PÜRQӘM

  

 

 

 

Racinin müasirlәrindәn "Pürqәm" tәxәllüslü şair dәxi Azәrbaycani-әcәmdә şöhrәt tapmışdır. Pürqәmin divani-әşarü kәlamından öz әhvalü güzarişatına mütәәlliq iki kәlmәsә dә bir söz tapmadıq. Hәtta şairin adı dәxi öz divanında zikr olunmayıbdır. Ancaq divanın sәrlövhәsindә dәrc olunmuş şerdәn anlaşılır [ki], şairin ümdә mәramı matәmi-seyyidüş-şühәdanı zikr etmәkdir:

 

Xәyalate-ma qesseye-matәmәst,

Ço zolfe-pәrişan soxәn dәrhәmәst,

Әgәr delpәsәnde-әhibba şәvәd,

Mosәmma beğәmxaneye-Porqәmәst[1].

  

[1] Tәrcümәsi:

Bizim fikrimiz matәm hekayәtidir,

Nitq pәrişan zülf kimi qarışmışdır.

Әgәr dostların xoşuna gәlsә,

O, Pürqәmin qәmxanәsi adlanar.

 

Pürqәmin Raci ilә hәmәsr olmağına şәhadәt edәn kitabın tarixidir ki, әbcәd hesabı ilә bir "ğeyn"[2] ilә dörd "eyn"dәn istixrac, Nәsrәddin şahın әsrindә olunur, yәni 1280-ci sәnә Pürqәmin kitabı tamam olubdur. Bu barәdә şair kitabın bir yerindә yazıbdır:

 

[2] eyn.

 

Saqi, nә ruze-sәbro şәkibәst in zәman--        

Kin әhd әhde-Nasere-dinәst, dustan.

Zan abe-ruhpәrvәrәm ey ruhe-cane-mәn,

Dәh sağәri bemehre-şәhәnşahe-kamran.

Birun konәm ze del ğәme-deyre-se pәncra,

Dәr әhde-kamraniye-Cәmşid-astan.

Mey dәh, mәpors namo neşan әz vocude-mәn,

Mey dәh mәgir xurde binamo bineşan.

Ğeyno cәhar eyn ke, zәd tәble-әrrәhil,

Şayәd bename-ma zәnәd in deyr xakdan....

Porğәm, ze rәsme-eşq gәrәt nist entebah,

Giti bekame-pire-moğanәst dәr Moğan[3].

  

[3] Tәrcümәsi:

Saqi, sәbr, dözüm zamanı deyil,

Dostlar, dövr Nәsrәddin dövrüdur.

Ey çanımın ruhu, o ruhpәrvәr suyumdan

Kamran şahәnşahın mәhәbbәti ilә bir qәdәh ver

Belә xoş bir zamanda, Cәmşid astanalı [padşahın] dövründә

Bu beş günlük dünyanın qәmini ürәyimdәn çıxaraçağam.

Şәrab ver, mәnim vücudumun ad-sanından soruşma,

Şәrab ver, mәnә adsız-sansız olmağımı eyib tutma.

(Dünyadan) köçmәk tәbli çalan "eyn" vә dörd "ğeyn"

Bu dünyada bәlkә bizim dә adımıza onu çaldı.

Pürqәm, әgәr eşq yolunda ayılmayacaqsansa

Dünya Muğanda muğlar pirinin kamıncadır.

 

Pürqәm özü saqiyә rücu edib deyir ki, mey ver, mәnim nam-nişanımdan soruşma, bu üç-dörd günlük fәna dünyaya nә etibar var? Cәmşid, Cәm, Kavus, Keyqubad, Kәyumәrs kimi padşahlar fövt olub gedәndәn sonra vә onlardan bir namü nişan qalmayandan sonra mәnim kimi hәqirü zәlilü fürumayә şәxsin adı vә sanı qalmaqdan nә hasil?

  

Pürqәmin fәqir, yoxsul vә möhtac olmağı kitabının axırında yazdığı әvvәlinci misraları türkcә vә axırıncı misraları farsca şerindәn mәlum olur:

 

Gözün fәdasiyәm, ey saqiyi-sәadәtmәnd--        

Ki, dәr mәhәbbәti-mövla bedәh piyaleyi-çәnd.

Gәtirdi axiri-dәftәrdә Cәbrәili-xәyal,

Hәdisi-nanü pәnir әz bәrayi-hacәtmәnd.

Bu beş gün ömrümü sәrf etdim ahü zar ilә,

Dәmi nәşod dilәm әz kami-dünyәvi xürsәnd.

Әlimdә var-yoxu badi-fәnayә verdi qәza,

Vәli bәhәr dü cәhan pul migüşayәd bәnd.

Skәndәri edәr aciz bu nәhs pulsuzluq,

Çinan ki, qürbi-gәda nist nәzdi-dövlәtmәnd.

Keçib boğazıma bu tuği-fәqri-mövlana,

Tәrәhhümi ki, mәra qәt şüd sәdayi-bülәnd.

Bu ac qarın çörәk istәr, bu lüt bәdәn paltar--         

Ki, şaxә-şaxә hüveydast әz dü pәhlu bәnd.

Bu mürği-tәbimi, şaha, salıbdı hövsәlәdәn--         

Ki, nist halәti-tәğrir bәr xuda sövgәnd.

Kömür çuvalı ayaq bәndә xanәdәn çәkmiş,

Zi dәsti-cayi-xәtai ki, yәni çarәk qәnd.

Qızıl-gümüş tükәnib, cibdә yoxdu bir qara pul--        

Ki, dәr tәsәrrüfi-hәr kәs dәmi bәvәd peyvәnd.

