ŞEYX İBRAHİM
QÜDSİ
GӘNCӘVİ
Yuxarıda adları zikr olunan Şamaxı
vә Şirvan şairlәrinin müasirlәrindәn
Gәncә şәhәrindә mәşhur
olanları Şeyx İbrahim Qüdsi vә Ağaismayıl
Zәbih hesab olunur. Hәr birinin tәrcümeyi-halından
burada mәlumat verilir.
Mәrhum Şeyx İbrahim Şeyx
Hәsәn oğlu Şeyxzamanov Gәncә
şairlәrinin mәşhurundandır.
Tәvәllüd edibdir Gәncәdә hicrәtin
1231-ci tarixindә, yüz sәnә bundan
müqәddәm. Şeyx İbrahim tәlim alıbdır
Gәncә pişnamazı mәrhum axund Molla
Hüseyndәn. Mәlum ola ki, mәrhum Mirzә Fәtәli
Axundov da hәmin bu müdәrrisdәn tәlim
almışdır.
Şeyx İbrahimin әrәbcә vә
farsca yaxşı biliyi var imiş vә müqtәdir
türk şairlәrindәn birisi hesab olunur. Qüdsi
müdәrrislik ilә vә bir tәrәfdәn
Gәncә şәhәrinin yaxınlığında
vaqe olan İmamzadeyi-İbrahim türbәsinin
mütәvәlliliyi ilә güzәran edәrmiş.
1255-dә tәәhhül edibdir. Belә rәvayәt
olunur ki, 1261-ci ilә kimi hәr sәnәdә bir qızı
vücuda gәlir imiş.
1261-ci tarixdә haqq-taala ona bir oğul
kәramәt edibdir vә şair bundan ziyadә xoşhal
olub, ona «Әliәkbәr» ad qoyubdur vә bu
münasibәtlә deyibdir:
Qәmәfza bәyani ke, dәr
mәhzәrәst,
Ze mәn yadeqare-Әli Әkbәrәst.
Keşidәm bәsi sağәr әz
xune-del,
Hәmana ke, tarixe-an «sağәr» әst.
Şeyx İbrahimin bir tәxәllüsü
dә «Naseh»dir vә bәzәn «Şeyx» dәki
yazarmış. Qüdsinin gözәl qәzәllәri
var. Onlardan bir parası türkcәdir, amma
әsәrlәrinin çoxu farsi dilindәdir. Xacә
Hafizin qәzәllәrinә timsal olaraq bir çox
qәzәllәr inşad etmişdir:
Ney taqәte-del dari,
Ney forsәte-didari,
Ney forsәte-didari,
Ney taqәte-del dari.
-- beytlәrilә başlanılan
qәzәllәr kimi.
Qüdsi cәnabları
şiәmәzhәb saliklәrindәndir.
Gәncәnin müxtәsәr tarixçәsini general
Lazarevin xahişinә görә, yazıbdır ki, onun müsәvvәdәsi
әldәdir. Cümleyi-әşarı dağınıq
surәtdә olduğu halda, eşitdiyimizә görә,
hali-hәyatda olan oğlu Şeyx İsa hәzrәtlәri
onları cәm etmәkdәdir. Ümidvar ki, tezliklә
çapa verilsin.
Әşarından әlavә,
«Tarixi-müqәddәs» kitabı dәxi tәrtib edibdir
vә lakin mәrhumun bu әsәri dә hәnuz
çap olunmayıbdır. Çap olunmamış divanı
da vardır. Divanına daxil olan şerlәr vә
qәzәllәr 150-dәn ziyadәdir. Cümlә
qәzәllәri yeddi beytdәn ibarәtdir;
artıq-әskiyi yoxdur. Әsәrlәri
әlәlümum ülәma qisminin zәmminә
vә ruhani sinfinin çirkin vә qәbih
әmәllәrinә dair әsәrlәrdir.
Sabiqdә Gәncә
şәhәrindә qәzavәt edibdir vә
sonraları gimnaziya mәktәbindә müәllim
olubdur. Belә ki, Gәncәdә әvvәlinci
әqaid vә türk dilinin müәllimi bu zat olubdur.
Bәzi rәvayәtә görә, Şeyx İbrahimin
Şeyx Nizami ilә qәrabәti var imiş.
Şeyx hәzrәtlәri ziyadә
müttәqi vә dindar bir vücud olduğundan
ülumi-ilahiyyәyә artıq bәlәdiyyatı var
imiş vә Qurani-şәrifi әzbәr bilirmiş.
İdareyi-ruhaniyyәdә Şeyx İbrahim rәqabәt
imtahanı verәrkәn Qafqazın fәrmanfәrması
-- namestniki knyaz Vorontsov hәzrәtlәri dә orada var
imiş. Şeyxi-mәrhumun imtahan vaxtında izhar etdiyi elm
vә kamalını müşahidә edib, ona afәrin
vә tәhsin oxuyub, öz qızıl saatını da
bәxş etmişdir.
Şeyx İbrahim 1282-ci tarixdә
Gәncәdә qәflәtәn vәfat edib;
mәqbәrәsi İmamzadә
qәbristanındadır. Şeyxi-mәrhum ziyadә
ağıllı, zәkavәtli vә hafizәli
möhtәrәm bir alim imiş. Aşağıda
yazılan qәzәl şeyxin kәlamlarındandır:
Eşq mәmnu olsa, bәs icadi-hüsnә
yox sәbәb,
Әqli-qate hökmünә zәnni
rәvayәt neylәsin?
Eşqdir bais ki, Yusif qissәsi
әhsәndürür,
Qövli-hәqqi danmasın
sahibqәvayәt, neylәsin?
Hüsni-izhar etmәyin hüsnünü zahid
bilmәsә,
«Küntü kәnzәn» qövlünә
yoxdur dirayәt, neylәsin?
Vaiz olsa xudbәxud münkir gәrәkdir
olmaya,
Zahidin haqqı ona etmiş sirayәt,
neylәsin?
Hüsni-cazibdir vә gәr nә eşq
olmaz kimsәdә,
Eşqә gәr dnl vermәsin
sahibkifayәt, neylәsin?
Şükri-nemәt etmәmәk
küfrandır çün, Naseha,
Hüsni-qәdrin bilmәsin sahibhidayәt,
neylәsin?
Mәrhum şeyxin
әsәrlәrindәn bundan artıq
nümunәlәr әlә düşmәdi ki, burada
dәrc olunsun.