhl-әyal sahibi olub kök salırlar, hәmçinin sabiqdә dәxi İran dövlәtinin hәr bir yerlәrindәn Qafqaz torpağına mühacirәt edәnlәr çox olurmuş vә burada İran mәdәniyyәtini, İran   adabü ayinini intişar edirlәrmiş. Ol vaxtdan bәridir ki, fars dili vә fars әdәbiyyatı bizim vәtәnimizdә şöhrәt vә özü üçün böyük hörmәt vә әhәmiyyәt kәsb edibdir. Vәli Şeyx Nizami Qafqaz qitәsindә vücuda gәlibsә dә, әslәn iranlı olmağını inkar vә nisyan etmәyib "İqbalnamә"sindә buyurmuşdur:

 

Nezami ze gәncine boqşay bәnd,

Gereftariye-Gәnce ta çәnd, çәnd.

Ço dor gәrçe dәr bәhre-Gәnce qomәm,

Vәli әz qәhestane-şәhre-Qomәm. [1]

 

[1] Tərcüməsi:

Ey Nizami, xәzinәdәn bәndi aç,

Nә vaxta qәdәr Gәncәnin giriftarı olacaqsan?!

Dürr kimi Gәnçә dәnizindә itsәm dә

Qәhistan [vilayәtinin] Qum şәhәrindәnәm.

 

Nizaminin vәsfindә bir şey yazmaqda bizim qәlәmimiz acizdir. Hәkim Xaqani onun mәdhindә demişdir:

 

Xakәş be Mәsih tutiyabәxş,

Sәngәş be Kәlim kimyabәxş,

Mәrzәş ze kәyestane-qolestan,

Şәkkәrzaro qәrәnfelestan. [2]

 

[2] Tərcüməsi:

Torpağı Mәsihә tutiya bağışlayan,

Daşı Kәlimә kimya bagışlayan,

Sahәsi güllük, çiçәklik,

Şәkәr qamışlığı vә qәrәnfillik.

 

Nizami dünyadan әl çәkib әhli-qәnaәt vә saleh bir zat olduğu üçün ömrünü ibadәt vә riyazәtdә keçirәrmiş. Hәtta zәmanәsinin müluk vә sәlatini ona hörmәt vә riayәt etdiklәri halda sair şüәra kimi kimsәni mәdh vә tәrif etmәmişdir vә tamahkar vә әhli-dünya mülazimi olmaqdan nәfsini saxlayıb, ömrünün axırına kimi mәddahlıq ismini şәninә layiq vә rәva görmәmişdir vә padşahlar dәrbarında şöhrәt vә izzәt tәlәbkarı olmamışdır. Bәlkә onun öz astanası böyüklәr vә xosrovlar mәlcәvü mәvası olub. Müasirlәri onun söhbәtindәn feyzyab olmağa talib olmuşlar. Belә ki, Atabәy Qızıl Arslanın imtahan qәsdi ilә Şeyx Nizami olduğu zaviyayә gedib, onu qәribә bir halda görmәyi "Atәşkәdeyi-Azәri"dә rәvayәt olunubdur. Şeyx alәmi-batindә Qızıl Arslanın qәsdü niyyәtini anlayır vә sultanın nәzәrindә onun şәrafәt vә böyüklük ulduzu cilvәlәnir. Atabәy baxıb görür ki, bir piri-zәif bir parça keçәnin üstündә әylәşib. Әtrafında başqa bir şey yoxdur, bәqeyr әz-qәlәm, dәvat vә әsayi-piri. Әlindә Quran vә şeyx onun mütaliәsinә mәşğul. Atabәy şeyxin bu halına diqqәt yetirdikdә onun haqqında etiqadi-kamil hasil edib, şeyxin müqәddәs bir vücud olmağını tәsdiq elәyir. Vә hәmçinin rәvayәt olunur ki, İran padşahlarından birisi Azәrbaycan vilayәtini tәsxir etdikdә şeyxә riayәt göstәrib, Gәncә şәhәrinin tәxminәn 24 verstliyindә--cәnubi-şәrqi sәmtindә vaqe bir kәnd bağışlamışdı. Sabiqdә haman qәryә Hәmdünyan adlanırmış. İndi İlә adı ilә mәşhur ermәni kәndidir. Şeyx özü bu barәdә demişdir:

 

Nәzәr bәrkişo bәrexlase-mәn kәrd,

Dәhe-Hәmdunyanra xase-mәn kәrd.

