BİR BUSӘ ARZUSUNDAYAM

 

Enә baluni-fikrim getmәk istәr çәrxi-dәvvarә,

Xәnli var gedә çәrxә, çәkә Qәffarә qәddarә.

Bir ay bayrama qalmış yazmışam Qәffarә bir әrzә

Ki, var bir qәdri borcum çitçiyә, baqqalә, әttarә,

Bu gün çәrşәnbeyi-axir, çavabi gәlmәyib hala,

Әgәr sәbr eylәyәm, vallah, çәkәr borşlu mәni darә.

Götür telfuni, ey saqi, xәbәr ver qabi-qovsinә,

İki saәt yarım möhlәt sәnә, ya çek vә ya parә!

Sәnin dәrgahüvә gәlmәk deyildi bir zaman mümkün,

Bihәmdüllah, bu gün ol müşkülü hәll etdi tәyyarә.

Qucaqla bir mәni, çün sәndәn airılmaq xәyalım var,

Necә әxbar edim bu mәtlәbi biçarә sәmvarә?

Deyilmәz bu ki: ey çaydan, du sal çadirşәbin başә

Vә gәl ahәstә-ahәstә dalımca suyi-bazarә[1].

Dimağim fikri-istiqbal ilә bәski, çәkişmişdi,

Gecә ta sübh olunca çәkmişәm yüz danә siqarә.

Mәnә ol çövhәri-tiryak ilә bir iynә vur saqi,

Dağılsın qorxuram beynim bәnagah misli-xümparә[2].

Burax tәrdidü tәdbiri[3], kәnar ol zeyqi-mәhbәsdәn[4],

Xilas eylәr sәni qәmdәn, pişikdәn qorxma, ey farә[5],

Dedim: bir busә ver, cana! Dedi: busә tila istәr.

Dedim: çәk bu qızıl dişi!-nişәst[6] etdi bu söz yarә.

Gözün yaş ilә doldurdu, dedi: Möcüz, nә söylәrsәn,

Qucaqla dilbәrin, qoy lәblәrin lәli-şәkәrbarә!

 

 

[1]--bazara tәrәf

[2]--kuzә parçası kimi

[3]--sözdәn dönüb, tәdbir görmәk

[4]--burada: sıxıntılı fikirdən

[5]--siçan

[6]--təsir

 

 

 

KİŞİLӘR

 

Bivәfa çıxmış zәni-Mollayi-Rum,

Cümleyi-övrәtlәrә eylәr hücum.

Molla söylәr ki,  mühәqqәq, bәrmәla,

"Sәk vәfa darәd, nәdarәd zәn vәfa"[1]

Bir Züleyxa eşq dalınca gedib,

Sureyi-Yusif  onu rüsvay edib.

Min nәfәr "Yusif" sәnә verrәm nişan,

Eşq sәhrasında vermiş başü can.

Altı yüz  evli kişi qürbәtdәdir,

Әhl-beyti atәşi-firqәtdәdir.

Sәbr edir on il fәraqi-şovhәrә[2],

Әcnәbi soxmaz otaqi şovhәrә.

Hәr kecә әmma "vәfalı" şovhәri,

Eyşü nuş eylәr yanında bir qәri.

 

[1]--itin vәfası var, qadının vәfası yoxdur, (Mollayi-Rumi)

[2]--әrinin ayrılığına

 

 

 

XӘSİSİN AQİBӘTİ

 

Fәsli-bahar idi keçir idim lalәzaridәn,

Xoş sövt ilә oxurdu, eşitdim hәzaridәn[1].

Bülbül, sәnin dә var mәgәr alәmdә bir qәmin?

Gördüm o da şikayәt edir ruzigaridәn.

Ta var fәraq, dәrdi-gülüstani dәhridә,

Әksilmәz ahü   nalә sәsi bu diyaridәn!

Gәl әndәlibin[2] halını seyr eylә, onda sәn,

Zalim fәlәk çün, ayrı salar yari yaridәn.

Diş düşdü, baş ağardı, kәman oldu qamәtim,

Bir sәs gәlir qulağimә hәr gün mәzaridәn.

"Gәl, gәl ki, gözlәyir yoluvi xaneyi-lәhәd[3]

Gәl, murü mari[4] eylә xilas intizaridәn!"

