Hüseyn Hüseynov
Ermənistan-Azərbaycan münaqişəsinin həllində ATƏT-in
və Minsk qrupunun fəaliyyətinə dair
Azərbaycan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (1 yanvar 1995-ci ildən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) üzvülüyünə 1992-ci il yanvarın 30-da qəbul olunmuşdur. Qeyd etmək lazımdır ki, ATƏM Azərbaycanın daxil olduğu ilk Avropa təşkilatıdır.
Azərbaycanın ən mühüm və ağrılı problemi olan Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə cözülməsinin ATƏT-tə tapşırılması ölkəmizin bu Təşkilata olan xüsusi münasibətinin əsas meyarıdır.
ATƏM cərcivəsində Ermənistan-Azərbaycan münaqişəsilə bağlı müzakirələr ilk dəfə olaraq 1992-çi il fevralın 27-28-də ATƏM-in Yüksək Vəzifəli Şəxslər Komi-təsinin (YVŞK) içlasında aparılmışdı. İçlasın yekun sənədində sərhədlərin toxunulmaması prinsipi əsasında münaqişənin sülh yolu ilə həllinə cağırış öz əksini tapmışdı.
1992-ci il martın 24-də ATƏM-in Xariçi İşlər Nazirləri Şurasının (XİNŞ) birinçi əlavə görüşündə Dağlıq Qarabağ məsələsi müzakirə olunaraq, münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün Minsk Konfransının cağırılması haqqında qərar qəbul edilmişdir.
ATƏM-in 1994-cü il dekabrın 5-6-da keçirilmiş Budapeşt sammitində iştirakcı dövlətlər Minsk Konfransının Həmsədrlik institutunu yaradaraq qərara gəldi ki, aparılan danışıqlar üzrə həmsədrlər öz səylərini ATƏM-in prinsipləri və razılaşdırılmış mandat üzərində quraraq, Minsk Qrupunun görüşlərində birlikdə sədrlik etməlidirlər. Sözügedən qərara əsasən, Həmsədrlərin səyləri çərçivəsində atılaçaq ilkin addım kimi, münaqişənin yaratdığı əsas nətiçələri aradan qaldıra biləçək və Minsk Konfransının çağırılmasını mümkün edə biləçək, hərbi münaqişənin dayandırılması üzrə siyasi sazişin imzalanması məqsədilə həmsədrlər tərəfindən əməli qaydada danışıqlar aparılmalıdır.
Budapeşt sammitində ATƏT çərçivəsində ilk dəfə olaraq sülhməramlı qüvvələrin yaradılması və onların münaqişəli ərazilərə göndərilməsi qərarı qəbul edilmişdi. İştirakçı dövlətlər ATƏT-in rəhbərliyi altında olacaq ilk sülhməramlı hərbi hissənin Dağlıq Qarabağ bölgəsinə göndərilməsi haqqında razılıq əldə etmişdilər. Ermənistan-Azərbaycan münaqişəsinə dair Sammitdə «Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏT-in fəaliyyətinin fəallaşdırılması» adlı sənəd qəbul olunmuşdu.
Budapeşt Sammitinin nətiçələrinə əsasən, 1994-cü il dekabrın 20-də Vyanada Ermənistan-Azərbaycan münaqişəsi üzrə Yüksək Səviyyəli Planlaşdırma Qrupu (YSPQ) təsis olunmuşdur.
1995-ci il avqustun 28-də ATƏT-in Minsk Konfransının müzakirəsində olan münaqişə üzrə ATƏT-in Fəaliyyətdə olan Sədrinin Şəxsi Nümayəndəsi vəzifəsi təsis olundu.
ATƏT-in 1996-cı il dekabrın 2-3-də keçirilən Lissabon sammitində 54 iştirakçı dövləti tərəfindən Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair aşağıdakı prinsiplərə razılıq verilmişdir:
1. Ermənistan Respublikasının və Azərbaycan Respublikasının ərazi bütövlüyü;
2. Dağlıq Qarabağa Azərbaycanın tərkibində ən yüksək özünüidarəetmə statusu verilməsi;
3. Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinə təminat.
1997-1998-çi illər ərzində Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair Minsk Qrupunun Həmsədrləri tərəfindən üç təklif irəli sürülmüşdü. İlk iki təklif Ermənistan, son təklif isə Azərbaycan tərəfindən qəbul olunmamışdı.
1999-cu il noyabrın 18-19-də ATƏT-in İstanbulda keçirlən Zirvə görüşündə qəbul olunan İstanbul Bəyannaməsində iştirakçı dövlətlər münaqişənin tənzimlənməsi ilə bağlı iki ölkə prezidenti arasında danışıqlar alqışlamış və ATƏT-in Minsk qrupunun gələçək fəaliyyətinə dəstək verməyə hazır olduğlarını bildirmişdilər.
1997-ci ilə qədər Minsk Qrupu cərcivəsində kecirilmiş bir sıra görüşlərdə erməni tərəfinin tutduğu destruktiv mövqe səbəbindən münaqişənin həlli istiqamətində arzuolunan nəticələr əldə olunmamış, 1997-ci ildən bəri isə Minsk Qrupunun bir dəfə də olsun tam tərkibdə görüşləri kecirilməmişdir. ATƏT və onun Minsk Qrupu tərəfindən bu on il ərzində münaqişənin sülh yolu ilə həllində hər hansı bir arzuolunan nəticə əldə olunmamışdır.
Azərbaycan torpaqlarını işğal etmiş Ermənistan Respublikası öz hərbi üstünlüyünə arxalanaraq, hərbi əməliyyatlar nətiçəsində yaranmış de-fakto vəziyyəti (fait accompli) əsasında münaqişənin həll edilməsinə calışır.
Ermənistan regional əməkdaşlıq ideyaları ilə möhtəkirlik edir. Aparılan danışıqlarda tərəqqinin əldə olunmaması şəraitində, Minsk Qrupunun Həmsədrləri və digər beynəlxalq tərəfdaşlar Ermənistanın Azərbaycanla əməkdaşlıq etməyə dair ehtikar təşəbbüslərinə dəstək verirlər. Azərbaycan tərəfi vasitəçilərə müvafiq təkliflərin qeyri-məqbul olmasının səbəbini işğal altında qalan ərazilər kontekstində izah edir.
Beynəxalq hüququn prinsip və normalarını, xüsusilə də ATƏT-in əsas sənədi olan Helsinki Yekun Aktının prinsiplərini kobudçasına pozan ölkəyə qarşı ATƏT-in iştirakçı dövlətlərinin güçlü siyasi iradə nümayiş etdrməyib çiddi tədbirlər həyata keçirilməməsi bu təşkilatın nüfuzuna əsaslı olaraq xələl gətirir.