Əli Məmmədov

Ermənilərin kütləvi surətdə osmanlıdan və

İrandan Şimali Azərbaycana köçürülməsi

Ermənilərin əcdadlarının Qərbdən Şərqə: Balkanlardan, yəni Avropadan Asiyaya, Qafqaza, o cümlədən Azərbaycana miqrasiya prosesi mərhələ-mərhələ əsrlər boyu davam etmişdir. XX əsrin əvvəllərində ermənişünaslığın korifeyi N.Adens yazırdı: "в VIII веке до н.э. во Фракции, на Валканах, обжявились киммерийци, один из "народов моря", но определению древнеегиптских письменных памятников. Здесь они вступали в контракт с предками армян, которых увели с совой на восток в Малую Азию." (Аденц Н. Армения – Новый енциклопедический словарь. СПб, 1912, том.3)

Rus qafqazşünası İ.Şopen XIX əsrdə həmçinin belə hesab edirdi, "армяне суть прищелцы. Это Колено Фригийцев и полийцев, прешедшее в северные долины Анатолийских гор." (Шопен И. Новые заметки на древнюю историю Кавказа и его обитателей. СПб, 1896, с.26)

Bu etnosun bir diyaradn başqa bir məmləkətə gəlməsi heç də həmin etnosun vahid ittifaqda birləşməsi demək deyildi. Əksinə, bu barədə N.Dubrovin bununla əlaqədar olaraq yazır: "Находясь в подданстве различных государств и разбросанное, можно сказать, по всему на земному шару, армянское племя, подвергаясь вселдествие того различному климату, образу жизни и занятей, утратило свою об­шую типичность." (Дубровин Н. История войны и владичества русских на Кавказе. Том 1, кн.2, СПб, 1871, с.406)

Bu deyilənlərin fikrimizcə şərhə ehtiyacı yoxdur. 387-ci ildə Sasani və Bizans imperiyaları tərəfindən bölüşdürülərək öz dövlətçiliyini itirən ermənilərin Cənub Qafqaza miqrasiya meylləri möhkəmləndi. Ərəb xilafətinin dəstəyi ilə 704-cü ildə erməni qriqoryan kilsəsi aqvan kilsəsini özünə tabe etdi. (Кавказский Календар на 1853 год. Тифлис, 1852, с.483.)

Erməni müəllifi V.İşxanyan XX yüzilliyin əvvəllərində yazdığı da onların Cənub Qafqaza son əsrlərdə gəlməsini bir daha təsdiq edir: "Ermənilərin həqiqi vətəni…Kiçik Asiyadır, yəni Rusiya hüquqlarından kənardadır və Zaqafqaziyada bir neçə sırf erməni əyalətlərindən başqa (başlıca olaraq İrəvan quberniyasında) Qafqaz ərazisinin müxtəlif hissələrinə ermənilər yalnız son yüzilliklər ərzində səpələniblər." (В.Ишханйан. Народности Кавказа. СПб, 1916, с.18)

Albaniyanın vilayəti olan Arsakın əhalisi erməni kilsəsinin təsirinə çox məruz qalmışdı. Rus tarixçisi İ.P.Petruşevskiyə görə, "Qarabağ heç bir zaman erməni mədəni mərkəzlərinə mənsub olmamışdır." O, yazır ki, erməni kilsəsi Albaniyada "Ölkəni erməniləşdirmək aləti olmuşdur." (И.Петрушевский. О дохистианских верованиях крестьян Нагорного Карабаха. Б., 1930, с.8). Kilsənin bu rolu VIII əsrin başlanğıcından etiabrən xüsusilə nəzərə çarpır.

Mütəxəssislərin fikrincə (prof.S.Onullahi, prof.V.Piriyev və b.), Qarabağ sözünə ilk dəfə Rəşidəddinin (1247-1318) "Cami-əttəvarix" əsərində rast gəlinir. Qarabağ əhalisinin mütləq əksəriyyətini təşkil edən azərbaycanlıların el arasında adlandıqları Qarabağ adı heç bir fərmansız-nəsiz əyalətin hamı tərəfindən işlədilən adıdır. Yəni istər Arsax, istər Uti, istərsə də Qarabağ toponimlərinin yaranması sırf azərbaycanlılara məxsus ifadə olub, onu yabaniləşdirmək, "özününküləşdirmək" qeyri-mümkündür. Təsadüfi deyil ki, XVII əsr səyyahı Övliya Çələbi Qarabağı "Kiçik Azərbaycan" adlandırmşıdı.

