Mirzə Əli Möcüz. Əsərləri-1982

 

 

Əsərləri

AXIR ÇӘRŞӘNBӘ DUASI

 

İlahi, sәni and verirux sәdrinin sәdaqәtinә, kәrә yağının kәramәtinә, cәmi Әli şiәsin axirçәrşәnbә gecәsi halvanın qәbrinә zәvvar elә! İlahi, sәni  and verirux plovun zülfi-pәrişanına, sәn bizim әlimizi xuruşun damәnindәn kәm vә kutah elәmә. Ya Qәffar, xudaya--xudavәnda, sәni and verirux püstәnin dәhanitәnginә, xurmanın rәnginә, biz әhli-Şәbüstәri mübarәk yeddi lövünün şәfaәtindәn mәhrum vә binәsib elәmә. İlahi, sәni and verirux abduq ilә qәndabın pilov dövrәsinin әtrafında çәkdiyi zәhmәtә, o gecә bizim övrәtә bir huş vә baş kәramәt elә, yağ-düyünü xәrab edib, ovqatımı tәlx etmәsin, uşağı ağlaya-ağlaya qoyub, qonşuya çubuq çәkmәyә getmәsin.

 

Ey axırçәrşәnbә gecәsi yatıb, sәhәr tezdәn quşlar ziyarәtinә gedәn xanımlar, "Amin" deyin! Ey çehil-yasin suyu kimi gәndov suyunu istemal edib, mәraminә nail olanlar, ucadan "amin" deyin. Xudaya-pәrvәrdigara, sәni and verirux küçәlәrimizin zığına, hamamlarımızın kәsafәtinә, cavanlarımızın bığına, sәn bu yalançı müsәlmanların imanını kamil elә. Ey on tümәnә yüz tümәn müamilә alanlar, ey evini, bağını girov qoyanlar, "Amin" deyin!

 

İlahi, sәni and verirux dövlәtlilәrimizin toxluğuna vә füqәralarımızın çoxluğuna, xirov suyunun yoxluğuna, ya bizi öldür, tәlәbkarın yaxasın qurtar, ya tәlәbkarı öldür, bizim yaxamız xilas olsun. Ey arpa çörәyini biri birinin әlindәn qapanlar, ey soyuq yarma aşına hәsrәt qalanlar, "Amin" deyin!

 

İlahi! Sәni and verirux tümәni on şahıya höccәt yazan mollaların qәlәm-davatına, istambulçuların baratına, tiflisçilәrin manatına, bu nәzir sahibinin әmvatına, axirәtdә "Neynim!" günü görsәtmә. Ey bir kağız lirә verib, bir cüt corab alıb ayağına soxanlar, yatmısız, ya bәng atmısız? Ucadan "Amin" deyin!

 

Ey nәzir sahibi, allah görüm sәnin pullarını falçıya, ilançıya qismәt elәmәsin. Ey bacılar, allah falçıları sizә vә sizi falçılara çox görmәsin! Ucadan "Amin" deyin! Cәnab hacı, allah nәzrüvü qәbul elәsin. Sәnin ki, әlindәn su suvarmaq vә cәnazәyә yapışmaq vә xeyrә-şәrә işlәmәk gәlmәz, bәs allah yanında әylәşәn kasıbın ömrünә bәrәkәt әta elәsin, sәnә dә bir ölüm versin, ta beş-on kasıb fövtündәn xeyir görsün.

  

Ey dövlәtlilәrin xeyratında aşağı başda әylәşib, doyun-qarın pilov yeyәnlәr, ucadan "Amin" deyin! Ey molla qorxusundan saqqal qoyub, baş qırxdıranlar, "Amin" deyin!" Ey istambulçu qardaş, nә yapdın gәldin vәtәnә, öldün әtәnә, әgәr nәnәn caridi, sәnin ömrün yarıdı. Ey cәmi Әli şiәsini murdar vә özünü pak bilәn cari, öldürsün sәni tarı! "Amin" deyin!

  

Xudaya-xudavәnda, bari pәrvәrdigara, bir söz deyәcәyәm, acığın gәlmәsin, ola ki, yadından çıxa, sәn bu nәzir sahibinin qәdim ölәnlәrinә vә cәdid ölәnlәrinә rәhmәt elә. Әlәlxüsus iki yüz doxsan doqquz il bundan qabax, axşama üç saat qalanda, qaynanası Tükәzban xala ki, baş tireyi-xakә çәkib, ona rәhmәt elә vә ondan yaxşı mütәvәccöh ol. Can sәnin, can Tükәzban xalanın. "Amin" deyәn, lal olmayasan! İlahi, sәni and verirux bu nәzir sahibinin burduğu gülәlәrә vә çıxartdığı lülәlәrә, әvvәla cәmi bağ sahiblәrini bunun şәrrindәn mühafizәt elә vә saniyәn hәlal kәsbinә bәrәkәt әt elә. Ey bağına hәr hәftә qapı alanlar, ey altı ay zәhmәt   çәkib, hasildә әli bәnd   olmayanlar, "Amin" deyin!

  

İlahi, sәni and verirux girdәkanın girdәliyinә, fındığın xırdalığına, Sisbәyin qәbristanlığına zibil tökәnlәrin başını qoyub ayağına daş vurma. Ey  iydәni yeyib, çәrdәyini hәsir altına soxanlar, ey burnunu әtәyi ilәn silәnlәr, ey pırpıslı donbalanlar, mәbadә allahın beytindә sizdәn bir hadisә biruzә gәlә hәr iki dünyada rusiyah olarsız. Qalxın, ucadan "Amin" deyin.

  

Bәh, bәh, tardan da bir nәzirverdilәr! Ey bacı, bilmirәm müsәlmansan, ya kafirsәn? Boynuva qızıl taxırsan, namәhrәmә baxırsan! İlahi, and verirux ucubunuğun qәddinә, vәttәzalinin mәddinә, bu övrәtin cәddinә, cәnnati-әdәndә yer kәramәt elә. Ucadan "Amin" deyәnlәrlә bәrabәr.

  

İlahi sәni and verirux riyanın mübahlığına, qumarbazların sağlığına, Fironun allahlığına, kәrbәlayi Hüseynqulunun cәrrahlığına, bu nәzir sahibini әsrin Әzrail hәkimlәrinә vadar vә möhtac elәmә. Ey ucadan "Amin" deyәn, sәni görüm, vayqanlı Zülfәlinin sütünә rast gәlәsәn!....

 

Bәh, bәh, usta Abbasqulu da bizә bir nәzir göndәrdi. Uşax, ucadan "Amin" deyin. Xudaya-pәrvәrdigara, sәni and verirux mәşәdi Lütfәlinin iştahasının azlığına, hirov Cәfәrin kefinin sazlığına, Kәrbәlayi Hәsәnәlinin gözlüyünә, Ağa Mirzә Mәmmәdәli ağanın süxәnvәrliyinә, birә yüz min bu dünyada, birә yüz min axirәtdә әcir vә әvәz kәramәt elә. Ey başını usta Abbasquluya qırxdırıb pul vermәyәnlәr, ucadan "Amin" deyin. İlahi, sәni and verirux Gülşәnin duvarlarına vә İmamzadәnin dağılan tifağına, sәn bu nәzir sahibini Sultan Babanın qәbrinә zәvvar elә. Ey bu nәzir sahibi! Get, bu Dәrәküçәsindәki pir mәtlәbin versin, Hüseynbaba kәmәrin bağlasın, qışın tütәtüt vaxtında mәscidin minarәsindә әzan deyәsәn. Ey imamzadә qapısına qәndil bağlayan bacılar, ucadan "Amin" deyin. İlahi, sәni and verirux molla Mәmmәdәli (molla Mәndәli) axundun qәbrinә, padişahi-islamın tiqi-bidiriqini әdayә qate vә bürra elә. Bu mәscidin banilәrinin ölәnlәrinә rәhmәt, qalanlarına tofiqin kәramәt elә. Ucadan "Amin" deyin. İlahi, bu әmi ki, adını tanımıram, mәnә pul әta elәdi, ey әmi, allah qadanı-balanı, әğrәbi-ilanı, mamılı-matanı, yanunda yatanı, rәhmәtlik atanı, yerin, göyün bәliyyatından mәhfuz elәsin!....

 

 

 

 

AMANDI DUR MӘZARDAN!

 

Bәhri-tәvil

 

Beş-altı yüz nәfәr dәlә alır kilünki çün әlә, salır cәhanә vәlvәlә vә şurişü qiyamәti,  sәbahü әsrü vәzzüha,  yıxalla  qәsri-şürbәha,  tükәndi  sәbrimiz daha, gedax  Mәmmәdәlişaha, deyax ki,  ölürux daha!  Başuva  yığ әcamiri, xüsus Әmir Bәhadiri, belinә bağla qәddәrә vә rakib eylә әstәrә, o hafizi-şәriәti. Deyin: Әya şәhi bәqa, әya xәdivi-mәhliqa, olub rәiyyәt әşqiya, misali rus vә ermәni geyiblә kәfşi-rovqәni, genişlәyirlә  kuçәni; deyәndә: ey  sitәmşüar,  nolar olanda kuçә dar? Deyәllә: çor vә zәhrimar, döyәllә hәm cәmaәti. Nә hoqqabazılıqdı bu әya giruhi-sәqf gәn, yaratmış hәyyu-zülmәnәn, şütur bәrayi mәrdü zәn vә әsbü filü gәrgәdәn, mәgәr o üştәrizәmin, o piri-zuri-pәrvәrin vә әsbi-mah peykәrin, maşından azdı sürәti? Baxın bu qövli-әbtәrә, nә rәhm edәllә dülgәrә, nә dәllәyә, nә rәşbәrә, nә mәscidә, nә minbәrә, nә Miri-şәri-әnvәrә, bu qövmün ehtiramı yox şәriәti peyәmbәrә; nә hәq tanır vә nә Әli, nә Cәfәri, nә dini var, nә bığı  var,  nә sәqqәli.   Gәlibdi  fәleyi-Güney, misali muri-biәdәn, çıxalla  damә  nagәhan, deyәllә:  ya  Әli mәdәd! Verәllә sәs-sәsә hamı, yıxalla şәst ilә damı, gedәllә cümә axşamı içәllә zәhrimari mey, vuralla dәf, çalılla ney, deyәllә: Ay daley-daley! Әya cәmaәti Güney, mәgәr ki, yoxdu qeyrәtüz, qalıbdı kәtdә külfәtüz, nә aşı var, nә dә әti! Deyin o әhli Tәbrizә, maşın gәrәk deyil bizә, gәlin, gәlin, çökün dizә, qulaq verin bir hәmdüzә, fәrasәt örgәdәk sizә. Qәlәtdi hәmdü surәmiz, gәrәk onu ravanlayax, üsuli-dini anlayax, firui-dini hәmçinin. Niyә boş әylәşәk ki, biz xәrab edәk vilayәti? Vuranda gürzünü yerә, Nәkirü-Münkәr, ey Әmu, qoyunlar ürkәr, ey әmu! Sual edә nәmazdәn, xudayi-baniyazdәn, şәhәnşәhi-hicazdan, nә farsicә bilәr: "Birov", nә türkücә "Xnov-minov", nә kürdücә "Hәsov-mәsov", nә rusicә "Netov-metov", fәqәt bilәr әrәbcә o, cavab alar әrәbcә o. Bә izzәti, bә şövkәti behişti xәlq edib xuda bәrayi-şieyi-Әli; vәli o mömünün gәrәk ola döşündә sәqqәli, ki, yәni çox kәbir ola, Fәtәlişah Pәzir ola, hәna qoya o sәqqәlә vә rәngi misli qır ola vә ayinә ala әlә, baxa bığın qabağına, mәbadiya ki, meyl edә beş-altı tük dodağına, o tüklәri tәmizlәyә, ola adam balası, ta gedә ala qucağına, o huriyani-cәnnәti.

 

Mәlәk dolanmaz o evә, ki orda әskinas ola, zikur ola, ünas ola! Vә huşu ya tәhur ola, vәlov ki, әksi-nur ola, şәkil çәkәn mәlahidә, gәrәk o әksә can verә, xuda sizә cәza günü xudalığın nişan verә. Bir iş görün әlahidә, o işdә yoxdu faidә, bu iş hәramidür bәli, qәsәm bu saçü sәqqәlә, miadә etiqad edin. Kişi gәrәk  әzan verә ki, ta xuda әvәz ona behişti-cavidan verә. Nәinki eylә iş görә--ilan vura, çayan vura, mәlәk ona әzab edә vә әtlәrin kәbab edә, cәhәnnәmin hәrarәtli, belә müqәrrәr eylәyib xuda, hәmişәtar ola gecә, çü zülfi yar ola gecә, günüz yana çiraqi mehr, işıq sala vilayәtә, ziraәtә, sәn istisәn günüz kimi ola lәyal qasiqә, әmoğlu sәn nәkarәsәn, mәgәr rәqabәt eylisәn, belә ibadәt eylisәn xudayi-girdigarә sәn, şәrikisәn bu xaliqә, xudayi-nuru zülmәtә, çiraqi-bәrqi xoş gәlib, nә qәdri var imarәtә, cәmaәtә, onun pulun verin ata, minin, gedin ziyarәtә. Uşaq, fәnarı yandırın, çiraqi-bәrqi söndürün, misali-sәng sındırın, bә öhdәyi-mәn әstü mәn, vәlov beş-altı yüz tümәn olur onun xәsarәti, bu işlәrin tәmamәti çıxar o ruzinamәdәn, fizundu ol cavanların, o ruzinamәxanların şәrarәti Qutamәdәn, olar bәtәrdi kәbrdәn, әşәddidür hәcirdәn, әya güruhi-gülbәdәn, hәzir edәn cәridәdәn, salar sizi zәlalәtә. Üzütәra qiyamәtә gәlәr ona baxan kişi, alan kişi, satan kişi, yanında saxlayan kişi! Amandı almayın onu, yalandı cümlә mәtlәbi, hәram edib onu nәbi, vәli ona baxanların nә dini var, nә mәzhәbi, nә izzәti, nә ismәti, nә üffәti, geyir qulaqlı köynәyi, vurur fokullara boyaq, o bәngxor, o tiryaki, olar cәridә bir taya, oxur sәbahü şam onu. O xeyrәsәr, o bihәya, әya sülaleyi-zina, xuda edib hәram onu, oxuma vәssәlam onu. Tәlavәt eylә, mәshәfi, tәbarәkә-mübarәki, xüsusәn o bәraәti ki, çoxdu xovfü hәşәti, fәsahәti, bәlaqәti. Deyәndә bu sözü ona, deyir: Bәli, sәhihdir, deyәllә çox fәsihdir, onu bilәn fәqihdir. Qızı olanda bir zaman, deyir qulağına әzan, adın qoyur Tükәzziban, böyür çün o kiçik bala, olur Tükәzziban xala; onun da olsa bir qızı adın qoyar Hüvәllәzi. Çaxır sәpәllә üstümә, saman tәpәllә nustuma, xuda nәkәrdә, gәr deyәm: Nәçün bu düxtәri-әcәm, xudayi-beytü vәlhәrәm, hәlal edib hәcamәti, hәram edib kitabәti? Deyin cәnabi Möcüzә: әya qәribi-elmü fәn, qolun-qıçın uzatmısan o hәfreyi-mәzaridә; mәnim sözümә ver qulaq, qiyamәt oldu, dur görax! Çıx ol xәrabәzardәn, o tәngәna hesardәn, düşüb cәhanә vәlvәlә, edir zәmin zәlzәlә, ayıl, tәbәddilatә bax, eşikdәki hәyatә bax. Hamı ayıldı, ay kişi! Yatırsan indi sәn hәlә. Baxır sәnә, gülür cahan, fәlәk, mәlәk, zәmin, zaman vә xәlq hәr kәnardәn, aman, aman, aman, aman, әmoğlu dur mәzardәn, bir az tumarla saqqalun vә sil sәrü uzaridәn xәlü bu cәhlü qәflәti....

 

 

 

 

YARAN, DÜNӘN ÇӘMӘNDӘ....

 

Uzun dәrya

 

Yaran, dünәn çәmәndә gördüm qәribә alәm. Rәqs eyliri bәnәfşә, gül, yasәmәn vә lalә. Sünbül bir әldә bütri, bir әldә cam-piyalә. Susәn içir, deyir--ox! Ver saqiya dәmadәm!

 

Bülbül gülә baxırdı, cәh-cәh vurub oxurdu. Qumru deyirdi: bәh-bәh! Bubbu deyirdi: hop-hop! Qәclә deyirdi: sağ ol, ey әndәlibi xürrәm! Qarqa oxurdu şәrqi, konyak içirdi qırqı. Tuti yeyirdi pәşmәk, durna çalırdı dünbәk, oynardı hacıleylәk, basәd hәzar çәmxәm!

 

Nagәh açıldı qapı, tavus vә qazü ördәk hәr biri bir düçәrxә üstündә şadü xәndan, pişvazә çıxdı quşlar, hәtta qәcil vә kәrkәs. Min nazü çәm-xәmilә, düşdü yerә qonaxlar, mәndil verib qaraquş, әylәşdi qaz vә tavus, hәm ördәyi mübarәk manәndi şahi Deylәm.

 

Kәklik durub ayaqә, әrz etdi: Ey xanımlar, xoş gәlmisiz bu bağә! Bilmәm niyә gecikdiz? Saldız bizi fәraqә. Tavus gül dәhanın açdı, dedi: Әzizan! Әkkasxanәdeydik, orda bir az yubandıq! Yox bu sözün xilafi, әkkasımız Hәsәnxan gec verdi, niyә, bilmәm?

