MUSTAFA AĞA "ŞUXİ"

 

 

 

 

Mustafa ağa Şәkixanov mәşhur şair Kәrim ağa Fatehin sülbi oğludur. Mustafa ağa validi-büzürgvarı kimi mәrifәt vә kamal sahibi, möhtәrәm bir şәxs olub, әksәr övqat mәclisini ürәfavü şüәralar ilә tәzyin edәrmiş. Zindәganlığının ibtidasında dövlәtmәnd olub, axır vaxtlarda bir az kasıb düşübdür vә özünә mütәәlliq olan әmlakın mәdaxili ilә güzәran edәrmiş. Mәrhum Mustafa ağa Şuxinin çox rәvan vә gözәl tәbi var imiş. Öz dәstxәtti ilә yazılmış bir divanı vardır ki, onda әdәbiyyatın hәr növünә dair әşarü kәlam vardır. Onlardan bәzisi nümunә olaraq burada zikr olunur.

 

Zәmanә әhlinin әxlaqi-zәmimәsinә dair deyilibdir:

 

Nә surәt bilmәzәm әhvali-xәlqi-dövri-hazirdir,

Olubdur bir-birinә cürmsiz nahәqq cabirdir.

 

Xәyanәtlә dәruni sәrbәsәr mәmlüvvdür xәlqin,

Kimi tәsviri-adәmlikdә görsәn, şәkli-zahirdir.

 

Әgәr kim, dәrdini izhar edәrsәn sandığın yarә--       

Ki, guya alәmә izhar üçün mәmur naşirdir.

 

Atıb öz karını cümlә biri hәmdigәri halın

Tәcәssüs eylәmәkdә daima amadә, nazirdir.

 

Ucalda gәr fәlәk hәmmillәtindәn bir kәsin başın,

Dili-әqvami büxlindәn müdam aşüftәxatirdir.

 

Vә ya dövri-qәza birlә ola әfsürdә ixvanı,

Dәnaәtdәn görә qardaşın ol halәtdә şakirdir.

 

Edib әfalını mәğşuş cümlә sahibi-sәnәt,

Hәzaran heyf ol ustadlәr kim, işdә mahirdir.

 

Görünmәz doğruluq әqvalü әmali-xәlayiqdә,

Sәrapa әyrilikdir feli-mәrdüm hәrçi sadirdir.

 

Nolur bilmәm bu әfal ilә axır karımız, ya rәb,

Bu tәrz ilә olub yek-digәrindәn cümlә nafirdir.

 

Gәhi xәndan, gәhi giryan edir dövri-fәlәk daim,

Әsasi-dövri-alәm ruzü şәb çәndan ki, dairdir.

 

Zamanın halәtin bu tәrz ilә gördükdә, ey Şuxi,

Vәfa eylәrmi göftarә dili ol kәs ki, şairdir.

 

Şuxinin bu qәzәli şikvәüslub olsa da, pürmәzmun kәlamlardan birisi olub, bizim yerlәrin әhalisinin müqtәzayi-tәbiәtlәri olan büxlü hәsәdi, nәmmamçılığı, öz işini buraxıb özgә sözü danışmağı, aralıq qarışdırmağı, qövm-әqrәbanın tәrәqqisinә xәyanәt vә әfsürdәhal olmasına bәşaşәt etmәklәri vә filcümlә bәşәrә layiq olmayan halı vә sifәtlәrini şәrhü bәyan edir.

 

Filhәqiqә, ancaq bizim torpağın adamlarıdır kәsrәti-kәsalәtdәn öz şüğlü karını atıb, hәmdigәri halını tәcnis etmәyә daim amadә vә nazir ola. Bir kәsin başı uca olsa, onun büxlindәn digәri pәrişan vә aşüftәxatir ola. Qardaşı qәzadan bir bәlaya düçar olsa, ona tәsәlli vermәyib kәsrәti-qәnaәtdәn onun pәjmürdә halına qәlbdәn şadü şakir ola. Bu qisim sifәtlәr ilә müttәsif olanlar, әlbәttә, zahirdә adama bәnzәsәlәr dә, batindә vә hәqiqәtdә adamlıqdan uzaq vә kәnardırlar. Odur ki, şair deyibdir:

 

Xәyanәtlә dәruni sәrbәsәr mәmlüvvdür xәlqin,

Kimi tәsviri-adәmlikdә görsәn, şәkli-zahirdir.

