SEYİD ӘBÜLQASIM NӘBATİ
Azәrbaycan türklәrinin müqtәdir
şairlәrindәn birisi dә mәrhum Seyid
Әbülqasım «Nәbati» tәxәllüsdür.
Seyid Әbülqasımın vәtәni Qaracadağda
Üştibin, yaxud Üçdibin qәryәsidir ki,
İran dövlәtinә mütәәlliqdir vә
Muğan sәhrasına yaxındır. Bu qәryәnii abhavası
mötәdil vә torpağı münbitdir. Әhalisi
salamat vә kargüzar olduğu üçün
mürәffәhhal yaşayırlar. Vәli
zәmanәnin övzavü iqtizasından bixәbәr
vә elmdәn bibәhrәdirlәr, necә ki,
dövlәti-әliyyәnin rәiyyәtlәri vә
rәncbәrlәri tәmamәn bu hal üzrә
yaşamaqdadırlar.
Seyid Әbülqasım tәvәllüd
edibdir tarixi-hicriyyәnin on üçüncü әsrinin
ibtidasında--Nәsrәddin şahın atası
Mәhәmmәd şahın zәmani-sәltәnәtindә681.
Bir qәsidәsindә mәzkur şahı belә
tәrif elәyir:
Hәrә bir şahә oldular mәddah,
Mәn kәmin bәndә
şahi-İranә.
Şahi-mәn şahi-müfәxxәr
Qacar --
Ki,
salıb divi-zülmi zindanә.
Şәh Mәhәmmәd şәhi-Skәndәrşәn,
İltifat
etmәz abi-heyvanә.
Xadimi-bargahi
yüz Cәmşid,
Tәn edәr cahi min Süleymanә.
Bәxş edәr murә mülki-dünyani,
Dür
tökәr gәnci-lütfi hәr yanә.
Dusti bilmәsin ki, qәm nә imiş,
Düşmәni ağnasın qızıl
qanә.
Sәn, Nәbati, duanı eylә tәmam,
Nә işin var eşitdi şah
ya nә?
Әgәrçi şairin sali-vәfatı dürüst mәlum deyil, amma mötәbәr rәvayәtә görә, haman on üçüncü әsrin axırlarında -- yәni min iki yüz yetmişinci
illәrin әvaxirindә vә hәştadıncı illәrin әvailindә vәfat edibdir. Vәfatı ömrünün müsinn
çağında -- yetmişindә vә ya yetmiş beşindә vaqe olubdur. Buna şairin
öz şeri dәlalәt
edir:
Mәn dedim bәs Xançobani cavandır,
Bir igid
oğlandır bәbri-bәyandır,
Demә kim, qocalıb, qәddi kәmandır,
İndi
gördüm, saqqalının çalı var.
Bundan әlavә onun qocalığına bu
şeri-müstәzadı dәxi
şәhadәt verir:
Dövri-çәrxdәn olmuşam әlil,
Dizdә taqәtim, gözdә nur yox.
Bir nәzәr, әya şahi-lafәta,
Bu Nәbatiyi-binәvaya bax!
Eşitdiyimizә görә, bu halda Nәbatinin övladından bir
neçә
mötәbәr vaizlәr vә mәrsiyәxanlar vardır.
Seyid Әbülqasımın bir
neçә tәxәllüsü var. Onlardan mәşhuru bunlardır: «Nәbati», «Mәcnun», «Şah» vә «Xançobani».
Mәrhum ziyadә müttәqi, dindar vә pakdamәn bir vücud olub
ömrünün çoxunu zöhdü riyazәtdә keçirәrmiş. Riyazәt әhli olduğu üçün әksәr övqat dünya işlәrindәn әl çәkib vә xalqdan qәti-әlaqә edib etikafa әylәşәrmiş. Bu etikaf vә zaviyәnişinliyi özü
üçün böyük bir sәadәt hesab edib, hәqiqәt alәminә irişmәyi vә nihan sirrlәrindәn ittila kәsb etmәyi mәhz vәhdәt guşәsindә bularmış. Ol sәbәbdәn deyibdir:
Guşeyi-vәhdәt nә әcәb ca imiş,
Sirri-nihan
onda hüveyda imiş.
Aşiqi-divanәlәrin mәnzili, --
Rütbәyә bax, әrşi-müәlla imiş.
Qafil idim
bu dili-viranәdәm,
Dil demә, oğlan, bu ki, dәrya imiş.
Etikafdan
fariq olduğu zaman gahbir camaat arasına çıxıb
söhbәt edәrmiş. Ziyadә fәsih vә şirinzәban olduğu üçün
çoxları özünә valeh vә heyran edәrmiş vә müasirlәrindәn bir çoxu onunla mükalimәyә daxil olmağı vә onun söhbәtindәn istifadә qılmağı özlәrinә böyük bir feyzü qәnimәt hesab edәrlәrmiş.
Rәvayәt olunur ki, Seyid Әbülqasım
Üştibindә әvvәlcә dәrvişlәr hәlqәsinә daxil olub, onların içindә nüfuzu artıbdır vә sonralardan dәrvişlәrә mürşid olubdur. Bәzi vaxtlarda ondan kәramәt sadir olarmış; belә ki, bir para xariqüladә әlamәtlәrin ondan zühur etmәyini görәnlәr olubdur.
Etikafdan
çıxan zamanı onun simasında başqa bir parlaqlıq
vә nuraniyyәt cilvә edәrmiş; özgә bir halәtә düşәrmiş vә bәzi vaxtı şövqü zövq ilә cuşa gәlib eşqdәn, mey vә mәhәbbәtdәn dәm vurarmış. Necә ki, deyibdir:
Zöhdü
sәlatı
çölә
sal, Gәzgәza,
Mövsimi-eyşü
meyü mina imiş.
Xançobani
adi, Nәbati
özü,
Bir
üzü qırxıq, bığı burma imiş.
Nәbati artıq dәrәcәdә sәxi, comәrd vә nәcib bir vücud imiş. Atası dәxi möhtәrәm seyidlәrdәn imiş. Buna şairin kәlamı şәhadәt verir:
Meydani-eşq
içrә sәyirtdim ati,
Müsәxxәr eylәdim Rumü Herati,
Möhtәrәm oğluyam, adım Nәbati,
Zatımız
haşimi, әslimiz
әrәb.
Seyid Әbülqasımın lәqәbi «Möhtәrәm oğlu» olduğuna onun bu şeri dәxi şәhadәt verir.
«Möhtәrәm oğlu» deyәrlәr mәnә, adım Mәcnun,
Bir
adım Xançobani, bir bığı burma-burma.
Nәbati hәzrәt Әli әleyhissәlamın hәqiqi vә sәmimi mәddahlarından olduğu
üçün ol cәnabın vәsfi-şәnindә çox gözәl vә qәrra qәsidәlәr yazıbdır ki, hәr kәs onları mütaliә etsә, onun qәlbindә hәqiqi bir vәcdü tәrәb vüqua gәlir. Nәbati demәk olur ki, öz mövlasına ürәkdәn aşiq imiş vә bu, mәhәbbәti ucundan ol şahidәryadilin vә gövhәri-nәcәf vә mәdәni-izzü şәrәfin mәdhindә yazdığı bir kәlamında әndazәdәn çıxır vә bir növ özünü
şәkkaklar
silkinә daxil edәn kimi olur:
Mәn ruzi-әzәldә sevmişәm bir şahi,
Allah deyәr ona Әliallahi.
Hәr kim ona allah desә, kafirdir,
Şәkkakdır ol Nәbati tәk, vallahi.
Divani-әşarında ibtidayi-kәlamı hәzrәt Әlinin adı ilә bu sayaq başlayır:
İcade-bәnaye-alәm әz name-Әlist,
Aine-nәbi ze zәrbe-Sәmsame[1]-Әlist.
[1]-Sәmsam -- kәskin qılınc.
Meyxaneyi-dәhr qayem әz hәstiye-ust,
Abe-rox ze
meye-came-qolfame-Әlist.
İn nәqşeneqare-sanee-biçunәst,
Ya dәftәre-eşqe-Leyliyo Mәcnunәst.
Hәr sәfheәş әz bağe-Erәm zibatәr,
Hәr noqteәş әz dorce-dore-mәknunәst.
Әz gәrdeşe-ruzeqaro doure-gәrdun
Divane-mәn әz rәdif gәrdәd birun,
Aşoftetәr әz şekәnce-zolfe-Leyli,
Culidetәr әz mәqale-hale-Mәcnun.
İn
reşheye-kelke-Maniye-nәqtaşәst,
Ya
qeteye-meşke-aşeqe-qәllaşәst.
Bәr tәbe-gohәrbare-Nәbati әhsәn,
Mәtbutәr әz ruye-bote-Cәmmaşәst[2].
