MİRZӘ CӘBRAYIL "SÜPEHRİ"

  

  

 

 

Mirzә Kәrimin kiçik qardaşıdır. Mirzә Cәbrayıl-Şüainin vasitәsilә Dәrbәndin uyezdni işkollasına ehkami-şәriyyә müәllimi tәyin olunmuşdur. Amma 1877-ci ildә mәzkur işkolla tәbdil tapıb, Mirzә Cәbrayıla pensiya qәrar etdilәr. Mirzә Cәbrayıl şәbih ümuratına mәşğul olardı vә onun dәxi xeyli mükalimat vә mәrsiyәlәri vә sair әdәbiyyati-mütәfәrriqәlәri vardır. Amma bir kitab tәrtib-qılmayıb. Olan әşarü kәlamı övraq vә pәrişan haldadır.

  

Mirzә Süpehri, necә ki, rәvayәt olunur, çox әhli-zövq vә alitәb bir vücud imiş. Keçmiş şüәra әşarü әdәbiyyatına çox meylü rәğbәti olmağa görә, çoxunu hafizәsindә saxlarmış. Әlәlxüsus Әlişir Nәvainin türkcә, noqay istilahatında inşa qildiği qәzәliyyatın әksәrini әzbәrdәn bilib, çox mәrğub oxurmuş (Belә ki, Nәvai әgәr hәyatda olub, onun qiraәtinә istima etsәydi, әlhәqq, insaf verәrdi).

  

Süpehri vәfat edibdir miladın 1902-ci sәnәsindә, fevral ayının qürrәsindә. Onun böyük oğlu universitetdә kәsbi-ülumü fünuna mәşğuldur. Şüai vә Süpehrinin atalarının adı İsrafil olmağa görә, familiyaları İsrafilovdur.