MӘŞHӘDİ ӘBDÜL "ŞAHİN"

 

 

 

 

Qarabağın xoş[tәb] vә әhli-zövq şüәralarından birisi dә Әbdül ibn Hüseynәli ibn Mәşhәdi Muraddır. Amma mәrhum Әbdül anasının adı ilә mәşhur idi. Belә ki, cәmi Qarabağ әhli ona Fatıoğlu Әbdül deyәrdi.

 

Tәvәllüdü vә hәmçinin tәlimü tәrbiyәsi Şuşa qalasında olubdur. İyirmi il bundan әqdәm köçüb Petrovskiyә orada alış-veriş ilә [mәşğul] olurdu. Bir neçә sәnә bundan irәli vәfat edibdir[1]. Sinni әlli beşdәn altmışa kimi çatmışdı.

 

[1] h. 1314-cü (1896) il.

 

Әbdül artıq hazırcavab, xoşsöhbәt vә bamәzә bir vücud idi. Ona binaәn ürәfa vә üdәbalar indindә onun xatiri әziz vә möhtәrәm idi.

 

Әbdülün әvvәlcә tәxәllüsü "Rәhzәn" idi, sonralardan "Rәhzәn"i "Şahin" tәxәllüsü ilә tәbdil etdi. Mәrhumun artıq mövzun tәbi vardı vә xeyli gözәl qәzәllәr inşad edibdir. Onlardan bir neçәsi burada zikr olunur.

 

Qәzәli-türkiyi-Rәhzәn:

 

Salıb mәni qәmi-eşqin bir elә halә, balam,

Göz ilә görmәyәsәn, gәlmәzәm xәyalә, balam!

 

Şikayәti-şәbi-hicranı birbәbir edәrәm,

Yetişsә bir dә әlim damәni-vüsalә, balam!

 

Qaşın şәbahәti tiği-Әliyyi-İmrandır,

Üzün Mәhәmmәdә bәnzәr, qaşın hilalә, balam!

 

Siyahpuş olub gizlәnibdi zülfündә,

Yәqin kәmindә yatıb arizindә xalә, balam!

 

Tamami-xәlq edәr Kәbeyi-xudayә sücud,

Әgibdi qibleyi-qaşın mәni şimalә, balam!

 

Yenә xummar gözün ox çәkib kәman tutmuş,

Yәqin veribdir ona lәblәrin piyalә, balam!

 

Olur günah edәn mәrd davәrә Rәhzәn,

Sәnә mәhaldır üsyan gәlә xәyalә, balam!

 

       *       *       *       *       *

 

Ya rәb, nә oldu bülbülә gülzarә gәlmәdi,

Şaxi-gül üstә gәlmәyә göftarә, gәlmәdi?!

 

Ya mümkün olmadı keçә seyli-sirişkimi,

Ya kim, düşüb yüzündә gözü qarә, gәlmәdi.

 

Müjgan oxun o qaşı kaman vurdu sinәmә,

Sәyyadә bax ki, seydә vurub yarә, gәlmәdi.

 

Can riştәsi әlimdә bәha tari-zülfünә,

Gözlәr gözüm o Yusifi, bazarә gәlmәdi.

 

Hәr qәdr dәydi sәngi-mәlamәt bu cismimә,

Bir dәm hәdisi-eşqini inkarә gәlmәdi.

 

Qәddim kәman olub qaşı tәk intizardәn,

Bәxtim kimi o türrәlәri qarә gәlmәdi.

 

Şahin, sәbu su üstә sınar, şanә zülfdә,

Yoxsa çәkildi zülfdә dil darә, gәlmәdi?!

 

       *       *       *       *       *

 

Bülbüli-dil meyl edib gülzar içindә bir gülә,

Tutiyi-can arizumәnd oldu bir şirin dilә.

 

Qönçeyi-lәli-lәbi-cananә meyl eylәr könül,

Qanә dönmüş tazәdәn tәng olmaq istәr hövsәlә

 

Mahi-gәrduni müqabil tutmazam ruxsarına,

Gәrçi ürf içrә olur tәşbih naqis kamilә.

 

Bağban gәr hәşrә dәk şümşadü әr-әr bәslәsә,

Nәxli-qәddi tәk sәnubәr daxi gәlmәz hasilә.

 

Mürği-dil bir gülbün üstә aşiyan etmәk sevәr,

Yalvarır gah bağbana, gahi gülә, gah bülbülә.

 

Şami-eydi-vәsl üçün yandırmağa cismim nәdir,

Min belә xaşakım olsa, yandırıb verrәm yelә.

 

Cәbrәili-dil gәtirmiş kuyinә bu Şahini,

Ta verә qurban Minayi-eşqdә İsmailә.