[2]-
Çәmmaş
--zәndvәst deyilәn bütpәrәst qövm.
Xah
türk dilindә
vә xah fars
dilindә Nәbati yazdığı
şerlәrdә bir qüsur yoxdur. Bәzi kәlamlarında, mәsәlәn, «Saqinamә»sindә, fars lisanında yazdığı
şerlәri türk
dilindә
yazdıqlarına tәrcih vermәk
olar. Bu «Saqinamә»nin
axırını yenә hәzrәt Әli mәdhinә çevirib, ol cәnabın övsafi-cәmilә vә әxlaqi-hәmidәsini bir-bir zikr qılıb, ol bәhri-hikmәtә vә sahibi-şәnü izzәtә xitabәn deyir:
Şәha, şәhriyara mәn binәvara
Ze lotfәt biyara ço mehre-monәvvәr,
Әya,
saqi, cәm şәvi şado xorrәm,
Fәdaiye-to kәrdәm, biya, mey biyavәr.
Bedәh bade çon qol, bexan hәmço bolbol --
Ke, kamәt şod hasel, moradәt moyessәr.
Әli
qu, Әli qu, Әli cu, Әli cu,
Resi ta be
hu-hu, әz in nam
begzәr,
Әli
qu, Nәbati, ke,
yabi necati,
To ta dәr hәyati bexan namәş әzbәr.
Nәbatinin hәzrәt Әli şәnindә yazdığı türk qәsidәlәri dәxi sәmimi-qәlbdәn nәşәt edәn pakizә vә hәqiqi hisslәrdir ki, oxuculara artıq dәrәcәdә tәsir elәyir. Onları burada zikr etmәyә ehtiyac yoxdur.
Tәrcibәnd sәbkindә yazdığı «Saqinamә»dә dәxi Әsәdullah Qalib Әliyyül-Mürtәza haqqında gözәl mәdhlәr söylәmişdir. Nәbatinin bu «Saqinamә»si demәk olar ki, onun cümlә kәlamının әfzәli vә bәrgüzidәsidir; bu sayaq başlanır:
Ey edәn eşq namәsin inşa,
Vәh, düşüb
başına әcәb sövda!
Qoygilәn başә taci-bismillah,
İbtida
qıl sözü benami-xuda --
Ki, odur hәr kәlamә sәrmәtlә --
Ki, odur sәrvәri-hamә әsma.
Qadirü zülcәlalü vәlikram,
Faliqül-hәbb, xaliqül-әşya,
Sanei-әrşü fәrşü
şәmsü qәmәr,
Alәmi yoxdan eylәyәn peyda.
Ol xudavәndi-vacibüt-tәzim,
Hәyyü qәyyumü
fәrdi-bihәmta.
Әhsәnül-xaliqin
lәhül-izzә,
Vәlәhül-hәmd
vәssәnaül-üla.
Adәmi o yaratdı torpaqdan,
Başına qoydu taci-«Kәrrәmna»,
Ondan oldu Mәhәmmәdi-әrәbi,
Sahibi-tacü tәxti-ov-әdna.
Ey qәlәm, ey әnisi-әhli-bәyan,
Cәhd qıl etgilәn sözü ziba.
Gәl, gәtir badә, ey gözüm saqi
--
Ki, verim çöhreyi-mәqalә sәfa.
«Şur»ü «Şәhnaz»dәn
çәkim ahәng,
Nalәni eylәyim bülәndava.
«Sövti-Davudi» eylәyim zahir,
Gah «Hüseyni» gәhi «Zәminxara».
Ta salım bu cahana bir ğülğül,
Başlayım tazә bir әcibә
«Nәva".
Gәlәlәr vәcdә aşiqü
arif,
Düşәlәr rәqsә
padişahü gәda.
Ucadan başla «Raki-Novruzi»
Çulğasın nöh sipehri sövtü
sәda.
Şahi-islamә ruzü şәb
nüsrәt --
İstә hәqdәn hәmişә,
eylә dua.
Çәkkilәn başә badeyi-eşqi,
Günbәdi-çәrxi eylә
pürqövğa,
Şahi-Misri çıxartgilәn
çәhdәn,
Alәmi eylә valehü şeyda.
Degilәn, ya Әli, bәsövti-cәli,
Eylәmә hiç kimsәdәn
pәrva.
Himmәt al pirdәn, mәdәd
hәqdәn,
Dәmbәdәm «hu» çәkib yolu
başla.
Qoy qәdәm rahi-eşqә
mәrdanә,
Gir xәrabatә mәst-mәstanә.
Şair pirdәn himmәt vә
hәqqdәn mәdәd dilәyib sövticәli
ilә Әliyyül-Mürtәzanı zikr edib vә
dәmbәdәm «hu» çәkib, rahi-eşqә
şövq ilә, mәrd-mәrdanә
qәdәmgüzar olur vә özünü fәnafillah
dәryasına qәrq elәyir vә burada
cürbәcür alәmlәri seyr edib, vaxtbәvaxt saqiyi-әnisü
canpәrvәrә rücu edib ondan lütfü
kәrәm istәyir.
Bu «Saqinamә»nin bir bәndindә
eşqi-hәqiqi vә mәhәbbәti-ilahini
vәsfü tәrif edib, başqa bәndlәrindә gah
hicrdәn şikayәt elәyir, gah mübtәlayi-dәrdi-möhnәt
olmaqdan vә әqlü kәmalı tәrk edib
Mәcnunsifәt küçә vә sәhralarda
vәhşiyanә cövlan etmәkdәn söz
açıb artıq fәsahәtlә öz
hissiyyatını belә rişteyi-nәzmә
çәkir:
Saqiya, dur gәtir meyi-gülgun,
Mәni qәm etdi lalә tәk dilxun.
Hicr edib odlu sinәmi gülxәn,
Dәrd edib dağlı bağrımı
kanun.
Әql-mәqlü kәmaldan keçdik,
Gәl bir az da tutaq tәriqi-cünun.
Yandıraq rәxtü tәxti
mәrdanә,
Seyr edәk kuçәlәrdә
çün Mәcnun.
Gah [edәk] rәqsü gah
çәrxә vuraq,
Gәh çәkәk nalә
mәstü digәrgun.
Gәh deyәk şer-mer, gәh hәdyan,
Gah mәsti-şәrabü gәh
әfyun.
Gahi vәhşilәr ilә
hәmcövlan,
Gah sәhra gәzәkü gәh hamun.
Gahi heyrәt çölündә
sәrgәrdan,
Didә giryanü xatiri mәhzun.
Gahi dağlarda valehü şeyda,
Gah әfsanәvü-gәhi әfsun.
Gahi xamuşü gәh
süxәiküstәr,
Gahi Әshabi-kәhfi-cari-fünun.
Gәlsә tәqrirә gәr
hekayәti-eşq,
Olu bir dәmdә min gәda Qarun.
Ey xoşaxoş o aşiqi-qәllaş --
Ki edә canı yarına qurbun[3].
Әyyühәl-aşiqun, fәdeytü
lәküm,
İnnәküm mәşәrü
vә hüm yufun.
Badeyi-xümnişini ver, saqi,
Nә deyәr bir görәk o Әflatun.
[3]- Qurbun -- qurban mәnasınadır.
Qafiyә düz gәlmәk üçün «qurbun»
yazılmışdır.
Bu «Saqinamә»nin bir bәndindә Nәbati
bahar fәslini belә şairanә vәsf qılır:
Saqiya, gәldi novbahar yenә,
Mövsimi-gәşti-lalәzar yenә.
Vergilәn bәzmә inbisatü
şükuh,
Gәldi hәngami-vәsli-yar yenә.
Nәrgisi-mәst yüz nәzakәt
ilә
Zülfünü etdi müşkbar yenә.
Şahi-gül çәkdi bürqәin
üzdәn,
Hüsnünü etdi aşikar yenә.
Kuhü sәhranı әbri-neysani
Gör nә xoş etdi mәrğzar
yenә.
Rәdi-ğәrran çәkib
ğәriyü xüruş,
Alәmә saldı xarxar yenә.
Şaxi-gül oldu
mәskәni-bülbül,
Lalәni etdi dağdar yenә.
Hardasan, ey şәkәrlәbü
gülrux,
Ver, gözüm, cami-xoşgüvar yenә.
Gәl içәk badә gül
әyağında,
Bir edәk şükri-kirdgar yenә.
Mey vә mәhbub barәsindә
yazıbdır:
Saqiya, ey nigari-şirinfәn,
Hardadır ol dәvayi-dәrdi-hәzәn?
Tәlxi-şiringüvar, yәni mey,
Mәrd olur içsә gәr onu hәr
zәn.
