Umud Mirzəyev
Beynəlxalq Avrasiya Mətbuat Fondu və Qarabağ
Bu konfransda Qarabağın tarixi,mədəniyyəti, incəsənəti barədə, yəqin ki, bu sahənin mütəxəsisləri kifayət qədər ətraflı danışacaqlar.
90-cı illərin əvvəllərində bir mətbuat qurumu kimi formalaşmaqda olanda biz məhz qarşımıza bu məqsədi qoymuşduq - Qarabağ həqiqətlərini erməni–rus şovinizminin buxovundan,blokadasından xilas eləmək.
Bəlkə, biz onda tək olmasaq da, az idik, təşkilatlanma prosesi getmirdi, saysız sıxıntılarımız, çətinliklərimiz mövcud idi. Bütün bunların fövqündə dura bilmək üçün əlimizdən gələnləri əsirgəmədik, indi çoxuna sadə gorünə biləcək baryerləri aşıb əvvəlcə MDB, sonra keçmiş sosialist düşərgəsindəki ölkələrin ziyalıları ilə əlaqə qurduq, onları Azərbaycana dəvət elədik. Qarabağa - döyüş bölgələrinə onların yaxınlığındakı ərazilərə apardıq, fikirləşdik ki, həqiqət haqqında danışmaqdansa, onu göstərmək daha optimal yoldur.
Zaman sübut elədi ki, biz əslində düzgün yoldayıq. İnformasiya məkanımızın sərhədləri genişləndikcə dostlarımızın, bizimlə bu istiqamətdə əməkdaşlığa hazır olan təşkilatların, adamların sayı çoxalırdı. Pribaltikada çanlı tribunamıza çevrilən Tatyana Çaladze, rusiyada Yuri Pompeyev, Almani-yada Uli Rotfuss belələrindən idilər. Onların sonradan öz ölkələrində nəşr elətdirdikləri kitablar və başqa publisistik materiallar informasiya mübarizəmizdə dəstəyimizə çevrildi. Sadə bir misal çəkməklə bunun əslində informasiya mübarizəsi yox, informasiya müharibəsi olduğunu ortaya qoymaq mümkündür. Pribaltikada bizim haqlarımızı müdafiə edən Tatyana xanımı erməni diasporası sonda vətənindən didərgin saldı. O indi Azərbaycanda yaşayır və bizimlə birgə haqq işimiz uğrunda döyüşür.
BAMF bu istiqamətdə işlərini daha geniş masştabda həyata keçirir, Marşal mərkəzi və NATO ilə əməkdaşlığımızın kökündə də bu dayanır, iki ilə yaxın Danimarka Qaçqınlar Şurasının maliyələşdirdiyi və bizim həyata keçirdiyimiz «İnfoter-minal» layihəsi də həmən ideyamızın tərkib hissəsi idi - biz bütün Qafqazı İnformasiyanın azad və maneəsiz məkanına çevirmək uğrunda daha bir addım atmış olduq.
Bütün bu təcrübələrimizdən çıxış edərək hesab edirik ki, günümüzün məhz Qarabağ proğlemlərinin həlli yolunda bir informasiya siyasətinə ehtiyacı var. Bunu biz qurub formalaşdırmalı və torpaqlarımızın azad edilməsi yolunda əhəmiyyətli faktorlardan birinə çevirməliyik.