HӘFTӘ FӘRYADI

 

 

 

 

"Fikrinizdәki doğru dilinizdә olursa, dәrinizә saman tәpәrlәr".

 

Bu sözlәri dә biz atalar sözü vә mәsәllәrin cәrgәsindә qoymaq istәyiriz. Siz deyәcәksiniz: belә "atalar sözü" yoxdur, biz eşitmәmişik. Bizim eşitdiyimiz "doğru söylәyәni doqquz kәnddәn qovarlar"dı ki, osmanlılarda zәrb-mәsәldir. Biz deyәcәyiz, nә olur әfәndim, zindәganlığımıza baxıb da vaxtın tәqazasına görә bir mәsәl dә biz uydursaq, böyükmü xәta olur?

 

Bu mәsәllәri millәt zәmanәyә görә tәcrübә gücünә edir, gah vaxt mәsәllәr bir neçә millәt üçün ümumi olur. Belә olan surәtdә ümumi mәsәllәri olan millәtlәrin bir şeydә bir tövr tәrәqqi vә ya tәnәzzül tapmağına diqqәt etmәyә, ya bir neçә millәtin xasiyyәtlәrinin, adәtlәrinin bir-birinә oxşamağına nәzәr yetirmәk. Mәsәlәn: gürcü millәti ilә türklәrin bir mәnada olan mәsәllәri çox çoxdur. Hәtta rus millәtinin dә bir neçә mәsәllәri bizimkilәr ilә bir mәnada işlәnir. Mәsәlәn: "Yağışdan çıxdım, yağmura düşdüm"; rus deyir: "Oddan çıxdım, alova düşdüm". [...] Nә isә, bu mәsәllәrә artıq diqqәt etmәlidir. Az söz ilә bütün millәtin keçmişdә vә ya hal-hazırda fikri ilә vә yainki adәti ilә aşina olmaq  şübhәsizdir.

 

İndi biz dә zәmanәnin tәqazasına baxıb da tәcrübә gücünә özümüzdәn bir mәsәl uydururuz. Әlbәttә, tәcrübә vә ya sәbәb olmasa, uydurduğumuz "atalar sözü"nün mәnası da olmaz, ümumi mәsәl dә olmaz. Mәsәlәn, "heç kәs öz ayranına turş demәz" zәrb-mәsәli sәbәbsiz törәnmәyibdir. Bu mәsәlin törәnmәsinә nә sәbәb olmağını bilmәk istәyirsiniz isә, zindәganlığımıza diqqәt ediniz; bir bәzzaz taparsınızmı kәndi çürümüş bezinә "çürükdür" desin? Bir baqqal taparsınızmı qurdlu pendirinә "qurdludur" desin? Bir qәssab olarmı iylәnmiş әtinә "iylidir" desin? Bir qoca kişi taparsınızmı, cavan övrәtlәr hüzurunda 60, ya 70 yaşında olduğunu desin? Bir hәkim, bir tәbib olarmı "Mәn naxoşun azarını anlamıram" deyib dә qeyri hәkimә azarlısını hәvalә etsin?

 

Xeyr, әfәndim! Hәr kәsin kәndi malı, kәndi biliyi kәndisinә xoşdur. Belә dә gәrәk olsun, mәn deyә bilәrmiyәm ki, mәnim bezim, pendirim, әtim pisdir? Kim alar? Mәn deyә bilәrmiyәm ki, mәnim altmış, ya yetmiş sinnim var? Mәnә hankı gözәl rәğbәt edәr? Mәn deyә bilәrmiyәm; filan naxoşun azarı nә olduğunu bilmirәm. Tәşxis edәmirәm.... Birisini edәmirәm, ikisini, üçünü, sonra? Nә tövr mәnә baxarlar?

 

Bu qәdәr tәcrübәdәn sonra "heç kәs öz ayranına turş demәz" mәsәli ortalığa gәlibdir. Siz elә bilirsiniz "Adam adama gәrәkdir" atalar sözünün sәbәblәri yoxdur? Buyurunuz, әfәndim! İki il bundan müqәddәm Bakı müsәlmanlarına adam lazım deyil idi, hәr gecә bir-birini öldürürdülәr. "Şeytanın", görünür, müsәlmanlara heyfi gәlibdir; müsәlmanları öz ermәni qonşuları ilә yağı etdirdi: ermәni-müsәlman davası meydana gәldi, müsәlmanlar dedilәr: dәxi yetәr! İndi adam "adama gәrәkdir". Bir-birimizi puç etmәmәk, gücümüzü bir yerә cәm edib, düşmәnin müqabilindә dürmalıyız....  Bәli, bir neçә vaxt ittihad etdilәr, bir-birini öldürmәdilәr....

 

İndi ermәni-müsәlman davası qurtarır!.... Boş durmaqdan fayda yoxdur.... İndi bizә "adam gәrәk deyil" ... ölünüz! Öldürünüz! Sonra belә fürsәt әlә düşmәz, yenә başımız qarışar....  Bu әhvalat bir qeyri mәsәl dә törәdir: "Nә tökәrsәn aşına, o çıxar qaşığına".

