Kərim Şükürov

Dağlıq Qarabağ Muxtar Vilayətində əhalinin

say dinamikası və etnik tərkibinə  dair

DQMV-nin tarixində ən çox saxtalaşdırılan məsələlərdən biri onun əhalisinin say dinamikası və etnik tərkibi ilə bağlı olan məsələdir. Bu barədə erməni müəlliflərinin mövqeyini əyani göstərmək üçün prof.Y.Barseqovun təqdim etdiyi bir cədvələ nəzər yetirək.

Cədvəl 1

Prof.Y.Barseqova görə DQMV  əhalisinin təbii artıma əsaslanan hesablama və faktik (siyahıya almalar üzrə) əhalisinin müqayisəsi

İllər

ermənilər

azərbaycanlılar

Faktik say

Hesablama

Sayı

Faktik say

Hesablama            sayı

1921

128.060

128. 060

7. 594

7. 594

1939

132.800

(3,6%)x

208. 317

(38,5%)

14.100

(46,1%)

9. 875

(23,1%)

1959

110.100

(20,6%)

375.667

(44,5%)

18.000

(21,7%)

15. 03

(37,5%)

1970

121.100

(9,1%)

517.223 (27,45%)

27.200

(33,8%)

22.315

(29,2%)

1979

123.100

(1,6%)

620. 238

(16,6%)

37.200

(26,9%)

27.176

(17,9%)

1989

 

731. 959

(15,3%)

 

32.548

(16,5%)

 

Qaynaq: Барсегов Ю.Г. Право на самоопределение-основа демократического решения  межнациональных проблем. К проблеме Нагорного Карабаха. Ереван,1989,с.101

        х Əvvəlki dövrə nibətən artım. Hesablama bizimdir.

Y.Barseqov oxucunu çaşdırmaq üçün yalnız mütləq rəqəmləri verir, şərhin daha aydın olması üçün nisbi rəqəmlərə ehtiyac vardır. Cədvələ belə hesablamalar əlavə etdikdə onun nə dərəcədə absurd olduğu aşkara çıxır. Bu hansı məntiqə uyğundur ki, 1921-1939-cu illər arasında ermənilərin faktik artımı 3,6% olduğu halda, hesablamalarla 8,5%-ə qaldırılsın, azərbaycanlılarda isə faktik artım 46,1% olduğu halda, 23,1%-ə endirilsin. Belə yanaşma bilərəkdən həqiqətin təhrifinə yönəlib və elə kobud şəkildə həyata keçirilib ki, bu oxucunu ələ salmaqdan başqa bir şey deyildir. Biz isə problemi elmi məcraya yönəltmək üçün belə bir hesablamaya müraciət edək.

Cədvəl 2

Ermənilərin Ermənistanda və Y.Barseqovun hesablamalarına görə DQMV-də orta sıxlığı

 

İLLƏR

Ermənilərin orta sıxlığı

 

Ermənistada

(faktiki)

DQMV-də

(Y.Barseqovun hesablamasına görə)

cəmi

Ermənistanla

müqaisədə fərq

1921

1926

1937

1939

1959

1970

1979

1989

-

25

33,8

35,6

52,1

74,1

91,4

103,4

29,1

-

-

47,3

85,4

117,5

141

166,4

-

-

-

+ 11,7

+ 33,3

+ 43,4

+ 49,6

+ 63

 

Qaynaq: Всесоюзная перепись населения 1926 г. Закавказская СФСР.т.ХIV. М., 1929, с.11-13; Вестник статистики, 1990, №7, с.77; «Правда» от 2 июня 1939 г; Итоги Всесоюзной переписи населения 1959 г. Армянская ССР. М., 1963, с.11, 102-103; Численность и состав населения СССР. По данным Всесоюзной переписи населения 1979 г. М., 1984; Ходжабекян В.Е. Армянская Советская Социалистическая республика // Население союзных республик. М., 1977, с.278

 

Y.Barseqovun hesablamalarının qeyri-elmiliyi elə bir dərəcəyə çatır ki, adından da aydın olduğu kimi 4,4 min kv. km- lik dağlıq ərazidə ermənilərin orta sıxlığı üçün astronomik rəqəmlər irəli sürür. Beləliklə, erməni müəllifləri tarixi həqiqəti elə təhrif edir ki, onu aşkar etmək xeyli dərəcədə müşkül bir işə çevrilir. DQMV əhalisinin say dinamikasının real vəziyyəti aşağıdaki kimi olmuşdur.