Qüvvәtli çox cavanlar әsir etdi şahi-mәrg[5],

Bak eylәmәz sәnin kimi bir ixtiyaridәn[6].

Nagәh әlindә badә gәlәr saqiyi-әcәl,

Zur ilә hülqüvә[7] tökәr ol zәhrimaridәn.

Vermәz ölüm o qәdri sәnә fürsәt, ey әmu!

Ta bir içim su meyl edәsәn cuybaridәn[8].

Eylә vida, әhlü әyalin hәmişәlik,

Didar qaldı mәәrә, әl çәk nigaridәn!

Divari-qәbri hiç dilavәr  yarammadı,

Mümkün deyil fәrar o möhkәm divaridәn!

Sultandi can bәdәndә, bәdәn tәxti-sәltәnәt,

Sultan ki qalxdı, tәxt düşәr etibaridәn.

Varis deyәr: mәnimdi bu dövlәt, tez ol görәk!

Tәşrif apar ki, çıxdı әlin ixtiyaridәn!

Düşsә yolun mәzar evinә, qәflәt eylәmә,

Kam al doyunca, sәn dә, әmu, susmaridәn[9]

Varis "Hotel Palas"da eyәr müftә pulları,

Busә alar doyunca qәlәm qaşlı Maridәn[10].

-- Qurban ola ata vә anam gül dәhanüvә,

Can madmazil, gözәldi cәmalin baharidәn!

Aşiq qoyar külahı erә, yar şapkanı,

Zülfün tökәr üzarә yәminü, yәsaridәn[11].

Dәf sәslәnәr, kamança deyәr: yar, yar, yar!

Saqi tökәr gilasә meyi müşkbaridәn.

Şampan qәdәhlәri çün bir-birә dәyәr,

Өvc eylәr asimanә bu sәs çәngü taridәn:

Ya bәxtiyar edin özüzü, ciddü cәhdlә,

Ya parisa[12] olun, çәkin әl kәsbi-karidәn!

Bәdbәxt o kimsәdir ki, yığar malı sandığa,

Xәrc eylәmәz erindә, keçәr ömrü yaridәn.

Beynin yoruldu, çortgә qabağında sübhü şam,

Hasil nә oldu bәs sәnә bu dәrrә-daridәn?

Bir xәstәxanә millәt üçün etmәdin bina,

Naxoşlar öldü küçәdә, baxdın kәnaridәn.

Ey kaş, olaydı dövlәtin ömrün kimi zәlil,

Bir körpü yandıraydın o darü nәdaridәn.

Nә millәtә, nә dövlәtә bir xidmәt eylәdin,

Bir huşә gәl, dadaş, geçә keçdi qәraridәn!

Gәh Bәsrәdәn sәsin gәliri, gahi Misridәn,

Gәh Şamü şumidәn vә gәhi Qәndiharidәn

Әsbab eyş xofü xәtәr, mәnzilin rübat[13],

Fәrqi nәdir belә kişinin çarvadaridәn

Möcüz, ağardı sübh yeri, huşә gәl görәk,

Yalvar, sızılda, әfv dilә kirdigaridәn!

Salma aşağә böylә sәri-şәrmәsarüvi,

Allah bağışlayandı, keçәr tövbәkaridәn.

 

[1]--bülbül

[2]--bülbül

[3]--qәbir evi

[4]--qarışqa vә ilanı

[5]--ölüm padşahı

[6]--qocadan

[7]--boğaz

[8]--su arxından

[9]--kərtənkələ

[10]--Mariya

[11]--sağ və soldan

[12]--dünyanı tərk etmiş adam

[13]--uzaq

 

 

 

GӘTİR ŞӘRABİ

 

Yoxdu bir şәxs mәnim tək, meyә muştaq olsun.

Saqiya, ver, iki dünyadә üzün ağ olsun!

Vermәsәn millәtә mey, mail olar tiryakә,

Ver, әgәr istәmisәn, xәlq qurumsaq olsun!

Meyi mәn şirәkeşә etdim hәlal, ey saqi,

 Demә axunda, ver içsin,  bәdәni çağ olsun!

Mey bәdәxlaq edәr insani deyәrlәr, insan

Olmasın tәnbәlu biar, bәdәxlaq olsun!

Qәhvәdә şirә çәkәr şirәkeşi zәnçirә,

Qoy o da kuçәdә çәksin, qәmә dustaq olsun!