 

Çün bu sözü eşitdi, durdu ayağә yahu, baş әydi, әrz qıldı: Ey dilbәri-sәmәnbu, lütf eylәyin o әksi, biz eylәyәk ziyarәt! Tavus edib işarәt, ördәk әl atdı cibә, әksi çıxartdı, öpdü, yahuyә etdi tәqdim. Yahu da ehtiramәn әksi öpürdü hәrdәm. Yahudan әksi aldı, sәrçә

edib tamaşa, verdi arıutanә. Baxdı o da doyunca, qapdı onun әlindәn әksi xanım kәbutәr. Baxdı, dedi: hәqiqәt bir danәdir Hәsәnxan, durdanәdir Hәsәnxan! Nәqqaşi-çinü-maçin belә salammaz әksi, heç bir yerindә yoxdu bir danә eybü nәqsi. Bәh-bәh, hәzar әhsәn! Әkkasә maşәallah, etsin xuda mükәrrәm! Yox misli Әrvәnәqdә, bәlkә Binisdә, Sisdә, hәtta Kuzәkünanda, Tәsucda, Mehrәvanda, hәm Şindәvar bәlkәm....

 

Tavus verdi rüsxәt, qalxdı әrus ayaqә. Bu vaxtda qәzara sәslәndi o müәzzin: Yaran, durun namazә, zöhr oldu: quqquluğu!

 

Xalq aldı dәstәmazin, mehrabә saldılar bir sәccadeyi-müzәyyәn. Molla әbani saldı, tәhtül-hәnәg açıldı, nur göylәrә saçıldı, quşlar qılıb namazә, bayquş oxurdu rövzә, quşlar әlindә dәsmal, oxşardılar, tәmamәn, ağlardılar dәmadәm!....

 

Bayquş bu halı görcәk, sәslәndi: Ey cәmaәt! Mәn eylәrәm şikayәt hәqqә sizin әlizdәn. Ey firqeyi, şәrarәt, Bayquş mәnәm vә ya siz? Bu iş mәnim işimdir, siz bәs niyә ölürsüz, saqqaluzu yolursuz? Tavus nitqә gәldi, dedi ki: düz deyir bu Bayquş üçündi novhә, fәryadü qüssәvü qәm!

 

Mәclis dağıldı, hәr kәs üz qoydu aşiyanә. Tәk qaldı Bulbül orda, bәs başladı fәqanә....

 

Möcüz bir әldә lalә, bir әldә cam, piyalә, hәrdәm içib deyirdi:

 

"Ey sakinani gülşәn! Az eylәyin bu yerdә fәryadü ahu nalә, razi dәyil bu karә vallah rәsuli-Әkrәm, billah xudayi-Әzәm!...."

 

 

Şerləri

ARZU

 

Xudaya, bәhәqqi birincü kәrә,

Mәnә tez bәrat eylә beş-on lirә!

 

Xudaya, әgәr yoxdu nәğdәn pulun,

Bari açgilәn millәta Rus yolun,

Vә ya rәhm sal qәlbinә konsulun

Ki, bәlkә verә millәtә tәzkirә.

 

Aman, ingilisin işindәn aman,

Yeridir su altından hәr gün saman,

Onun öhdәsindәn gәlәmmәz cahan,

Xuda, ingilisi özün vur yerә!

 

Nә mәzhәb daşır, nә mürüvvәt, nә din,

Bığın kәsdirib, qırxdırıb sәqqәlin,

Lazan mәclisindә[1] o Şimri-lәin

Oturmuş ki, xәlqin belin sındıra.

 

[1] - 1922-ci ildə Lozannada çağırılmış sülh konfransına işarədir

 

Gәhi bihәya qәsdi-İran edir,

Yığır Dari-Şurani[2] viran edir,

Vüsuqi[3], Qәvami[4] yenә xan edir,

Olur düşmәni-can maliklәrә.

 

[2] - İran dövlət məclisi

[3], [4] - İranın ingilispərəst dövlət başçılarından Vüsuçüddövlə və Qəvamüsəltənəyə işarədir

 

Deyil bu, dadaş, qeyğanağü tәrәk,

Deyәrlәr buna "İngilisi kәlәk".

İşarәt edәndә o kafәr, gәrәk,

Müsәlman o saat girә sәngәrә!

 

 

 

AXTARIR

  

Dilbәra! Bu rind genә bir yağlı qurban axtarır,

Bu qәlәtdir kim, deyәrlәr, әhli-iman axtarır.

Vaizә әrz eylәyim bihudә zәhmәt çәkmәsin,

Çoxdu meydani-sәxavәt, gәr müsәlman axtarır.

Bu pәrişan qız mühübbü şahi-mәrdandır, әmu,

İrzü namusu eşikdә, bir tikә nan axtarır.

Bilmirәm sirri nәdir Parisә getmir bu mәriz,

Dәrdinә gәh Xamnәdә, gәh Sisdә dәrman axtarır.

Binәvanın gözlәrin mili-tәәssüb kur edib

Mәtlәül-şәms cәhldә abi-heyvan axtarır.

Alәmi pürnur edib nuri-qәmәr, yәllәl-әcәb,

Nuri şәm ilә bu nadan mahi-taban axtarır.

Qoy yerә sәccadәni, al başuvi, bir yana qaç,

Kafәr әldә qanlı xәncәr әhli-Quran axtarır.

Pirәzәnlәr karidir tәsbih ilә cәng eylәmәk,

Al әlә dәhtiri, düşmәn mәrdi-meydan axtarır.

"Lovhәşәllah", "maşәallah", "afәrin", "sәd afәrin!"-

Şiәnin qarnın doyurmur; musyo Vartan axtarır.

Mülhüdün dәhr ilә yoxdur kari ki, qanın tökә,

Xalisәn-muxlis mühübbü şahi-mәrdan axtarır.

 

 

AĞALAR

  

O xaliq ki, girdә edib mazını,

Alınımaza yazıb qara yazını,

Aşiq genә aldı әlә sazını.

Qulaq verin bu dastana, ağalar!

 

Beş yaşında bizim xanım üşüdü,

İlik dondu, üstüxanım üşüdü.

Gәlin gedәk, genә canım üşüdü,

Soyuq gәldi çün İrana, ağalar!

 

Bir pinc qoyduq yerә kürsü otaqda,

Bainhәmә sular dondu çanaqda,

Göy tәbәrzә buz bağladı mәlaqda,

Ahım çıxdı asimana, ağalar!

 

Dünәn gecә Nuhi gördüm röyada,

Dedim ki: Çox yaşadın sәn dünyada,

Belә soyuq heç görmüsәn dünyada?

Dedi: Xeyir!-yana-yana, ağalar!

 

Fәrşi, qabı satdıq verdik kömürә,

Allah, yazma bu günlәri ömürә!

Bu il soyuq tәsir etdi dәmirә,

Tәsir etmәz mәgәr cana, ağalar?

 

Yaş-yaş kәsib ağacları kәtdilәr,

Sәhәr tezdәn Şәbüstәrә gәtdilәr.

Yaş odunu amma necә satdılar-

Batmanını bir qrana, ağalar!

 

Yaş odunlar çün ocağa düzüldü,

Bir ah çәkib, göz yaşları süzüldü.

Tükәzlәrin xumar gözü büzüldü,

Tüstü qalxdı çün tavana, ağalar!

 

Küçәdә buz gümüş kimi parıldar,

Füqәralәr soyuq evdә zarıldar,

Beşaçılan tüfәng kimi xarıldar,

Ayaq qoysan nәrdivana, ağalar!

 

Yuvasında dondu fәrә soyuqdan,

Pişik gәldi ahuzarә soyuqdan,

Qulaq yarә, burun yarә soyuqdan,

Çarә nәdir bu borana, ağalar?

 

Mәn deyirәm qapı, baca sökülә,

Hәm ocağa, hәm dә pincә tökülә.

Bu qış dәrdi o dәrd deyil çәkilә,

Çörәk bağlun dәstәrxana, ağalar!

 

Yerlәşdirin qәddәrәni qurşağa,

Xudahafiz!-deyin arvad-uşağa,

Yuxarıdan isti olar aşağa,

Durun gedәk Vayiqana, aralar!

 

Nәzr elәrәm bir şam imamzadәyә,

Oxuyaram Quran Hәsәn dәdәyә,

Aş paylaram hәr hәftә bir badiyә,

Soyuq getsә Şamqazana, ağalar!

 

Möcüz deyәr: Duamın var әsәri,

Hov tәpәrәm, qalmaz qışın әsәri,

Hәr kim verә mәnә bayram xәbsәh

Bir cüt busә aşiqanә, ağalar!

 

 

AXTARMA!

  

Duanәvisdә kәşfü kәramәt axtarma,

Buyur hәmamә vә lakin nәzafәt axtarma!

Onun ki, oxdu hәlalü hәramdәn baki,

O hiylәgәrdi, sәn onda dәyanәt axtarma.

İtin sәdaqәti var, qoy yanında gövduşi,

Pişik yalançıdı, onda sәdaqәt axtarma.

Biri deyә: Oxuma, yazma, getmә mәdrәsәyә;

Onun sözündә-bezindә lәyaqәt axtarma.

Edib xәrab tütün tüstüsü onun beynin,

Çubuq çәkәn qafalarda fәrasәt axtarma.

Kağızuvi yaz özün, sirrüvi demә xәlqә,

Oxu sәbahü mәsa, xabi-rahәt axtarma,

Qızıl itәr, aparar oğru-әyri, sәn ey qız.

Suvay elmü kәmal, ayrı ziynәt axtarma,

Araş fәqiri, soruş binәvalәrin halın,

Madam tuman, zәri yәl, tirmә çәrqәt axtarma!

Әrin mәzacini tap, qaynananla rәftar et,

Qapı-qapı dolanıb, falçı övrәt axtarma.

Ayın onu, on üçü birdi, gör bu gün işüvi,

Sabahә qoyma işün, "yaxşı saәt" axtarma.

Anam deyәr: Qәrә başmaq günahdır. Ey Möcüz,

Hәlә bu taifәdә elmә rәğbәt axtarma.

 

 

ALLAH!

  

Bir az istәr ayıla millәti-İran, allah!

Dәsti yorğanı çәkәr başına mollan, allah!

Yatdı nadan, qoyub sәcdәyә başini axund

Dedi: Ey cismimә can, dәrdimә dәrman, allah!

Yaradıbsan mәnә, yarәb, nә hәmәl heyvanlar-

Minmәsi, sürmәsi, yük çatması asan, allah.

Әql verrәm,-deyә vәd etdi bu biәqlә xuda,

Bilmirәm noldu sora, oldu peşiman allah?

Deyisәn: Etmә nәzәr arizi-xubanә tәrәf,

Niyә bәs xәlq olunub bir belә canan, allah?!

Yaradıbsan әlәfi ta edә xurak heyvan,

Xәlq edibsәn gülü hәm iyliyә insan, allah.

Gülşәni-hüsni edib xari-şәriәt qarәt,

Gör nә pis halә qalıb sibi-zәnәxdan, allah!

Şeyxәna, tazә әlifba ilә çox eylәmә cәng,

Düşmәni-din odu, bax, orda, nә sübhan allah!

Gör necә hәmlә edir iğ-bığı biçarәyә bu,

Cәng edir şәst ilә guya, bu komandan, allah!

Kaş sәn dә, üşüyәydin, belә mәxluq kimi,

Ta bilәydin nә çәkir qış günü üryan, allah!

Demirәm bu lütә bir dәst libas eylә әta,

İki arşın şilә ver, eyliyә tuman, allah!

Vermisәn bir aca otuz iki diş-misli-sәdәf:

Olmasa dәn, nәyә lazımdı dәyirman, allah?!

Görsәnir daireyi-ismәti bu acizәnin,

Gülmәyim mәn necә, ey xaliqi-mәnnan, allah!

Fәrci-Hәvvayә baxıb, güldü tamam hurilәr,

Çün soyundurdu onu xazini-rizvan, allah.

Baği-rizvandan ötürdün eşiyә tumançaq,

Kaş Adәm yemәyәydi iki buğdan, allah!

Nә günah sahibidi bu iki yaşında uşaq,

Qarnı ac, paltarı yox, ay sәnә qurban, allah!

Börkü yox, başmağı yox, peykәri üryan, bikәs

Dolanır kuçәvü bazarı pәrişan, allah!

Sәni raziq bilib әkdi bunu biçarә kişi,

Bilmәdi axır acından verәcәk can, allah!

Ey verәn bir sәlavәtә iki min qәsri-tila,

Evin abad ola, ey sahibi-ehsan, allah!

O imarәtlәri sat, tök füqәranin cibinә,

Ver o puldan mәnә dә bir-iki tümәn, allah.

İki buğdan yeyib Adәm neçә min il әvvәl,

Hәlә dә eyliri rüsvay onu Quran allah.

İstәyirdi biri mәsciddә xudadәn yorğan,

Gördüm ağlar, deyәr: "Ey qadiri-mәnnan, allah!"

Dedim: Axmaq kişi, gündә sәnә bir danә lavaş

Verә bilmir, necә versin hәlә yorğan, allah?

Ya gәrәk qoymayasan aduvu rәhmanü, rәhim,

Ya gәrәk eylәyәsәn әdl ilә divan allah!

Balı xәlq eylәmisәn yoxsulu çatdatmaq üçün,

Düzdü bu söz, demirәm mәn sәnә böhtan, allah!

Әlli yaşında Rәhim bal yemәyib bircә kәrә,

İldә yüz yol yeyәr әmma hacı Rәhman, allah!

Möcüzün bari-sitәm qamәtini etdi kәman,

Öldüm axir, yerә gәlsin görüm arxan, allah!

 

 

AĞALAR!

 

 Biri deyәr: gәrәk fala baxıla!

Biri deyәr: gәrәk dua yazıla!

Biri deyәr: gәrәk evi yıxıla,

Bu kişini gәlin yıxaq, ağalar!

 

Sәhәr tezdәn kişi gedәr işinә,

Pinti arvad çarşab salı başına,

Fatma xala gәlәr, düşәr peşinә,

Nә xoş olar dua yazmaq, ağalar!

 

İki arvad küçәlәri dolanır,

Çәrşabları zığ-çamura bulanır,

Falçı qardaş xanımlara sulanır,

Boynu yoğun, şәlәpapax, ağalar!

 

Әvvәl bir az danışarlar, deyәrlәr,

Çubuqlaşıb qәndü nabat yeyәrlәr,

Ondan sora mis-tas yerә qoyarlar,

Gәlin bir az fala baxaq, ağalar!

 

Arvad gәrәk әlin çәksin tasına,

Falçı baxar әlinin hәnasına.

Belә arvad, әrin gәlsin yasına!

Yaxşı bilәk, qәşәng buxaq, ağalar!

 

Qәtbaşılar dövrәsinә düzülür,

Falçı baxar, xumar gözlәr süzülür,

Başın әyәr, dodaxları büzülür,

Sәslәr gәli tarax-tarax, ağalar!

 

Kafir hәblәr tas içinә tökülü,

Kimin başı, kimin qarnı sökülü,

İfritlәrin cümlә qanı tökülü,

Kimisi dә olu dustax, ağalar!

 

Bir tümәn pul beş qәtbaşı verilü,

Әr-arvadın qarabaxtı durulu,

Evdә genә әcinnәlәr dirilü,

Genә o aş, o ispanax, ağalar!

 

Fatma xala hәr gün gәlәr bulara,

Yeyәr, içәr, әlin silәr duvara.

Gedәcaxla sabah mala, bazara,

Sora görax, nә yapacax, ağalar.

 

Sabah olar gedәr mala, yozana,

Beş qran da verәr dua yazana.

Başa gәlmәz, qalu arvad azana,

Axşam oldu, yanar çırax, ağalar!

 

Molla yazan duaları bitürü,

Yarı gecә qonaxları ötürü,

Fatma xala qapıyacan gәtirü,

Xanım girәr gözdәn irax, ağalar!

 

Kişi gәlib, odun qoyub ocağa,

Qaranlıxda yağı töküb çırağa.

Xanım gәlir, kişi durur ayağa,

Sizә zәhmәt, ona dayax, ağalar!

 

Kişi vurar, arvad çәkәr havarı,

Parçalanıb köynәyinin kәnarı.

Qana batıb zәncirәsi, navarı,

Qurtaracax, görax nә vax, ağalar?

 

Baş yarılıb, çomax gәzir havada,

Macal olmub çarşabını çıxada.

Sәni tarı, tәsirә bax duada,

Durun gedax, biz dә alax, ağalar!

 

Fatma xala nağıl elәr әrinә;

-Biz yaxçılıx etdux bu gün birinә!

Boğuşdura hәr gün yarı-yarına,

O dünyada görmәz duzax, ağalar!

 

Bu әsnada nagәh qapı açılır,

Pinti arvad gәlir, qanı tökülür.

Fatma xala bunu görüb, әkilir,

Başımıza nә kül tökax, ağalar?

 

Lәnәt eylәr arvad dua yazana,

Fatma xala hanı, bassın qazana?

Xәbәr verin gәlsin falı yozana,

Yuxlamasa, olsa oyax,ağalar!

 

Sözün kәsib, pişik qaşdı eşiyә,

Tәsir etdi bu sözlәr çox kişiyә.

Bir söz deyim; Möcüz әyәr yaşıya,

Ona çatmaz heç bir yanşax, ağalar!

 

 

AXİR Kİ, AĞLAT MİLLӘTİ!

 

 Hәr gecә şamdan sora, ey Mollәli

Qoy çırağı qarşüva, aç mәtqәli,

Әqlüvi yığ başuva misli-para,

Nohәni әzbәrlә, doldur anbara,

Çәkmә al bir cüft, rәngi-lәligün,

Әzbәrayi payi-nәhsi Şimri-dun[1]

Ver çilingәr çәrxә çәksin xәncәri,

Bәdha süst eylә Şimri-әbtәri!

Xәncәri tez ver әlinә kafәrin,

Mürdәşu yusun görüm o әllәrin!

Al әlә bir neyzә, ya bir kәrvaşan,

Dur dalıda, ver ağan Şimrә nişan.

Çün alar xәncәr o mәlun dәstinә,

Eylә nәrә eylә ki, xax[2] diksinә!

Bәrk çığır, millәt ayılsın xabidәn,

Ol qәdәr ağlat ki, düşsün tabidәn.

İstisәn ki, tul tapsın mәrsiyә,

Hökm qıl, vursunla başın neyzәyә!

Xalqa tәsir etmәsә bu macәra,

Söylә Şimrә, nәl vursun atlara!

