MİRZӘ MӘHӘMMӘD TAĞI "QUMRİ"

 

 

 

Dәrbәnd şairlәrindәn әn mәşhuru Mirzә Mәhәmmәd Tağı ibnül-mәrhum İbrahim vә "Qumri" tәxәllüsdür. Qumri әslәn Dәrbәnd әhli olub, zamani-viladәti haman şәhәrdә tarixi-hicriyyәnin 1235-ci[1] sәnәsindә vaqe olubdur.

[1] 1819.

 

Qumri sәğir sinnindәn mәktәbә qoyulub, öz zehnü fәrasәti sayәsindә az vaxtda türkcә, farsca vә hәtta әrәbcә gözәl savad kәsb edib, öz vaxtının vә müasirinin mabeynindә mütәdavil olan ülumü kәmalata dara olubdur.

Mirzә Mәhәmmәd Tağı әxlaqü әtvar cәhәtincә cümlәnin nәzәrindә mәmduhü mümtaz bir vücudi-möhtәrәm sayılırdı. Kәsbi-mәaşını ticarәt әmrinә münhәsir qılıb, mütәşәxxis vә mötәbәr tüccarlardan birisi hesab olunurdu. Sahibi-әqlü tәdbir olduğu üçün müşkül әmrlәrdә әbnayi-vәtәni, dost vә aşnası ona rücu edib, onun sәlahdidi ilә rәftar edәrdilәr. Otuz sinninә yetdikdә nәzmü tәlifi-әşari-gövhәrbar vә әbyati-dürnisari-müsibәti-әhli-beyti-әthar vә şühәdayi-Kәrbәlaya şüru etmәklә bir qüvveyi-iqtidar peyda etmiş Qumri "Kәnzül-mәsaib" nam әsәrinin dibaçәsindә nәsr ilә yazdığı bir neçә püribarә sәtirlәrdәn belә anlaşılır ki, әyyami-şәbabını zövqü işrәtdә keçirdiyindәn peşman olubdur. Necә ki, ol cәnab bu xüsusda deyir: "Bәndeyi-zәlil rusiyah әlmüznibü tәhidәst, sәrmayeyi-itaәti-übudiyyәt vә qutәvәri-dәryayi-bimüntәhayi-mәasi, әsiri-hәvayi-nәfsi-әmmareyi-şәrir әbdül-hәqir kәsirüz-zünubü tәqsir Mәhәmmәd Tağı ibnül-mәrhum İbrahim Dәrbәndi әlmütә-xәllis bә "Qumri" mәşğuli-sevdayi-cәmali-bәr xәttü xali-mәhbubani-әbruhilal vә mәftuni-nәrgisi-fәttani-dilfәribani-cadumisal olub vә bәmüfadi "әl mәcazü qәntәrәtül-hәqiqә" gülüstani-alәmi-imkanü mәcazdә aşüftәvü nalan, kәmali-nәğmeyi-mәqamati-fәrәhәfza ilә guya vә rәtbül-lisan olduğu halda nagah şahbazi-bülәndpәrvazi-nüktәpәrdazi-әqli-mümtazi-kamilnәvazi-[alәmi]-insan mәrәzi-xitab-itaba gәlib, mütәrәnnimi-mәqal vәcdü hal vә müstәhzәri-sualü cavab oldu".

Bu kәlamın müxtәsәr mәnası budur ki, Qumri cavanlıq әyyamını bir müddәt eyşü işrәtdә keçirib, ömrünü gözәllәrin xәttü xalına vә әbruyi-hilalına vә naz-işvәsinә sәrf etdiyi halda әqli-mümtaz qәflәtәn xitab-itaba gәlib, onun qәflәtdә olması vә cani-nәqdini bihudә sәrf etmәsini bu minval bәyan edir:

 

Bu sevdadәn keç, ey qafil, dәxi ömri-cәvan keçdi.

Şәbab әyyami getdi, zövqi-sövdayi-cahan keçdi.

 

Qivami-ünsüriyyәtdәn qivayi-xәmsә süst oldu,

Yәqin abai-ülvi iltifatından әyan keçdi.

 

Yavuqlaşdı dәmi-rehlәt, tәravәtdәn düşüb qamәt,

Olub әfsürdә bәrgi-tari çün sәrvi-rәvan keçdi.

 

Ağardı muyi-sәr, qaldı ziyadәn çeşmi-nurani,

Mәqali-söhbәti-әhli-lәbi-şәkkәrfişan keçdi.

 

Münadi qeybdәn eylәr nida, ey bixәbәr, yatmış,

Oyan bir xabi-qәflәtdәn, yatıbsan çox, zaman keçdi.

 

Cәrәs fәryad edәr, qom-qom vurarlar kus peydәrpey,

Qәtari-kuç yüklәndi sәrasәr, karvan keçdi.

 

Sәrayi-ariyәtdә hәr gәlәn beş gün qalır mehman,

Rәfiqü aşina getdi, tamamәn hәmzәban keçdi.

 

Rәcul sәyyadi müstәhzәr durubdur can sorağında,

O vaxt agah olursan kim, çıxıb әldәn inan keçdi.

 

Dayanmaz masәlәf gәl ma-sә-yәti üstә fikr eylә,

Görürsәn bir zaman әldәn behişti-cavidan keçdi.

 

Gedәr dünyayi-fani, axirәt әmrindә qıl çarә,

Keçәnlәr ya qәminü ya hәzin ya şadiman keçdi.

 

Gәlir bir gün deyәr qәdrin bilәnlәr heyf dünyadan,

Qoyub nәzmi-dürәfşan Qumriyi-şirinzәban keçdi.

Şairin tәbi-rәvanpәrvәri ağılın bu gunә Qumrini xabi-qәflәtdәn bidar edib, axirәt vә mәnәviyyәt alәminә onun fikrü xәyalatını sövq etmәyini müşahidә edib, filfövr ağıl ilә mübahisәyә daxil olur vә meydani-fәsahәtü bәlağәt[dә] tündü çapük gedәn atını cövlan etdirib, bir xeyli mükalimә vә mübahisәdәn sonra tәb ağıla qalib gәlir. Burada tәbdәn murad mәhәbbәti-әzәli vә eşqi-hәqiqidir. Çün hәr şeyi cünbişü hәrәkәtә gәtirәn vә hәr şeyә ruhü can verәn, hәr şeyi gözәl, lәtif, mәrğubü tәr-tazә qılan eşqdir, ona binaәn külli-mәxluqata sahibü hökmfәrman olan, cәmi yaranmışa ağalıq edәn, xüsusәn bәni-növi-bәşәri öz tәhti-idarәsindә dolandıran, piri cavana, cavanı pirә, tәrsanı müsәlmana, müsәlmanı tәrsaya bәnd edәn dinü mәzhәbi, malü canı, qeyrәtü himmәti, irzü namusu, namü şöhrәti öz әlindә әsir edәn, lazım olduqda cümlәsini badi-fәnaya verәn eşqdir. Necә ki, onun hәr şeydәn artıq sahibi-qüdrәt olması babında Mollayi-Rumi öz "Mәsnәvi"sindә deyibdir:

 

Hәr çe quyәm eşq әz an bәrtәr bovәd,

Eşq Әmirәlmomenin Heydәr bovәd[2].

