Arif Məmmədnuroğlu

Böyük Ermənistan – dənizdən-dənizə siyasəti

Türk xalqlarının həyatında elə böyük tarixi faciələr var ki, onlar haqqında hələ də gənc nəslin, eləcə də dünya ictimaiyyətinin lazımi səviyyədə məlumatı yoxdur. Odur ki, bu günün ziyalıları, alimləri tarixi facilələrimizi yazmaq, təfsilatı ilə gələcək nəslə, dünya ictimaiyyətinə çatdırmaq üçün öz vətəndaşlıq borcunu yerinə yetirməlidir.

Türk xalqlarının qaniçən qəddar düşməni olan Andronik Ozanyan Türkiyədə, Azərbaycanda və İranda törətdiyi dəhşətli cinayətlər, ermənilərin Xocalıda həyata keçirdikləri soyqırım, Qarabağda törətdikləri misli görünməmiş cinayətlər, Qərbi Azərbaycanın artıq 16 ildir ki, tamamilə türksizləşdirilməsi, Sumqayıt hadisələri, böyük vətənimizin yalnız son dövrdə 20 faiz torpaqlarının erməni işğalı altında qalması bir an belə yaddan çıxarılmamalıdır.

Türk xalqlarının ağrılı-acılı bü məsələlərlə bağlı sanballı kitabların, tədqiqatların, elmi əsərlərin, məqalələrin çapına və təbliğ olunmasına böyük ehtiyac var.

Türkiyə tarixçiləri yazırlar ki, erməni məsələsi əvvəllər Türkiyə ərazisində olmamışdır. Bu məsələ ancaq Osmanlı imperatorluğu və Rusiya arasında müharibə başladıqdan sonra meydana çıxmışdır. XIX əsrin II yarısında başlayaraq Rusiya-Türkiyə müharibələri, habelə bəzi Qərb dövlətlərinin öz maraqları daxilində ermənilərdən istifadə etmələri, bu xalqı ucuz vədlər hesabına yerindən oynatmaları Türkiyənin, sonralar isə Azərbaycanın ərazisində qarşıdurmanı artırdı və bir-birinin ardınca bizə məlum olan dəhşətli faciələr baş verdi.

Qeyd edək ki, XIX əsrə qədər heç bir mənbədə işlədilməyən «Böyük Ermənistan» ifadəsi xüsusən Qafqazın çar Rusiyası tərəfindən işğalından sonra işlədilməyə başlandı. Elə həmin vaxtdan başlayaraq ermənilərin özlərinə başqa xalqların, ilk növbədə türklərin torpaqları hesabına qondarma bir Vətən yaratmaq iştahları daha da artdı. Onlar XVII əsrin axırlarından başlayaraq çar Rusiyasının ətəyindən möhkəm yapışmış, I Pyotrla görüşərək ona mənfur ideyalarını – Qafqazda və indiki Türkiyə ərazisində xristian dövlətinin yaradılmasını bildirmişdilər.

Bu təklifləri öz xarici siyasətində götür-qoy etdikdən sonra I Pyotr Rusiya dövlətinin sərhədlərinin Şərqə tərəf genişləndirilməsini nəzərdə tutdu. Ermənilərin həyata keçirmək istədikləri «Böyük Ermənistan» siyasətinin tərkib hissəsi I Pyotr dövründə az da olsa yerinə yetirldi, yəni I Pyotr ermənilərin elçi göndərdikləri İsrail Orini 1701-ci ildə xüsusi vəsiqə verərək İrana göndərdi. İsrail Orini İranda yaşayan ermənilər arasında türklərə qarşı geniş təbliğat işi aparmağa başladı. Onun ölümündən sonra bu işi ayrı-ayrı erməni siyasətbazları, erməni icması həyata keçirməyə çalışdı. Onlar rusları Qafqaz üzərinə yürüşə çağırır, Şərqin ən böyük dövlətlərindən biri olan Osmanlı imperatorluğunu bir dövlət kimi yer üzərindən silməyə səsləyirdilər.

1914-ci ildə Birinci dünya müharibəsindən istifadə edən ermənilər «Böyük Ermənistan» siyasətini reallaşdırmağa çalışırlar. Belə bir vaxtda ruslar ermənilərin qüvvəsindən səmərəli istifadə etdilər. Türkiyə ərazisində bir sıra vilayətlərdə təmizləmə əməliyyatı həyata keçirildi, əsrlər boyu bu regionlarda yaşayan türk əhalisinə Andranikin başçılığı altında divan tutuldu. Andranik torpaqları ermənilərin ix­tiyarına vermək üçün böyükdən kiçiyə qədər bütün türk əhalisini qılıncdan keçirdi.

