MİRZӘ ӘBDÜRRӘHİM ŞEYX
ABUTALIBZADӘ
Şimali Qafqazın ülәmavü
şüәravü üdәbasından filcümlә
mәlumat verib, cәnab fәzailmәab Mirzә
Әbdürrәhim Şeyx Abutalıbzadә
hәzrәtlәrinin ismi-şәriflәrini
tәyәmmünәn vә tәbәrrükәn
zikr etmәklә mәcmuәmizi bir növ müzәyyәn
qılmağı lazım gördük.
Әgәrçi Mirzә
Әbdürrәhim cәnabları milliyyәt
cәhәtincә Azәrbaycan türklәrinә
mәnsubdur vә türk lisanı onun dilidir, vәli bu dil
İranın mәrkәzindә bu axır vaxtlara kimi qeyri
mütәdavil olduğu üçün ol cәnab
dәxi öz әsәrlәrini fars dilindә
yazıbdır vә bu әsәrlәri ilә ümumi
İran әhalisinin boynuna böyük minnәt qoyubdur.
İki sәnә bundan qabaq hәqir ol
cәnabdan onun seyr-sülukuna dair bir para mәlumat
istәmişdi vә o dәxi böyük iltifat edib,
әsәrlәrinin bir neçәsi ilә
mәәn müxtәsәrәn öz
әhvalatını bizә göndәrmişdi vә
xahişmәnd olmuşdu ki, özü tәhrir
qıldığı kimi eyni-ibarәt ilә
mәcmuәyә yazım. Biz dәxi ol cәnabın
fәrmayişinә әmәl edib
yazdığını burada nәql edirik: "Adım
Әbdürrәhim, atam Әbutalıb Nәccar,
doğulan yerim Tәbriz, 1855 miladi, mәskәnim
layәnfәk Dağıstanın mәrkәzi
Teymurxanşura, sәnәtim ticarәt, öyrәndiyim
qırx yaşında bir üç-dörd ilin
әrzindә sәthi ittilaat. Xәlqәn
müstәvilxilqә, xülqәn acıqlı vә
qeyzli, әxlaqi-hәsәnәdәn ari,
fәzaili-nәfsaniyyәdәn bibәhrә, hәr
tövbixü tәşniәyә әn şayәstә
bir mәchul adamam. "Pәndnameyi-Markus",
"Fizikayi-ibtidaiyyә", "Heyәti-Flamaryon"u
rusdan farsa tәrcümә vә iki cild "Әhmәd
ya sәfineyi-Talibi", bir "Mәsalikül-möhsinin" vә bir
"Mәsailül-hәyat",
tarixi-müxtәsәri-xatәmül-әnbiya
"Nüxbeyi-süpehri" öz tәlifatımdandır.
"Mәsail" vә "Mәsalik"dәn
başqaları 1311 hicridәn әvvәl çap olunubdur;
yenә nüsxәlәri kәmyab olmuş. Bu kitablar
Asiyada nәşrü tәhsin vә İranda artıq
şöhrәt tapmağının sәbәbi
özlәrinin hüsni-tәlifiyyәsi üçün
deyil, bazari-mәarifdә mәtaın novzühur olmağı
üçündür.
Gahi şer yazıram, amma çox az vә
әksәri mürtәcilәn. Hamısı üç
yüz beyt olmaz. Hәr nә var isә dә, bu lәng
әşardır. Bu, bәndәnin әhvali-sabiqә
vә lahiqәsidir. Sinnim 69 şәmsidәdir".
Mirzә Әbdürrәhim cәnabları
mәktubunun axırında tәkid edir ki, onu eyni ilә
yazım: "Oxuyan mәni sәhihәn tanısın.
Gәlәcәkdә tarix hәr kimin haqqında öz
qәzavәtin icra edәcәkdir".
Hörmәtli oxucularımız
görürlәr ki, cәnab Talıbzadә ülumü
kәmalatı ilә müttәssif olduğu halda,
әczü inkisar ilә öz şәnü dәrәcәsini,
öz mәrifәtü fәzilәtini nә
mәrtәbәdә azaldıb qәdrü qiymәtsiz
edir vә hәtta özünün xilqәti vә
şәxsi qüsurlarını dәxi "xülqәn
acıqlı vә qeyzli,
әxlaqi-hәsәnәdәn ari,
fәzaili-nәfsaniyyәdәn bibәhrә"
ibarәlәr ilә açıb, hamının
gözünün önünә qoyur. Bu sifәtlәrin
onun vücudunda olub-olmamağını, әlbәttә,
biz ya inkar vә ya tәsdiq edә bilmәrik.
Çünki әvvәlәn biz ol cәnab ilә
tanış deyilik vә saniyәn tanış olsaq da,
öz vücudumuz hәr bir qüsurat ilә malamal olduqda
qeyrilәrin eybini göstәrmәyә haqqımız
vә ixtiyarımız yoxdur.
Bәhәr surәt ol cәnabın öz
әleyhindә belә açıq söz
söylәmәyi onun bir tәrәfdәn
әhli-insafü mürüvvәtü sәdaqәt olduğuna
vә qeyr bir tәrәfdәn
şikәstәnәfs, alçaqtәb, xoşxülq
olmağını göstәrir. O cәnabın belә
şikәstәnәfsliyi vә haqpәrәstliyi
xüsusәn bizim bu zәmanәdә baisi-heyrәtdir.