Bu idi etdi şah Cәmşidi,
Hәyyü cavid çün
Üveysi-Qәrәn.
Ehtiram et ki, cami-Cәmdir bu,
Olma bәdmәst sәn dә çün
Bәhmәn.
Әlә aldıqca gözlә
şәrti-әdәb --
Ki, odur dәrdi-eşqә çarә
edәn.
Hanı ol
Kürdi-şiri-nәrsövlәt?
Noldu İsfәndiyari-ruhintәn?
Mәni yandırdı bir buti-sәrmәst,
Vәsfi-hüsni edib mәni әlkәn.
Taqi-әbrü kәmani-Sami-dilir,
Tiri-mücgani xәncәri-Bicәn,
Qönçә ağzı çü
püsteyi-xәndan,
Lәbi-lәli әqiqi-sürxi-Yәmәn.
Tәrfi-ruxsari rövzәtül-firdovs,
Sünbüli-zülfi
rәşki-müşki-Xütәn.
Xali-sәrsәbzi dami-fitnәvü
şәr,
Çeşmi-sәrmәsti kani-sehrü
finәn.
Sözü şәhdü şәkәr,
gözü şәhla,
Canü dil
bәndüvani-çahi-zәqәn.
Qıya baxmağı rәm yemiş ceyran,
Güli-ariz misali bәrki-sәmәn.
İşvәsi şux, qәmzәsi
cәllad,
Qan içәn hәmçü
zeyğәmi-әrcәn.
Surәtindә xәcil
mәhi-әnvәr,
Qәddi-bala
besani-sәrvi-çәmәn.
Qoymaz aşiqdә nazı tabu tәvan,
Өldürәr gәrçi olsa
Әhrimәn i. a.
Yenә bu «Saqinamә»dә keçmiş
padşahların şökәtü
әzәmәtindәn vә namdar pәhlivanların
qüvvәtü hünәrlәrindәn vә
aşiqi-biçarәlәrin hali-cigәrsuzlarından
söz açıb axәri-kәlamı hәzrәt
Әli әleyhissәlama yetirib deyir:
Hanı şiri-xuda, şahi-mәrdan
Sahibi-Zülfiqari-xunaşam.
Hәlәta şәnü innәma
şövkәt
«Lafәta» mәdhi-şahi
әrşmәqam
Gәr mürәkkәb ola
çәmii-bәhar,
Cümlә әşcar әgәr ola
әqlam,
Ola katib tәmami-xәlqi-cәhan,
Yazalar vәsfi-şәnini madam,
Aqibәt qәrqi-lücceyi-xiclәt,
Matu mәbhut qasirül-övham.
«Qulkәfa» haq deyәndә bir şahә,
Mәn nә tәrif edim, mәnim ağam?!
Dur gәtir badә, saqiya, ver cam,
Lovhәşәllah, gәlin edәk bayram.
Çәkilәk bağә, bir әyaq
çәkәk,
Döşәnәk gül
әyağinә xoşkam.
Vәcd edәk, mәnzilә verәk
zinәt,
Ruzü şәb vәcdә
eylәyәk iqdam.,
Qoy qәdәm rahi-eşqә
mәrdanә,
Gir xәrabatә mәstu mәstanә.
Seyid Әbülqasım Azәrbaycan türklәrinin Xacә Şәmsәddii Hafizi
vә Şәms Tәbrizisi vә bәzi mәqamlarda
Mövlana
Cәlalәddin
Rumisi
mәnzilәsindәdir. Necә ki, Hafiz fәsahәt
vә bәlağәtdә şüәrayi-farsın sәrdәftәri
olub, hәmçinin Nәbati dә Azәrbaycan
şüәrasının fәsihraqıdır. Necә
ki, şerü kәlamında Nәbati Xacә Hafizә peyrәvilik göstәrib, habelә
dә dünya zindәganlığında ustadi-kamili
vә mürşidi-mәnәvisi tutduğu yol ilә
gedib dәrvişlәr dairәsinә daxil olub, onlar
ilә müaşirәt vә müsahibәt
edәrmiş vә dünyanın malü
dövlәtinә mütlәqa etina
göstәrmәzmiş. Өvqatını ibadәt
vә riyazәtdә vә şer yazmaqda
keçirәrmiş. Xacә Hafizә nisbәtәn
qәlbindә әlaqә tutduğu mәhәbbәt
vә sәdaqәti aşağıda yazılan
şerlәr vasitәsilә bәyan etmişdir:
Ey sәba, ey bәridi-aşiqi-zar,
Kuyi-cananә bircә var genә.
Açginәn şahbaz tәk
şәhpәr,
Eylә Şirazә bir güzar genә.
Hafizin ruhi-pakinә bizdәn
Bir yetir eşqi-bişümar genә.
Bәdi-«әlhәmdü» sureyi--«ixlas»
Gör nәdir bir o yari-ğar genә.
Mәni-müştaqә bu hekayәtdәn
Gәldi nagәh nәvayә tar genә.
Dedi: ey dәrdü qәm giriftari,
Çox dәxi etmә ahü zar genә.
Tutgilәn
damәni-tәvәkküldәn,
Әşqәri-eşqә ol sәvar
genә.
Qoy qәdәm rahi-eşqә
mәrdanә,
Gir xәrabatә mәstü
mәstanә.
Yenә özgә bir yerdә Nәbati
«Lisanül-qeyb» lәqәbi ilә mәşhur olan
ustadı haqqında demişdir:
Hafizin ruhuna ixlas ilә bir fatihә ver,
Çәrxә vur, dövrә gәl, ey
bәççeyi-әnqa, әnqa.
Tutiyi-baği-cinan, bulbüli-şaxi-Şiraz,
Xaceyi-«Şәms» lәqәb,
şairi-ğәrra, ğәrra.
Vә yenә Şiraz bağının
bülbüli-xoşәlhanı haqqında yazıbdır:
Fәrәhәfzast dorәrhaye-softeye-Hafez,
Ğәni nәmud mәra
gәnce-xofteye-Hafez.
Mәlale-del bebәrәd
şerә-rofteye-Hafez,
Bәr aseman çe әcәb gәr ze
qofteye-Hafez,
Sәma Zohre berәqs avәrәd
Mәsihara.
Mәlumdur ki, Xacә Hafiz, Şeyx Sәdi
vә Cәlalәddin Rumi kimi nәsihәtamiz timsal
vә hekayәtlәr yazmaqla belә onlardan hissәi
ittixaz etmәyibdir. Ancaq mәnәn bir-birinә
münasibәti olmayan qәzәllәr vasitәsi
ilә hissiyyati-tәbiiyyәsindәn vә
kәmalati-mәnәviyyәsindәn naşi
hikmәtasa vә möcüznüma şerlәr
yaradıbdır. Hәr şerin vә hәr beytin
tәklikdә dәrin mәnası var. Hәr bir
kәlmәsi böyük nәsihәtdir.
Tәrzi-kәlamda vә şiveyi-lisanda o qәdәr
hәlavәt vә fәsahәt var ki, әhli-hal onu
mütaliә etdikdә valeh olur, dimağı başqa bir
zövq ilә vәsfә gәlmәyәn bir
feyzlә dolur. Nәbati dәxi bir mәtlәbin
üstündә dayanıb durmur, pәndü
nәsihәt demәkdәn vә xalqa yol
göstәrmәkdәn yaxasını kәnara
çәkib öz hissiyyatından vә mәnәviyyat
alәmindәn dәm vurur. Bu xüsusda ibtidayi-kәlamda
şair özü bunu iqrar edir ki, onun divanında qayda vә
nizam olmayacaqdır vә mәnәn bir-birinә
müxalif vә müğayir şerlәr çox
olacaqdır:
Әz gәrdeşe-ruzeqaro doure-gәrdun
Divane-mәn әz rәdif gәrdәd
birun,
Aşoftetәr әz
şekәncә-zolfe-Leyli,
Julidetәr әz mәqale-hale-Mәcnun.
Başqa bir kәlamında şair öz
halәtini vә dünyadan laqeyd olmağını, ata-ana
vә qohum-әqrәba tanımadığını,
müәyyәn bir fikrә vә mәslәkә
qulluq etmәdiyini, dost-aşnadan qәti-ülfәt etdiyini
vә şerdә nizam vә qayda gözlәmәdiyini
bu sayaq nәzmә çәkir:
Bilmәrәm sәc pәdir, qafiyәni
anlamaram,
Mәn qaradağlıyam, ver mәnә
xurma, xurma.
«Möhtәrәm oğlu» deyәrlәr
mәnә, adım Mәcnun,
Bir adım Xançobanı, bir bığı
burma, burma.
Nә qәlәndәrdi, nә
dәrviş, nә natiqü nә lal,
«Ma әrәfnak» deyirlәr, budu hәqqa,
hәqqa.
