HACI ӘBÜLHӘSӘN RACİ
Azәrbaycanın İrana
mütәәlliq qitәsindә zühur edәn
türk şairlәrindәn mәşhuru Hacı
Әbülhәsәn Racidir. Racinin nüfuzu Araz çayının
sol tәrәfindә sükunәt edәn Azәrbaycan
türklәrinә dәxi ki, rus
tәbәәlәrindәn ibarәt olsun,
keçibdir. Belә ki, Raci nә qәdәr İran
torpağında mәrufü mәşhurdur, bir o
qәdәr dә Zaqafqaziya türklәri arasında onun
hörmәt vә şöhrәti vardır. Bununla
belә Raci kimi şairin ki, onun lәtif vә
dilpәsәnd qәzәllәri vә cigәrsuz
növhәlәri böyükdәn kiçiyә kimi
cümlә әhli-savadın dillәrindә caridir,
tәrcümeyi-halına dair lazım olan mәlumatı
cәm etmәkdә aciz qaldıq. Divani-qәzәliyyat,
qәsaid vә növhәcatına rücu etdik dә
şairin öz halü şәninә vә
filcümlә seyr-sülukuna mәxsus bir işarә
dә bulmadıq. Bu isә bir tәrәfdәn
şayani-tәәssüf vә bir yandan layiqi-heyrәt
vә tәәccüb bir haldır ki, kәrrat vә
dәfәat ilә Racinin divani-әşarü
kәlamı çapdan çıxıb vә hәr bir
sinif arasında intişar tapıbdır vә divan çap
etdirәn kitabfüruşların vә onun tәbinә
imtiyaz alan sair әşxasın heç birinin fikrinә
gәlmәyibdir ki, divan sahibi olan şairin
tәrcümeyi-әhvalına dair divanın, icmalәn
cüzi mәlumat kitabın bir guşәsindә dәrc
edib, oxuyanları onunla aşina elәsin. Bu
tәәccüb kәlmәsi hal bir Racinin haqqında
olmayıb, bәlkә ümum İran vә Azәrbaycan
şairlәrinin halına şamildir. İndiyә kimi
demәk olur ki, Şeyx Sәdinin "Gülüstan"
vә "Bustan" kitabları әqәllәn yüz
dәfә çapdan çıxıbdır, amma bu
çapların heç bir nüsxәsinә Sәdi kimi
müәzzәm vә mötәbәr,
әhli-hikmәt şairin haqqında üç
kәlmә dә söz tapılmaz. Ancaq kitabın
axırında çәndan lüzumiyyәti olmayan şeyi
qeyd edirlәr ki: "Tәmam şod
divane-mәrhumol-mәğfure-felan әleyhorrәhme
behәsbe-fәrmayeşe sәrvәre-mokәrrәm
vә mәlazol-ekram Mәşhәdi felan vә ya
xeyrol-hace-felan ketabforuş vә besәyo
ehtemame-Kәrbәlaye felan surәte-enteba pәziroft.
Allahummә әnfәәhu bihә vә
licәmiil-moumenin"[1]i.a.
[1] Tərcüməsi:
Günahsız mәrhum filankәsin divanı
çox hörmәtli mәşhәdi filanın
göstәrişi әsasında tamam oldu vә ya
xeyrül-hәqq filan kәrbәlayının sәyi
nәticәsindә çap olundu.
Hacı Әbülhәsәn Racinin
tәrcümeyi-әhvalına dair bizdә olan cüzi
әxbardan mәlum olur ki, ol mәrhum tәvәllüd
edibdir tarixi-mәhәmmәdiyyәnin 1247-1252-ci[2]
illәrindә Tәbriz şәhәrinin Xiyaban
mәhәllәsindә. Tәlim vә
tәrbiyәsi öz şәhәrindә olubdur.
Ömrü qırxdan qırx beşә kimi olubdur.
Vәfatı Hәcc ziyarәtindәn müraciәt
edәndә olubdur. Cәddәdә gәmiyә
oturanda әsnayi-rahda dәryaya qәrq olubdur vә bu
hüznavәr hadisә hicrәtin 1292-ci[3] ilindә vaqe
olubdur.
[2] 1831-1836.
[3] 1875.
Şairin әhibbalarından birisi--"Sәbur"
tәxәllüslü--Racinin belә qafil,
vәtәndәn kәnarda vaxtsız vәfatı
barәsindә yazdığı bir növhәdә onu
belә vәsf etmişdir:
Ey dәriğa ke, hәzrәte-Raci
Çon zәr әz kiseye-әhibba
rәft.
Bihәdd әfsus, sәdhezar dәrir
Ke, behәsrәt ze dare-donya rәft.
Dağe-ferqәt nәhad bәr dele-ma,
Suxt әz hecre-u dele-ma rәft.
Nә şәbәm şәb, nә
ruze-mәn ruzәst,
Huşәm әz sәr, ze del
şәkiba rәft.
