KӘRBӘLAYİ QULU XARRAT
VӘLӘDİ-MӘHӘMMӘD PӘRİ
NAZZADӘ "YUSİFİ"
Kәrbәlayi Qulunun sәnәti
xarratlıq idi. Çox dәqiq vә әhli-zövq,
şirinkәlam bir şәxs idi ki, cümlә
Şuşa әhli onu әziz vә mehriban tutardı.
Öz sәnәtindә artıq mәharәti olduğu
kimi, elmi-musiqidәn dәxi baxәbәr idi vә
Qarabağın mәşhur xanәndәlәri ki,
ibarәt[dir] Hacı Hüsidәn, Mәşhәdi
İsadan, Çәtәnә Mәhәmmәdin
oğlu Әsәddәn, Әbdülbaqi vә
qeyrilәrindәn, onun
dәstpәrvәrdәlәridir.
Kәrbәla faciәsinin şәbihini
göstәrmәkdә onun misli yox idi. Belә ki,
şәbihgәrdanlığın binasını vә
ziyadә şükuh dәstgah ilә bu hüznavәr
keyfiyyәtin macәrasını tәsis vә
tәşkil etmәkdә onun yәdi-beyzası vardı.
Belә rәvayәt olunur ki, bir
dәfә bir işdәn ötrü Kәrbәlayi Qulu
Tiflisә gәlibmiş. Öz
dәstpәrvәrdәsi olan Әbdülbaqidәn
kәmetinalıq izhar edibdir vә Kәrbәlayi Qulu bunun
sәbәbini bilmәk istәdikdә cavan
xanәndә onun cavabında sәrt sözlәr ilә
deyibdir ki: "Mәnim nişәst-bәrxast etdiyim adamlar
Tiflisin nücәbası vә gürcü
knyazlarıdır. Sәninlә mәnim nә
әlaqә vә rәf-rücuum ola bilәr?"
Kәrbәlayi Qulu onun müqabilindә cavab verib ki:
"Sәn sövtünlә mәğrurlanıb
ustadına kәc baxırsansa, әlimdәki
sәnәtim dәxi mәnim üçün
mayeyi-fәxrdir vә mәni sәnә hәrgiz
möhtac etmәz". Bu göftügudan sonra Xarrat Qulu bir
zәrif qәlyan sәri qayırıb vә onun üstünә
bu şeri yazıb, o vaxtdakı Qafqaz canişini veliki knyaz
Mixail Nikolayeviçә tәqdim edibdir:
Çube-zәifra әgәrәş
tәrbiyәt dәhi,
Cayi resәd ke busәgәhe-xosrovan bovәd[1].
[1]
Tərcüməsi:
Әgәr zәif (zәrif) çubuğa ziynәt versәn,
Vaxt olar
ki, şahların öpüş yeri olar.
Xarrat
Qulunun belә zәrif işi sәrdara xoş gәlib, ona hәdiyyәlәr әta edibdir vә Әbdülbaqi öz işindәn xәcalәt çәkibdir.
Mәrhum Abdulla bәy yazdığı hәcvә cavab verәnlәrdәn, necә ki, sabiqdә zikr olundu, birisi dә Mirzә Mehdi Gәncәvi idi--"Naci" tәxәllüs. Çün Naci cümlә Qarabağ әhlinin irzü namusuna toxunub,
İbrahim xanın hәr gecә bir
düxtәri-bakirә almağına işarә qılmışdı, ol sәbәbdәn şüәrayi-Qarabağ ona cavab vermәyi özlәrinә borc bilib, bu әmri Xarrat Quluya hәvalә etmişdilәr ki, hәcvguluqda onun misli yoxdu. Vә Xarrat Qulu dәxi dörd hәcv dalbadal Naciyә göndәrmişdi. Әvvәlki hәcvin axırını bu şerlәr ilә qurtarır:
Çöp
uzatmaz arının deşiyinә bir әhmәq,
Çünki
niştәr kimi
var nişi onun, niş uranәst.