I Şah Abbas dövründə Qarabağda yaratdığı kiçik inzibati idarə sistemi olan məlikliklər Şimali Azərbaycan torpaqlarının, o cümlədən Qarabağın ruslar tərəfindən tutulmasında dəridən-qabıqdan çıxırdılar. Belə ki, 1729-cu ilin fevralında məliklər II Pyotra yazırdılar: "Sizin ayaqlarınızın altına yıxılırıq…əl tutun." (П.Г.Бутков. Материалы для новой истории Кавказа с 1722 по 1803, том 1, СПб, 1869, с.47-48)

Yalan uydurmaqda ermənilərin mahir olması söz yoxdur ki, onların genlərindən irəli gələn hal idi. Məsələn, 1790-cı ildə onlar "Yekaterinaya yazmışdılar ki, təkcə Şamaxı ətrafında 17 min silahlı erməni var. Halbuki 1811-ci ildə Şamaxı xanlığında olan 24 min ailənin yalnız 1500-ü erməni ailəsi idi. (F.Q.Köçərli. Qarabağ. Bakı, 2002, s.128)

XX əsrdə 2 milyon azərbaycanlını terror, deportasiyalar, soyqırımları vasiətsilə məhv etmişlər.

Ümumiyyətlə, ermənilərin qismən Rusiya imperiyasına ilk gəlişləri XIII əsrə, rus çarları Qalitsinin və Uolinski Danilin dövrlərinə təsadüf edir. Rus-erməni münasibətləri çar Aleksey Mixayloviç (1645-1676) və xüsusən də I Pyotrun zamanında daha da istiləşir.

Erməni Minas 1714-cü ildə I Pyotrun yanında olarkən ona çox yaxşı tanış olduğu Qafqazın təbiəti və iqtisadiyyatı barədə müfəssəl məlumat verməklə, Xəzər sahilində kilsə tikməyi, sonra isə hərbi əməliyyatlar zamanı ondan qala kimi istifadə etmək barədə təkliflər verir.

Yalnız P.D.Sisiyanov 1804-cü ildə Şimali Azərbaycana 16 min aysoriləri dəvət edir. (Х.Вердиева. Р Гусейнзаде. "Родословная" армян и из миграция на Кавказ с Балкан. Баку, "Элм", 2003, с.31). Digər bir fakta müraciət edək, 1806-cı ilin sentybarda Qafqaz ordusunun rus komandanlığına məlumat çatdırılır ki, 10 min nəfər Bəyazit ermənisi Azərbaycanın İrəvan xanlığına köçmək istəyir. Eyni zamanda buraya köçən ermənilər ruslara bu torpaqları işğal etməkdə yaxından kömək edirlər.

Danışıqsız ermənilərin rus ordusunun Şimali Azərbaycanı işğal etməsinə yardımçı olduğunu general N.Sinyaqin "армяне отличались своими бесстрашием и своей верностью России" (Парсанян.В.А. История армянского народа. Ереван, 1972, с.30) müşahidəsini belə ifadə etmişdi.

Azərbaycan türklərinin ərazisinin ikiyə bölünməsinin XIX yüzilliyin əvvəllərində buraya kütləvi surətdə köçürülən və bir qədər qabaq gəlmə olan ermənilər vasitəçi amil rolunu oynayırdılar. Belə ki, 1822-ci ildə osmanlı Kars və Ərzurum vilayətinin erməniləri general А.П.Ермоловдан "приближении русских – наших спасителей" (Нерсесян М. Из истоии русско-армянских отношений, т.1., Ереван, 1956, с.232) barədə xahiş edirdilər.

1804-1813-cü ildə və 1826-1829-cu illərdə rus-İran və rus-türk müharibələrində erməni katolikosu Nerses, erməni əsilli general Mədətov, ordu bölməsinin rəhbərləri M.Vereiyan, Q.Manuçaryan, babası XVIII əsrdə Culfadan Rusiyaya köçmüş rus ordusunun polkovniki X.E.Lazaryev xüsusilə Azərbaycan torpaqlarının işğalında böyük fəallıq nümayiş etdirmişlər. Manuçaryan 4-cü dərəcəli Georgi, Vladimir və Anna ordenləri ilə təltif edilmişdi. X.E.Lazaryev soydaşlarının (erməni) Şimali Azərbaycana köçürülməsində Türkmənçay müqaviləsinin XV maddəsinin yerinə yetirilməsində A.S.Qriboyedovun demək olar köməkçisi rolunu ifadə etmişdi. (Эзов Г.А. Сношения Петра Великого с армянским народом. Докементы. СПб, 1898, ХII, ХХIII)