 

Bu şer Mövlana Cәlalәddin Ruminin kәlamını xatirә gәtirir:

 

İn ke, mibini xelafe-adәmәnd,

Nistәnd adәm ğelafe-adәmәnd[1].

 

[1] Tәrcümәsi:

Bu gördüklәrin adamların әksidir,

Adam deyillәr, adam qınıdırlar.

 

әllim Nacinin dәxi bu babda mәşhuri-üdәba olan tәrcibәndindә dediyi fәrdlәr şayani-diqqәtdir:

 

Zahirdә görüb bizlәri sanma üqәlayiz,

Biz bir sürü aqil sifәtindә büdәlayiz

Aqil denilirmi bizә kim, halı bilürkәn,

Dildadeyi-alayişi-neyrәngü hәvayiz.

 

Vә yenә bu babda Müәllim Naci yenә haman tәrcibәndindә deyir:

 

Dәhri arasan mindә bir adәm bulamazsan,

Adәm görünәn xәrlәri adәmmi sanırsan?

 

Mәrhum Mustafa ağa Şuxi öz din qardaşlarının belә pozğun vә pәrişan halda vә xabi-qәflәtdә qalmaqların görüb kәmali-tәәssüflә deyir:

 

Yetdi dövran bizә bir vaxt, xudaya, sәd heyif,

Vәzi-әyyam pәrakәndә, nә bәrca, sәd heyif!

 

Xabi-qәflәtdә qalıbdır belә әhli-islam,

Hәmә bihuş, nә bir karә mühәyya, sәd heyif!

 

Hiç bir mәşğәlә yox bizdә ki, hasil ola nәf

Onda mövcud nә dünyavü nә üqba, sәd heyif!

 

Qabili-tәrbiyeyi-elmü maarifdә ikәn

Qalmışıq vadiyi-qәflәtdә sәrapa, sәd heyif!

 

Var ikәn gör necә pamali-cahan olmadayız,

Növi-insanda belә qәdri-müәlla, sәd heyif!

 

Söndürüb әldә ikәn böylә qalıb zülmәtdә

Nuri-islam kimi mәşәli-ziba, sәd heyif!

 

Nә sәbәb qalmağa bu halәtә bilmәm, Şuxi,

Yox imiş bir kәsimiz samevü bina, sәd heyif!

 

Doğrudan da sәd heyif vә yenә heyif ki, әlimizdә nuri-islam kimi belә pürziya vә münәvvәr çirağ ola-ola cәhalәt qaranlığında vә qәflәt vadisindә pәrişan vә sәrgәrdan qalıb, pamali-cahan olmuşuq.

 

Әşrәfi-әnbiya olan peyğәmbәrimiz Mәhәmmәdәl-Mustafa hәzrәtlәrinin mәdhindә vә çahar yarın vәsfindә inşa qıldığı kәlamdır:

 

Sәni mәhbub qılmışdır xudayi-әkbәәla--       

Ki, sәnsәn kainat içrә münәvvәr gövhәri-әla.

 

Şәhi-tәxti-nәbüvvәtsәn, hәbibi-hәqqi-ziqüdrәt,

Sәfarayi-güruhi-әhli-mәәr, sәrvәri-әla.

 

Xoşa mümtaz qılmışdır sәni kövnü mәkan içrә,

Hәmә mәxluqi-alәmdәn güzidә, bәrtәәla.

 

Hamana әbr açıb daim әlaimdәn cinahi-xoş,

Mübarәk fәrqinә bir çәtri-zәrrin şәhpәri-әla.

 

Şәbi-merac әzmindә dәri-dәrgahi-mövlayә,

Qәdәmgahında fәth olmuş firavan kişvәri-әla.

 

Sәnayi-cümlә әshabın, xüsusәn çar yaranın

Öyünmәk cümlә ümmәtçün sәzadır әzbәri-әla.