Bi to ey çeşmeye-çerağe-sorur
Rouşәnai ze çeşme-bina rәft.
Xake-qәm çәrx bәr sәre-ma
rixt--
Ke, tora xare-mout bәr pa rәft.
Heyf әz an şahbaze-qolleye-Qaf--
Ke, beqafe-әdәm ço Әnqa rәft.
Zan kәmalate-u hezar әfsus--
Ke, bebade-әcәl beyekca rәft.
Ey mohiti ke, xun şәvәd abәt,
Abe-ru әz roxe-to әz ma rәft.
Ey ze şure-to şur dәr delha,
Vәz şәre-to şәrәr becanha
rәft.
Kaş an dәm ke, u bekәşti şod,
Hokme-"ya әrzu iblәi ma" rәft.
Ahü vahәsrәta ke, mәdfәne-u,
Gәşt penhan vәli ze peyda rәft.
Qәbruhu fi qulubi min valast,
Gәrçe dәr zaher әz
nәzәrha rәft.
Gәşt çon Xezr zendevo cavid
Ta bezolmate-mәrg tәnha rәft.
Yunesasa ze Mesre-dare-fәna
Bәrdәhane-nәhәnge-oqba rәft.
Vә minәl-mai kullu şeyin hәyyun,
Zende baz şode Xezrasa rәft.
Şod rәvan suye-cәnnәtol-mәva,
Tayere-qodse-xod bemәva rәft.
Cesm boqzaşto sәrbesәr can şod,
Әz doi sәlәb gәşt yekta
rәft.
Hәmço qol va şod әndәr in
qolşәn,
Pa keşid әz çәmәn,
beyәğma rәft.
Peye-didar bude hәmço Kәlim,
"Әrni" quyan be Ture-Sina rәft.
Şahede-mәnәvi nәmudәş rox
Hәmço Musa peye-tәcәlla rәft.
Әz meye-eşq corei nuşid,
Baz çon bade suye-mina rәft.
Әz әrz pak gәşto couhәr
şod,
Hәmço ruh әz kәdәr
mosәffa rәft.
Yari peyvәst aqebәt ba yar,
Ançe mikәrd әz an tәmәnna
rәft.
Qәlәme-әnbәrinşәmime-Sәbur
Bәhre-tarix kәrdәn enşa rәft.
Yaft әz kәlәmeye-"әya
ğәffari",
Bәhre-tәhrir kәrdәn emla
rәft[4].
[4] Tәrcümәsi:
Heyif ki, hәzrәt Raci
Dostlarının kisәsindәn qızıl
kimi getdi.
Hәdsiz әfsus, yüz min heyif
Dünya evindәn hәsrәtlә getdi.
Bizim ürәyimizә ayrılıq
dağı çәkdi,
Ürәyimizi ayrılığı ilә
yandırıb getdi.
Nә gecәm gecә, nә
gündüzüm gündüzdür,
Başımdan huşum, ürәyimdәn
sәbrim getdi.
Ey şadlıq çirağının
çeşmәsi, sәnsiz
Gözlәrimin işığı getdi.
(Yәqin) fәlәk başımıza
qәm torpağı töküb--
Ki, sәnin ayağına ölüm tikanı
batdı.
Heyif o qülleyi-Qafın
tәrlanından--
Ki, Әnqa kimi әdәm (yoxluq) Qafına
getdi.
Heyif onun kәmalatından--
Ki, әcәl külәyi ilә
birdәfәlik (heç olub) getdi.
Ey suyu qan olan ümman,
Sәnin vә bizim uzümüzün suyu
getdi.
Sәnin şurundan ürәklәrdә
şur var,
Sәnin qığılcımından canlara qığılcım
düşdu.
Kaş o, gәmiyә minәndә
"Ey yer, suyu ud" hökmü verilәydi.
Yüz min tәәssüf ki, onun qәbri
Pünhan oldu.
Onun qәbri allah adamlarının
qәlbindәdir,
Hәrçәnd o, zahirәn
nәzәrlәrdәn (uzaq düşüb) getdi.
Ölüm zülmәtinә tәk
getdiyinә baxmayaraq,
O Xızr kimi diri vә әbәdi oldu.
Yunis kimi dari-fәna Misrindәn
Axirәt nәhәnginin ağzına getdi.
Hәr şey su ilә diridir,
Diri bir quş olub Xızr kimi getdi,
Cənnәt evinә tәrәf
yollandı,
Muqәddәs quş özu evinә getdi.
Cismi qoyub başdan ayağa can oldu,
İkiliyi tәrk edib tәk getdi.
Bu gülşәndә gül kimi
açıldı,
Çәmәndәn ayaq çәkib
heçliyә getdi.
Kәlim kimi görüş arzusunda idi,
"Әrni" deyәrәk Sina
dağına getdi.
Üzü mәnәvi gözәl kimi
görsәndi.
Musa kimi tәcәlla ardınça getdi.
Eşq şәrabından bir qurtum içdi,
Yenә badә kimi Minaya tәrәf getdi.
