HACIAĞA "FӘQİR" ORDUBADİ
Azәrbaycan şüәrasının
mәşhurlarından birisi dә mәrhum Hacıağa
ibn Mәhәmmәd "Fәqir"
tәxәllüsdür. Fәqirin şәrhi-halı
vә sirәti-әhvalı Naxçıvan, Ordubad
tәrәfdә vә İranın bәzi
şәhәrlәrindә cümlә üdәbaya
mәlumdur. Hacıağa tәvәllüd edibdir Ordubad
şәhәrindә tәxminәn hicrәtin 1252-ci[1]
sәnәsindә. Ordubad Naxçıvan
nahiyәsindә İrәvan quberniyasında qәdim
qәsәbәlәrdәn birisi hesab olunur. Әhalisi
әksәriyyәn müsәlmandır; ermәnisi
dә var, azdır vә onlar ticarәtlә
mәşğul olur. Ordubad әlan İran ilә
Rusiyanın sәrhәddindә vaqe vә Rus
dövlәtinә mütәәlliqdir.
[1] 1836.
Ordubadın ab-havası mötәdildir,
özü dә bağat içindә bir basәfa
yerdә vaqe olubdur. Ordubadın meyvәcatı vә
mәhsulatı az yerdә tapılar.
Çün Fәqirin atası İranda
alış-veriş edәrmiş, ona binaәn Fәqir
dәxi uşaqlıqdan İrana düşüb, onun
üçün Tәbriz vә Şiraz kimi
sәvadi-әzәmdә nәşvü nüma edib,
mәrtәbeyi-kәmalata qәdәm qoymuşdu.
Mәşhur rәvayәtә
görә, xaki-paki-Şirazda tәhsili-ülum edib,
әrәb vә fars dillәrini kamil vәchdә
bilirmiş vә öz ana dilinә dәxi artıq meyli
olmağa görә, dara imiş.
İyirmi beş sinnindә
әrseyi-şerdә cövlan edәrkәn
"hübbül-vәtәni minәl-imani"[2]
hәdisi-şәrifini unutmayıb,
vәtәni-mәlufuna övdәt etmişdi. Az
müddәtin mürurunda şüәralar silkindә
şöhrәt kәsb edib
"Gülşәni-ürfan" adında bir
mәcmuә sahibi sayılırdı.
[2] Hübbül-vәtәni
minәl-imani--vәtәnә mәhәbbәt
imandandır. Hәdisdir.
Hacıağa Fәqir tizfәhm, fәsih
vә hazırcavab bir şәxs ikәn artıq rәvan
tәb sahibi imiş. Әksәri-ömrünü
tәdrisü tәdibi-әbnayi-vәtәn ilә
keçiribdir.
Hicrәti-nәbәviyyәnin 1303-cü[3]
sәnәsindә rәcәbül-mürәccәbin
onuncu günü qırx beş sinninә yetişdikdә
nidayi-hәqqә lәbbeyk deyib vә
dәvәti-hәqqi icabәt edib haqq-tәala
rәhmәtinә vasil olubdur.
[3] 1886.
Fәqirin mәcmuәsi üç
sәnә bundan әqdәm
fәrzәndi-möhtәrәmi Kәrbәlayi
Mәmmәd Sәid Ordubadi [tәrәfindәn] Tәbrizdә
çap olunmağa göndәrilmişdi vә lakin bu hala
dәk onun çap olunması vә ya olunmaması bizә
mәlum olmadı. Sәid cәnabları o vaxtı bizә
işarә etmişdi ki, Tәbriz çapı
namәrğub olduğuna görә, mәcmuәni
istәyir gәtirdib Badkubәdә çapa verdirsin.
Badkubәdә dәxi onun çap olunmadığı
bizә mәlumdur.
Burada onun әsәrlәrindәn
bәzilәri ki, cәnab Sәid lütf üzü
ilә bizә göndәribdir, dәrc olunur.
Mәcmueyi-mәzkurәnin dibaçәsindәn bir
neçә şerlәr:
Sipasi-şükrü hәmdi-fәrdi-yekta,
Xudayi-bimәsәl, hәyyü tәvana,
Qiyasi-әqli-küll zatında qasir,
Deyәn şәnindә әhmәd
"maәrәfna".
Tәmamәn masiva etsә kitabәt,
Yazanmaz vәsfinә bir sәtri-tuğra.
Olar vәssaflәr vәsfindә aciz,
Zәhi sübhani-bieybü mübәrra.
Fәrәhza, qәmzüda kәlmati-paki
Tapılmaz elminә övlavü üxra.
Edәn mәxluqi min şeyi icad,
Vücud
ondan tapıb әczayi-әşya.
Zәhi qadir ki, bu nöh
taqi-çәrxi
Ucaldıb
sün binәccarü
bәnna.