Bәs deyilmi bu qәdәr, tabekey iranlıların,

Әşki-xunin ilә kirpiklәri islaq olsun?

Saqiya, Möcüzi-muştaqә o meydәn ver ki,

Abi-Kosәr kimi xoştәm vә bәrraq olsun!

Qıldan incә olu vaiz buyurur Puli-Sirat,

Şiəyi-bәdәmәlin  nasiri xәllaq olsun!

Bir çaket al mәnә, sat bu әrәbi paltarı,

Gәrәk orda kişi qırğı kimi qıvraq olsun,

Şirәkeşlik bizi qoymur çalışaq, ey naci,

İzn ver millәtә abuneyi-konyak olsun!

Baba dәrvişә dedim tut әlüvә bir pişә,

Tәbәri atdı hәvayә dedi: bu sağ olsun!

Aldı әmniyyә әlindәn tәbәri, kәşkuli,

Ağzının dadı  gәrәk  misli-sarımsaq olsun.

Bar-ilahi, sәn özün eylә kömәk dәrvişә,

Baba dәrviş necә bu qış günü sallaq olsun?!

Bu neçә әsridi, ya rәb ki, deyirlәr xәlqin

Kәllәsindә nә dürüyә, nә dә papaq olsun?!

Rәhm iox zәrrәçә qәlbindә o Sadıq xanın,

Görüm allah, әli şil, qıçları çolaq olsun!

Düryәmi eylәdi parә, başaçıq getdim evә,

Baxdı arvad dedi: vah-vah! hәzәr, irağ olsun!

Dedim: ey hәmdәmi-çan, qorxuram axir deyәlәr,

Nә qәrә çadirә, nә qırmızı başmaq olsun!

Qoyaçaq başinә sәrpuşi-cәdidi[1] hökmәn,

İstәr ol sahibi-baş hәzrәti Әshaq olsun!

Girәm hökm eylәdi dövlәt, fәqәt, ey lamәzhәb,

Neçә әmniyyә axundun üzünә olsun!

Dedim: ey qönçәdәhan qorxma yıxılmaz dünya

Qoy o da bir neçә gün xanәdә dustaq olsun!

 

[1]-eni baş örtüyü

 

 

 

QIZIL GÜLӘ, SӘN!

 

Sәni xuda yaradıb, dilbәra, deyib-gülәsәn,

Nәinki sallayasan qaşqabağuvi belә sәn!

Mәn aşiqәm sәnә, ey yar, әndәlib kimi,

Cәhәt odur ki, bala, bәnzisәn qızılgülә sәn.

Yaralı, xәstә kimi biqәrar olur könlüm,

Vuranda şanә, cәvanim, o zülfü kakilә sәn.

İlan vuran yatar әmma mәnim yuxum gәlmәz.

Nolur ki, rәhmә gәlib bir gecә bizә gәlәsәn!

Әgәr deyәm: Mәnә bir busә ver dodağından!

Deyәr: Günahdı, bu, vermәm, әgәrçi lap ölәsәn!

Sәnә namazi-cәmaәt yaraşmaz, ey dilbәr,

Firui-dini, qızım, çünki bilmisәn hәlә sәn,

Günah bir bu deyil, aç risalәni bax bir,

Hәzar heyf ki, sәn bisavadü cahilәsәn!

Xuda bahasına bir bistilik soğan vermәz,

Әgәr qiyamәtәdәk müttәsil namaz qılasan.

Mәnim dilimcә anan Fatmaya sәlam eylә,

Ki, xәlq ilә edisәn xeyli bәd müamilә sәn.

Bacayi inki deyә: "Lailahә illәllah!",

Kişisiz övrәtә söylәr ki: Әclaf, hamilәsәn!

Günorta vәxti gedir mәscidi-Bәrabә tәrәf,

Xala, mәnә de görüm, xәlqi salmısan әlә sәn?

Kimin cәsarәti var yan baxa sizin tәrәfә,

Әbәs yerә qoyusan, bacı, qapuva gilә sәn.

Nә eybi var, ola gәr "camә qәsbi, ca qәsbi".

Namaz vәqti keçir, qollaruvi çırmala sәn!

"Dodağın öp balamın!"--söylisәn mәni-zara,

Hәzar bar öpәrәm, burnunu әgәr silәsәn.

Necә qucağa alım mәn bu tifli-mәsumi,

Üzü-gözü qaralıb, soxmusan bunu külә sәn?