Әrzdәn tәmizlәnib cövhәr
oldu,
Ruh kimi çirkabdan tәmizlәnib getdi.
Nәhayәt, dost öz dostuna çatdı,
Arzu elәdiyi mәqsәdә yetişdi.
Әtirli, әnbәrli, sәbirli
qәlәm
Onun tarixini yazmaq üçün gedib
"Әya ğәffari" ifadәsini
tapıb yazdı.
Sәbur cәnablarının burada yazılan
şerlәrindәn mәlum olur ki, mәrhum Hacı
Әbülhәsәn Racinin şәnü
rütbәsi dost vә әhibbası arasında xeyli
tutulurmuş. Mәrhum şairin pişәzvәqt qafil
ölmәyi әhibbalarını böyük yasü
әlәmә düçar edib, novgüllәrinә
ayrılıq vә heyrәt dağı çәkibdir.
Cәnab Sәbur sair Azәrbaycan şairlәri kimi
vәsfindә mübaliğә edib, Racinin fәzilәtini
bir dәrәcәdә artırıb ki, onun
şәnü halını әnbiyayi-kiramdan bәzinin
halına tәşbih qılıbdır. Bir sayaq
üzrә ki, Raci dәxi müqәddәs vә
mütәhhәr vücudlar kimi mәaniyi-әshab
ilә hәmcәlis olub, cismi-kәsifdәn xilas olmaq
ilә böyük bir sәadәtә vasil olubdur.
Necә ki, şair deyibdir:
Әz әrz pak gәşto couhәr
şod,
Hәmço ruh әz kәdәr
mosәffa rәft.
Racinin divani-әşarı bu qayda
üzrә tәrtib olunubdur: qәzәliyyati-farsi,
qәsaidi-türki, qәzәliyyati-türki,
tәcnisi-türki, Kәrbәla şühәdalarının
әhli-beytinin müsibәtinә dair növhәvü
sinәzәnlәri, müqәttәat vә
rübaiyyat. Növhә vә sinәzәnlәrin
arasında yazılan әfrad mәrhumül-mәğfur
Molla Hüseyn "Dәxil" tәxәllüs şairin
kәlamlarıdır ki, onları Raciyә nisbәt
vermәk dürüst deyil. Divani-Racinin bәzi
nüsxәlәrindә Dәxilin vә Nacinin vә
Mirinin kәlamlarından dәxi
seyyidüş-şühәdanın müsibәtinә
dair növhә vә sinәzәnlәr daxil olubdur.
Belә ki, Tәbriz mәtbәәlәrindә
çap olunan kitabların çoxunda әsla bir qayda vә
sәliqә yoxdur. Hәr bir kitaba lazım olan
föhristdәn dәxi xәbәrlәri yoxdur. Ancaq onu
qәnimәt bilirlәr ki, kitabın boş qalan
yerlәrini hәr nә ilә olacaq, olsun, doldursunlar.
Racinin sәlis vә rәvan tәbi
olduğu әşarından görünür. Onun
qәzәllәrinin çoxu dillәrdә
әzbәr olubdur vә xanәndәlәrin çox
vaxtı toylarda vә işrәt mәclislәrindә
oxuduqları Racinin gözәl qәzәllәridir.
Necә ki, şair özü deyir:
De bir türki qәzәl, Raci,
Oxusun bu gözәl, Raci,
Bәlәd olsun әzәl Raci
Rümuzi-eşq dәrdinә.
* *
* * *
Raci, fünuni-şerdә gәrçi
vәhidsәn,
Dәm vurma çox ki, baisi-lafü kәzaf
olur.
Vә hәmçinin şer vә
qәzәl demәyә artıq meyl vә
hәvәsi olmağını vә hәqiqi
fәxarәti şer vә qәzәldә
görmәyini bu beytindә bildirir:
Tәrk elә simü zәri, cәm
elә әşarü qәzәl,
İstәsәn, Raci, әgәr namü
nişanın çıxsın.
* *
* * *
Desәm Raciyә şer yaz , hey yazar,
Pul adı gәtirsәm bilәkdәn qurur.
Racinin vәtәndaşı vә
hәmmәclisi olan bir nәfәr şәxs ilә
dәmir yol[un]da tanış oldum. Ol cәnab
ziyarәtә gedirdi vә Racini görmüşdü.
Racinin әxlaqü adabından әhvalpürsan oldum.
Mәzkur hacı Racini çox tәrif edib, ziyadә
xoşxülq, xoşrәftar vә xoşsöhbәt
olduğunu söylәdi. Mәrhumun
әxlaqi-pәsәndidәlәrindәn birisi dә
onun artıq mütәdәyyin,
vәtәnpәrәst vә hәmçinin hirsü
tәmәdәn ari, cümlәyә yaxşılıq
edәn dәrvişsifәt vә әhli-qәnaәt,
pakdamәn bir vücud olması barәsindә bir
beytdә deyibdir:
Qalıb bu pәnd mәnә yadigar
pirimdәn:
Hәmişә zindә bu alәmdә
niknam qalır.
