MӘŞHӘDİ İSMAYIL HACI
KAZIMZADӘ "BӘZMİ"
Mәrhum Mәşhәdi İsmayıl
İrәvanın sahibi-sәrvәt
tüccarzadәlәrindәn zәrif vә
xoştәb bir vücud idi. Tәvәllüd, edibdir
İrәvan şәhәrindә hicrәtin 1262-ci[1]
ilindә. Rüşd mәqamına çatınca ev
tәrbiyәsi alıb, sonradan әdibi-kamil Mirzә
Mәhәmmәdtağı Naxçıvaninin
mәktәbindә tәlim almağa başlayıb
vә öz istedadi-fitrisi sayәsindә az vaxtda fars vә
türk lisanını tәkmilәn öyrәnibdir.
[1] 1846.
Mәrhum Bәzmi ömrünün çox
zamanını ticarәt işlәrindә keçiribdir
vә bu әsnada xoştәb vә şirinzәban
olmağına binaәn, müasiri olan әyanü
әşraf içindә mәruf vә xüsusәn
şüәra silkindә әziz vә
möhtәrәm bir vücud olubdur. Ömrünün
axırına iyirmi sәnә qalmış ticarәt
işlәri yaxşı getmәdiyi üçün ondan
әl çәkib, müәllimlik işinә
mübaşir olmuşdur vә İrәvan
şәhәr mәktәbindә elmi-ilahi vә
lisani-türki müәllimi tәyin ol[un]muşdur vә
bundan әlavә özünün әlavә
mәktәbi dәxi var idi.
Bu hәqir bәndә İrәvan
gimnaziyasına yeni müәllim tәyin olunan vaxtlarda
Mirzә İsmayıl ilә tanış olub vә
bәzi vaxtlar onun üsuli-tәdrisi ilә aşina olmaq
üçün mәktәbinә gedәrdim vә onun
artıq şövq ilә tәlimi-әtfalә
mәşğul olmağını görüb, dәxi
dә artıq onunla yaxınlanmağa vә dostluq
әlaqәsini bağlamağa sәy edәrdim.
Çifayda, әcәl fürsәt vermәyib, ol
cәnabın dostluğundan bizi mәhrum qıldı vә
hicrәtin 1305-ci[2] sәnәsindә
şәrbәti-mәrgi içirtdi.
[2] 1888.
Mәşhәdi İsmayıl bizim
mәktәblәrdә babadan bәri işlәnәn
köhnә qayda üzrә dәrs vermәyin qüsurunu
anlayıb, üsuli-sövti ilә tәlim vermәk
üçün özü tәzә bir әlifba
tәrtib etmişdi. Amma mәrhumun bu işi nә
qәdәr әhәmiyyәtli vә xeyirli idisә
dә, köhnә qaydanı sevәn vә işıqdan
bixәbәr olan avamlara o, xoş gәlmәdi. Mәrhumun
tәzә әlifbası avam vә әhli-qәrәz
lisanında gülünc vә istehza üçün bir
alәt oldu. Amma möhtәrәm müәllim bu istehza vә
kinayәlәrә әsla mültәfit olmayıb,
öz işindә sabitqәdәm vә möhkәm
dururdu.
Mәrhum Bәzminin farsi vә türki
әşarı bir mәcәllә qәdәri
olardı. Amma mütәfәrriq qalmağa görә,
asari-qәlәmiyyәsini bir yerә cәm edәn
olmayıbdır. Әşarının çoxusu
qәzәliyyat, rübaiyyat vә müxәmmәsat
qismindәndir. Bәzi qәsidәlәri dә
vardır. Onlardan nümunә üçün bir
neçә qәzәliyyat burada yazılır.
Qәzәli-Bәzmi:
Hәr kimsәnin ki, sәn kimi bir nazlı
yarı var,
Dünyada eyşü işrәti, xoş
ruzigarı var.
Çәkmә o tari-zülfdә darә
bu könlümü,
Zalım, tәrәhhüm eylә, usan,
bәsdi tarı var.
Hәr lәhzә qan tökәr sәnin
ol fitnә gözlәrin,
Guya ki, mәst gözlәrinin
Zülfüqarı var.
Dövri-ruxindә zülfi-siyahın
görәn deyir:
Gәnci-ruxindә yarın iki şahmarı
var,
Gәzmә rәqiblә ki, görәn
qorxuram deyәr:
Bir yaxşı güldü, tazә
açılıb, heyf xarı var.
Pәrvanә tәk gәl indi sәnin
başına dönüm,
Bak etmәrәm bu şәmin әgәr
nurü narı var.
Bәzmi
әsiri-dami-sәri-zülfi-yardır,
Öldürsә dә, bağışlasa
da ixtiyarı var.