 

[2] Tәrcümәsi:

Hәr nә desәm, eşq ondan üstündür,

Eşq--heydәr әmirәlmöminindir.

 

Ağılın әvvәlinci xitabını ki:

 

Bu sevdadәn keç, ey qafil, dәxi ömri-cavan keçdi,

Şәbab әyyamı getdi, zövqi-sevdayi-cahan keçdi--

 

--eşitcәk şairin bülbüli-tәbi dürci-dәhanın açıb, onunla bu sayaq hazırcavab olur:

 

Mәgәr divanәdir üşşaq eşqi-yardәn keçsin,

Hәvayi-vәslü sevdayi-ruxi-dildardәn keçsin?!

 

Rәvadır tәşneyi-cami-mәhәbbәt meydәn әl çәksin,

Qoyub zövqü sәfanı, badeyi-gülnardan keçsin?!

 

Ol anda fәsli-gül tәr qönçәnin arayiş әyyami,

Qoyarmı eşq şeyda bülbülü gülzardәn keçsin?!

 

Keçәr nazü nәimi-cavidandan aşiqi-sadiq

Vә lakin müşkül işdir lәzzәti-didardәn keçsin.

 

Olur keçmәk Bәdәxşan lәlinin alafü әlfindәn,

Çәtindir aşiqә lәli-lәbi-göftardәn keçsin.

 

Mәnim mehrabü qiblәm taği-әbruyi-bütan olmuş,

Mәazәllah ki, zahid qibleyi-әxyardәn keçsin.

 

Olub Qumridәn ötrü rişteyi-can gisuyi-canan,

Mәgәr candan keçib ol türreyi-tәrrardәn keçsin?!

 

Ağıl:

 

Açdı dübarә dürci-dәhan әqli-nüktәdan,

Çәkdi bu rәmzi rişteyi-nәzmә qılıb bәyan.

Sevda nәdir başında, bu sevdadәn әl götür!

Eşqi-mәcazü söhbәti-bicadәn әl götür!

Aldanma xubruylәrin xәttü xalına,

Çeşmi-xumarü nәrgisi-şәhladәn әl götür!

Öz rәngi tәk siyah qılar ruzigaruvi,

Tәrrar türrә, zülfi-çәlipadәn әl götür.

Әbrukәmanların dәmi-tizindәn et hәzәr,

Yox etibarı löbәti-dünyadәn482 әl götür!

Aşiqlәrin hәmişә qara bağrı qan olur,

Zahid, fәribi-şuxi-dilaradәn әl götür!

Minayi-eşq edәr sәni leylü nәhar mәst,

Ol hüşyar, gәrdәni-minadәn әl götür!

Az qaldı qamәtin xәm ola, ömr qurtara,

Bir ibrәt eylә, qamәti-rәnadәn әl götür!

Keçdi cavanlıq alәmi, göz nurdәn düşüb,

Nәzzareyi-rüxi-güli-hәmradәn әl götür!

Cami-mәhәbbәti-ruxi-dildari qılma nuş,

Çox naküvar meydi, bu sәhbadәn әl götür!

Qövqası çox, vәfaları yox mahrulәrin,

Vardır nәdamәti, belә qövqadәn әl götür!

Pabәnd olma xubruylәrin zülf damına,

Gisuyi-müşki-cәdi-sәmәnsadәn әl götür!

Eşqi-bütan ürәklәrә hәr lәhzә qan qoyar,

Dәryayi-qandı, girmә, o dәryadan әl götür!

Cadu gözü çәkib salu tәsxirә dilbәrin,

Çox fitnәdir, bu fitneyi-üzmadәn әl götür.

Döndәr inani-tәbini bir ayrı gülşәnә,

Qumri, bu pürmәlal tәmaşadәn әl götür!

 

Tәb yaxud eşq:

 

Tutiyyi-tәb dürci-dәhan açdı bihicab,

Sultani-әqlә verdi bu ünvan ilә cәvab:

Heç gülüstan bu lәtafәtdә dilara olmaz,

Arizi-yar kimi laleyi-hәmra olmaz.

Hansı sәrvin boyu var qamәti-dildar kimi,

Rövzeyi-baği-cinanda belә tuba olmaz.

Baxaram kakili-müşkini dilaramlәrә,

Misli heç müşki-tәri-cәnnәtü mәva olmaz.

Ruxi-xubani-cahan bәrq vurar ayinә tәk,

Bu nәzakәtdә heç ayinә müsәffa olmaz.

Nә әcәb nәqş edib ustadi-әzәl tәsvirin,

Әhsәnüllah ki, belә surәti-ziba olmaz.

Gәr tәbәssüm edәlәr, gövhәri-dәndan görünür,

Pәrtövi mehri-dirәxşanda hüveyda olmaz.

Guşeyi-çeşm ilә üşşaqә nigah eylәmәyi,

O baxışda deyәsәn ahuyi-sәhra olmaz.

Lәbi-gülbәrglәri rәşk verir yaquta,

Lәli-canan kimi yaqut mücәlla olmaz.

Görsәnir lәli-lәbindә oların abi-hәyat,

Ola min çeşmeyi-kövsәr, ona hәmta olmaz.

Bәxt olur qismәt olan cürәsi hәr aşiqә kim,

Dәxi kövsәr suyuna meylü tәmәnna olmaz.

Әl çәkәn damәni-mәhbubi-mәlәksimadәn

Olsa hәr kimsә, olur, Qumriyi-şeyda olmaz.

 

Ağıl:

 

Tövsәni-әql girib cürәt ilә meydanә,

Gәldi göftari-nәsihәtlә әcәb cövlanә:

 

Ey könül, eşqi-mәcaz әhli sәbükbar olmaz,

Ayılıb nәşeyi-meydәn, dәxi hüşyar olmaz.

Şuxü rәnayi-cәfaculәrә bel bağlamayın--

Kim, gözәllәrdә sözü doğru vәfadar olmaz.

