MOLLA HÜSEYN SABİT "AĞBAŞ"

 

 

 

 

Molla Hüseyn Hacı İsmayıl oğlu "Sabit" tәxәllüs әslәn xoylu olduğu halda tәxminәn otuz yaşlarında Gәncә vilayәtinә gәlibdir. Burada elm, zәkavәt vә fitrәti ucundan Qazax qәzasında Hәsәnsu kәndindә tәqribәn otuz il mollalıq ilә sükunәt etmiş vә orada tәәhhül eylәmiş, indi beş il var ki, öz vәtәninә övdәt qılıbdır vә әlan hali-hәyatda olmağı vә olmamağı mәlum deyil. Molla Hüseyn Sabit xoşkәlam, şirinzәban vә hazırcavab bir şair olmağı Qazax vә Gәncә әhlinә mәlumdur. Farsca vә türkcә yaxşı kәlamları vardır. Amma türkcә yazdığı kәlamlar fars dilindә yazdıqlarından daha sәlis vә daha gözәldir. Mәcmuәsi varsa da, çap olunmayıbdır.

 

Cәnab Fani ilә bir çox hәkimanә tәatiyi-әfkarda olub, әfkarının cümlәsini türkcә mәnzum yazmış. Sabit cәnabları "Ağbaş" әlqabı ilә mәşhurdur. Qazax şairәsi Şahnigar xanım "Rәncur" tәxәllüslә dәxi onun mabeynindә mübadileyi-әfkar olunurmuş.

 

Şahnigar xanıma yazdığı bir qәzәl:

 

Hәr sәhәrgәh nalәvü әfğanımız bica deyil,

Şam vәqti ahi-dilsuzanımız bica deyil.

 

Biz hәkimi-әsriz, әşki bilmişiz tәfrihi-tәb.

Hәr әtibba tәk bizim dәrmanımız bica deyil.

 

Ya yetiş fәryadә, ya ver nәqd әşkim qiymәtin,

Müft sanma, bu düri-qәltanımız bica deyil.

 

Daneyi-әşkim verir hәr dәmdә bir qәm meyvәsin,

Bağban, bu çәşmi-xunәfşanımız bica deyil.

 

Şurumuz, әmalımız, sәbül-mәsanimiz qәzәl,

Övliyayiz, çoxdurur xahanımız, bica deyil.

 

Suzi-şamü ahi-sübhü dәrdi-zöhrü hüzni-әsr,

Ünsürü tәrkibi-çarәrkanımız bica deyil.

 

Sabita, xamuş, yoxdur sirri-hikmәtdәn sual,

Hәr nә kim, mәnzur edәr sultanımız, bica deyil.

 

Rәncur xanım Sabitin qәzәli-pürmәzmunu cavabında belә yazmış:

 

Ey deyәn "ahi-dili-suzanımız bica deyil".

Nәqd ömrün badә vermә, canımız bica deyil.

 

Qıl nәzәr bir dam, bizi bu dәrdi-istiğna ilә,

Ey hәkim, öldürmә kim, hirmanımız bica deyil.

 

Ehtiraz et dәmbәdәm yarin qiyamәtdәn saqın,

Dinlә, gәl gör ayeyi-Quranımız bica deyil.

 

Hәm saqın cürmi-kәbirindәn, edib bir ehtiraz,

Ruzi-mәhşәr duzәxü divanımız bica deyil.

 

Candadır, ey çәşmi-giryanım, xәridarın sәnin,

Dürri-әşkü daneyi-mәrcanımız bica deyil.

 

Zәxmi-hicrandan keçәr ruxsarımız qan yaş ilә,

Saqiya, xunabeyi-әlvanımız bica deyil.

 

Sorsalar, ey dil, әgәr razi-nihanından xәbәr,

Söylә kim, dәrdi-dili-pünhanımız bica deyil.

 

Xәstә Rәncurәm, cahanda alәmi seylab edәn

Abi-әşkim Qülzәmü Ümmanımız bica deyil.

 

Ağbaş mollanın haqqında qabaqda dәxi az-çox mәlumat verilibdir. Mәlum deyil ki, Sabit cәnablarını hansı yerin şüәravü üdәbası silkinә daxil etmәk: Qazaxmı, Gәncәmi vә yaxud Azәrbaycan İraqı?