Qәlbi daşdan bәrkdir bu millәtin,

Ağlamazlar. Xeymәgahә sür atın,

Vur, dağıt, yandır xәyami sәrbәsәr,

Bәlkә bu zülm eylәyә xalqa әsәr.

Görsәn olmur, qamçını al dәstüvә,

Eylә vur ki, daşlana qan üstüvә.

Sal әrusi at döşünә bir zaman,

Ta ucalsın әrşә fәryadü fәğan.

Tutmasa mәclis әgәr, ey mәrd kosa,

Şimridәn al xәncәri ver Harisә!

Bağla әtfali-yetimi qol-qola,

Ta desin Kösün xala: "Ey vay, bala!"

Etmәsә bu hәm әsәr bacilәrә,

Müslümü sal damidәn, düşsün yerә.

Bәd çubi-mәnbәrә çal dәstüvü,

Millәti-İranә göstәr şәstüvü!

Qurxusan gәr payeyi-mәnbәr sına,

Qorxma, vur, sınsa, qayıtdırrıq genә!

Gözlәrin gәr varsa aç, gör bir nә var!

Xax yatıb, görsәn әgәr misli davar,

Qamçını çәk, vur Sәkinә başına,

Әmmәsin qәrq eylә tez göz yaşına.

Qorxuram çıxsın yadından sarıban,

Әqlüvi yığ başuva, ey rozәxan!

Bir qılınc parçası tap, ey şeşqulaq,

Xırda barmağın Hüseynin kәs görax!

Xalx vurmur başına, çәkmir havar,

Sәndә yoxdur taqsır, ey Mirzә Qafar!

Pas basar qәlbi könül şad olmasa.

Yәni kәntdә dadü büsdad olmasa.

Müştәri yox çün bә aluyi-qәrә,

Ol cәhәtdәn xәlq әlin vurmur yerә.

Bir yanıqlı söz de ki, xalq ağlasın!

Şimrә bir bel ver, Fәrati bağlasın,

Hökm ver lәşkәr ala sağü solun,

Çәk qılıncı, sal әlәmdarın qolun!

Mәclisi gәrm etmәsә bu sәrgüzәşt,

Düş aşağı, tez gәtir bir danә tәşt.

Xeyzәrani qovza, gәn qoy qışların,

Söylә: Ya movla, nә xoşdur dişlәrin!

Etmәsә bu hәm әvami әşkriz,

Abidi-bimari ver cәlladә tez!

Bir qәdәr zalim Yezidә ver araq,

Tәki vursun başına xalq şaqqaşaq.

Rastuva keçsә o mәrhum hәrmәlә

Söylә: Mәlun, qolların tez çәrmәlә!

Çün Fәrati-ibni-Sәd etmiş qorux,

Qoy kәmanә bir daha üçpәrli ox.

Parçalar çün ox boğazi-Әsğәri,

Sәn dә vur yumruqla sındır mәnbәri.

Qәrq olar millәt kәsalәt dәhrinә,

Min sәmәndi, get Mәdinә şәhrinә,

Boynuva sal şali-әza çün Bәşir,

Nәrә vur sәn әz çigәr-manәndi şir.

Yolda gәlsә rastuva Ümmülbәni,

Kәs qabağın, söylә, ba ahü әnin,

Eylә әşki-çeşm ilә tәr yaylığı:

"Gәlmişәm mәn vermәyә baş sağlığı".

Bu qәdәr var ki, xanım dәr Kәrbala,

Qalmadı ali-әbadәn bir bala!

Ey xanım, çün bitdi Әbbasın işi,

Әlli min boynuyoğun, zalım kişi

Etdilәr qarәt xәyami biltamam,

Qalmadı, bir şahılıq zad, vәssәlam!

Görsәn etmir nalә xәlqi-biәdәb,

Düş aşağı mәnbәr üstәn pürqәzәb,

Al әlә bir ba kifayәt yarmaça,

Kәs qabağın millәtin qoyma qaça,

Hәr ki, gәldi qarşuva vur qorxma, ha!

Seyyidә, mollayә, xanә baxma, ha!....

Müxtәsәr, bazuyә cәm et qüvvәtin,

Kәllәsin әz millәti-biqeyrәtin!

Millәtin sәn baş-qulağın yaxşı eş,

Möcüzü görsәn, vәli axtarma, keş!

 

[1] - Şimrin nəhs ayağına geydirmək üçün

[2] - Xalq

 

 

AY MİLLӘT!

 

Gözlәrizi yummayın, ey dustan,

Bir nәzәr eylün qәrә çaydanuza,

Başuzi yorğanә çәkib yuxlasaz

Düşmәn edәr qәsd genә canuza.

 

Gәh yarısız başüzi, gәh çәrtisiz,

Bu nәdi, qardaş, düşünün bir özüz,

İndi ki, vardır sizin ağlar gözüz,

Ağlayın öz hali-pәrişanuza!

 

Şam üsәrasın salısız yadә siz,

Pәs gәlisiz nalövü fәryadә siz,

Rәhm edin, ey qovm, bu arvadә siz

Ac idi, möhtac idi ehsanuza.

 

Altı min övrәt gözü qürbәtdәdir,

Sübhü mәsa rәncü müsibәtdәdir.

Şam üsәrası bu vilayәtdәdir.

Pәs niyә olmur sәbәb әfğanuza?

 

Qissәyi-qürbәt әridib canini,

Beh qoyub o, süfreyi-binanini,

Köynәyini, şalini, tumanini,

Rәhm edin, ey qovm, öz üryanuza!

 

Dövrәni ifriti-cәhalәt alıb,

İş tapa bilmir, gәdә, millәt qalıb.

Ay kişilәr, gör necә yanğun salıb

Fәqrü zәrurәt odu İranuza!

 

İndi bu ki, göydә uçar başyaran,

Başını şәst ilә açar başyaran,

Hәrmәlәni görsә qaçar başyaran,

And ola o kәlleyi-nadanuza!

 

İndi deyirsiz: Ağa, qurbanuvam,

Nasiri-әtfali-pәrişanuvam,

İştә qәmә, bәndeyi-fәrmanuvam

İzni verin, qan eliyәk qanuza!

 

Saymışam ağzızdakı dәndanızı,

Siz o deyilsiz, verәsiz canızı!

Batıracaqsız hamı tumanızı,

Şimri-lәin gәr gәlә-meydanuza.

 

Çün yığışar bir yerә tüccarınız,

Söhbәt edәr gör necә dindarınız,

Gör haralarda gәzәr әfkarınız,

Bir qulaq as söhbәti-әyanuza!

 

Ay kişilәr, heç bilisiz neyliyәk?

Jonları[1] qәddarә ilә peyliyәk,

Tazә dәbstanları sәdd eyliyәk,

Çün sovurur rәxnәlәr imanuza!

 

[1] - Yeni fikirliləri

 

Firqeyi-әhrardı din düşmәni,

Yaxşıdır onlardan urus-ermәni,

Qırxdırın, ey qovmi-vәfa, kәllәni,

Bağ salın lifәli tumanuza!

 

Cәm olun, ey qovm, verin sәs-sәsә,

Qoymayın açsınla tәzә mәdrәsә,

Şәrә müğayirdi fizik, hәndәsә,

Köhnә kitabları yığın yanuza!

 

Dәrs verin oğluza Әbvabdәn,

Ya çәkin әl mәscidü mehrabdәn,

Eylәyin, ey qovm, hәzәr babidәn,

Qoymayın onları dәbistanuza!

 

Bir para qız namә yazır-bәrmәla,

Yollur onu Tiflisә, İstambula,

Qorxuram hәq göndәrә әbri-bәla,

Yağdıra daş bağuza, bostanuza!

 

Qızlar oxur şәhridә alman kimi,

Şәhri görüm hәq edә Dilman kimi,

Qız nәdi kağız yaza oğlan kimi,

Tüf sizә, hәm dә o qәlәmdanuza!

 

 

AÇIQ MӘKTUB

 

Hacıya, vardı sәnin mülki-Sәmәdabadın[1],

Qoş tarazın vә iki danә oğlu imdadın,

Üç dükan, bağ, saray, bir dә çörәkçixanә....

Qәlәm aldım әlә yazdım, bu sәnin iradın.

Sәn dә bir al qәlәmi dәstüvә yaz, söylә görüm,

Nәyi var mülki-Şәbüstәrdә mәni-naşadın?

Keçәrәm mәn o tәlәbdәn, yazaram bir para söz,

Ta ila yovmi-qiyamәt utanar övladın!

 

[1] - Şəbüstərdə yer adı

 

 

ALLAHIN NEMӘTLӘRİ

  

Gözün aç, Möcüza, qıl bir nәzәr әltaf yәzdanә,

Tamam etmiş xuda nemәtlәrin biz әhli-İrәna.

Çubuq, siqar vә qәlyan verib, hәm bәng, hәm әfyun,

Şәrabü çayü qәhvә, meykәdә, hәm şirәkeşxanә.

Yaratmış mehriban allah hәr әsnafә belә bir daş,

Sәqәt, Tәbrizi, Zәngani düsәd[1], bәh-bәh bu ovanә!

Tәsuci, Xungәri, Dilmani, Tehrani tәalallah....

Vә sәngi Әrvәnәq, put afәrin olsun o rәhmanә.

Vә Şah әbdul Әzimü, Kazimeynü Kәrbala, Mәkkә,

Xorasan, Samirә, Bağdad, Mәdinә, Şamşahanә.

Yaratmış bir peyәmbәrlә bәrabәr bir sürü imam

Vә bir dәccal, hәm bir Sahibzaman biz әhli-İranә.

Pazәhri, qırmızı, ağ, göy, yaşıl, sarı, qәrә sәqqәl

Sәri üryan, miyanbirçәk bәnaguş, anladın, ya nә?....

Orucluq, mahi-matәm, әrbәinü, ruzi aşura,

Kәfәn, qәddarә, meydan, tәbl, istehzayi-biganә.

Dәxi etmiş nәlәr ehsan xüsusәn bizlәrә xaliq?

Fәqanu nalәvü zәncirü sillә, qәlbi viranә.

Bizә etmiş fәqәt әşki-bәsәrlә rozәxan ehsan,

Nә türkә eylәmiş ehsan, nә әfqanә, nә yunanә.

 

[1] - İranda hər şəhərin özünəməxsus çəki daşı olmasına işarədir

 

 

AŞİQİ-PӘRİŞAN

 

Hәmişә fikri budur aşiqi-pәrişanın:

O gözlәrindәn öpәydi, olaydı qurbanın!

Qapını bağlama, ey bağıbani-hüsni-cәmal,

Mürәxxәs eylә mәni bir görüm gülüstanın.

Xülusi-niyyәt ilә gәlmişәm tәmaşayә,

Eşitmişәm gül açıb tazә nari-püstanın.

Nә nar dәrmәyә gәldim, nә gül bu gülşәndә,

Nәdir ziyanı sәnә xüşgә bir tәmaşanın?

Nәzarә nәqs yetirmәz gülün lәtafәtinә,

Daha gözәllәşi barin silәndә heyvanın.

Risumi-eşqü mәhәbbәtdәn anlamaz müflis,

Bilәr doşabı olan lәzzәtin mürәbbanın.

Nәzarә qıl, necә gör xalq fövc-fövc gәlir,

Ziyarәt eylәmәyә kәbeyi-zәnәxdanın.

Gülab iyi gәlir ağzından aşikar sәnin,

Gül üstә nәsb olunub yoxsa dürri-dәndanın?

Әgәr deyәm lәbüvә qәnd, dahanüvә gülqәnd,

Zücac qәlbi sınar pәşmәk ilә hәlvanın.

Dilüvi yaş rötәbә oxşadırdı şairlәr,

İçindә çәrdәyi gәr olmayaydı xurmanın.

Qәlәtdi zülfüvә reyhan demәk vә ya mәrzә,

O rәngü buyi hanı mәrzә ilә reyhanın?

O çeşmi-mәstüvә eylәr fәda bilatәrdid

Verilsә aşiqә mali tәmam dünyanın.

O xali-şah, o ariz, o zülfi-mari-siyәh,

Fәda olum sәnә, incitmә ziri-dәstanın.

Yazanda bu qәzәli nisfi-leyl keçmişdi,

Yavaş-yavaş işığı tar olurdu lampanın.

Xanım ayıldı bu әsnadә, gördü mәn yazıram,

Dedi: -Du yat, kişi, tozlu qala qәlәmdanın!

Tәmam fikrüvü hәsr etmisәi qәzәlyatә,

Düşünmüsәn ki, küpü boş qalıb qovurmanın?

Sabah olanda cavabın nәdir tәlәbkarә,

Mәgәr verilmәyәcәk maliyatı divanın?

İcarәdar güzәşt eylәmәz fәqirә pulun,

"Sәranә"ni dәrisindәn çıxardı üryanın.

Xudanәkәrdә Sәfәr bәy әgәr gәlә qәzәbә,

Yerindә yellәr әsәr yastıq ilә yorğanın.

Başı bәlalı oğul Badikubәdә çalışır,

Gәrәk yazıq ana vәchin verә müfasanın.

"Göral" rәsmidi gәr, bәs bu "Görmәal" nәdir?!

Әcәb nizam qoyub hökmdarı Tehranın!

Bizi satır sizә bir kәllәqәnd üçün molla,

O qәnd işlәnә, yarәb, yasında mollanın!

Mәni sәnә verәni hәq, görüm, zәlil etsin,

 Kәbin kәsәndә dili lal olaydı ağanın!...

Bu tәlx söz mәni pәrt etdi, bilmәdim nә deyim.

Dedim: Vәfasına, lәnәt tәmam nisvanın!

Behişti-әdndә, ey kaş, hәzrәti Adәm

Olaydı kor, üzünü görmәyәydi Hәvvanın.

Cahanda bilmәdi övrәt nәdir, uşaq nәdir,

Xoşa sәadәtinә hәzrәti Mәsihanın!

Suvay qüssә nәdir xeyri bunların kişiyә,

Nә nәfi var, görәsәn, bizlәrә Tükәzbanın?

Eşitdi bu sözü övrәt durub sәrasimә,

Dedi: Tafavütü çoxdu pilovla şorbanın.

Dedim ki: Xәrcinә fәrmayişiz nәdir pilovun,

Tutub iyirmi tümәn zәrbәnarә tumanın!...

-Şәbüstәr әhlinә kafәr dә olmasın arvad,

Nә xeyri var bizә bu ismi-bihüsәmmanın!

On il gedәr, gәlәr on gün qalar vilayәtdә,

Nә böylә vәslin olaydı, nә öylә hicranın.

-Vәtәndәn әl çәkib, ey yar, getmәyim, neylim?

Buyur görüm, güzәranı hanı bu viranın?

Yәqin bilin ki, qәdәm basmaz özgә torpağә,

Vәtәndә xoş keçә gәr ruzigarı insanın.

Soyuqda qürbәtә getmәk çәtindir ölmәkdәn,

Nә bәrk canı var, ilahi, bu әhli-İranın!

Nә şah şad, nә dәrviş sәndә, ey İran,

Nә әmi var, nә ticarәt, nә şәrә, nә qanun!

Bu karivanı çәkir cәhl dәrreyi-mövtә,

Nә yatmısan bala, dur, mәstdir şütürbanın.

Bizi әcanib edib zuri-elm ilә hәmmal,

Suvay sәbr nәdir tәkyә kahı nadanın?

Qәm aldı canımı saqi, sәni ağan canı,

İçinә qәdri әrәq tök o şirli fincanın!

Әrәq hәramdı, lakin hәlaldır rüşvәt,

Tәәmmül eylәmә, qurbaniyәm bu fitvanın!

Bәqәsd rüşvә hәlalı hәram edib mücrüm,

Vәbalı boynuma olsun o namüsәlmanın!

Yatar mühaciri-islam ac qar üstündә,

Qalar pilov başına mәtbәxindә әyanın.

Kәnari-pincdә әylәşmisәn nәzakәtlә,

Nә kar edәr sәnә tәsiri indi sәrmanın?

Nә pinci var, nә libası, edә soyuqdan hifz,

Fәqirdәn xәbәr al zәhmәtin zimistanın.

Urus yolu açılaydı, qaçaydın, ey Möcüz,

Xilas olaydın әlindәn bu kәcqabırğanın!

 

 

   

AY QIZ!

 

Qoydun qәdәm beş yaşına,

Qız, çadra saldın başına,

Bir namә yaz qardaşına,

Yollasın bir Quran sәnә.

 

Getmә mәscidә Quran oxu,

Araxçın tik, corab toxu,

Yaxşı deyil günüz yuxu,

Gecәlәr yat, qurban sәnә.

 

Ay qız, bir gün böyür boyun,

Nişanlı yollar bir qoyun,

Başıva gәlәr min oyun,

Toy eylәr çün anan sәnә.

 

Әrin sәni duz tәk yalar,

Qolların boynuva salar.

Qaynanan saçların yolar,

Әr olsa mehriban sәnә.

 

Әrin hacı Mәmmәdvәli,

Sәhәr gedәr, axşam gәli,

Baldızların olar dәli,

Alsa zәri tuman sәnә.

 

O gün ki, olarsan gәbә,

Tәrpәşsә qarnunda bәbә,

Qaynanan gәlәr qәzәbә,

Dartdırar dәyirman sәnә.

 

Duzunu çox salar әtin,

Atar boynuna övrәtin,

Artar qәmin, kәsalәtin,

Әr çün deyәr yaman sәnә.

 

Xanım nәnә, yavaş-yavaş

Bir gün deyәr bunu: dadaş,

Yeyәr hәr gün sәkkiz lavaş,

Әrin olar düşman sәnә.

 

Qız olsa doğduğun uşaq,

Nә bal verәr, nә qayğanaq,

Yarma şilәsi bir çanaq

Yedirdәr qaynanan sәnә.

 

Görsәn ağzın olur acı.

Qaşqabağın salır bacı.

Sifariş et gәlsin falçı,

Desin beş-on yalan sәnә.

 

Tası qurar deyәr: Gәlin,

Beş qran ver, bir dә yәlin,

Bağlayım cinnәrin әlin,

Yetirmәsin ziyan sәnә!