 

Gözәllәrin vәfasız vә etibarsız olmağına işarә etdikdәn sonra ağıl şairin dili ilә yenә başlayır onların afәtyetirici üzvlәrini bir-bir zikr etmәyә vә hәr birisinin fitnәvü fәsadından şairi saqındırıb tәnbehü tövsiyә elәyir, deyir: Özünü gözlә, ayıq vә hüşyar ol, sәni damizülf ilә bәnd edib, çahi-zәnәxdana salar vә dәxi bu bәlalı quyudan kәnara çıxmağa çarә bulmazsan. Kakilinin rayihәsi ilә könlün evini bir sayaq viran edәr ki, dәr-divardan bir әsәr dә qalmaz. Fitnәcu gözlәri cadu qurubdur. Hәrgiz qafil gәzmә, hәzәr eylә, onlar kimi sәhhar heç yerdә tapılmaz. Tiri-müjganları әbru yayından çıxıb, sinәni mәcruh qılar, belә zalım vә mahir ox atan ovçu görünmәyib. Mahruların bivәfa vә sitәmkar olmağını dübarә şair zikr edib deyir:

 

Qәti-ülfәt elә, Qumri, bu pәrirulәrdәn,

Bivәfalardı, bulardan sәnә heç yar olmaz.

 

Tәb:

 

Hәzari-tәbi-rәvan eşqdәn olub dәmsaz,

Hüzuri-әqldә qıldı bu mәtlәbi ağaz:

Könül hәmişә hәvayi-vüsali-yardәdir,

Haçan müyәssәr olur çeşmim intizardәdir.

Çәkib zibәs ki, zimistan qәmin hәzareyi-dil,

Qәrarü sәbr gedib, gözlәri bahardәdir.

Әgәr açılsa gülüstanda min güli-әlvan,

Vә leyk meyli-dilim türfә lalәzardәdir.

Deyәllәr mayil olur rәngi-sürxә divanә,

Cünuni-eşqәmü meylim güli-üzardәdir.

Sәfayi-meydә nә var, ya nәdir şәrabi-tәhur,

Tamami-lәzzәti-dünya lәbi-nigardәdir.

Meyi-mәhәbbәtinin cürәsin içәn aşiq

Ayılmayıbdı yenә indi dә xummardәdir.

Çәkibdi türreyi-mişkin üzari-yarә niqab,

Deyillә gün tutulub, alәm iztirabdәdir.

Qumriyi-şikәstәxatir eşqin fәzilәtini bu minval daha neçә-neçә mövzun kәlamlarda rişteyi-nәzmә çәkib, ağılın gözәl vә ibrәtamiz nәsihәtlәrini qәbul etmәkdәn onu uzaq vә kәnar elәyir.

 

Ağıl eşqә deyir:

 

Sәhl sanma, eşqi-xubani-cahan düşvardır,

Zahirәn gül, batinәn amma sәrasәr xardır....

Eşq bir pünhan mәrәzdi aşiqi zar öldürür,

Bәlkә ölmәkdәn bәtәr ta ömrü var bimardır.

Rahәt olmaz, canı hәrgiz qüssәdәn olmaz xilas,

Fikrü zikri yar ilәn ta sübhә dәk bidardır.

Ya cünuni-eşq olur, Mәcnun sifәt sәhranәvәrd,

Ya budur Mәnsur tәk axır mәqamı dardır.

Gәr vәfasına inansa bivәfa mәhrulәrin.

Filhәqiqә Qumriyi-şirinzәban biardır.

 

Eşq cavabında deyir:

 

Gisuyi-mişki-dilbәri dünyaya vermәrәm,

Hәm tari-zülfünü şәbi-yeldayәyә vermәrәm.

Bir cilveyi-cәlali-cәmali-cәmilini

Çәrx üzrә bәdri-kamil olan ayә vermәrәm.

Hәngami-sübh rayiheyi-әtri-kakilin

Hәrgiz nәsimi-cәnnәtü mәvayә vermәrәm.

Hәr bir nәfәsdә nәkhәti-dürci-dәhanını

Әhyayi-mövt edәn dәmi-İsayә vermәrәm.

Gülbәrgi-lәblәrindә olan şәhdü şәkkәri

Min hovzi-abi-kövsәri-üqbayә vermәrәm.

Naz ilә sәrv qamәtinin bir xuramını,

Haşa xurami-nәxleyi-tubayә vermәrәm.

Mәftuh edәndә simi-müsәffayi-sinәsin,

Musadә görsәnәn yәdi-beyzayә vermәrәm.

Dürci-dәhan içindә o dәndani-dürrini

Min kәnzi-dürü löleyi-lalayә vermәrәm.

Mehri-muniri-sәfheyi-ruxsarü arizin

Yüz afitabi-çәrxi-müәllayә vermәrәm.

Müjgan oxilә sinәmi sevdayә qoymuşam,

Kimdir deyә cahanı bu sevdayә vermәrәm.

Başdan mәhaldır çıxa şövqi-liqayi-yar,

Heç qәlbimi bir ayrı tәmәnnayә vermәrәm.

Naseh, mәlamәt eylәmә Qumrini eşq üçün,

Hәrgiz qulaq bu söhbәti-bicayә vermәrәm.

 

* * * * *

 

Kәnzi-nәsayihin açıban әqli-tacdar,

Çәkdi bәyan riştәsinә dürri-şahvar:

 

Ey dil, vәfası yoxdu dilara gözәllәrin,

Cövrü cәfası çoxdu bu rәna gözәllәrin.

Yüz nazü qәmzә ilә can almaqdır adәti,

Ahu baxışlı gözlәri şәhla gözәllәrin.

Hәr tarı bir kәmәnd kimi xәlqi bәnd edәr,

Dami-bәlayә zülfi mütәrra gözәllәrin.

Tavus tәk bәzәr özünü, xәlqi aldadar,

Çün fikrü zikri mәkrdi qәta gözәllәrin.

Bir dәfә güldürәr sәni, min dәfә ağladar,

Şәnindә gәlmәyibdi tәvәlla gözәllәrin.

Çox imtahan edibdi kәma-keyf haqqına,

Arifdi çünki, Qumriyi-şeyda gözәllәrin.

 

* * * * *

 

Verdi cavab әqlә yenә tәbi-pürhünәr:

Qılmaz mәnә bu növ nәsihәtlәrin әsәr.

 

Çıxmaz başımdan eşq ilә sevdası dilbәrin,

Könlümdә var hәmişә tәmәnnası dilbәrin,

Nuş etmişәm şәrabi-mәhәbbәt әlәstdә,

Getmәz ölüncә nәşeyi-sәhbası dilbәrin.

Vaiz, mәlamәt etmә mәni, hәq mәnimlәdir,

Gәl bax, bu mәn, bu sәn, bu, tamaşası dilbәrin.

Cәnnәtdә hәr nә vardı, sәnin, qoy mәnim ola

Bir kәlmә söhbәti-fәrәhәfzası dilbәrin.

Yox özgә mәşqi vәsli-ruxi-yardәn sәva,

Qumri olubdur aşiqi-şeydası dilbәrin.

 

* * * * *

 

Qıldı dür fәsahәti әqli-köhәn nisar,

Әrz etdi pir tәbә ki, ey mәrdi-hüşyar,

 

Cana, mәhәbbәt alәmi pürinqilab olur,

Әhli-mәhәbbәtin işi daim әzab olur.

