Zahid Səfəroğlu
İşğaldan qurtuluş resepti Onun məzmunu bəllidir
Xalqımız yeni yüzilliyi də Qarabağ problemi ilə qarşıladı. Odur ki, Tarixin və Tanrının bizə ayırdığı dözüm limitinin fərqinə varmadan tələsmək barədə düşünməliyik. Ərazisinin 1/5-i işğal, əhalisinin 12 faizi didərgin durumda olan Azərbaycan xalqı, şübhəsiz, üzücü münaqişəni yoluna qoymaq naminə ciddi təpər göstərməlidir. Ən azı o baxımdan ki, nə vaxtsa onun bütün parametrlərə görə Ermənistanı üstələməsinə baxmayaraq, məqam gələ bilər ki, torpaqları geri almaq şansını itirər. Yəni Güc olar, amma Gec olar –imkan verməzlər. Tələsməyək, çünki təxribatçı qüvvələrin, emissar və missionerlərin qaçqınlarımızdan məkrli məqsədlər üçün yaralanmaq şansları günbəgün artır. Dudərginlər daxili sabitliyimiz və inkişafımız üçün təhlükəli faktora çevrilə bilər ki, bu da yenə düşmənlərimzin maraqlarına uyğundur.
Haqlı olmağımız yetərli deyil!…
İşğaldan qurutuluşun açarı milli qüvvələrin hakimiyyətə gəlişinə bağlıdır. Ancaq mövcud regional və qlobal şərtlər fonunda vacidir ki, həmin qüvvələr həm də demokratik düşərgəni təmsil etsinlər. Bu, bir yandan hərb varinatına beynəlxalq birliyin qıcığını yumşaldarsa, digər yandan, canlı itkilərimizi azaldar. Çünki güclü ordunu yalnız demokratların peşəkar hökumət qura bilər. Qarabağ cəbhəsində qəti qələbəmizin rəhni olan uğurlu xarici siyasət kursunu və güclü iqtisadiyyatı, zəruri vətəndaş həmrəyliyini və cəmiyyətin məısələyə yekdil münasibətini də yalnız legitim hakimiyyət formalaşdırmaq gücün-dədir. Azərbaycanın hərbi-iqtisadi qüdrətini, etibarlı demokratik imicini isə ilk öncə düşmən Ermənistan ciddiyə almalı olacaq. Yeri gəlmişkən, işğalçılar iki halda geri çəkiləcəklər. Ya onları beynəlxalq birlik, yada biz ram edəcəyik. Birinci hal gözlənilmir. Qarabağa dair qətnamələrə rəğmən, BMT-nin belə təzyiq mexanizmi yoxdur. Nəzərə almaq lazımdır ki, İraq savaşından sonra bu qurumun qlobal proseslərdə rolu əhəmiyyətli dərəcədə azalıb. Yeni dünya düzəni və münasibətlər sistemi üçün əsas hərəkətverici qüvvə qismində ABŞ çıxış etməyə başlayıb. Amerika, digər dövlətlər isə radikal varianta meyilli görünmürlər. Kəsəsi, qlobal ab-havanı ən əvvəl fövqəldğvlətlər müəyyən etdiyindən, ağırlıq özümüzə düşür. Bir sözlə, Haqlı olmamız yetrəli deyil, həm də Güclü olmalıyıq!
İnsan Haqları Uğrunda Müharibə?
Biz hərbə hazırlaşmalı, lakin bu mövzuda hamıdan az danıçmalıyıq. Nəzərə almalıyıq ki, qloballaşma, inteqrasiya prosesləri səbəbindən dünyamız getdikcə kiçilir və beynəlxalq miqyasda müharibəyə nifrət artıq, insan haqları ön plana keçir. Ona görə tendensiyanı düzgün tutmalı və xarici siyasətdə bir məqamı xüsui vurğulamalıyıq ki, Azərbaycan ölkəni dinc ermənilərdən təmizləmək kursu aparmır, köçkün vətəndaşlarımızın ən adi haqlarının bərpası uğrunda çaılışır. Və lazım gələrsə, bu mübarizə insan haqları uğurnda humanitar savaşa da çevrilə bilər!