Racinin dostluqda, vәfada vә
vәtәnpәrәstlikdә sabitqәdәm
olmağına bu şerlәri şәhadәt verir:
Sәr fәdaye-dust kәrdәn pişe-ma
doşvar nist,
Danәm in naqabeliha qabele-ezhar nist.
Hәr ke aşeq şod yәqin başәd
ke, әz can begzәrәd,
Şeyx Sәnan bәhre-tәrsa
arәş әz zonnar nist.
Dustan, әfğane-Raci başәd әz
hobbe-vәtәn,
Mouseme-qol bolboli danәd ke, dәr qolzar
nist[5].
[5] Tәrcümәsi:
Başı dosta qurban elәmәk bizim
uçün çәtin iş deyil,
Bilirәm ki, bu naqabil bir şeydir vә
demәk mümkün deyil.
Aşiq olan kәs canından
keçmәlidir.
Şeyx Sәnanın tәrsa [qızı]
uçün zünnardan arı yoxdur.
Ay dostlar, Racinin әfğanı vәtәn
mәhәbbәti üçündür,
Gül mövsümunun (qәdrini) gülzarda
olmayan bülbül bilәr.
Vә әyzәn hәqiqi dostluq babında
deyibdir:
Hәr kәs ke, koşte gәşt
berahe-vәfaye-dust,
Әz xune-u rәvast xәlayeq vozu
konәnd[6].
[6] Tәrcümәsi:
Dost vәfası yolunda ölәnin
Qanı ilә rәvadır ki, çamaat
dəstәmaz alsın.
Padşah ilә gәdanın vә
fәqir ilә dövlәtlinin arasında
hәqiqәtdә bir tәfavüt
olmadığını vә cümlәnin axırı
puç olduğunu bu rübaisindә bәyan etmişdir:
Girәm to padşahe-tәmame-cәhan
şәvi,
Girәm cәhaniyan hәmera hokmran
şәvi,
Girәm ke, qәsrhaye-to sәr bәr
fәlәk keşәd,
Ruzi şәvәd to hәm
gele-kuzegәran şәvi[7].
[7] Tәrcumәsi:
Tutaq ki, sәn bütun dünyanın
padşahı olacaqsan (oldun).
Tutaq ki, sәn dünya xalqı
üçün hökmdar olacaqsan,
Tutaq ki, sәnin saraylarının başı
fәlәyә çatacaq,
Bir gün olacaq ki, sәn dә kuzәgәrlәr
üçün gil olacaqsan.
Әgәrçi Racinin divani-şeri
Azәrbaycanın hәr bir vilayәtinә
dağılıb vә kәlami-mövzunu dillәrdә
caridir, vәli biz dә mәcmuәmizi onun asari-lәtifәlәrindәn
xali qoymamaq üçün bir neçә
nümunәlәr burada tәhrir qıldıq.
Qәzәli-Raci:
Övzai-çәrx sanma ki, biixtilaf olur,
Cuyi-zәmanә gah bulanır, gah saf olur.
Vermәzlә gah Yusifi Misrin bәhasına
Gәh pirәzal әlindә bәhası
kәlaf olur.
Eşq әhlinә bir özgә
әziyyәt rәva deyil,
Tәni-rәqibü cövri-zәmanә
kәfaf olur.
Mәşuqә aşiqin bilü razi-nihanını
Bu rişteyi-mәhәbbәt ona telqraf olur.
Kәşf eylәrәm bu eşq ilә
hüsnün mәtalibin,
Amma yazanda xamә bu sirri şikaf olur.
Tövәmdi[8] rәncü rahәt,
müdğәmdi eyşü qәm,
Vәslü fәraq, şadiyü matәm
müzaf olur.
[8] Tövәm--әkiz doğulan uşaq.
Hәr şeyi öz yerindәdi bu
karxanәnin,
Dәxlü tәsәrrüf
eylәsә hәr kim, xilaf olur.
Hәr kimsә öz mәqamını
alәmdә seyr edәr,
Әnqayә Qaf, cüğdә[9]
xәrabә mütaf[10] olur.
[9] Cüğd--bayquş.
[10] Mütaf--tәvaf olunmuş mәhәl.
Ustad hәr kәsin qәdinә bir
qәba biçib,
Var bir qәba ki, özgә qәbayә
sicaf olur.
Olmaz yüz il fәğanә gәlә
zar, әndәlib,
Pәşşә nә qәdr tiz
uça, simürği-Qaf olur.
Bәs, hәr kәs anlasın
gәrәk öz qürbü qәdrini,
Rubәh nә növi şirә
hәrifi-mәsaf olur.
Amma olubdu çoxlara bu әmr
müştәbeh,
Culfalıq etmәmiş külәhduz
kәlaf olur.
Raci, fünuni-şerdә gәrçi
vәhidsәn,
Dәm vurma çox ki, baisi-lafü kәzaf
olur.