 

Baldızların sәhәr çağı

Üstüvә sürtәr qurd yağı.

Pulun yoxdur, sat qolbağı,

Gәtir, edim dәrman sәnә!

 

Satarsan qolbağı-zadı,

Tükәz bacı eylәr cadı.

Bilәr әrün, çәkәr dadi,

Şirin olmaz oğlan sәnә.

 

 

ANAN TӘLİM EDӘN DİLDӘ

 

Mәnә lütf eylә, ey saqi, gәtir o cami-sәrşari

Ki, ta rәf eylәyim nәştov qarın bu rәnci xümmari.

Nә püstәm var, nә badamım, nә tüxmi-şur, nә neytaqim,

Mәzә olsun mәni-biçizә yarın lәli şәhvari.

De gәlsin mәclisә mütrüb, әlindә sazü mizrabi,

Çalıb tarü dәfi, şad eylәsin mәn aşiqi-zari!

Nә kisәmdә zәrim vardır, nә ambarımda bir hәbbә,

Әlim boşdur, üzüm qarә, doyunca mey içim bari.

Nә mәllakәm, nә tüccarәm, nә xani-mәrdümazarәm,

Mәtaim şerdir ancaq, onun da yox xiridari.

Dilim türki, sözüm sadә, özüm sәhbayә dildadә,

Mәnim tәk şairin, әlbәt, olar kasad bazari.

Dünәn şer ilә bir namә apardım şahi-İranә,

Dedi: "Torki nә midanәm, mәra to beççә pәndari?"[1]

Özü türk oğlu türk, әmma deyir türki cәhalәtdir,

Xudaya, müzmәhil qıl tәxtidәn bu ali-Qacari!

Ümidin kәsmә, Möcüz, yaz anan tәlim edәn dildә!

Gәzәr bir әrmәğan tәk dәftәrin Çini vә Tatari.

 

[1] - Türkcə (azərbaycanca) bilmirəm, məni sən uşaq sayırsan?

 

 

AÇIN ÜZLӘRİ!

 

Niqabi eylәdi icad bir şahin hәrәmi

Ki, misli-paşinә sәng arizi-müxәddәr idi.

Cәmali-әnvәrinә salmadı niqab hәrgiz

Cәnabi Fatimә ki, doxtәri-peyәmbәr idi.

Kәmalin әmrini şövq ilә etdi istiqbal

Olar ki, ruxi-vәcahәtdә mahi-әnvәr idi.

Vә lakin eylәdi lәnәt çinanki biz Şimrә

O bacılar ki, misali-Nәkir-Münkәr idi.

O hökm eylәdi dilşad әhli-namusi,

Günahkar xanımlar niyә mükәddәr idi?

Biduni xofu tәrәddüd niqabisiz mәşuq

Gedәrdi aşiqi-zarin ziyarәt eylәr idi.

Niqabi açsa xanım sahibindәn eylә hәras,

Niqabü çadirә sәttari-çeşmi-şöhәr idi.

Bәsa olub ki, dadaş bacini edib tәqib

Bәqәsdi-eşqü hәvәs, bilmәyib ki, xahәr idi.

Xoşa o günlәrә ki, tacirin, bәyin, xanın,

Qızının adı Şәrәf, oğlununki Әskәr idi.

Qoya bilәrdi mәgәr adın oğlunun Pәrviz,

O günlәri ki, axundlar "әmiri-lәşkәr" idi?

Darardı saqqalın on beş yaşındakı oğlan,

Müti mәrdi-dәyanәt o gün ki, bәrbәr idi,

Әgәr o devrüdә kәşfi-hicabi nisvandan

Edәydi bәhs müdiri "Sitarә" kafәr idi,

Kәmançәvü dәfü tari şikәst edәr günlәr

Cәmaәti-tәlәbә Rüstәmi-Şәbüstәr idi.

Nә çәkmәsi, nә corabi olardı sәrbazın,

Xoşa o günlәrә ki, canişin Müzәffәr idi.

Nә şahdәn, nә vәliәhdidәn edәrdi hәras

O hәllac oğlu[1] ki, min atlıya bәrabәr idi.

Alardı bacü xәrac әhli-şәhrdәn hәr gün

Şәrarәt әhlinә çün Seyyid-hәmzә[2] sәngәr idi.

Girәrdi bәstә adam öldürәn zaman qatil,

Ona himayәt edәn şәxs әhli-mәnbәr idi.

Rәvayәt eyliri ravi ki, sәhni-topxanә

Qәzayi-hacәt üçün mәbrәzi-müqәrrәr idi.

Bina bәqovli-cәnabi-şәhiri Qaani[3]

Nikola, Nasirәddinә qulami-kәmtәr idi.           

Onun rikabin öpәrmiş tәmam dövlәtlәr,

Әmir ona qapıçı, qeysәr isә mehtәr idi.

Әgәr baxaydı mәhәbbәtlә sәmti әflakә,

Düşәrdi qorxuya sükkani-әrş, titrәr idi.

Әtabәk[4] açmış idi karxaneyi-füqәra,

Sәxadә hatәm ona bir kәminә növkәr idi.        

Duayi-müftәxoran hifz edәrdi sәrhәddi,

Dilavәrani-vәtәn seyyidü qәlәndәr idi.

Nә daxil ilә vardı işi, nә xaric ilә;

Tәmam sәyi, tәmәnnası vәsli-dilbәr idi.

Gecә sabaha kimi cәng edәrdi mәrdanә,

Sәrayi mәrkәzi-nisvani-mahmәnzәr idi.

Cәmalin açsa xanım qorxar әqrәbasindәn

Onu dilavәr edәn ruybәndü çadәr idi.

Bәcayi inki deyә xәlq ona sәhabi-bilad,

Deyәrdi: Zilli-xuda! Xәlq itaәt eylәr idi.

Zәban dahanda müqәffәl, qәlәm qәlәmdanda,

O günkü gündә danışmaq mәgәr müyәssәr idi?

 

[1] - XIX əsrin axırlarında Həllac oğlanları adı ilə Təbrizdə məşhur olan qardaşlara işarədir. Varlılardan zorla pul alıb yoxsul ailələrə verirdilər. Dövlət tərəfindən qətl edilmişdir.

[2] - Təbrizdə məşhur məsciddir

[3] - Nəsrəddin şahın saray şairi olub həddən artıq şit hədiyyələr yazmaqla məşhurdur.

[4] - Nəsrəddin şahın baş vəziri

 

 

ANBARDARA XİTAB

 

Xuda rәhm etdi, nazil oldu rәhmәt:

Yağış yağdı, işıqlandı ziraәt.

 

Yağış yağdı, yaşıl oldu çәmәnlәr,

Açıldı lalәlәr, xoş nәstәrәnlәr.

Yumuşandı zәmin, ey cüt sürәnlәr,

Öküz etmir daxı yerdәn şikayәt.

 

Durun ey kövkәbi-bәxti yatanlar,

Durun, ey buğdaya arpa qatanlar,

Tökün göz yaşı, ey qәllә satanlar,

O qәdri ki, gözüz olsun cәrahәt.

 

Dedim: Buğda alıb yığsan sarayә,

Qәmin artar bulut gәlsә hәvayә,

Pulun çoxdur, apar ver qәndә, çayә,

Yağış yağsa ona vurmaz xәsarәt.

 

Yağış mәsrur edәr әhli-dehatı,

Ucuzlatmaz fәqәt çayı, nәbatı.

Ağırdır qәndü çayın maliyatı,

Ona nә sәndә var, nә mәndә taqәt.

 

Yağış eylәr yeri sirab, әmoğlu,

Ucuzlatmaz suyu mirab, әmoğlu,

Verәr xeyri sәnә bu ab, әmoğlu,

Әgәr hәr gün yağa beş-altı saәt.

 

Verәr su nırxına hacı tәrәqqi,

Xuda vermәz ona peyәmbәr hәqqi,

Sökәr beynün mirabın dәqqә-dәqqi,

Misali ibni Sәdi-bimürüvvәt.

 

Baharın çox gilası var, xiyarı,

Uşaq sahiblәri sevmәz baharı.

Sabah uşqun başın qovzar yuxarı

Yetiş imdadә, ya şahi-vilayәt!

 

Uşaq: var-yox nәdir-bilmәz; deyәr: Al!

İlahi, olmayaydı kaş baqqal,

Әgәr sәn dә olaydın, sahib әtfal

Yaratmazdın bu qәdri nazü nemәt.

 

Nә baqqalda var insaf, nә dәrәndә,

Hucum eylәr uşaq alça görәndә.

Palası sat vә ya qaç get Mәrәndә

Vә ya keç abirudәn ta qiyamәt.

 

Qazandı yüz tümәn biçarә Möcüz.

Dedilәr: Al bir arvad, yatma yalqız.

Onu xәrc etdi toyda, qaldı pulsuz,

Gәl, indi eylә baiskarә lәnәt!

 

 

BİLMӘDİM

 

Bәndәni әfv eylәyә millәt gәrәk,

Mәbәdә-meyxanә dedim, bilmәdim,

Başini divarә vurub, sındıran

Aqilә-divanә dedim, bilmәdim.

 

Mәn nә bilim qarğa xoşavazmış?

Bayquşa bayquş demәk olmazmış!

Tәlx idi övqati-şәrifim bir az

Bayquş o heyvanә dedim, bilmәdim.

 

Gördü filankәs yuxuda bir gecә

Qolboyun olmuş yatıri hur ilә.

Sәrxoş idim şireyi-әngur ilә,

Uyquya-әfsanә dedim, bilmәdim.

 

Bığ vә sәqәl söhbәtin әldәn salın,

Eylәmәyin zümm o qızıl dişlәri,

Әsrimizә lazım olan işlәri

Öyrәdin oğlanә-dedim, bilmәdim.

 

Düşmәni-din göydә gәzir quş kimi,

Mәbәdi viran edәcәkdir, әyil!

Kәs sәsüvi, başuva bir çarә qıl,

Qareyi-Quranә-dedim, bilmәdim.

 

Görcәk әlindә qәzetә Cәfәrin,

Rәngi pozuldu, sırığı korladı,

Qeyzә gәlib bomba kimi gurladı,

Ağzına qorxanә-dedim, bilmәdim.

 

Vizri, vәbalı, günәhi boynuma,

Mәşdi, canım ver pulunu aclara!

Peykәri üryanlara, möhtaclara

Getmә Xorasanә-dedim, bilmәdim.

 

Hacı dadaş, salma özün zәhmәtә,

Ver o pulu millәti-bidövlәtә,

Kafәr әgәr borc verә bu millәtә,

Bәnd olar İranә-dedim, bilmәdim.

 

Uymuş әcәb qәflәtә qardaşlarım,

Çorta gedib, sübhü mәsa yuxlayar.

Mәn elә bildim ki, o sir saxlayar,

Sirrimi qәlyanә-dedim, bilmәdim.

 

Atdı әlin qaimeyi-xәncәrә;

Durdu beş-on vurdu mәni-müztәrә.

Mәn elә bildim ki, o söz yaxşıdır,

Yatma-müsәlmanә dedim, bilmәdim.

 

On iki il ağlamışıq müttәsil,

Bu günü bayramdı, gәlin bir gülәk.

Bәndeyi-bitәcrübeyi-kәmәqil

Bu sözü nadanә dedim,bilmәdim.

 

Dosta deyәr dost xәtiyyatını

Ki, edә islah üyubbatını,

Dinü vәtәn düşmәni zәnn eylәdim,

Möcüzә biganә-dedim, bilmәdim.

 

 

BACILAR!

 

Qulaq verin, sizә var bir-iki sözüm, bacılar!

Gedin, yazın, oxuyun, ey iki gözüm, bacılar!

Әlimdә namә zibәs ki, dolanmışam kәndi,

İki dizim gözü sızlar sızım-sızım, bacılar!

Dadaşlar evdә deyil, mollalar gedib dәrsә,

Beş-altı gündü qalıb bağlı kağızım, bacılar!

Gәrәk kağız yazana yalvaram mәn hәr hәftә,

Vә dolduram cibinә bir çәrәk üzüm, bacılar!

Evimә gәlsә, deyәrlәr dalımca bir para söz,

Nә qaynanam, nә nәnәm var, nә baldızım, bacılar!

Boyumu görmәz, eşitmәz sәsimi namәhrәm,

Әgәr yazam, oxuyam, kağızı özüm, bacılar!

Necә deyim ona mәn hәr sözü belә yerdә?

Utanıram, ölürәm, doğrudur sözüm, bacılar!

Әgәr deyәm: Yaz, uşaqlar qalıbdı tumançaq,

Necә deyim bu sözü, tәrlir arizim, bacılar!

"Eşitmirәm sәsüvi, gәl xanım, bir az irәli!"

İtaәt eylәmәyim, neylәyim, quzum, bacılar?

Gәhi әlim görünür, gәh bilәk, gәhi bilәzik,

Gәhi çәnәm, gәhi qaşım, gәhi gözüm, bacılar!

Zibәs ki, tәngә düşәr qәlb, razıyam, buna ki,

Gedim cәhәnnәmә, әmma kağız yazım, bacılar!

Oxur, yazır hamı millәt xanımları, lakin,

Әlif görәndә dirәk zәnn edir bizim bacılar.

Nişan verin mәnә, mәn Möcüzә o mollanı

Ki, ta qafasını bu daş ilә әzim, bacılar!

Olaydı kaş, oxudaydım bәrәqmi axundan,

Hәzar heyf ki, yoxdur mәnim qızım, bacılar!

 

 

BӘZӘK

  

Dәvәdәn öyrәnib bizim bacılar

Boynuna zәng asa beş-altı qatar.

Beyni xalidir elmdәn, әmma

Var qızıl gәrdәnindә bir xalvar.

 

Gәrdәnindә fәqәt zәrin çoxdur,

Qeyri bu bir fәzilәtin yoxdur.

Xaneyi-qәlbimiz qaranluxdur,

Sinәmiz gәr ki, gün kimi parlar.

 

Sәnә hәsrәtlә binәva baxırı,

Nari-hәsrәt ciyәrlәrin yaxırı.

Vәlibağı[1] yerindi, bil, axırı,

Boşla kibri, qüruri, ey dindar!

 

[1] - Şəbüstərdə qəbristan olan məhəllə

 

Bivәfadır cahan! Olar bir gün

Satılar, sinә boş qalar bir gün,

Yaş ilә gözlәrin dolar bir gün,

Özgә qoynunda çün gәzәr onlar.

 

Fәxr edә elm ilә gәrәk arvad,

Nә bu zәr ilә, ey evi bәrbad!

Gәz, dolan, bir könül elә abad

Ki, vilayәtdә ac qalanlar var.

 

Demirәm vermә ziynәt әndamә,

Әşrәfi düzmә sәdri-gülfamә;

Düz vә lakin aparma hәmmamә

Ki, gәda öz yanında olmaya xar.

 

Demә namәhrәmә sözün, bacı,

Oxu, yaz kağızı özün, bacı,

Özgәsi yazsa kağızın, bacı,

Sirrüvü faş edәr, qәmin artar.

 

Dur dağıt cәhl evin, xәrab eylә,

Elmsizlikdәn ictinab eylә,

Gecәlәr hәmdәmin kitab eylә

Ki, o hәr qüssәni, qәmi dağıdar.

 

Bisavad bacılar qışı, yayı,

Yığışar bir yerә, içәr çayı,

Qeybәt eylәr xala vә zәndayı,

Olu saәt sәkiz, xoruz banlar.

 

Oxusa ruznamәni nisvan,

Gedәr әldәn,-deyәr,-bizim iman.

Demәsin xәlqә iftira, böhtan,

Neylәsin bәs o binәva cindar?

 

 

BAHALIQ

 

Yaran, başuz sağ olsun, çay çox giran olubdur,

Girvәnkәsi otuz beş sahibqıran olubdur.

 

Ponzasını satırlar altı qırana qәndin,

Kişmişlә dadı qaçmış ol çayi-dilpәsәndin.

Rәngü-rüxü solubdur çaydani-dәrdimәndin,

Qәnddani-binәvanın qәddi kaman olubdur.

 

Dad vermiri ağızda şiriniyi-cәvanmәrg,

Әndamı, tәhri, tәmi, hәr zadı misli gerçәk.

Yox bir nәfәr desin ki, bәsdir bu çaydan әl çәk.

Bain hәmә qurumsaq İranda xan olubdur.

 

Dünyanı әhli-mәğrib döndәrdi Kәrbalayә,

Dәva bir az da sürsә başım keçәr cidayә,

Biçarә zәrli fincan hәsrәt qalıbdı çayә,

Әttövbә, tövbә, yaran, axir zәman olubdur.

 

 

BOŞLA, GEDӘ!

 

Kişi, sәnә deyirәm: hey filanı boşla, gedә!

Vәfası yoxdu cahanın, cahanı boşla, gedә!

Rәvadi sәn yatasan qeyr ilә vә mәn yalqız?

Bәmәrgi bәndә o mamli-mәtanı boşla, gedә!

Dişin töküldü, ağardı saçın vә sәqqalın,

Daha bәsindi, әmoğlu, zәnanı boşla, gedә!

Qumarә vermә pulun, ey gözüm, eynim, tez gәl,

Sәni xuda, o kopani, maçanı boşla, gedә!

Bu namә çün sәnә vasil olar, haman sәәt

Dükanı sat, nisiyәn yığ, otanı boşla, gedә!

Tәrәbizon yolu, gәlmә ki, dağdı, daşdı, dәrә,

Gәlәndә Rusiyәdәn gәl, o yanı boşla, gedә!

Hәmin ki, varid olarsan hüdudi-İranә

Lokantanı, kafeni, restoranı boşla, gedә!

Birisi gәr yapışa eşşәyin palanından

Deyә: mәnimdi! Amandır, palanı boşla, gedә!

Mübaşir istәsә mәrhum atan sәranәsini,

Kisәn bağın tez aç, on beş qranı boşla gedә!

Vuralla peysәrüvә, hәm gözün oyalla sәnin,

Başıvı sal aşağı, iddәanı boşla gedә!

Sәlamün almasa molla, qara günün qabla,

Üzüvi qırxmasa dәllәk, yamanı boşla gedә!