Çünki bizim hamımız xudpәsәndlik vә
mәniyyәt mәrәzinә bir
dәrәcәdә mübtәla olmuşuq ki,
әslәn öz gözümüzdә tiri
görmürük vә hәmişә özgә
gözündә qıl axtarmağa mәşğuluq.
Cәnab Mirzә Әbdürrәhim
Şeyx Talıbzadәnin tamami әsәrlәri fars dilindә
olduğuna binaәn, onların barәsindә
oxucularımıza tәfsilәn mәlumat vermәkdә
acizik vә bu iş bizim tәklifimizdәn xaricdir. Amma
cәnab müsәnnif özü Azәrbaycan oğlu
olmağa görә vә kitablarının tamamisi farslar
ilә belә Azәrbaycan türklәrinin
tәrәqqivü tәalisinә sәbәb
düşmәyә binaәn, onların barәsindә
bilmәrrә sükut etmәk dә savab deyil.
Әdibi-möhtәrәmin
asari-qәlәmiyyәsinin әksәri ülumü
fünuna dair mәtalibdәn bәhs edir.
"Sәfineyi-Talibi"nin hәr iki cildlәri,
"Pәndnameyi-Markus", "Fizikayi-ibtidaiyyә",
"Heyәti-Flamaryon" vә qeyrilәri tamamәn
elmdәn danışır vә özlәri dә
açıq vә sadә dildә yazılıb,
yaxşı kağızın üstә gözәl
vә mәrğub hürufat ilә çap olunduğuna
[görә], asan vә rәvan oxunur. Kitabların
çoxunda üluma dair mәlumat sual-cavab tәriqi ilә
nәqlü rәvayәt olunduğuna görә, tez
vә asan tәfәhhüm olunur vә artıq
hәvәslә mütaliә olunur.
Nәql olunan әhvalat hissiyyat vә
xәyalat alәmindәn uzaq vә dışqarı
olduğuna görә, qarelәrin
qüvveyi-әqliyyәlәri vә fikirlәri zehnü
fәrasәtlәri işlәyir, işıqlanır. Bu
qüvvәlәr işlәdikcә açılıb
vüsәtlәnir, doğru vә nәfli mәlumat
ilә dövlәtlәnir, nuraniyyәt vә
mәrifәt kәsb edir.
"Mәsaili-hәyat" nam kitablarda
hәllü kәşf olunan mәsәlәlәrin
cümlәsi hal-hazırda bizim mәişәt vә
diriliyimizә әn lazım olanlarıdır ki, hәr bir
kәsә onları oxuyub bilmәk vacibdir.
Zәmanәmiz elm vә bilik zәmanәsidir.
Bunlarsız tәrәqqi vә tәmәddün
qeyri-mümkündür. Müsәlmanların dalda qalmasına
ümdә sәbәb elmsizlikdir. Aramızda
müşahidә olunan әdәmi-ittifaq vә ittihad,
büxl, әdavәt, zillәt vә rәzalәt,
әsarәt cümlәsi elmsizlikdәn vә
avamlıqdan törәyәn әlamәtlәrdir. Zorlu
ikәn zorsuz olmarımız, varlı ikәn yoxsul
olmağımız, hürr ikәn, ağa ikәn qul
olmağımız yenә elmsizlikdәn vә
mәrifәtsizlikdәndir. Bәs, әn әvvәl
bizә lazım olan, yemәk-içmәk kimi zәruri
olan elm vә mәrifәt qazanmaq,
fünuni-hazirәdәn vә
sәnayei-müxtәlifәdәn bәhrәmәnd
olmaqdır.
Elm vә bilik qazanmaqda әdibi-kamilimiz
Mirzә Әbdürrәhim cәnablarının
yazdıqları kitablar bizә әvvәlinci
rәhbәr olub, hüsni-xidmәtlәr göstәrә
bilir vә elmin şirin sәmәrәlәrini bizә
dadızdırıb, onu kәsb etmәyә
hәvәslәndirir. Ona binaәn intişari-maarif yolunda
sәrfi-himmәt edәn
әrbabi-qәlәmlәrimizdәn acizanә
tәvәqqe olunur ki, maarifpәrvәr Talıbzadә
cәnablarının әsәrlәrindәn
bacardıqları qәdәr açıq vә sadә
dildә farsdan türkә tәrcümә
elәsinlәr. Bu gözәl xidmәtlәri ilә
onlar bir tәrәfdәn millәtimizi ayıldıb elm
vә mәrifәtdәn xәbәrdar olmaqlarına
sәbәb olarlar. Digәr bir tәrәfdәn
әdәbiyyat xәzinәmizi belә pürqiymәt
әsәrlәrlә dövlәtlәndirib,
özlәri üçün hörmәt, yaxşı ad
qazanarlar.
Mirzә Әbdürrәhim
cәnablarının asari-qәlәmiyyәsinin
cümlәsindәn vәtәni-mәlufu olan İrana
aid bir mәhәbbәt rayihәsi vә bәndәçilik
hissi dәrk olunur. "Mәsailül-hәyat"ın
ikinci cildinin ibtidasından sahibi-tәlif ilә oğlu
Әhmәdin mabeynindә bu gunә söhbәt vüqua
gәlir.