 

Nizami әleyhirrәhmә Gәncә şәhәriidә hicrәtin 591-ci ilindә vә bir qövlә görә 606-cı tarixindә vәfat etmişdir. Qәbri şәhәrin tәxminәn 4 verstliyindә--şimali-şәrqi sәmtindәdir. Mәqbәrәsi ziyarәtgahdır. Mövlәvilәr artıq şövq ilә onun qәbrini ziyarәt edirlәr. Nizaminin mәqbәrәsi vaqe olan sәhra "Şeyx düzü" adı ilә Gәncә xalqının arasında mәşhurdur. Onuņ qәbrinin üzәrnndә olan әski günbәdi, sәhih rәvayәtә görә, rus әdiblәrindәn mәşhur Qriboyedov tәsis etdirmişdir. İndi, necә ki, möhtәrәm Mirzә Mәhәmmәd Axundovun "Şeyx Nizami" ünvanında mәrhum şeyxin tәrcümeyi-halına dair yazdığı kitabçadan görünür, Nizaminin qәbri vә üstünün günbәdi uçub-dağılıbdır vә kәndçilәr qışda soyuqdan vә yay fәslindә istidәn daldalanmaq üçün içinә at vә eşşәk bağlayırlar. Budur bizim fazil vә hәkim bir şairimizin türbәsinә olan hörmәt!...

 

Mirzә Mәhәmmәd Axundov münasibi-hal bu şerlәri inşad etmişdir:

 

Yol kәnarında bir mәzari-hәqir,

Dağılıb günbәdi, olub viran.

Ona mәxluqdәn olur tәhqir,

Bağlanır günbәdinә hәr heyvan.

Mәnzәri adәmә edir tәsir,

Axıdır qәlbә hәr dәqiqәdә qan,

Kimsә etmәz sual: "Kimdir bu?"

Ona quşlar olubdu fatihәgu.

 

       *       *       *       *       *

 

Bu xarәbә mәzardә aya

Görәsәn kimdi böylә xar yatır?

Kimsә etmәz bunu sual әsla,

Sizә mәn eylәyim onu tәqrir.

Edәsiz ol mәzarı siz әmma  

--Layiqincә, әzizlәr, tәmir.

O yatan Gәncәli Nizamidir,

Şüәra qisminin üzamidir.

 

Şeyxin "Xәmsә"si bu mәnzumәlәrdәn mürәkkәbdir: "Mәxzәnül-әsrar", "Leyli vә Mәcnun", "Xosrov vә Şirin", "Hәft peykәr", yaxud "Bәhramnamә" vә "İsgәndәrnamә". Bu kitabların hәr birisinin xüsusunda vә onların tarixi vә sәbәbi-tәlifi barәsindә Mirzә Mәhәmmәd Axundovun kitabçasında qәdri-kifafınca mәlumat verilmişdir. Bunlardan başqa Şeyx Nizaminin iyirmi min beytә qәdәr qәsaid vә qәzәliyyat vә rübaiyyatı vә sair әşarı olduğu rәvayәt olunursa da, әksәri bu halda itib-batıbdır. "Xәmseyi-Nizami" İranda vә Hindistanda dәfәat ilә tәb olunubdur. Vә hәtta Müsyö Şarmua tәrәfindәn Fransa dilinә tәrcümә edilib vә 1845-ci sәnәdә Petroqrad şәhәrindә tәb vә nәşr olunubdur.