Yaxan, maxan, qravatın Gәcildә[1] pünhan et,

Xüsus o qondareyi-dikdabanı boşla gedә!

Mәriz olanda dişin ya başın vә ya qarnın,

Duanәvisә pulun ver, davanı boşla gedә!

Demә: bu bağ mәnimdir vә girdәkan ağacı.

Ağac sәnindi, vәli, girdәkanı boşla gedә!

İçindә hәr nә ki var, oğrular edәr qismәt,

Fәqәt havası sәnindi, havanı boşla gedә!

Sәmәd әmu kimi gorkan soxar mәzarә sәni,

Qavali, dünbәyi, sazı, kәmanı boşla gedә!

Qoyalla aduvi babi, çәkәllә darә sәni,

Danışma, dinmә, gәdә, kәşkәranı boşla gedә!

Çәkil kәnarә, әlin çәk o pakidamәndәn,

Ziyarәtә gedir oğlan, ağanı boşla gedә!

Gözündә qalmadı yaş, qorxuram çıxa canın,

Gözüvi sil, bala, ahü fәqanı boşla gedә!

Nә qәdri zülm edisәn eylә xәlqә, mәn nә deyim,

Fәqәt nә iş görürsәn gör, riyanı boşla, gedә!

Cәfәngiyati Süleyman Nәzifә[2] vermә qulaq,

Yalançıbaşıdır, ol bihәyanı boşla gedә!

Eşitmişәm ki yazır: "Kürdlәr aldı Tәbrizi",

O bimürüvvәtә söylә: Yalanı boşla gedә!

Nә Umru qaldı, nә Dilman, nә Cәhr әlindә onun,

O başı daşlı Simitko ağanı boşla gedә!

Himayәt eylәmәz әkradә türk mәn bilirәm,

Güvәnmә türkә, o Kamil Paşanı[3] boşla gedә!

Gәtirmәyәndә gәtirmәz, yatanda bәxt yatar,

Ayıltma, qoy yata bәxti-qәranı boşla gedә!

Qafası boşdu o köhnә şәhәrli Teymurun,

Vә Әәdin, o uzun nәrdivanı boşla gedә!

Dedim: bәlayi-cahandır o ingilis, ey dust,

Bәlayә soxma özün, gәl bәlanı boşla gedә!

Әgәr deyәm ona: Avropa, get, bәsindi sәnin,

Ay ingilis mәn ölüm, Asiyanı boşla gedә!

O da mәnә deyәcәk: Qoy, dadaş, qәmәn qınına"

Başın dağıtma, sәri-binәvanı boşla gedә!

Gecә keçibdi, du yat, damda oğrular üşüdü,

Çirağı bas aşağı, dastanı boşla gedә!

Bu gecә növbә sәnindi yәqinәn, ey Möcüz,

Nağanı qoy başın altda, duanı boşla gedә!

 

[1] - Təbrizdə məhəllə

[2] - Türkiyədə mürtəce turançılıq siyasətinin məddahı

[3] - Türkiyədə irticaçı dövlət xadimi

 

 

BAYRAM GӘLİR

 

Eylә tәrәhhüm, xuda, bәndәyi-bidövlәtә,

Yoxdu tila kisәdә zad-mad alım külfәtә.

Mәn necә әlboş gedim xaneyi-viranimә,

Axiri-çәrşәnbәdir, mәn nә deyim övrәtә?

Az qalır axşam ola almamışam yağ, düyü,

Bir şahı da yox verәm, bircә dәnә kibritә.

Dönmәmәli xanәyә, çәkmәli dabanları,

Etmәli burdan fәrar, fatihә bu millәtә!

Söylәyin, ey nazәnin, sәdriyi-izzәt-qәrin,

Yeddi lövünü lәin atdı mәni qürbәtә.

Zәhr kimi danışar, hәr bir işә qarışar,

Görәsәn övrәtlәrin xeyri nәdir millәtә?

Bu qısacıq ömürlә, neylirәm mәn oğlanı,

O, para qazanınca mәn gedәrәm cәnnәtә.

Gәr çiçәk aparmıya, mәndәn sora sağ qala,

Yoxsul dәdәnin oğlu hәsrәt qalar rahәtә.

Әgәr oxuyub yazmaq nәsib ola oğluma,

Millәt söyәr goruma, әlә alsa qәzetә.

Yetimlә bazar dolu, bürәhnә qıçı-qolu,

Tumançaq Әliqulu xeyir vermәz dövlәtә.

Hәr gün ruzә, hәr gün çay, hәr gün: "Ey vay, acam, vay!".

"Ey vay" qarın doyurmaz, paltar olmaz ümmәtә.

Qulaq verin bir mәnә, bayramdır, ey hacılar,

Başı açıq bacılar möhtacdı bir çәrqәtә.

Gәr verilә hüququ, fәqir yaşar şah kimi,

İmanı yox ağalar doldururlar sәbәtә.

Cәm olluq bir yerdә çox, dünyalıq işimiz yox,

Söhbәtimiz tamamәn racedir axirәtә.

Alәmi-manyatimiz batil etdi hissini,

Millәti-biçarәni saldı xabi-qәflәtә.

Çağırıram nә qәdәr ayılmır bu biçarә,

Günәş çıxdı duvara, dur, gәlәsәn lәnәtә!

Sәhәr gәrәk tez duram, zad-mad alım bayrama,

Gecәnin nә vaxtıdı, bax bir görәk saәtә!

Bu il bayram bikarә saqiya, beş gün sora

Hilali-mahi-siyam görünәcәk ümmәtә.

Hәr il sizdәh günü eyş eylәr idik sәhrada,

Bu il bayram bikarә, saqiya, beş gün sora

Ağayi Naxçıvani[1] bir söz deyim mәn sәnә,

Sizdәh günündәn kam al, özün salma zәhmәtә!

Gәr yoldaş istәyirsәn, hacı Mәhәmmәd Әli

Tәraş edir sәqqәli, inanmır qiyamәtә.

Nigaranam bir az mәn hacı Hüseyn ağadan[2].

O da mәn deyәn olsa, apar bәzmi-işrәtә!

 

[1] - Şairin səmimi dostu, məşhur maarifçi və ədəbiyyatşünas Hacı Məhəmməd Naxçıvani

[2] - H.M.Naxçıvaninin kiçik qardaşı

 

 

BİR GECӘ....

 

Bir gecә mәnzili-Hüseyn xani

Eylәdux şәmlәrlә nurani.

 

Gәr mütrüblәr baxa vә görә,

Zülmәti tәbdil eylәyәr nurә,

Qaşları hәmd, gözlәri surә

Zülfi "vәlleyli" sәxt zülmani.

 

Tar oxur, qәlb istirahәt edәr,

Yar açar qolların, qiyamәt edәr,

Sәhfi-eşqi dәf tәlavәt edәr,

Tazәlәr rәsmi-dinü imani.

 

Dәhәni tәng, hәlqeyi-mәrcan,

Qәbqәbi iltifah vәl-әrman,

Arizi misli sureyi-rәhman,

Cәlb edәr iştәhayi-insani.

 

Eylәmişdik әyәrçi biz kәsәmat,

Lakin ol mütrübi-xәcüstә süfat

Nagәhan qoydu baş, qaldux mat,

Tökdü diz üstә zülfi-reyhani.

 

Gördü bu halı çün Ağabdulla,

Qәlbdәn çәkdi bir müfәssәl ah!

Әl atıb kisәyә, sifidü siyah

Etdi bәzl, razı qaldı canani.

 

O suvaşdıqca xәlqә misli çiriş,

Hamı eylәrdi Möcüzә qarqış.

Meylü rәqbәtlә olmayan bir iş,

Rәsmdir, hәr zaman çıxar canı.

 

Bәzilәr qaçdı, leyk mәn qaldım,

Bir qıran borc Hüseyndәn aldım,

Müxtәsәr cürm ilә qurtardım,

Tari hifz eylәsin Hüseyn xani.

 

Әlqәrәz oldu çün altı saәt,

Xәlq durdu. Vәli mәnә rüxsәt

Vermәdi tarzәn. Dedim: İllәt?

Dedi: Lütf eylә altı tumani.

 

Xamsәn, Möcüz, olmadın püxtә,

Aldanar daima novamuxtә.

Aldı mәndәn pulu pәdәrsuxtә,

Verdi cananә, çәkdi qәlyanı.

 

Deyirәm hәr zaman: Ay Әsqәrağa,

Vergilәn pul! Özün çәkir qırağa,

Müxtәsәr, saldılar mәni şuluğa

Güneyin  xәlqi-namüsәlmanı.

 

Vermәseydim o pulu tarzәnә,

Әrz üçün әzm edәrdi Tehranә,

Od vurardı tәmam İranә,

Almasaydi pulun, ağam cani!

 

 

BU GECӘ

 

Genә yer üstә nizul afitab edib bu gecә,

Könül sәrayini rövşәn şәrab edib bu gecә.

Gәlin, öpün әlini Möcüzi-günәhkarin

Ki, künc meykәdәdә çox sәvab edib bu gecә.

Şәrab nur hidayәtlә doldurub qәlbin,

Binayi-küfri yıxıb, mey xәrab edib bu gecә.

Mey ilә eylәmişәm mәn mühasini әlvan,

Әgәr hәna ilә zahid xәzab edib bu gecә.

Yatıb kәsalәt ilә şeyxi-şәhr, mәn neynim?

O nәfsinә sitәmi-bihesab edib bu gecә.

Әlindә badә, yanında hәbib, ey Möcüz

Xuda dualәrüvi müstәcab edib bu gecә!

 

 

BӘNZİSӘN QIZILGÜLӘ, SӘN!

 

Sәni xuda yaradıb, dilbәra, deyib-gülәsәn,

Nәinki sallayasan qaşqabağuvi belә sәn!

Mәn aşiqәm sәnә, ey yar, әndәlib kimi,

Cәhәt odur ki, bala, bәnzisәn qızılgülә sәn.

Yaralı, xәstә kimi biqәrar olur könlüm,

Vuranda şanә, cәvanim, o zülfü kakilә sәn.

İlan vuran yatar әmma mәnim yuxum gәlmәz.

Nolur ki, rәhmә gәlib bir gecә bizә gәlәsәn!

Әgәr deyәm: Mәnә bir busә ver dodağından!

Deyәr: Günahdı, bu, vermәm, әgәrçi lap ölәsәn!

Sәnә namazi-cәmaәt yaraşmaz, ey dilbәr,

Firui-dini, qızım, çünki bilmisәn hәlә sәn,

Günah bir bu deyil, aç risalәni bax bir,

Hәzar heyf ki, sәn bisavadü cahilәsәn!

Xuda bahasına bir bistilik soğan vermәz,

Әgәr qiyamәtәdәk müttәsil namaz qılasan.

Mәnim dilimcә anan Fatmaya sәlam eylә,

Ki, xәlq ilә edisәn xeyli bәd müamilә sәn.

Bacayi inki deyә: "Lailahә illәllah!",

Kişisiz övrәtә söylәr ki: Әclaf, hamilәsәn!

Günorta vәxti gedir mәscidi-Bәrabә tәrәf,

Xala, mәnә de görüm, xәlqi salmısan әlә sәn?

Kimin cәsarәti var yan baxa sizin tәrәfә,

Әbәs yerә qoyusan, bacı, qapuva gilә sәn.

Nә eybi var, ola gәr "camә qәsbi, ca qәsbi".

Namaz vәqti keçir, qollaruvi çırmala sәn!

"Dodağın öp balamın!"-söylisәn mәni-zara,

Hәzar bar öpәrәm, burnunu әgәr silәsәn.

Necә qucağa alım mәn bu tifli-mәsumi,

Üzü-gözü qaralıb, soxmusan bunu külә sәn?

Alıb qucağına bir natәmiz uşaq, ey vay,

Çiçәk, amandı yetiş, bu uşağı pörtәlә sәn!

Gәnә gәlir Abacım naz ilә bizә mehman,

Gәl, indi ver bu kifir arvad ilә әl-әlә sәn!

 

 

BİR MӘSLӘHӘT

 

Yükün az çat bir az, qardaş, ulağın xeyli lağәrdir.

Nә tәk zülm eylәyәn dünyadә bir Şimri-sitәmkәrdir.

O zülmi ki, edirsәn sәn, onu hәrgiz firәng etmәz,

Düşün, ey kәmsәadәt, sәn müsәlmansan, o kafәrdir!

Bizi soxma, qanatma üzvini biçarә heyvanın,

Sәn insaniyyәtin pozma, әgәr qarşındakı xәrdir.

Qabırqasın әzirsәn  ki, tez olsun mәtlәbin hasil

Gedәmmәz o yeyin ondan, o nә maşın, nә әstәrdir,

Sәnin qorxundan ahulәr sәri-daqi edib mәskәn,

Pәlәngü gәrgәdәndәn çün bәniadәm sitәmgәrdir.

Dili yoxdur gedә әrzә, şikayәt eylәyә sәndәn,

O da dәrdin deyәr bir gün, o gün ki, ruzi-mәhşәrdir.

Niyә zülm eylәdin biçarәyә?-Sәndәn sual eylәr,

Onu xәlq eylәyәn var, xaliqi allahi әkbәrdir.

Qәmavәrdir bu sözlәr, Möcüza, sәn böylә yazmazdın,

Nә görmüşsәn bu gün söylә, nәdәn halın mükәddәrdir?

Sәyahәt eylә bir şair, dolan, gәz mülki İrani,

Mәgәr iranlıya, yahu, Vәtәn bir bu Şәbüstәrdir?

 

 

BEKARLARA NӘSİHӘT

 

Hәr şәxs gәrәk eylәyә bir sәnәtә xidmәt,

Bir iş görә, ta olmaya mehtaci-cәmaәt.

Naçar gәrәk iş görә qışda, hәmi yayda,

Çün müftә deyil çay, çörәk, qənd, pendir, ət!

Amma elә bir iş görәsәn ki, onu tari

Mәn eylәmәyә, şәri-pәyәmbәr verә rüxsәt.

Mey satmağı mәn eylәyib allah tәala,

Var mәnfәәti satmağın; amma, o ticarәt

İslamә yaraşmaz-onu satsın vә qazansın;

Mömün onu satsa, gedәr imani o saәt,

Mey içsә, gәzәr kuçәvü bazarı tumançaq,

Mömün kişi tez keflәni, ey әhli-dәyanәt.

Gәh nәrә çәkәr, gәh qәmә-qәddarә müsәlman

Bir botri[1] әrәq eylәsә daxil bә imarәt.

Әkkasә deyin ağzını bassın suya hәr gün,

Bir qәdri, siz allah, verin әkkasә nәsihәt.

Bir yaxşı düşün, heç bilisәn, neylisәn, oğlan,

Xәllaqmisәn ki, çәkisәn nәә vә surәt?

Qorxum budur axir verә ruh әksә Hәsәnxan,

Әks ağzın aça, söylәyә: Ey әhli vilayәt,

Әkkas olursuz, hәr nә olursuz-olun, әmma

Bikar oturun, eylәmәyin xәlqә әziyyәt!

Hәrçi deyirәm hacıya, vermir mәnә dükkan,

Bilmәm niyә hacı sözümә etmir itaәt?

Ey kaş, sınaydı dәvәnin qol-qıçı yolda,

Hacı qayıdaydı evә başәrmü xәcalәt.

Ey kaş, itireydi pulunu yolda tәmamәn,

Nә Mәkkә görәydi, nә Mәdinә, nә ziyarәt!

Eyvah mәnim halimә ki, millәt ayıldı,

Bәh, bәh, nә xoş әyyam idi, әyyami-cәhalәt!

Әkkas nәdir, әks nәdir? Bilmәz idik heç,

Çox yaxşı keçirdi bizim әyyami sәbavәt.

Sındı әlәmim, öldü әlәmdarım o gün ki,

Haçı, mәşәdi eylәdi tәbdili-qiyafәt.

Hәr nә deyirәm hacıya: Rәngin qaralıbdır,

Ver izn, qoyum daluva bir yaxşı hәcamәt.

Baxmır sözümә, gәlmiri hәmmamә vә lakin

Axır boğacaq hacını әfrati-hәrarәt.

Düşdü necә ki, moddan o baş yarmaq, әmoğlu,

Moddan düşәcәkdir o hәcamәt dә nәhayәt.

Sәqqәl gedәcәk, bığ gedәcәk, çümlә kökündәn,

Hәr kәs qoya sәqqәl, ona eylәllә şәmatәt.

Möcüz, demәdim mәn sәnә dәllak dükanında

Xәlqin bığına-saqqalına etmә dәxalәt?

Çox bizlәmә, qoy yuxluya bu köhnә qafalar,

Eyvah, әgәr diksinә, bidar ola millәt!

Qolların açıb, gәrnәşә gәr bu canavarlar,

Taqәt gәtirәmmәz daxi zәnciri-әsarәt.

Sәn xud sәbәb oldui bu işә, xәlqi ayıltdın,

Yatmaz daxi bu qovm, ila ruzi-qiyamәt.

 

[1] - Şişə, butulka

 

 

BU NECӘ ӘSRİDİ?!

 

 Yoxdu bir şәxs mәnim tәk meyә müştaq olsun.

Saqiya, ver, iki dünyadә üzün ağ olsun!

Vermәsәn millәtә mey, mail olar tiryakә,

Ver, әgәr istәmisәn xәlq qurumsaq olsun!

Meyi mәn şirәkeşә etdim hәlal, ey saqi,

Demә axunda, ver içsin, bәdәni çağ olsun!

Mey bәdәxlaq edәr insani-deyәrlәr, insan

Olmasın tәnbәlü biar, bәdәxlaq olsun!

Qәhvәdә şirә çәkәr şirәkeşi zәncirә,

Qoy o da kuçәdә çәksin, qәmә dustaq olsun!

Bәs deyilmi bu qәdәr, tabekey iranlıların,

Әşki-xunin ilә kirpiklәri islaq olsun?

Saqiya, Möcüzi-müştaqә o meydәn ver ki,

Abi-Kövsәr kimi xoştәm vә bәrraq olsun!

