HACI RӘHİM AĞA DİLBAZOV
"VӘHİDİ"
Qazax şairlәrinin mötәbәr
vә müqtәdirlәrindәn birisi dә mәrhum
Hacı Rәhim ağa "Vәhidi"
tәxәllüsdür. Hacı Rәhim ağanın
bәyani-halını vә
izhari-әhvali-sәadәtiştimalını yenә
fazili-möhtәrәm Hacı Sәdi әfәndi ibn
әlqazi Sәdi әfәndi müxtәsәrәn
yazıb, onun әşarü asarından bir divan
sәbkindә tәrtib qılıbdır.
Hacı Sәdi әfәndinin
yazmağından belә mәlum olur ki, Hacı Rәhim
ağa әmrәn tәrkidünya vә üsrәn
eşqi-mövla vә fizzahir mәlali vә filbatin bikin
vә laübali olan bir zati-vilayәtsemat imiş. Özü
dә Qazax mahalında Xanlıqlar qәryәsindә
1238-ci[1] sәneyi-hicriyyәdә tәvәllüd
edibdir. Tәlim vә tәrbiyәsi öz valideyninin tәhti-nәzarәtindә
olubdur. Hәddi-kamala yetincә oxumağa vә yazmağa
mәşğul olubdur vә ziyadә zehnü
fәrasәt sahibi olduğuna görә, az vaxtda çox
mәlumat, xüsusәn mәrifәti-ilahiyә dair
bilik, kamalat kәsb qılıbdır.
[1] 1822.
Hacı Rәhim ağanın abavü
әcdadı nәcabәtü fәtanәtdә
mәşhur, fәsahәtü bәlağәtdә
vә hәmçinin şairiyyәtdә mәlum
vә püriştihar ümәrayi-Dilbazdandır vә
şairin atası Allahyar ağa dәyanәtkirdar vә
sәxavәtşüar bir bәy imiş.
Hacı Rәhim ağanın
ülәmavü füzәlavü şüәra
siniflәri ilә beyni xoş olmağa görә, onlar
ilә söhbәt edәrmiş vә onlara riayәtü
hörmәt vә bәzli-mәrhәmәt
göstәrәrmiş vә onların mәclisindә
vaxtlarını inşayi-şer vә imlayi-nәzmә
sәrfü bәzl qılarmış.
Hicrәtin 1276-cı[2] ilindә Hacı
Rәhim ağa azimi-Hәcci-şәrif olub, İstambul
şәhәrindә hala calisi-sәriri-hidayәt
vә rövnәqәfzayi-xanәdani-tәriqәt,
nәqşbәndiyeyi-sәadәt-bünyad olan
mövlana Hacı Mirhәmzә әfәndi
"Nigari" tәxәllüs ilә
görüşübdür vә mәlum ola ki, sabiqdә
Mirhәmzә әfәndi bir sәnә miqdarı
Xanlıqlarda mәksü iqamәt edibmiş, çünki ol şәrifü
müәzzәz zatın Xanlıqlar ağaları ilә vә
xüsusәn Allahyar ağa ilә dostluğu varmış.
[2] 1857.
Mirhәmzә әfәndi Hacı
Rәhim ağaya artıq hörmәt, iltifat
göstәrib vә şair öz mürşidinin
füyuzati-mәnәviyyәsindәn feyzyab olub, ol pirdili-münirә
rabiteyi-sidqü ixlas ilә inabәtü intisab etmişdi.