Kәvakiblә verәn әflakә zivәr,
Bürucati-bәnat, әqdi-sürәyya.
Yaratdı
cümlәsin
yeksәr әdәmdәn,
Hamana
"kaf"i etcәk "nun"ә ilqa.
Qılıb
bir qәtrәdә cәmi-әvalim,
Mürәkkәb eylәyib әczavü әza.
Fәlasif cümlә aciz hikmәtindә.
Ümumәn lәğvdir hökmi-әtibba.
Olub ondan
müvafiq dörd mәxalif,
Qılar
dörd zidd bir yerdә müdara.
Dibaçәnin axırında
yazılıbdır:
Fәqira, yetmәz hәrgiz intihayә,
Mәlayik ta qiyamәt olsa guya.
Dibaçәnin bәzi yerlәrini oxuya bilmәdik, çünki әlimizdә olan nüsxә imlasız vә dolaşıq xәtt ilә yazılmışdır.
Fәqirin gözәl әsәrlәrindәn birisi onun dünyanın bivәfalığı xüsusunda
yazdığı ibrәtnamәdir
ki, burada eyni ilә
dәrc olunur:
Qan
ağla, ey gözüm, yenә fәsli-bahar olur,
Bülbül
bahar olanda işi ahü zar olur.
Gül
mövsümündә naleyi-bülbül әbәs deyil,
Fәsli-xәzanı yadә salır, biqәrar olur.
Baği-cahanda
qönçәni
neylim olur bir ay,
Xarı
çәkir kәnarına, bietibar olur.
Novrәs cavanların qәdidir ziri-xakdә,
Eylәr nömüvv sәrv lәbi-cuybar olur.
Baxsan bәsirәt ilә әgәr zülfi-sünbülә,
Müşkül
sәnә ki, bir neçәsi aşikar olur.
Sünbül
deyil çәmәndәki, susәn deyil, nәdir,
Yarın
şikәnci-zülfüdü
yerdәn kәnar olur.
Topraqdәn çıxan xәti-sәbzi-nigardır,
Reyhan odur
ki, üzdә hәmişә qubar olur.
Gülşәndә bülbülә dedilәr:--Badә nuş bad!
Verdi cavab
ki, axırı rәnci-xumar olur.
İbrәtlә bax qızıl gülә, gör çәrxi-kәcmәdar
Әvvәl onu әziz edәr, axır nә xar olur.
Gәh qönçә pәrdәsindә qoyar, bağrı qan edәr,
Gahi
çәkәr gülabın atar, tarmar
olur.
Lalә deyil çıxıb
qızaran Bisütundә,
Fәrhad qәlbidir ki, hәr il dağdar olur.
Çәşmin vurar şükufә, әgәrçi beş-altı gün
Axır fәlәk qәbasin alır uri-ar olur.
Böylә xәyal etmә çәmәndә bәnәfşәdir,
Nakam әruslar qaşıdır vәsmәdar olur.
Dünya
birini ağladıban, güldürür birin,
Әbrin
sirişki xәndәgәhi-lalәzar olur.
Tәrk etgilәn bu dәhri-dәni pirә zalını,
Hәr gün bir ayrı
şövhәrә çün ixtiyar olur.
Bietibardır
bu köhәn
çәrxi-bibina,
Aqil
kişi nә yatmış
olur, huşyar olur.
Çoxları
tәrk edibdi fәlәk, yox nişanәsi,
İnsan
üçün onun әmәli
yadigar olur.
Bәhram Guri gör necә gurә çәkib fәlәk,
Rubahi-çәrxә şir olan axır şikar olur.
Bizdәn sora o qәdr baharü xәzan gәlir,
Hәr il şübatü azәrü neysan әyar olur.
Badi-sәba keçәr, sora badi-şimal әsәr,
Daim bu
ordu rüusi-şәhrü xar olur.
Biz
görmәdik,
görәn
görәcәkdir zәmanәni,
Gәh yaz olanda gül olu, gәh qışda qar olur
Kәsranı get Mәdainә al Tağdәn xәbәr,
Taci-Kәyan qoyan yenә dәfni-mәzar olur.
İskәndәriyyә şәhrinә get, gör Skәndәri,
Biçarә o cәlal ilә gör nә fikar olur.
Çoxları
çәkdi tәxteyi-tabutә tәxtdәn,
Cümlә şәhәnşәhin yeri ol qәbri-dar olur.
Ey nәfsi-şum, axır olubdur nәdir bu cәhd,
Vizrü
vәbalı
boynuna yığma ki, bar olur.
Beş
gündәn
ötrü dövlәtü malü imarәti
Gәl istәmә, gedәndә ki, bir intizar olur.
Fitnә dolub cәhanә, xәlayiq olub şәrir,
Yoxdur
cahanda xeyir, әcәb ruzigar olur.