Qıldan incә olu-vaiz buyurur Puli-Sirat,

Şiәyi-bәdәmәlin vasiri xәllaq olsun!

Bir caket al mәnә, sat bu әrәbi paltarı,

Gәrәk orda kişi qırğı kimi qıvraq olsun.

Şirәkeşlik bizi qoymur çalışaq, ey naci,

İzn ver millәtә abuneyi-konyak olsun!

Baba dәrvişә dedim: Tut әlüvә bir pişә,

Tәbәri atdı hәvayә, dedi: Bu sağ olsun!

Aldı әmniyyә әlindәn tәbәri, kәşkuli,

Ağzının dadı gәrәk misli-sarımsaq olsun.

Bar-ilahi, sәn özün eylә kömәk dәrvişә,

Baba dәrviş necә bu qış günü sallaq olsun?

Bu necә әsridi, ya rәb ki, deyirlәr xәlqin

Kәllәsindә nә dürüyә, nә dә papaq olsun?!

Rәhm yox zәrrәcә qәlbindә o Sadıq xanın,

Görüm allah, әli şil, qıçları çolaq olsun!

Düryәmi eylәdi parә, başaçıq getdim evә,

Baxdı arvad dedi: Vah-vah! Hәzәr, irağ olsun!

Dedim: Ey hәmdәmi-can, qorxuram axir deyәlәr:

Nә qәrә çadirә, nә qırmızı başmaq olsun!

Qoyacaq başinә sәrpuşi-cәdidi hökmәn,

İstәr ol sahibi-baş hәzrәti Әshaq olsun!

Girәm hökm eylәdi dövlәt, fәqәt, ey lamәzhәb,

Necә әmniyyә axundun üzünә olsun?

Dedim: Ey qönçәdәhan, qorxma, yıxılmaz dünya,

Qoy o da bir neçә gün xanәdә dustaq olsun!

 

 

BU NECӘ VİLAYӘTDİR?!

 

Xoşa sәadәtinә on ki, әhli cәnnәtdir,

Ki, yәni sahibi cahü-cәlalü dövlәtdir.

Kәrә ucuzdu vә sәdri vә lәhmi-buzqalә,

Bu il çilov yemәyәn xeyli bimürüvvәtdir.

Kabab edәrdi әti xalq, yüz min il әvvәl,

Soxurlar indi ki, kövduşә, mәhz bidәtdir.

Әgәr qәnaәt edә yoxsul, haqqı var, amma

Qәnaәt eylәmәyi varlının qәbahәtidir.

Cәmali-balә nәzәr etmә, yum gözün, müflüs,

Bu eşqbazlığıvun çün sonu nәdamәtdir.

Lәtifdir bәdәni, hәm gözәldi ruxsarı,

Әsәl cahanda, ilahi, nә yaxşı nemәtdir!

Soyuqdan az qalır ölsün fәqir hәmsayәn,

Düçari-fәqri-zәrurәt әsiri-külfәtdir.

Cәhalәt ilә gedirsәn Әli ziyarәtinә,

Vәli, Әliyyü-Vәli düşmәni-cәhalәtdir

Şәbüstәr әhli nә bәdbәxtdir, xudavәnda,

Baxırsan hәr yana, başı lәçәkli övrәtdir.

Diyari-qürbәti icad edәnlәrә lәnәt!

On evdә bir kişi yox-bu neçә vilayәtdir?

Vәtәn cavanları qürbәtdә ixtiyar oldu,

Bu hali-zәrә sәbәb, Möcüza, şәriәtdir.

Bu hali-zarә әlac eylәyә bilәr varlı,

Vәli çi sud ki, bunlar da bikifayәtdir.

Ayıqlıq eylәdi bazar Möcüzü, saqi!

Piyalә ver mәnә, xovf etmә, xanә xәlvәtdir.

 

 

BAHAR OLDU

 

Nә yatmısan, dur, ey saqi, ki, yay misli bahar oldu,

Bulut od yağdırır dünyayә, alәm tarü mar oldu,

Dolu qoydu kәmanә topların, atdı biyabanә,

Xiyarın ixtiyarı getdi әldәn biqәrar oldu.

Nә qarpız qaldı bostanda, nә gәrmәk, ah va veyla!

Kәdu, pәncәr vә gәrmәk dә tәmamәn zәxmidar oldu.

Üzün tutmuş göyә bostançı, söylәr: Ey rәhim allah!

Çuvallar qaldı boş, mәn boşlu, karim ahü zar oldu,

Sitәmkari, görüm, tari özü salsın yaman dәrdә,

Sәbәb bu dәrd-bidәrmanә çәrx kәcmәdar oldu.

Xiyarә vurdu min yarә fәlәk, şәrrin bilirsizmi?

O da çün qoydu kakil başә, bu dәrdә düçar oldu.

Nә qarpız şad olur bu әsrdә, Möcüz, nә xәrbuzә,

Vә gәrmәk xar olub qaldı, qәribә ruzigar oldu.

 

 

 BӘDBӘXT O KİMSӘDİR Kİ....

 

 Fәsli-bahardı keçir idim lalәzaridәn,

Xoş sövt ilә oxurdu, eşitdim hәzaridәn.

Bülbül, sәnin dә var mәgәr alәmdә bir qәmin?

Gördüm o da şikayәt edir ruzigaridәn.

Ta var fәraq, dәrdi-gülüstan dәhridә,

Әksilmәz ahü nalә sәsi bu diyaridәn!

Gәl, әndәlibin halını seyr eylә onda sәn,

Zalim fәlәk çün ayrı salar yari yaridәn.

Diş düşdü, baş ağardı, kәman oldu qamәtim,

Bir sәs gәlir qulağimә hәr gün mәzaridәn:

"Gәl, gәl ki, gözlәyir yoluvi xaneyi-lәhәd;

Gәl, murü mari eylә xilas intizaridәn!"

Qüvvәtli çox cavanlar әsir etdi şahi-mәrg,

Bak eylәmәz sәnin kimi bir ixtiyaridәn.

Nagәh әlindә badә gәlәr saqiyi-әcәl,   

Zur ilә hülqüvә tökәr ol zәhrimaridәn.

Vermәz ölüm o qәdri sәnә fürsәt, ey әmu!

Ta bir içim su meyl edәsәn cuybaridәn.

Eylә vida bu әhlü әyalә hәmişәlik,

Didar qaldı mәәrә, әl çәk nigaridәn!

Divari-qәbri hiç dilavәr yarammadı,

Mümkün deyil fәrar o möhkәm divaridәn!

Sultandı can bәdәndә, bәdәn tәxti-sәltәnәt,

Sultan ki, qalxdı, tәxt düşәr etibaridәn.

Varis deyәr: Mәnimdi bu dövlәt tez ol görәk

Tәşrif apar ki, çıxdı әlin ixtiyaridәn!

Düşsә yolun mәzar evinә, qәflәt eylәmә,

Kam al doyunca, sәn dә, әmu, susmaridәn.

Varis "Hotel Palas"da yeyәr müftә pulları,

Busә alar doyunca qәlәm qaşlı Maridәn.

-Qurban ola ata vә anam gül dәhanüvә,

Can, madmazel, gözәldi cәmalin baharidәn!

Aşiq qoyar külahı yerә, yar şapkanı,

Zülfün tökәr üzarә yәminü, yәsaridәn.

Dәf sәslәnәr, kamança deyәr: yar, yar, yar!

Saqi tökәr gilasә meyi müşkbaridәn,

Şampan qәdәhlәri elә ki, bir-birә dәyәr,

Övc eylәr asimanә bu sәs çәngü taridәn:

Ya bәxtiyar edin özüzü, ciddü cәhdilә,

Ya parisa olun, çәkin әl kәsbi-karidәn!

Bәdbәxt o kimsәdir ki, yığar malı sandığa,

Xәrc eylәmәz yerindә, keçәr ömrü yaridәn.

Beynin yoruldu çortkә qabağında sübhü şam,

Hasil nә oldu bәs sәnә bu dәrrә-daridәn?

Bir xәstәxanә millәt üçün etmәdin bina,

Naxoşlar öldü küçәdә, baxdın kәnaridәn.

Ey kaş, olaydı dövlәtin ömrün kimi zәlil,

Bir körpü yapdıraydın o darü nәdaridәn.

Nә millәtә, nә dövlәtә bir xidmәt eylәdin,

Bir huşә gәl, dadaş, gecә keçdi qәraridәn!

Gәh Bәsrәdәn sәsin gәliri, gahi Misridәn,

Gәh Şamü şumidәn vә gәhi Qәndiharidәn.

Әsbab eyş xofü xәtәr, mәnzilin rübat,

Fәrqi nәdir belә kişinin çarvadaridәn?

Möcüz, ağardı sübh yeri, huşә gәl görәk,

Yalvar, sızılda, әfv dilә girdigaridәn!

Salma aşağә böylә sәri-şәrmsarüvi,

Allah bağışlayandı, keçәr tövbәkaridәn.

 

 

BӘSDİR, YETӘR AXİR!

 

 Nәdir bu nazü istiğna, gecә oldu sәhәr axir,

Könül şad eylә bir tәk busә ilә ey gözәl, axir!

O güllәr ki, açıbdır gülşәni-hüsnündә rәngarәng,

Hәmişә eylә tәr qalmaz, bala, vallah, solar axir!

Dedim: saqi, gülәrsәn sәn niyadaim? Dedi: çünki

Gülәn dә, ağlayan da, dari-dünyadan gedәr, axir.

Al, iç bu badeyi-nabi, xәyalәt ilә әllәşmә,

Danış, gül, oyna, cәlladi-әcәl qanın tökәr axir.

Fәlәk bir tac ilә bir tәxt vermişdi Kәyumәrsә[1],

O tacü tәxtә oldu namizәd ali-Qәcәr axir.

Yüz il qan ağladı millәt, vәli, ahәstә-ahәstә,

Tükәndi qәlb evindә sәbr, ucaldı nalәlәr axir.

Vәtәndә qalmadı bir yer ki, viran etmәsin Qacar,

Fәrar etdi vәtәndәn millәti-xunincigәr axir.

Min üç yüz qırx iki il keçdi çün tarixi-hicrәtdәn,

Qәza sәslәndi: Zalim, dur görәk, bәsdir, yetәr axir!

O qәsri ki, edәrdi sәcdә millәt asitanindә,

O qәsrә qaldı hәsrәt zadeyi-bidadgәr axir.

Xilas oldu Vәtәn, әhli Vәtәn, Möcüz, bihәmdüllah,

O tәxti badә verdi padişahi-bihünәr axir.

 

[1] - Qədim İran şahlarındandır

 

 

CÜMHURİYYӘTӘ

 

Saqiya! Bir badә ver әbnayi-cümhuriyyәtә,

Tәşnәdir әhli-vәtәn sәhbayi-cümhuriyyәtә.

Sakit ol, ahәstә gәl, tünd әsmә, ey badi-sәba,

Qorxuram toz әylәşә simayi-cümhuriyyәtә!

Bir para nadan kişi "Başsız bәdәn olmaz" deyәr,

Bәs, demәk vaqif  deyil  mәnayi-cümhuriyyәtә,

Qurda verdi kәllәni çün kәllәsiz çobanımız,

Ol cәhәtdәn düşmüşük sövdayi-cümhuriyyәtә.

Qamәti oldu xәmidә binәva iranlının

Bәs ki, kürnuş eylәdi әdayi cümhuriyyәtә.

Qibleyi-alәmlәrә yüz il "Bәli, qurban!" dedik.

Bir zaman da "hәn" deyәk ağayi-cümhuriyyәtә.

İstәsәn qeydi-әsarәtdәn xilas olmaq әgәr,

Qoy qәdәm Musa kimi dәryayi-cümhuriyyәtә!

Etdi әhya Yenki Dünya[1] mürdәganin biltamam;

Sәn dә yalvar, ey oğul, İsayi-cümhuriyyәtә!

Bir qarış yer yoxdu lәmyәzr Firәngistanidә,

Eylә bir әtfi-nәzәr sәhrayi-cümhuriyyәtә!

Möhtәkirlәr asitanin bus edәn cühhalidir!

Üz sürә aqil gәrәk tuğrayi-cümhuriyyәtә.

Qәdri-zәr Möcüz şünasәd, qәdri gövhәr-gövhәri,

Olmaz hәr kәs müştәri kalayi-cümhuriyyәtә!

 

[1] - Amerika respublikasına işarədir

 

 

ÇİÇӘK

  

İki qız aldın әlimdәn, boyadın qanә, çiçәk!

Bu ki bir danәdi, rәhm eylә bu oğlanә, çiçәk!

Dedim: "Oğlana çiçәk döydürәk", övrәt dedi: "Yox"

Etiqad eylәmәdim mәn dә o dәrmanә,çiçәk.

Titrәrәm bәrgi-xәzan tәk gecәlәr ta bәsәhәr,

İki qurban kәsәrәm gәr gedә Dәryanә çiçәk.

Xәlq edib xaliqi-can, ey bacı, hәr dәrdә dәva,

Aqil ilә işi yox, bәnd olu nadanә çiçәk.

Lövhi-mәhfuzә[1] yazılmış: "Gәrәk ölsün balalar!"

Bu "Gәrək" lәfzi gәrәk od vura İranә, çiçәk!

Qәbr qazmaqdan olubdur әl-ayağı şil-küt,

Bizә rәhm eylәmәsәn, rәhm elә gorkanә çiçәk.

Gözәli çirkin edib, eylәmә rüsvayi-cahan,

Qorxuram qızlar әlindәn qaça Tehrana, çiçәk!

Qızların şikvәsini gәr eşidә şahi-cahan,

Bağlar әl-qollaruvi, göndәri zindanә, çiçәk.

Bu qızı kim alacaq qoynuna, ey vay bәmәn,

Qaşı yox, kirpiyi yox, bәnzәmir insana, çiçәk.

Gәr çiçәk yerlәrinә sürtә bu bir pud kirşan,

Yenә gәlmәz süfәtә, heyf ola kirşanә, çiçәk.

Oxşar, ağlar analar, çün deyәr: "Ey vay, bala vay!"

Dәrü divar gәlәr nalәәfğanә, çiçәk.

Ana çün gördü ciyәrparәsini qan aparır,

Qüssәdәn oldu dәli, düşdü biyabәnә, çiçәk,

Nә firәng ilә işin var, nә urus ilә sәnin,

Olmusan bәnd fәqәt millәti-İranә, çiçәk.

Od vurub başdan ayağә Әcәmistanı qırır,

Nә Amerkanә gedirsәn nә dә Almanә, çiçәk.

Qorxuram eylәyә qilmanә sәrayәt bu mәrәz,

Bu uşaqlar ki, gedir rövzeyi-rizvanә, çiçәk.

Ölmәli çox qocalar Әrvanәq, Әnzabdә var,

Tifli-mәsum aparırsan, niyә, divanә çiçәk?

Etiqad eylәsә peyvәndә müsәlman, Möcüz,

Bu qәdәr eylәmәz azar müsәlmana çiçәk!

 

[1] - Mövhumata görə, guya insanı dərd-bəlalardan qoruyan lövhə

 

 

ÇӘK BAŞUVU YORĞAN İÇİNӘ!

  

Dilbәr istәr apara mülçünü müjgan içinә,

Ey xuda, küfr girir din ilә iman içinә.

Şanә zinәt verir ol türreyi-cananә genә,

Mişgü әnbәr tökülür әnniyü kirşan içinә,

Kәlbәtinә gәlә o dişlәrin, ey şaneyi-şum,

Dişlәrin basma elә zülfi-pәrişan içinә,

Mәşgüvi çiynivә al, sәn dә әya әbri-bahar,

Әxtәri-fikrim edir әzm gülüstan içinә.

Sәn dә bir badeyi-külgun ilә şad eylә mәni,

Saqiya, qoyma qәmi daxil ola can içinә,

Şәhri şәban, deyirlәr, edәcәk köç bu gün,

Mahi-rövzә salacaq Yusifi zindan içinә.

Qorxuram nagәh edә hәmlә bizә mahi siyam,

Necә ki, qurd girәr bir sürü heyvan içinә.

Al qılıncın әlә, yığ başuva beş-altı nәfәr,

Rastuza keçsә, tökün qanını meydan içinә.

Gözüzü dörd açın, oğlan, deyirәm mәn sizә ha!

Bir daha çıxmaz oruc, girsә müsәlman içinә.

Gәldi, ha, gәldi, gedә, qoymayın, ha! Qaç, saqi,

Qılıcı sal yerә, sox başuvu qalxan içinә.

Dustan! Hazır edin çәngini bu mәclisә tez,

Şairin mürqi-dili düşdü zәnәxdan içinә.

Rәmazan bir ox atıb, parәlәdi qәlb evini,

Göz yaşım oldu rәvan çay kimi fincan içinә.

Genә verdi hәrәkәt başına qarelәrimiz,

Vәlvәlә saldı yoğun sәslәri eyvan içinә.

Oxuram ayәlәri, bilmirәm allah nә deyir,

Baxıram bәndә fәqәt mal kimi, Quran içinә.

Genә vaiz әlinә aldı cәhәnnәm çubuğun,

Belә bәrk xanәlәri saldı o mizan içinә.

Min tümәn rәddi-mәzalim gәtirib Şimr mәnә,

Çәkil, oğlan, atıram rövzeyi-rizvan içinә.

Bu necә sözdü deyirsәn, ağa, qurbanın olum,

Yoxsa israr qoyursan gecә qәlyan içinә?

Rey hәvasilә Hüseyn başını kәsdi o lәin,

Şimri dә, Yezidi dә at, gedә Tehran içinә.

Sәcdәgahә qoyaram kiseyi-simü zәhәbi,

Elәrәm sәcdә o qәdri, girә şeytan içinә.

Möcüz! Axır oruca meyl edәnin cürmü dә var,

Aşikar eylәmә, çәk başüvu yorqan içinә.

 

 

CANLI CӘNAZӘ

 

Mahi-siyam gәldi, mәni saldı möhnәtә,

Ey kaş, gәlmiyәydi oruc bu vilayәtә.