Aramü taqәti kәsilir әhli-nәşәnin,

Bisәbrü bitәhәmmülü büxürdü xab olur.

Әncüm sayar sabaha kimi aşiqin gözü,

Hicranda hәr gecә ona yövmül-hesab olur.

Bir tarmuy ilәn dağıdır can binasını,

Ol kakilin ki, riştәsi pürpiçü tab olur.

Әhli-günahә nari-cәhәnnәm verir әzab,

Üşşaqı dilkәbab elәyәn lәli-nab olur.

Ruxsari-mahtәlәtә baxmaq deyil rәva,

Çox baxsa aftabә әgәr göz, xәrab olur.

Abi-hәyat tәk görünür vәsli-mәhvәşan,

Tәhqiqi-nәfsül-әmrdә baxsan sәrab olur.

Vermә könül o taifeyi-bәdmәzacә kim,

Kirdari nazü kәlmeyi-nitqi itab olur.

Bir nuş versә qәlbüvә yüz nişi-qәm urar,

Cövrü cәfası aşiqinә bihesab olur.

Yoxdu kitabi-mәzhәbi kafir gözәllәrin,

Kafir bulardan әsldә әhli-kitab olur.

Aldanma hüsni-surәtә, bu xudfüruşlәr

Surәtdә bülbül olsa da, batin qurab olur.

Zahirdә Müştәridir, әgәr batinәn Zühәl,

Axır Zühәldәn alәm ara ictinab olur.

Bu növdür vәfalarının istiqamәti,

Guya ki, filmәsәl, su üzündә hübab olur.

Qәtәn әqidәsindә bu zalimlәrin yәqin

Aşiqlәrә cәfa elәmәk çox savab olur.

Qumri, bu qövlә mötәrif ol, qılma etiraz,

Bәsdir dәxi, nә qәdәr sualü cavab olur?!

 

* * * * *

 

Meydani-ehticacdә çün tәbi-sәrfәraz

Rәxşi-fәsahәt üstә minib oldu yekkәtaz.

 

Yetmәz kәmalә canda әgәr cövhәr olmasa,

Bizzat әsli-cövhәri-canpәrvәr olmasa.

İnsan ilәn bәhayim içindә nә fәrq var,

Başda hәvayi-vәsli-ruxi-dilbәr olmasa?!

Olmaz nәvayi-bülbüli-şeyda fәrәhfәza,

Gәr sinәsindә şövqi-güli-әhmәr olmasa.

Harda qәbuli-mәhzәri-әhli-kamal olur,

Hәr kim kitabi-eşqdә sәrdәftәr olmasa.

Heç nәfs sahibi tapa bilmәz hәqiqәti,

Ta yari-gülüzar ilә hәmsağәr olmasa.

Nәzmin qәzalәsin edә bilmәz şikarü seyd,

Şahini-fikr uçmaq üçün şәhpәr olmasa.

Düşmәz füruqi alәmә kanuni-sinәdә

Eşq atәşilә şölәlәnib әxgәr olmasa.

Atmaz kәnarә dürrünü dәrya min il, әgәr

Ta gәlmәyib tәlatümә şurü şәr olmasa.

Cami-mәhәbbәti-ruxi-canani nuş edәn

Bak eylәmәz, nәsibi meyi-kövsәr olmasa.

Qabil deyil o kimsә ki, dövri-zәmanәdә

Tumari-eşq mәşqi ona әzbәr olmasa.

Olmaz çәmәndә Qumriyi-şuridә nәrmәsaz,

Mәnzuri sәrvqamәti-siminbәr olmasa.

 

Tutiyyi-nәfsi-natiqә oldu göhәrfişan

Sәrgәştә tәbә verdi әcәb gülstan nişan.

 

"Kәnzül-mәsaib"dә ağıl ilә tәbin bu qisim mükalimәvü mücadilәlәrindәn sonra şair kitabın sәbәbi-tәlifü tәnzimi barәsindә bir-iki mövzun qәsidәlәr inşa qılıb, gülüstani-Kәrbәlaya nәzәr yetirib vә onda әnvai-çiçәklәri vә әqsami-nәbatatü şükufәlәri vә quşları pәrişanhal, giryanü nalan görür vә hәr birisi zәbani-hal ilә Kәrbәla müsibәtini zikr qılır:

 

Gәhi nәzarә qılar hәsrәt ilә reyhanә,

Onu şәbih tutar xәtti-әnbәrәfşanә.

Kәmali-hüzn ilә nalandı binәva Mәhzun,

Qılıbdı arizini әşki-xun ilә gülgun.

Baxanda sünbülә әfğan edәr bәsövti-cәli,

Düşәr xәyalına gisuyi-müşkbari-Әli.

Fәna fәğanә gәlib qönçә gül budağında,

Hәmişә suzişi-pünhanı var dodağında.

Baxıb o qönçә gülә Qasimi salır yadә--

Ki, türfә yas tutubdu әrusi damadә.

Bahari-tәziyәdә bağlayıb әcәb divan,

Salıbdı sәhni-gülüstanә nәzm ilә tufan.

Bu minval bәnәfşә, qәrәnfil, güli-novruz, güli-cәfәri, güli-sabahi-Süleymani, lalә, süsәn, reyhan hәr birisi hali-pәjmürdәlәri ilә özlәrini şühәdayi-Kәrbәlaya oxşadıb nalәvü fәryad edirlәr. Bәnәfşә gәrdәnini kәc görәndә badili-zar Sәkinәni gәtirib xatirinә qan ağlar. Bu büsatü övzai gördükdә Qumri dәrin fikrә gedib, özünü bu mәclisi-vәfaya vә bu gülşәni-pürsәfaya daxil etmәyә layiq görmür vә Kәrbәla gülşәninin bülbüllәrini bir-bir zikr edib, özünü onların müqabilindә bir aciz vә hәqiri-bibәzaәt şair hesab edir. Neynәva gülüstanın bülbüllәri isә bu әşxasi-möhtәrәmdәn ibarәtdir ki, hәr biri facieyi-Kәrbәlanı vә dastani-pürmәlali-seyyidi-şühәdanı nәsrәn vә nәzmәn tәhrir qılıblar: Müqbil, Mirfәttah, Mәhzun, Ağabağır, Cövhәri, Dәxil, Xaki, Sәrbaz vә qeyrilәri. Bu zәvati-giramın hәr birinin ismi-şәriflәrini Qumri kamali-әdәbü ehtiram ilә bu sayaq zikr qılır:

 

Görüb bu mәclisi bir dәm xәmuş oldu mәqal,

Dedim:--Bu gülşәnә girmәkliyimdir әmri-mәhal.

Nә abru ilә gülzarә eylәyim pәrvaz,

Gәlib fәğanә, qılım nalә dәmbәdәm ağaz.

Nә cürәt ilә tәkәllüm qılım mәni-nalan,

Olum riyazi-qәmi-Kәrbәladә rәtbi-lisan.

