HACI RӘSUL "RӘSUL"

 

 

 

 

Hacı Rәsul ibn Zәrgәr Kәrim dәxi Fateh, Nicati vә Nafe kimi rәsuli-xudanın vә onun ali-әtharının vә әshabi-güzininin mәddahlarından birisi olub, әsәrlәrindәn müfәssәl mövludnamә, vәqeyi-Kәrbәla, bәzi münacat, qәsaid vә tәsnifati-mütәәddidәlәri vardır.

 

Hacı Rәsul Nuxa şәhәrinin Yuxarıbaş mәhәllәsindә sakin olurmuş vә hәştad sәnәyә qәdәr ömür sürübdür. Vәfat edibdir 1300-cü tarixdә rәbiülәvvәl ayında[1].

 

[1] 1882.

 

Mәrhum çox zirәk adam imiş. Bir qәdәr mәlumat cәm edib, gah mollalıq edәrmiş vә gah ticarәt vә çörәkçilik sәnәti ilә ehtiyacsız, rahat dolanarmış. Çox müttәqi vә mömin bir şәxs olduğundan әsәrlәrindәn çoxunda dәxi dinü imana dair mәsaildәn bәhs edәrmiş. Nümunә üçün bәzi әşarı burada zikr olunubdur.

 

Sifәti-rövzeyi-şәrif:

 

Yetişdim rövzәyә, gördüm binayi-Mustәfadır bu,

Mәqami-sәrvәri-din, şafeyi-yövmül-bәqadır bu.

 

Girib babi-sәlamәtdәn hüzurә әssәlam etdik,

Görәrkәn rövzәsin bildik ki, mәhbubi-xudadır bu.

 

Münәvvәr canibi-riclindә әnvәr türbeyi-siddiq,

Huvәs-siddiq ki, ol mәzhәri-din müqtәdadır bu.

 

Onun payi-şәrifi üzrә vazeh türbeyi-Faruq,

Sәadәt gәncinin fәxrivü nuri-bilhüdadır bu.

 

Mәratib türbeyi-salis vüqui rövzәtül-vahid,

Dәrun beyti-şәrifasa, vәli qeyri nümadır bu.

 

Qәfayi-rövzәdә binti-Mәhәmmәd mәfxәri-mövcud,

Mәqami-Fatimә ümmi-şәhidi-Kәrbәladır bu.

 

Cәlali-rövzәnin mәdhi misali-cәnnәtül-firdovs,

Rizası baisül-cәnnәt Rәsuli-kibriyadır bu.

 

Sәfayi-nurә müstәqrәq olan anlar bu asarı,

Nә bilsin mәn kimi qafil necә darüs-sәfadır bu.

 

Mühәssil dari-mәvadır, mәqami-Әhmәdi-Mәhmud,

İcabәt әhlinә tuba, rәhi-cәnnәtsәradır bu.

 

Dәr hәqqi-çahar yar:

 

Lәtafәti-xülәfa lәzzәti çahar yarә

Xülusi-eşq ilә hәr kәs edәrsә nәzzarә,

Olurdu cövfünә varid hәdisi-hikmәti-nur,

Çatar bәqayi-sәfadә mәqami-әbrarә.

Cahanda gör nә cәfalәr çәkibdi hәr birisi,

Nә intiqam ilә xәsmә edibdilәr çarә.

Üsuli-dindә peyapey ümurә qoydu qәdәm,

Müvafiqәt edib әmri-cәnabi-qәffarә.

Bax onların sәbәbi-ictihadi-qeyrәtinә,

Qıl inqiyad әsәrincә yol açma әğyarә.

Әqayidi-xülәfa, hәm rәsuli-әmri-xuda

Bәrati-baği-cinandır, baxın bu әşarә.

Müvәhhidi mütәvәccih edәr bu әxbarat,

Rizayi-hәqq ilә bir bax bu çәrxi-dәvvarә.

Hәrarәti-mütәәttәşü mai birrü sәfa,

Nә iltizaz verir gör qülubi-әnvarә.

Nә feli var isә әbdin qәza günü açılır

Hüzuri-dәrgәhi-şahi-qәdimü qәhharә.

O gündә, rәbbi, Rәsulun ricasın eylә qәbul,

Behörmәti-nәbәvi rifәti-kәrәmkarә.

Edәk hәbibi-xudanın cәmalına sәlәvat,

Şәfiyi-şahid mütlәqdi biz günәhkarә.

 

Bu kәlamda xülәfayi-raşidinin din yolunda çәkdiklәri cәfavü bәlalara şair işarә qılıb, onların әmri-ilahini vә üsuli-şәriәti-nәbәvini yerinә yetirmәkdә müttәfiqül-qövl vә fel olmaqlarını bәyan edib özünә xitabәn deyir:

 

Bax onların sәbәbi-ictihadi-qeyrәtinә,

Qıl inqiyad әsәrincә yol açma әğyarә.

 

Bu beyt kaffeyi-müsәlman üçün bir ziqiymәt dәrguş mәnzilәsindә olub, heç vaxt xatirlәrdәn gәrәk unudulmasın.