ŞAHNİGAR XANIM "RӘNCUR"
Şahnigar xanım binti-Kazım ağa
Qiyasbәyov Qazax şüәrasının
naziktәblәrindәn birisi hesab olunur. Şahnigar
xanım tәvәllüd edibdir öz qәryәlәrindә
ki, Ağköynәk adı ilә mәşhurdur.
İndiki Qazax şәhәrinin yavuqluğunda xırdaca bir
kәnddir. Şairәnin tәxәllüsü
"Rәncur" isә dә, tamami Qazaxda
"Mollaxanım" lәqәbi ilә iştihar
bulmuşdur.
Şahnigar xanımın tәlim vә
tәrbiyәsi öz qardaşının--Haçı
Mәhәmmәd ağanın
tәhti-nәzarәtindә olubdur. Şairә
üç-dörd sәnә bundan müqәddәm
qırx beş vә ya artıq, yaşı әlli
sinnindә vәfat edibdir.
Mollaxanım ziyadә möminә vә
abidә, ismәtli vә hәyalı bir övrәt idi
ki, vaxtının çoxunu ibadәt vә
riyazәtdә keçirәrdi. Ol sәbәbdәn ona
"Mollaxanım" lәqәbi verilmişdir. Şahnigar
xanımın artıq elmi yoxmuşsa da, tәbi rәvan imiş.
Rәncurun yazdıqlarının әksәri münacat,
mәrsiyә, maddeyi-tarix vә sair dost vә
әhibbaları arasında vüqua gәlәn
nәviştәcat qismindәn olub,
qәzәliyyati-vәsfi-dilbәr kimi
әsәrlәri azdır.
Hacı Mirhәmzә әfәndinin
müridlәrindәn olduğu üçün
әşarü kәlamının çoxunda ol cәnab
tutduğu mәslәkdә olduğunu bildirib,
üluhiyyәt vә mәnәviyyәt
alәmindәn bәhs edir.
Yari-mürşiddәn kağız
gәlmәk babında yazıbdır:
Hәmd kim, dәstindәn, ey şәh,
gәldi bir feyzanә xәt,
Gün kimi alәmdә sәrdәn tab
edәr hәr yanә xәt.
Şükrülillәh kim, Nigara,
öylә zәnn eylәr könül,
Nisbәt ol gündәn münәvvәr
ayeyi-Quranә xәt.
İylәrәm, hәr dәm verir ol
hәşt cәnnәt buyini,
Hövzi-kövsәrdәn saçar su
atәşi-hicranә xәt.
Hәr zaman kim, xәttini tövf eylәyib
mәzmununu
Oxuram, bağrım çәkәr hәr
lәhzә min bir yanә xәt.
MÜNACAT
Könül çün
qәsri-şövqündür, ilahi, beyti-qәm qılma,
Dәxi ol iştiyaqından cüda bir
lәhzә dәm qılma!
Xәyali-şur ilә, şahim,
pәrişan etmә dil şәhrin,
Qәdim dәhr içrә ol dәrdü
qәmin dәstindә xәm qılma!
Üzü qara qulam bir bu fәnayi-bibәqa
içrә,
Rәhima, rәhmini mәndәn inayәt
birlә kәm qılma!
Mәhәbbәt dürcünü hifz et
dәmadәm mehri-kәndindә,
Rәqibin vermә mәqsudin, әlim
bicami-Cәm qılma!
Cahanda dur qıl bizövq olan
qәmlәrdәn әmma ol
Qәmi-eşqinlә Rәncurun üzün
biәşkü nәm qılma!
Yenә Hacı Mirhәmzә әfәndi
göndәrdiyi namәnin cavabında yazmış:
Yazıb bir şәqqәni şahim,
sәrimә sayә göndәrmiş,
Ona nәqş eylәmiş mehrin,
dili-şeydayә göndәrmiş.
Nigaridir kәrәm kani kәrәm
dәstini baz etmiş,
Nübüvvәt gülşәnindәn
bir güli-hәmrayә göndәrmiş.
Mәnim cürmi-kәbir içrә
pәrişan olduğum bilmiş,
Duayi-iltifatını mәnә pirayә
göndәrmiş.
Kәrәm dәryasıdır, bir
dövlәti-biqayә malikdir,
Sәrapa lütfdür kim,
töhfeyi-biqayә göndәrmiş.
Gözüm pürnur olur, baxdıqca
könlüm açılır guya,
Harayә
pәrtövi-şәmsi-ruxindәn ayә
göndәrmiş.
Әcәb xoşnud olurmu iltifatımdan
deyә sövqat,
Kәrәm qılmış nigaranә,
dili-rüsvayә göndәrmiş.
