Rövşən Allahverdiyev

Dağlıq Qarabağın tarixi keçmişi,danılmaz faktları

 (erməni mənbələrində)

Dağlıq Qarabağın tarixi keçmişinə nəzər saldıqda müəyyən olur ki, bu ərazi Azərbaycan adlı bir məmləkətin əzəli və əbədi torpaqlarıdır. Belə ki, Urartu mənbələrində Qarabağın qərb hissəsi Urtex-Urtexini adlandırılmışdır. Bu ərazinin sonrakı adı olan Artsax Urtexidən əmələ gəlmişdir. Artsax isə bu ərazinin erməni adı deyil, ehtimal ki, Artsax İran mənşəlidir və dünyanın qərb hissəsi deməkdir. Yerli mənbələrdə bu ərazi Albaniyanın ərazisi kimi stərilir, əhalisi isə utilər, sodilər, aynianlar olduqları təsdiqlənir. Hətta Udinlər özləri I Pyotrun adına ndərdikləri məlum məktubda yazırdılar, "biz ağqanlarıq və milliyyət etibarı ilə utilərik". A.C.Mnatsakanyan öz əsərlərində belə stərir ki, udinlər erməni tayfalarından biridir və onların doğma dili hox qədim zamandan bəri erməni dili olmuşdur. Bu problemin böyük bilicisi İ.M.Dyakonov belə hesab edir ki, "qədim erməni dili Ermənistan yaylasının yerli əhalisinin dillərinə qohum olmadığından ... aydındır ki, o dil buraya kənardan gətirilmişdir". Başqa bir yerdə o yazır ki, erməni dilinin əcdadının ilkin daşıyıcıları Ermənistan yaylasına sinfi cəmiyyət tanımayan, yardımçı əkinçiliyi olan səyyar maldarlar kimi gəlmişlər. Mənbələrdə gəstərilir ki, ermənilər bu ərazilərə Zaqafqaziya Artaksiyanın və Zondiyanın işğalçılıq müharibələri dövründən sonra yəni b.e.ə. II əsrdən sonra gələ bilərdilər. Əlbəttə erməni etnosu bu ərazilərdə əmələ gəlməmişdir. Onlar Yuxarı Fərad vadisi zonasında, təxminən b.e.ə. I minilliyin I yarısında təşəkkül tapmışdır. Yuxarıda qeyd olunanları nəzərə alsaq bu nəticəyə gəlmək olar ki, sözü gedən dövrdə Artsaxın əhalisi albanlar, ərazisi isə alban torpaqlarıdır. Bu faktı Leo, S.T.Yeremyan, A.Q.Sukiasyan təsdiq edir və yazırlar ki, Albaniyanın Sag sahili - Artsax və Utik vilayətləri əsl alban torpaqlarıdır.