Bacı-qardaş demәz, ata-anasın
bilmәz,
Degilәn bir ayı ya bir dәdi-sәhra,
sәhra.
Tәrk edib yaru rәfiqi, çәkilib
pünhanә,
Gecә-gündüz oturur vahidü tәnha,
tәnha i. a.
Şair dünyada çox yaşayıbsa da,
amma kim vә nә olduğunu haradan gәlib vә haraya getdiyini
vә nә növ icra vә
maddәlәrdәn tәrkib bulduğunu vә hansı
din vә tәriqәtdә olduğunu dürüst
tәyin edә bilmәyib, «dünya» deyilәn bu
vadiyi-heyrәtdә avara vә sәrgәrdan
qalıbdır, müәyyәn bir mәnzilә vasil
olmadığını
vә hәlә mәbhut,
mütәhәyyir
vә lәng halında yaşamağını
öz-özünә xitabәn «nә mәnәm,
nә mәn mәnәm mәn» demәklә böyük
bir şәkkdә vә
iztirabda olmağını
mövzun bir kәlamında bәyan edir. Haman kәlamı
eyni ilә burada dәrc edirik:
Nә mәrizo, nә tәbibәm,
hәlә lәng, lәngәm,
Nә hәbibo nә rәqibәm,
hәlә lәng, lәng, lәngәm.
Nә mokәddәr, nә şadәm,
nә nehan, nә aşekarәm,
Nә ze xakәmo, nә badәm,
hәlә lәng, lәng, lәngәm.
Nә ço ğonçe dәr
şekoftәm, nә nәәm, nә la
şenoftәm,
Nә ğәmәş bedel
nәhoftәm, hәlә lәng, lәng,
lәngәm.
Nә şәrabiyәm, nә bәngi,
nә xәyaliyәm, nә rәngi,
Nә moğәnniyәm, nә
çәngi, hәlә lәng, lәng,
lәngәm.
Nә rәfiqe-bustanәm, nә
qәrine-qolestanәm,
Sәge-kuye-delsetanәm, hәlә
lәng, lәng, lәngәm.
Nә setareәm, nә mahәm, nә
gәda, nә padşahәm,
Bemiyane-in do rahәm, hәlә lәng,
lәng, lәngәm.
Nә zәmin, nә asemanәm, nә
әz ino nә әz anәm,
Nә diyare-lamәkanәm, hәlә
lәng, lәng, lәngәm.
Nә pәri, nә cenno ensan, iә
mәlәk, nә huro qelman,
Nә felanәmo, nә behman, hәlә
lәng, lәng, lәngәm.
Nә ze kano mәdәnәm, mәn
nә ze gәnco mәxzәnәm mәn
Nә mәnәm, nә mәn
mәnәm mәn, hәlә lәng, lәngәm.
Nә cәvanәmo nә pirәm, nә
kәmanәmo nә tirәm,
Nә sәğiro nә kәbirәm,
hәlә lәng, lәng, lәngәm.
Nә ze lәle-bibәhayәm, ğә
ze dorre-bisәfayәm,
Nә nәva, nә binәvayәm,
hәlә lәng, lәng, lәngәm.
Nә holuliyәm, nә dәhri, nә
kәnariyәm, nә bәhri,
Nә riyaziyәm, nә cәfri,
hәlә lәng, lәng, lәngәm.
Nә monәccem, nә kahen, nә sahero
nә mәdahen,
Nә bezarean gәvahen, hәlә
lәng, lәng lәngәm.
Nә Nәbatiyәm, nә bәngi,
nә mosәllayәm, nә cәngi,
Nә mәcuso, nә ferәngi, hәlә
lәng, lәng, lәngәm.
Yenә başqa bir kәlamında Seyid
Әbülqasım özünü mәdhuş vә
heyran bir halda valeh vә sәrgәrdan görüb
kәmali-fәsahәtlә mәstanә halәtini bu
tövr bәyan edir:
Өylә mәstәm bilmәzәm
kim, mey nәdir, mina nәdir,
Gül nәdir, bülbül nәdir,
sünbül nәdir, sәhra nәdir.
Od tutub canım sәrasәr yandı, amma
bilmәdim
Dil nәdir, dilbәr nәdir, başımda
bu sevda nәdir.
Bilmәdim ömrümdә hәrgiz
küfrü iman hansıdır,
Әhmәdü Mәhmud kimdir, Musiyü
İsa nәdir?
Şahbazi-övci-vәhdәt, vahidü
hәyyü qәdim,
Xaliqi-әrzü sәma ol fәrdü
bihәmta nәdir?
Sәdri-eyvani-cәlalәt,
şәmi-bәzmi-kainat,
Afitabi-әrşi-izzәt «lafәta illa»
nәdir?
Türrәhatı qoy kәnarә,
rәqsә gәl divanәvәr,
Gәl, xәrabәt içrә gör bu
şurişü qövğa nәdir!
Dürdi-safi gözlәmәk vaxtı deyil,
saqi, aman!
Şişә ver, peymanә ver,
sağәr nәdir, sәhba nәdir?!
Dur, gözün qurbanıyam, mәstanә
gәl, rindanә ver,
Çox demә Cәmşiddәn,
İskәndәrü Dara nәdir?
Lövhәşәllah, kimdi bilmәm
eşq divanın yazan,
Aşiqü mәşuq kimdir, Vamiqü
Әzra nәdir?
Şahidi-xәlvәtnişinim etdi
ruxsarın әyan,
Aşiqi-divanә gәl gör zahirü ixfa
nәdir!
Yetdi ömrün axirә, sәn bir,
Nәbati, bilmәdin,
Kimdi bu gözdәn baxan, ya dildә bu guya
nәdir?
Nәbatinin bu şerlәri Şәms
Tәbrizi әleyhirrәhmәnin aşağıda
yazılan kәlamına çox bәnzәyir.
Tәfavüt ancaq bundadır ki, Nәbatinin kәlamı
rindanә vә aşiqanә, amma Şәms
Tәbrizinin kәlamı hәkimanә vә fәlsәfanә
әsәrlәrdir. Nәbatinin kәlamındakı
atәşi-eşq, cuşi-zövq vә şövq qareini
vәcdә gәtirir, Şәms Tәbrizinin
kәlamı isә onları dәrin fikir vә
әndişәyә salır.
Budur Şәms Tәbrizinii kәlamı:
Ruzha fekre-mәn inәst, hәme şәb
soxәnәm
Ke, çera ğafel әz
әhvale-dele-xiştәnәm.
Әz konça amәdeәm,
amәdәnzm bәhre-çe bud,
Bekoca mirәvәm, axәr nәnәmai
vәtәnәm.
Kist dәr quş ke, u
mişәnәvәd avazәm,
Ya kodamәst soxәn mikonәd
әndәr dәhәnәm.
Kist dәr dide ke, әz dide birun
minekәrәd,
Ya ke, canәst nәquyi ke, mәnәş
pirәhәnәm.
Mәn bexod namәdәm inca ke, bexod baz
rәvәm,
An ke, avәrd mәra baz borәd bәr
vәtәnәm.
To mәpendar ke, mәn şer bexod
miquyәm,
Ta ke, hoşyarәmo bidar yeki dәm
nәzәnәm.
Şәms Tәbrizi, әgәr ruy bema
benәmayi,
Vәllah in qalebe-mordar behәm dәr
şekәnәm.
Mәşhur çarparәsindә
Nәbati püxtә vә arif olmağa vә
mürği-Qafla hәmzәban olub uca mәqamlarda dövr
etmәyә vә kuyi-eşqә dәlil bulmağa
vә nәqşi-bütdә sirri-vәhdәti
görmәyә vә dünyanın
çigunәliyinә mәlumat yerişdirmәyә
çox sәfәr, tәcrübә, bilik,
mәhәbbәt, cürәt vә tәrkisәrlik
lazım olmağını şairanә bәyan edib deyir:
Get dolangilәn, xamsәn hәnuz,
Püxtә olmağa çox sәfәr
gәrәk.
Mürği-Qaf ilә hәmzәban olub,
Dövrә qalxmağa balü pәr
gәrәk.
Kuyi-eşqә gәl getmә bidәlil,
Quli-dәng tәx düşmә
çöllәrә.
Ta ki, salikә rәhnümun ola,
Xizri-rәh kimi rahbәr gәrәk.
Yox, yalan dedim, hәrzә söylәdim,
Vazehin deyim, doğru söylәyim,
Hәqqә arifi vasil etmәyә
Bir dodaqları xam şәkәr
gәrәk.
Zülfi-әnbәrin, xali-nazәnin,
Qönçә tәk dәhan,
qaşı cansitan,
Mahi-biqәrin, şahi, gülruxan,
Nәstәrәn kimi simbәr
gәrәk.
