İsmayıl Vəliyev

Konfliktlərin həllində sülhə nail olmanın ümumi və ayrıca prinsipləri (Azərbaycan—Ermənistan müharibəsi və Dağlıq Qarabağ konflikti əsasında) 

Dağlıq Qarabağı Azərbaycan ərazisindən ayıraraq Ermənistana birləşdirmək məqsədilə başlanmış müharibə regionda və dünyada ciddi narahatlıq yaradan hadisələrdən biridir. Əvvəlcə etnik münaqişə zəminində ortaya çıxarılan bu hadisə sonra iki ölkə arasında müharibəyə çevrilmiş, beynəlxalq iqtisadi, siyasi tarazlıqlara ciddi ziyan vurmuşdur. Bu münaqişənin həllində Beynəlxalq Təşkilatların, region dövlətlərinin, iştirakçısı dövlətlərin və müxtəlif ictimai təşkilatların iştirakı ilə işlər aparılır. Aparılan işlər nəticəsində sülh variantının formaları haqda layihələr irəli sürülüb. Bu layihələrdə əsas olanlar: atəşkəs rejiminin tətbiqi, ərazi bütövlüyü, sərhədlərin dəyişməzliyi, qarşılıqlı kompromislər, regional qurumun statusu, qaçqınların öz yerlərinə qaytarılması, separatizmə son qoyulması, əhalinin təhlükəsizliyinin təimin olunması və s. kimi aktual probemlər gündəmə gətirilir və həllini gözləyir. İrəli sürülən layihələrdə tərəfləri narazı salan amillərin olması, onların ucbatından məsələnin uzadılması təəssüflə qeyd edilir. Ona görə də sülh prosesində yeni prinsiplər meydana çıxır. 

Təqdim olunan məruzədə münaqişənin sülh yolu ilə həll olunması problemləri ilə əlaqədar mövcüd təkliflər şərh olunur, anlaşılmazlıqlar təhlil edilir və sülh müqaviləsinin optimal variantı irəli sürülür.