Racinin bu qәzәlindә "xeyli
mәzmunlu şerlәr vardır ki, onlara diqqәt
yetirmәmәk olmaz, әz cümlә zәmanәnin
övzai müttәsil tәğyirü tәbdil tapıb
da, ixtilaf üzrә gәrdiş etmәsidir. Belә ki,
"Cuyi-zәmanә gah bulanıb, gah saf olur". Ona
binaәn insan dәxi gәrәkdir elmü bilik ilә
mütәmәddin olub,
zәmanәnin iqtizasınca dolanmağa özünә
әsbabi-mәişәt mühәyya edә.
Atidә yazılan qәzәlindә Raci
insanın başına eşqdәn gәlәn
bәlaları bir-bir tedad edib, onların olmağını,
filcümlә dünyada insanın zövq-vәfası
vә eyş-işrәti üçün xәlq
olunmuş әsbabü әlamәtlәrin yoxluğunu
vә hüzn-әlәmin, qәm-qüssәnin
nәfyini arzu edib әsil mәtlәb vә tәmәnnası
nә olduğunu mәxfi saxlayır. Rus şairi Lermontov kimi
bizim Racimiz dә nә ölmәk istәyir vә
nә sağ qalmaq, nә şirinliyә meyl edir vә
nә acılığa, nә hicrin zәhri-hәlahilini
vә nә vәslin şәkәri-safını
tәlәb edir. Haman qәzәl budur:
Nә eşq olaydı, nә aşiq, nә
hüsni-dilbәr olaydı,
Nә ayinә, nә sәfa, ey
könül, nә cövhәr olaydı.
Nә nazü qәmzә, nә
qәncü dәlalü[11] nә işvә,
Nә әczü labe[12], nә
xunabi-dideyi-tәr olaydı.
[11] Qәncü dәlal--ikisi dә nazü
işvә mәzmunundadır.
[12] Labe--söz, laf.
Nә zülf olaydı, nә ariz, nә
xәtt olaydı, nә xal,
Nә müşk olaydı, nә
mәcmәr, nә udü әnbәr olaydı.
Nә hüsn olaydı, nә könlüm,
nә dәstә-dәstә bu zülf,
Nә şәh, nә mülk, nә bu
fövc-fövc lәşgәr olaydı.
Nә әbruyi-xәm olaydı, nә
çeşm, nә müjgan,
Nә tiğ olaydı, nә cәllad,
nә bu xәncәr olaydı.
Әzәl nә nәşә olaydı,
sora nә rәnci-xumar,
Nә tiyşi-vәsl, nә
әnduhi-hicri-dilbәr olaydı.
Nә öldürәydi xәtin
gәlcәk üzdә üşşaqi,
Mәsih tәk nә
lәbi-lәli-ruhpәrvәr olaydı.
Nә yalvaraydı rәqibә bu
payәdә üşşaq,
Vә nә bu mәrtәbә
mәşuqәlәr sitәmgәr olaydı.
Nә şur olaydı, nә bülbül,
nә gül olaydı, nә xar,
Nә lütfi-baği-baharü nә
cövri-sәrsәr olaydı.
Nә dil olaydı, nә qamәt, nә
qәlb olaydı, nә rux,
Nә şәmi-şölә, nә
pәrvanә, nә sәmәndәr olaydı.
Nә gül, nә әtr, nә
şümşad olaydı, nә şanә,
Nә zülf olaydı, nә
mәşşatә, nә bu zivәr olaydı.
Nә şәrhә-şәrhә
olaydı bu sinә tiğinlә,
Nә
şәrhi-dәftәri-dәrdü bәla, nә
müztәr olaydı.
Cәfayi-yar ilә üşşaq
incimәz, ey kaş,
Nә sәndә mümkün o,
mәndә nә bu, müyәssәr olaydı.
Nә hicr olaydı, nә giryә, nә
künci-qәm, nә bu ah,
Nә abü atәşü xakü hәva
müxәmmәr olaydı.
Nә tifl olaydı, nә mәktәb,
nә dәrs olaydı, nә elm,
Rümuzi-eşq nә dillәrdә
böylә әzbәr olaydı.
Nә kuyi-yarı qoyub xәlq edәydi
meyli-behişt,
Nә şeyx olaydı, nә mәscid,
nә vәzi-mәnbәr olaydı.
Nә dil olaydı, nә didә, nә
әşki-xunalud,
Nә kan olaydı, nә dәrya, nә
lәlü gövhәr olaydı.
Nә ictinab, nә tövbә olaydı,
nә pәrhiz,
Şikәsti-tövbә nә peymandan
füzuntәr olaydı.
Mәzaqi-Raci nә şirin olaydı, nә
beylә tәlx,
Nә hicr zәhri-hәlahil, nә vәsl
şәkkәr olaydı.
* *
* * *
Sәnә bu hüsn, xәyal
eylәmә müdam qalır,
Çәmәndә hansı
güli-tәr әlәddәvam qalır?!