Aydındır ki, 1805-ci il mayın 14-də Sisianovla İbrahimxəlil xan arasında bağlanan Kürəkçay müqaviləsində əsas etnik üstünlük yalnız azərbaycanlılara aid olduğu üçün də onlarla imzalandı. Yəni bu vaxt Qarabağda erməni icması barədə söhbət olmamışdı. Onlar yalnız və yalnız bu diyara yenicə köçürülürdü. 1828-ci ildə İrəvan və Naxçıvan xanlıqları ərazisində yeni inzibati bölgü – Erməni vilayəti təşkil edilərkən bu ərazidə 1110 yaşayış məntəqəsindən yalnız 62-si erməni kəndi idi. fərmansız-nəsiz əyalətin hamı tərəfindən işlədilən adıdır. Yəni istər Arsax, istər Uti, istərsə də Qarabağ toponimlərinin yaranması sırf azərbaycanlılara məxsus ifadə olub, onu yabaniləşdirmək, "özününküləşdirmək" qeyri-mümkündür. Təsadüfi deyil ki, XVII əsr səyyahı Övliya Çələbi Qarabağı "Kiçik Azərbaycan" adlandırmşıdı.

I Şah Abbas dövründə Qarabağda yaratdığı kiçik inzibati idarə sistemi olan məlikliklər Şimali Azərbaycan torpaqlarının, o cümlədən Qarabağın ruslar tərəfindən tutulmasında dəridən-qabıqdan çıxırdılar. Belə ki, 1729-cu ilin fevralında məliklər II Pyotra yazırdılar: "Sizin ayaqlarınızın altına yıxılırıq…əl tutun."

Yalan uydurmaqda ermənilərin mahir olması söz yoxdur ki, onların genlərindən irəli gələn hal idi. Məsələn, 1790-cı ildə onlar "Yekaterinaya yazmışdılar ki, təkcə Şamaxı ətrafında 17 min silahlı erməni var. Halbuki 1811-ci ildə Şamaxı xanlığında olan 24 min ailənin yalnız 1500-ü erməni ailəsi idi. (F.Q.Köçərli. Qarabağ. Bakı, 2002, s.128)

XX əsrdə 2 milyon azərbaycanlını terror, deportasiyalar, soyqırımları vasiətsilə məhv etmişlər.

Ümumiyyətlə, ermənilərin qismən Rusiya imperiyasına ilk gəlişləri XIII əsrə, rus çarları Qalitsinin və Uolinski Danilin dövrlərinə təsadüf edir. Rus-erməni münasibətləri çar Aleksey Mixayloviç (1645-1676) və xüsusən də I Pyotrun zamanında daha da istiləşir.

Erməni Minas 1714-cü ildə I Pyotrun yanında olarkən ona çox yaxşı tanış olduğu Qafqazın təbiəti və iqtisadiyyatı barədə müfəssəl məlumat verməklə, Xəzər sahilində kilsə tikməyi, sonra isə hərbi əməliyyatlar zamanı ondan qala kimi istifadə etmək barədə təkliflər verir.

Yalnız P.D.Sisiyanov 1804-cü ildə Şimali Azərbaycana 16 min aysoriləri dəvət edir.

Digər bir fakta müraciət edək, 1806-cı ilin sentybarda Qafqaz ordusunun rus komandanlığına məlumat çatdırılır ki, 10 min nəfər Bəyazit ermənisi Azərbaycanın İrəvan xanlığına köçmək istəyir. Eyni zamanda buraya köçən ermənilər ruslara bu torpaqları işğal etməkdə yaxından kömək edirlər.

Danışıqsız ermənilərin rus ordusunun Şimali Azərbaycanı işğal etməsinə yardımçı olduğunu general N.Sinyaqin "армяне отличались своими бесстрашием и своей верностью России" müşahidəsini belə ifadə etmişdi.

Azərbaycan türklərinin ərazisinin ikiyə bölünməsinin XIX yüzilliyin əvvəllərində buraya kütləvi surətdə köçürülən və bir qədər qabaq gəlmə olan ermənilər vasitəçi amil rolunu oynayırdılar. Belə ki, 1822-ci ildə osmanlı Kars və Ərzurum vilayətinin erməniləri general A.P.Ermolovdan "приблиъении русских – наших спасителей"

barədə xahiş edirdilər.

1804-1813-cü ild və 1826-1829-cu illərdə rus-İran və rus-türk müharibələrində erməni katolikosu Nerses, erməni əsilli general Mədətov, ordu bölməsinin rəhbərləri M.Vereiyan, Q.Manuçaryan, babası XVIII əsrdə Culfadan Rusiyaya köçmüş rus ordusunun polkovniki X.E.Lazaryev xüsusilə Azərbaycan torpaqlarının işğalında böyük fəallıq nümayiş etdirmişlər. Manuçaryan 4-cü dərəcəli Georgi, Vladimir və Anna ordenləri ilə təltif edilmişdi. X.E.Lazaryev soydaşlarının (erməni) Şimali Azərbaycana köçürülməsində Türkmənçay müqaviləsinin XV maddəsinin yerinə yetirilməsində A.S.Qriboyedovun demək olar köməkçisi rolunu ifadə etmişdi.