Hacı ziyarәt edib salamat geri
qayıtdıqda şair yenә İstambulda mövlana
Hacı Mirhәmzә әfәndi ilә
görüşüb, onun
xidmәti-zişәrafәtlәrindәn
bәhrәmәnd oldular. Vәtәni-mәluflarına övdәt
etdikdәn sonra şair hәmişә Mirhәmzә
әfәndinin fikrü xәyalı ilә olub, onun
surәtini vә söhbәtini xatirindәn
çıxarmazdı vә dünya işlәrinә mәşğul
olmazdı. Necә ki, bu babda Hacı Sәdi әfәndi
zәbani-fәsahәtbәyanı ilә yazıbdır:
"Bәd әzan, yәni vәtәnә müraciәt
etdikdә lövhi-xatiri-feyzmәzahirlәrin
sәvadi-masәvadәn müsәffa vә pürincila
vә sәfheyi-sineyi-bikinәlәrin
xәyali-surәti-pürsәfvәti-piri-binәzir
ilә mәnquş vә müsәvvәr vә
rabiteyi-fәna fişşeyx ilә
dili-maarifmәnzillәrin münәvvәr vә
pürziya etmişdilәr. Bir gunә kim, zakiri-övliya
vә tәkәllümi-övsaf vә
әxlaqi-piri-bihәmtadan bir lәhzә xali vә
әqvalü әfali-axirә hәrgiz nәzәrü
iştiğalı olmazdı vә hәrçәnd
belә zәvati-xacәsurәt dәrvişsirәt
tәyin edәr, amma bu zati-şәrif
dәryayi-qürbü hüzura öylә
müstәqrәq vә atәşi-şövqü
iştiyaq ilә bir gunә mühәrrәq olmuşdu
ki, zahirü
batindә qeyr әz dәrvişi bir hal
mülahizә vә müşahidә olunmazdı...."
Hacı Rәhim ağanın Mirhәmzә
әfәndi ilә miyanәlәrindә
hәmişә irsalü mürasәlә vә
mükatәbә olurdu. Ol zati-müәzzәzin
xidmәti-zirifәtinә tәrqim etdiyi namәdir, o
qәzәl ki, buyurubdur:
Yazıb bir şәqqә, ey şahim, bizi
sәn sәrfәraz etsәn,
Sәnә müştaqü heyranәm,
bizә sәn nazi az etsәn.
Mәrizi-eşqdir könlüm, bu cism
zağә nisbәtdir,
Uçurub göylәrә, şahim, bizi bir
şahbaz etsәn.
Dualәr eylәrәm daim, bulud qoymaz
göyә çıxsın,
Gәdayә bu tәrәhhümdür,
buludları ayaz etsәn.
Әzizim, qәdrin әladır, necә
әladәn әla mәn,
Sәn ol Mahmudi-Qәznәvi, bizi dә
sәn Әyaz etsәn.
Nә hasil zövqi-dünyadәn,
müridlәr zövqü sizdәndir,
Duan dәrgahdә mәqbul, bizimçün
bir niyaz etsәn.
Hәqiqi mürşidim sәnsәn,
mәcazidә mәnәm bir xak,
Nәzәrin kimyadır bәs bu
toprağә bir az etsәn.
Çevirdin eşq camından, mәni
dәryayә qәrq etdin,
Dәrindir eşq dәryası,
mәnimçün bir dayaz et sәn.
Yәqindir bizdә lütfün var ki,
feyzindәn dilәr könlüm,
Kәrәm qıl sәn, kәrәm
kanı, kәrәm dәstini baz et sәn.
Gözüm yaşilә yazdım kuyinә
bu, nameyi-qәmdir,
Tökәr qan hәşrә dәk
çeşmim, bizi әhli-mәcaz et sәn!
Kәlami-pakın ilә min Vәhidi pak olur
hәr dәm,
Aman, ey Şahnigarım, bizә bir kar saz et
sәn!
Yenә öz mürşidi Hacı
Mirhәmzә әfәndinin hәsrәt vә
arzusunda deyibdir:
Bir mәlahәt gülşәnindә
yarı gözlәr gözlәrim,
Bәhri-dür qәvvasiyәm, mirvarı
gözlәr gözlәrim.
Feyzinin müştağı çeşmim
müttәsil bidardır,
Ol tәriqәt mürşidi Nigarı
gözlәr gözlәrim.
Saqiya, ver bir qәdәh, artır
gözüm fәvvarәsin,
Çün sәnin sәrmәstinәm,
xummarı gözlәr gözlәrim.
Qılma inkarın, hәsuda, aşiqin
mәhbubu var,
Var olalı yox demә, bir varı
gözlәr gözlәrim.