I əsrin əvvələrində roma-sasani müharibələri dövründə Albaniya öz müstəqilliyini qoruyub saxlamışdır. Bu məharibələr dövründə Qarabağın ərazisi etnik və siyasi cəhətdən suveren Albaniya çarlığının ubiya-alban hissəsi olaraq qalmışdır. Bu ərazinin müstəmləkələşdirilməsi və erməniləşdirilməsi daha sonrakı hadisədir. İndiki Dağlıq Qarabağın erməni feodalları tərəfindən işğalı haqqında akad. İ.A.Orbelidə yazmışdır. Əhalisinin "erməniləşməsi" haqqında isə akad. S.T.Yeremyan yazmışdır. Dağlıq Qarabağın ərazisi siyasi cəhətdən I əsrdə tamamilə alban ərşaqidlərinə, VII-VIII əsrlərdə isə böyük knyazlara miranidlərə tabe idi. VIII əsrdə ərəb işğalının nəticəsində alban çarlığı süqut etdi. Bu dövrun, erməni kilsəsinin fəal iştirakçısı olduğu faciəli hadisələri alban etnosunun tədricən pozulmasının və Dağlıq Qarabağ ərazisinin əhalisinin bir hissəsinin qriqorianlaşdırılmasının, sonralar isə hətta erməniləşdirilməsinin başlanğıcını qoymuşdur. Lakin alban etnosu yaşayırdı, hətta IX əsrdə Albaniya çarlığı qismən, özü də Artsaxın ərazisində bərpa edilmişdir. XII-XIII əsrlərdə Artsax və Utiyə zonasında "Qədim Albaniyanın bir hissəsi olmuş Xaçın knyazlığının ucaldığını akad. İ.A.Orbelidə təsdiqləyir. kmdarı həmçinin "Albaniyanın çarı" Albaniyanın ucrqarlarının sahibi adlanan bu knyazlığın parlaq inkişafı Həsən Cəlalın (1215-1261) vaxtına təsadüf edir. Məhz onun vaxtında sonralar "Albaniyanın paytaxt kilsəsinə çevrilmiş Qonzasar monastır kompleksi tikilmişdir. Orta əsrlər dövründə Dağlıq Qarabağ zonası Qarabağ bəylərbəyliyinin tərkibinə daxil idi. Sonralar XVIII-XIX əsrin əvvəllərində Qarabağ xanlığının tərkibinə daxil olmuşdur. Dağlıq Qarabağın sonradan əhalisinin bir qisminin erməniləşdirilməsini erməni məəllifi S.T.Yeremyan da təsdiq edir. II rus-iran məharibəsi dövründə (1826-1828) rus ordusunun qələbəsinin heç bir şübhə doğurmadığı bir vaxtda X.B.Lazarev çar hökumətinə bir layihə təqdim etmişdir. Həmin layihəyə uyğun olaraq 1828-ıi il martın 21- I Nikolayın fərmanı ilə "Erməni vilayəti" adı altında bir inzibati vahid yaradıldı. Rusiya ilə İran arasında imzalanmış Tərkmənçay müqaviləsinə əsasən ermənilər bu ərazilərə sərbəst gəlib məskunlaşa bilərdilər. Həmin vaxtlarda Qarabağda əsl Azərbycanlı əhali heç bir şübhə olmadan erməni əhalisi deyiləndən xeyli çox idi. 1810-cu ilin rəsmi məlumatına gərə "Qarabağ vilayətində" 12000 ailəlik əhali olmuşdur. Bunların içərisində də 2500 erməni ailəsi var idi. Bu məlumat 1979-cu il Yerevanda nəşr olunmuş "Присоединение васточной Армении к России" (I сild. s.562) təsdiq olunur. Qarabağın erməni məliklərinə gəldikdə isə onlar əslində dünənki albanlar idilər. Qarabağ məliklərinin soy adlarından heç biri əslzadə (naxarar ) erməni nəsillərinə gedib çıxmır. Onlar öz mənşəyi etibarilə erməni olmayan yerli feodallar idi. Hələ XIX əsrin I rübünün sonunda Qarabağda ermənilər mətləq azlığı təşkil edirdilər. "Qarabağ əyalətinin" 1823- ildə həqiqi statski müşavir Maqilyovski və palkovnik Yermolov təfindən tərtib edilmiş təsvirinin Tiflis 1866-cı il məlumatına gərə Qarabağ xanlığında 90.000 sakin olmuş bir şəhər və 600-dən bir qədər artıq kənd mövcud olmuşdur ki, bunlardan da cəmisi 150-si erməni kəndi idi. Şuşada azərbaycanlılardan və 474 ermənidən ibarət təxminən 1048, kəndlərdə isə müvafiq olaraq 12,902, 43,311 əhali yaşamışdır. Bütün bunlar da Nadir şah (XVIII əsrin 30 illərində) İranın Xorasan vilayətinə köçürülmüş, Qarabağın azərbaycanlı elatlarına amansız divan tutulduqdan sonra bu r olmuşdur. Yuxardakı faktları V.İşxanyan da təsdiqləyir. Beləki o, "Народности Кавказа" (Petroqrad,1916-ıı il) əsərində yazırdı. Dağlıq Qarabağda yaşayan ermənilərin bir hissəsi oborigenlərdirlər, qədim albanların nəsilləridir. Onlar üçün Azərbaycan torpağı təqiblərdən və təhdidlərdən qorunmaq üçün ğınacaq olmuşdur. 1978-ci ildə keçmiş Mardakertdə ermənilərin Azərbaycanın bu rayonuna köçürülməsinin 150 illiyi münasibətilə abidə qoyulmuşdur.