Yenә sövdayә düşmüş,
aşiqanә bir qәzәl yazmış,
Nigari bir qәzәlnamә
büti-zibayә göndәrmiş.
Şairә bir qәzәlindә artıq
tәәssüf edir ki, öz mürşidi-kamili olan
Nigarinin mәh camalını görüb,
dәrgahi-pakına üz sürtmәk, әlin-ayağını
öpmәk, bülbül kimi gecәlәr
sübhәdәk kuyindә nalә etmәk vә
müridlәri dairәsindә "hu-hu" deyib,
mәstü laübali olmaq ona müyәssәr olmadı:
Ey dәriğa kim, o şahın mәh
camalın görmәdim,
Üz sürüb dәrgahına,
ruxsari-alın görmәdim.
Ötmәdim kuyindә hәr şәb ta
sәhәr bülbül kimi,
Yetmәdim mәqsudә bir dәm, gül
vüsalın görmәdim.
Dәsti-pakın bus edib, hәm hәr tәrәf "hu-hu" deyә,
Seyr edәn sәrmәsti-rindi-laübalın görmәdim.
Ey dәriğa kim, o mahın hәlqeyi-üşşaqdә
Seyri-çalakın,
vücudi-bimisalın görmәdim.
Ey dәriğa, dәrgәhindә
aşiqi-şeydasının
Xub avazın, dәxi şirin mәqalın
görmәdim.
Әfv qıl, ya rәbbәna, hәr
dәm dili-divanәmi
Cürmü üsyan ilә gördüm,
yaxşı halın görmәdim.
Dәr cahan, әlhәmdülillәh,
xәsteyi-Rәncurәnin
Mәdhi-şahından sәvayi bir
kәmalın görmәdim.
Mirhәmzә әfәndi Şahnigar
xanıma cavabında yazmış:
Nigari-nazәninim
fәrşi-bәzmarayә göndәrmiş,
Nigariş eylәmiş rәngi-tәrin
şeydayә göndәrmiş.
Rәvac olsun deyәrdim hüsni
bazari-mәlahәtdә--
Ki, rәngin aşiqi-şeydasinә
sәrmayә göndәrmiş.
Gözәl nәqşü nigariş
eylәmiş, zibatәrin yazmış,
Müzәyyәn müshәfi-ruxsardәn
bir ayә göndәrmiş.
Mәgәr şuridәsin yad
eylәmiş kim, Şahnigarım tәk,
Fәrәhәfza, dilara
töhfeyi-rәnayә göndәrmiş.
Deyil bimәni bu ikrami-ziba ol sәnәmsima,
Әmiri-hәmzәyә,
әlbәttә, bir mәnayә göndәrmiş.
Gözüm pürnur olur baxdıqca,
könlüm açılır guya,
Hәdiyyә
pәrtövi-şәmsi-ruxindәn ayә
göndәrmiş.
Ziyad olsun dәmadәm iltifatı ol
gözәl namın,
Nigarım tәk kәrәm
dәryasını biqayә göndәrmiş.
Kәrәm dәryasıdır, bir
dövlәti-bipayә malikdir,
Sәrapa lütfdür kim,
töfheyi-bipayә göndәrmiş.
Yenә sövdayә düşmüş,
aşiqanә bir qәzәl yazmış,
Nigari bir qәzәlnamә
büti-zibayә göndәrmiş.
Şahnigar xanımın müxtәlif
әşarü qәzәliyyatı iki yüzә kimi
olar. Divanı varsa da, övraqü pәrişandır. Bizim
әlimizdә olan dәftәrdә şairәnin
münacat vә qәzәliyyatından maәda bir
neçә rübailәri, müxәmmәs vә
müsәddәslәri vә saqinamәlәri dә
vardır ki, tamamisi aydın vә rәvan
yazılmış şerlәrdәn ibarәtdir vә
lakin cümlәsi mәzmun cәhәtincә
bir-birinә oxşadığına görә burada zikr
olunmadı.
Atidә dәrc olunan qәzәl dәxi
Rәncurun tәzә sәbkdә inşa etdiyi
kәlamların bir növüdür:
Aludeyi-sәrmәstәm, bu kar nәdir
bilmәm,
Saqi ilә hәmdәstәm,
sәrşar nәdir bilmәm.
Aludeyi-bir yarәm, eşqindә bu gün
zarәm,
Dәymә ki, sızıllarәm, azar
nәdir bilmәm.
Aludeyi-gülzarәm, dillәrdәki
göftarәm,
Sanmaz mәni kim, xarәm, gülzar nәdir
bilmәm.