Eşq sәrfindәn, hәbiba, bir
mәtaim var mәnim,
Bu mәtai satmağa bazarı gözlәr
gözlәrim.
Şükrülillәh çün
Vәhidi saqidәn sәrmәstdir,
Mәsti-lütfi-vәhdәtәm,
didarı gözlәr gözlәrim.
Şair dәrgahi-hәqqә münacat edib,
bu dil ilә öz günahü
mәsiyәtlәrindәn әfv istәyir:
Neçә illәr keçdi ömrüm
fisq ilә, üsyan ilә,
Çün peşimanәm, ilahi, ağlaram
iman ilә.
Mәn peşimanın, xudaya, әfv qıl
üsyanını,
Vardı xövfüm cümlәsindәn
sәn keçir asan ilә.
Bigünәh çün ömri-fani
keçmәyir bir an dә,
Qafil olduq, heyf keçdi ömrümüz nadan
ilә.
Bәhri-әltafın ki, bihәd,
mәrhәmәt qıl qәtrәsin,
Rәhmәtindәn naümid şeytan olur
şeytan ilә.
Ol hәbibin hörmәtinә
qılıram min salavat,
Min sәlamә bir şәfaәt lütf
edә ehsan ilә.
Şәfqәtindәn
mәğfirәtdir çün, xudaya, qıl әta
Bu Vәhidi xәstәni әhli-tәriq
ixvan ilә.
Zәmanәdәn vә
әhli-dünyadan şikayәt:
İmtahan etdim, fәnadә qövli sadiq yari
yox,
Cövrünü çәkdim cahanın,
qәmi var, qәmxari yox.
Neçә kәslәr
bәslәdimsә, görmәdim nәfin anın,
Bәslәdim bir nәxl kim, yaprağı
vardır, barı yox.
Şahı olsa bu cahanın sәn qәmsiz
keçәr,
Kimi gördün bu fәnadә kimdi ki,
azarı yox.
Hansı xubun, hansı ziştin mәdhü
zәmmin söylәyim,
Çün pәrişanәm, Vәhidi,
söylәmәk izharı yox.
Şair yenә әhli-zәmanәdәn,
xüsusәn divan әmәlәlәrindәn vә
bәniәsfәr zülmündәn bir
müxәmmәsindә nalәvü fәryad edib,
qadirü qәhhar olan xudavәndi-alәmә hali-dilini
әrz elәyir. Şairә artıq tәsir edәn bu
hal olur ki, xaricdә hәr dәnitәb, sәfil adamlar
varsa, bizim vilayәtimizdә ağalıq edib vә
rüşvәt almaq ilә özünә malü
dövlәt qazanıb, böyük iddialara düşür
vә heç kәsi tanımır;
fәqir-füqәraya vә әlsiz-ayaqsızlara
hәddәn ziyadә zülmü sitәmi rәva
görüb, mömin vә müttәqi kәslәrin
üstünә dә min cürә şәrrü
böhtan atır.
Bu müxәmmәs bәzi
sәbәblәrә görә buraya daxil olmadı.
Mustafa ağa Nasir ilә Vәhidi
mabeynindә ülfәtü mәvәddәt
varmış vә yek-digәrlәrinә şerü
qәzәllәr yazıb göndәrәrlәrmiş.
Bir qәzәlindә Vәhidi Nasiri öz evinә qonaq
dәvәt edib özünün ona olan ixlasü sәdaqәtini
bәyan qılır vә onun guşәnişin
olmasını tәsdiq edib deyir ki, yaxşı
kәslәrin adәtidir ki, pislәrdәn kәnar
gәzәr, amma mәn sәnin xeyirxahınam,
gәrәkdir ki, mәni pislәrdәn ayırıb
onlara bәrabәr etmәyәsәn:
Mәn sәnin ixlasınam, yanında gәr
mәzur isәm,
Fәhm qıl, yaxşı tanı bir dost
ilә düşmanı sәn!
Gah lütf et, gah dә ol guşәdә
xәlvәtnişin,
Oxu şeri-Sәdini, Firdovs ilә Xaqani
sәn!