Qalıb bu pәnd mәnә yadigar
pirimdәn:
Hәmişә zindә bu alәmdә
niknam qalır.
Gözün könül quşun ovlar,
әgәrçi laçın tәk
Vә leyk axır özü paybәndi-dam
qalır.
O lәblәri ki, edәr kami-alәmi
şirin,
Mәnim kimi olu bir vaxt tәlxkam qalır.
Gedәr çü mәstiyi-mey,
zәhmәti-xumar gәlir,
Hәmişә başda haçan
nәşeyi-müdam qalır.
Hәmişә aşiqinә naz edib,
xәyal etmә
Sәnә bu rәngü ruxü
zülfi-müşkfam qalır.
Әsәr xәzan yeli
gülzari-hüsnünә bir gün,
Nә üzdә rәng, nә
zülfündә bir nizam qalır.
Nә çeşmi-mәstin edәr
böylә naz-naz nigah,
Sәhi qәddin nә bu növ ilә
xoşxuram qalır,
O vaxta üz çevirib cümlә
bәdnәzәr sәndәn,
Mәgәr bu Raciyi-biçarә
sübhü şam qalır?
Racinin fünuni-şerdә mahir
olmağına onun tәcnislәri dәxi
şәhadәt verir. Nümunә üçün
onlardan bir neçәsini burada zikr etmәyi münasib
gördük:
Demә, zahida,
sәrgüzәşti-behişt,
Yoxumdur mәnim meyli-gәşti-behişt.
Büküb qәddimi eşq ilә
bari-qәm,
Qәmindәn iki alәmin fariqәm.
Dilü din ver müşkbu kakilә,
Mәnim tәk ol aşüftә bu
kakilә.
Gәl, ey aşiqin atәşә yanduran,
Mәni yana-yana qoyub yan duran.
Nәdir, ey sәhiqәd günahım
mәnim,
Keçәr әrşdәn hәr
gün ahım mәnim.
Sәn oyna gecә rudü şәtrәnc
ilә,
Töküm mәn yüzә rud
şәtrәnc ilә.
Rәvadır qalım mәn şәbi-tar
ilә,
Keçir sübhә tәk sәn
şәbi tar ilә.
Sipahi-qәm aldı, aman, dövrәmi,
Tamam eylә, ey saqi, can dövrәmi.
Dolub dәrd ilә meysәrd
meymәnә,
Sınıq qәlbә bax, vergilәn mey
mәnә.
Yazın bu sözü
sәngi-mәrmәrdә siz,
Qoyun fәrq namәrd ilә mәrdә
siz.
Açıbdır qәrәnfil,
güli-yasәmәn,
Güli-yas tәk batmışam yasә
mәn.
Könül şәmi-ruyindә
pәrvanәdir,
Ona suzdәn xövfü pәrva nәdir.
Sәninlә böylә oldu cism, ey
sәnәm,
Hәqiqәtlә baxsan әgәr
mәn sәnәm.
Bilәrsәn әgәr baxsan
ayinәyә,
Sәnә oxşadır xәlq ayi
nәyә?
Mәni aqibәt öldürür dәr
diyar,
Xәdәngi-cәfayә mәni
dәrdi-yar.
Könül şişәsin
sındırıb sәng ilә,
Genә sәngdil eylisәn sәn gilә.
Harayım çıxar әrşә
hәr gün, hәr ay,
Yetiş, ey sitәmgәr, hәrayә
hәray.
Sәnә Raci, ey hur, ta bәndәdir,
Hәmişә üzün nuru
tabәndәdir.
Çıxarmaz sәni yaddan mah, sal,
Onu sәn dә bir yadә, ey mah, sal!
Racinin bu qisim tәcnislәri çoxdur.
Burada biz ancaq onlardan bir neçәsini yazdıq.
Cümlәsi ilә bәlәd olmaq
istәyәnlәr onun divanına rücu
elәsinlәr. Mәrhum Hacı Әbülhәsәn
Racinin qönçeyi-tәbi-lәtifi xüsusәn
facieyi-Kәrbәlanı zikr etdikdә gül kimi açılıb,
hәr tәrәf hüznü әlәm gәtirici
әtirlәr saçıb vә cümlәnin
ürәklәrini qәmü qüssә ilә vә
gözlәrini yaş ilә doldurur. Vә lakin bu qәmü
әlәm vә bu göz yaşı insanı
mәyüsü mәğşuşü tәzyiq etmir,
bәlkә onun qәlbini sәfalandırıb,
gözünә işıq gәtirir.