Aludeyi-hәmsayәm, düşmәz
dәrinә sayәm,
Çün şerdürür mayәm,
göftar nәdir bilmәm.
Aludeyi-dildarәm, hәr şamü
sәhәr zarәm,
Bir çeşmә giriftarәm, xummar
nәdir bilmәm.
Aludeyi-şahmarәm, yalvarmada bir marәm,
Zülfilә günüqarәm, tәrrar
nәdir bilmәm.
Aludeyi-in karәm, aşüfteyi-bir yarәm,
Mәn talibi-dildarәm, әğyar
nәdir bilmәm.
Bu qәzәldә
"aludeyi-hәmsayәm" vә "zülfilә
günüqarәm" sözlәri şerin vәzni
düz gәlmәk üçün "hәmsayәyәm"
әvәzinә "hәmsayәm",
"qarәyәm" әvәzinә
"qarәm" yazılıbdır.
Rәncur aşağıda yazılan
kәlamı Mövlana Tәbriziyә vә
Mirәbülqasım Nәbatiyә nәzirә
sәbkindә inşad qılıbdır vә bir para
fәrdlәrdә öz tәbinin xüsusiyyәt
vә mahiyyәtini bәyan edibdir:
Nә küfrüm var, nә imanım,
Nә dinim var, nә әdyanım,
Fәәmma şahi-qüfranә
Ümidim, biimanәm mәn.
Nә dindarәm, nә islamәm,
Nә meynuşәm, nә pürcamәm,
Nә Bәsrә әhli, nә
Şamәm,
Nә әz Hindü İranәm mәn.
Nә şiә, sünniyәm pürlaf,
Çahar yarә könlüm saf,
Nә әhli-zülmi-biinsaf,
Nә mәrziyә inanәm mәn.
Müavi hәqqinә lәni
Edәrәm müttәsil, yәni
Bulardır küfri-bimәni,
Bu әhl ilә yamanәm mәn.
Nә hüsn әhli kәmalım var,
Nә bir sahibcәmalım var,
Nә mülküm var, nә malım var,
Deyirlәr bir şәbanәm mәn.
Nә göftarım hәqiqәtdir,
Nә rahım bir tәriqәtdir,
Danışsam, nә bәliğәtdir,
Nә bir әhli-iqanәm mәn.
Nә dünya, әhli-üqbayәm,
Nә sövda, әhli-rüsvayәm,
Nә rahәtdә fәrәhzayәm,
Nә hәqdәn bigumanәm mәn.
Nә bәxtim var, nә dә biqәm,
Nә әladır, nә bәxtim kәm,
Nә şad oldum, nә çeşmim
nәm,
Nә rüsvayi-cahanәm mәn.
Nәdir talib, nәdir mәtlub,
Nәdir rağib, nәdir mәrğub,
Nәdir cazib, nәdir mәczub,
Nә zәnn olsa, cinanәm mәn.
Әyyub
ağa Muradov bina etdiyi mәscidin tarixi babında yazıbdır:
Zәhi Әyyub ağanın yadigari,
Cahan
içrә olub
bu beyt
Günahın
әfv qıl, ya
rәb, o şәxsin,
Rәva qılma ona minbәd nari.
Mәqamın cәnnәt et, huri әnisin,
Müşәxxәs qıl ona tacül-vüqari.
Nüsuhasa
qәbul et
tövbәsini,
Bina etdi
çü beytül-iştihari.
Yazıb
Rәncur mübarәk tarixin "ğәrq",
Gәzib qәvvasvәş bәhrul-fikari.
Mәrhum Әyyub ağanın Dağkәsәmәndә bina etdiyi mәscid heyfa ki, itmama yetmәdi vә onun baniyi-möhtәrәmi mәscidi tәmir edib başa gәtirmәmiş vәfat elәdi. Övladi-kәsirәsi içindә bir elә şüurlu vә mütәdәyyin şәxs tapılmadı ki, babasının
xeyir işini әncama
yetirsin vә
haqq-taala ibadәtxanası
yarımçıq qalmasın. Hәmişә Aqstafadan gәlib Qazaxa gedәn vaxtı Dağkәsәmәnin içindәn keçdikdә hәqir allahın evini elә yarımçıq vә pәrişan halda görüb mәğmum vә pәrişan oluram. Keçmiş
halımızla indiki halımızı nәzәrә gәtirdikdә Mirzә Rәhim Fәnanın fәna tәsirli şeri yadıma
düşüb, dәxi dә
könlümü xarab edir:
Sәn gәzәn gülşәni gördüm, dağılıb
övraqi,
Bülbülün
nalәvü fәryadı tutub afaqi i.a.