Tofiq Həsənov
Birinci dünya müharibəsi illərində erməni terrorçuluğu
Birinci dünya müharibəsi dövründə rus qoşununda 150 mindən artıq erməni millətindən əsgər olmuşdur ki, onların da xeyli hissəsi Qafqaz cəbhəsində olan rus ordusu tərkibində Türkiyəyə qarşı döyüşmüşdür. Osmanlı dövlətinin təəbəsi olan qırx mindən artıq erməni ona adam xəyanət edərək, Rusiya ordusuna müxtəlif yollarla kömək etmişlər. Onlar əli silah tutan kişilərin orduya səfərbər olunduğu türk kəndlərinə basqın edərək, onların əsasən, qocalardan, uşaq və qadınlardan ibarət əhalisini qırır və kommunikasiya xətlərini dağıdırdılar. 1914-cü ilin oktyabr ayından Qafqaz cəbhəsində rus hərbi hissələrində qulluq edən erməni əsgərləri 1915-ci ilin mart ayında ruslar Van əyalətini tutduqdan sonra Van şəhərində 3000-dən çox türk əhalisini qırmışdılar. Bitlis əyalətində də ələ keçirdəndən sonra rus və erməni hərbi hissələri yerli türk əhalisinə amansız divan tutmuşdu. 1916-cı ilin aprel ayında Şərqi Anadolunun Trabzon, Ərzurum, Ərzincan, Bitlis və başqa əyalətlərində rus qoşunu və erməni millətçi quldur dəstələrinin fəaliyyəti nəticəsində 850 mindən çox türk-müsəlman əhalisi öz dədə-baba torpaqlarını tərk etməyə məcbur edilmişdilər.
Türk ordusunun hücumundan qorxaraq geri çəkilən erməni hərbi birləşmələri Andronikin komandası altında Trabzon, Ərzincan, Ərzurum, Bitlis şəhərlərində yaşayan yerli türk-müsəlman əhalisinə qarşı qırğın, qətliam törədərək vəhşiliklər etmişdilər. Rus ordusu qərargahının polkovnik-leytenant Tverdoxlebov öz xatirələrində göstərmişdir ki, “erməni daşnağı Murat Sıvasetsinin komandası altında olan daşnaklar Ərzincan və onun yaxınlığındakı kəndlərdə törətdikləri bu vəhşiliklərin günahını öz üzərindən götürmək üçün daşnak hərbi hissələri rus ordusunun hərbi paltarlarını geymişdilər. Ərzincandan Ərzuruma geri çəkilən erməni daşnak hərbi hissələri yol boyu müsəlman-türk kəndlərini qırmışlar. Hadisələrin şahidi olmuş rus ordusunun generalı Odicilidze Ərzincandan Ərzuruma gedərkən yol kənarında yerləşən İliç adlı türk kəndində körpə uşaqlardan tutmuş ağsaçlı ahıl qocalara kimi hamını küt baltalarla parça-parça edilmiş cəsədlərini görmüşdü.
1918-ci ilin 17-27 fevralında Ərzurum qalasının komandatı olmuş Anronik Ərzurum şəhərinin özündə on minlərlə və ətraf kəndlərində yüz minlərlə türk-müsəlman əhalisini qırmışdı. Türk ordusunun irəliləməsindən qorxaraq qaçan erməni daşnak hərbi hissələri Sarıqamışda, Qarsda, İqdırda, Axalkalakidə və digər əyalətlərdə silahsız olan türk-müsəlman əhalisini qırmışdı. Ümumiyyətlə, 1914-1918-ci illərdə erməni daşnak hərbi dəstələri 1,9 milyon dinə türk-müsəlman və 600 mindən çox dinə kürd müsəlman əhalisini qırmışlar.