Mәlum ola ki, cәnab Talıbzadә
"Kitabi-Әhmәd"dә
ülumi-mütәnәvveәyә dair verdiyi mәlumat
tәzә ixtiraatının tamamisini fәrzәndi-әrcümәndi
Әhmәd ilә mükalimә edә-edә
kәşfü bәyan qılır. Әhmәd isә
ziyadә fәrasәtli vә zәki vә
müstәid vә xoşәxlaq bir uşaq imiş ki,
cümlә onun xatirini әziz tutub, öz övladı kimi
istәrmiş vә müsәnnif onun barәsindә
deyir ki: "Әhmәde-bәndezade rofәqaye-mәn
behәmeye-motәәllemine-mәkatibe-İran
mişenasәnd ke, dәr tofuleyyәt çe
estedade-qәribi daşt, çe tefle-bamәze bud.
Hekayәte-"Qorbeye-eynәki", morәkkәbsazi,
әksәndazi vә lebase-topçi-puşidәne-u
mәruf әst. Әgәrçe
oulade-mouhumiye-bәndeәst, әmma digәran
biştәr әz mәn besәlamәtiye-u doa
mikәrdәnd"[1].
[1] Tәrcümәsi:
Mәnim dostlarım vә İranın
bütün müәllimlәri yaxşı bilirlәr ki
bәndәnin oğlu Әhmәdin uşaqlıqda
necә qәribә istedadı vardı, necә
mәzәli uşaq idi. Onun "Eynәkli pişik"
hekayәsi, gәmi düzәltmәsi, şәkil
çәkmәsi, topçu paltarı geymәsi
mәşhurdur. Mənim övladım olsa da, onun
salamatlığı üçün başqaları
mәndәn çox dua edirdilәr.
İndi Әhmәd ali
mәdrәsәdә tәhsilini tamam edib, qabil
mühәndis çıxıbdır vә özü
dәxi sahibi-tәlifdir. Әhmәd atasının
otağına daxil olub, onu kitabәtә mәşğul
görüb deyir: "Yenә siz yazmağa
mәşğulsunuz? Bu qocalıq, zәiflik halında ki, bu
qәdәr naxoşluqlara mübtәlasınız,
gözlәriniz nurdan düşübdür, niyә öz
ömrünüzә heyfiniz gәlmir? Mәgәr ondan
bezmisiniz? İndiyә kimi bu qәdәr ki, söylәyib
yazıbsınız, hәr yatanı oyatmağa vә
hәr mәsti huşyar etmәyә, hәr
biәdәbi tәәddüb qılmağa, hәr
cahili alim, hәr zalimi әhli-insafü mürüvvәt
etmәyә xeyli kifayәtdir. Görürsünüz ki,
yağış qәtrәlәri sәngxaraya tәsir
etmәyәn kimi, sizin dәxi dәlayilü nәsayihiniz
daş bağırlı iranlılara әsәr etmir.
Neçә gün bundan irәli bir mәclisdә sizin
"Heyәt" kitabınız әldәn-әlә
keçirdi. Birisi onun cildini vә o birisi xәttini tәrif
edirdi, üçüncüsü şәkillәrini
çox bәyәnmişdi. Haman mәclisdә
әhli-nüfuzdan birisi belә dedi: "Mәn
eşitmişәm ki, bu müzәxrәfatı yazan
sahibi-әqlü idrak vә әhli-tәvanavü saman bir
şәxsdir. Amma deyirlәr ki, müxәbbәtdir.
Hәr nә sözlәr ki, danışır vә
hәr nә mәtlәblәr ki, yazır,
vәtәnin eyblәrini islah etmәk
üçündür. Bir kәs yoxdur ki, ondan soruşsun ki,
ey allahın bәndәsi, bizim vәtәnimiz ki, onda bu
qәdәr behişt meyvәlәri vә әtirli
çörәk bitib hasilә gәlir ki, misli heç bir
torpaqda yoxdur, hansı mәmlәkәtdәn pisdir vә
onun nә eyiblәri var ki, islah oluna?"
Haşiyәnişindәn birisi deyir: "Mәn onu
mülağat etmişәm, bir biçarә naxoşdur
vә xudpәsәndlik dәrdinә mübtәla
olubdur. İranda bir şәxs vә bir
tәbәqәni bәyәnmir. Belә ki,
dövlәtin mәrkәzi işlәrindәn
soruşdum, dedi ki, nәzmü qanun yoxdur. Hükәmalardan
xәbәr aldım, dedi zalimdirlәr, cәbr edәn
vә rüşvәt yeyәndirlәr.
Mirzәlәrdәn aralığa söz saldım, dedi ki,
mim hәrfinin başını vә nun hәrfinin
dairәsini yaxşı yazırlar, amma elmi-hesab oxumayıblar,
hәndәsә bilmәzlәr. Tüllab qismindәn
әhval istәdim, buyurdu ki, yәğmada mahirdirlәr.