Çün Vәhidi, şaira, çox
müntәzirdir vәslinә,
Tövbә qıl, bir dә demә hәr
dәm ona böhtani sәn!
Vәhidi haqqında Nasir dediyi böhtan
sözlәr nә imişsә, ona çox әsәr
edibdir vә Vәhidi bu barәdә ona bu cavabı
yazıbdır:
Şair, ol guşәnişin, söz demә
agahlәrә,
Dilini zәbt elә bir
düşmәyәsәn çahlәrә.
Bir ocağız ki, biz,
çaçilәyәn tәliqәdir,
Bu sәfahәt nә sәn kimi
bәdxahlәrә.
Bu ocaq eylә ocaqdır işığı
hәr yanә
Gah-gah şölә salır sәn kimi
gümrahlәrә.
Vәkil olmaqda mәramın bu imiş ev
yıxasan,
Neçә sәn kimilәri dur
gәrәk cahlәrә.
Bu qәzәldir ki, Füzuli dedi xoş
saәtdә:
Bәxt şayәstә deyil himmәti
kutahlәrә.
Ey Vәhidi, sığınıb sidq ilә
sәn eylә dua,
Alәmin xaliqinә, rütbә verәn
şahlәrә.
Tәbi әla olanı bәxt özü
meydanә çәkәr,
Belә әdna tәb ilә uyma o
hәmrahlәrә.
Ya rәb, oldur duamız özünә
möhtac eylә,
Bizi möhtac elәmә hәr üzü
siyahlәrә.
Bu şer Nasirin haqqında deyilmәyi ondan
mәlum olur ki, Vәhidi öz kәlamını bu
sözlәr ilә başlayır:
Şair, ol guşәnişin, söz demә
agahlәrә i.a.
Nasirdәn başqa Qazax mahalında
guşәnişin qeyri bir şair olmayıbdır. Amma
Vәhidinin qeyri sözlәri mәrhum Mustafa ağanın
halına vә xasiyyәtinә uyan sifәtlәr deyil.
Mәsәlәn:
Vәkil olmaqda mәramın bu imiş ev
yıxasan--
--vә qeyri hübbi-cahü şövkәt
kimi. Mәlumdur ki, Mustafa ağa Nasir cahü cәlalı
axtaran vә vәkillik iddiasına düşәn adam
deyilmiş. Xilafi-şәrü nainsaf işlәr dә
onun tәbiәtinә ziddü bәrәks olduğu
halda "ev yıxmaqlıq" vә
"şәrarәt" sözü dәxi onun
şәnü halına münasib deyil. Vә digәr,
Mustafa ağanın әşarü kәlamı
içindә Vәhidiyә toxunan bir әsәr
görmәdik ki, Vәhidi mәcburәn ona belә
sәrt vә acı mәzmunlu cavab yazsın. Hәr
surәtdә hәqiqәti-hal gәrәk özgә
tәrzdә olsun vә onu dәxi kәşf etmәk
bizә müyәssәr olmadı. Amma bunu dürüst
deyә bilirik ki, Vәhidi mәrhum Mustafa ağanın
şәnü rütbәsini bilib, xatirini әziz
tutarmış vә Mustafa ağanın ölmәyi ona
ziyadә tәsir elәyibdir vә bu babda yazıbdır:
Ah kim, yıxdı fәlәk mehrab ilә
bir minbәri,
Biri şair, şergu Nasirdir, alәm
sәrvәri.
Qәbr içindә şerlәr
tәnzim edәr, bil, ey fәlәk,
Durmağa sәnlә hesabә
gözlәyir ol, mәhşәri.
Qoymadın kim, eylәyib şerin tamam dastan
edә,
Gözünә soxsa, yeridir, ruzi-mәhşәr
dәftәri.
Nasirin ahı sәni bil yandırır
çırpı kimi,
Xarü xәs üzrә qoyasan bir
qızarmış әxgәri.
Eşqdәn bil yandı Nasir, xövfü
yoxdur nardәn,
Necә kim, yanmaz oda gәr atasan
sәmәndәri.