Ancaq hərbi zəfər çalsaq belə, Qərb avtoritar Azərbaycana Qarabağı etibar etməyəcək. Serbiya nümunəsi görkdür. Odur ki, dövlətimiz milli azlıqların qarantı olduğunu hər addımda, işdə daim təsdiqləməli, demokratik dünyanın dostuna, regionun isə aparıcı və nümunəvi dövlətinə çevrilməlidir. Ermənilərin əlindən əsas etikar təbliğat vasitəsi alınmalıdır. Yolu bəllidir: hakimiyyət qollarının legitimləşdirilməsi, ölkə həyatının demokratikləşdirilməsi və hüquqi dövlət.
Beləliklə, hərbi qələbəmiz üç ilkin şərtin ödənməsini diqtə edir:
1. Azərbaycanın demokratiyaya can atan və insan haqlarına qarşı deyil, insan haqları uğrunda mübarizə aparan dövlət olduğöuna sivil dünyanın qəti inamını qazanmalıdır;
2. Ordumuzun yüksək peşəkarlığı təmin edilməlidir;
3. Humnaitar əməliyyat qısa müddətli olmalıdır. Savaş ona görə qısa sürməlidir ki, insan haqlarının müdafiəsi qurumları əleyhimizə geniş kampaniya başlatmağa, aparıcı dövlətlər isə dalbadal sərt bəyanatlar verməyə macal tapmasınlar.
Zəruri Qeyd. Xankəndinə girməyə ehtiyac qalmayacaq. Erməni azlığının yaşamadığı ətraf rayonları azad etmək yetər. O halda dünya birliyi bizə hələ minnətdar olacaq ki, Azərbaycan yüz minlərlə insanın ən adi hüququnu bərpa etməklə BMT qətnamələrini yerinə yetirib. Bunun ardınxca düşmənin konsktruktiv mövqe tutaqcağı şəksizdir. Yeri gəlmişkən, hərb səhnəsindəki durum xeyrimizə dəyişməyincə, beynəlxalq sülhməramlı qüvvələrin təmas xəttinə yeridilməsini əngəlləməli, vaxtı uzatmalıyıq ki, əl-qolumuz bağlanmasın. Onsuz da bizim razılığımız olmasa, bu, hüquqi baxımdan heç mümkün də deyil. Ordu və Vətənpərvərlik ön sırada
Azərbaycanda peşəkar, güclü ictimi nəzarət altında olan və qayğı ilə qurulan ordu lazımdır. Belə ordu qardaş Türkiyənin köməyilə qısa müddətdə NATO standartlarına uyğun qurula bilər (onun özəyi artıq var). Texniki təchizat, hərbi kadrlar, vəsait məsələlərinə gəlincə, Ermənistandan fərqli olaraq, buna imkanlarımız yetərlidir. Neft fondu və gəlilərindən tutmuş, fərdi ayırmalaradək, xalqımız heç nəyi əsirgəməz. Demoralizə olunmuş rus hərbi təlim sistemindən bacardıqca tez uzaqlaşmalıyıq. Lakin bütün qonşular kimi, Rusiya ilə də normal münasibətlər saxlamaqla. İstənilən halda vətənpərvərlik tərbiyəsi ön sırada olmalıdır. Unutmayaq ki, 1992-ci ilin uğurlu yay hərbi kompaniyasının əsasında həm bu, həm də müharibənin dövlət səviyyəsində aparılması faktoru dururdu. O zaman düz-əməlli ordumuz yox idi. Biz indiki ordu ilə də savaşı udmaq imkanındayıq. Di gəl qələbəni saxlamaqdan ötrü dünyada sözü keçərli, legitim hökumətə ehtiyac var.
Məməlkət müharibə vəziyyətində olan ölkəni xatırlamalıdır. Hva limanına düşən əcnəbi bunu görməli, duymalı, və qayıdarkən ölkəsinə obyektiv məlimat aparmalıdır. Bu şəraitdə güc strukturlarının işi birə-on artacaq. Ölkənin Milli Təhlükəsizlik Konsepsiysı, Müdafiə Doktrinası işlənib başa çatdırılmalıdır. Dünya nə istədiyimizi, torpaqlarımızı necə azad edəcəyimizi, bu zaman insan haqlarını necə qoruyacağımızı bilməlidir. Mühacirətdəki və ölkədəki savadlı hərbi mütəxəssislərimizin, ağıllı insanların orduya cəlb olunması prosesi qısa vaxtda bitməlidir. Azərbaycan dövləti erməni canilərinin Beynəlxalq Məhkəməyə (Haaqa Tribunalına) verilməsi yönündə real addımlar atmalıdır. Xocalı soyqırımının rəsmən tanınması bu yolda ilk ciddi addım olardı.