 

Nizaminin әsәrlәrindәn türk dilinә tәrcümә olunan ancaq "Xosrov vә Şirin" hekayәsidir. Bunun mütәrcimi Qazax şairi mәrhum Mustafa ağa Qiyasbәyov "Nasir" tәxәllüs olubdur. Vәli çox әfsus ki, şair bu hekayәni itmama yetirmәmiş vәfat edibdir. Haman "Xosrov vә Şirin" hekayәsi bu axır vaxtlarda Mirzә Cәlal Yusifzadә cәnablarının sәy vә himmәti ilә opera şәklinә çöndәrilibdir.

  

Atalar sözündәn sayılan: "Kәs nәquyәd ke, douğe-mәn torşәst"--mәsәli müşarileyhә mәnsubdur. Söz yoxdur ki, bu mәsәli sonradan Azәrbaycan türklәri şeyxdәn әxz vә tәrcümә ediblәr, çünki türk dilindә "Heç kәs ayranına turş demәz" mәsәli indi dә işlәnir.

 

Fars lisanına dara rәvantәb şairlәrimizin baş vәzifәlәrindәn birisi dә Şeyx Nizami әleyhirrәhmәnin әsәrlәrindәn bәzilәrini türkә açıq dildә tәrcümә edib, milli әdәbiyyatımızı dövlәtlәndirmәkdir. İnsaf deyil ki, onun möcüznüma kәlamları Avropa dillәrinә tәrcümә olunub intişar tapsın, bizlәr isә onu öz dilimizdә mütaliә edib feyzyab olmaqdan mәhrum qalaq.

 

Şeyx Nizaminin әsәrlәrindәn nümunә olaraq bir qәsidә vә bir qitәsini "Atәşkәdeyi-Azәri"dәn götürüb, onlar ilә kitabımıza zinәt veririk:

 

                                                                                                        

QӘSİDEYİ-NİZAMİ

 

Mәlәkol-moluke-fәzlәm befәzilәte-mәani,

Zәmiyo zәman gerefte bemesale-asemani.

Nәfәse-bolәndsoutәm cәrәse-bolәndseyti,

Qәlәme-cәhannәvәrdәm әlәme-cәhansetani.

Sәre-hemmәtәm reside bekolahe-Keyqobadi,

Pәre-heşmәtәm qozәşte ze pәrәnde-Qurxani.

Soxәn әz mәn afәride, ço fotovvәt әz morovvәt,

Honәr әz mәn aşekara ço tәravәt әz cәvani.

Qәzәlәm besәmha dor ço sәmae-әrğәnuni

Nәmәkәm bezouğha dor ço şәrabe-әrğәvani.

Hәrәkate-әxtәranra mәnәm әslo u tefili,

Tәbәqate-asemanra mәnәm abo u әvani.

Nәzәnәm bexire tәbli, ço zәnәm bovәd әrusi,

Nәkonәm bexotbe lәhti, ço konәm bovәd әğani.

Mәhәmo ço mәh nәgirәm kәlәfe-siyahruyi,

Dorәmo ço dor nәdarәm bәrәse-sepidrani.

Beeşarәte-lәbe-mәn dele-xәlq baz bәndәd                                                                  Ço şekufeye-rәyahin behәvaye-mehrәqani.

Әgәr in neşatgәhra nәğәmate-mәn nә başәd,

Ke zәnәd dәre-moğәnni, ke xorәd meye-moğani?

Ço sәdәf hәlalxarәm, ço qohәr hәlalzade,

Ze hәramzade durәm şәbo ruz dәr rәmani.

Vәlәdozzenast hased, mәnәm an ke koukәbe-mәn

Vәlәdozzenakoş amәd ço setareye-yәmani.

Sәre-an cәride bәr nә dәre-in qәside boqşa--  

Ke, bәrәnd boqe-boqe fozәla bare-moğani.

Şәbehi nә dәr xәzine çe konәm qohәrfeşani,

Qohәri nә dәr xәrite çe konәm sәdәfdәhani.