Әgәr iradü etiraf olunsa ki,
kәdәr ilә sәfa vә qәm ilә sürur
vә yaş ilә nur bir yerdә ola bilmәz, bunlar
bir-biri ilә zidd olduğu halda uyuşmaz, onda deyә
bilәrik, bәli, İmam Hüseyn müsibәtindә
bu feyz vardır, bir yandan ağladır, bir yandan nuraniyyәt
bәxş edib şad qılır; bir yandan qәmlәndirir,
bir yandan qәmü qüssәdәn azad edir. Bir yandan
şikәstәvü pәrişanhal edir, bir yandan uca
mәqamlarda dövr etmәyә pәrü bal verir. Bu
feyzü bәrәkәt, bu qeyri-adi halәt vә
xüsusiyyәt ancaq seyyidüş-şühәda
müsibәtü әzasına müxtәsdir, ancaq
mahi-mәhәrrәmdә tәrtib olunan
tәziyәlәrdә hiss olunur. Raci isә bu
tәziyәlәrin rövnәqi vә
matәmlәrin şәfәqidir. Azәrbaycan
şüәrasından Dәxildәn sonra Raci
Kәrbәla gülşәninin әn fәsih
bülbüli-xoşәlhanı vә neynәva
dәştinin әn suznak növhәxanı hesab olunur.
Racinin növhәlәrindә olan tәsir çox
rövzәxanların mәrsiyәlәrindәn
artıqdır. Әzbәs ki, rövzәxanların
әksәri oxuduqları әhvalatda bәzi kәrә
o qәdәr mübaliğә edirlәr ki, o
qәdәr fәhmü idraka sığışmayan
vә ağıl qәbul etmәyәn sözlәr
vә hekayә söylәyirlәr ki, әhli-mәclis
onlara inanmayıb, bir növ qövllәrindәn ikrah
edirlәr. Oxuduqları mәrsiyәyә meylü
rәğbәt göstәrmirlәr. Raci Kәrbәla
faciәsinin hansı bir qissәsini rişteyi-nәzmә
çәkibsә, tamamında böyük mәharәt
büruz edibdir, әhvalatı eyni ilә, sәrapa, şairanә
elә gözәl tәrzdә nәql edir ki,
cümlәnin huşü diqqәtini cәlb edir.
Mәsәlәn, İmam Hüseyn
әleyhissәlamın әziz vә istәkli
qızı cәnab Sәkinә Şamda
cümleyi-әhli-beytlә әsirvar olduğu zamanda bir
gecә yuxuda babası seyyidüş-şühәdanı
görüb, ona şәrhi-hal etmәsini, yainki
ali-әbanın Kәrbәla diyarına yetişdikdә
möhnәtü qәm qubarına batmaqlarını vә
seyyidüş-şühәdanın övladü әnsarının
hәr birinin vәsfi-halını vә yainki
әhli-beytin Şamdan Mәdinәyә müraciәt
etmәsini vә әhli-Mәdinәnin şurişü
nәvaya gәlmәsini vә mәrizә Fatimәnin
hali-pürmәlalını vә bu qisim çox-çox
Kәrbәla әhvalatını Raci
әleyhirrәhmә elә bir fәsahәt vә
mәharәtlә tәhrir qılıbdır [ki],
hәr kәs onları diqqәt ilә oxusa, mәyusü
mәlulü feyzyab olmaqla әhvalatdan dәxi
filcümlә xәbәrdar olar. Kәrbәla
şәhidlәrinin müsibәtinә şüru
etmәkdәn qabaq şair hәqq dәrgahına
münacat edib, ondan tövfiqü mәrhәmәt
dilәyir vә sәhni-çәmәni-Neynәvada
pәrvaz etmәk üçün balü pәr
istәyir vә nәfsi-şumun әlindәn xilas olub,
hәqiqi aşiqlәr mәslәkinә daxil olmağa
vә vadiyi-heyrәtdәn qurtarıb nicat bulmağa
lütf kimi bir dadrәsü rәhbәr tәlәb
edir:
Can bülbülü olmuş
zәğәni-nәfsә giriftar,
Daim qәfәsi-sinәdә eylәr ona
azar.
Bu, layiqi-firdovs, o, niyranә sәzavar,
Ülvitәlәbi-süfldә ol
hiylәgәr istәr.
Tövfiqini, ya rәb, bizә hәmvarә
rәfiq et,
Dәvayi-tәvalayi-hüseynidә sәdiq
et,
Lütfün bu rәhi-eşqdә
hәmrahi-tәriq et,
Dil vadiyi-heyrәtdәdi, bu rahbәr
istәr.
Hәr kimsәnә istәr ola
aşiqliyә layiq,
Әlbәttә, xәlayiqdәn edәr
qәti-әlayiq,
Qәti-nәzәr ondan da gәrәk
aşiqi-sadiq,
Hәr mamәlәkindәn edә
qәti-nәzәr istәr.