Lalә tәk üzü al yanaq ola,
Tazә gül kimi tәrbuxaq ola,
Bir günәşqabaq, xoşmәzağ ola,
Şux sәrvqәd, zәrkәmәr
gәrәk.
Hәminan ola mehrü mah ilәn,
Hәmzәban ola nurü nar ilәn,
Nitqi dilgüşa, lәfzi canfәza,
Gәnci-sinәsi pürgöhәr
gәrәk.
Hәqqә aşina, xәlqdәn cüda,
Eylәmiş ola nәfyi-masәva,
Hәyyi-lamyәzәl,
fәrdi-bimәsәl,
Ol Mәsih tәk bipәdәr
gәrәk.
Qoygilәn qәdәm deyrә
lacәrәm,
Nәqşi-bütdә gör
sirri-vәhdәti,
Bu çigunәdәn vaqif olmağa
Bir cünuni-hәq, mәrdi-әr
gәrәk.
Az danışgilәn, olgilәn
xәmuş,
Etmә alәmә sirri-eşqi faş,
Burda durma çox, keç bu
vәrtәdәn,
Bu mәqulә söz müxtәsәr
gәrәk.
Mәn qılmayın çox da zahidi,
Üzrü var onun, aşiq olmayıb,
O, әbәs yerә xәlq olunmayıb,
Bağbanә bir kәllәxәr
görәk.
Ciddü cәhd qıl, arif ol, gözüm,
Elmi-eşqdәn olma binәsib,
Cum bu bәhrә bir, tap bu gövhәri,
Aşiqәm deyәn tәrki-sәr
gәrәk.
Rah pürxәtәr, bәxt vacgun,
Zülfi-yar tәk şәb siyahgun,
İndi qeybdәn Xançobanına
Nәxli-Turdәn bir şәrәr
gәrәk.
Ya Әli, mәni cami-eşqdәn
Bir kәrәm qılıb öylә
mәst qıl --
Kim, desinlә xәlq lal oturmağa,
Bu Nәbati tәk bәxtәvәr
gәrәk.
Nә qәdәr ki, mәrhum Seyid
Әbülqasım müttәqi, haqpәrәst bir zat
imiş vә nә qәdәr övqatını
ibadәt vә riyazәtdә keçirmәyi
sevәrmiş, bir o qәdәr dә bimәrifәt
vә bimәhәbbәt ibadәti, riyayi vә zahiri
zöhdü tәqvanı dost tutmaz imiş, «bismillahı
dәrk et(mә)miş hәmdә şәrh verәn»
abidi-fasiqә vә müfәttin vaizә canü
dildәn tәn vә nifrin oxuyarmış. Belә riyayi
vә yalançı zahidlәri bәzi kәlamlarımda
zahidlik isminә yaraşmayan sifәtlә müttәsif
qılmışdır:
Mәn qılmayın çox da zahidi,
Üzrü var onun, aşiq olmayıb,
O, әbәs yerә xәlq olunmayıb,
Bağbanә bir kәllәxәr
gәrәk.
Vә hәmçinin
mәhәbbәti-ilahidәn bixәbәr vә mәrifәti-rәbbanidәn
bisәmәr abidlәrә xitabәn demişdir:
Zahid, az danış, get, gözümdәn it!
Eşqdәn mәni çox da danlama,
Mәn mәgәr әbәs olmuşam
dәli,
Bir o «mim»ü «dal», «ba»vü «ra»yә bax,
Mәndәn әt götür, ey uzunqulaq!
Zöhd satma çox, ey himar, mәhz!
Dur ayağa bir, aç o kor gözün,
Bir o gözlәri sürmәsayә bax!
Burada Nәbati:
Mәn mәgәr әbәs olmuşam
dәli,
Bir o «mim»ü «dal», «ba»vü «ra»yә bax --
-- şerindә ona işarә edir ki,
ruzi-әzәldәn
müdәbbiri-lәmyәzәl
(Y«YY Y ^YY) -- ki, ibarәt ola qadiri-zülcәlaldan, --
onun xәmirәsini mәhәbbәtlә yoğurub,
mәrifәt nuru ilә münәvvәr
qılıbdır, bәrgüzidәlәr silkinә
daxil vә dünya qeydindәn xilas vә biehtiyac elәyibdir.
Necә ki, özgә bir mәqamda şair deyir:
Tәbbali-qәza döydü mәnim
adıma axir
Bu
tәbli-cununu.
Sәhrayә salıb etdi mәni kuhdә
mәskun,
Bu
gәrdişi-gәrdun.
Vә habelә şair eşq әhlinin
ustadı vә sәrxeyli olan Mәcnuni-zәbunu vә
sonra Fәrhadi-bimuradı yada salıb özünü
dәxi onların silkinә daxil edib vә hәtta
Fәrhadi-qәmpәrvәrdәn özünü
artıq tutub deyir:
Әlminnәtü-lillah oxudum
elmi-lәdünni
Ustadi-әzәldәn.
Feyzi-nәzәri etdi mәni qabili-әsma,
Çün
Xizri-müәlla.
Әfsus ki, alәmdә deyil dağ
çapan oğlan
Fәrhadi-hünәrmәnd,
Tәlim edәydim ona mәn
dәrsi-«sәmina»
Ta
ayeyi-«övfa».
Mәcnun idi eşq әhlinin ustadı,
hәqiqәt,
Pirimdәn
eşitdim.
Әfv eylә günahın sәn onun,
bari-xudaya,
Ovsilhu
bi Leyla.
Hәrçәnd qaradağlıyam, yoxdu
kәmalım,
Müşküldü
kәlamım,
Hәr fәrddә mәsturdu bir
dürri-müsәffa,
Yüz
lölövü lala.
Yandı ciyәrim, bәsdi, fәğan
etmә, Nәbati,
Bir
lәhzә tut aram.
Sәhrayi-cünun içrә ol
azadәdil, amma
Tut
damәni-mövla.
Vә yenә Nәbati riyakar zahidin
söhbәt vә ülfәtindәn peşman olub
vә yaxasını kәnara çәkib deyir:
Mәn hara, söhbәti-namaz hara?!
Mәni azdırdı bu müsahibi-xam.
Dәftәri-eşqü babi-sövmü
sәlat,
Mәbhәsi-xalü xәt, rükuü
qiyam.
Ey
әlәmdari-şahi-tәşnәcigәr,
Sәnә qurban mәnim atam-anam.
Hәrә bir şahı sevmiş,
әzәldәn
Sәni sevmiş Nәbatiyi-bәdnam.
Gәh Әbülfәzlü gahi ya Abbas --
Deyәrәm, eylәdim sözü itmam.
Saqiyü camü şahidü gülü
mül --
Bu idi, vәssәlam, vәlikram.
Gәl, gözüm, tut nәzәrdә ol
şahi,
Müxtәsәr eylә, etmә çox
ibram.
Qoy qәdәm rahi-eşqә
mәrdanә,
Gir xәrabatә mәstü
mәstanә.
Aşağıda dәrc olunan
kәlamında Nәbati bir növ hali-dilini bәyan
etmәk üçün bәni-Haşim mahı,
mәnbәi-sövlәtü şücaәt Әliyyül-Mürtәza
oğlu Hәzrәt Abbasdan mәdәd tәlәb edir,
xamәsinin tişeyi-Fәrhaddan kәskin
olmağını tәmәnna edir vә divanәvәr
hәlqeyi-zәnciri meydani-tәrәbdә
silkәlәyib eşq ilә bir hay-huy çәkir. Bu
әsnada şairin qulağına Hatifdәn nida gәlir ki,
ey Nәbati, mәtlәbin rәva oldu, xatiriki şad
qıl! Vә sonra münşiyi-divani-hәqq şairә
bu fәrmanı verir ki, eşqdәn lafü gәzaf vurub
özünü eymә vә aşiqәm demә. Bu yolda
eşqi-mәcazi yaramaz; bu yolda gәrәkdir kәrrat ilә
canını bәlalara salıb, bәrkidib polad
edәsәn vә buteyi-ixlasda qәlbi-misi әridib
iksiri-eşq ilә onu pak vә saf qılasan vә hәr
nisfi-şәbdә rahәt yuxusundan ayılıb,
әl-üzünә sәfa verib, şövq ilә
nami-xudanı vird edәsәn, ta ki, bu minval ilә
nәfsi-dunun köpәyi mәqamında olan hirsü
tamahı özünә ram edә bilәsәn vә
qәmkәdeyi-üzlәtә tәbini mötad
qılmağı bacarasan.
