Xəliyəddin Xəlilli
Qarabağ münaqişəsi geosiyasi problem kimi
Səbəbi düzgün müəyyənləşdirmədən nəticəni doğuran prosesə təsir göstərmək mümkün deyil. Qarabağ hadisəsini misal çəkmək yetərincədir.
1988-ci ildən Azərbaycan ictimai-siyasi fikrində Qarabağ hadisəsi "uydurma problem", "etnik münaqişə" kimi izah olunmaqda, dünya ictimaiyyətinə də beləcə çatdırılmaqdadır. Lakin tarixi araşdırmalar göstərir ki, Qarabağ hadisəsi uydurma problem, münaqişə deyil, Şərq-Qərb, eyni zamanda dünya imperialist dövlətlərinin işğalçılıq və geosiyasi mübarizəsindən doğan bir hadisədir. Açıq və gizli formalarda yüz illərdi davam edir. Ermənilər isə bu prosesdə istifadə olunan bir alətdir.
Bu prosesi təxminən aşağıdakı kimi dövrləşdirmək olar.
Birinci mərhələ e.ə. II-I əsrlərdə Alban (Azərbaycan) və Erməni (Ermənistan) arasındakı münasibətlər dövrü (erməni dövləti Fərat çayının qərbində yerləşirdi. Yeri gəlmişkən qeyd edək ki, indi Ermənistan adlanan ərazi XIX əsrdə Rus imperiyası tərəfindən işğal olunub, 1828-ci il 21 martda I Hikolayın fərmanı ilə Erməni əyaləti adlandırılan ərazi Azərbaycanın Çuxursəd-İrəvan mahalı, Göyçə və Zəngəzur-Qarabağın bir hissəsidir), başqa sozlə desək, Albaniya ilə Armeniya dövlətlərinin hərbi toqquşmaları, Roma və Sasani imperiyalarının işğalçılıq müharibələri zamanı Albaniyanın məruz qaldığı təcavüzlər dövrüdür.
İkinci mərhələ eramızın IV əsrindən Sasani və Roma imperiyalarının Zaqafqaziya və Kiçik Asiya uğrunda müstəmləkəçilik müharibələri dövrü-387-ci ildə Ermənistan dövlətinin süqutundan sonra, həmçinin xilafət imperiyasının yaranması zamanı erməni xristian kilsəsinin işğalçı dövlətlərin himayəsində xristian dinini yaymaq və başqa xristian təriqətləri qriqorianlaşdırmaqla erməniləşdirməsi mərhələsidir. Bu dövrün VIII-IX əsrləri Qarabağa müəyyən dərəcədə təsirli olmuşdu.
Xilafətin süqutu, Sacilər sülaləsinin başçılığı ilə (889) Azərbaycan dövlətçiliyinin bərpası, Səlcuqlar və Eldəgizlər sülaləsinin hakimiyyəti illərində Azərbaycanın hakimiyyəti Vana qədər əraziləri əhatə edir. Armeniya-"Ərməniyyə" coğrafi məf-hum kimi tarix səhnəsindən silinir. Ermənilərin bölgənin etnik, siyasi, mədəni-ideoloji təsiri hiss olunmayacaq səviyyəyə enir.
Səlcuqların Kiçik Asiyada möhkəmlənib Avropa Dövlətlərinin xristian bayrağı altında Asiyaya hərbi yürüşlərinin qarşısını alması, Osmanlı imperiyasının yaranması və Şərq tranzit ticarət yollarını tam nəzarətdə saxlaması, onunla açıq savaşa cəsarət etmə Avropa dövlətlərinin Osmanlı imperiyasını daxildən zəiflətmək üçün müxtəlif üsul və vasitələr axtarmağa vadar edirdi. Həhayət, ermənilər vasitə kimi kəşf olundu.
Avropa xristian dövlətlərinin Osmanlı dövlətinə qarşı düşmənçilik aşılamağa nail olduğu Səfəvi sarayında hakimiyyət uğrunda mübarizədə vəliəhd Həmizə Mirzə erməni sui-qəsdi ilə öldürüldü, sonralar I Şah Abbas kimi tanınan Abbas Mirzə hakimiyyətə gətirildi.
I Şah Abbas ermənilərin Kiçik Asiyadan və başqa ərazilərdən köçüb Səfəvi imperiyası ərazisində cəmləşməsinə, onlara xüsusi güzəştlər edilməsinə şərait yaratdı. Beləliklə, ermənilər Kiçik Asiya və Səfəvi imperiyası ərazisində fəal sosial-siyasi qüvvə kimi formalaşmağa başladı. Qısa müddətdə Səfəvi imperiyasının ticarət maliyyə mənbələrini ələ keçirən ermənilər I Şah Abbasın etimadını qazanaraq, onun siyasi istiqamətlənməsində iştirak etilər. I Şah Abbasın xarici məsələlər üzrə müşaviri Xoca Səfər erməni idi və 1608-ci ildə Avropaya elə birinci səfəri zamanı xristian dövlətlərin Şərqə yol açmaq üsulları və bunun əvəzində Səfəvi dövlətləri ərazisində Erməni dövləti yaratmaqda onlara kömək etmələri haqqında Avropa ölkələrinin bir çox dövlət adamları ilə danışıqlar apardı. Tezliklə Rusiya imperiyasının himayəsini qazanan, Səfəvi dövlətinin xarici ticarət əlaqələrini və daxili maliyyə mənbələrini ələ keçirən ermənilər ölkədə maliyyə böhranı yaratmaqla Səfəvi sülaləsinin süqutunda fəallıq göstərir, Rus imperiyasının Səfəvi dövləti ərazilərini işğal etməsi üçün üsul və vasitələrinin hazırlanmasında iştirak edirdilər. Səfəvi dövlətində yaşayan ermənilər, hansı peşə sahibi olmalarından asılı olmayaraq, Avropa xristian dövlətlərinə casus kimi xidmət edirdilər. Artıq XVIII əsrdə ermənilərdən faydalanmaq uğrunda Rusiya, Fransa və İngiltərə arasında çəkişmə gedirdi. Ermənilər Osmanlı, Səfəvi və digər Şərq ölkələrinin işğalında Avropa imperialist dövlətlərinin əlində alətə çevrilmişdilər.