Әyzәn qәzәli-Bәzmi:
Qanım tökәn qaşındı,
gözün gördü danmasın,
Müşküldü qonşu әyriliyin
qonşu qanmasın.
Ahәstә, ey könül, elә get
kuyi-dilbәrә,
Yatmış qapı dalında rәqibi,
oyanmasın.
Tök qanımı, vüsalә yetir,
çün görülmәyib
Aşiq әli vüsalә yetәndә
boyanmasın.
Xalın üzündә möcüzәdir,
kimsә görmәyib
Düşsün sipәnd
atәşi-suzanә, yanmasın.
Sәbr eylә, ey könül, yetәr
hәr cövr yardәn,
Aşiq gәrәk cәfavü
sitәmdәn usanmasın.
Heyfa ki, bu qәzәlin axırıncı
fәrdlәri әlә düşmәdi.
O tari-türrәni, ey nazәnin, yavaş
darә--
Ki, bağlıdır neçә yüz min
könül o bir tarә.
Könül hәmişә sәnin
bәstәri-qәmindә yatır,
Bu rәsmdir ki, әyadәt edәrlә
bimarә.
Vüsalının gecәsi sübh tәk
olur rövşәn,
Fәrağının günü
zülfün kimi mәnә qarә.
Bu qanә dönmüş olan
könlümün günahı nәdir--
Ki, qara zülfünә hökm eylәdin
çәkә darә?
Könül onun sәri-kuyindә oldu min
parә,
Yarın mәhәllәsinә sağ
gedәn gәlir parә.
O tari-zülfünü könlüm kimi
edәr dәrhәm,
Qarışsa naleyi-ahım
nәsimi-әsharә.
Gülün cәmalına şәbnәm
sәpәr çәmәndә gülab,
Neçün ki, qәşş
eylәyirsәn çıxanda gülzarә.
Fәraqi-yar ilә nakam can verib gedirәm,
Әya, sәba, de sevinsin o bivәfa
yarә.
* *
* * *
Salıb o gül üzünün
şövqü gör nә halә mәni,
O qaşların әlәmi döndәrib
hilalә mәni.
Görüb o qaşlarını mәn dedim
göründü hilal,
Salıbdı xalq bu bayramda qilü qalә
mәni.
Nә var sürahiyә meylim, nә
saqiyә sәnsiz,
Bu bәzm içindә deyirsәn
içәr piyalә mәni.
Hәdisdir ki, tәsәddüq
bәlanı dәf eylәr,
Dolandırıb başә, qurban elә o
xalә mәni.
Nәdir bu candan әlavә cәnabına borcum--
Ki, mәst gözlәrinә eylәdin hәvalә mәni?
Bәzmi bәzi vaxt "Әndәlib" tәxәllüsü ilә dәxi şer deyәrdi. Aşağıda yazılan
müxәmmәs dәxi Mәşhәdi
İsmayılın kәlamındandır ki, burada
"Bәzmi" әvәzinә
"Әndәlib" zikr olunubdur:
MÜXӘMMӘS
Vermiş şikәst sәrvә onun
qәddü qamәti,
Etmiş qiyami-qamәti bәrpa qiyamәti,
İsadә yoxdu ol lәbi-lәlin
kәramәti,
Çox tuldur bu zülflә kakil hekayәti,
Tövsifinә dәlildi "vәlleyl"
ayәti.
Zülfün dağıtdı gül
üzünә, eylәdi niqab,
Düşdü sәhab gün
üzünә muydәn hicab,
Guya küsufә girdi o dәm nuri-afitab,
Ol türrә tәk
könüllәrә üz verdi piç-tab,
Vird etdilәr kәlami-ruxindәn bir
ayәti.
Sәhv eylәmiş o arizini oxşadan
gülә,
Yox zülfünün şәbahәti
gülşәndә sünbülә,
Bir şanә etsә zülfünü bar
şükr gülә,
Gülzarü gülşәn içrә
salır şurü qülqülә,
Ol mәst gözlәrin bu sözә var
şәhadәti.
Bir gün ki, çıxdı seyr ilә
gülzarә ol nigar,
Fәrşi-zümürrüdün
döşәdi bağә sәbzәzar,
Nәrgis göz açdı,
görmәyinә qaldı intizar,
Müştaqdır o gül üzünә
Әndәlibi-zar,
Var bülbülün camalına güldәn
şikayәti.
Burada yazılan şerlәrdәn sәva
Bәzminin dәxi dә bir para әsәrlәri
әlimizdә vardır vә lakin onlar hәcviyyat vә
hәzliyyata dair olduğundan kitaba yazılmadı.