Mәrdüm bulur halalı hәramü hәramı pak,
Nahaq
şәhadәt onlara daim şüar olur.
İmanların
satarla çilov, çayü qәhvәyә,
Çoxdur
bu şәxs yarlәri yadxar olur.
Şәri-nәbi qiyamini eylәrlә mәsxәrә,
Hәr yerdә әmrü nәhy ola, onlar fәrar olur.
Ya rәb, Әliyyü ali-Әli hörmәtinә sәn
Fәryadә yet o gündә ki, ruzi-şümar olur.
Artır
mәnә nәbiyyü vәlinin mәhәbbәtin,
Gәr böylә olsa, nәxli-ümidimdә bar olur.
Fәryadıma Әlini o gündә yetir mәnim,
Ruhum gedәr, bәdәn qalı biqәmküsar olur.
Yarü rәfiqü qövmü bәradәr qoyar gedәr
Әndamımı
sıxar, mәnә çün qәbr dar olur.
Ey dil,
ötürmә
damәni-ali-Mәhәmmәdi,
Qәm etmә, yavәrin, şәhi-Düldül-sәvar olur.
Artır,
Fәqir, dildә Әlinin mәhәbbәtin,
Hәr kәs qulam ola o şahә, tacdar olur.
Fәqirin bu ibrәtnamәsinә hikmәt nәzәrilә baxılsa, hәtiqәtdә bir para sirrlәr aşkar olur. Ruzigari-sitәmkarın pәnceyi-qәddarında giriftar olub,
ömürlәrinin
bahar çağında әcәl badәsini nuş edәn cavan oğlanların, ziba sәnәmlәrin mәzarları üstә bitәn gül vә lalәlәrin vә әnvayi-çiçәklәrin hәr birisi onların hüsni-mәlahәtlәrindәn nişanә deyillәrmi? Lәbi-cuybarda bitәn sәrvlәr ziri-xakdә dәfn olunan novcavanların qәddi-mövzunu deyilmi? Çәmәndә bitәn sünbül, susәn özgә bir şey deyil,
"yarın şikәnci-zülfüdü yerdәn kәnar olur".
Torpaqdan
göyәrib
yengi çıxan tәzә-tәr, xırdaca otlar
novcavanların gül üzarları üstә bitәn bu xәtlәrdir. Reyhanın üstә müşahidә olunan qubar üzdәki qәm qubarıdır. Bisütunda
çıxıb qızaran lalәlәr Fәrhad misallı namurad cavanların
dağdar olmuş ürәklәridir. Çәmәni müzәyyәn edәn bәnәfşәlәr vә çiçәklәr nakam әrusların pәrişan zülflәridir.
Dünyanın işi belәdir. Bir kәsi
başa kimi xoşhal vә kamyab etmәyibdir. Birisini
ağladanda, o birisini güldürür. Necә ki, buludu
ağladıb çәmәni-lalәzarı
xәndә qılır. Birisinin müsibәti qeyrisinin
fәrәhü şadlığına sәbәb olur.
"Kürdün çul satmağı"
tәmsili dәxi Fәqirin ibrәt
götürülәsi әsәrlәrindәn birisi
olmağa görә burada çap olunur:
Guş edin әrzimә yeksәr, siz әya
pirü cәvan,
Bircә tәmsil gәlib xatirimә,
eylüm әyan,
Nәql ediblәr bu keçәn il var idi
bircә kişi,
Sahibi-xeylü rәmә,
әhli-mәhali-İrәvan.
Toxumuşdu Fatısı әsl fayiq bir
çuli-әsb,
Xeyli mәtbuü dilavizü giran, qәdri
giran.
İşlәmişdi onun üstündә
Fatı düz iki ay,
Tar-pudunda onun bәnd elәyib rişteyi-can.
Şamova verdi çulu, söylәdi
ki:--Hәmsәri-mәn,
Sübhdәn sal çulu, min yabını, ol
şәhrә rәvan.
Aparıb bu çulu sәn şәhrdә
sat qırx manata,
Beş qәpik әksiyә satma ki, olur
bәs әrzan.
Satıb, al Dilpәriyә,
Gülpәriyә nimtәnәlik,
Yırtılıb, Dilpәrinin yoxdu
ayağında tuman.
Әti-әndamı çıxıbdır
eşiyә Nazpәrinin,
Köynәk al әyninә, hәm
başına şali-Şirvan.
Sәni tarı, a kişi, al mәnә
dә bir yalavuc,
Fәsli-yaylaqda tiküm nimtәnә
şali-Kirman.
Saqquz al Mahpәriyә, Şahpәriyә
güzgü, daraq,
Algilә cәhrәmә ig, bir tikә
qır, çit, kәtan,
Qәdri zәrnix, ahәg al gәtir
tәnvir elәyәk,
Tük basıb canımızı,
sirkә-bitә oldu mәkan.