Andronikin komandası altında olan 15 min nəfərlik daşnak erməni hərbi dəstələri Cənubi Azərbaycanın Urmiya, Salmas, Xoy və Maku şəhərlərindən keçərkən 250 min Azərbaycan türkünü qırmışdılar. Ermənilərin quldur hərbi dəstələri Culfa şəhərində vəhşilik törətmiş, oradan keçərək Naxçıvanı ələ keçirib dağıtmışdılar. Andronik öz quldur dəstəsi ilə Zəngəzura hücum edib 50 türk-müsəlman kəndini daııtmış, onların 60000-dən çox dinə əhalisini dədə-baba torpaqlarından qaçqın salmışdı. Həmin əhali Cəbrayıl və Cavanşir qəzalarında özlərinə sığıınacaq tapmışdılar. Andronik öz quldurları ilə Laçının Zabux dərəsindən Qarabağa-Şuşaya soxulmağa cəhd edərkən Qarabağın adlı-sanlı nəslindən olan Sultan bəy Paşa bəy oğlu Sultanov tərəfindən ağır sarsıdıcı zərbə alaraq, məğlubiyyətə uğradı. Bu qələbə nəticəsində Andronikin Qarabağı, sonra isə Gəncəni tutaraq S.Şamuyanın rus erməni hərbi hissələri ilə birləşmək, Şimali Azərbaycanda erməni hakimiyyətini gerçəkləşdirmək planı məhv oldu . Andronik , Dro və Njdenin başçılıq etdikləri erməni quldur dəstələri İrəvan quberniyasının 199 kəndini, o cümlədən Eçmiəddin qəzasında 84, Göyçənin Yeni Bayazit qəzasında 22, İqdır ərazisində 60, Gəncə quberniyasının Zəngəzur qəzasında 115 türk-müsəlman kəndlərini dağıdaraq, onların yüz minlərlə dinə əhalisini qırmıə və didərgin salmışdı. Təkcə İrəvan quberniyasında 135 min, Eçmiədzin qəzasında 35784 nəfər dinə əhali ermənilər tərəfindən öldürülmüşdü. Öz ata-baba yurdlarından qovulub çıxarılmış və məhv edilmiş türk-müsəlman əhalinin yerlərinə ermənilər yerləşdirilirdi. Andronikin erməni quldur hərbi dəstələrinin rus dövlətinin köməyi sayəsində həyata keçirdiyi terror nəticəsində 1916-cı ildə İrəvan quberniyasında 1301 türk-müsəlman kəndindən 959-u dağıdılmışdır.
Şimali Azərbaycanın türk-müsəlman əhalisinə qarşı təəavüz və qırıın siyasətini Bakı Xalq Komissarları Şurasında hakimiyyəti ələ keçirmiş S.Şaumyan, başda olmaqla onun erməni və rus silahdaşları həyata keçirmişdilər. Onlar Bakı şəhərində təşkil olunan hərbi hissələrə birinci növbədə Həştərxan, Petrovsk, Krasnovodskdan olan erməni əsgərləri daxil edir və Bakıda saxlayırdılar. S.Şaumyan bolşevik ordusu tərkibinə daxil etdiyi erməni briqadasında polkovnik Avetisov, daşnak Amazaps və digər ermənilər komandir heyətinə daxil edilmişdilər. Erməni hərbi hissələri silahlandırılır, ermənilər yaşayan ərazilərin ətrafında səngərlər qazılır və Çar Rusiyası ordusunda qulluq etmiş türk-müsəlman zabitlər həbs olunurdu. Nəzərdə tutulmuş hazırlıqdan sonra 1918-ci mart ayının 30-da rus-erməni hərbi hissələri Bakı şəhərinin müsəlmanlar yaşayan məhəllələrini hərbi gəmilərdən və təyyarələrdən atəşə tutdular. Üç gün ərzində ermənilər 30 min nəfərə qədər türk-müsəlmanı qətlə yetirdilər. Erməni bolşevik quldurları bundan sonra qəzalara hücum edərək, Şamaxıda 40000, Qubada 2000, Lənkəranda 4000 dinə türk-müsəlmanı məhv etdilər, dörd günlük- iyunun 27-də iyulun 1-dək çəkən Göyçay döyüşündə məğlub olub geri məkilməyə məcbur oldular. Başda Nuru Paşa olmaqla Qafqaz İslam Ordusu Bakı istiqamətində azadlıq yürüşünə başladı. İyul ayının sonuna yaxın S.Şaumyanın başçılıq etdiyi Bakı bolşevik hökuməti istefa verməyə məcbur oldu. Rus-erməni-daşnak-bolşevik hərbi birləşmələri canlı türk-müsəlman ordusunun zərbələri altında geri çəkilirdilər. Qafqaz İslam Ordusu 1918-ci il sentyabr ayının 15-də isə Bakını rus-erməni istilasından azad etdi və erməni terroruna son qoydu.