Virtual, intellektual – bütün cəbhələrdə diqqətli, ayıq olmalıyıq. Diplomatiyamız, siyasətimiz hücum taktikasına kök-lənməlidir. Xarici İşlər Nazirliyində Qarabağ İdarəsi bərpa edilməlidir. Həmçinin, məcburi köçkünlər də daxil olmaqla, Bakıda etiraz aksiyalarının təşkili və partizan dəstələri yaradaraq düşməni vahiməyə salacaq tədbirlər barədə ciddi düşünməyə dəyər. Ermənilərin Bakı səfərləri yasqlanmalıdır. Beynəlxalq birliyin diqqətini işğala yönəltməyin bir yolu da budur.
Regional-Qlobal Faktorlar və Qarabağ
NATO-ya kurs götürməklə bərabər məsələdə ehtiyatlı olmamız gərəkdir. Əvvəla, münaqişə vəziyyətində olan iki ölkənin bloka qəbulu inandırıcı deyil. Digər yandan, blok tərkibində Azərbaycanın və Ermənistanın hərbi potensialına. Şəffaf nəzarət və oxşar normativlər tətbiq ediləcək. Bu isə düşmən üzərində hərbi üstünlüyümüzü reallaşdırmağa mane ola bilər. Hətta üzv olsa belə, NATO müharibəni məqbul saymayacaq. Odur ki, quruma strateji kurs götürdüyümüzü bəyan etməklə yanaşı, hələlik Türkiyə, türk cümhuriyyətləri və İsraillə əlaqələrə prioritetlik verməli, Rusiya-Qərb ziddiyyətlərindən yararlanmalıyıq. Eyni zamanda yenə tələsməliyik, çünki Moskvanın Qərbə yaxınlaşması Ermənistanın manevr imkanlarını artıracaq, onun öz yönəmini Qərbə sarı dəyişməsini asanlaşdıracaq.
ABŞ münaqişənin həllini istərdi, hətta hərb variantına razı olardı, ona görə ki, problemin birdəfəlik həlli Rusiyanın Ermənistan və Azərbaycana təzyiq imkanını zəiflədəcək. Bir şərtlə, savaş Amerikanın energetik-iqtisadi maraqlarına, yeni dünya və regional düzənlə bağlı qurduğu planlara zərbə vurmasın. Demokratik hökumətimiz belə zəmanət verməyi bacarmalıdır. Amerikanın regionda mövqelərinin güclənməsi xeyrimizədir. Amma Vaşinqton müharibə ovqatını səngitməyə və Rusiyanın Qarabağ “kartı”nı dinc vasitələrlə zəiflətməyə çalışıcaq. Yalnız demokratik Azərbaycan dünyanı müharibənin qısa sürəcəyi və ədalətli həllə gətirəcəyinə inandıra bilər. İstənilən halda son söz Bakınındır. Savaş hüququnu isə bizə BMT Təhlükəsizlik Şurasının işğal faktını təsdiqləyən 822, 853, 874 və 884 saylı qətnamələri verib. Üstəgəl, əgər dünyanın yeganə supergücü olan ABŞ-ın neytrallığını təmin etsək, bu bizə ən böyük beynəlxalq dəstək olacaq.
Habelə Bakı-Ceyhan strateji neft kəmərinin 2005-ci il üçün hazır olacağını və buna Vaşinqtonun verdiyi önəmi, Rusiyanın bölgədə zəifləməsi və ermənilərə birbaşa hərbi dəstək vermək imkanlarının daralmaqda olmasını nəzərə almaq gərəkdir. Türkiyənin isə bölgə və Qərb üçün dəyəri artacaq. Savaşın tarixini həm də bu amilə uyğunlaşdırmalıyıq. Güney faktorundan da təhdid kimi yararlana bilərik. Beynəlxalq birliyə anlatmaq lazımdır ki, əgər işğalçılar torpaqlarımızdan çıxmasa, müharibə daha geniş miqyas ala və Azərbaycanın Cənubu (İran, Türkiyə də on qoşula bilər. Sivil dünya bunu arzulamırsa, Ermənistana təzyiqləri artırmalıdır.
Habelə dünyada genişlənməkdə olan antiterror dalğası xeyrimizədir. Çünki terroru yaradan səbəblərdən biri nəzarətsiz ərazilərin, qeyri-legitim hakimiyyətlərin mövcudluğu, onun maliyyə mənbəyi isə qanunsuz silah alveri və narkobiznesdir. Söz düşmüşkən, savaş müddətində erməni terroru güclənəcəyindən, vətəndaşların sayıqlığı, strateji əhəmiyyətli obyektlərin mühafizəsi gücləndirilməlidir.