Delo din şekәste an gәh hәvәsәm bәrәzmcui,

Sәro pa berәhne an gәh soxәnәm bemәrzbani.

Mәlәkavo badşaha rәveşi kәramәtәm kon--  

Ke bedan rәveş begәrdәm ze bәdivo bәdqomani.

Hәrәme-to amәd in del ze hәsәd neqahdarәş--  

Ke, fereşte ba şәyatin nәkonәd hәmaşiyani.

Әdәbәm mәkon ke, xerdәm, xәlәlәm mәbin ke, xakәm

Bebәr әz nәhade-tәbәm dodeliyo dәhzәbani.

Ze qonah ozr boqzәr, benәvazo rәhmәti kon,

Bexәcalәti ke bini bezәrurәti ke, dani.

Hәme momkenol-vocudi rәqәme-hәlak darәd,

To ke, vacebol-vocudi әzәlo әbәd bemani.

Betәfile-taәte-to tәne-xiş zende darәm,

Ço nabәşәd in sәadәt çe mәno çe zendeqani.

Әgәr әz Nezami amәd qonәhәş әfvgәrdan--    

Ke, kәs eymәni nәdarәd ze qәzaye-asemani.

To resandei ze әvvәl besәadәte-vücudәş,

Ço nәfәs beaxәr ayәd, beşәhadәtәş resani. [3]

 

[3] Tərcüməsi:

Mәnәviyyat vә fәzilәtim etibarilә şahların şahıyam,

Yeri, zamanı və asimanı hökmümlә tutmuşam.

Uça sәsli nәfәsim zәng kimi gurdur,

Dunyanı ölçәn qәlәmim dünya tutan bayraqdır.

Himmət başım Keyqubad papağını qoymuşdur,

Tәntәnә qanadım Qurxan bayrağından yüksәlmişdir.

Cavanmәrdlik insafdan yarandığı kimi, söz dә mәndәn yaranmışdır.

Tәravәt gәnçlikdən doğduğu kimi, hünәr dә mәndәn doğmuşdur.

Qәzәlim qulaqlarda әrğәnun sәsi kimidir.

Sәnәtim zövqlәrә qırmızı şәrab tәsiri bağışlayır.

Ulduzların әsas hәrәkәtveriçisi mәnәm, özlәri tüfeylidir.

Göy tәbәqәlәrindә su mәnәm, göy özü qabqacaqdır.

Boş yerә tәbil çalmaram, әgәr çalsam toy olar,

Boş yerә xütbә (moizә) oxumaram, oxusam, mahnı olar.

Mәn ayam, amma ay kimi tutulub qaralmaram,

Mәn dürrәm, amma dürr kimi ağarma xәstәliyinә tutulmaram.

Reyhan qönçәsi mehrәgan (payız bayramı) havasına baqlı olduğu kimi,

Mәnim dodağımın bir işarәsinә xalqların ürәyi bağlıdır.

Әgәr bu sevinç meydanında mәnim nəğmәlәrim olmasaydı,

Kim müğәnni çağırardı ki, muğan meyi içәydi?

Sәdәf kimi halal yeyәnәm, gövhәr kimi halalzadәyәm,

Haramzadәdәn uzağam, gecә-gündüz rәmanidәyәm.

Paxıl vәlәdüznadır, mәn oyam ki, ulduzum

Yәmani (Süheyl; Sirius) ulduzu kimi vәlәdüzna öldürәndir.

O dәftәrin başını bağla, bu qәsidәnin qapısını aç,

Bunu fazillәr mәnzilbәmәnzil hәdiyyә aparırlar.

Xәzinәmdә bir şәvәm (qara munçuq) dә yoxdursa, nә uçün mәn gövhәr saçım?!

Xәritәmdә (süfrәmdә) bir gövhәrim dә yoxdursa, arzımı nә üçün sәdәflә doldurum?!