Alıb qucağına bir natәmiz uşaq, ey vay,

Çiçәk, amandı yetiş, bu uşağı pörtәlә sәn!

Gәnә gәlir Abacım naz ilә bizә mehman,

Gәl, indi ver bu kifir arvad ilә әl-әlә sәn!

 

 

 

XUDAYA!

 

Sәn gürbeyi-miskini[1] bibalü-pәr[2] etdin

Verdin qanadı serçiyә, xeyli zәrәr etdin.

Xәlq  eylәdiyin  meyvәlәri   yırtdı,  dağıtdı,

Çün dimdiyini tiztәr әz niştәr[3] etdin.

Xәlq eylәmisәn әksәri-әmrudi uzunsov,

Әmrudi-zimistani niyә girdәvәr etdin?

Yüz şәklidә, yüz tәmidә alma ki, yaratdın,

Yoxsul kişinin  fikrini zirü zәbәr etdin.

Heyvalәri  xoşrayihә xәlq eylәmisәn çox,

Zәrdalunu hәm  misli-nәbatü şәkәr etdin.

"Haçı Mәliki", "Sәrdәcәli", "Xanqulu-Xani",

Yusif kimi şirin-dәhәnü simübәr[4] etdin.

Bilmәm niyә xurmani elә dadlı yaratdın?

Turpi, bibәri, filfili misli-zәhәr etdin.

Çox hörmәti var tacirü tüccar arasında,

Badami-gülәndami әcәb bәxtәvәr etdin.

Siması çopur, heyәti-mәcmuәsi mәzhәk[5],

Xәlq eylәdin ol daş kәlәmi, çox hünәr etdin!?

Fındıx var  ikәn püstәni neylәrdin, ilahi,

İsraf hәramdır  deyә, bizdәn bәtәr etdin.

Sәrf eylәdin ovqatuvi[6] itburnu qayırdın,

Bax bir ona, zәnn etmә ki, şәqqülqәmәr etdin.

Yüz gunә üzüm vardı fәqәt mülki-güneydә,

Xoşbәxt üzümün tayifәsin biştәr[7] etdin.

"Fәxri"lәrә lütf eylәmisәn dövlәti-büsyar,

Raziqlәri yoxsulluq ilә didәtәr[8] etdin.

Әtfali-sәrәk dәstә yatır bir-biri üstә,

Düyanı o biçarәlәrә tәngtәr etdin.

İllәt nola kişmiş tәrәfә meylin olubdur

Ki, millәti-әnkurә onu taci-sәr etdin?

"Lәli"ni, "sühabini", "kәrәndami"ni, yahu!

Qarun kimi müstәqriqi-lәlü gühәr[9] etdin.

Zәfran suyuna basdın o narınçı, limuni,

Nari, gilәnari, niyә xuninciyәr[10] etdin?

Sarı, qәrә, köi, qırmızı alu yaradıbsan,

"Mәsrәflәri[11] sevmәm" dedin, әmma nәlәr etdin?

Ağ gәrmәyi bazaridә çün sahibi-övlad

Gördü, dedi: "Zalim, mәni sәn dәrbәdәr etdin!"

Baxdı qonağa hәsrәt ilә, seylәdi, ya rәb!

"Qismәt mәnә dünyadә fәqәt gülbәsәr etdin!"

Lütf eylәdin hacı edi, qarpız kimi şişdi,

Mәn nei kimi qaldım, mәni çün rәncibәr etdin!

Biçarә söyüd çox sәnә yalvardı, yaxardı,

Әl qozadı dәrgahuva, sәyin hәdәr etdin.

O sızladı, yalvardı, ona etmәdin ehsan,

Әmma cevizi-xeyrәsәri-milyaner etdin.

Bir şahi dә lütf eylәmәdin sәrvә, çinarә,

Minlәrcә tümәn torta verib, mötәbәr etdin.

Şaftalini görcək kasıbın ağzı sulandı,

Heyfa ki, o biçarәni xali-kәmәr etdin.

Görcәk hulunu başladı fәryadә, cavanmәrg,

"Kәs, bic!" dedim axir mәni sәn dәngәsәr etdin.

"Әdli sevirәm, zalimi sevmәm!" dedin, әmma

Әnçiri yaratdın, mәni bisimü zәr etdin.