Nә növ cilvәlәnim Möhtәşәm qabağında,

Çәkim sәdayi-mәhәbbәt Hüseyn fәraqında.

Nә növ daxil olum mәclisi-Süleymanә,

Deyil gәdalәrә layiq rәvaqi-şahanә.

Hanı o rütbә ki, bәzmi-Vüsalә qabil olum,

Fәnavü Bidil ilәn Müqbilә müqabil olum.

Nә qabiliyyәt ilәn hәmzәban olum Mirә,

Nә qism ilәn gәtirim dürri-nәzmi tәsvirә.

Necә bәrabәr olum dilşikәstә Mәhzunә,

Kәlamı göz yaşını döndәribdi Ceyhunә.

Olum nә növ ilә hәmdastan Bağır ilәn,

Әza mәcalisini doldurub cәvahir ilәn.

Necә әkim bu gülüstanda nәzm güllәrini,

Çәkibdi Cövhәriyi-xoşkәlam cövhәrini.

Hanı o feyz meyi-eşqdәn olum mәxmur,

İçim Dәxil ilә bir camdәn şәrabi-tәhur.

Necә müqabili-Xaki olum bu dәm mәni-zar,

Cәvahirati-qәzәl eylәyib bu qәmdә nisar.

Nә qüdrәtim var olam hәmtәranә Sәrbazә,

O qәdr tutiyi-tәbimdә yoxdur әndazә.

Qumriyi-dilxәstә dübarә fikrә gedib belә böyük şairlәrin müqabilindә özünü zәifü aciz görürsә dә vә lakin günahü tәqsirinin çoxluğundan naәlac qalıb, özünü yenә bargahi-Süleymana vә yәni Kәrbәla şahı İmam Hüseynә dәxil salır vә ona növhәgәr olub, ol vәfa kanından sәyyiatı üçün әfv tәlәb edir:

 

Dübarә fikr elәdim bәs ki, çox günahkarәm,

Bu gülüstanda fәğan eylәmәkdә naçarәm.

Çәkәllә hәr biri bir nalә gül fәrağında,

Gәrәk fәğanә gәlim mәn dә sәrv ayağında.

Müdam Qumriyi-dilxәstә tәk batım yasә

Vә leyk nalә qılım sәrvqәdd Abbasә.

Hüseynә növhәgәr olmaq әcәb şәrafәtdir,

Әgәr qәbul elәsә, çox böyük sәadәtdir.

Vәli qovulmayıb hiç kәs bu babi-rәhmәtdәn,

Әgәr qovulsa, uzaqdır yәqin mürüvvәtdәn.

Necә qovar qapısından, edәr mәni mәhrum,

Veribdi ümmәt üçün baş o sәrvәri-mәzlum.

Necә qovar qapıdan nökәrini bir mövla

Kәsәndә Şimr başın ümmәtә edәrdi dua.

Әmәl yoxumdu, günahımdı çox, üzüm qarә,

Deyillә düşsә olur pak it nәmәkzarә.

Gәtirmişәm mәni-miskin bu dudmanә pәnah,

Yәqin günahımı mәhşәrdә әfv edәr allah.

Bundan sonra Azәrbaycana tәvәccöh edib, şüәrayi-fәsahәt vә bәlağәtşüara onlardan kamali-әczü inkisar ilә tәvәqqe elәyir ki, onun kәlamında vә şiveyi-nәzmü lisanında müşahidә olunan eybü rәkakәtә mültәfü eybcu olmayıb, xәtalarına әfv qәlәmini çәksinlәr:

 

Tәvәqqöüm budur, ey sahibani-әqlü şüur,

Hüseyn xatirinә siz tutun mәni mәzur!

Әgәrçi şiveyi-nәzmimdә olmuş olsa xilaf,

Kәrәm yüzilә kәmal әhli eylәsinlә mәaf.

Gәlir tәkәllümә hәr kәs bәqәdri-qüvveyi-xiş--

Ki, bәrgi-sәbzdir alәmdә tövheyi-dәrviş.

Olanda Yusifi-Misrin furuş bazari,

Kәlafә ilә gәlәn hәm olub xәridari.

Gәtirsә payi-mәlәx mur әgәr zәlilanә,

Hәdiyyә xoş görünür hәzrәti-Süleymanә.

Nә qәdr olsa kәlamım külüftü namәqbul,

Olur hüzuri-Süleymani-Kәrbәladә qәbul.

 

* * * * *

 

Hәzar şükr sәrәfrazi-nәşәteyn oldum,

Qulami-hәlqәbәguşi-dәri-Hüseyn oldum.

Hәzar şükr yetişdim muradә alәmdә,

Hәmişә növhәgәr oldum bu bәzmi-matәmdә.

Hәzar şükr bu fәxr ilә ta dәmi-mәhşәr

Deyirlәr adıma mәddahi-ali-peyğәmbәr.

Hәzar şükr ki, tәbi-rәvan qılıb imdad,

Riyazi-qәmdә nәvaxanlıq eylәdim bünyad.

Bu gülşәni-qәmdә Qumri kimin qılıb pәrvaz,

Edim tәәzzül "Kәnzul-mәsaib"i ağaz.

Qumri xoşkәlam vә süxәnsәnc bir şair olduğundan, әsәrlәrinin әksәri dәxi nәzmәn yazılıbdır. "Kәnzül-mәsaib" nam әsәrlәrinin ibtidasında deyir: "Çün dürri-giranbәhayi-şeri-abdar füsәhayi-әbnayi-ruzigar vә hәrifani-süxәnsәnci-kamili-әyyar hәzrәtlәrinin hüzurunda pürqiymәt vә alimiqdar hesab olunur, binaәnәleyh bu kitab dәxi nәzmiyyәt ilә әncam olundu vә billahit-tövfiq vә bihinәstәin".

 

Şerin mәdhü tövsifindә kitabın әvvәlinci sәhifәsindә yazıbdır:

 

Şerdir qaimeyi-әrşdә bir kәnzi-xәfa,

Әsl müftahi o kәnzindi lisanüş-şüәra.

Nitqi-şairdi, bilaşübhә, Mәsiha nәfәsi,

Çün dәmi-ruhi-qüdsdür hәr iki ruhә sәfa,

Şeri insaf ilә hәrgәh çәkәlәr bazarә,

Dari-dünyadә tapılmaz ona heç vәch bәha.

Şer bir dürri-giranmayәdir hәr kәlmәsinin

Qiymәti olmaz, әgәr külli-cibal olsa tәla.

Şer bir bәhrdi bәtni-sәdәfi dürri-yetim,

Ol sәdәf dürrünә möhtacdı şah ilә gәda.

Şerdir hәddi-kәmalә yetirәn mәrifәti,

Şerdir әncümәnarayi-ümumi-ürәfa.

Şer bir çeşmeyi-şirindi gәlir cәnnәtdәn,

Nuş edәn cürәsin alәmdә tapar nәhci-hüda.