Ey Vәhidi, qafil olma, kәndini gözlә
müdam,
Sübhü şam tәkrar qıl ahini
dildә әzbәri.
Hacı Rәhim ağa Vәhidinin elmü
kamalı artıqmışsa da, tәbi çәndan
rәvan vә mövzun deyilmiş vә
kәlamının әksәri mәnәn indәl-ürәfavü
şüәra mәqbul isә dә, zahirәn
qüsurü rәkakәtdәn ari vә bәri deyil.
Şeyx Sәdi әleyhirrәhmәnin
Bәrge-derәxtane-sәbz dәr
nәzәre-huşyar,
Hәr vәrәqәş
dәftәrist mәrefәte-kerdeqar[3].
[3] Tərcüməsi:
Ağıllıların nәzәrindә
yaşıl ağacların yarpağının
Hәr biri allahın qüdrәtindәn bir
dәftәrdir.
--şerinә yazdığı
nәzirә şayani-diqqәt olduğundan burada tәstir
olundu.
Kәlami-Vәhidi:
Qәtreye-nisane-ab dәr
sәdәfe-bәxtiyar,
Xase-cәvaher şәvәd
mәrefәte-kerdeqar.
Kerme-zәif mixorәd bәrge-derәxti
әz an,
Әtlәse-diba şәvәd
mәrefәte-kerdeqar.
Saqi dәhәd badevo mәst
şәvәd hәr morid,
Zekr konәd hәr yeki,
mәrefәte-kerdeqar[4].
[4] Tərcüməsi:
Bәxtiyar sәdәfdә nisan
yağışının bir damcısı
Allahın qüdrәtindәn saf cәvahir
olur.
Zәif bir qurd ağacın
yarpağını yeyir, ondan
Allahın qüdrәtilә tәbii atlas
әmәlә gәlir.
Saqi badә verir vә müridlәr
mәst olurlar,
Hәr biri allahın qüdrәtindәn
danışırlar.
Mәdhi-dilbәr babında deyibdir:
Üzün gülbәrg tәk nazik,
qәdin minadәn әladır,
Yanağın lalәdәn
göyçәk, güli-rәnadәn әladır.
Sәnin tәk bir Züleyxanın ucundan
bәndi-zindanәm,
Mәnәm sevdadә Yusif tәk,
neçә sövdadәn әladır.
Züleyxadәn sәn әlasәn ki,
tәbindә fәsad olmaz,
Ol etdi Yusifi rüsva ki, çox rüsvadәn
әladır.
Qaşın nuri-hilal, ey gül, gözün
mәxmurü mәstanә,
Cәmalın eylә zibadır, tamam
zibadәn әladır.
Cәbinin bәdri-әnvәrdir, lәbin
möcüzi-İsadır,
Әlin üşşaqә can verir,
yәdi-beyzadәn әladır.
Yәqin, ey qönçeyi-xәndan,
sinәn sirri-ilahidir,
Sәnin ayineyi-könlün cahannümadәn
әladır.
Dürü mirvari bәzmindә
düri-nasüftәsәn derlәr,
Düri-nasüftә hәr yerdә düri-әladәn
әladır.
Açıb hüsnün kitabın,
bağladın dibaçeyi-Şirin,
Sәnin dibaçeyi-hüsnün
Şirinü Leyladәn әladır--
Ki, bir Leylanın eşqindә neçә
Mәcnuni-şeyda var,
Vәhidi öylә şeydadır ki,
hәr şeydadәn әladır.
Hacı Rәhim ağa özü tәmir
etdirdiyi mәscidin tarixini vә basәfa yerdә bina
olmağını tәrif edir:
Nә cayi-dilgüşadır kim, bu mәscid
bunda var olmuş,
Baxan göz açılır, könül,
çay üstü lalәzar olmuş.
Xәtibi xütbә oxuyur, imami
mәdhi-mövlayi,
Yanar qәndil ilә şәmi
cәmaәt feyzbar olmuş.