 

Bәli, filankәs mәnim bibim nәvәsini öldürübdür, mәn onun qardaşını gәrәkdir "mәlәdәm" deyib dә, başına "cürlәr", kömәkçilәr toplayır....

 

Camaatımız isә bağda, kontorlarda, mağazalarda, otaqlarda papiros, ya qәlyan damaqlarında oturub söhbәt edirlәr. Qatillәrin "igidliklәrindәn" dәm vurub, axırda "nә tökәrsәn aşına, o çıxar qaşığına" mәsәli ilә kәndilәrini rahat edirlәr.... "Nә etmәk? Vurma, vurulma!"

 

Bәli, bu sözlәr ilә camaat rahat olur, fәqәt keçәn hәftә bir yetim qızın sözlәrini bu camaat düşünsә idi, yәqin ki,bәdbәxt müqatilәlәrә bir "sәrәncam çәkәrdilәr".

 

Bu balaca yetimçә "atamı istәyirәm" deyib kişilәrin gözlәrinә baxırdı. Deyәsәn, istәyirdi desin: "atamı "sizdәn", "siz camaatdan istәyirәm", nahaq yerә canlar puç olur. Camaat isә bu yetimlәrә cavab vermәyib, başlarını aşağı salır, "ağlayır". Nә olardı bu yetimçәlәr әl-әlә verib camaatdan kәndi atalarını istәyә idilәr! Bәlkә әsil günah kimdә olmağı dәxi dә aşkar ola idi.... O vaxt ürәklәri yanıb boş söhbәt etmәkdәn isә "iyidlәrin" qoçaqlığından, qoçuluğundan dәm vurmaqdan isә, bәlkә qeyrәtә gәlib bu böyük bәladan millәti xilas edәlәr, bәlkә qeyri millәtlәri bizim üstümüzә güldürmәyәlәr, "ağlatmayalar".

 

Yoxsa ümidinizi hökumәtә tutubsunuz? Ay bәdbәxtlәr! Yenәdәmi sizә quyu qazanları tanımırsınız? Gözünüzün qabağında olan әhvalatları görmürsünüzmü? Ya qәzetlәri oxumursunuz? Ya oxuyub da anlamıyırsınız? Yәqin ki, anlamırsınız. Anlamayanda oxumağınızdan nә hasil? "Oxuduğunu söylәmә, anladığını söylә" mәsәlini eşidibsinizki? Bu çox gözәl mәsәllәrdәndir.

 

Hәqiqәt hal, tәlәbәlәrimiz dә iyirmi il "dizlәrini yağır" edirlәr. Anladıqları nә olur? "Şikayәtmi?" Tәharәtmi? Rus tәlәbәlәrimiz elm tәhsil edirlәr, axırda ana dilinin lazım olmamağınımı anlayırlar?. "Yarımçılıqlar" müәllimlәri kәndilәri "yarımçılıq" olmaqlarını anlamırlar? Ya xeyr, "mәn çox da Marksın inşasını oxumuşam. Engelsi mütaliә etmişәm, lakin anlamışammı? Onların dediklәrinә әmәl edirәmmi? Yoxsa "müqәllidlik" edib, özümü qeyrisinә oxşadıram....

 

"Mancuriya Bahadırı" cәnab Kuropatkin dә yaponun barәsindә çox oxumuşdu, hәtta neçә ay sәyahәt edib Tokioya gedib çıxmış idi. Yaponun "gizlin" işlәrini pәk gözәl bilirdi, "Liliput" saldatlarını görmüş idi. Lakin bir şey anlamışdımı?.... Tokiodan başqa bir qeyri şeyә diqqәt etmәmişdi. Tokio çox xoşuna gәlmişdi. "Allah qoysa, mәn rus-yapon sülhnamәsinә Tokioda qol çәkdirәcәyәm" deyib, bir dә Tokio şәhәrinә getmәk istәdi....

 

Yaponlar isә cәnab Kuropatkini anlamayan bilib, Tokioya buraxdılar, "anlayan" bilsәydilәr buraxmazdılar.... İşin aqibәti göründü.

 

Vitte, Kokovosov cәnabları da dövlәtin nәqdiyyә mәsәlәsi barәsindә pәk gözәl oxumuşdular. Lakin anladılarmı? Vitteyә avropalılar "dirsәk göstәrdilәr". Kokovosov isә vәtәni bir neçә ilin müddәtinә satdı.

 

Cәnab Durnovo da hürriyyәtpәrәstlәrin proqramlarını tәfsilatilә tәlim etmişdi. Onların tәlәfinә ciddü-cәhd edirdi. Lakin onların proqramlarını anlayıb da, köklәrini kәsdimi? Yoxsa, işi yarımçılıq qoyub qaçdı?....