Qәsd eylәdi hәm çaninә, hәm malinә millәt,

Sәn iydəni çovkani-qәzavü qәdәr etdin.

Başin dayadı mehreyi-divarә dәraxir,

Bükdün belini,  oğlanı misli pәdәr etdin.

Gülzari-mәhәbbәtdә hәzar[12] olmadı dilşad,

Biz bәxti qara tәk onu da nohәgәr etdin.

Tәrk eylәdi dünyani beş-on gündә zavallı,

Biçarә gülün ömrünü çox müxtәsәr etdin.

Saldıla tәnurә sәni, biçarә çuğundur,

Yandın gecә orda, necә şami sәhәr etdin.

Arı qayıran balı hacı etdi tәnavül,

Düzdür desәm insanları sәn müftәxәr[13] etdin.

Uşqun[14] әli neylәrdi desәk, molla deyәr: "Kәs!"

Gәrçi onu bir-danә, bizi min nәfәr etdi.

Vaiz! Nә Өmәr, bәlkә sәn әfsanәlәrinlә

Nisvani supa, tifli-qodux, mәrdi xәr etdin?

Möcüz, Өmәr etdi sәni islamә müşәrrәf,

Mindin şüqürә[15] beyti-xudayә sәfәr etdin.

Tökdün  sәn özün qanuvi meydani-Bәrabә,

Sәn ki, o günahuvi bәhökmi-Өmәr etdin.

Qanın azalıb, indi deyirsәn ona düşnam[16],

O neylәsin, oğlan, sәn özün dәrdәcәr etdin

 

[1]--yazıq pişik

[2]--qol-qanadsız

[3]--ülgücdәn dә iti

[4]--gümüş bәdәnli

[5]--bütün görünüşü gülünç

[6]--vaxtını

[7]--daha artıq

[8]--gözü yaşlı

[9]-- çәvahirlәrә qərq  olmuş

[10]-- ciyәri  qanlı

[11]-- israf edənlәri

[12]-- bülbül

[13]--iftixarlı

[14]--turşəng

[15]--dəvə

[16] --söyüş

 

 

 

EHTİYAC

 

Ey gözlәri piyalә, ey qaşları qәlәm,

Dәrdi-fәraqin ilә Әli, az qalır ölәm.

 

Şövqi-vüsal ilә edәrәm şad könlümü,

Vәslin, bala, nә vәqt edәr abad könlümü?

Sәn etmisәn әsir o azad könlümü,

Sәnsәn sәbәb әgәr ürәyim bağlaya vәrәm.

 

Mәn düşmәnәm cәnabüvә, yainki yaruvam,

Hәr kәs bilir ki, aşiqi-biixtiyarüvam,

Mәn neylәrәm bahari, sәnin intizaruvam,

Zәnn eylәmә ki, fәsli-bahar ilә xürrәmәm,

 

Hәr vәqt qәm edәrdi mәni çaki pirәhәn,

Siqar ilә edәrdim o mәlunә-hәmlә mәn,

"Zәrd әvvәl" eylәyib putuna zәm on tümәn,

Minbәd edәrmi bir dә üşşaq dәfi-qәm?

 

Bәs ki, salıb tütün Güneyistanә şurişin,

Tiryakilәr çәkir kecә damlarda ya Hüseyn?

Vermişlә әl-әlә, bala, mәzlum seyyideyn[1],

Mәşd İsmayıl, birinci, ikinci, üçüncü hәm.

 

[1]--seyidlәr

 

Viran edirlә xaneyi-әqli әsasidәn,

Baci-xәrac alırla zikurü ünasidәn,

"Әlli nömür"[2] yuxarıdır on beş abasidәn,

Qorxum  budur  özün  asa әşxasi-bidirәm[3].

 

[2]--tütün növlәri

[3]--pulsuz  adamlar

 

Zülmün tülui dәm-bә-dәm eylәr ziyadraq,

Xasә o "bәrgi-sәbzü", "bayqara" vә "şeşqulaq".

Yox çarә, qeyr әzinki Tükәzbanı boşluyaq,

Bu qәdri mәsrәf ilә necә saxlayaq hәrәm?

 

Versәk hәr il iyirmi tümәn çayә maliyat,

Vursa beş-altı silli dә xәlqә duxaniyat,

Biçiz millәtin üzünә bağlanar Fәrat,

Nari-sәfalәt ilә yanar xaneyi-әcәm.