Ülәmadan sual etdim, dedi ki, әtәbatda olanlar
hirsü tәmәdәn kәnar, zahiri zinәt vә
tәcәmmülatdan biniyazdırlar vә kәklik, turac
әti yemәkdәn meyl etmәyib, pәnir vә
soğana qәnaәt edirlәr. Onlar bizim ruhani
atalarımızdır vә taәti vacib olan
әimmeyi-әtharın canişinlәridir. Amma
ruhanilәrdәn әksәri ki, İranda vardırlar,
tәmәkar vә möhtәkirdirlәr. Bu qisim
alimlәr şurişü iğtişaş vә
ricali-dövlәtin qövqasını dost tutarlar, otuz
mindәn әlli min tümәnә qәdәr
bunların әmlakından bir sәnәdә mәdaxil
gәlir. Tüccardan soruşdum, dedi ki, füccardırlar.
Onlar әcnәbi dövlәtin malına rәvac
vermәkdәn vә hübubatı anbarlara doldurmaqdan
başqa bir şey bilmәzlәr. Bu
tәbәqәdәn mülkü millәtә
әsla fayda yoxdur. Bir gün arvadların libası
üstündә söhbәt düşdü, dedi ki,
bәli, iranlılar öz qeyrәtü
şüurlarından ötrü arvadların gödәk
vә qısa libaslarını miqyasi-sәhih qәrar
ediblәr. And olsun ağanın mübarәk başına
ki, bunların cümlәsini bivasitә bu kitabın
mütәrcimi Hacı Mirzә Әbdürrәhim
Tәbrizidәn Teymurxanşurada öz evindә
eşitmişәm. İndi özünüz mühakimә
ediniz ki, bu şәxs naxoşdurmu vә ya
Mәcnundurmu?"
Bu xәbәrlәri nәql
edәndәn sonra Әhmәd bir ah çәkib dedi:
Bәndәnin әrzi kifayәtdir ki, siz dürüst
yәqin edәsiniz ki, bu cahil vә avam millәtin
uğrunda çәkdiyiniz zәhmәtlәrin
hamısı bada gedibdir, suda qәrq olub vә oda
düşüb yanıbdır.
Mәn Әhmәdin bu sözlәrinә
qulaq asıb, ondan artıq mütәәssir vә
mәyus oldum ki, nә üçün onun
üfüqi-bәsirәti dar olubdur vә
özgәlәrin әqidәsincә işin fel vә
ya tәrkibini vacib bilir, nә üçün "әmr
bәmәruf" vә "nәhy әz münkәr"
hökmünü yaddan çıxarıbdır? Nә
üçün bilmir ki, hәr işin әvvәli
çәtin olar vә onu tәnbih vә bidar etmәk
üçün soruşdum: O sözlәr ki, cühәla
mәnim haqqımda deyirlәr, haqdır ya batil, mәdhdir
ya qübh? Әhmәd dedi ki, әlbәttә,
cühәlanın qövlü batildir. Mәn dedim: Bәs,
bir surәtdә ki, mәn bir neçә nәfәr
eyib axtaranların vә bәdxәyalü bәdfikir
şәxslәrin iradlarını müraat edib, öz
әmәlimdәn geri çәkilәcәyәm
vә bildiyimi demәyәcәyәm vә
yazmayacağam, onda mәnimlә o cühәlanın
arasında tәfavüt nәdә olacaqdır?
Bir adamın ki, bu halda islamın
zillәtdә olmasından vә qәrib zamanda onun
bilkülliyyә inqiraz olmasına mühәyya olan
xәtәrlәrdәn xәbәri olmaya vә vәtәn
mәhәbbәtindәn onun qәlbindә meyvәnin
bolluğundan vә çörәyin
müәttәrliyindәn qeyri özgә hiss olmaya,
mәgәr o, insandır vә onun sözlәrindә
tәsir ola bilәr? Tәәccübdür ki, o
sözlәr sizә tәsir edibdir. Müntәzir idiniz
ki, mәn dә avamın sözündәn bulanıb
aşüftәdil olam. Avamların mәclisindә
eşidilәn sözlәr haman yerdә dәxi
gәrәk unudulsun, nәinki ürәfa vә
üdәba mәclisindә zikr olunsun.
Әhmәd cavabında deyir ki, mәn
belә sözlәrin qübhünü anlayıram,
vәli siz mәnim atam olduğunuza görә, istәdim
ki, sizi belә münafiqlәrin vә müanidlәrin
xәyalından agah edim. Mәn dedim ki, çün burada
cana bir xәtәr vә mala bir zәrәr
mülahizә olunmur vә bu gunә xәbәrlәrin
dilazürdәliyindәn sәva bir faydası yoxdur, ona
görә sizin kimi mәrifәtli şәxsә layiq
deyil onlara qulaq asasınız. Hәr kәs
cühәlanın söhbәtini tәrk etmәzsә,
onlara bir növ özünü şәrik edәr. Mәn
öz vәzifәmi icra etmәkdәn geri durmayacağam
vә necә ki, hәyatım var, deyәcәyәm
vә yazacağam. Әgәr müasirinin qulaqları
kardır, eşitmir vә "fi әbsarihim
ğişavәtün"[2], gәlәcәk
әsrlәrdә bu yazdıqlarımın az-çox
faydası bilinib, zikri-xeyir ilә yad olunaram. Onda şayәd
bizim rәyimizin haqqü savab olması dәrk olunar vә
diriliyin qәdri layiqincә bilinib, millәt
azadlığına vә vәtәnin
abadlığına sәrfi-himmәt edәrlәr. Bizim
peyğәmbәrimizә Qüreyşin
cühәlası Mәcnun dedilәr "vә ma
huvә illa zikrün lil-alәmin"[3] bu hala şahiddir.