XVIII əsrdə Avropa diplomatiyasının hazırlayıb "Şərq məsələsi"- adlandırdığı- xristianların "müsəlmanların zülmündən azad edilməsi" üçün hərbi-siyasi plan bilavasitə ermənilərin iştirakı ilə yaradılırdı. Onun hazırlanmasında erməni siyasətçiləri o qədər səylə işləyirdilər ki, Avropa diplomatiyası "Şərq məsələsi"ni erməni məsələsi də adlandırırdı. Maraqlıdır ki, Avropada "Şərq məsələsi" hazırlananda Qafqazın müxtəlif ərazilərindən ermənilər Qarabağın hələ də Albaniya adlanan əhalisinin cüzi bir qismi xristianlığı saxlamış ərazilərinə gətirilir, burada məs-kunlaşdırılır, feodal hakimlər kimi möhkəmləndirilirdi. Özünü Alban adlandıran, dil və mədəniyyətcə Azərbaycan, din cəhətdən qriqorian olan -, bir vahid kimi formalaşmış ölkə xalqının bu hissəsi ermənilərin təsiri ilə özlərini xristian təəssübkeşi kimi göstərən Avropa müstəmləkəçilərini müdafiə edir və digər Şərq ölkələriNin də işğalında imperialist Avropa dövlətlərinin əlində alətə çevrilirdilər.
Rusiya imperiyası Azərbaycanın işğalında xidmətə görə mükafat olaraq, dünyanın bir çox ölkələrinə, o cümlədən Osmanlı və Səfəvi imperiyalarının müxtəlif ərazilərinə səpələnmiş erməniləri Şimali Azərbaycana köçürüb İrəvan, Göyçə və Qarabağın Zəngəzur vilayətində məskunlaşdırdı. 1828-ci ildə İrəvan və Haxçıvan xanlığını ləğv edərək bu əraziyə “Erməni əlayləti” adı verir. Beləliklə, Azərbaycan torpaqlarında erməni dövlətinin yaradılmasının əsası qoyulur. Bu mərhələdə ermənilər bilavasitə Rusların təsiri altında olsa da, işğal olunmuş Azərbaycan ərazisində erməni dövləti yaradılmasında Fransa daha çox fəallıq göstərir, İngiltərə də bu işə dəstək verirdi. Artıq nisbətən gənc olan ABŞ dövləti də erməni məsələsinə maraq göstərib onu bu və ya digər dərəcədə dəstəkləyirdi.
Beləliklə, XVIII əsrdən Azərbaycan xalqının Avropa imperializminə və onun yerli əlaltısı ermənilərə qarşı qanlı mücadiləsi başlayır. Ermənilər bilavasitə Rusiyanın himayəsində, Fransa və İngiltərənin dəstəyi ilə Cənubi Qafqazı yalnız Azərbaycan türklərindən yox, ümumiyyətlə, bütün müsəlmanlardan təmizləməyə cəhd göstərsələr də, buna nail ola bilmədilər. 1918-ci ildə Azərbaycan xalqı müstəqilliyyinə nail olub, dövlətçiliyini bərpa edə bildi. Rusiya, İngiltərə, Fransa, ABŞ və digər güclü dövlətlərin təzyiqi nəticəsində Azərbaycan Cümhuriyyəti vaxtilə Rusiya imperiyasının “Erməni əyaləti” adlandırdığı İrəvan vilayətinin 9 min kv.km ərazisini ermənilərə güzəşt etməyə məcbur oldu.
Rusiyada hakimiyyətə gəlib imperiyanı yenidən bərpa edən bolşeviklər ermənilərin yaxından iştirakı ilə Azərbaycan Cümhuriyyətini devirib Azərbaycanı yenidən işğal etməyə nail oldular. Ermənilərlə Bolşevik-Rus imperiyasının qurucusu V.İ.Lenin arasında razılaşmaya əsasən, Azərbaycanın İrəvan və Göyçə ilə yanaşı, Qarabağın Zəngəzur vilayəti ondan qoparılıb ermənilərə verildi və Azərbaycanın 29 min kv.km ərazisində Ermənistan dövləti yaradıldı. 1920-1989-cu illər ərzində Azərbaycan xalqının adları çəkilən həmin ərazilərdə yaşayan hissəsi öz tarixi vətənlərindən deportasiya olundu, bütün tarixi toponimlər erməniləşdirildi.
Fikrimcə, Qarabağ problemini həlli etmək üçün erməni adlanan alət sıradan çıxarılmalıdır.