Vәqti ki, bu imtahanlardan çıxıb
vә şәrbәti-tәcriddәn bir cam içib
özünü hәlqeyi-ürәfayә vә
daireyi-hükәmaya daxil elәdin, onda sәnә eşq
tilsiminin qıfılı fәth olunar. Bundan sonra
rahi-fәnada sәnin nәfsinә bircә
tәvәkkül kifayәt edәr, beşәrti ki, su
yerinә gözlәrin yaşını
Dәcleyi-Bağdad edib vә yarın әtәyindәn
bәrk yapışıb rahi-eşqdә
müstәhkәm durasan. Bu halda alәmi öz
әmrinә tabe edә bilәrsәn vә xatirini
zikrdәn cәnnәti-Şәddad qılsan da,
vәsvәseyi-şeytan sәni gümrah edә
bilmәz. Bundan sonra әgәr Nәbati başqa mәqamlarda
sәyahәt etmәk fikrinә düşәrsә,
onda onun başını temeyi-xәncәr etmәyә
muxtarsan. Şairin öz kәlamına rücu edәk:
Aşiqi-divanә, bir zümzümә
bünyad qıl!
Xatirimi qüssәdәn bir nәfәs
azad qıl!
Hәlqeyi-zәnciri bir silkәlә,
sәslәn yenә,
Eşq ilә bir hay-huy, şur ilә bir dad
qıl!
Müddәti-axır bu ev bәzmgәhi-yar
idi,
Heyfdi, bu mәnzili yıxma, gәl abad
qıl!
Mahәsәl, mәqsәdin yar idi
mәqsud әgәr,
Başini bu damdә daneyi-sәyyad qıl!
Ruzi-әzәl aşiqә qismәt olub
xuni-dil,
Bax mәnә bir sәdrini kureyi-hәddad
qıl!
Yoxdu bizim sazımız,
tari-xoşavazımız,
Tök üzә әşki-rәvan,
nalәvü fәryad qıl!
Mahi-bәni-haşim ol
Hәzrәti-Abbasdәn --
İstә mәdәd, xamәni
tişeyi-Fәrhad qıl!
Müğbәçeyi-mütrübün
burda yeri yox hәnuz,
Ah çәkib dәmbәdәm
növhәvü bidad qıl!
Yetdi nida sәminә Hatifi-lareybdәn,
Mәtlәbin oldu rәva, xatirini şad
qıl!
Münşiyi-divani-hәqq yazdı bu
fәrmanı kim,
Bu neçә әbyatı da
dәftәrә irad qıl!
Laf urub eşqdәn, adına aşiq demә,
Ya bu ki, bu rahdә canını fulad qıl!
Bu misi-qәlbi әrit buteyi-ixlasdә,
Vur ona iksiri-eşq, qabili-nәqqad qıl!
Nisfi-şәb olduqca dur
әl-üzünә ver sәfa,
Yatma dәxi, sübhә dәk şövq
ilә övrad qıl!
Ta ki, sәnә ram ola
hirsi-sәki-nәfsi-dun,
Qәmkәdeyi-üzlәtә tәbini
mötad qıl!
Şәrbәti-tәcriddәn
başına bir cam çәk,
Get özünü daxili-hәlqeyi-övtad
qıl!
Ta ki, sәnә fәth ola
qıfli-tilismati-eşq,
Xәlq üzünә qapını
şeşdәri-nәrrad qıl!
Әşhәbi-sәr-sәr-xuram
gәrçi inanın qırıb,
Getmә, dur, ey biәdәb,
hörmәti-ustad qıl!
Şamü sәhәr müttәsil
hәmdü yüz ixlas ilә
Ta nәfәsin var isә ruhun onun şad
qıl!
Yar әtәyindәn әlin üzmә,
budur rahi-eşq,
Gözlә onu, alәmi tabeü münqad
qıl!
Vәsvәseyi-Әhrimәn gәr
sәni gümrah edә,
Xatirini zikrdәn cәnnәti-Şәddad
qıl!
Bir dә Nәbati әgәr
meyli-sәyahәt edә,
Başın onun
tömeyi-xәncәri-cәllad qıl!
Digәr bir kәlamında Nәbati
könlünә xitab edib deyir: Bu qәdәr
yatdığın bәsdir. Qәflәt yuxusundan bir
gözünü açıb bidar ol! Qönçә kimi
pәrdәdә qaldığın bәsdir, bir zaman
açılıb sәn dә bir şahidi-bazar ol!
Zülmәt diyarına qәdәm basıb
abi-hәyatı axtar, irәli yeri, dönüb dala baxma,
xövfü şәkkә düşmә!
«Lәntәrani» әcәb bir әmrdir. Әgәr
hәqiqi aşiqsәn, Tura sarı yüyür, talibi-didar
ol! Musa kimi әsanı yerә at vә nәleynini
ayağından çıxart, onda nuri-hәqq sәndә
tәcәlla edәr. Әgәr hәqqi tutub xalqı
unutsan. İsa kimi göylәrdә mәqam tutarsan.
Әlli ilin müddәtindә bu
qәdәr mәscidә gedib-gәlmәyindәn
nә hasil etdin? Hansı feyzü kәmalata nail oldun?
Oğlun ölsün, bir usan, bәsdir bu qәdәr riyayi
ibadәt vә zahiri taat! Bizar ol! Şәkkü sәhvi
qәlbindәn çıxart, «qabili-mәğfirәti-qadiri-qәffar
ol-ol»!
Bu qәdәr guşeyi-mehrabә
sığındın bәsdir,
Bir dә meyxanәyә gәl,
faizi-әnvar ol-ol!
Eşqi, aşiqliyi mәn eylәmә,
zahid, billah,
Әqlini başına yığ, aşiqi-bir
yar ol-ol!
Seyid Әbülqasım öz
tәbi-gövhәrbarı vә әşari-abdarı
xüsusunda belә yazır:
Aç fәsahәt qapısın, ey
«әnә әfsәh» nәsli[4],
Sәndә
mirasi-şahәnşahi-tәdәlla görünür.
[4]- Rәsuli-әkrәmә
işarәdir.
Şәms Tәbrizi kimi mühyiyi-әmvat
oldun,
Vәh, onun cilvәgәhi alәmi-bala
görünür.
Tәbi-mәtbuun edәr Maniyü
Әrcәngi xәcil,
Rәşheyi-kilki-tәrin sehri-hәlala
görünür.
Bu nә pәrvazdı, ey
tairi-Simürğ-şikar,
Tәhti-balında onun fövqi-Sürәyya
görünür.
Sözü qıl şәhdü
şәkәr, ey әnә әmlәh balası,
Mәhәki-dürri-süxәn
-surәti-Sәdra görünür.
Hәyy edәr әzmi-rәmimi
nәfәsi-müşkini,
Nitqi-şirini ara möcüzi-İsa
görünür.
Qәlәmi gövhәrrizinә
xitabәn deyibdir:
Ey qәlәm, ey әnisi-әhli-bәyan,
Cәhd qıl etgilәn sözü ziba.
Gәl, gәtir badә, ey gözüm saqi
--
Ki, verim çöhreyi-mәqalә sәfa,
Ta salım bu cahanә bir
ğülğül,
Başlayım tazә bir әcibә
nәva,
Gәlәlәr vәcdә aşiqü
arif,
Düşәlar rәqsә padişahü
gәda.
Bu babda yenә başqa bir kәlamında
yazıbdır:
Kilki-süxәnsәncü
şәkәrrizә bax,
Gündü bu ya gövhәri-inşa
imiş?
Kağızı diba kimi gülgun edib,
Cümlә hünәr bunda mühәyya
imiş.
Nöqtәlәri hәr biri bir
qitәdir,
Hәrflәri hәr biri pira imiş.
Haşimiyәm, varisi-fәxrül-kәlam,
Bizlәrә bu şiveyi-aba imiş.
Padişahi-әrzü sәmadır
qәlәm,
Taçi-sәri-Xosrovü Dara imiş.
Bu qәlәmi-silsilәmudur ki, bu
Hәmdәmi-hәr arifü dana imiş.
Yenә bu xususda başqa bir yerdә
yazmışdır:
Kağәzi-zәrkeş kәtir, ver
mәnә zәrrin qolәm,
Ta ki, mәn inşa qılım eşqdә
bu mәhzәrn.
Çünki tamam eylәdim mәn bu
tәrәbxanәni,
Hazır edin siz v dәm
Maniyi-surәtgәrn.
Onda mәnim şәklimi,
surәti-dildarımı
Nәqş edә bu sәfhәdә,
şad edә bu kafәri.
Getdi Nәbati özü, qaldı sözü
yadigar,
Aşiq olanlar gəzәr axtarı bu
dәftәri.