[2] Fi əbsarihim
ğişavәtun....--onların gözlәrindә
pәrdә var.... Quranda "Bәqәrә"
surәsinin 6-cı ayәsindәn. İslamiyyәti
qәbul etmәyənlәr barәsindә olan bu ayәdә
deyilir ki, onları qorxutsan da, qorxutmasan da, islamı qәbul
etmәyәcәklәr; onların qulaqlarında vә
gözlәrindә pәrdә var, hәqiqәti
görmür vә eşitmirlәr.
[3] Ma huvә illa zikrün lil-alәmin--o,
dünya әhli üçün nәsihәtdәn
başqa bir şey deyil. Quranın "Qәlәm"
surәsindәn ayə. Dini rәvayətә
görә, Mәhәmmәd Quran ayәlәrini
islamı qәbul etmәyәnlәr üçün
oxuyub onları dinә dәvәt edәndә onlar Quran
haqqında belә deyirdilәr.
Әgәr mәnim kimi savadsız vә
elmsiz bir kişiyә dәli vә divanә
desәlәr, nә eyib olar?! Buraya kimi sözü
pәrdәdә deyirdim, hala açıq
deyәcәyәm, öz dediyimdәn dilşad oluram.
Vәtәn mәnim mәşuqumdur, vәtәn
mәnim mәbudumdur, zira hәqiqi mәbud öz
bәndәlәrinin ibarәti-sitayişindәn
müstәqnidir, amma vәtәn öz
әbnasının xidmәt vә
pәrәstişinә möhtacdır".
Filhәqiqә, nә dәrin fikir vә
nә gözәl etiqad!... Cümlәmiz bu etiqadda olub,
vәtәni-mәlufumuza xidmәt vә
pәrәstiş etmәk üçün himmәt
kәmәrini qeyrәt belinә bağlamağa borclu
oluruq. Hacı Mirzә Әbdürrәhim
cәnablarının gözәl
әsәrlәrindәn birisi dә "Mәsalikül-möhsinin"dir
ki, fövqdә ona işarә olundu. Bu kitab mәalü
mәzmunca "İbrahim bәyin
sәyahәtnamәsi"nә çox bәnzәyir.
Bunda İranın övzavü әhvalı vә
iranilәrin adabü ayinlәri, әxlaqü
әtvarları, nә әqidә vә qanacaqda
olmaqları vә nә qayda üzrә mәişәt
etmәklәri eyni ilә tәhrir olunur. Sahibi-kitab bu
әsәrindә İranın işlәrindәn
vә әhalisinin dolanacağından layiqincә
baxәbәr olmağını izhar edir. İranda
indilikdә vüqua gәlәn bәzi işlәri
vә iranlıların övzai-mәişәtini elә
bir mәharәt vә ustalıq vә әdibanә
ilә tәhrir qılır ki, guya qabil bir nәqqaş
onların eyni ilә surәtini çәkib,
gözlәrimizin qabağına qoyur.
Kitabi-"Mәsalikül-möhsinin"
zahirdә beş hissәyә tәqsim olunursa da,
mәnәn bir әhvalat üstә danışır.
Haman әhvalat bundan ibarәtdir ki, idareyi-coğrafiyayi-müzәffәri
tәrәfindәn düşәnbә günü
zilqәdәnin 1320-ci[4] sәnәsindә bir heyәt,
yәni bir neçә elmli şәxslәr
Dәmavәnd dağının başına
çıxır, onun şimali tәrәfindә olan duz
mәdәnin, dağın qüllәsinin
ucalığını vә ona mәxsus olan sair mәlumat
vә mükaşifatı mülahizә edib vә
xәritәyә salıb öz idarәlәrinә
tәqdim etsinlәr, mәmur olurlar.
[4] 1902.
Heyәti-mәzkur bu
şәxslәrdәn tәrtib olunubdur:
sәdri-heyәt--mühәndis Mirzә Möhsün xan
ibn Abdulla xan, iki nәfәr mühәndis--Mustafa vә
Hüseyn ismindә, bir nәfәr tәbib--Әhmәd
vә bir nәfәr
müәllimi-şimi--Mәhәmmәd adında. Bu
heyәti-fәnniyyәnin sәdri Mirzә Möhsün
xan İbrahim bәy kimi xeyli mәlumatlı,
xoştәqrir vә sahibi-kamal bir şәxs olduğu
hәr yerdә göftarü kirdarından
anlaşılır.
Artıq şayani-diqqәt olan Mirzә
Möhsün xanın әsnayirahda Xorasandan tәşrif
gәtirәn böyük bir müctәhid ilә Şah
Abbas karvansarasında görüşüb, Avropa
mәdәniyyәti (sivilizasiyası) üstündә mükalimә
etmәklәridir. Mirzә Möhsün xan Avropa
sivilizasiyası xüsusunda lazım olan qәdәri
tәfsilatü bәyanat verib, sözü bu mәqama
yetirir ki, gün-gündәn zamanә
dәyişirilmәkdәdir vә hәr vaxtın
tәqazasına görә adamların fikri, işlәri
vә övzai-mәişәti dәxi tәğyirü
tәbdil tapır. Amma biz müsәlmanlar min il bundan
әqdәm tutduğumuz yol ilә gedib, ol vaxtda
tәsisü tәşkil olunmuş qanun vә qayda
üzrә mәişәt edib, öz әfalü
kirdarımızı zamanәnin iqtizasına müvafiq
etmәyә әsla çalışmırıq vә
min ildәn bәri biz xәfif vә möhkәm
dairә içindә sәfil vә sәrkәrdan
dolanıb, kәnara çıxıb asudә nәfәs
almağa meylü rәğbәt göstәrmirik.