Aydındır ki, 1805-ci il mayın 14-də Sisianovla İbrahimxəlil xan arasında bağlanan Kürəkçay müqaviləsində əsas etnik üstünlük yalnız azərbaycanlılara aid olduğu üçün də onlarla imzalandı. Yəni bu vaxt Qarabağda erməni icması barədə söhbət olmamışdı. Onlar yalnız və yalnız bu diyara yenicə köçürülürdü. 1828-ci ildə İrəvan və Naxçıvan xanlıqları ərazisində yeni inzibati bölgü – Erməni vilayəti təşkil edilərkən bu ərazidə 1110 yaşayış məntəqəsindən yalnız 62-si erməni kəndi idi.

 (B.Ə.Budaqov, Q.Ə.Qeybullayev. Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti. Bakı, 1998, s.6)

Beləliklə, son rus-iran və rus-türk müharibələri nəticəsində Şimali Azərbaycanın İrəvan, Gəncə, Qarabağ xanlıqlarına kütləvi surətdə Türkiyədən 84000, İrandan isə 40 mindən çox erməni köçürülərək, onlara 200000 desyatindən çox xəzinə torpağı ayrıldı. (Azərbaycan tarixi. IV c, Bakı, 2000, s.49) Əgər 1832-ci ildə Qarabağ əhalisinin 91%-ni azərbaycanlılar, 8, 4%-ni isə ermənilər təşkil edirdisə, çarizmin XIX əsrin birinci yarısında kütləvi köçürmə siyasəti nəticəsində azərbaycanlıların faizi 64,8-ə endi, ermənilərin faizi isə 34,8-ə qalxdı. (Azərbaycan tarixi. IV c., Bakı, 2000, s.49)

Rus müəllifi N.N.Şavrova 1911-ci ildə nəşr etdirdiyi əsərində göstərir ki, bu gün Cənubi Qafqazda, xüsusilə Şimali Azərbaycanda yaşayan 1.300.000 erməninin 1 milyonu yerli əhali olmayıb, onlar Rusiyanın müstəmləkə siyasəti nəticəsində xaricdən buraya köçürüləndilər (Н.Н.Шавров. Новая угроза русскому дьлу в Закавказье; предстоящая распродажа Мугани Инородцамь. С.Петербург, 1911, с.63-64).

Bax belə 2 əsr ərzində Şimla Azərbaycan torpaqlarında mərhələ-mərhələ yerləşdirilən ermənilər 387-ci ildən yəni 1531 il keçdikdən sonra, 1918-ci ildə Qərbi Azərbaycanın etnik-tarixi torpaqlarında özlərinə dövlət qurmuş, hətta Sovet reciminin əli ilə Qarabağ ermənilərinə muxtariyyət də "yarada" bilmişlər. 1988-ci ildən başlayaraq Ermənistan və Dağlıq Qarabağın erməni terrorçu, separatçı qüvvələri Azərbaycanın 20 % ərazisini işğal etmiş, 30 min insanı məhv və 50 min adamı şikəst edərək 1 milyon azərbaycanlını ata-baba yurdundan qaçqın etmişdi.

I Pyotrun vəsiyyətlərinə dinmədən əməl edən onun xələfləri Ön Asiyaya və ümumən rusların Yaxın Şərqə gələcəkdə çıxması məqsədi daşıyan ermənilərdən Şimali Azərbaycan ərazilərində etnik sədd kimi istifadə etmək idi.

Qasım bəy Zakirin İrana, "Mehdiqulu xanın yanına gedərək bir gecə onun yanında" olmuş və "onunla söhbətdən sonra Araz çayının o tayında on iki ağaclıq məsafədə olan Soraqlı camaatından 500-ə yaxın evi Arazın bu tayına köçüb Tuğ kəndində (Qasım bəy Zakir. Seçilmiş əsərləri. Bakı, 1984, s.3-4) yerləşdirmişdi.

Şuşa şəhərinin əsasını Qarabağ xanı Pənahəli xan qoymuşdu. Şuşa Azərbaycan türkcəsində uca yer, yüksəklik mənası kəsb edir. bunu erməniləşdirmək cəhdi olsa-olsa cəfəngiyatdır. Şuşa şəhərindən əvvəl burada Novruz adlı şəhərin olduğunu və onu Azərbaycanın Təbriz şəhəri ilə müqayisə etməkdə A.Bakıxanov tamamilə haqlıdır.

Beləliklə, gəlmə ermənilərin XIX əsrin birinci yarısında Şimali Azərbaycan torpaqlarında, o cümlədən Qarabağda kütləvi şəkildə yerləşdirilməsi Azərbaycan xalqının gələcək faciələrinin baş verəcəyinə əlverişli şərait yaratmaq məqsədi daşımışdır.