Tәmәi-xәlәt ilә özünü saldın tәlәyә,
Bәli, quyruq görә tülkü tәlә içrә düşәnәst.
Mehdiya, mәhdi-tәfәkkürdә idi tifli-xәyal,
Oyadıbsan
yuxudan, eylә yәqin yatmayanәst.
Dәxi bundan sora tab eylәgilәn, gör ki, sәnin
Hәcvinә rağib olanlar nә qәdәr әhli-fәnәst.
Yusifi,
Asivü Novrәs,
biri Mahmud, Fәna,
Biri Salar,
biri Sadiqi-gürgi-köhәnәst.
Dәxi Agahü Qara, Nazimü Mәhzun, Şәhid,
Fәnni-әşardә hәr birisi bir әhrimәnәst.
Katibü
Aşiqü Mәxfiyyü
Hәkimü
Müznib,
Azәrü Sabitü hicriyyü Vәfara hünәrәst.
Şüәra әllәrinә düşdü әcәb dәstaviz,
Etmәyincә sәni rüsvayi-cahan әl çәkәnәst?
Ol xәbәrdar yәqin "Beyti-xәmuşan" әhli
Hәr biri hәcv yazıb qulluğuna
göndәrәnәst.
Şiri-dәrrәndәlәrin saxlamışam zәncirin,
Yoxsa rubah
şikar etmәyә cümlә gedәnәst.
Müntәzirdir şüәra Gәncә ara ta görәlәr
Bәyü xanzadә nә gunә sәnә tәnbeh edәnәst.
Qәzәli-Yusifi:
Baz dәr Mesre-çәmәn Yusefe-qol peyda şod,
Әndәliban ço Zoleyxa besәre-ğouğa şod.
Hәmço Fәrhad bәr amәd befәğan morğe-çәmәn,
Qonçe
әz bade-sәhәr çon lәbe-Şirin va şod.
Bәr dele-lale әyan gәşt ço Mәcnun daği,
Nәrges әndәr çәmәn әz eşvәgәri Leyla şod.
Kәşte çon Vameqe-bidel
beqolestan bolbol,
Dәr qolestan qole-әhmәr ço roxe-Әzra şod.
Sәhne-qolşәn Dogәh әz Şuro-Nәvaye-bolbol
Rast ba lәhne-Homayun por әz ğouğa şod.
Mordeqan әz çәmәne-nәfxeye-İsaye-sәba
Sәr ze xak arәdo birun ze dәmәş әhya şod.
Yusefi dәr ğәme-an delbәre-manәnde-Әyaz
Hәmço Mәhmud rәhe-eşqe-cәhan rosva şod[2].
[2]
Tərcüməsi:
Yenә Misir çәmәnindә gül üzlü Yusif
göründü,
Bülbüllәr Züleyxa kimi sәs-küyә düşdü.
Çәmәn quşu Fәrhad kimi fәğana gәldi,
Qönçә sәhәr yelindәn Şirinin dodağı kimi
açıldı.
Lalәnin ürәyinә Mәcnun kimi od düşdü,
Nәrgis çәmәndә nazlanaraq Leyli oldu.
Bülbül
qәmgin Vamiq kimi
çәməndә seyr etdi,
Qızıl
gül gülüstanda Әzranın üzü kimi oldu.
Bağ-bağça
bülbülün Şur, Dügah, Nәva,
Rast vә Humayun ahәnglәri ilә doldu.
Ölülәr İsanın sәhәr nәsimli nәfәsindәn
Torpaqdan
baş qaldırıb dirildilәr.
Yusifi o Әyaza oxşar dilbәrin qәmindәn
Mahmud kimi
dünyada eşq yolunda rüsvay oldu.
Bundan әlavә Yusifinin gözәl kәlamları çoxdur. Ancaq bununla
iktifa edirik: Moşt nomuneye-xәrvarәst[3].
[3]
Tərcüməsi:
Bir ovuc
(burda, dәn vә s.b.k.) bir xalvarın
nümunәsidir.
Mәnası: cüzvә baxıb küllü tәsәvvür elәmәk olar.