Sair millәtlәr vә
dövlәtlәr irәli gedib, elm vә mәrifәt
sayәsindә tәrәqqi tapırlar,
kamali-hürriyyәt, vüsәtlә güzәran edib,
siz müsәlmanların malına, mülkünә vә
canına sahib olurlar. Biz isәk övqatımızı
әczü qәflәtdә keçiririk, dünyadan
xәbәrimiz yoxdur. Vәtәnimizin, dinü
dünyamızın, malü әmlakımızın
hәtta irzü namusumuzun hifzü әmanda qalmasına
lazimeyi-binagüzarlıq, tәdarükat vә әsbab
fәrahәm etmәmişik. Әgәr
üstümüzә bu halda bir qәvi düşmәn
hücum etsә, mәyusü mәğlubü
münhәzim olmağımıza şәkkü şübhә
yoxdur. Cәnab müәllifin öz yazdığına
rücu edәk: "Hala ma bein
mәsәleye-mofәssәle әz
tәrәfe-tәcrobe neqah mikonim. An vәqt
irade-әdilleye-mocәrrebeye-baleğe esbate-hәqiqәte-әmrra
kafi başәd. Emruz hicdәh doulәte-Orupa nüsәra
hәstәnd vә mottәfeqәn mixahәnd be
mellәte-eslam ğaleb şәvәnd, mәmaleke-anhara
tәsәrrof konәnd vә mәzhәbe-xodeşanra
bedәhәnd vә әvayede-xodeşanra mәril-ecra
nәmayәnd. Yәni mәsacede-mara kәlisa
besazәnd vә mara әbdo tәbәeye-xod bedanәnd
vә bekonәnd. Dәr in surәt әlbәtte ma
bayәd cәhad bekonim. Befәrmaid әfrade-moslemin ke,
bәndeye-şoma vә
hәzәrate-calesine-şәrbәtxore-hәvaşist
behәmlevo defae-sәrbaz moәllem vә tofәngo
tәhe-por582 vә tup ke, hәr dәqiqe devisto pәncah
qolule be yek fәrsәxe-mәsafәt miyәndazәd
qader hәstim? Vә mitәvanim becәhad berәvim?
Әgәr nәrәvim әsir mişәvim,
mәğlub migәrdim vә mәzhәbo
vәtәnema bәhreye-ğalebin mişәvәd.
Dәr in surәt tәklif in әst ke, behokme-qanun
cәhadra bәr hәmeye-cәvanane-bistsaleye-ma vaceb bekonim
ke, hәr sale çәndin hezar beqore dәvәt
şәvәnd. Bename-hәr kodam ke, tore amәd do sal
dәr rekab elme-cәngra biyamuzәd vә morәxxәs
şәvәd. Heyne-lozum tәhte-selah ayәd vә
vәtәno mәzhәbe-xodra әz
tәcavoze-әcnәbi hefz nәmayәd, hala ba
çomağo nizevo şәmşiro tәbәrzin
hefze-melko mellәt momken nist. Vaceb әst ke,
mocahedine-mosәllәh daşte başim vә
bәraye-mәxarece-nekәhdaştәne-anha
mәblәği әz hәr tәbәe
beonvane-maliyate-cәhadiyye hәr sale әxz nәmayim
vә sәrfi-lәşkәro sәrkәrdeqane-u
bekonim.
Ağa [yәni moctәhed]
fәrmud:--Mәgәr ma sәrbaz nәdarim?
Qoftәm:--Bәli, darim. Tәbәe bәraye-anha pul midәhәd,
vәli çon qanune-әxze-an pulo xәrce-ura nәdarim,
pul sәrbәste bekiseye-digәran mirәvәd vә
sәrbaz qorosnevo bilebaso әslәhe mimanәd. Әgәr
in qanunra morәttәb vә mәbsut vәz nәmayim,
hәr kәs hәqq vә dәr surәte-tәcavoz
hәdde-xodra bedanәd vә әz dәstqahe-qәzavәte-әskәriyye
mocazat yabәd, dәr in surәt mәgәr xoday
nәxaste bevocub cәhad tәhrif mikonim? Ya tәrtibo
tәnzime-u bedәt gәrdәd? Fәqәt tәrhe-u
vә surәte-ecrayeu dәr tebqe-eqtezaye-әsr
monәzzәm vә mәzbut mişәvәd. ...Pәs, hәr mosleme-zişouro
monsef cozi tәәmmol bekonәd. Danәd ke,
eqtezaye-hәr әsro rәye-qozәştevo
ayәndeәst. Vә әgәr inhara nәfәhmim
vә nәdanim vә nәkonim vә dәr
halәte-hezar sale-qәbl bemanim vә әndәki in
cәhalәtra emtedad bedәhim an vәqt nә eslam xahim
daşt vә nә ehkamo әvaede-u. Melәle-әcnәbi
әz in ğәflәte-ma montәfe mişәvәnd
vә mara ğәlәbe mikonәnd[5]."
