Sakit Hüseynov

 Davamlı insan konsepsiyası və işğal olunmuş ərazilərin ekoloji vəziyyəti

Azərbaycanda rəsmi qeyd olunmuş 14 dövlət qoruğu və 20 yasaqlıqdan 2 qoruq, 4 yasaqlıq və bir çox təbii-tarixi abidələr hazırda işğal altındadır. Onlar bunlardır: 

1. Bəstiçay qoruğu. Əsasən Zəngilan rayonu ərazisində, Bəstiçay ətrafında yerləşən bu qoruq 1974-cü ildə yaradılmışdır. 107 hektar sahəsni əhatə edən qoruqda qiymətli ağaclardan – Qafqaz vələsi, Gürcüstan palıdı, ardıc, iydə və qədim tarixə malik müxtəlif çinarlar vardır. Bəstiçay qoruğunda diametri 4 metr, hündürlüyü 50 metrə, çatan nadir çinar ağaclarına təsadüf edilir. Mütəxəssislərin fikrincə, bu çinarların bəzilərinin yaşı 1200-1500 ildır. 

2. Qaragöl dövlət qoruğu. Qoruq 1987-ci ildə yaradılmışdır. Dəniz səviyyəsindən 2568 metr yüksəklikdə 300 hektar sahəni əhatə edir. Qaragöl ekolji sisteminin 68 cins və 27 növdən, florası-102 bitki növündən ibarətdir. Qoruğun sərhədləri kənalında nadir və tükənməkdə olan bitki növlərindən “ezepçuk”, al-qırmızı dərman bitkisi- “qaytarma” bitir.

3. laçın yasalığı. İşğal altında qalan yasaqlarımızdan biri Laçın yasalığıdır. 1961-ci ildə təşkil olunmuşdur, 20 min hektar ərazini əhatə edir. Yasalığın heyvanat aləmi- Qafqaz qonur ayısı, qaban, bezuar keçisi, dovşan və s.-dən ibarətdir. 

4. Qubadlı yasalığı. Bu yasalıq cüyür, qaban, bezuar keçisi, Qafqaz qonur ayısı və s. heyvanların mühafizəsi və saylarının artırılması məqsədilə 1969-cu ildə yaradılmışdır. 

5. Daşaltı yasalığı. Şuşa və Əsgəran ərazisində nadir təbiəti kompleksləri qoumaq üçün 1988-ci ildə təşkil olunmuşdu, 450 hektar ərazina əhatə edirdi. Hazırda tamam məhv edilmişdir. 

6. Arazboyu yasalığı. Nadir tuqay meşələrinin qorunması və bərpası məqsədilə 1993-cü ildə yaradılmışdır 2200 hektar ərazini əhatə edir. İşğal altında olan çox hissəsi hazırda məhv olmaq dərəcəsindədir. 

Qeyd edək ki, 2 qoruq və 4 yasalıqdan başqa respublika Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin 1994-1995-ci illərdə apardığı inventarizasiyaya görə işğal zonasında 13197,5 hektar qiymətli meşə sahəsi və 6 geoloji obyekt qalmışdır.

Hadrut və Tuğ yaşayış məskənləri arasında yol çəkmək üçün bu ərazidəolan meşə sahələri tamamilə məhv edilmişdir. Buradakı Azıx və Tağlar abidələri qədim dövr mədəni abidəsi kimi YUNESKO-nun siyahısına düşmüş və onların maddi-mədəniyyət nümunələri 1981-ci il dekabrın 8-də Fransada Parisin İnsan muzeyində “Avropanın ilk sakinləri” adlı sərgidə nümayiş etdirilmişdir. Lakin Azıx və Tağlar kimi tarixi abidələr də ermənilər tərəfindən dağılmışdır.

Müxtəlif mənbələrdən əldə etdiyimiz məlumatlara görə, ermənilər hazırda Şuşa mağarası, Şuşanın qala divarları, Şuşada görkəmli Azərbaycan şairi Molla Pəənah Vaqifin məqbarəsi, Füzulidə Şah Abbas karvansarası, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan və s. yaşayış məskənlərində olan mədəni-tarixi abidələrimizi tamamilə dağıtmış, Qarabağ ərazisindəki qədim Alban kilsələrini silah anbarlarına çevirərək yararsız hala salmışlar. İşğal olunmuş ərazilərdə 43- ə qədər hidrometteroloji müşahidə məntəqələri məhv edilmişdir ki, bütün bunlar YUNESKO və Ümumdünya Metereoloji Təşkilatının prinsiplərinə ziddir. 

2000-ci ilin oktyabrında tarixində Tbilisidə keçirilmiş Birinci Beynəlxalq Ekologiya Konqresində iştirak edən Azərbaycan nümayəndə heyəti vətənimizin flora və faunasına vurulmuş ziyan və qəsdlər haqqında məlumat vermişlər.

Qeyd edək ki, 1992-ci ilin iyununda Braziliyanın paytaxtı Rio-de-Janeyro şəhərində BMT-nin “Ətraf mühit və inkişaf” haqqında keçirdiyi konfransda ətraf mühitin mühafizəsi ilə bağlı 27 prinsipdən ibarət beynəlxalq “Bəyannamə” qəbul olunmuşdur. Bəyannamənin 23-cü prinsipində deyilir: “Başqa xalqın əsarəti şəraitində olan, işğal altında qalan ətraf mühit və xalqın təbii sərvətləri qorunmalıdır”. Bəyannamənin 24-cü prinsipində isə silahlı münaqişə şəraitində ətraf mühitin qorunması məsələsə beynəlxalq hüquq baxımından daha ciddi qoyulmuşdur: “Müharibə öz mahiyyəti etibarilə sabit inkişafı pozur. Buna görə də dövlətlər silahlı münaqişə dövründə ətraf mühitin mühafizəsini təmin edən beynəlxalq hüquq qaydalarına hörmət etməli və lazım gələrsə, sonradan onun işlənməsi məqsədilə əməkdaşlıq etməlidir”. 

Respublikanın əlaqədar orqanları, ictimai təşkilatları işğal altında qalan ərazilərimizin ekoloji vəziyyətini dərindən öyrənməli, ətraf müşitin mühafizəsi ilə bağlı yuxarıda göstərilən beynəlxalq prinsipləri əsas tuturaq, ərazilərimizdə ermənilərin törətdiyi ekoloji cinayətləri beynəlxalq təşkilatlara çatdırmalı və erməni cinayətkarlarının Beynəlxalq hüquq təşkilatları tərəfindən cəzalandırılmasına nail olmalıdırlar.