Nә rәvadır belә pürqiymәt olan әşarın

Katibi eylәyә tәhriri-hürufunda xәta.

Çox mürüvvәtdәn uzaqdır düşә nadan әlinә,

Edә kim şairә bir nöqtә xәfasında cәfa.

Nazimi nadim edә, nәzmi sala rövnәqdәn,

Verә tәbirinә tәğyir, mәlasinә bәla.

Qumriya, nәzm ilә, qәm çәkmә, kәlamındı zәrif,

Olur, әlbәttә, qәbuli-ürәfavü üqәla.

 

Vә yenә şer vә nәzmin vәsfindә inşad qıldığı bir qәsideyi-bәlağәtsiriştdә deyir:

 

Miftahi-kәnzi-eşqdi alati-şerdәn,

Tәhsil olur hәmişә kәmalati-şerdәn.

Dünyayә bixәbәr gәlibәn bixәbәr gedәr

Hәr kimsә agәh olmasa halati-şerdәn.

Kafir tәriqi-hәqqi tutub sәlbi-küfr edәr,

Gәr görsә möcüzatü kәramati şerdәn.

Huşü bәsirәt әhlinә ayinә göstәrir

Bipәrdә qüds gülşәni mirati-şerdәn.

Nәfsi-nәfis olub bu tәmәnnadә nüktәsәnc,

Artar sәfayi-zehn xәyalati-şerdәn.

Qoymaz qәdәm o kimsә rikabi-fәsahәtә,

Ta etmәsә şikar qәzalati-şerdәn.

Var çün rümuzi-eşqdә ayati-bәyinnat,

Çoxlar yetib sәfayә hәdayati-şerdәn.

Bәnnayi-ruzigar әgәr min bina qoya,

Bir beytә çatmaz әsli-büyutati-şerdәn.

İbtidayi-"Kәnzül-mәsaib"dә dәrc olunmuş saqinamәlәr dәxi Qumrinin gözәl vә fәsih kәlamlarından әdd olunur. Әvvәlinci saqinamәsindә saqiyi-siminsaqa xitab edib, ondan kәrәm vә himmәt tәlәb edib deyir: Qәdәhi hәzrәt Әlinin eşq

badәsi ilә lәbalәb edib, mәnә әta elә, ta ki, ol badeyi-gülfami-fәrәhbәxşi-zülalı nuş qılıb, o mövlanı mәdh etmәk üçün şahinmisal zәrrin bal açıb alәmi-baladә dövr etmәyә pәrvaz edim. Sonradan şair saqiyә üz tutub, ona deyir ki, bu bәzmi-şahanәyә vә mәclisi-ürfana şüәrayi-әcәm, türk, Buxaranı gәtir. Şairin öz lisanı ilә ifadә edәlim:

 

Sәdәfi-nәzm tәmamәn yetirib dürri-yetim,

Qiymәtin bilmәyә sәrrafi-süxәndanı gәtir!

Bircә bu mәclisә, ey saqiyi-fәrxündәcәmal,

Şüәrayi-әcәmü türkü Buxaranı gәtir!

Әvvәla eylә güzәr mәmlәkәti-Şirvanә,

Nәzmdә firqeyi-şairlәrә Xaqanı gәtir!

Rәyәti-tәbim olub hәr tәrәfә şәqqәgüşa,

Bir dәm, ey tәbi-rәvan, başıma sevdanı gәtir!

Söylә Xaqaniyә, ey Çini-süxәn xaqani,

Әrmәğan әldә tutub nәzmi-dürәfşanı, gәtir!

Ünsüri, alәmi-zülmati-әnasirdә göz aç

Vadiyi-eymәnә gәl, nuri-tәcәllanı gәtir!

Qıl xәbәrdar Nәvai kimi sahibhünәri,

De: tamaşayә tamam әfsәhi-Turanı gәtir.

Әnvәri, neyyәri-әzәm kimi nәzmindi münir,

Dür nisar eylәmәyә әqdi-Sürәyyanı gәtir!

Cami-vәhdәtdәn içәn Camiyi-Cәmcahә deyin,

Açıban dürci-fәsahәt, dürü mәrcanı gәtir.

Sәdiya, ism sәnin, taleyi-mәsud mәnim,

Bәrki-bibardi "Bustan"ü "Gülüstan"ı gәtir!

Ey olan Hafizi-kәnzi-düri-şәhvari-qәzәl,

Yarü mәşuqә nәdir, huriyü qılmanı gәtir.

Ey Nizami, demә çox Xosrov ilә Şirindәn,

İstәsәn tәxti-büsat üstә Süleymanı gәtir.

Ar ola qüvveyi-idrakına, ey Qaani,

Sәn dә gәl öz dediyin hәrzәvü hәdyanı gәtir.

Çox da fәxr eylәmә öz nәzminә, ey Firdovsi,

Sevәsәn söz yerinә lәli-Bәdәxşanı gәtir!

 

Qumrinin Firdovsi ilә müqabilә etmәsi:

 

Gәl, şücaәtlә girәk hәr ikimiz cәngahә,

Mәrәzi-cәngә qәdәm qoymağa meydanı gәtir!

Dörd ağac xari-müğilan yetirәn bütә mәnim,

Sәn müqabildә durub sahәti-qәbranı[3] gәtir!

 

[3] Qәbra--yer, ruyi-zәmin mәnasındadır.

 

Qabiliyyәt hanı qәbrada müqabil durasan,

Gәr qәlәt eylәmәsәm, әrşi-müәllanı gәtir!

Mәn açıb rәzmdә bir qanlı әlәm şәqqәsini,

Әlәmi-Gavә nәdir, mehri-dirәxşanı gәtir!

Vardı bir müşk mәnim saf suyum mai-Fәrat,

Rudi-Ceyhun demә, keç qülzümü Ümmanı gәtir!

Mәn Üqab adlı sәmәnd üstә qoyum zivәrü zin,

Sәn dә öz Rәxşin ilә әrsәdә cövlanı gәtir.

Zülfüqar adlı qılınc mәn çәkәrәm dәvadә,

Gavi-sәr gürz ilә sәn puri-Nәrimanı gәtir!

Mәndә bir sinәsi dörd min yaralı köynәk var,

Sәn Tәhәmtәn geyinәn cövşәnü xәftanı gәtir!

Bәsdi bir qan ilәn әlvan olan әmmamә mәnә,

Sәn gedib mәğfәri-fuladi-mütәllanı gәtir!

Lәşkәrim yetmiş iki tәşnә dilavәrdi mәnim,

Sәn özün cәm qılıb lәşkәri-İranı gәtir!

Arizu eylәmә hәr beytinә dinari-tәla,

Mәn kimi beytinә bir cәnnәtü rizvanı gәtir!