[5] Tərcüməsi:
İndi biz bu geniş mәsәlәyә
tәcrübi cәhәtdәn baxarıq, onda sınaqdan
çıxmış böyük dәlillәrin
şәrhi düzgün hökmü sübut etmәk
üçün kifayәt elәr. Bu kun Avropanın on
sәkkiz dövlәti xaçpәrәstdir. Onların
hamısı birlikdә islam millәtinә qalib gәlib,
mәmlәkәtlәrini istila edib öz
mәzhәblәrini onlara qәbul etdirib arzularına
çatmaq istәyirlәr. Yәni mәscidlәrimizi
kilsәyә çevirsinlәr vә bizi özlәrinin
qulları vә tәbәәlәri bilsinlәr
vә elәsinlәr. Belә olduqda, әlbәttә,
biz gәrәk gәhad edәk. İndi buyurun
görәk bәndә, siz vә kәnarda
әylәşib şәrbәt içәn
ağalardan ibarәt olan müsәlmanlar tәlim
görmüş әskәrlәrin, tәhpor
tüfәnglәrinin, hәr dәqiqәdә iki
yüz әlli güllәni bir ağaclıq
mәsafәyә atan topların hәmlәsinә
(qarşı durub) müdafiәyә qadirikmi? Cәhada
gedә bilәrikmi? Әgәr getmәsәk әsir
olarıq, mәğlub edilәrik, mәzhәbimiz vә
vәtәnimiz qaliblәrin әlinә keçәr.
Belә olduğu halda vәzifәmiz budur ki, qanunun
hökmü ilә iyirmi yaşlı bütün cavanlara
cәhadı vacib edәk. Hәr il neçә min
gәnc arasında püşk ataq, hәr kimin adına
düşsә, o, at belindә iki il hәrbi elm
öyrәnsin vә sonra azad olunsun. Lazım olduqda silaha
sarılaraq öz vәtәnini vә mәzhәbini
әcnәbilәrin tәcavüzündәn qorusun.
İndi çomaq, nizә, qılınc vә
tәbәrzin ilә ölkәni qorumaq mümkün
deyildir. Gәrәk silahlı mücahidlәrimiz olsun.
Onların saxlanılması xәrclәri üçün
hәr il bütün vәtәndaşlardan
"müdafiә vergisi" adı ilә
müәyyәn mәblәğ pul alaq, orduya vә onun
sәrkәrdәlәrinә sәrf edәk.
Ağa (yәni müctәhid)
buyurdu:--Mәgәr bizim әskәrlәrimiz yoxdur?
Dedim:-Bәli, varımızdır. Vәtәndaşlar
onlar üçün pul da verirlәr. Lakin o pulu toplamaq
vә xәrclәmək uçün qanunumuz
olmadığına görә, hәmin pul
başıbağlı başqalarının kisәsinә
gedir. Әskәr isә ac, paltarsız vә silahsız
qalır. Әgәr bu qanunu hәrtәrәfli vә
yaxşı tәrtib etsәk, hәr kәs hüququnu
vә qanuiu pozduqda alacağı cәza
dәrәcәsini bilsә, hәrbi mәhkәmә
tәrәfindәn cәzalandırılsa, allah
elәmәsin, onda biz cәhadın vacibliyini tәhrif
elәmiş oluruq?! Yaxud belә bir qanunun tәrtibi vә
qaydaya salınması bidәt olarmı?! Fәqәt onun
layihәsi, icra qaydası әsrin tәlәbinә
uyğunlaşdırılar vә
möhkәmlәndirilәr....
Bәs, hәr bir şüurlu vә münsif
musәlman bu barәdә azaçıq
düşünsә, başa düşәr ki, hәr
әsrin tәlәblәri әvvәlki vә
sonrakı әsrlәrin tәlәblәrindәn
tamamilә fәrqlidir. Әgәr bunları anlamasaq,
bilmәsәk, hәyata keçirmәsәk, min il bundan
qabaqkı halda qalsaq, bu cәhalәti bir az da davam
etdirsәk, onda nə islamiyyәtimiz qalacaqdır, nә
dә onun ehkam vә әnәnәlәri.
Әcnәbi millәtlәr bu qәflәtimizdәn
istifadә edәcәk vә bizә qalib
gәlәcәklәr.
Sahibi-kitab Hacı Mirzә
Әbdürrәhim cәnabları Mirzә Möhsün
xanın dilindәn "Mәsalikül-möhsinin"in
axırıncı sәhifәlәrindә qanun
barәsindә çox gözәl mәtlәblәr
danışıb, keçir Müzәffәrәddin
şahın imarәti-Ziyada yasayi-müzәffәri
mәclisinin güşadında söylәdiyi
nitqi-şahanәyә. Şah hәzrәtlәri öz
rәiyyәt vә tәbәәlәrinә
hürriyyәt vә azadlıq müjdәsini bu sayaq
tәbliğ edir: "Bedanid ke şomara betәvafe-Kәbeye-azadi
vә horreyyәte-kamele dәvәt nәmudeәm.
