Havva Məmmədova

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Qarabağın dağlıq hissəsində erməni separatizminə qarşı mübarizə (1918-1920-ci illər)

Xalqımızın və milli dövlətçiliyimizin inkişafında özünəməxsus yer tutan Azərbaycan Xalq Cümhuriyyəti müərkkəb bir dövrdə meydana gəlmiş və çox çətin şəraitdə fəaliyyət göstərmişdi. 

Gənc respublikanın daxili və xarici problemləri çox idi. Bunlardan ən qorxulusu ərazi bütövlüyümüzə qarşı Ermənistan tərəfdən daimi təhlükə idi. 

Erməni millətçi təşklatlıarının Azərbaycanın əzəli torpaqları olan Qarabağ, Naxçıvan və Zəngəzur bölgələrinə yiyələnmək cəhdləri XIX əsrdə başlamışdır. 

Ermənilərin Azərbaycan ərazisinə iddiaları türk-müsəlman əhalisini qırmaq, xəyanət və fitnə yolu ilə Azərbaycan ərazilərini özününküləşdirmək tarixinə nəzər salarkən erməni milli hərəkatı tarixinin öyrənilməsi göstərir ki, bəşəriyyətə qarşı çevrilmiş, amma hiyləgərcəsinə düşünülmüş əməllərini yerli əhalinin genosidi hesabına yaratmaq xülyasında olduqları, hələ bir neçə əsr bundan əvvəl irəli sürdükləri qondarma “Böyük Ermənistan” ideyası ilə pərdələmişlər.

AXC yarandığı gündən Ermənistan Respublikası ilə siyasi və ərazi məsələlərini dinc yolla həll etmək istəyirdi.

Azərbaycanın Qarabağ bölgəsi tarixən Cənubi Qafqaz regionunda strateji əhəmiyyət kəsb etdiyindən onun həm yaxın qonşuları Rusiya, İran, Türkiyə, Ermənistan, həm də XX əsrdə dünyanın ən aparıcı dövlətləri olan İngiltərə, ABŞ, Fransa bu bölgəyə xüsusi maraq göstərərdilər. Bunu nəzərə alan ermənilər öz bəd niyyətlərini həyata keçirmək üçün bütün dövrlərdə, bütün sahələrdə olduğu kimi tarixi də saxtalaşdırmağa çalışırdılar. Erməni tarixçilərinin əksəriyyəti Qarabağ tarixini, etnoqrafiyasını, mədəniyyət tarixini və onun etnik tərkibini son dərəcə saxtalaşdırılmış şəkildə təqdim edirlər.

Aydın məsələdi ki, Dağlıq Qarabağ “Böyük Ermənistan” yaratmaq yolunda erməni planlarının tərkib hissəsi idi. 

Erməni tarixçiləri Dağlıq Qarabağ hadisələrinin başlanma səbəblərini onunla izah edirlər ki, 1918-1920-ci illərdə Müsavat höküməti Dağlıq Qarabağı guya Ermənistandan zorla qoparmışdır. 

1919-cu ildə Azərbaycan hökuməti tərəfindən ərazi bütövlüyümüzü saxlamaq üçün görülmüş ən mühüm tədbirlərdən biri Qarabağ general-qubernatorluğunu yaratması və görkəmli şəxsiyyət olan Xosrov bəy Sultanovun general-qubernator təyin olunması o vaxt ermənilərin müsəlman əhalisinə qarşı təxribatların qarşısını almaqda böyük rol oynadı. 

Burada bir həqiqəti demək lazımdır ki, Azərbaycan üçün çətin və mürəkkəb olan həm 1918-ci il və həm də 1988-1991-ci illərdə Türkiyə dövləti ərazi bütövlüyümüzün və suverenliyimizin qorunması istiqamətində bizə həm hərbi və siyasi sahədə yardım etmişdir. Türkiyə dövləti bu gün də öz qardaşlıq köməyini göstərir.

 XX əsrin əvvəllərində də erməni millətçiləri öz havadarlarının yedəyində gedəcək, əlində vasitə olduğu böyük dövlətlərə arxalanır, özlərini “yazıq”, “fağır” və “genosidə məruz qalmış” xalq kimi göstərərək, dünya ictimaiyyətini inandırmağa çalışırlar ki, türklər və azərbaycanlılar onları qırır və vətənlərindən qovurlar. 

1918-1920-ci illərdə Yuxarı Qarabağda, Zəngəzurda və ümumiyyətlə, Azərbaycanın bütün bölgələrində qaçqınlar ordusunun yaranması və onlara qarşı erməni millətçilərinin törətdiyi vəhşiliklər 1988-ci ildən yenidən başladı. Bu dəfə “Qondarma Dağlıq Qarabağ hadisələri” nin ermənilər tərəfindən ortaya atılması nəticəsində Dağlıq Qarabağın azərbaycanlılar yaşayan kəndləri başdan-başa yandırıldı, əhalisi vəhşiliklə qətlə yetirildi, dünyada analoqu olmayan əsrin Xocalı faciəsi baş verdi.

Azərbaycan tarixinin 1918-1920-ci illər dövrü, xüsusilə Qarabağda erməni terrorizminə qarşı aparılmış mübarizə Sovet hakimiyyəti dövründə araşdırılaması məsləhət bilinməyən qapalı mövzulardan idi. Mövzuya hakim kommunist ideologiyası baxımından yanaşılması hadisələrin mahiyyətinin saxtalaşdırılmasına və problemin antimilli mövqedən izah edilməsinə səbəb olmuşdu.

Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra qapalı arxivlər açıldı. Bu gün AXC barədə, onun yaranıb, fəaliyyyət göstərdiyi dövr haqqında çoxlu elmi-tədqiqatlar, aparılmış, xeyli publisist əsərlər yazılmışdır.

Yaxşı haldır ki, bizim alimlərimiz, ədiblərimiz erməni daşnaklarının necə faciələr törətdikləri barədə yetki, sənədli-sübutlu əsərlər yazmış və yazırlar. Bu prosesi davam etdirilməli, erməniləri ifşa etmək üçün onların mənfur iç üzü bütün dünyaya göstərilməlidir.