Deyil lәtifeyi-dәrviş, Pürqәma, mәnzur,

Bәvәd bәrabәri-din әz şәnidәnәş xürsәnd.

 

Pürqәmin divani-әşarı dәxi Racinin divanı kimi ibarәtdir farsi vә türki mәnzumәlәrindәn. Şairin yazdıqları әksәriyyәn pәnctәni-ali-әbanın ya mәdhinә vә tövsifinә vә ya mәrsiyә vә növhәlәrinә dair әsәrlәrdir. Pürqәmin dәxi tәbi rәvan isә, bir o qәdәr lәtif vә nazik deyil. Belә ki, Racinin kәlamında olan mәlahәtü abdarlıq Pürqәmin әşarında mәhsus deyildir. O cәhәtә onun növhә vә mәrsiyәlәri bir o qәdәr şöhrәt vә rәğbәt kәsb etmәyibdir, nә qәdәr ki, Racinin vә mәrhum Dәxilin asari-mәmduhәlәri mәrufü mәşhur olublar. Pürqәmin әsәrlәrindәn nümunә üçün burada bir türki qәzәli vә bir növhәsi tәrqim olunur. Qәzәli-Pürqәm:

 

Gәlir nәsimi-behişt aşikarә zülfündәn,

әttәr oldu bu mәclis dübarә zülfündәn.

 

Kәsib qabağını hüsnün misali-әbri-siyәh,

Olubdu mah ruxin bәxti qarә zülfündәn.

 

Çәkәndә darә haçan böylә ah-zar elәdim--        

Ki, düşmüşәm bu gecә ahü zarә zülfündәn?!

 

Rәqib çox çalışır kuyi-eşqә yol tapsın,

Vәli düşәn deyilәm mәn kәnarә zülfündәn.

 

 

Mәtai-müşkә bu tüccari-eşq olub talib,

Budur ki, şur düşüb hәr diyarә zülfündәn.

 

Fәraq oduna yanar hәşrә dәk dili-Pürğәm,

Gәr olmasa bu yaman dәrdә çarә zülfündәn.

  

Növhә; qәtlgahda cәnab Fatimeyi-novәrusun dilindәn әmizadәsi cәnab Qasımın nәşinә xitabәn:

 

Dur, ey biyarü biәnsar әmoğlu,

Şәhidi-lәşkәri-küffar әmoğlu.

 

Dur, oldu ruzixarım qarә sәnsiz,

Yetişdi qәmli könlüm zarә sәnsiz,

Salıblar canımı odlarә sәnsiz,

Bu çöldә firqeyi-xunxar, әmoğlu.

 

Necә görsün gözüm qan toy hәnasın,

Necә bilmәm çәkim hicrin cәfasın,

Dur әylәş, bağlayım başın yarasın,

Mәni-nakami-dilәfkar, әmoğlu.

 

Qәsәm olsun o zulfi-müşksayә,

Mәni saldı fәraqın min bәlayә,

Әsir etdi bu qövmi-әşqiyayә,

Nәdir tәqsirim, ey sәrdar әmoğlu?!

 

Kimә dәrdi-dilimi eylәyim faş,

Gedib yeksәr әlimdәn qövmü qardaş,

Nedim axır mәni-biçarә, külbaş,

Mәnә qalmıbdı bir qәmxar, әmoğlu.

 

Әcәb qoydun mәni dәşti-bәladә,

Qәribü bikәsü tәnha aradә,

Әrusundur gedәr Şamә piyadә

Yanınca yox әnisü yar, әmoğlu.

 

Kәrәm qıl, gәlmişәm, billah amanә,

Mәni yalqız yola etmә rәvanә,

Vә ya tapşır gәlәn, Şimri-Sәnanә

Mәnә çox etmәsin azar, әmoğlu.

 

Şәbü ruz ağlaram bu qәmfәzadә,

Salan yox halımı bir kimsә yadә,

Nedim әrz etmәyә bu macәradә

Tapılmaz Heydәri-Kәrrar, әmoğlu.

 

Mәn axır novgüli-baği-әmirәm,

Mәn axır novәrusi-hiclәgirәm,

Mәn axır Şimr әlindә dәstgirәm,

Dәxilәm, dur mәni qurtar әmoğlu.

 

Әcәl yetmәz ödüb rahәt oleydim,

Bu xövfü lәrzәdәn can qurtareydim,

Dәxi Şimrin cәfasın görmiyeydim,

Ki, billah, olmuşam zinhar, әmoğlu.

 

Gәlib fәryadә cinnü insü adәm,

Olub Pürqәm qәmindә qәrqi-matәm,

Hәr il saxlar әza mahi-mәhәrrәm,

Sәnә ol zarü dilәfkar, әmoğlu.

 

İmam Hüseynin şәnindә yazıbdır:

 

Vәfalı aşiq olan alәmi-vәfadә gәzәr,

Tәriqi-eşq tutub vadiyi-bәladә gәzәr.

 

Bu kuyi-eşqә düşәn tәrk edәr, çıxar vәtәni,

Әyalını götürüb dәşti-Kәrbәladә gәzәr.

 

Vüsal istәyәn aşiq riza qәzayә verәr,

Özü yatar gün önündә, başı cidadә gәzәr.

 

Riza qәzayә verәn baş susuz gedәr Şamә,

Yanınca nazlı qızı çöllәri piyadә gәzәr.

 

Hüseynә ağla ki, Pürğәm, sәn ağlayanda o da

Sәsin qatar sәsinә, çünki bu әzadә gәzәr.

 

Qәm etmә aşiq ilә hәşrdә şәfaәt üçün,

Әlindә qanlı başı әrseyi-cәzadә gәzәr.