Heyf zәhmәt çәkibәn bağlamısan "Şahnamә",

Onda vәsf eylәdiyin Rüstәmi-dastanı gәtir!

Kimdi Rüstәm, nә Fәramәrz, nә Söhrab, nә Giv,

Bәlkә İskәndәr ilәn Bәhmәnü Daranı gәtir.

Nәdir İskәndәrü Dara, nә sәlatini-Kәyan,

Turi-Sinayә gedib Hәzrәti-Musanı gәtir!

Ya gәzib sәfheyi-dünyada dolan, eylә soraq,

Misrdәn tәxti ilәn Yusifi-Kәnanı gәtir!

Harda var sәndә mәnim tәk şәrәfü cahu cәlal,

Şiveyi-nәzmdә girәm yәdi-beyzanı gәtir!

Rәhbәrimdir iki dünyada Hüseyn ibni-Әli,

Gәr varın olsa sәnin dә belә mövlanı gәtir!

Hәşrdә cami-bülur әldә tutub şiri-xuda,

Buyurar tәşnәdi çox Qumriyi-nalanı gәtir!

Qumrinin bu saqinamәlәri bir-birindәn mövzun vә müsәlsәldir. Tamamisini burada zikr etmәyә ehtiyac yoxdur. Sәkkizinci saqinamәsindә şair Kәrbәla müsibәtinә şüru edib deyir:

 

Piyalә ver mәnә, saqi, әlәm hәvası gәlir,

Yavaş-yavaş gözümün dürri-pürbәhası gәlir i.a.

Altıncı vә yeddinci saqinamәnin arasında şair mәtlәbdәn kәnara çıxıb, Kәrbәla müsibәtinә dair әhvalat yazan şairlәri mәdh vә bundan qeyrilәrini bir növ zәmm qılıb, keçir riyakar vә әhli-tәzvir ruhanilәrә vә onların eyb vә qüsurlarını bu sayaq göstәrir:

 

Tayiri-tizi-xәyalım çıxdı mәtlәbdәn kәnar,

Yazmağa nuki-qәlәm bir özgә ünvan axtarır.

Dami-tәzvir әhlinin sövmü sәlatından hәzәr,

"Nәbdü iyyak"dә[4] xud mәhz küfran axtarır.

 

[4] İyyakә nәbdu....--sәnә ibadәt edirәm.... Quranda "Hәmd" surәsindәn ifadә. Ayәdә allaha müraciәt edilir.

 

Günbәdi-pürmәkrdir әmmameyi-әhli-riya,

Hәr müdәvvәr piçü tabı dinә talan axtarır.

Rişteyi-tәhtül-hәnәkdәn, ey müsәlmanlar, haray,

Bir yaman әfi ilandır, qәtlә insan axtarır.

Sübheyi-sәddanә ilәn çubi-badami әsa,

Biәmәl alim әlindә nәfyi-iman axtarır.

Ağ libasü ağ ridanın damәni evlәr yıxar,

Etmәyә mәmureyi-imanı viran axtarır.

Xirqeyi-salusi-zahid hiylәsindәn әl-aman,

Dәmbәdәm hәr tarı yüz min mәkri-pünhan axtarır.

Can fәda elm әhlinin dinpәrvәrü dindarına,

Fikrü zikri müttәsil ayati-Quran axtarır.

Onların әmmamәsi hәmduşi-taqi-әrşdir,

Çün olar bir firqәdir, tövfiqi-sübhan axtarır.

Axtarır afaqdә hәr aşiq öz mәşuqәsin,

Qumriyi-bәzmi-әza şahi-şәhidan axtarır.

Qumrinin biәmәl vә mühil ülәmaların zәmmindә yazdığı bu kәlam xeyli nazik vә әdibanә әsәrlәrdәn birisi hesab oluna bilәr. Burada istemal olunan "günbәdi-pürmәkrdir әmmameyi-әhli-riya" kimi bәzi istiarat vә işarәlәr ancaq müqtәdir vә kamil şairin qüvvәsindәn xaric olan kәlamlardır.

Kәlamın cümlәsindәn mәlum olur ki, Mirzә Mәhәmmәd Tağı Qumri hәqiqәtdә bir bәliği-şirinzәban vә sahibi-tәbi-mövzun şair imiş. Sәhih qövlә görә, ol cәnab tәbi-sәlimdәn başqa qeyrәti-milliyyәsi ilә müasiri beynindә iştihar bulmuş ziyadә cürәtli vә himmәtli vә sahibmәnsәb vә hükkam hüzurunda mәruf vә ictimai-nasdә Dәrbәnd әhlinin ehtiyacını bildirәn vә әrzi-halü dәrdi-dilini әrseyi-zühurә gәtirәn dilavәrü mütәkәllim vә mütәәssibü millәtpәrәst bir vücud idi.

Ziyadә dindar vә çakәri-әhli-beyti-rәsul olduğuna binaәn, qәdimdәn Dәrbәnddә şәbih әsası mütәdavil ikәn ol cәnab dәxi şәbih büsatına rağib vә mayil olub, hәr sәnә mübaliğ pullar sәrf edib, şәbihә dair mükalimati-cәdidә tәrtib edәrmiş.

Ol mәrhumun xәsayisi-qәribәsindәn biri dә bu imiş ki, xәlayiqi-sübhan ona iki çeşmi-giryan manәndi-әbri-neysan әta buyurmuşdu ki, hәr vaxt nәzmi-müsibәt qıldıqda xütuti-övraq gözlәrinin yaşından pozulub, dübarә onları tәhrir edәrdi. Necә ki, bu barәdә şair deyibdir:

Çeşme-geryan çeşmeye-feyze-xodast[5].

 

[5] Tәrcümәsi:

Ağlar göz allahın feyz çeşmәsidir.

 

Vә yenә axırıncı saqinamәsindә buyurubdur:

 

Bu sirri bilmәyirәm şur göz yaşında nә var,

Axanda lölöyi-şәhvar tәk cilası gәlir.

"Kәnzül-mәsaib"dәn sәva Qumrinin әşari-nәfisә vә әbyati-mütәfәrriqәsi çoxdur. "Kәnzül-mәsaib"ә әlli sinnindә olduqda yenә bir neçә cüz әhvalat üsәrayi-Kәrbәladan mülhәq qılıb, onu "Külliyyat" ismi ilә mövsum etmişdir.