Süuva bircә düdük, al
Әlüvә bircә lülük,
Mәmova bircә papaq al, verәyüm
hәqqi-çoban.
Әyn-başın tökülüb, al
özünә bircә geyim,
Madyana noxta alıb, eşşәyә
dә bircә palan.
Müxtәsәr, götdü çulu,
şәhrә rәvan oldu o kürd,
Çiyninә saldı gәzib çarsuyi-bazar,
dükkan.
Qırx manat söylәdi, bir kimsә onu
almadılar,
Şәhri üç gün dolanıb
mat-mәәttәl, heyran.
Dedi:--Bu töhfәdi, qәtәn alır
әşxas bunu,
Gәr qubernata verәm, çox mәnә
eylәr ehsan.
Müxtәsәr götdü çulu, sildi
tozü torpağın,
Gәtirib verdi qubernatә haman dәmdә
nişan.
Ta qubernat görüb söylәdi
işto-mişto,
Dedi:--Bir töhfә gәtirdim sәnә
canım qurban.
Yaranal aldı çulu, verdi qulamına o
dәm,
Şamovun qәlbi açıb gül kimi oldu
xәndan.
Yaranal söylәdi üç yol
"xaraşo", bir "malades",
Daxil oldu evinә, qıldı Şamo dadü
fәğan:
--Nә qәlәtdir elәdim öz
nәnә-babamla mәn,
Bilirәm Fatı yolur yalımı
bişәkkü güman.
Müxtәsәr, kәndә gәlib, ta
Fatı gördü әrini,
Üzü qara, әli boş, zurna
çalır, hәm balaban.
Şamova söylәdi Fatı:--Çulu
satdın neçәyә?
Hanı çul? Yağlığımız
noldu mәgәr? Eylә bәyan!
Dedi әr:--Fatı, çula uç
"xaraşo", bir "malades"
Yaranal verdi, әgәr sud ola, ya inki ziyan.
Eşidib Fatı, vurub kürdә ikiәlli
qapaz.
Kürd salıb möhra tasa,
çәşminә tar oldu cahan.
Durdu övrәt ayağa, geydi çarıq,
sonra dolaq,
Şamovu götdü, minib yabını
çün şiri-jәyan.
Girdi ta şәhrә, qubernat qapısın
etdi tәlәb,
Dışra
çıxdı yaranal, gördü gәlir dad, aman.
Dedi:--Zaçem
tı sidiş, dlya çevo stroqo?
Baş әyib övrәti-biçarә çәkib ahi-nihan.
Әrz
qıldı yaranala:--Mәn Şamovun Fatısıyam,
Niyә zülm eylәyә bilmәm ümәnayi-divan?
Vermisәn o çula sәn üç
"xaraşo", bir "malades",
Verirük
hәr kәsә, vermәzlә bizә bircә soğan.
Ya pulu, ya
çulu ver, istәmirik biz xaraşo,
Malades
qarnımızı sir elәmәz, istәr nan.
Eşidib
bu sözü çox güldü qubernat ol dәm.
Xoşuna
gәldi, gәlib nitqә, deyib xәndәkönan:
--A patom,
tı niboysya, istiroqa, istiraqa,
Lütfi-bihәd qılaram mәn sizә hәr saәtü an.
MӘNZUMӘ
Ey әzizim, sәnә ibrәtdi bu söz, eylә qәbul,
Xәlqdәn çәkmәgilәn gәrdәnә çox bari-giran.
Yox sәxavәt әsәri xәlqdә, yum çәşmi-tәmә,
Nәdi hәr lәhzә qubernat qapısı, xidmәti-xan.
Ey Fәqir, çәkmәgilәn çox da dәni minnәtini,
Söylәmә cifәdәn ötrü dәxi hәcvü hәdyan!
Fәqir bu kәlamda dәnitәblәrin minnәtinin bari-giran olmasını türfә timsali-әdibanә ilә nәzmә çәkib, sahibmәnsәblәrdәn vә ümәnayi-dövlәtdәn sәxavәt vә ehsanat dilәmәyin bihudә xәyal vә әbәs sәy olmasını göstәrir. Bundan әlavә ülumü mәrifәtdәn bibәhrә qalmış vә yarı insaniyyәt vә yarı vәhşiyyәt halәtindә güzәran edәn kürdlәrin mәişәtindәn bir parça nümunә göstәrir. Heyfa ki, Fәqirin sair әsәrlәrinә bәlәdiyyәt yetirә bilmәdik. "Moşt nomuneye-xәrvarәst" heysindәn bu mәcmuәyә daxil olanlar dәxi onun müqtәdir şair vә zәrif әdib olmasına dәlili-kafidir.