"TELEFON"

 

 

 

 

"Drr....  Drr....  Drr...."

 

"Hә, kim ola?"

 

""Bürühani-tәrәqqi" idarәsimi?"

 

"Bәli, siz kim?.... "

 

"Arı bәy."

 

"Buyurunuz, nә var, nә yox?"

 

"Әhvalat çox, fәqәt hәlә bunları yazınız: cәnab konsulun teatr barәsindә verdiyi hesab cәmi rus, firәng, alman,  ingilis, yapon qәzetәlәrindә çap olunacaqdır. Tainki bu millәtlәr dәxi zәhmәt çәkib tufandan tәlәf olan iranlıların yetimlәrinә ianә göndәrmәsinlәr. Çünki ianә göndәrib iranlıların boyunlarına bir böyük haqq  qoyacaqlar. Nә lazım düşüb, canım! Hazır özümüz, allah bәrәkәt versin,

teatrdan lazım olan pulu götürdük. Qoy әcnәbilәr bizim dә qeyrәtimizi, hәmiyyәt-himmәtimizi görüb sarsaq-sarsaq söylәnmәsinlәr, "vәhşi müsәlman" demәsinlәr. Bir iş var, yığılan ianә gәrәk hәr şәhәrә ayrı-ayrı göndәrilә."

 

Mәsәlәn: әlli qәpik Әrdәbilә vә qeyr. Böylә olan surәtdә poçta xәrci barәsindә mәsәlә hazırda ciddiyyәtlә müzakirә olunur....

 

"Cәnab Arı bәy! Bu barәdә Peterburqdan nә xәbәr?"

 

"O barәdә vәkillәr gәlәndәn sonra böyük "doklad" olunacaqdır...."

 

Ay Moskva şәhәrindә bir qız sevmişәm.

Ay sarıbaş sonama dәrdim demişәm.

Bağçada güllәr,

Oxur bülbüllәr.

 

"Drr....  Drr....  Drr.... "

 

"Canım, nә söylәyirsәn,  Arı bәy? Bu şikәstә oxuyan kimdir, qoymur sözlәrinizi yaxşı eşidim, sözünüz yarımçıq qaldı. Söylәyiniz görüm."

 

"İdarәmi, ha, ha, ha, bağışlayınız, sözüm qurtardı. Ancaq kefim gәlmişdi, ona görә yavaş-yavaş zümzümә edirdim. Fikr etdim ki, eşitmәzsiniz, nә bilim ki, "telefon" belә gurultu salır."

 

"Drr....  Drr....  Drr.... "