1915-ci ilin yanvarında Qafqazda yerləşən rus ordusu hərəkətə gətirildi və təxminən 3500 nəfər təpədən dırnağa qədər silahlanmış rus əsgəri indiki Türkiyə ərazisinə yetirildi. Bu qoşun Qafqaz canişini Vorontsov, Daşkovun komandanlığı altında hücuma başlaldı. Manas, Zeytun və başqa vilayətlərdə yaşayan ermənilər də onlara qoşuldular. Başlıca məqsəd Türkiyə ərazisində müstəqil erməni dövləti yaratma­qdan ibarət idi. Lakin Andranikin qoşunu məğlub olaraq Ərzurumu biabırcasına qoyub qaçdı. Kazım Qarabəkirin başçılıq etdiyi türk qoşunu elə həmin gün Ərzuruma daxil oldu. Türkiyə ərazisində ermənilə­rin apardığı bu müharibədə 5750 kənd və şəhər dağıldı, 64.300-dən artıq türk öldürüldü. («Azərbaycan», 19 aprel 2001-ci li)

Son hesablamalardan aydın olur ki, bütün Türkiyə ərazisində həmin dövrdə 3 milyondan artıq türk öldürülmüşdür. Bütün bu faciələri ermənilər indiki Türkiyə ərazisində I dünya müharibəsi illərində ruslara arxalanaraq, rus qoşunlarının tərkibində vuruşaraq və ya guya milli-azadlıq hərəkatı adı altında törətmişdir. Andranikin başçılıq etdiyi bu quldur Dəstələri türklərə deyil, həm də kürdlərə qarşı çox amansız olmuş, var yoxlarını talan etmiş, onları qəddarlıqla öldürmüşlər. Məsələn, Kamaryan Qur məlumat verərək göstərir ki, Andranikin başkəsənləri kürdlər tərəfindən öldürülmüş ermənilərin intiqamını almaq bəhanəsi ilə 1915-1918-ci illər arasında 600000-dən çox kürdü qətlə yetirmişlər. (Teymur Əhmədov, «Erməni xəyanəti və ya Andranik Ozanyanın qanlı əməlləri»).

Çox çətinliklə də olsa türklər ermənilərin öhdəsindən gəldilər. Andranik isə türklərin əlindən qaçaraq öz quldur dəstəsi və böyük cəbhəxanası ilə Azərbaycan ərazisinə keçdi.

Andranikin quldur dəstəsi Naxçıvanda, Zəngəzurda, Qarabağda, İrəvanda qırğınlar törətdikdən sonra Cənubi Azərbaycan ərazisinə də keçmiş və burada misli görünməmiş vəhşiliklər etmişdir. Onu da deyək ki, bu regionda Andranikdən əvvəl də ermənilər xeyli Azərbaycan türkünü vəhşicəsinə qırmışlar. Ermənilərin Cənubi Azərbaycan qırğınları haqqında Əhməd Kəşvəri «Azərbaycanın 18 illik tarixi» əsərində yazır ki, erməni sərkərdəsi Andranik ruslarla Türkiyəyə qarşı birləşərək türkləri və azərbaycanlıları qırıb, ərazilərində «Böyük Ermənistan» dövləti yaratmaq istəyirdi. Bir sözlə, ermənilərin «Böyük Ermənistan» nə az, nə də çox, Türkiyə, İran və Qafqaz türklərinin yaşadıqları bütün əraziləri əhatə etməli idi.

Burada bir cəhəti qeyd etmək və daim yadda saxlamaq vacibdir ki, ermənilər tarixən türk topraqlarına iddia etsələr də, bəzən özümüz onlara qarşı mərhəmət hissi ilə yanaşmışıq. Ən əziz tikəmizi simasını gizlədən düşmənə vermişik. O çörəyimizi yeyib, amma zəhər dişini heç vaxt çıxarıb atmayıb. Əlverişli şəraiti gözləyib, sonra isə istədiyinə nail olub. 1918-20 illərdə ermənilərin başımıza gətirdikləri bu dəhşəti Azərbaycan Xalq Cumhuriyyəti rəhbərliyi sonrakı dövrdə digər azərbaycanlı dövlət xadimləri xalqımızın qanı ilə sulanmış torpaqların müəyyən hissəsini ermənilərə peşkeş edərkən heç nəyi nəzərə almamışlar. Məsələn, məlumdur ki , 1918-ci ildə Azərbaycan rəhbərliyi İrəvan ərazisinin ermənilərə güzəşt edilməsinə razılıq verib. Şübhəsiz ki, Azərbaycan rəhbərliyinin belə hərəkəti ermənilərin «Böyük Ermənistan» yaratmaq iştahasını daha da artırıb. 1918-ci ilədək cəmi 9,8 min kvadrat kilometr sahəsi olan qondarma İrəvan vilayəti 1920-ci ildən sonra Azərbaycan torpaqları hesabına genişləndirilmiş və ərazisi 29,8 min kvadrat kilometrə çatdırılmışdır.