Racinin növhәlәri mәlum isә
dә, onlardan birini nümunә üçün burada
yazırıq. Bu növhәdә İmam Hüseyn
hәmşirәsi olan vәfa kanı vә
dәyanәtü sәdaqәt mәnbәyi
Zeynәbi-qәmpәrvәrdә öz cananı
ilә, yәni xaliqi-lәmyәzәl ilә
ruzi-әzәldә elәdiyi әhdlәri bәyan
edib, kamali-cürәtü fәxarәt ilә deyir ki,
hәqq yolunda vә eşq alәmindә nә
qәdәr ağır cәfalara vә böyük
bәlalara giriftar olsam, mәnә eyni-sәadәtdir
vә yüz belә zәhmәtlәrә öz
canımla dözәrәm. Cәnab Zeynәb isә
qardaşına tәsәlli verib hәr növ bәlalara
tәhәmmül etmәsini tәsdiq edib deyir ki, ya
Hüseyn, ruzi-cәzada sәninlә başlar
әlindә şühәda hәşrә
gәlәn zamanı mәn dә üsәranı
başıma cәm edib, bu zülfi-pәrişanımla siz
ilә müttәfiq cümlә [ümmәtә]
şәfaәtçi olaram. Haman növhә budur:
Belә әhd eylәmişәm, ey
bacı, cananım ilәn,
Әrseyi-Kәrbübәladә boyanım
qanım ilәn.
Çünki bu cami-әcәldә
şәkәrü şәhdim var,
Bu sәbәbdәn susuz
ölmәkliyә çox cәhdim var,
Alәmi-zәrrdә canan ilә bir
әhdim var,
Varam öz eylәdiyim әhd ilә,
peymanım ilәn.
Bacı, әhdim budu bu çöldә
gәrәk qanә batam,
Qanımı Әkbәrimin qanına
şövq ilә qatam,
Can verib tәşnә, gәrәk isti qum
üstündә yatam,
Cismi-mәcruhim ilә, sineyi-suzanım
ilәn.
Qan içindә elәyim hәqq ilә
bir razü niyaz,
Budur әhdim ki, quram burda gәrәk
mәclisi-raz,
Can verәn vәqtdә meydanda qılam,
bacı, namaz,
Dәstәmazım ola bu şәrt ilә
öz qanım ilәn.
Düşdü İbrahim әgәr
şövqi-hәvayi-eşqә,
Etmәdi tab, vәli dәrdü
bәlayi-eşqә,
Bircә qurban ilә gәldi o,
Minayi-eşqә,
Gәlmişәm mәn bura yetmiş iki
qurbanım ilәn.
Çәkmәrәm dәm,
dәmi-şәmşirdә, şәmşir nәdir,
Xәncәrü tiğ nәdir, nizә
nәdir, tir nәdir,
Mәclisi-vәslә qәdәm
qoymağa tәxir nәdir,
Mәn bu bәzmә gedirәm başım
ilә, canım ilәn.
Zövrәqi-cismimә var lücceyi-xun
içrә nicat,
Tәşneyi-eşqә verir
suzi-әtәş abi-hәyat,
İçmәrәm gәr tuta dünya
üzünü abi-Fәrat,
Bәzmi-vәslә gedirәm bu
lәbi-әtşanım ilәn.
Hәq yolunda susuz ölmәk demә
zәhmәtdi mәnә,
Gözümә ox dәyә gәr,
eyni-mәhәbbәtdi mәnә,
Alәmi-eşqdә hәr zәhmәti
rahәtdi mәnә,
Dözәrәm yüz belә
zәhmәtlәrә bir canım ilәn.
Çәkmәrәm minnәt
әdudәn, çәkәrәm bu әtәşi,
Bacı, eşq alәminin çoxdu belә
keşmәkeşi,
Sәni bazarә çәkәrlәr
çü әsiri-hәbәşi,
Şami-şum içrә
әyali-şәhi-mәrdanım ilәn.
Әhli-Kufә yetirir zülmünü
itmamә, bacı,
Bәdәnimdә dәxi qoymazla qala
camә, bacı,
Nizәlәrdә apararlar başımı
Şamә, bacı,
Bәdәnim yerdә qalar
peykәri-üryanım ilәn.
Şamdә mәclisi-işrәt qurular,
söz demәrәm,
Kuçәvu bamdә sәf-sәf duralar,
söz demәrәm,
Xeyzüran çubu nә qәdri vuralar,
söz demәrәm,
Bәzmi-әğyardә mәn bu
lәbü dәndanım ilәn.
Zeynәb әrz eylәdi:--Qardaş,
bilirәm ruzi-cәza
Sәn ilә hәşrә gәlir
başlar әlindә şühәda,
Üsәranı başıma cәm
edәrәm mәn dә, әxa,
Gәlәrәm mәhşәrә bu
zülfi-pәrişanım ilәn.
Ümmәtә cümlә
şәfaәt edәrәm mәn sәn ilә,
Kәrbәladә bulaşan qanına
pirahәn ilә,
Şimri-dunun
yaxasından tutaram şivәn ilә,
İstәrәm qanını bu çaki-gәribanım ilәn.
Ya
hüseyn, hövli-qiyamәtdә
yetiş imdadә,
Raciyәm, bircә ümidim sәnә var üqbadә,
Ağlaram,
olsa hәyatım
nә qәdәr dünyadә,
Gecә-gündüz sәnә bu dideyi-giryanım ilәn.