Ürәyim vә dinim sınıb, yenә dә döyuş hәvәsindәyәm,

Başım, ayağım yalındur, yenә dә keşikçilik iddiasındayam.

Ey hökmdar, ey padşah, mәnә bir nәzәr sal,

Sәnin bu nәzәrin sayәsindә bәdlikdәn vә bәdgümanlıqdan çıxım.

Mәnim ürәyim sәnin hәrәmindir, onu hәsәddәn qoru,

Mәlәk şeytanlarla bir yuvada yaşaya bilmәz.

Kiçikliyimә baxıb mәni incitmә, torpağım deyә mәni alçaltma,

Tәbimdәn vә varlığımdan ikiürәkliliyi vә ondilliliyi çıxar,

Üzrümә görә günahımdan keç, oxşa, mәrhәmәt elә,

Xәcalәtimә baxıb ehtiyaçlarımı duy!

Bütün yaranmışlara ölüm yazılmışdır,

Sәn hәmişә yaşayansan, әzәli vә әbәdi qalansan.

Sәnә itaәt etdiyimә görә, әbәdi yaşayası olaçağam,

Bu sәadәtim olmasa, nә mәn, nә hәyat?

Әgәr Nizamidәn bir günah baş vermişsә, onu bağışla,

Kimsә asimanın qәzasından yaxasını qurtara bilmәz.

Әzәldәn onun vücudunu sәadәtә yetirәn sәnsәn,

Nәfәsi sona çatarkәn dә onu şәhidlәr sırasına yetir.

 

 

QİTӘ

 

Duş rәftәm bexәrabat, mәra rah nәbud,

Mizәdәm nәrevo fәryad, kәs әz mәn nәşnud.

 

Ya nәbud hiçkәs әz badeforuşan bidar,

Ya ke, mәn hiçkәsәm, hiçkәsәm dәr nәqoşud.

 

Nimi әz şәb ço beşod, biştәrәk ya kәmtәr,

Rendi әz ğorfe bәr avәrd sәro rox benәmud,

 

Qoftәmәş: dәr boqoşa Qoft: boro, hәrze mәqu-- 

Ke, bәraye-to dәr in vәqt kәs in dәr nәqoşud.

 

İn nә mәsced ke, behәr lәhze dәrәş boqşayәnd--  

Ke, to dir aiyo әndәr sәfe-piş osti zud.

 

Hәr çe dәr comleye-afaq dәr inca hazer,

Henduyo hormeziyo moumeno tәrsavo yәhud.

 

Gәr to xahi ke, konәd pire-moğanәt nәzәri

Xake-paye-hәme şo ta ke beyabi mәqsud. [4]

 

[4] Tərcüməsi:

Dünәn geçә meyxanaya getdim, mәnim üçün qapını açmadılar,

Nәrә çәkdim, fәryad elәdim, heç kәs eşitmәdi.

Ya şәrab satanlardan heç biri oyaq deyildi,

Ya da mәn heçkәsәm ki, heç kәs mәnim üçün qapını açmadı.

Elә ki, geçә yarı oldu, bir az ondan çox ya az,

Bir rind başını pәnçәrәdәn çıxarıb mәnә baxdı.

Ona  dedim:--Aç qapını! Dedi:--Get, hәrzə danışma!

Sәnin üçün bu vaxt heç kәs qapını açmaz.

Bura mәsçid deyil ki, hәr an qapısını açsınlar--

Ki, sәn geç gәlib, tez yuxarı başda әylәşәsәn.

Dünyanın hәr yerindәn bura yığışanlar var:

Hindu da, hörmizi dә, mömin dә, xristian da, yәhudi dә.

Әgәr istәyirsәn ki, piri-muğan sәnә nәzәr yetirsin,

Hamının ayağının torpağı ol ki, öz mәqsәdinә çatasan.

 

Mustafa ağa Nasirin "Xosrov vә Şirin"dәn tәrcümә etdiyi hissәlәr öz mәqamında zikr olunacaqdır.