MOLLA İBRAHİMXӘLİL "DODUİ"

 

 

 

 

Nuxa şairlәrindәn birisi dә Molla İbrahimxәlil Mәhәmmәd oğlu "Dodui" vә ya "İbrahim" tәxәllüsdür. Molla İbrahim Nuxada Dodu mәhәllә[sin]dәn olmağına görә, tәxәllüsünü dәxi "Dodui" qoymuşdur. Mәrhum Molla İbrahim ülumi-әrәbiyyә tәhsilinә mәşğul olub, bu axır vaxtlarda Küdudlu qәryәsindә prixod mollalığına tәyin olunub, ruhanilәr silkinә daxil olmuşdur.

 

Molla İbrahimxәlilin tәbi-şeriyyәsi olmağa görә, mütәәddid şerlәr dәxi inşa qılmışdır vә lakin әsәrlәri mürәttәb bir qayda üzrә cәm olunmayıb, pәrişan haldadır. Onlardan әlә düşәnlәrinin bәzisi burada zikr olunur:

 

Eşq bir bәhrdir kәnarәsi yox,

Tәrki-candan sәvayi çarәsi yox.

 

Dudi-ahim dәrundәn çәksәm,

Asimanın olur sitarәsi yox.

 

Qәmi-әyyam dildәdir mәktub,

Bibәsәrlәr deyir ki, qarәsi yox.

 

Nalәdәn nalә döndü qamәti-rast,

Söylәr әmma ki, xәlq әmarәsi yox.

 

Dodui, fal әgәr deyil niku,

Sәndә ixlasu istixarәsi yox.

 

Zәkat yığmağa gedәn tamahkar bir mollanın haqqında deyibdir:

 

Alәmdә neçә saili-cәrrar görünmüş,

Zәnn etmә ki, bir böylәcә idbar görünmüş.

 

Әhbablığa hiç sәlahiyyәti yoxdur,

Fisqi sәbәbilә mәnә әğyar görünmüş.

 

İllikdәn o yanә olur azuqәsi әfzun,

Çardağına get, bax neçә xarvar görünmüş.

 

Anınla nә ruyәnlik edir gör ki, qәryәdә,

Hәtta dedilәr qәryeyi-küffar görünmüş.

 

O yan Babaratma, bu yanı Dәhnәçapağan[1],

Cümlә nәzәri-xәlqdә murdar görünmüş.

 

[1] Dәhnәçapağan, Babaratma--kәnd adlarıdır.

 

Kim sehrinә pabәstәdi, tәvizinә kim ram,

Bir pәf zühur eylәmәdi, zar görünmüş.

 

Söylәrlәr onun tәntәnәsi vәsfini bihәd,

Bu halla yox bir fәrәci, xar görünmüş.

 

Hәq verdiyi әnvayi-niәm var ikәn onda,

Bişәrmliyi alәmә izhar görünmüş.

 

İqrari-qüsur eylәmәz әsla o hәyasız,

Yox sidqi, bütünlük ona hәr bar görünmüş.

 

Hәr qәdr yığa, söylәyәcәk:--Olmadı bir şey,

Bir dәfә onun adәti inkar görünmüş.

 

Burada şayani-diqqәt olan budur ki, molla özü öz hәmsinfinin bişәrm, hәris vә tamahkar olmağına iqrar edib deyir ki, molla qismi nә qәdәr sәdәqә, ehsanat vә zәkat yığsa da, yenә söylәyәcәkdir ki, bir zad olmadı, çünki әvvәldәn onun tәbiәtü adәti haqqı inkar etmәk olubdur. Burada dәxi cәm etdiyini hökmәn gәrәkdir inkar etsin.

 

Nәti-rәsulüllah:

 

Lisanım nәtini guya deyildir, ya rәsulüllah,

Sәzayi-dәrgәhindir, ya deyildir, ya rәsulüllah!

 

Budur mәnzur әltafi-xudadәn eylәyә tövfiq--        

Ki, mirati-könül icla deyildir, ya rәsulüllah!

 

Hәvayi-nәfsi-zülmat içrә bir gәz әql şaşmışdır,

Hәrimi-vәsfinә bina deyildir, ya rәsulüllah!

 

Sәmavat ilә әrz onlarda hәr nә var mövcudat,

Biri yox nurdәn peyda deyildir, ya rәsulüllah!

 

Zülali-lәblәrin sihhәtfәzayi-dәrdi-üsyandır,

Onun tәk sәlsәbil әhli deyildir, ya rәsulüllah.

 

Civari-kuyi-rövzәn bir müәmma, sirri-bitimsal--          

Ki, manәndi onun mәva deyildir, ya rәsulüllah!

 

Dәmi-fәryadrәslik Doduiyә lütfün izhar et,

Günahın qabili-dәva deyildir, ya rәsulüllah!

 

Әyzәn kәlami-Dodui:

 

Dedim:--Könül, sәni bu halә dәrdi-yar salıb?

Dedi:--Bәli, bәli, әlbәttә, bir nigar salıb.

 

Dedim:--Bu ahü ününә sәbәb nәdir şәbü ruz?

Dedi:--Bu sineyi-pürdәrdә yar nar salıb.

 

Dedim:--Xәzan dәmidirmi böylә pәrişansan?

Dedi:--Fәraq qәmi, nә xәzan, bahar salıb.

 

Dedim ki, sәbrü qәrar ilә hәll olur müşkül,

Dedi ki, zülfi-siyahi biixtiyar salıb.

 

Dedim ki, ey güli-tazә, nәdir bu cövrü cәfa?

Dedi ki, böylәdir adәt ki, ruzigar salıb.

 

Dedim:--Bu hüsndә Yusifmisәn, Züleyxasәn?

Dedi:--İkisi bәrabәrcә yadigar salıb.

 

Dedim ki, lәrzә salıb canә sәfi-müjganın,

Dedi:--Nә bircә sәni, çoxları fikar salıb.

 

Dedim:--Bu möhnәti-hicranә yoxmu bir әncam?

Dedi:--Nә çarә qәzayә ki, girdgar salıb.

 

Dedim:--Doduiyә bais olan әdavәt nә?

Dedi:--Әbәs deyil, әlbәttә, vәchi var, salıb.

 

Molla İbrahimxәlil Dodui vәfat edibdir 1900-cü sәnәdә. Vәfatı vaxtı qırx yaşında imiş.