Görsәn, mәhi-mübarәki, saqi, beş-on tәpik

Vur, bәd söylә mәndәn o biarü-qeyrәtә:

Ey mahi-ruzә, ey rәmәzan, ey filan, filan,

Xәlqi gәtirmә tәngә, özün salma qeybәtә!

Get hәr yerә kefindi, vәli gәlmә Tәbrizә,

Yoxdur dәvam mәndә otuz gün kәsalәtә.

İftarı yox, obaşdanı yox binәvәlәrin,

Tәklifi-şaq hәqq elәmәz bibәzaәtә.

İftar üçün kәbab edisәn bir çәrәk әti,

Ey malidar, gәl bizә, bax bir qәnaәtә!

Axşam olanda çölmәyi lәbriz edәr xanım,

Yәni ki, bir çәrәk su tökәr hәfdirәm әtә,

Qәlbi zәif edәr bu qәza, әqli tarümar,

Mәn tapdaram uşaqları, arvad dönәr itә.

Arvad mәnә-yaman, mәn ona-sillәvü tәpik,

Qan eylәri, gәr olmasa hәmsayә vasitә.

Cәngü cidal mahi-mübarәkdә çox olur,

Hәqsiz çıxar fәqir gedә gәr şikayәtә.

Varlı әgәr fәqirin әzә daş ilә başın,

Tәnbih edәr hökumәt o başı cәrahәtә.

"Xәmseyn әlf" ayәsi nazildi şәninә,

Әlhәq bahar günlәri bәnzәr qiyamәtә,

Bir il qalıb әzanә hәlә başı qoy yerә.

Ey binamaz, açma gözün, baxma saәtә!

"Yat, başüvi kәsim!"-desә vaiz, varam, bәli,

Amma yoxam oruc kimi müşkül ibadәtә.

Çay içmәsәm sәhәr gedәrәm ixtiyardәn,

Qoymazla-qoymasınla mәni baği-cәnnәtә!

Mali-yetimi molla yeyir, mәn orucluğu,

Mәn mali-hәqqә bәndәm, o mali-rәiyyәtә.

Ey yar qar, kafәr edirsәn Әlini sәn,

Әylәşmisәn Yezid kimi tәxti-xilafәtә.

Tüllabi yığmısan başuva bir mәram ilә,

Mәxfi deyil mәramin, әmu, zifәrasәtә.

İrzi qalıb eşikdә mühacirlәrin tәmam,

Әmma verir tümәnlәri әshabi-sәrbәtә.

On min tümәn fәqir pulun qoymusan evә,

Tәzvir edib, hәsir salısan sәn imarәtә....

Saqi, dünәn bu vaxtı keçirdim Bәrabdәn.

Düşdü gözüm o sәmtdә bir bikәs övrәtә.

Bimaridi, qәribidi, biixtiyar idi,

Möhtac idi qәzayә, dәvayә, himayәtә.

Mәn müztәrib baxırdım o canlı cәnazәyә,

Ağlardı gözlәrim o pәrişan qiyafәtә.

Bir tәxtәparә tәk qurumuşdu o binәva,

Gördüm o hal ilәn döşәnib xaki-zillәtә.

Zülfün edib niqab saralmış üzarinә,

Başın qoyub daş üstә, gedib xabi-rahәtә.

Şәkli bәyan edirdi ki, bu bir әziz imiş,

Biçarә bir qәza ilә düşmüş bu halәtә,

Hәr kәs ona baxıb dedi: qalmıbdı bunda can,

Mәn dә deyirdim: ömrü yetişmiş nәhayәtә.

Nagah gәtirdi huşә onu taqqataq sәsi,

Açdı gözün yavaşca, mәni saldı heyrәtә.

Bir baxdı hәsrәt ilә, yenә yumdu gözlәrin,

Әydi başın, üzün dayadı sәngi-ibrәtә.

Möcüz: bu sәs nәdir?-dedi; baxdım, dedim ki: heç!

Dövlәtlilәr gedirlә nәmazi-cәmaәtә.

Bir ah çәkdi, şölәsi yandırdı şairi,

Ya rәb, olarmı çarә bu biçarә millәtә!?

 

 

CANDAN KEÇMİŞUX!

 

Dilbәra! Mümkün deyil gülşәndә gül bixar ola,

Bülbül aşiqdir, gәrәk eşq әhlinә azar ola!

Biz Vәtәn aşiqlәri baş ilә candan keçmişux,

Zalimә "Adil" deyib, baş әymәrux, xunxar ola!

Zülmdür bu, ya deyil-millәt acından can verir,

Pişivayi-millәtin buğdası yüz anbar ola!

Müxtәsәr cürm ilә vaizlәr mәni tәkfir edir,

Hәqqi var yerdәn göyә, qafil gәrәk huşyar ola!

Baxma cayi-sәcdәyә, allanma, saqi, mey gәtir,

Hәr başıqırxıx kişi zәnn eylәmә dindar ola.

Ta nә qәdri mәn sağam, göz açmasın millәt gәrәk,

Yuxlasın ta hәşr olunca.... Qoymaram bidar ola.

Alәmi-meyxanәyә kәc baxma, oğlan, keç görax,

Bir belә alәm tapammaz, gәr, atan memar ola!

Şeyxana, birahә getmaxdan xәyalım var mәnim,

Çıxmışam yoldan, onunçün qorxuram tәrrar ola!

Saqiya, çami dolandır başuva, ver, nuş edim,

Dәrd-sәrdәn az qalır başım iki xәrvar ola!

Әhli-qeyrәt cәnkcur, dәvatәlәbdir daima,

Ey cәmaәt, qoymayın tiryakilәr meyxar ola!

Zahida, bundan ziyadә dinu iman bәslәmәz

Bir çörәk ki, mayәsi arpa ilә cövdar ola!

Ey cәmaәt, mәndә yüz batman kәsalәt var bu gün,

Paylıram-gәlsin aparsın,-hәr kәsә, bikar ola!

 

 

ÇӘKMӘ SİQARӘ!

 

 Ey gözlәri piyalә vә ey qaşları qәlәm,

Dәrdi-fәraqin ilә Әli, az qalır ölәm!

 

Şövqi-vüsal ilә edәrәm şad könlümü,

Vәslin, bala, nә vәqt edәr abad könlümü?

 Sәn etmisәn әsir o azad könlümü,

Sәnsәn sәbәb әgәr ürәyim bağlaya vәrәm.

 

Mәn düşmәnәm cәnabüvә, yainki yaruvam?

Hәr kәs bilir ki, aşiqi-biixtiyaruvam!

Mәn neylәrәm bahari, sәnin intizaruvam,

Zәnn eylәmә ki, fәsli-bahar ilә xürrәmәm.

 

Hәr vәqt qәm edәrdi mәni çaki pirәhәn,

Siqar ilә edәrdim o mәlunә hәmla mәn,

"Zәrd әvvәl" eylәyib putuna zәm on tümәn,

Minbәd edәrmi bir dә o üşşaq dәfi-qәm?

  

Bәski, salıb tütün Güneystanә şurişin,

Tiryakilәr çәkir gecә damlarda "Ya Hüseyn!"

Vermişlә әl-әlә, bala mәzlum seyyideyn[1],

Mәşd İsmayıl, birinci, ikinci, üçüncü hәm.

 

[1] - Tütün növü

 

Viran edirlә xakeyi-әqli әsasidәn,

Baci-xәrac alırla zikurü ünasidәn,

"Әlli nömür" yuxarıdır on beş abasidәn,

Qorxum budur özün asa әşxasi-bidirәm.

 

Zülmün tülui dәm-bә-dәm, eylәr ziyadraq,

Xasә o "bәrgi-sәbzü", "bayqara" vә "şeşqulaq".

Yox çarә, qeyr әzinki Tükәzbanı boşluyaq,

Bu qәdri mәsrәf ilә necә saxlayaq hәrәm?

 

Versәk hәr il iyirmi tümәn çayә maliyat,

Vursa beş-altı silli dә xәlqә duxaniyat,

Biçiz millәtin üzünә bağlanar Fәrat,

Nari-sәfalәt ilә yanar xaneyi-әcәm.

 

Çayın ki, yoxdu mәnfәәti, suvay....

Sat çayidanı, etmә onunla alış-veriş.

Çәkmә siqarә, eylә bir az hövsәlәn geniş,

Artırsa qәm hәrarәti, qoydurgilәn hәcәm.

 

Çay içmәsәm sәhәr gedәrәm ixtiyaridәn,

Siqarәsiz sәsim gәlәr qәri-mәzaridәn,

Zülmi-tütün çoxaldı, çıxın bu diyaridәn,

Xasә "Mәhәmmәdiyyә", edir xәlqә çox sitәm.

 

Çıxmaq mәgәr rahatdı, çıxım, ey filan, filan!

Yol xәrci, puli-tәzkirә vә rişvә min qran,

İnsan necә bu bari-sәqilә verә tәkan?

"Al daluva!"-deyәrlә mәnә; mәn mәgәr xәrәm?

 

Beş yüz tümәn mәvacib alır bir nәfәr gәda,

Beş yüz tümәn dә rişvә yeyәr, va Mәhәmmәda!

Mәn gәr deyәm o zalimә: "Yoxdur xuda-muda!"

Әqrәb kimi o saat edәr quyruğun әlәm.

 

Ya dini-mәzhәbi edin inkar misli-mәn,

Ya әl çәkin o xanәbәrәndaz zülmüdәn.

Lәnәt әvam dininә yeksәd hәzar mәn[2],

İrani yıxdı, etdi misali-sәrayi-Cәm.

 

[2] - Yüz min batman

 

Piri-zәif tәrk edә bilmәz siqarәni,

Dәva günü cavanlar edәr rәf düşmәni.

Qorxum budur әsir edә İkramiyә sәni,

Zira ki, çox rәşididi Möcüz o dud-dәm.

 

 

DEDİLӘR

 

Çün yetişdim vәtәnә, "Acma dahanın" dedilәr,

"Dinmә, danışma vә tәrpәtmә zәbanın" dedilәr.

"Qoy beş-on tük çәnövә, oxşat özün şiәlәrә,

Gәdә, qırxdırma üzün, çәkmә dabanın" dedilәr,

Bir әba saldı anam çiynimә, geydim, qolunu,

"Eybdir, burda qolun geymә әbanın" dedilәr.

"Mәscidә daxil olan vәqtdә kürnuş eylә,

Ver sәlam, öpgilә dәstarin ağanın" dedilәr.

Dedim: "Allaha baxın, etmәyin, axir öldüm!"

"Gәr bu cür etmәyәsәn, çoxdu ziyanın" dedilәr.

Düşdü dalımca beş-on danә dilәnçi r gün,

"Ver görax, әri, qqin füqәranın" dedilәr.

Dedim: "Ey vay, nә çoxdur füqәrası bu yerin!"

"Var Şәbüstәrdә fabrikası gәdanın" dedilәr.

"Maluvun beşdә birin ver seyidә, müftәxora,

Ucların kәsmә bığın, çәkmә dabanın" dedilәr.

 

 

DONDU

 

Yetiş hәrayimә, saqi ki, diki-can dondu,

Soyuq amanımı kәsdi, bәdәndә qan dondu.

Gedin deyin günәşә pincinә odun qoysun,

Tәvәqqüf eylәmәsin, kürreyi-cahan dondu.

Beş-altı gündü pişik ahüzar edәr, ağlar,

Vurar qafayә, deyәr: Ey xuda, siçan dondu!

Nә kuzә qaldı, nә şişә, nә kasә, nә fincan,

Nә çayidan, nә sәmavәr, yegan-yegan dondu.

Xanım dedi: Çörәk al! Әzmi-çarsu etdim,

Tәzәlzül eylәdi esabim, üstixan dondu.

Sirişki-didәlәrim sallanırdı saqqaldan,

Mәni o hal ilә görcәk Tükәzziban dondu.

Әzançı çıxdı dama, istәdi aça ağzın,

Soyuq çü lәfzi-cәlalә dәyib, әzan dondu.

Cәhәnnәm әhlinә yalvardı xazini-cәnnәt,

Dedi:-Amandı, bir od ver ki, huriyan dondu,

Cavab verdilә ki: Eylә bәrk soyuqdu, sәqәr

İçindә hәr nә ki, var-әqrәbü-ilan dondu.

Üsuli-mәzhәbi, dini soyuq apardı tamam,

Nә babi qaldı, nә islam, cümlәtan dondu.

Görüb bu halı axun, nәreyi çәkib, yıxılıb

Buz üstә, buz kimi ol cәnnәt aşiyan dondu.

Әmin vәhyi-nida etdi pәs bәsövti bülәnd:

-Bilin, ey әhli-cahan, Qasimi-cinan dondu!

Nә rüşvәgir vә nә müftәxarә qaldı, cahan-

Nәmazә hazır olun,-bir risalәdәn dondu.

Donar soyuqda hәmişә fәqir-rәsmidi bu.

Xudayә şükr ki, bir dә, pilovtıxan dondu.

Fәqir! Bir göyә bax, gör nә titrir ulduzlar,

Hәvayә açma dәhanini ki, kәhkәşan dondu.

Nә ahi-sәrd çәkib çәrxi biqәrar edisiz?

Sәbur olun, ey odunsuzlar, asiman dondu!

Firiştәgani-xudayә xәbәr verin, gәlsin

Ki, nәzmi-Möcüzi-gümgәştә dәrdәhan dondu!

 

 

DÜNYANIN

 

 Keçәr, gedәr sәnәvatı şühuri dünyanın.

Misal әbri lәyal suhuri dünyanın.

Bu gün ki, çıxdı başa, bir gün ömürdәn getdi,

Hәmişәlik deyil eyşü süruri dünyanın.

Soruş, desin sәnә bir-bir keçәnlәrin halın,

Qәrayü gurdә Bәhram Guri dünyanın.

Dağıtdı kәlleyi Kavusi qәbrdә hәşәrat,

Qarışdı torpağa kibrü qüruri dünyanın.

Edәr sümüklәrivi sürmә aliyat cahan,

Tәnavül eylәr әtün marü-muri dünyanın.

Binövrәni nә qәdәr möhkәm eylisәn,-eylә,

Tәkan verәndә yıxar,-çoxdu zuri dünyanın!

Çün әzm etdi әcәl pәhlivani meydanә,

Qılıncı çaldı sәrә Şahpuri dünyanın.

 

 

DEDİM: BİR BUSӘ VER, CANA!....

 

Yenә baluni-fikrim getmәk istәr çәrxi-dәvvarә,

Xәyali var gedә çәrxә, çәkә Qәffarә qәddarә.

Bir ay bayrama qalmış yazmışam Qәffarә bir әrzә

Ki, var bir qәdri borcum çitçiyә, baqqalә, әttarә.

Bu gün çәәnbeyi-axir, cavabi gәlmәyib hala,

Әgәr sәbr eylәyәm, vallah, çәkәr borşlu mәni darә.

Götür telfuni, ey saqi, xәbәr ver qabi-qovsinә.

İki saәt yarım möhlәt sәnә: ya çek vә ya parә!

Sәnin dәrgahüvә gәlmәk deyildi bir zaman mümkün.

Bihәmdüllah, bu gün ol müşkülü hәll etdi tәyyarә.

Qucaqla bir mәni, çün sәndәn ayrılmaq xәyalım var,

Necә әxbar edim bu mәtlәbi biçarә sәmvarә?

Deyilmәz bu ki, ey çaydan, du sal çadirşәbin başә

Vә gәl ahәstә-ahәstә dalımca suyi-bazarә.

Dimağım fikri-istiqbal ilә bәski, çәkişmişdi,

Gecә ta sübh olunca çәkmişәm yüz danә siqarә.

Mәnә ol cövhәri-tiryak ilә bir iynә vur, saqi,

Dağılsın qorxuram beynim bәnagah misli-xümparә.

Burax tәrdidü tәdbiri, kәnar ol zeyqi-mәhbәsdәn,

Xilas eylәr sәni qәmdәn, pişikdәn qorxma, ey farә!

Dedim: Bir busә ver, cana! Dedi: Busә tila istәr.

Dedim: Çәk bu qızıl dişi! Nişәst etdi bu söz yarә.

Gözün yaş ilә doldurdu, dedi: Möcüz, nә söylәrsәn,

Qucaqla dilbәrin, qoy lәblәrin lәli-şәkәrbarә!

 

 

DOLDUR ÇUBUĞ!

 

 Dilbәra! Ovqәtimi tәlx eylәmә, doldur çubuğ,

Mәn behişt istәmirәm,-hamıya elan olsun!

Kişi, allahdan utan, qürreyi-şәbanә kimi,

Bu orucdur, nә namaz-qılmağı asan olsun!

Taqәtim yoxdu oruc tutmağa indi, vallah,

Gәlәcәkdә tutaram, әhdilә-peyman olsun.

Kişi, dur mәscidә get, vaizә bax, gör nә deyir;

Buyurur: Bәndә gәrәk, tabei-fәrman olsun!

O yeyir yağlı pilov, eylәmiri qüssә, xinov,

Vә deyir hәr nә gәlә ağzına, hәdyan olsun.

Kafirә cәnnәt, әgәr mömünә zindandı cahan,

Pәs gәrәk vaizimiz daxili neyran olsun.

Aç gözün, yuxlama, ey şorbaya hәsrәt dilbәr,

Niyә bәs durmusan, az qaldı obaşdan olsun!

Nә ümid ilә durum, ağzımı bağlım, oturum,

Vәxti-iftar gәrәkmәz ki, bir az nan olsun?

Çörәk olmaz mәnә bu xoşkә sәlam, ey mәşdi,

Al apar, istәmirәm, qoy sәnә әrzan olsun.

Nazilә başun әyib, soxma sәlamı cibimә,

Tümәni ovcuma qoy, dәrdimә dәrman olsun.

Kişi labiddi gәrәk sәngdil olsun birәhm,

Pulu xәrc eylәmәsin sahibi-milyan olsun.

Kәrbalayә gedisәn, ac qalır әhli-Vәtәnin

Ay Әli şiәsi, xәsmin şәhi-mәrdan olsun!

Olmasa qürbәt, acından ölәcәk әhli-Vәtәn

Bәli, bibәhrә Vәtәn xakilә yeksan olsun!