 

Çayın ki, yoxdu mәnfәәti, suvay...

Sat çaydanı, etmә onunla alış-veriş.

Çәkmә siqarә, eylә bir az hövsәlәn geniş,

Artırsa qәm hәrarәti, qoydurgilәn hәcәm.

 

Çay içmәsәm sәhәr gedәrәm ixtiyaridәn,

Siqarsız sәsim gәlәr qәri-mәzaridәn[4],

Zülmi-tütün çoxaldı, çıxın bu diyaridәn,

Xasә, "Mәhәmmәdiyyә", edir xәlqә çox sitәm.

 

[4]--qәbrin dibindәn

 

Çıxmaq mәgәr rahatdı, çıxım, ey filan, filan!

Yol xәrci, puli-tәzkirә vә rişvә min qran,

İnsan  necә  bu bari-sәqilә[5] verә  tәkan,

"Al daluva!" deyәrlә mәnә, mәn mәgәr xәrәm!?

 

[5]--ağır  yükә

 

Beş yüz tümәn mәvacib alır bir nәfәr gәda,

Beş yüz tümәn dә rişvә eyәr, va Mәhәmmәda!

Mәn gәr deyәm o zalimә: "Yoxdur. xuda-muda!"

Әqrәb kimi o saәt edәr quyruğun әlәm.

 

Ya dini, mәzhәbi edin inkar misli-mәn,

Ya әl çәkin o xanәbәrәndaz[6] zülmüdәn.

Lәnәt әvam dininә eksәd hәzar mәn[7],

İrani yıxdı, etdi misali-sәrayi-Cәm.

 

[6]--dağıdan

[7]--yüz min batman

 

Piri-zәif[8] tәrk edә bilmәz siqarәni,

Dәva gunü cavanlar edәr rәf düşmәni.

Qorxum budur әsir edә İkramiyә sәni,

Zira ki, çox rәşiddi Möcüz, o dud-dәm.

 

[8]--zәif qoca

 

 

 

PULDUR PUL

 

Gündә bir pulsuzu qәssabi-әcәl darә çәkәr,

Bәrkidәr әl-ayağın  üstünә  qәddarә çәkәr,

Bahalıqdan nәlәr o kasıbi-biçәrә çәkәr,

Çörәyә  vermәyә  yox dirhәmi, dinarı, dadaş!

Qara puldur kişinin qәm günü qәmxarı, dadaş!

 

Qızılı qız kimi al qoynuva, yat ta bә sәhәr,

Sәnә nә kәr ola dünya hamısı zirü zәbәr

Kәmәrә qoyma zәrü simüvi, ey nuri-bәsәr[1].

Can kimi bağruva bas dirhәmi, dinarı, dadaş!

 

[1]--göz  işığı

 

İstәsәn rahәt olub, kef çәksәn yay vә qışı,

Qıçın arvad qıçına çatma a biçarә kişi,

Әnküvi nallama  bica erә, doldur cibişi,

Çünki puldur kişinin qәm günü qәmxarı, dadaş!

 

Ola gәr azsa kimi hәm hüsnü, cәmalı kasıbın,

Ağlı azsa, xoşuna gәlsә әyalı kasıbın

Varlı almaz qızını,  başı bәlalı kasıbın.

Bunu yüz erdә sәnә әmr elәyib tarı, dadaş!

 

Nә qәdәr çirkin ola varlı qızın al qucağa,

Bәnziyә  gәr  sifәti  rәndәyә,  başı qabağa,

Çünki o dirhәmü dinardı başdan-ayağa,

Can kimi bağruva bas dirhәmi, dinarı, dadaş!

 

Pullu hәmmamә gәlәndә yığışallar yanına,

Usta, rәşbәr, camadar kisә çәkәrlәr canına,

Yağlı quyruqdu, hәrә bir pay atarlar dalına,

Bunu yüz erdә sәnә әmr elәyir tarı, dadaş!

 

Pullu istәr soyuna, hovlu verәrlәr tәlәsik,

Pulsuza rәşbәr atar bir fitә ortası dәlik,

Әndә-mәndә1 desә onbasına beş, on da tәpik,

Çünki puldur kişinin qәm günü qәmxarı, dadaş?