Calese-bәzme-mәhәbbәte-vәtәn vә
pәrәsteşe-soltan hәstid. Şomara beaine-eslam
vә xodaye-vahed qәsәm midәhәm dәr
esteqrare-in bәnaye-xeyro vәz e-yasaye-mozәffәri ke,
dibaçeye tәrәqqi vә
sәngәre-hefze-esteqlalәst, çenan sәy nomayid ke,
bemoaleceye-pәsәrane-mәhbube-xod mikonid. Әz xodavo
әimme-estemdad bekonid, әz mәn montәzere-cәzavo
sәza başid. Hәr kәs hәr çe midanәd
azad bequyәd, nәtәrsәd, nәhәrasәd,
xacetaşani nәkonәd, ğәrәze-şәxsi
nәdaşte başәd.... Dәr
xәtme-kәlame-fәrmayeşate-xodeman
tәyәmmonәn tәәssi bexatәmol-әnbiya
nәmude beşoma miquyәm: "Әlyaumu әkmәltu
lәkum dinәkum vә әtmәmtu әleykum nemәti
vә rәzzeytu lәkum әlislәmә
dinәn....[6]"
[6] Tərcüməsi:
Әlyövmә әkmәltü
lәküm dinәküm vә әtmәmtü
әleykum nimәti vә rəzzəytü lәküm
әlislamә dinәn--bu gün sizin dininizi kamil
elәdim, sizә bağışladığım
nemәtlәr tamam oldu vә sizin üçün islam
dinini bәyәndim. Quranda "Maidә" surәsinin
5-ci ayәsi. Dini ravayәtә görә,
Mәhәmmәd Mәkkә sәfәrindәn
qayıdarkәn Xüm çölundә onunla
Mәkkәyә gedәn camaatı tapmayıb Әlini
özünә xәlifә elan edir. Guya bu ayә dә
o zaman nazil olmuşdur. Yәni: Әlini xәlifә
tәyin etmәklә islam dini kamillәşmiş oldu.
Bәd әz an ba ruye-qoşade vә
soulәte-şahane nәzәre-mәrhәmәti
beәtrafe-hozzar nәmude ba inke ğәdәğәn
bud hәmeye-hazerin, hәtta ferәngiyan beavaze-bolәnd
"Zende baş! Dir bepa!" çenan sәlavat
keşidәnd ke, otaqe-bein bozorgi ... betә-zәlzol
dәr amәd. Әz in sәdaye-şәfәngiz
әz xab bidar şodәm. Didәm an qәdr xabideәm,
әndamәm amaz kәrde. Bәr xastәm. Xane tarik, çerağ
mәfğud, kibrit nist. Dәr in zolmәte-şәb koca
berәvәm. Ta birun әz xane qәdәm
qozaştәm, doçare-әsәse-bidaruğe
mişәvәm. Motәfәkker neşәstәm.
Didәm әz xab behtәr çizi nist. Sәre-xodra
bebalin qozaşte vә baz xabidәm, ta key bidar
şәvәm?[7]"
[7] Tərcüməsi:
Bilin ki, sizi tam azadlıq vә
hürriyyәt Kəbәsinin ziyarәtinә
dәvәt edirәm. Siz vәtәnә
mәhәbbәt vә hökumәtә
pәrәstiş mәclisinin
iştirakçılarısınız. Sizi islamın
qanunlarına vә tәk allaha and verirәm,
tәrәqqinin müqәddimәsi, istiqlaliyyәti
qorumaq sәngәri olan bu yaxşı işin
bәrqәrar edilmәsindә vә
"Müzәffәr qanunu"nun
çıxarılmasında öz sevimli
oğlanlarınızın müalicәsinә çalışdığınız
kimi sәy edin. Allahdan vә imamlardan kömәklik
istәyin, mәndәn isә cәza vә mükafat
gözlәyin. Hәr kim hәr nә bilirsә, azad surәtdә
desin, qorxmasın, xacәtaşanlıq etmәsin,
şәxsiqәrәzliyi olmasın.... Öz fәrmayişlәrimin
sonunda xatәmül-әnbiyaya istinad edәrәk
deyirәm: "әlyövmә әkmәltü
lәküm dinәküm vә әtmәmtü
әleyküm nimәti vә rәzzәytü
lәküm әlislamә dinәn...."
Ondan sonra gülәr üzlә, şahlara
mәxsus iti baxışla әtrafı vә oradakı
adamları mәrhәmәt nәzәri ilә
süzdü. Qadağan olunmasına baxmayaraq, bütün iştirakçılar,
hәtta firәnglәr də "Yaşa! Uzun ömür
sür!" sözlәrini elә
qışqırırdılar ki, ... bu
böyüklükdә otaq titrәdi. Bu sevindirici
sәsdәn yuxudan ayıldım. Gördüm o
qәdәr yuxulamışam ki, üz-gözüm
şişib. Qalxdım. Ev qaranlıq. Çiraq sönüb.
Kibrit yox. Geçәnin bu zülmәtindә hara gedim?
Addımımı evdәn bayıra qoysam, darğasız
oğrulara rast gәlәrәm. Fikirli oturdum, gördüm
ki, yatmaqdan yaxşı şey yoxdur. Başımı
balışa qoyub yenә yuxuladım. Görәk nә
vaxt ayılaram.