Sәhәr bülbül sәdasindәn
müәzzin xabdәn bidar,
Müәzzin nalәsindәn gör
balıqlar guşdar olmuş,
İbadәt eylәyir onda, xuda indindә
mәqbuldur
O kim, ondan qaçar, bil, xarü zarü
şәrmsar olmuş.
Müvәrrix tarixin, bil,
"xaneyi-pәrvәrdigar" etmiş,
Vәhidi, ali-Dilbazә bu mәscid yadigar
olmuş.
Vәhidinin atidә zikr olunan
kәlamından belә mәlum olur ki, onun әqrәba
vә yaxud әhibbalarından birisi Qazax mahalından
dilgirü rәncidә olub, köçüb Qarabağa
Tәrtәrbasana, yәni Cavanşir mahalına gedibdir.
Şair indi ondan әhvalpürsan o yerin övzavü
әhvalından xәbәr istәyir:
Әla ey tutiyi-әsrar, xoşam nalәn
vüsalından,
Fәraqın çәkmә
övtanın fәrar etdin xisalından.
Qazaxı incinib әnqa kimi çün
tәrk qıldın sәn,
Danış, lal olma, tutiyi-Qarabağın
kamalından.
Duası müstәcab olur, qәrib
qürbәtdә sәbr etsә,
Qarabağ içrә seyr eylә,
xәbәr ver yaxşı halından,
Qazax әhvalını bil, sәn
görәndәn indi bәdtәrdir,
Çıxıb Yәcuc ilә Dәccal,
yağar qan mәkrü alından,
Sonası Kür qırağının
sizә mәlum, müşәxxәsdir,
De, Tәrtәr üstünün varmı
gözәli gül cәmalından?
Sәrindә eşq sövdası, Vәhidi
mәstdir hala,
Olaydı
bir nigar, ey dil, yazaydım xәttü xalından.
Hacı Rәhim ağa vәfat edibdir
mәhәrrәmül-hәram ayında 1291-ci[5]
sәnәdә.
[5] 1874.
Vәfatının tәfsilini Hacı
Sәdi әfәndi bu sayaq yazır: "1291-ci
sәnәnin mәhәrrәmül-hәram
ayının 9-cusu çәrşәnbә günü
bәzi hәvayici-mәaş üçün Xanlıqlar
ilә hәmmәhәlli çarsu bazar vә
çayi-iqamәti-hökumәtü kirdar olan
Dağkәsәmәn qәryәsinә bir
qәdәr nasaz ola-ola azim olub, şәbangah
özünün müxlisi-qәdimi vә
mәhәbbәti-sәmimi
zaiqi-cüreyi-bәzmi-sәfa vә
şaiqi-müridani-dәrgah müәllimi olan Molla Vәli
Kirәvәli oğlunun otağına
adәti-mәlufәsi üzrә nüzul vә ol
gecә orada istirahәt ediblәr. Bәd әz
namazi-sübh çay içib oturub kamali-zövqü
şövq ilә İbrahim Hәqqi qәddәsә
sirrәnin bu qәzәlini oxuduğu vaxt
әsnayi-münaşidәdә tәslimi-ruh vә
canibi-illiyyinә rehlәti-pürfütuh ediblәr".
İbrahim Hәqqinin qәzәli budur:
Vәfa istәrsәn allahdan bu gün
cövrü cәfadәn keç!
Sәfa ümmid edәrsәn
işrәtü zövqü sәfadәn keç!
Dila, biganәlәrlә aşina olmaq sana
düşmәz,
Kәsil biganәdәn, mövladәn
özgә aşinadәn keç!
Sәnin kibi hezarın bağrına xar oldu bu
gülşәn,
Tәәllüq eylәmә hәrgiz bu
dәhri-bivәfadәn keç!
Müridi-eşq isәn tәrki-iradәt
eylә, ey sufi,
Vücudi-mәhvi-küll qıl, [hәm]
fәnadәn keç, bәqadәn keç!
Әlin әrşi-bәrinә irsә,
Hәqqi, olmağil mәğrur,
"Ov әdna"[6] mәrkәzin
gözlә, mәqami-müntәhadәn keç!
[6] "Ov әdna" sözü
sufilәrdә bir istilahdır.