Yenә ez tәbi haqqında buyurmuşdur:
Çox tәrif elәmә
baği-behişti, zahid --
Ki, onun kuyi, mәnim rövzeyi-rizvanım
bәs,
Bülbülü tutiyü qumri sәnә
әrzani ola,
Ey Nәbati, mәnә bu
tәbi-süxәndanım bәs.
Burada zikr olunan kәlamlardan başqa yenә
Nәbatn-nin öz tәbi vәsfindә mövzun
şerlәri vardır ki, cümlәsini yazmağa ehtiyac
yoxdur. Biz ancaq bunu deyә bilәrik ki, әlhәqq
Nәbatinin tәbi kezәl vә rәvan imiş. Ondan
nәşәt edәn sözlәrin çoxu
lәlü çәvahirә bәrabәrdir.
Gövhәri-iәzmdi ya silki-dürü
lәli-xoşab,
Şeri-rәnkindi ya lölövü lala-lala.
Nәbati әleyhirrәhmәnin başqa
növ kәlamları nlә möhtәrәm
oxucuları daha da әtraflı aşina etmok qәs-di
ilә tәbәrrükәn bir neçәsini burada
dәrc edirik,
Müstәzadi-Nәbati:
Ta oldu sәnin mehri-ruxun sunbülo mülhoq,
Ey
mahi-mütәbbәq!
Sandım ki, kunәş әbrә kirib oldu
mübәrrәq,
Çan
oldu mühәrrәq.
Mah uzrә duşәn nöqteyi-xalın
nә bәladır,
Ey
közlәri cadu.
Heyrәtdәdi bu mәsәlәdә
cümlә müdәqqiq,
Acizdilә
mütlәq.
Bu dairәdә nöqteyi-pәrgar qalıb
mat,
Şәtrәncdә
çün şah.
Girdabi-bәla içrә sınıb
lәngәri-zövrәq,
Hәr
dәm deyәr «hәq-hәq».
Bu acizü dәrvişә әgәr
mürşidi-eşqin
Rüsxәt
verә, billah,
İsbat edәrәm böylә ki, hamı
deyә sәddәq,
Hәm
әrşi-müәllәq.
Faş eylәmәzәm mәn dәxi
әsrari-nihanı,
Yox,
yox, qәlәt etdim.
Get, get, qanını heç yerә
tökdürmә benahәq,
Ey
cahili-әhmәq!
«Bismillah»ı dәrk eylәmәmiş
«hәmd»ә
yüyürmә,
Ey
zahidi-gümrah!
Sәrkәrdәsiz aya görünüb
bağlana sәncәq,
Lәşkәr
tapa rövnәq?
Doymәz iki dinarә sәnin sövmü
sәlatın,
Sallanma
behiştә!
Qәflәtdәn oyan, aç gözün, ol tazә
müsәbbәq,
Manәndi-Fәrәzdәq.
Keyfiyyәti-meyxanәni mәsciddә kim
anlar,
Gәl
ol sözә vaqif.
Aldatdı sәni
cifeyi-dünyayi-müzәrrәq,
Vur
başına çün bәq.
Hümmәt elә, aç sinәmi,
qıl nitqimi guya,
Ey
piri-xәrabәt!
Bu leyli-düca içrә mәni qoyma
müfәrrәq,
Ey
sübhi-müfәllәq.
Bu әrseyi-xunxardә dәm vurma,
Nәbati,
Ol
sakitü samit.
Guya sәnә kәşf olmayıb
әhvali-«әnәlhәq»,
Sәn
bilmәdin әlhәq
Qәzәli-Nәbati:
Cumdum yenә qәvvas tәk dәryayә
mәn, dәryayә mәn,
Qıldım nәzәr bir
lölöyi-lalayә mәn, lalayә mәn.
Sәn sanma mәn bu bәhrdә hәr
inci, mirvari gәzәm,
Göz dikmişәm bir
gövhәri-valayә mәn, valayә mәn.
Getdim biyaban gәştinә, urdum
tәcәlla dәştinә,
Etdim tamaşa Turdә Musayә mәn,
Musayә mәn.
Çıxdım bu әrşin
üstünә, baxdım bülәndü
pәstinә,
Pәs onda nagәh uğradım
İsayә mәn, İsayә mәn.
Saldım tamami-alәmi gözdәn, unutdum
Adәmi,
Verdim könül bir vahidi-yektayә mәn,
yektayә mәn.
Gәzdim sәmavati tamam, hәr
mәnzilә etdim xuram,
Qıldım güzәr hәm cәnnәti-әlayә
mәn, әlayә mәn.
Etdim tamaşa güllәrin, hәm
xoşnәva bülbüllәrin,
Saldım nәzәr hәm
mәnzәri-hurayә mәn, hurayә mәn.
Getdi sәrimdәn әqlü huş, bir
guşәdә oldum xәmuş,
Düşdüm әcayib
mәnzili-ixfayә mәn, iifxayә mәn.
Nә yatmış idim nә oyaq, nә atlı
idim nә yayaq,
Bir vaxtı gördüm gәlmişәm
dünyayә mәn, dünyayә mәn.
Leyli deyib çәkdim aman, qan-qaş
töküb etdim fәğan,
Düşdüm yenә Mәcnun kimi
sәhrayә mәn, sәhrayә mәn.
Fani olubdur bu bәdәn, dur tap, Nәbati,
bir kәfәn.
Bu canı qurban eylәdim Leylayә mәn,
Leylayә mәn.
Әyzәn qәzәli-Nәbati:
Ey könül, etmә şurü
qövğa hiç!
Çәkmә bihudә rәncü
qövğa hiç!
Bivәfa ömrә etibar etmә,
Olma aludә fikrә әsla hiç!
Xak olur aqibәt fәqirü ğәni,
Hasili-malü mülki-dünya hiç!
Arif ol, arif, olma zahidi-xüşk,
İxtiyar etmә zöhdü tәqva
hiç!
Mübtәla olma nәşeyi-bәngә,
Meyi-gülfam, cami-mina hiç!
Hümmәt et, olgilәn yәqin әhli,
Küfrü dii bәhsin etmә qәta
hiç!
Ey Nәbati, sәninlә hәqdir yar,
Qәm yemә alәm olsa әda hiç!
Mürәbbeati-Nәbati:
Sәba, bu әrzimi yetir sәyyada,
Söylә bağışlasın xudayә
mәni.
Taqәtim kәsilib
künci-qәfәsdә,
Mürәxxәs eylәsin bir ayә
mәni.
Әgәrçi bilirәm çoxdur
günahım,
Dәxi ondan özgә yoxdur pәnahım,
Degilәn: ümidim vardır ki, şahım
Әfv etsin ayeyi-vәfayә mәni.
Gecәlәr sübhә dәk işim
nalәdir,
Ağlamaqdan gözüm qan piyalәdir,
Canım bütün qara dağlı
lalәdir,
Yetirsin Zәmzәmü Sәfayә
mәni.
Mәlamәt çәkmәkdәn
yetişdim canә,
Әridi ürәyim, döndü al
qanә,
Sәba, әrzim budur şahi-cahanә:
Dәxi çox salmasın sәdayә
mәni.
Nәbati, Mәcnun tәk gahi ağladın,
Uşaqları yığıb dәstә
bağladın,
Gahi Qәlәndәr tәk özün
dağladın,
Axır ki, gәtirdin harayә mәni,
Әyzәn qafiyeyi-Nәbati:
Yenә gözüm düşdü bir
mәhcәmalә,
Ağ üzündә qara müşkin
xalı var.
Hәlqә-hәlqә olub
zülfi-müşkini,
Lovhәşallah, әcәb
qәddi-dalı var.
Yanaqları lalә, gözlәr badami,
Bağrımı qan etdi lәli-gülfami,
Nә oldular, ya rәb, Xosrovi-nami,
Xosrovü Şirinin min mәqalı var.
De gәlsin saqiyә, qılsın
büsatı,
Mürәttәb eylәsin
bәzmi-nişatı,
Tez olun, yandırın şәmi-simatı,
Döşәyin mәclisә hәr
nә qalı var.
Sәfheyi-ruxsarı
bәdri-münәvvәr,
Döşәnib üstünә
zülfi-müәnbәr,
Dişlәri mirvari, dәhanı
şәkkәr,
Lәblәrinin әcәb dadlı balı
var.
Gәzәsәn alәmi cümlә
sәrapa,
Tapılmaz bir belә sәrvi-dilara,
Dәymәz [bir] muyinә, hәq bilir,
haşa,
Hәr nә bu dünyanın mülki,
malı var.
Yәhәrlәyin görüm
әsbi-gülguni,
Bivәfa görürәm
çәrxi-gәrduni,
Bir dә seyr elәyim tәrfi-hamuni,
Divanә könlümün yüz
mәlalı var.