Sülh danışıqları və qonşular
Danışıqlar istənilən halda davam etdirilməli, müharibə hazırlaşsaq da özümüzü hamıdan çox sülhpərvər göstərməliyik. Bunu müasir dünyanın ovqatı diqtə edir (dipolmatiyada müharibə təbliğ edilməz). Vasitəçilərin ATƏT-dən BMT-yə qaytarılması uğrunda mübarizəyə isə vaxt sərf etməyə dəyməz. Bu, toplananların yerini dəyişmək kimi bir işdir. Nədən ki, birincisi, ATƏT-in Minsk qrupuna mandatı elə BMT verib, ikincisi, BMT-də də həmin dövlətlər söz sahibidir. (BMT TŞ-nin beş daimi üzvündən üçü – Rusiya, ABŞ, Fransa Minsk qrupunun həmsədrləri, biri - Böyük Britaniya isə üzvüdür). Daha yaxşı olar ki, Türkiyənin Minsk qrupu rəhbərliyinə gətirilməsinə, türk cümhuriyyətlərini Ermənistanı işğalçı kimi tanımasına və danışıqların MQ-yə verilən mandat çərçivəsinə qaytarılmasına nail olaq. Məhz bu halda Qarabağ problemi vasitəçilər üçün “elmi tədqiqat və ya diplom işi”nə çevrilməz.
Qonşulara gəlincə, Moskva ilə Tehrana Azərbaycanın Qarabağda suverenliyinin bərpası əl vermir. Kreml üçün bu, münaqişə tərəflərinə əsas təzyiq vasitəsinin itirilməsi deməkdirsə, Tehran üçün Azərbaycanın güclənmək şansı qazanması və Güneyə təsir imkanının artması anlamına gəlir. Digər yandan, münaqişə durduqca Ermənistanın İrandan asılılığı qalır. Məsələnin çözümü ilə İranın region üçün önəmi azalacaq, molla rejiminin beynəlxaıq təcridi güclənəcək. Bununla belə, nə şimal, nə də cənub qonşimiz ikinci erməni dövlətinin yaranmasını istəməz. Çünki özlərinin potensial “Qarabağları” var (Çeçenistan, Güney məsələsi).
Ermənistanın Atom silahı və Qarabağ
İşğalçı ölkə xristian amili və aparıcı dövlətlərin ikili standartlarından sui-istifadə etməklə, buna yaxınlaşa bilər. Artıq Türkiyə narahatlığını dilə gətirib. Rusiya ilə Qərb isə, ola bilsin, Azərbaycanı müharibədən çəkindirmək üçün buna göz yumsun (İsrail nümaunəsi). Odur ki, Qərbin və Kremlin məsələdə kəsişən maraqlarını diqqətlə izləməliyik. Unutmayaq ki, hələ sovet dönəmindən Ermənistanda atom fizikası üzrə mütəxəssislər çalışır, AES işləyir, “ağrı su” alınır, İranla müəmmalı əməkdaşlıq edilir.
Azərbaycan fakt qarşısında qalmamaq üçün var gücü ilə məsələnin gündəmdə qalması və Mesamor AES-in tezliklə bağlanmasına çalışmalıdır. Bunun üçün əsaslar yetərlidir (seysmik zona, münaqişə bölgəsi və s.). Son vaxtlar məsələ ilə bağlı beynəlxalq qurumların, Avropa Birliyinin fəallaşması təqdir olunmalıdır. Buradaca vəziyyəti qəlizləşdirəcək digər məqamlara diqqət yönəltmək pis olmaz. Bunlar Azərbaycanda milli-demokratik qüvvələrin hakimiyyətə gəlişinin ləngiməsi və vətəndaş qarşıdurması ehtimalı, Rusiyada demokratikləşmə prosesinin gecikməsi və Güney məsələsinə görə İoranın Ermənistana dəstəyini artırması və s. kimi cəhətlərdir.
Düşmənlə Düşmən kimi Davranmalı!
