SABİT ŞӘQAQİ
Bu şairin dәxi Aciz, Qövsi, Nişat
vә qeyrilәri kimi ismi vә әsl-nәsәbi
mәlum deyil. "Sabit" şairin
tәxәllüsüdür. Anadan tәvәllüd etdiyi
mәhәllin ismi dә yәqin ki, Şәqaqdır ki,
onunla mülәqqәb olmuş--Şәqaqi adlanır.
Çox ehtimal var ki, onun adı Mehdi olsun. Çünki
aşağıda yazılan bir qafiyәsindә Sabit
әvәzinә Mehdi yazılmışdır. Onun
әsәrlәrindәn Mirzә Yusif Qarabağinin
mәcmuәsinә daxil olan ancaq bir qәzәl ilә
bir mürәbbeatıdır ki, hәr ikisi burada dәrc
olunur.
Qәzәli-Sabit:
Әnbәrin rayiheyi-türreyi-canan
gәtirir,
Lütf ilә badi-sәba dәrdimә
dәrman gәtirir.
Deyirәm qasidә: get nameyi-cananı
gәtir,
O gedir sürәt ilә qәtlimә
fәrman gәtirir.
Mәn dedim iikhәti-zülfün gәtir,
ey badi-sәba,
O gedir başıma sevdayi-pәrişan
gәtirir.
Zülf düşgәc yüzünә
didәlәrim әşk tökәr,
Gün üzün әbr haçan bağlasa,
baran gәtirir.
Baxıb ol şiveyi-rәftarә,
töküb qanlı yaşım,
Mәn bilirdim ki, bu göz başıma
çox qan gәtirir.
Küfri-zülfün ürәfa
rәxneyi-iman dedilәr,
Bu necә küfrdü kim, hәr
görәn iman gәtirir?!
Mәrdümi-didәlәrim hicr günü
Nuhasa,
O qәdәr әşk tökәr,
axırı tufan gәtirir.
Sabita, şükr elә, hәr izzәt
üçün zillәt var,
Demәdin vәsl süruri qәmi-hicran
gәtirir?!
Qafiyә:
Bürci-nәhsә düşdü
kövkәbi-bәxtim,
Fәlәk zülmü mәnә
nümayan oldu.
Zövrәqi-taleyim
bәhri-әlәmdә
Tәlatümi-qәmdәn binişan oldu.
Soldu gül, pozuldu gülşәni-alәm,
Şeyda bülbül nәrә
çәkәr dәmadәm,
Fanusi-ifayә çünki düşdü
şәm
Pәrvanә gör necә
sәrgәrdan oldu.
Pәri, ... fәlәk dad әlindәn, dad,
Bir dәm eşq әhlini eylәmәdin
şad,
Bir Şirindәn ötrü misali-Fәrhad
Mehdi Bisitunda kuhkәn oldu.