Mәn dedim bәs Xançobani cavandır,
Bir igid oğlandır,
bәbri-bәyandır,
Demә ki, qocalıb, qәddi
kәmandır,
İndi gördüm, saqqalının
çalı var.
Әyzәn qafiyeyi-Nәbati:
Sәba, mәndәn söylә o
gülüzarә,
Bülbül gülüstanә gәlsin,
gәlmәsin?
Bu hicran düşkünü, illәr
xәstәsi
Qapına dәrmanә gәlsin,
gәlmәsin?
Mәn qurbanı olum әnbәr
tellәrin,
Qönçә dodaqların, püstә
dillәrin,
O lalә ruxsarın, müşkin xalların
Oduna pәrvanә gәlsin,
gәlmәsin?
Gözüm çox hәsrәtdir xumar
gözünә,
Günәş cәmalına,
şәkәr sözünә,
Utanıram, necә deyim üzünә,
Dәrdin xәstә canә gәlsin,
gәlmәsin?
Nәbati istәmәz sәnsiz dünyani,
İzzәti, hörmәti,
şövkәti, şani,
Bir zada qalmayıb dәxi gümani,
Bu baş o meydanә gәlsin,
gәlmәsin?
Әyzәn qafiyeyi-Nәbati:
Şeyda bülbül, fәqan etmә,
qәm yemә,
Bu gün-sabah gül açılır, yaz
olur.
Әziz saxla, qәnimәt bil vücudun,
Vәfası yox gülün, ömrü az
olur.
Degilәn Fәrhada, ey
möhnәtpişә,
Şirindәn incimә, çal daşa
tişә
Aşiq-mәşuq arasında
hәmişә
İşvә olur, qәmzә olur, naz olur.
Gedәr, candan çıxar
daği-hәsrәtin,
Artar gündәn-günә şanü
şövkәtin,
Sübhi-vәslә yetәr
şami-firqәtin,
Dilәyin, mәtlәbin hamı saz olur.
Xәdәmәlәr durar sağü
solunda,
Cәvahir bazubәnd iki qolunda,
Fәvvarәlәr işlәr daim
gölündә,
Yaşıl başlı ördәk olur, qaz
olur.
Nәbati, sevmişәm bir dilsitanı,
Bir sözü gülşәkәr,
qönçәdәhanı,
Dәxi faş eylәmә sirri-nihanı,
Aşiqin könlündә yüz min raz olur.
Әyzәn mürәbbeati-Nәbati:
Yenә İskәndәr tәk
düşdüm zülmәtә,
Qabaşmı kәsib yüz min bәhrü
bәr,
İgidliyin, mürüvvәtin
çağıdır,
Yetiş fәryadıma, ey
Xizri-rәhbәr!
Tülu etmәz nәdәn «şәmsi-vәzzüha»?!
Fәnayә baş çәksin
leylәtüd-düca,
Yoxsa yatıb mәgәr nәsimi-sәba,
Mәşamıma yetmәz
nәfxeyi-sәhәr?!
Yarә qurban deyәn dili lal etdim,
Möhr edib ağzımı tәrki-qal etdim,
Әlif tәk qәddimi bükdüm, dal
etdim,
İndi görәk bu kәmanı kim
әyәr?
Nәbati, mingilәn Rәxşi-himmәti,
Seyr elә sәrbәsәr
dәşti-vәhdәti,
Qoyma çıxsın әldәn
vәqti-fürsәti,
Heyifsәn, dünyadan getmә
bixәbәr!
Tәcnisi-Nәbati:
Sәnin tәk
şәhbazi-sәrvqamәtә
Bir cürә tәrlanın ayağı
gәrәk,
Gәmişәn saatda kәbkü turaca
Qaynağının dәmi, ayağı
gәrәk.
Әyninә geyәsәn gündә
minalı,
Beli bağlı xәncәr, dәstә
minalı,
Qurulsun mәclisin cәngü minalı,
Әlindә saqinin әyağı
gәrәk.
Qabağınca neçә yedәk
çәkilә,
Sәni görcәk xanzadәlәr
çәkilә,
Erişә şöhrәtin Çinü
Çәkilә,
Deyәlәr şahlığa ayağı
gәrәk.
Sәhәr-axşam tәblü nayın
buğlana,
Çәkilә düşmәnin
darә bağlana,
Plov qazanların üstә buğlana,
Yaxşı bollu әti-ayağı
gәrәk.
Sәba, bu әrzәni әlә salma ya!
Mәnim salamımı yetir Sәlmaya[5],
Niyә gәrәk mәni yada salmaya,
Onun Nәbati tәk ayağı
gәrәk.
[5]Sәlma -- şairin sevgilisinin adıdır.
Yenә tәcnisi-Nәbati:
Mәcnunlar adını çәkәn
tәhrirә,
Nola sәrdәftәrә o, yaza mәni.
Deyirlәr bu idi zikri Mahmudun:
Durun qurban edin Әyaza mәni.
Yenә sağ qalmışam, belә
yarә, mәn,
Kәlbin tәk kuyindә yatam yerә
mәn,
Gizlin sirrim gedim deyim yarә mәn,
Bir ağaç götürә, ay
әzә mәni.
Saçı sünbül, üzü
gül-gül, göz ala,
Göz istәmәz gözlәrindәn
göz ala,
Bu şan-şan bağrımı
gül-gül göz ala,
Qәnaәt verginәn a yaza mәni.
Nәbati tәk dәryaları
üzәsәn,
Siyah zülfün әfşan eylә
üzә sәn,
Qәmәr tәk buluddan bir çıx
üzә sәn,
Çox da vermәgilәn ayaza mәni.
* *
* * *
*
Eşqi başa vurub söz deyәn aşiq,
Gәl [görüm] görmüsәn bu
göz kimi göz?
And olsun allaha, hәyyü layәzәl
Xәlq edәmәz bir dә bu göz kimi
göz.
Niyә zülfün yenә üzdәn yan
durmuş,
Mәni oxlamağa Gәzgәz yan durmuş,
Çox
fәqiri
fәlәk yaxıb yandırmış,
Heç kafir görmәsin bu göz kimi
göz.
Bu müşkülün heç
görünmәz asanı,
Dağ-düyünün yoxdur dәxi a
sanı,
Görüm allah hifz elәsin a sәni,
Bәdnәzәr düşmәyib bu
göz kimi göz.
Bilmәm fәlәk mәni kimә cur
etdi,
Eşqim qurmamış qapdı, çur etdi,
Gözüm yaşı Nәbatini
çürütdi,
Dilim yandı dedim: bu göz kimi göz.
* *
* * *
*
Qafqaziyada vә Azәrbaycanın bәzi
nöqtәlәrindә Molla Pәnah dövrünә
daxil olan vә fövqdә isimlәri zikr olunan
şüәradan başqa bir çoxları da vardır ki,
onların, mәәttәәssüf,
tәrcümeyi-hallarından vә
isim-nәsәblәrindәn, azacıq da olsa, mәlumat
kәsb etmәkdә aciz qaldıq vә bu yolda çox
cüstücu etdiksә dә, sәyü
tәlaşımız bir nәticә vermәdi.
Bu şairlәrdәn mәşhur
olanları Ağamәsih Şirvanidәn vә Xacә
Nişatdan sonra Şamaxı vә Şirvan torpağında
vücuda gәlәnlәridir ki, fәzlü kәmalda
vә xüsusәn şer yazmaqda iştihar bulmuşlar.
Mәrhumәl-mәğfur Ağaәli bәy Әfәndizadәnin bizә verdiyi mәlumata görә Ağamәsihdәn vә Nişatdan sonra xaki-mübarәki-Şirvanda әrseyi-vücuda gәlәn şüәra --ki, ibarәt ola Mәhvәşidәn, Zülalidәn, Vaiz әfәndi Şirvanidәn, Әsgәr Şirvanidәn, Nabi әfәndi Şirvanidәn, Arif Şirvanidәi, Lahici Şirvanidәn, Hümmәti Şirvanidәn, Asәf Şirvanidәn, Nәsim(i) Şirvanidәn, Mәhzun Şirvanidәn, Molla Qәdir Naci Şirvanidәn vә qeyrilәrindәn -- hicrәtin on üçüncü әsrinin әvvәllәrindә vә bәzilәri әvasitindә zildәganlıq edib әşari-mütәfәrriqәdәn sәva bir namü nişan qoymayıblar. Bu şairlәrin içindә Mәhvәşi, Vaiz Şirvani vә Naci Şirvani kimi müqtәdir, süxәnvәr vә danişmәndlәri dә olubdur ki, hәr biri tәbi-sәlim sahibi imiş. Bunların ismlәrini zikr-edib dә lazım gördük ki, hәr birinin әşarü kәlamından bәzilәrini nümunә olaraq mәcmuәmizә daxil edәk.