 

 

DOLAŞMA MİLLӘTӘ!

 

 Hava çox istidi, saqi, aç ol aqışqanı,

Kefim gәlibdi, gәtir mәclisә matışqanı!

Deyәllә mәzhәbi-islam ilә müxalifdir,

Müxalif olsa da, mәn istәrәm o tәrsanı.

Mәhәbbәt olmasa dünyadә ittihad olmaz,

Müxalifәtdir edәn hәrci-mәrc dünyanı.

Rәiyyәt eylәmәz ülfәt nizamiyan ilә,

Sәbәb kim oldu buna? Fazili-Dufarqanı.

O, saqqalın uzadıb ta göbәkdә bәnd eylәr,

Bu qırxdırır üzünü misli sibi-Sultani.

Bu qıl mәsailәsi qiylü-qalә baisdir,

Tamam düşmәn edәr bir-birә müsәlmanı.

Biduni-şәrt rәiyyәt qәbul edәr filfövr

Deyәndә vaiz ona bir hәdisi-nurani.

Rәvayәt eylәdi ravi ki, hәzrәti-Sәlman

Qıçın ocağa soxub qızdırırdı qazqanı.

Hәmin ki, busözü әyan eşitdi vaizdәn,

Deyәr, fәsanәdi bu ya xәyali-şeytani!

Nifaqi möhkәm edәr bu tәbairi-әfkar

Yaratmayaydı xuda kaş ki, diki-Sәlmani!

"Ömәr, Ömәr!" diyәr әkrad, "Әli Әli!"-şiә,

Әcәm alır әlә qәddarә, kürd-gordanı,

Gәlirmi yaduva ki, şeyx Ubeydulla

Boyadı qan ilә nagah bәnati-Görgani?

Dedik ayıldı әcәmzadә xabi-qәflәtdәn,

Ayıldı, yatdı dübarә çinanki midani.

Әcәmlәr Urmuda mәşğul olub şәbih ilә,

Alıb әmudu әlә, çәkdi başa qalxanı,

Birisi hәrmәlә oldu, biri Әli-Әәr,

Biri Sәkinә-salıb başa şali-Kirmanı.

Biri әrus kimi yaxdı qaşına vәsmә,

Biri olub kürәkәn, geydi rәxti-әlvanı.

Çalındı tәblü nağara, döyüldü kusü dühәl,

Mübariz istәdi Әzrәq, dolandı meydanı.

Eşitdi tәbl sәsin çün o Qasimi-cәәli,

Hәnanı sildi әlindәn, buraxdı şamdanı.

Әrusi-saxtә çün gördü Qasimin halın,

Elә çığırdı ki, az qaldı yıxsın eyvanı.

Simitko yatmış idi, nagәhan ayıldı sәsә,

"Bu sәs nә sәsdi,-dedi,-ey güruhi-Süfyani!"

Cavab verdi Ömәr xan ki, vәqti-fürsәtdir

Ki, Әzrәq ilә әcәmlәr salıbla dәvanı.

Simitko bәy elәdi qılıncı hәmayil o dәm,

Süvar olub atına verdi hәmlә fәrmanı.

Әcәmlәr Әzrәq-mәlun ilә keşa-keşdә,

Süpahi-düşmәn әsir etdi әhli-Dilmanı.

Edәndә Urmunu işğal o İsmayıl ağa,

Axardı sel kimi biçarә Әzrәqin qanı.

Qoyalla aduvi babi, çәkәlla darә sәni,

Dolaşma millәtә, Möcüz, sәni ağan canı!

 

 

DÖVRAN MӘNİMDİR

 

 Çün qәdәm qoydu Hüdudi-Güneyistanә hәqir,

Dedim: Ey qövm, salın altıma bir köhnә hәsir.

 

Oxudum vird qulağinә riyakarilәrin,

Elәdim әxz zәru simin o dindarilәrin,

Saxsı fincan ilә yıxdım evin hәmkarlәrin,

Elmi-tәzvirü riyadә mәnәm ustadi-şәhir.

 

Elәdim bir neçә mollalәr ilә razü niyaz,

Anladım ki, o cәmaәtdә kamal azdı bir az,

Dedim: Ey qövm, qılın siz mәnim arxamda namaz,

Yetirim mәn dә sizә dirhәmü dinar kәsir.

 

Rüqәba xadimi, filfor inandı o sözә,

Mali-dünyadәn ötәr aldıla hәr zadı gözә.

Cümlәsi beyәt üçün çökdü hüzurumda dizә,

Bәxt yar oldu mәnә, eylәdim әşrafi әsir.

 

Qul kimi düşdü dalımca çün ağayani üzam,

Pәs bu övzai görüb eylәdi tәqlid avam,

Şöhrәtim çulğaladı Әrvәpәq, Әnzabi tamam,

Oldu viran o zaman xaneyi-şeyxani-kәbir.

 

Altı aydan sora molla әmilәr düşdü başa,

Kimi aldı әlә satur, kimisi qapdı maşa,

Lakin atdıqları oxlar hamısı getdi boşa,

Oldu mәğlub siyasәt genә, әdayi-hәqir.

 

Deyin onlara mәnәm elmi-siyasәtdә fәrid,

Yığmışam başimә minlәrcә kәfәnpuş, mürid.

Eylәrәm hökm, tökәr qanızı kәffaşi-rәşid,

Gürzi-tәkfir ilә başin әzәrәm misli-Nәkir.

 

Ayәtullah mәnәm "fil әrzeyin vә sәma[1]",

Mәnә mәxsusdi bu rütbә, әya qövmi-dәqa,

Mәni eylәllә bu әlqabilә hәr yerdә dua

Çavuşü növhәgәrü zakirü әmavü bәsir.

 

[1] - Yerlərin və göylərin

 

 

DEYİRӘM MӘN SİZӘ, HA!

 

Dilbәr istәr apara milçini müjgan içinә,

Ey xuda; küfr girir dinilә iman içinә.

Şanә zinnәt verir o türfeyi-cananә tәrәf,

Müşkü әnbәr tökülür әnniyü kirşan içinә.

Kәlbәtinә gәlә o dişlәrin, ey, şaneyi-şum,

Dişlәrin basma elә zülfi-pәrişan içinә!

Mәşküvü çiynüvә al sәn dә, әya, әbri-bahar,

Әxtәri-fikrim edir әzm gülüstan içinә.

Sәn dә bir badeyi gülgun ilә şad eylә mәni

Saqiya, qoyma qәmi daxil ola can içinә.

Şәhri-Şәban, deyillә, edәcәk köç bu gün,

Mahi-rozә salacaq Yusifi zindan içinә.

Qorxuram taki edә hәmlә bizә mahi sәyam

Necә ki, qurd girәr bir sürü heyvan içinә.

Qılıcı bağla vә al yanuva beş-altı nәfәr,

Rastuva gәlsә tökün qanını meydan içinә.

Gözüzü dörd açın, oğlan, deyirәm mәn sizә, ha!

Bir daha çıxmaz oruc, girsә müsәlman içinә.

Gәldi, ha! Gәldi-gәdә; qoymayın, ha! Qaç, saqi,

Qılıcı sal yerә, sox başüvü qalxan içinә.

Dustan, hazir edin çahkәni mәclisә tez,

Şairin mürqi-dili düşdü zәnәxdan içinә.

Rәmәzan bir ox atıb yarәlәdi qәlb evini,

Göz yaşım oldu rәvan çay kimi fincan içinә.

 

 

DӘRVİŞ SEYFӘLİ!

 

Vәqti xәrmәn gәldi, get gәz kәtlәri, ya Seyfәli,

Qalma Cüstәrdә, tökәrsәn әtlәri, ya Seyfәli!

Mәdhi-movlayә açanda ağzuvu mәqqarә tәk,

Tәrpәşir onban, qabırqan әtlәri, ya Seyfәli.

Sәn tanıtdırdın Әlinin qüdrәtin çüstәrliyә.

Sәnsәn ol kimsә ki, qırdın bitlәri, ya Seyfәli.

Basmaseydin sәn qәdәm bu alәmi-viranәyә

Şölәlәnmәzdi firәng kibritlәri, ya Seyfәli.

Maliki-duzәx cәnabun görsә mәhşәrdәn qaçar,

Gir cәhәnnәmdәn çıxart ümlәtlәri, ya Seyfәli.

Xam sәsin hәr kәs eşitsә, bil ki, yadından çıxar

Ruzigarın qüssәvü möhnәtlәri, ya Seyfәli!

Al әmudu dәstüvә, çәk başuva qalxanuvu,

Qorxma gәlsә üstüvә kәnd itlәri, ya Seyfәli.

Üç nәfәr kәtdi gәlib zatün ziyarәt etmәyә,

Baş kәlәm, tut, yerkökü hәzrәtlәri, ya Seyfәli.

Kәranayi-sovtüvә tәxfif ver, incitmәsin

Darra-darun hamilә övrәtlәri, ya Seyfәli.

Baş yuxarı qovzusan çiynun, deyәndә: ya Әli!

Kim sәnә tәlim edib bu fәndlәri, ya Seyfәli.

Vermәdin bir maç ziyarәtdәn gәlәndә Möcüzә,

Zәhrimar olsun lәbün şәrbәtlәri, ya Seyfәli.

 

 

DӘBİSTAN UŞAQLARI

 

 Çün etdi tәrk vәrzişi İran uşaqları,

Oldu zәif samü Nәriman uşaqları.

Var idi zorxanәlәr Güneyistanda bir zaman,

Mil oynadardı Rüstәm-dastan uşaqları.

Bir diqqәt ilә bax, deyәsәn, xәstәxanәdәn

Tazә çıxıbdı dişrә dәbistan uşaqları.

Jimnastikin fәvaidi çoxdur, bu barәdә

Candar edәr yәqin o, bu bican uşaqları,

Tәkfkir oxun kәmanә qoyanlar ölüb mәgәr,

Filfor edәllә qaninә qәltan uşaqları!

Dәrd bir deyil ki, eylәyә insan әlac ona,

Min dәrdә mübtәladı müsәlman uşaqları!

Çatlar dodaqları, saralar rәngi qorxudan,

Eylәr hәcәmçi bacı çün üryan uşaqları.

Qanın sorar zәli kimi hәr il beş-altı yol,

Candan salar o mahi hәziran uşaqları.

Xurma yeyәn әrәblәr üçündür hәcәm sәvab,

Ey, daş kәlәm yeyәn Güneyistan uşaqları!

Şamü nahar aş vә qovurmadı bizlәrә,

Biz kasibik, bala, deyilik xan uşaqları.

Tiri şahab ilәn vurun, ey qövm, Möcüzü;

Qorxum budur ki, azdıra yoldan uşaqları!

 

 

EYLӘR

 

Deyәrlәr buğdanın nırxın giran pәrvәrdigar eylәr,

Xudavәnda, sәn eylәrsәn vә ya ambaridar eylәr?

Bәli, allah yaratmış soğzunu, әmma onun nırxın

Bu gün böylә, sabah eylә, o әhli-Şindәvar eylәr.

Amandır, ey bulut, sәslәn, sәsin kәs bu sitәmkarın,

Qoyub börkün yanaki möhtәkir çox darradar eylәr.

Gecә röyadә gördüm alәmi sirab edib baran,

Dolub su ilә hәr yan, novdanlar şәrraşar eylәr.

Gәmisi qәrq olan tacir kimi buğdaçı qardaşlar

Vurar başın dәrü divarә, göz yaşın nisar eylәr.

Xudavәnda, sәni verrәm qәsәm xәbbazi-birәhmә,

Qulaq ver, gör necә biçarә yoxsul ahü zar eylәr!

Әlindә, әl qәdәr bir nan tutub hәr dәm deyәr: yaran!

Bunu allah edir böylә vә ya şatir Qafar eylәr?

Gözü yaşı hәlә xüşk olmayıb xәlqin, xudavәnda!

Hәlә üç yüz otuz beş[1] xәrci xәlqi biqәrar eylәr,

Müsәlman öldürür xәlqi acından, ey müsәlmanlar,

Qoyar kassaya xәlqin xunbahasın, iftixar eylәr.

Dәyirmançı vurar torpaq una, buğdaçı buğdayә,

Bahalıq millәti bә misli-tülkü, hiylәkar eylәr.

İlahi, qәlbi daşdan bәrk insanlar yaradıbsan,

Fәqirin qәlbini sәngi-sitәmlә zәxmidar eylәr.

Dolanır başinә solmuş-saralmış xәrmәnin hәr gün,

Sәnin ehsanüvә, ya rәb, çәrәkdar intizar eylәr.

Nә nәqdi var, nә әşyası, nә buğdası, nә yarması,

Sirişki-didә ilә ruzi-şәb şamü nahar eylәr.

Nә xanә bәnd olur, nә tacirә qәhtü qәla, ya rәb!

Hәmişә binәvanin xanimanin tarümar eylәr.

Nә zorum var olam zalim, nә pulum var alam faiz,

Sәnә qurban olum, ya rәb, günahı malidar eylәr!

Müzәvvir, hiylәgәr çoxdur, vәtәndә doğurluq yoxdur,

Görürsüz möminә mömin necә zülm aşikar eylәr?

Verirlәr yer riyakarә hәmişә sәdri-mәclisdә,

Üzün qırxdırsa bir oğlan, onu xәlq sәngisar eylәr.

Zoğalü heyzümü cәm eylәmәk әnbarә, yәni çi?

Mәnә sәn zülm edirsәn, ay kişi, ya girdikar eylәr?

Xudadәn hiç kәs bak eylәmәz, and olsun allahә,

Hökumәt qorxusu xәlqi şәriәtdәn kәnar eylәr!

Әgәr çi siz müsәlmanlar mühüb bü şahi-mәrdansız,

Hökumәt bәs niyә bu qәdri zәhmәt ixtiyar eylәr?

Tühidir mәğzdәn, qәlbi sәdaqәtdәn, dәyanәtdәn,

Bә lakin sәqqәlü cübbә onu, baetibar eylәr.

 

[1] - 1335-(1918)-ci ildə İran Azərbaycanındakı aclığa işarədir

 

 

EDӘR

 

Gahi ana fәraqi ciyәr dağidar edәr,

Gahi ata vәfati könül biqәrar edәr.

 

Hәr gün xәrab olar birinin aşiyanәsi,

Daim gәlәr qulağimizә qәm tәranәsi.

İşlәr sabahü şam cahan karixanәsi,

Tifli-cavan, cavanimizi ixtiyar edәr.

 

Eylәr sәhәr vida tәyyur aşiyanәsin,

Qalxar, düşәr, tәdarük edәr abü danәsin,

Ey vah !.... Әgәr gәlә, görә o, әhli-xanәsin

Sәyyad edib әsir, baxar, axü-zar edәr.

 

Gahi fәraqi-yar pozar istirahәtin,

Gahi qәmi-zәmanә bükәr sәrv qamәtin,

Bir gün oruc tutar boğazından cәmaәtin,

Sübhü mәsa kәsalәt evin tarumar edәr.

 

Gahi soyuq bәradәri-Şimrü Yezid olar,

Bәsti sınar, lülәngi-tәharәt şәhid olar,

Gah qar yağar o qәdri ki, yol napәdid olar,

Mәşdi qalar hәmamda tәk, intihar edәr.

 

Gah qәlb qüssәdәn әriyәr, gahi üstixan,

Gah can sıxar mәzәnneyi-çit, gah Tükәzziban,

Gah qәnd bәnd olar bizә, gah çayi-cansitan,

Gahi odun, kömür biz ilә karizar edәr.

 

Kaş olmayaydı dәhridә bu qayqanağ, tәrәk,

Qәm-qüssә udmayaydı bәşәr gündә bir çәrәk!

Ey dustan, dülgәrә tapşırmayın dibәk,

Zira ki, xәrci küftә sizi xarizar edәr.

 

Qış çıxsa, eyd gәlsә, bahar olsa-gül açar,

Bülbül gәlәr tәrәnnümә, qәm qәlbdәn qaçar,

Yainki xәlqimiz genә kәl-kәllәsin açar,

Qәddarәyi-cәhalәt onu zәxmidar edәr.

 

Әvvәl gәrәk verәm sizә bir sәr-sәlamәti,

Göz yaşım ilә isladam o pak türbәti.

Bәd әrz edәm: Gәtirdimi yeznә әmanәti?

Möcüz hәmişә onlar ilә iftixar edәr.

 

 

ETDİN!

  

Sən güribeyi-miskini bibalü-pәr etdin,

Verdin qanadı serçiyә, xeyli zәrәr etdin.

Xәlq eylәdiyin meyvәlәri yırtdı, dağıtdı,

Çün dimdiyini tiztәr әz niştәr etdin.

Xәlq eylәmisәn "әksәri-әmrudi" uzunsov,

Әmrudi-zimistani niyә girdәvәr etdin?

Yüz şәklidә, yüz tәmidә alma ki, yaratdın,

Yoxsul kişinin fikrini zirü zәbәr etdin.

Heyvalarә xoşrayihә xәlq eylәmisәn çox,

Zәrdalunu hәm misli-nәbatü şәkәr etdin.

"Hacı Mәliki", "Sәrdәcәli", "Xanqulu-Xani"

Yusif kimi şirin-dәhәnü, simübәr etdin.

Bilmәm nәyi xurmani elә dadlı yaratdın,

Turpi, bibәri, filfili misli-zәhәr etdin?

Çox hörmәti var tacirü tüccar arasında-

Badami-gülәndami әcәb bәxtәvәr etdin.

Siması çopur, heyәti-mәcmuәsi mәzhәk,

Xәlq eylәdin ol daş kәlәmi, çox hünәr etdin?

Fındıx var ikәn püstәni neylәrdin, ilahi,

İsraf hәramdır deyә, bizdәn betәr etdin.

Sәrf eylәdin ovqatuvi itburnu qayırdın,

Bax bir ona, zәnn etmә ki, şәqqülqәmәr etdin.

Yüz gunә üzüm vardı fәqәt mülki-güneydә,

Xoşbәxt üzümün tayifәsin biştәr etdin.

"Fәxri"lәrә lütf eylәmisәn dövlәti-büsyar,