 

Pullu hәr hәftә boyar saqqalını qir kimi,

Meyl  edәr  qayğanağı,  nәrә  çәkәr  şir kimi,

Yoxdu pul qәdri bilәn dәhridә cibkir kimi,

Can kimi bağruva bas dirhәmi, dinarı, dadaş!

 

Parasız olmayasan, kor olasan, kar olasan,

Pul әlindәn yapışa, azimi-bazar olasan,

Dari-dünyadә әgәr istәmisәn xar olasan,

Can kimi bağruva bas dirhәmi, dinarı, dadaş!

 

Plovu pullu edәr meyl -- bu bir qaidәdir,

Firni o şәhdi-şәkәr pulsuza bifaidәdir,

Sözümә eylә әmәl, gәr qulağın daidәdir,

Bunu yüz erdә sәnә әmr elәyib tarı, dadaş!

 

Çaştıya pullu eyәr  küftәni, qәlyanı çәkәr,

Xabi-şirinә gedәr, başına  yorğanı çәkәr,

Füqәranın pulu yox, möhnәti-dünyanı çәkәr,

Çünki puldur kişinin qәm günü qәmxarı, dadaş?

 

Gülә bülbül kimi aşiqlik edib, yorma sәsin,

Aşiqi-simü zәr ol, eşqә әgәr  var hәvәsin,

Gül  nәdir, eşq nәdir, puldu sәnin dadrәsin,

Bunu yüz erdә sәnә әmr elәyib tarı, dadaş!

 

Yoxdu bir zad bu cahanda qaradan[2], istәmәli.

Pul  ilә mümkün  olar sәbzә, tәbarzә әmәli.

Yoxlama, aç qulağın ver mәnә, ey Rüstәmәli!

Bunu yüz erdә sәnә әmr elәyib tarı, dadaş!

 

[2] -- puldan

 

Bir kürür әhli-vәtәn qan qüsur İranda bu gün,

Füqәranın әzilir başı dәyirmanda bu gün,

Deyirәm mәn bu sözü hәr kәsә, hәr yanda  bu gün,

Qara puldur kişinin qәm günü qәmxarı, dadaş!

 

Hacılar sәdri-mәcalisdә hәmişә qurulur,

Sözü keçmәz kasıbın, boş erә ağzı yorulur,

Pulu, pulsuz ölünün ovcuna qoysan, dirilir,

Çünki puldur kişinin qәm günü qәmxarı, dadaş?

 

Mәclisә daxil olur pullu xanım lalә kimi,

Yadü biganә alır dövrәsini halә kimi,

Süfrәdә tәk qalı pulsuz bacı, qәssәlә kimi,

Çünki puldur kişinin qәm günü qәmxarı, dadaş!

 

Yarü yoldaş vә rәfiqin hamısından, a kişi,

Çünki yoxdur sәnә bir fayda bulardan, a kişi,

Dost bәsdir sәnә qoynundakı hәmyan, a kişi

Can kimi bağruva bas dirhәmi, dinarı, dadaş!

 

Yarü yoldaş qara  gündә qoyacaqlar sәni tәk,

Gәr acından ölәsәn, bir tikә vermәzlә çörәk,

Yanuva qoyma bәqeyr әz lirә, mәcdiyә, çәrәk,

Can  kimi  bağruva  bas dirhәmi, dinarı, dadaş!

 

Gәrçi vaiz sәnә hey tәrk elә dünyanı deyir,

Can kimi bağruva  bas puri vә qılmanı deyir,

Әdә!.. Möcüz dә sәnә bu sözü pünhanı deyir:

Sözümә eylә әmәl, ey qara  göz, sarı dadaş!

Can kimi bağruva bas dirhәmi, dinarı, dadaş!

 

 

 

SӘADӘT PӘRİSİ

 

Sәadәt kәlmәsin sil dәftәri-xülyadәn, ey saqi!

Xilas eylә xәyali-millәti sövdadәn, ey saqi!

 

Cahani qoydu getdi Bәhmәnü Keyxosrovü Dara,

Nә Hacәr qaldı dünyada, nә İbrahim, nә dә Sara.

Sәadәt barәsindә etdi Zülqәrneyn[1] çox şura,

Fәqәt yәs ilә döndü mәclisi-şuradәn, ey saqi!

 

[1]--Makedoniyalı İskәndәr

 

Dәxi görmәz cahan әhli o Nadir şahi dünyadә,

Fәqәt qaldı o şahin xeymövü xәrgahı dünyadә.