Cədvəl 3

1926-1988-ci illərdə DQMV əhalisinin say dinamikası.

İLLƏR

Əhalinin sayı, min nəf.

Əvvəlki dövrə görə artım

Dövr ərzində orta illik artım, faizlə

min nəf.

faizlə

1926

1939

1959

1970

1979

1988

125,3

150,8

130,4

150,3

162,2

182,4

-

25,5

-20,4

19,9

11,9

20,2

-

20,4

-13,5

15,3

8,1

12,5

-

1,45

-0,7

1,3

0,85

1,3

Qaynaq: Самедзаде З.Нагорный Карабах: неизвестная правда (О некоторых аспектах социально-экономического и демографического развития региона). Baku, 1995, с. 31

Rəsmi sovet əhali siyahıyaalmalarının (1989-cu il istisna olmaqla) nəticələrinə əsaslanan bu cədvəl real vəziyyəti daha doğru əks etdirir və onların doğruluğuna şübhə edilməsi üçün kifayət qədər əsas yoxdur.

Indi də DQMV əhalisinin etnik tərkibini əks etdirən göstəricilərə keçək 

Cədvəl 4

DQMV əhalisinin etnik tərkibi (əhali siyahıya almaları üzrə; min nəfər)

 

      1939

     1959

          1970

       1979

mütləq

%

mütləq

%

mütləq

%

mütləq

%

Bütün əhali

ermənilər

azbaycanlılar

ruslar

 

150,8

 

132,8

 

14,1

 

3,2

 

100

 

88,1

 

9,4

 

2,1

 

130,4

 

110,1

 

18,0

 

1,8

 

100

 

84,4

 

13,8

 

1,4

 

150,3

 

121,1

 

27,2

 

1,3

 

100

 

80,6

 

18,1

 

0,9

 

162,2

 

123,1

 

37,3

 

1,3

 

100

 

75,9

 

23,0

 

0,8

Qaynaq: Достижения Нагорного Карабаха в девятой пятилетке. Стат. сб. Степанакерт, 1976, с.8, Самедзаде З. Указ.соч., с.31

SSRİ-nin dağılması ərəfəsində keçirilən 1989-cu il əhali siyahıyaalınması nəticələrinin dövrün təsirinə məruz qalmasına baxmayaraq,  Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi həmin siyahıyaalmanın materialları əsasında DQMV-nın etnik xəritəsini çap etdirmişdir.  Həmin xəritədən aydın olduğu kimi, 1989-cu il Sovet əhali siyahıyaalınmasının yekunlarına görə, DQMV-nin 187,8 min əhalisinin 145,4 min nəfəri (77%) erməni, 40,3 min nəfəri isə (21,5%)azərbaycanlı olmuşdu.

Göründüyü kimi, 1939-1979-cı il əhali siyahıyaalmaları üzrə DQMV əhalisi içərisində azərbaycanlıların sayı müəyyən dərəcədə artmışdı. Bu azərbaycanlıların öz torpaqlarına bağlılığı və onların içərisində təbii artımın üstün olması ilə bağlı olmuşdu. Ermənilər isə əksinə bütün dünyada miqrasiyaya meylli xalq kimi tanınmış və onların təbii artımı aşağı olmuşdu. 1989-cu il əhali siyahıyaalınması ərəfəsində isə ermənilərin vilayətin etnik tərkibini süni şəkildə azaltmaq cəhdləri azərbaycanlıların sayının aşağı enməsinə səbəb olmuşdu.