Mәrhumun zükur övladlarından Mirzә Mehdi vә Mirzә Cәfәr üçün qәzayi-rәbbanidәn bir hadiseyi-üzma üz verib, nizami-sәltәnәtә görә hükkami-divani-әdliyyә hәr ikisini müqәssir bilib, iki il müddәti Dәrbәnddә mәhbus saxlayıb, sonra Sibirә İrkut quberniyasına rәvan etdirmişdi. Mәrhum Qumri bu yolda--öz oğlanlarının xilası üçün çox zәhmәtlәr çәkib vә çox pullar sәrf edib, hәr bir tәrәfә sәfәr qılıb, gahi Tiflisә, gahi Peterburqa vә gahi Tehrana. Amma heç bir tәrәfdәn dәrdi-dilinә çarә tapmayıbdır. Bununla belә Qumri öz әnduhü mәlalı vә pәrişan halını öz ürәyindә gizlin saxlayıb, әğyarü bәdxah nәzәrindә vә tәslimi-rizadә sabitqәdәm olub, qeyrәt vә himmәtinә әsla qüsur yetirmәyibdir vә sabiqi adәtinә görә nәzmü tәlifә mәşğul ikәn:

 

Şod ze sәhraye-әdәm bade-әcәl yekdәm kәnar,

Nagәhan rәft an qole-rәna ze dәste-ruzeqar.

Bәst әz in dare-fәna rәhl eqamәt, bәr bәqa,

Yek hezaro si sәdo noh miqozәşt әz salha[6]--

 

[6] Tәrcümәsi:

Әcәl yeli әdәm sәhrasından bir an kәnar oldu,

O gözәl çiçәk gözlәnilmәdәn dünyanın әlindәn getdi.

Bu fәna dünyadan yığışıb әbәdi dünyaya köçdükdә

İllәrdәn 1309 il keçirdi.

 

nazimi-mәrhum hicrәtin 1309-cu[7] tarixindә yetmiş beşinci sinnә yetdikdә dari-üqbaya rehlәt buyurdu.

 

[7] 1891.

 

Mәşhur qövlә görә, Qumrinin on dörd cüz nәzmi-qәsaidi-әrәbiyü farsiyü türki vә ibrәtnamәvü nәsihәtnamәvü dübeyt vә sair әsәrlәri qalıbdır. Onlardan әksәri tәb olunmayıbdır. Mәcmueyi-mәnzumәdә әbnayi-zәmanәyә yazdığı ibrәtnamәlәrindәn birisidir:

 

Axtar siyab qiymәtin, ey dust, urdәn

Dәrk et hәyat nәşәsin әhli-qüburdәn.

Nemәt әlindә qәdrini bil, sora tapmasan,

Biqәdr tutma әldә olanda vüfurdәn.

Qәlp etmә lövhi-qәlbini, ey qәlb sahibi,

Xilqәtdә saf xәlq olunubdur bülurdәn.

Ey bixәbәr, nә eşqdәsәn ya nә mәşqdә,

Әsla gözün ayağını görmәz qürurdәn.

Bir qәtrә nöqtәdәndi vücudun, nә gibrdir,

Fәxr istәmәz, yaranmamısan sәn ki, nurdәn.

Rahәt yol üstә yuxlamısan bixәbәr yatıb,

Banki-cәrәs cahanı tutub hәr sünurdәn.

Bir vaxt olur gәlir mәlәkül-mövt dur gedәk,

Vermәz aman әgәr keçәsәn min kürurdәn[8].

 

[8] Kürur--yarım milyona bәrabәrdir.

 

Әl boş, üzün qara, qalacaq mal özgәyә,

Şәrmәndә kirdigari-әfüvvü qәfurdәn.

 

Müәllifi-qüfranpәnahın fәrzәndlәrindәn Mirzә Әliabbas "Riyazi" tәxәllüs atasının natamam olan mәcmueyi-mәnzumәsinә bir süls nәzmәn öz qüvveyi-tәbiyyәsi ilә izafә qılıb itmama yetiribdir vә "Kәnzül-maarif" ismi ilә tәsmiyә qılıbdır. Әlan ol mәcmuәnin tәbü intişarına hazırlaşır.

Cәnab Mirzә Abbas hәr bir barәdә atasının qaimmәqamı olub, o, natamam qoyduğu işlәri vә fikirlәri yerinә yetirmәkdәdir:

 

Qәm deyil gәr danәni mәhv etsә dövri-ruzigar,

Çün nihali-barvәr qalmışdır ondan yadigar.

Mirzә Mәhәmmәd Tağı Qumrinin mәdhindә mәrhum Molla Feyzulla "Feyzi" tәxәllüs bir neçә rübaiyyat deyibdir. Onlardan bir-ikisi burada tәhrir olundu:

 

Әla ya әyyühәl-Qumri, bәyanın mayeyi-behcәt,

Yazıbdır lövhi-sinәndә qәlәm әsrari-pürhikmәt.

Dәmi-ruhül-qüdüsdür bu vә ya sehri-mühәllәldir,

Әgәr xәsmin ola münkir bu höccәt әldәdir höccәt.

Әcәb nәzmi-dilkәş, әcәb xoş kәlam,

Kәlimi-zaman ver Mәsihә pәyam,

Deyin Qumriyә bәzmi-firdovs ara:

Kәlamül-imami, imamül-kәlam.

Filhәqiqә Qumrinin çox rәvan vә mövzun tәbi varmış. Buna şәhadәt verәn onun әşari-abdarı [vә] xoşgüvarıdır. Heyfa ki, Qumri qüvveyi-şeriyyәsini ancaq bir yolda--yәni müsibәt yazmaqda sәrf edib, özgә qisim asar qoymayıbdır ki, şayani-diqqәt ola. Әlbәttә, buna sәbәb onun pişrovları vә müasirinin, xüsusәn Dәrbәnd әhlinin müsibәtnamәni hәr qisim әşarü kәlama tәrcih tutmaqları vә xud şairin özünün әyyami-tüfuliyyәtdәn şәbihkәrdanlar vә mәrsiyәxanlar vә növhәsazlar arasında nәşvü nüma tapması vә ev tәrbiyәsi olubdur.

Mәlumdur ki, beş-on sәnә bundan әqdәm artıq hörmәt vә şöhrәtdә olan ancaq İmam Hüseyn müsibәtinә dair növhә vә mәrsiyә yazan şairlәr idi ki, onların kәlamı mәscidlәrdә, tәkyәlәrdә oxunurdu vә onlar öz kәlamlarını eşidib, xalqın tәrifü tövsifi ilә sәrәfraz olurdular vә növhә yazmağa dәxi dә artıq şövqmәnd olub, bütün vaxtlarını vә qüvveyi-şeriyyәlәrini bu yolda sәrf edirdilәr. On beş-iyirmi sәnә bundan әqdәm Şuşa qәlәdә әli qәlәm tutan kәmsavad uşaqlar dәxi növhә yazmağa mәşğul olub, hәr birisi öz düzdüyü şerә oxşayan kәlamları ilә iftixar edirdilәr. Amma bu axır vaxtlarda növhә vә mәrsiyә mövsümü bir növ keçib vә solub. Tәğazayi-zәmanәyә görә şairlәrimiz indi dә tәzә mәslәkdә vә qeyri bir mәzmunda şer yazırlar. Mәzmunü mәslәkin dәgşirilmәsi ilә belә şairlәrimiz şiveyi-lisanlarını da dәgşiriblәr.