 

Ha!.... Bu tövr tәcrübәlәr "oxuduğunu söylәmә, anladığını söylә" mәsәli kimi atalar sözünün törәmәyinә sәbәb olur. İşdә "fikrinizdәki doğru dilinizdә olursa, dәrinizә saman tәpәrlәr" sözlәrini mәsәl әvәzinә işlәtmәk olmazmı? Bu sözlәri tәsdiq edәn әhvalatlarmı, ya tәcrübәlәrmi yoxdur? Nәrәdәn başlayaq?

 

İsa peyğәmbәrin tәvәllüdünә 424 il qalmış filosof Sokrat fikrindәki sözlәri dilinә aldığı üçün zәhәrlәndi, fikri yolunda qurban oldu getdi.... [...] Bu sәbәbә görә vәtәndaşımız mәşhur vә fazil qraf Tolstoyu kilsәdәn qovdular, tәrd etdilәr.

 

Zәmanә filosofu xristianlara nә yamanlıq etmişdi, ya edir? Lev Nikolayeviç 1861-ci ildәn bu günәdәk xristianları daha düz yola dәvәtedir, "Ciz әsl xristianlığı puç edirsiniz, İsanın sözlәrini anlamırsınız" sözlәrini yazır isә dә, "xristian hamilәri" ona "kafәr" deyirlәr....

 

Hörmәtli qraf axırda "Mәnim mәzhәbim nәdәn ibarәtdir" ünvanlı bir gözәl kitab yazıbdır.

 

Qrafın әqidә cәhәticә hamı әfkarı bu kitabdadır, din vә mәzhәb barәsindә, xüsusәn xristianlıq barәsindә gözәl mәtlәblәr hәll edir. "İslam öz ehkamına tabe olanlara müәyyәn bir yol göstәrdi, lakin "xristian hamilәri" nә qoydular? İsanın dininә tәğyir verib, özlәrindәn tәzә din düzәltdilәr...." "Görәsәn, cәnab qraf belә mәtlәblәri yazıb islamın bir müәyyәn yol qoymağını biz islamın әmәllәrinә baxıb yazır, yainki Quran, mәscidi nәzәrindәn keçiribdir, elә dә gәrәk olsun, yoxsa hal-hazırda bizim әmәllәrimizdә nә bir islam nişanәsi var ki, onu görüb belә islama qüvvәt verәn  bir mәtlәb yazsın?

 

İndi bir yaxşı fikir ediniz: pobedonosevlәrin ağalıq vaxtlarında, ilminskilәrin, çerevanskilәrin islamdan  xristianlığa dәvәt edәn vaxtlar hörmәtli qraf bu fikirlәrini dilinә alıb "xristian" hamilәrindәn nә gözlәyә bilәrdi? Bizim tәsәvvürümüzә, hәlә yaxşı qurtarıbdır.... Biz biçarә "üç cüt, bir tәk" oxumuşların da canları hәlә yaxşı qurtarır. Biz fikrimizdәkini dilimizә alanda üzümüzә lәnәtlәr yağır, canımız belә qurtarır. Nә etmәk? "Bu, lәnәt" Tripovların patronlarından, durnovoların qazamatlarından yaman deyil ki, bu "vәtәn hamilәri" hürriyyәti boğdularsa, siz "islam hamilәri" dә fikrimizdәkini dilimizә alanda boğursunuz!

 

"Yox, cәnab "islam hamilәri!" Siz zәmanәyә uyuşdunuz, siz yüz illәr ilә islamı qaranlıqda tutmuşdunuz, siz islamda olan azadәliyi bilmәrrә basdırmışdınız.... İndi bәsirәt gözü ilә dörd әtrafınıza baxınız. Özgә bir alәmdir, özgә bir zәmanәdir! Nә әcәb, indi zәmanәyә uymursunuz?"

 

Heç olmasa, hal-hazırda Tavriçeski zalda Rusiya dumasının üzvlәrindәn ibrәt götürünüz, qulaq veriniz, nәlәr söylәyirlәr, nerәyә getmәk istәyirlәr. Bu gözәl nitqlәri hәlә "Duma"da söylәyirlәr, "parlament" olsa nәlәr söylәnәrdi! Әcәba!

 

Tәәccüb etmәyiniz, әfәndim! Bәli, parlament olsa, qeyri sözlәr eşidәrdiniz "Parlamentlә" "Duma"nın tәfavütü çoxdur, әfәndim! "Parlament" "parl" sözündәn firәngcә "söylәmәyә" deyir. Parlament, yәni söylәnәn yer. Bir yer ki, opada hәr nә

dәrdin, fikrin olsa, açıq söylәyә bilәrsәn.... Fәqәt "Duma" sözü rus lisanında "fikir" demәkdir.

 

Yәni, nәyin barәsindә vә nә tövr fikir etmәyә ixtiyarınız var, heç kәs mane olmaz. Lakin "fikrinizdәkini dilinizә alsanız, dәrinizә saman tәpәrlәr...." Duma parlament olmağına hәlә çox qalıbdır....  Çoxlu qalıbdır, azmı qalıbdır, iştә bir mәsәlә daha!....