Sәadәt axtaran! Axtarma, yox, vallahi, dünyadә,

Eşitdim bu sözü mәn saqә sәhbadәn, ey saqi!

 

Deyәr sövti-qәmәngiz ilә hәr gün kәbkü[2] bildirçin,

Sәadәt güllәri pürxardir[3] әl vurma, ey gülçin,

Sәadәt gülşәnin soldurdu şövqi-kakili-pürçin,

Züleyxa dәrmәdi bir gül, o gülsimadәn, ey saqi!

 

[2]--göyәrçin

[3]--tikanlıdır

 

Zavallı Xosrovü Pәrviz baş ilә canidәn keçdi.

Qәlәtdir gәr deyәm, axir sәadәt badәsin içdi.

Sәadәt gәlmәdәn әvvәl әcәl gәldi, kәfәn biçdi,

Apardı bağrı qan biçarәni dünyadәn, ey saqi!

 

Sәadәt ölmәz hәr giz hәmzәban[4] olsa mәhәbbәtlә,

Sәadәt istisәn, hәmnövüvi sev pak niyyәtlә,

Өzün bәdbәxt әdәr nadan kişi büğzü әdavәtlә,

Әdavәtdәn hәzәr qıl, qorxma әcdәrhadәn, ey saqi!

 

[4]--dilbir

 

Zәmani ki, cahan әhli giriftari-cünun[5] oldu,

Qılınclar çıxdı qından, guhü sәhra lalәgun oldu,

Qazıldı rişeyi-nәxli-mәhәbbәt[6] sәrnigün oldu,

Sәadәt rehlәt[7] etdi alәmi-mәnadәn ey saqi!

 

[5]--dәliliyә  tutuldu

[6]--mәhәbbәt   ağacının   kökü  qazıldı

[7]-- köçdü

 

Sәadәt yoldadır zәnn eylәmişdi cahil insanlar,

Düzüldü bәd әz on ki, yan-yana minlәrcә qurbanlar,

Ayıldı xabi-qәflәtdәn, nә gördü aclar, üryanlar,

Döşәnmiş xakә, titrәr şiddәti-sәrmadәn, ey saqi!

 

Biz insanıq әgәr, olmaz bu cür insani dirrәndә[8],

Nә insan? Bәlkә bizdәn yaxşıdır, gürgani dirrәndә,

Әgәr hökmәn "biz insanik" deyәr әyani dirrәndә,

Gәrәk onlar da hökmәn әl çәkә izadәn, ey saqi!

 

[8]--yırtıcı

 

Sәadәt pakdir, ondan qaçan insan müqәssirdir,

Aparsa düzd[9] xәlqin kisәsin,  ajan müqәssirdir,

Sәadәt kәlmәsin tәfsir edәn nadan müqәssirdir,

Onun tәfsirin öyrәnsin gәrәk İsadәn, ey saqi!

 

[9]--oğru

 

Müti olmaz sәadәt dilbәri insanә hәrb ilә,

Sәadәt istәsәn gülsun sәnә, azari tәrk eylә!

Mәhәbbәt gülşәnindәn dәr sәadәt güllәrin, iylә,

әttәrdir o güllәr әmbәri-saradәn, ey saqi!

 

Mәhәbbәt gülşәnin vurduz, dağıtdız, eylәdiz bәrhәm,

Qәbul etmәz dәxi o xanimansuz yarәlәr mәrhәm,

Bu qövmin mәzhәbindә min nәfәrdәn eydi bir dirhәm,

Bu qövmin qәlbi bәrkdir, süxreyi-sәmmadәn, ey saqi?

 

Pozulmuş nәzmi-alәm, hәr tәrәfdә nalәvü şivәn,

Hәzaran mәrdü zәn  bikar, bişәlvarü pirahәn,

Olubdur tirәşәb elda kimi o alәmi-rövşәn,

Keçәr gәrçi tәmam on sәkkiz il dәvadәn, ey saqi!

 

Sıxıldı canım, ey dilbәr, dayanma, әzmi-meydan et,

O qönçә lәblәrin aç, gül, danış, üşşaqi xәndan et,

Әgәr var saqәri-sәhbadә mey, bir badә ehsan et

Ki, oldu xәstә Möcüz, söhbәti-bәlvadәn[10] ey saqi!

 

[10]--döyüş