Acınacaqlı da olsa, qeyd etməliyik ki, 1920-ci ildə Azərbaycana rəhbərlik edənlərin böyük səhvi nəticəsində yeni Bəyazid qəzasının Basarkeçər mahalı, İrəvan qəzasının Vedibasar mahalı və Gəncə quberniyasının Zəngəzur qəzası Ermənistana verildi.

1920-ci ildə Qazax qəzasının cənub hissəsi də Ermənistana verildi və Səməd Vurğunun vəsf etdiyi məşhur Dilican qəzası əlimizdən çıxdı. Ermənilər çox böyük uzaqgörənliklə Naxçıvan diyarını Azərbaycandan ayrı salmaq üçün Mehriyə bitişik ərazilərin Ermənistana verilməsinə nail olublar.

Azərbaycan rəhbərliyi 1920-ci ildə İrəvandakı azərbaycanlıların sərvətlərini Ermənistanınkı elan edib, hələ üstəlik Zəngəzur qəzasını da Ermənistana bağışlayıb.

Bütün bunlar azmış kimi, Azərbaycan rəhbərliyi ermənilərə qarşı öz səxavətlərini Sovet hakimiyyəti illərində daha da artırıblar. Onu da qeyd edək ki, bu siyasəti ermənilər məqsədyönlü şəkildə daim davam etdirmişlər və zaman-zaman az da olsa, torpaqlarımıza yiyələnmişlər. Belə ki, 1922-ci ildə Göyçə, Dilican əraziləri, 1923-cü ildə Naxçıvanın 9 Azərbaycan kəndi, 1929-cu ildə Qazağın 5 min hektar torpaq sahəsi, Cəbrayıl qəzasının Nüvədi, Ernəzir və Tuğud kəndləri Ermənistana verilmişdir. 1946-cı ildə 4 min hektar sahə Er­mənistana bağışlanmışdır. (İnqilab İsmayılov, «Ermənilərin soyqırım, repressiya və deportasiya siyasəti» «Azərbaycan» 24 aprel 2001-ci il) Lakin bütün bunların heç biri haqqında xalqa məlumat verilməmişdir. Ermənilərin isə soyqırım, repressiya və deportasiya siyasəti yeridərək «Böyük Ermənistan siyasətini» həyata keçirməyə müəyyən dərəcədə olsa da nail olmuşlar. Hələlik itirən biz, qazanan erməni qəsbkarlarıdır. Məsələn, 1813-1828-ci ilə qədər Azərbaycanın sahəsi təxminən 410 min kv.km olmuşdur. 1813-1828-ci illərdə işğal edilmiş Azərbaycan əraziləri İranın əsarəti altındakı Cənubi Azərbaycan sahəsi 280 min kv.km, Rusiya əsarəti altındakı olan Dərbənd xanlığı sahəsi isə 7 min kv. km, 1918-20-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğu ərazinin sahəsi təxminən 114 min kv. km 1920-ci ildə AXC-ni işğal edən rus sovet imperiyasının bölüşdürüldüyü Azərbaycan əraziləri Er­mənistan Sovet Sosialist Respublikasının nəzarətinə, Borçalı mahalı isə Gürcüstan Sovet Sosialist Respublikasına verildi. Ermənistana və Gürcüstana birlikdə verilən sahə 27, 4 min kv.km, 1920-1921-ci illərdə SSRİ əsarəti altında qalmış Azəraycan Sovet Sosialist Respublikasının ərazisi azala-azala 86,6 min kv.km. çatdı. Azərbaycanın 1988-1994-cü illərdə işğal edilmiş əraziləri isə 1340 kv.km-dir.

Belə ki, Dağlıq Qarabağ (Şuşa, Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə) işğal tarixi 1988-1994-cü illər sahəsi 4400 kv.km.

Laçının işğal tarixi 18 may1992-ci il, sahəsi 1835 kv.km.

Kəlbəcər işğal tarixi 2 aprel 1993-cü il, sahəsi 1936 kv km.

Ağdam 23 iyul 1993-cü il, sahəsi 1094 kv. km.

Füzuli 23 avqust 1993-cü il, sahəsi 1386 kv.km.

Cəbrayıl 23 avqust 1993-cü il, sahəsi 1050 kv.km.

Qubadlı 31 avqust 1993-cü il, sahəsi 802 kv. km.

Zəngilan 29 oktyabr 1993-cü il sahəsi 707 kv.km.

Bu faktlar göstərir ki, azərbaycanlılara qarşı daim soyqırım, repressiya və deportasiya siyasətini ardıcıl şəkildə həyata keçirən və çox vaxt buna nail olan ermənilərə, çox təəssüf ki, xalqımız laqeyd yanaşmışdır, daha doğrusu onları bir milət, bir insan kimi nəzərə almamışdır. Bəlkə də, bu bizim ən böyük nöqsanlarımızdan biridir. Axı düşmənin siyasətini, hərəkətini, keçmişini, fəaliyyətini nəzərə almadan yaşamaq son nəticədə fəlakətə çıxara bilər.