 

Әbubәkr sәdaqәt göstәri siddiqü yoldaşın,

Rәfaqәtdә qәdәm kәm qoymadı ol mehtәri-әla.

 

Hәrasan sәtvәti-Faruqdәn dövründә küffaran

Olubdur nәşr üçün dini-mübinә mәzhәri-әla.

 

Güli-sәdbәrgi-gülzari-hәya Osmani-Zünnureyn

Sәadәt bürcünә arayişәfza әxtәri-әla.

 

Mәhi-bürci-sәxa nәcmi-sәadәt şiri-yәzdani

Cәnabi-xatәmi-tәxti-xilafәt Heydәri-әla.

 

Vücudunla verib xәllaqi-alәm bu cahan içrә

Çiraqi-alәmәfruz olmağınla zivәri-әla.

 

Ümidim böylәdir, ya müqbili-dәrgahi-sübhani,

Qıla ümmәtlәrin әtasinin çün davәri-әla.

 

Әzancümlә olursa Şuxiyi-mücrim dә azadә,

Nigahınla tәrәhhüm etsәn, ey sәrdәftәri-әla.

 

Qәzәli-Şuxi:

 

Hәr tәbәssüm ki, gәr ol lәli-şәkәrxәndә edәr,

Özünә yüz dili-şeydanı o dәm bәndә edәr.

 

Toxuna zülfünә nagah nәsimi-sәhәri,

Әnbәrәfşan qılır, әqli pәrakәndә edәr.

 

Pәrtövi-bәrq ilә pәjmürdәvü suzan kәs tәk

Hәr nigahında mәni ol ruxi-tabәndә edәr.

 

Edәsәn ruyinә nәzzarә hәr an dәm guya

Qeyri bir hissi-novicad nigarәndә edәr.

 

Aparır huşumu mәstanә dönüb baxması,

Hәr zaman naz ilә ol sәrv xuramәndә edәr.

 

Firqәtindәn gözüm ol novgüli-şirindәhәnin

Әşkini әbri-baharan kimi barәndә edәr.

 

Şuxiya, vәqti-hәlakımda yetәn dәm lәbdәn

Zindә bir busә ilә ol büti-nazәndә edәr.

 

Әşarü kәlamından mәlum olur ki, mәrhum Mustafa ağa ziyadә dindar vә millәt tәәssübü çәkәn bir vücud imiş. Mustafa ağa vәfat edibdir Nuxa şәhәrindә 1312-ci tarixi-islamiyyәdә cәmadiyülәvvәl ayında ki, tarixi-mәsihiyyәnin 1895-ci sәnә oktyabr ayına mütabiqdir.

 

Yenә baniyi-dini-mübinimiz olan Xatәmün-nәbinin şәnindә yazıbdır:

 

Sәnә, ey nur, әyan xәlqi-cahan maildir,

Sәndәki cәmi-kәmalatә qamu qaildir.

 

Әqli-küll mәnzәri-zati-şәrәfayinindir,

Cümlә övsaf vücudunda sәnin kamildir.

 

Filisufani-cahan hәrçi ki, tәrqim edәlәr,

Qeyri әqvali-şәfabәxşin ola, batildir.

 

Xәlәli-izzәtü namusuna kim qәsd qıla,

Nәssi-qate onu cәrh etmәk üçün maildir.

 

Özünә gülşәni-kuyindәn alıb daneyi-töxm,

Hәr ülum üzrә ki, hәr kim görünür, fazildir.

 

Ey şәhәnşahi-cahan, lütfi-cahanpirayәn

Cümlә fәrqi-sәri-mәxluq üzәrә şamildir.

 

Tövfi-kuyindә süfufati-mәlayik şәbü ruz

Dәrgәhindә hәmә mәxluqi-cahan saildir.

 

Kim ki, ixlasın ilә qılmaya pürnur dilin,

Sәrnigun çahi-zәlalәtdә qalıb, qafildir.

 

Sahiba, Şuxiyi-pürcürm hesab eylәr özün

Lütfi-ami-dәri-şahәәhinә naildir.