Biz işğal faktından bərk yapışmalıyıq. Nə Ermənistan nə də dünya birliyi bu faktdan qaça bilər. Erməni rəsmilərinin ortaya atdıqları “Dağlıq Qarabağ heç vaxt müstəqil Azərbaycanın tərkibində olmayıb” kimi avantürist bəyanatalrını isə ifşa etməliyik. Çünki belə bəyanatlar sərhədləri zorla dəyişdirməyə yönəlib və mövcud beynəlxalq normalara, Azərbaycanın ərazi bütövlütyünü tanıyan nüfuzlu qurumlara hörmətsizlikdir, müharibəyə birbaşa çağırışdır. Hərçənd ki, bu bizə də “Zəngəzur heç vaxt müstəqil Ermənistanın tərkibində olmayıb!” tezisi əsasında İrəvana hərbi yürüş etmək şansı verir.
Dünya birliyi belə tezislərin təhlükəlilik əmsalını hesablamalı, Ermənistanı Azərbaycan və Türkyənin ərazi bütövlüyünü tanımağa məcbur etməlidir. Əgər İrəvan ərazi iddiaları ilə yaşamırsa, bu addımı atmalıdır, keçmiş DQMV-ni Ermənistana birləşdirmək barədə parlamentin 1989-cu il 1 dekabr tarxli qərarını ləğv etməlidir. Sülh razılaşmasının açarı budur. Söz düşmüşkən, Ermənistanın Konstitusiya Məhkəməsi məhz bu əcaib sənədi əsas götürərək, R.Köçəryanı son prezident seçkilərinə qatılmasını (onillik qeydiyyat məsələsindən söhbər gedir) qanuni hesab edir.
Şübhəsiz, məlum tezislə rəsmi İrəvan Qarabağdakı erməni icmasına öz müqəddəratını sərbəst təyinetmə hüququ tanıtmaq istəyir. Əbəsdir. Çünki BMT belə hüquqi müstəmlkə xalqları və işğal olunan ərazilər üçün tanıyıb. Qarabağ isə Azərbaycan tərkibində müstəmləkə olmayıb, onun işğalına məruz qalmayıb. Ermənilər bunun əksini sübut etməklə həmin hüququ qazanmağa çalışırlar. Guya ki, qondarma “Dağlıq Qarabağ xalqı” sovet dövründə zorən Azərbaycanın tarixi ərazisidir və Rus imperiyasının tərkibinə də elə bu cür (Qarabağ xanlığı şəklində) daxil olub.
Ermənistanın başqa zəif yeri onun monoetnik ölkəyə çevrilməsidir. Bunu özlərini sivil millət sayan qonşularımızın başına hər addımda çaxmalıyıq. Qloballaşan dünyamız üçün milli-dini dözümsüzlük faktı biabırçılıqdır. Ona görə “simmetrik status” mövzusunu gündəmə gətirməliyik. (Qarabağdakı ermənilərə Ermənistandan qovulanlarla eyni status verilə bilər!) Həmçinin dövlət səviyyəsində psixoloji, informasiya-internet müharibəsinə önəm artırılmalıdır. Aparıcı KİV-lərin beynəlxalq dillərdə veb-saytının (versiyasının) açılması işi təmin edilməli, konfliktin mahiyyətinə aid ədəbiyyatın aparıcı dillərə tərcüməsi və yayılması işi sürətləndirilməlidir. Dünya azərbaycanlıları ilə təmasların gücləndirilməsi də öz yerində.
Azərbaycanda erməni dili və mentalitetini öyrənən xüsusi qurum (Ermənistan İnstitutu, yaxud Qarabağ İnstututu) yaradılmalı, tədqiqatçı ermənişünas alimlər ora cəlb edilməlidir. Sərhəd bölgələrində erməni dilində radio-tele verlişlər artırılmalı, düşmənçilik edən ermənilərə ruh düşkünlüyü, çıxılmazlıq ovqatı təlqin edilməlidir. Ermənistanın daxili durumuna, ictimai-siyasi fikrinə təsir mexanizmləri öyrənilməlidir. Azərbaycan kəşfiyyatı layiqincə işləməldir.
Ermənistanda məsələnin ədalətli həllini istəyən qüvvələrin güclənməsinə yardımçı olmalıyıq. Təcrübə göstərir ki, Azərbaycan iqtisadi göstəricilərinə, demokratik imicinə görə nümunəvi dövlət olsa, Qarabağ ermənisi acından ölən Ermənistana sarı deyil, yenə biz tərəfə boylanacaq. Bu məsələdə Qarabağ ermənilərinin də, Azərbaycan türklərinin də kifayət qədər tarixi təcrübəsi var.